Məhkəmə qərarları › İş №1(005)-239/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-239/2023

27.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-239/2023 27.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - «Femida» Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Füzuli rayonunun Dilağarda kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Füzuli rayonunun Dilağarda kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında kirayədə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.1, 153.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs on altı yaşına və on dörd yaşına çatmayan şəxslərə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmiş, habelə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə tiryək əldə edib üzərində daşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs 16 yanvar 2023-cü il tarixdə saat 13 radələrində öz cinsi ehtirasını təmin etmək məqsədi ilə ünvan 2 ünvanının yaxınlığında onun üçün aşkar surətdə 16 yaşına çatmayan xx xxxx 2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 qarşı zor tətbiq etmədən arxadan əlləri ilə onu çiyin nahiyələrindən qucaqlayıb özünə sıxaraq, habelə öz cinsiyyət orqanını ona nümayiş etdirməklə cinsi əlaqədə olmağı təklif edərək əxlaqsız hərəkətlər etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 16 yanvar 2023-cü il tarixdə saat 17 radələrində öz cinsi ehtirasını təmin etmək məqsədi ilə ünvan 3 ünvanının yaxınlığında onun üçün aşkar surətdə 14 yaşına çatmayan xx xxxx 2012-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 qarşı zor tətbiq etmədən sol əli ilə onu boyun və çiyin nahiyələrindən qucaqlayıb özünə sıxaraq əxlaqsız hərəkətlər etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd sellofan bükümdə təmiz çəkisi 2,073 qram şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki əldə edib üzərində daşıyaraq saxlamış və 20 yanvar 2022-ci il tarixdə, saat 20:00 radələrində Nərimanov rayon polis idarəsinin 17-ci polis şöbəsinin əməkdaşları tərəfindən ünvan 4 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq Nərimanov RPİ-nin 17ci polis şöbəsinin ünvan 5 ünvanında yerləşən inzibati binasına gətirilib orada üzərində şəxsi axtarış aparılarkən əynindəki tünd göy rəngli gödəkcəsinin sağ cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı bir ədəd sellofan bükümdə təmiz çəkisi 2,073 qram şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilib götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.1, 153.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, həyatı boyu narkotik vasitədən isifadə etməmişdir. Narkotik vasitəni görünüşcə belə tanımır. Zərərçəkmiş şəxs2 dərsdən çıxarkən görmüş və ona şirniyyat almaq üçün arxası ilə getmişdir. Ona qarşı başqa niyyəti olmamışdır. Digər epizodu xatırlamır. Ümumiyyətlə Aysel adlı yetkinlik yaşına çatmayan uşağı belə xatırlamır. İbtidai istintaq zamanı o, ifadə verməmişdir. Onu ifadəsini almamışlar. Müstəntiq tərəfindən tərtib edilmiş protokollara imza atmışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, onun üzərindən aşkar edilən narkotik vasitədən xəbəri yoxdur. O, həyatı boyu narkotik vasitədən istifadə etməmişdir. Videoçəkilişdə üzərindən aşkar edildiyi göstərilən narkotik vasitəni onun üzərinə polis əməkdaşları qoymuşlar. O, videoçəkilişdə də dəfələrlə narkotik vasitənin ona aid olmadığını bildirərək etiraz etmişdir. Hətta dəfələrlə onun qanından analizlər götürülməsini tələb etmişdir. Polis əməkdaşları onun Nərimanov rayonu ərazisində saxlamamışlar. Belə ki, o, polis əməkdaşları tərəfindən Xırdalan şəhərinin ərazisində saxlanılmışdır. Xırdalan şəhərində onun dayısına məxsus sex var. O, həmin gün dayısının yanına getmişdir. Bu zaman polis əməkdaşları onu dayısının sexindən zor tətbiq edərək aparmışlar. Onu dayısına məxsus sexdən birbaşa polis şöbəsinə 20 nəfər polis əməkdaşı tərəfindən gətirilmişdir. Polis əməkdaşlarının avtomobilində üç nəfər əməkdaş və bir nəfər sürücü olmuşdur. O, polis şöbəsində dəfələrlə narkotik vasitənin ona aid olmasına etiraz etsə də polis əməkdaşları onu dinləməmişlər. Polis Şöbəsində üzərinə şəxsi axtarış keçirilən zaman müdafiəçi sonradan gətirilmiş və video çəkilişə düşməsini təşkil etmişlər. İş üzrə şahid qismində dindirilən Şahid2 tanımır. Onu saxlayan polis əməkdaşlarının içərisində həmin şəxs olmamışdır. Onun uşaqları daha öncə Zərərçəkmiş şəxs2 oxuduğu məktəbdə oxumuşlar. Bu hadisədən sonra o, uşaqlarını həmin məktəbdən çıxarmışdır. O, Baharın oxuduğu məktəbi uşaqlarına görə öncədən tanımışdır. Hər gün işə gedən zaman məktəbin qarşısından keçir. Bu zaman uşaqları çox istədiyindən uşaqlara konfet almaq istəmişdir. Buna görə də təsadüfən Zərərçəkmiş şəxs2 yaxınlaşmış və ona irəlidə yerləşən dükandan konfet almağı təklif etmişdir. Bahar ondan qorxaraq qarşıdakı dükana girmişdir. Bu zaman o, Baharın ondan niyə qorxduğunu düşünmüş və dükanın qarşısında Bahardan qorxma səbəbini soruşmaq üçün onu gözləmişdir. Bahar isə ondan qaçaraq oradan da uzaqlamışdır. Dükana girməmə səbəbi isə Baharın ondan qorxması olmuşdur. Baharı təsadüfən görmüşdür. Məktəbdən çıxan zaman Baharı görmüş və ona ürəyindən keçdiyindən konfet almağı təklif etmişdir. Onun ailəsi Füzuli şəhərində yaşayır. Uşaqları Füzuli rayonunda dərsə gedirlər. Səhərlər işə gedərkən həmin məktəbin qarşısından keçir. Yol boyu uşağa başqa heç nə deməmişdir. Sadəcə şirniyyat almağı təklif etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin, həmçinin müəllim-pedaqoq X2 iştirakları ilə zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, məktəbdən onun yaşadığı evə qədər olan məsafə qısadır. Adətən onu dərsdən ya nənəsi, ya da bacısı gətirmişdir. Məktəbdən evə qayıdan zaman bir nəfər onun arxası ilə hərəkət etmiş və söyüş söymüşdür. O, bunu başa düşməmişdir. Sonra isə ona pul təklif eləmişdir. Həmin adam telefonla danışırmış. Daha sonra isə həmin adam əlini onun çiyninə qoyaraq yolun kənarındakı mağazaya aparmağı təklif etmişdir. O, qaçıb başqa bir mağazaya girmişdir. Bu zaman həmin şəxsin onu gözlədiyini görmüşdür. Məktəbdən çıxan zaman həmin şəxs artıq onun dalınca hərəkət etmişdir. İlk öncə həmin şəxs qabaqda getmiş və tez-tez arxaya dönərək ona baxmışdır. O, mağazadan çıxan zaman həmin şəxsin başının qarışdığını görüb dərhal oradan qaçaraq uzaqlaşmışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, həmin şəxsin onun çantasını götürüb qaçmaq istədiyini düşünmür. O, düşünür ki, həmin şəxsin işi onunla olmuşdur. Məhkəmə iclasında qanuni nümayəndəsinin, həmçinin müəllim-pedaqoq X3 iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 16 yanvar 2023-cü il tarixdə səhər dərsə gedərkən bir nəfər şəxsin onun ardı ilə hərəkət etdiyini görmüşdür. Dərsdən evə qayıdarkən həmin şəxs yenidən onun ardınca hərəkət etmiş, ona yaxınlaşmağa çalışmış və pis hərəkətlər etmişdir. O, həmin şəxsdən qorxmuş və qardaşının irəlidə olduğunu görərək ona qaçmışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, səhər məktəbə gedən zaman balaca bacısı da onunla olmuşdur. Həmin şəxs onların ardı ilə hərəkət etmiş və onlar məktəbə girəndə dayanmışdır. O, dərsdən çıxıb evə qayıdan zaman həmin şəxs onların evinə gedən ara yolda dayanmışdır. Həmin yol ensiz yoldur və orada adam və gediş-gəliş az olan yerdir. Həmin şəxs ona yaxınlaşaraq əlini onun çiyninə atmışdır. Daha sonra ona pis sözlər demişdir. Ümumiyyətlə həmin adam qabaqda gedən uşaq uzaqlaşdıqdan sonra əlini onun çiyninə atmışdır. O, bu zaman qardaşının mağazadan gəldiyini görmüş və qardaşının yanına qaçmışdır. Həmin şəxs əynində olan şalvarını açmağa çalışmışdır. Həmin adam onu çiynindən tutmuşdur. Ona mağazadan nəsə almağı təklif etməmişdir. Ona pis təkliflər etmişdir. O, qorxaraq qaçmış və hadisə barədə qardaşı ilə anasına xəbər vermişdir. Həmin şəxsin sərxoş olmasını hiss etməmişdir və həmin adam onun çantasını qaçırmaq istəməmiş, ona pis təkliflər etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 17-ci PŞ-nin cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 20 yanvar 2023cü il tarixdə saat 20:00 radələrində Nərimanov RPİ-nin 17-ci PŞ-nin sahə inspektoru Şahid2la birlikdə ünvan 6 ünvanının yaxınlığında xidməti vəzifəsini icra edən zaman həmin küçə ilə piyada hərəkət edən bir nəfər şəxsin qeyri-adekvat hərəkətlər etdiyini və özünü şübhəli apardığını müşahidə etmiş, bununla əlaqədar Ə.Əliyev küçəsi 52 ünvanının qarşısında narkotik vasitə istifadəçilərinə bənzəyən həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək ondan adını və soyadını, həmçinin yaşayış ünvanını soruşmuşlar. Bu zaman həmin şəxs rabitəsiz danışmağa başladığından onun üzərində narkotik vasitə olmasından şübhələnərək müvafiq yoxlama aparılması üçün onu Nərimanov RPİ-nin 17-ci polis şöbəsinə dəvət edib gətirmişlər. 17-ci Polis Şöbəsində həmin şəxsin şəxsiyyəti müəyyənləşdirilərək onun xx.xx.1981-ci ildə Füzuli rayonunda anadan olmuş, Füzuli rayonu Dilağarda kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs olması müəyyən edildikdən sonra barəsində müvafiq araşdırma aparılması üçün bölmə rəisinə raportla məruzə etmişlər. Bundan sonra 17-ci polis şöbəsinin baş təhqiqatçısı, polis mayoru Nurlan Ağazadə tərəfindən müdafiə hüququ təmin edilməklə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması barədə müvafiq qərar qəbul edildikdən sonra onun, Nərimanov RPİ-nin 17-ci polis şöbəsinin sahə inspektoru Şahid2 və Təqsirləndirilən şəxs təqdim olunmuş vəkil Kamal Əliyevin iştirakları ilə videoçəkilişdən istifadə olunmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl təhqiqatçı Nurlan Ağazadə tərəfindən Təqsirləndirilən şəxs, habelə digər iştirakçılara hüquq və vəzifələri izah olunmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman ona üzərində olan əşyaları təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman onun əynində olan gödəkçənin sağ cibindən 1 ədəd şəffaf sellofana bükülmüş qara rəngli spesifik iyə malik narkotik vasitəyə bənzər büküm aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümün ona məxsus olmadığını bildirmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs barəsində onlara heç bir məlumat daxil olmamışdır. Onlar sadəcə xidmət aparan zaman Təqsirləndirilən şəxs özünü şübhəli aparmasından şübhələnmişlər. Təqsirləndirilən şəxs saxlanılan zaman onun yanında heç kəs olmamışdır. O, Şahid2la birlikdə xidmət aparmışlar. Təqsirləndirilən şəxs saxlanılan zaman onlardan qaçmaq üçün müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs polis şöbəsinə gətirməkdə səbəb isə onun özünü qeyri-adekvat aparması olmuşdur. Təqsirləndirilən şəxs sual verilən zaman özünü təqdim edə bilməmişdir. Onun üzərindən narkotik vasitədən əlavə olaraq viaqra adlı dərman preparatı, başqa şəxsə aid sənəd aşkar edilmişdir. Narkotik vasitəni hardan əldə etməsini barədə Təqsirləndirilən şəxs məlumat verməmişdir. Polis şöbəsində üzərindən aşkar edilən narkotik vasitənin ona aid olmadığını və məlumatının olmadığını bildirmişdir. Viaqra adlı dərmanı isə ehtiyacı olduğu üçün istifadə etdiyini etiraf etmişdir. Eyni zamanda keçirilmiş ekspertiza zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilən maddənin narkotik vasitə olması öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs öz şəxsi avtomobillərinə əyləşdirib polis şöbəsinə gətirmişlər. Avtomobilin markası “Hyundai Sonata”dır. Həmin avtomobili sahə inspektoru, iş üzrə Şahid2 idarə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 17-ci PŞ-nin sahə inspektoru, polis leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, 20 yanvar 2023-cü il tarixdə saat 20:00 radələrində Nərimanov RPİ-nin 17-ci PŞ-nin cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ilə birlikdə xidmət aparan zaman ünvan 6 ünvanında Təqsirləndirilən şəxs özünü qeyri-adekvat apardığından ona yaxınlaşmışlar. Təqsirləndirilən şəxs bu zaman onlarla rabitəsiz nitqlə danışmışdır. Onlar Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etməsindən şübhələnərək onu polis şöbəsinə aparmışlar. Polis Şöbəsində onun üzərinə müdafiəçinin və hal şahidlərinin iştirakı ilə şəxsi axtarış keçirilmiş və üzərindən bir ədəd viaqra adlı dərman preparatı, bir ədəd bükümdə narkotik vasitə, pul, bank kartları və “Samsung” markalı mobil telefon aşkar edilmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin spesifik iyi olmuşdur. O, həmin gün, yəni xx.xx.2023-cü il tarixində ümumiyyətlə Xırdalan şəhərində olmamışdır. Təqsirləndirilən şəxs polis şöbəsinə aparılan zaman avtomobili şəxsən o idarə etmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman içkili olmamışdır. Sadəcə onun özünü qeyri-adekvat aparması onlardan şübhə yaratmışdır. Daha sonra məhkəmə iclasında müdafiə tərəfinin təşəbbüsü ilə təkrarən şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 17-ci PŞ-nin cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Nərimanov RPİ-nin 17-ci PŞ-nin sahə inspektoru, polis leytenantı Şahid2 ilə birgə ünvan 7 ünvanının qarşısında saxlamışlar. Xidmət aparan zaman onun mobil telefonu üzərində olmamışdır. Üzərində xüsusi rabitə vasitəsi olmuşdur. Təqsirləndirilən şəxs Sərhədçi binasının qarşısında saxlanılmışdır və o, saxlanılan zaman saat səhər 20:00 radələri olmuşdur. Saxlanılan zaman Elşən tək olmuşdur. Onun istifadəsində həmin tarixdə ***-***- **-** saylı mobil nömrə olmuşdur. Xidmət aparan zaman onun mobil telefonu şöbədə olmuşdur. Telefonu şöbədə qaldığından ünvanı Müzəffər Nərimanov küçəsində göstərə bilər. Mobil telefonu isə söndürərək xidmətə getmişdir. Onlar polis şöbəsinə gələn zaman Təqsirləndirilən şəxs barəsində başqa şikayətlər də olmasını öyrənmişlər. O, həmin gün, yəni xx.xx.2023-cü il tarixində ümumiyyətlə Xırdalan şəhərində olmamışdır. Daha sonra məhkəmə iclasında müdafiə tərəfinin təşəbbüsü ilə təkrarən şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 17-ci PŞ-nin sahə inspektoru, polis leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, ünvan 6 ünvanının bir nəfər şəxsin qeyri-adekvat hərəkətlər etdiyini və özünü şübhəli apardığını müşahidə etmiş, bununla əlaqədar Ə.Əliyev küçəsi 52 ünvanının qarşısında narkotik vasitə istifadəçilərinə bənzəyən həmin şəxsə yaxınlaşıb polis şöbəsinə aparmışlar. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, onlar təqsirləndirilən şəxsi Xırdalan şəhərində deyil, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, Sərhəd Qoşunlarının binasının yaxınlığında saxlamışlar. O, ***-***-**-** saylı mobil nömrəni istifadə edir. Lakin Təqsirləndirilən şəxs saxlanılan zaman üzərində mobil telefonu olmamışdır. Telefonu polis şöbəsində qoyub çıxmışdır. Polis Şöbəsində mobil telefonu xidməti otaqlardan birinə qoymuşdur. Polis Şöbəsi Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşir. Onlar Təqsirləndirilən şəxs spirtli içki içməsindən şübhələnmişdir və ona yaxınlaşan zaman həmin şəxsdən içki qoxusu gəlməmişdir. Şəxsin nitqi rabitəsiz olmuşdur. O, ümumiyyətlə xx.xx.2023-cü il tarixdə Xırdalan şəhərində olmamışdır. Şübhəli şəxsin üzərinə baxış keçirilən zaman o, istintaq hərəkətinin keçirilməsində iştirak etmişdir. Xidmət aparan zaman digər polis əməkdaşının, yəni Şahid1 da mobil telefonu üzərində olmamışdır. Həmin ərazidə oğurluq cinayəti və narkotik vasitənin istifadəçiləri çox olduğundan adətən axşamlar xidmətə çıxırlar. Telefonu üzərində aparmamasının hər hansı bir məqsədi olmamışdır. Həmin gün sadəcə 2-3 saat telefonu üzərində olmuşdur. Məhkəmə iclasında müdafiə tərəfinin təşəbbüsü ilə şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qohumudur. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs onun evinə gəlmişdir və gecə də onlarla birlikdə qalmışdır. xx.xx.2023-cü il tarixdə isə onlar birlikdə ona məxsus Xırdalan şəhərində yerləşən sexə getmişlər. Onlar sexdə olan zaman 4-5 nəfər şəxs sexə daxil olmuş və onun yanından keçərək Elşəni tutmuşlar. O, həmin şəxslərdən kim olmalarını soruşmuşdur. Həmin şəxslər polis əməkdaşları olduqlarını bildirmişlər, lakin xidməti vəsiqələrini ona göstərməmişlər. Onlardan əlavə sexin darvazasının qarşısında üç nəfər şəxs də onları gözləmişdir. Elşəni AP-405 saylı, “Peugeot” markalı avtomobilə mindirərək həmin şəxslər aparmışlar. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə xx.xx.2023-cü il tarixində günorta saat 14:00 radələrində olmuşdur. Polis əməkdaşları mülki geyimdə olmuşlar. Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsi törətməsindən xəbəri yoxdur. ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr onun istifadəsindədir. ***-***-**-** saylı mobil nömrə isə Elşənə məxsusdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 20 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 20 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs, habelə digər iştirakçılara hüquq və vəzifələri izah olunmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman ona üzərində olan əşyaları təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ cibindən 142 manat pulunu, Bakı Kartını, həmin şalvarın sağ yan cibindən arxasında **********409251 nömrəli LEO BANK kartı olan Samsung markalı mobil telefonu, əynində olan tünd göy rəngli gödəkçəsinin sol cibindən 1 qutu ağ rəngli Maqna markalı siqareti, 1 ədəd qara rəngli alışqanı, həmin gödəkçənin sol iç cibindən özünə məxsus şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, X8 məxsus sürücülük vəsiqəsi və 1 ədəd VİAQRA dərman həbini, eləcə də həmin gödəkçənin sağ cibindən 1 ədəd şəffaf sellofana bükülmüş qara rəngli spesifik iyə malik narkotik vasitəyə bənzər bükümü təqdim etmiş, təqdim etdiyi şəffaf sellofan bükümün ona məxsus olmadığını bildirmişdir. Həmin büküm açıldıqda içərisində qara rəngli, spesifik iyə malik, narkotik vasitə tiryəkə bənzər maddə olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd sellofan bükümdə spesifik qoxuya malik narkotik vasitə tiryəkə oxşar maddə təhqiqatçı Nurlan Ağazadə tərəfindən Təqsirləndirilən şəxs, müdafiəçisi Kamal Əliyevin, axtarışda iştirak edən digər polis əməkdaşı Şahid2 və onun iştirakı ilə zərfə qoyulub qablaşdırılmaqla “Azərbaycan Respublikası DİN Zərflər üçün №219” dairəvi möhürlə möhürlənərək götürülmüşdür. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 yanvar 2023-cü il tarixli, 6/387 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs aşkar edilmiş...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 2,073 qram olan tünd-qəhvəyi rəngli qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Aparılmış tədqiqatın dəyəri 81 manat təşkil edir. “Diskin yaddaşında olan video görüntüyə baxış keçirilməsi barədə” 19 yanvar 2023cü il tarixli protokoldan görünür ki, X4 şikayət ərizəsi əsasında əldə edilmiş bir ədə diskə baxış keçirilmişdir. Baxış zamanı xx.xx.2012-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 küçə ilə hərəkət edən zaman bir nəfər təxminən 40-45 yaşlarında, başında papaq, əynində qara rəng gödəkçəsi olan, arıq bədən quruluşlu, 165-170 sm hündürlüyündə bir kişinin azyaşlının arxası ilə hərəkət etdiyi və gəlib ona çatdıqdan sonra sol əlini azyaşlının çiyninə qoyaraq özünə tərəf çəkmək istədikdə azyaşlının əyilərək onun əlindən çıxması, məktəb ləvazimatları mağazasına daxil olması müəyyən edilmişdir. “Hadisə yerinə baxış keçirilməsi barədə” 17 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 9 ünvanının qarşısıdır. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. “Diskin yaddaşında olan video görüntüyə baxış keçirilməsi barədə” 19 yanvar 2023cü il tarixli protokoldan görünür ki, Qanuni nümayəndə şikayət ərizəsi əsasında əldə edilmiş bir ədə diskə baxış keçirilmişdir. Baxış zamanı xx.xx.2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 küçə ilə hərəkət edən zaman bir nəfər təxminən 40-45 yaşlarında, başında papaq, əynində qara rəng gödəkçəsi olan, arıq bədən quruluşlu, 165-170 sm hündürlüyündə bir kişinin azyaşlının arxası ilə hərəkət etdiyi və gəlib ona çatdıqdan sonra azyaşlı daha da iri addımlarla ondan uzaqlaşmağa çalışır. Ara məhəlləyə döndükdə həmin şəxs də onun arxasınca ara məhəlləyə girir. “Şəxsin tanınmaya təqdim edilməsi haqqında” 21 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, tanıyan şəxs Zərərçəkmiş şəxs2 təqdim edilən şəxsləri nəzərdən keçirib ikinci yerdə dayanmış Təqsirləndirilən şəxs göstərərək məhz həmin şəxsin xx.xx.2023-cü il tarixdə məktəbdən evə qayıdarkən onu təqib etdiyini və yaxınlaşdıqdan sonra sol qolunu onun boyun nahiyəsinə dolayaraq pul və şirniyyat təklif etdiyini bildirmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. “Şəxsin tanınmaya təqdim edilməsi haqqında” 21 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, tanıyan şəxs Zərərçəkmiş şəxs1 təqdim edilən şəxsləri nəzərdən keçirib ikinci yerdə dayanmış Təqsirləndirilən şəxs göstərərək məhz həmin şəxsin xx.xx.2023-cü il tarixdə məktəbdən evə qayıdarkən onu təqib etdiyini və yaşadığı ünvanın yaxınlığında onu arxadan qucaqladığını, daha sonra isə cinsiyyət orqanını nümayiş etdirərək ona əxlaqsız təklif etdiyini bildirmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. “Videogörüntünün əks olunduğu CD-yə baxış keçirilməsi haqqında” 22 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı əynindəki göy rəngli gödəkçənin sağ cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümün aşkar edildiyi, lakin həmin bükümün və içərisində olan maddənin ona aid olmadığını bildirmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-91/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən, saat 20:25-dən hesablanmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sabirabad Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 172.2.4, 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinib 05 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2008-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 X16 13 fevral 2023-cü il tarixli, 148 nömrəli rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs2 bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 X16 15 fevral 2023-cü il tarixli, 162 nömrəli rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs1 bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 X16 23 fevral 2023-cü il tarixli, 72 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvündə cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X15 Şəxsi Ambulator X1 17 fevral 2023-cü il tarixli, 889 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 X16 11 fevral 2023-cü il tarixli, 375 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 X16 09 fevral 2023-cü il tarixli, 349 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 əqli və psixi inkişafı yaş xüsusiyyətlərinə uyğundur. İş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya və təsvir edə bilər. Bu barədə düzgün məlumat verə bilər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 X16 14 fevral 2023-cü il tarixli, 414 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 əqli və psixi inkişafı yaş xüsusiyyətlərinə uyğundur. İş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya və təsvir edə bilər. Bu barədə düzgün məlumat verə bilər. “Sübutların qiymətləndirilməsi haqqında” 10 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 2,073 qram narkotik vasitə tiryək maddi sübut hesab edilmiş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,973 qram tiryək saxlanılması üçün Nərimanov RPİ-nin saxlancına verilmişdir. Daha sonra videogörüntülərin əks olunduğu 03 ədəd CD disk maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Füzuli Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli, 1(064)-32/2023 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkməsinin əvvəlinin xx.xx.2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, proses iştirakçılarını dinləyib məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 153.1 və 153.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilsə də, onun CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Belə ki, məhkəmə hazırki iş üzrə əsas sübut növlərindən olan şahid ifadələri ilə əlaqədar qeyd edir ki, məhkəmə istintaqı zamanı ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs 20 yanvar 2023-cü il tarixdə, saat 20:00 radələrində saxlayaraq polis şöbəsinə gətirmiş şəxslər kimi şahid qismində dindirilmiş Şahid1 və Şahid2 Nəriman oğlunun 20 yanvar 2023-cü il tarixdə, saat 20:00 radələrində ünvan 4 ünvanında olmadıqları, Şahid2 Nəriman oğlunun 20 yanvar 2023-cü il tarixdə, saat 17:54-dən saat 20:56-dək Nərimanov rayonu M.Nərimanov küçəsi 4 (Nərimanov RPİ-nin 17-ci polis şöbəsinin binası) və Nizami rayonu, H.Əliyev prospekti 96A, məhəllə 2023 ünvanlarında olması, Şahid1 isə 20 yanavar 2023-cü il tarixdə, saat 17:17-dən 20:54-dək Ziya Bünyadov prospektində, Səbail rayonu, Nizami küçəsi 50-də, Sumqayıt Şossesində, M.Nərimanov küçəsində və s. ünvanlarda olması müəyyən edilmişdir. Həmçinin məhkəmə iclasında müdafiə tərəfinin təşəbbüsü ilə təkrarən şahid qismində dindirilmiş Şahid1 və Şahid2 Nəriman oğlu ilkin ifadələri ilə ziddiyyətli ifadə verərək xidmətdə olan zaman mobil telefonlarını şöbədə qoyduqlarını bildirmişlər. Həmin ifadələrin doğruluğunun yoxlanılması məqsədilə məhkəmənin qərarına əsasən "xxxx" MMC və "xxxx" MMC-yə sorğu verilmişdir. Təqdim edilmiş məlumatlardan müəyyən edilmişdir ki, 20 yanvar 2023-cü il tarixdə Şahid1 və Şahid2 Nəriman oğluna məxsus mobil telefonlar onların üzərində olmuş və onlar müxtəlif mobil nömrələrlə müəyyən müddətlərdə danışıqlar aparmışlar. Bununla yanaşı ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs 20 yanvar 2023-cü il tarixdə, saat 20:00 radələrində saxlayaraq polis şöbəsinə gətirilməsi göstərilsə də, lakin "xxxx" MMC tərəfindən təqdim edilmiş məlumatlara əsasən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefonun anten dairələri onun 18:49-dan ünvan 12 ünvanında, yəni Nərimanov RPİ-nin 17-ci polis şöbəsinin binasında olmasını göstərir. Göründüyü kimi, 20 yanvar 2023-cü il tarixdə, saat 20:00 radələrində nə təqsirləndirilən şəxs, nə də ki şahidlər ümumiyyətlə Nərimanov rayonu, Ə.Əliyev küçəsi 52 ünvanında olmamışlar. Beləliklə məhkəmə hesab edir ki, həmin şəxslərin iş materiallarında olan şahid ifadələrinin sübuti əhəmiyyəti olmayan sübut kimi qiymətləndirilərək sübutlar siyahısından xaric edilməsi üçün əsasdır. İbtidai istintaq orqanın mötəbər sübut qismində istinad etdiyi digər sübut növü 20 yanvar 2023-cü il tarixli, saat 20:50-dən saat 21:20-dək keçirilmiş “şəxsi axtarış və götürmə aparılması”ndan ibarət istintaq hərəkətinə dair protokol və həmin istintaq hərəkətini özündə əks etdirən diskdəki görüntülər olmuşdur ki, məhkəmə həmin sübuta da ayrılıqda qiymət verilməsini zəruri hesab edir. Belə ki, iş materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 20 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə polis əməkdaşları Şahid1 və Şahid2 Nəriman oğlunun iştirakları ilə saat 20:50-də başlanmış və saat 21:20də başa çatmışdır. Halbuki, "xxxx" MMC tərəfindən təqdim edilmiş məlumatlara əsasən Şahid2 Nəriman oğlunun istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefonun anten dairələri onun 20 yanvar 2023-cü il tarixdə, saat 20:45-dən saat 21:24-dək Bakı şəhərinin müxtəlif ünvanlarında olmasını göstərir. (Nizami rayonu, H.Əliyev prospekti 96A, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 52 və Nərimanov rayonu, 2078-ci məhəllə, Ak.Ziya Bünyadov prospekti 146 D). Göründüyü kimi Təqsirləndirilən şəxs üzərinə 20 yanvar 2023-cü il tarixdə, saat 20:50-dən saat 21:20-dək şəxsi axtarış və götürmə aparılması zamanı Şahid2 Bakı şəhərinin müxtəlif ünvanlarında olmuşdur. Bundan əlavə məhkəmə qeyd edir ki, “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 20 yanvar 2023-cü il tarixli protokolda təqsirləndirilən şəxsin ünvan 15 ünvanının qarşısında saxlanılması qeyd edilsə də, ittiham aktında müstəntiq tərəfindən təqsirləndirilən şəxsin ünvan 6 ünvanında saxlanılması qeyd edilmişdir. Göstərilən bu hallar özü şəxsi axtarış və götürmə aparılmasına dair istintaq hərəkətinin aparılması zamanı qanunvericiliyin tələblərinin pozulmasının, qeyd olunan protokolun formal şəkildə tərtib edilməsinin göstəricisidir. İbtidai istintaq orqanı tərəfindən sübut kimi istinad edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 21 yanvar 2023-cü il tarixli, 6/387 nömrəli rəyinə münasibətdə isə məhkəmə qeyd edir ki, müvafiq ekspert rəyi ekspertizaya təqdim edilmiş maddənin növünün və çəkisinin müəyyən edilməsini təsdiq edən mötəbər sübut olsa da, həmin ekspert rəyi təqdim edilmiş maddənin kimə məxsus olmasını, kimin üzərindən aşkar edilməsini təsdiq edən sübut növü hesab edilmir. Azərbaycan Respublikası CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Həmçinin iş materiallarından da göründüyü kimi, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən 20 yanvar 2023-cü il tarixdə saat 20:00 radələrində saxlanılıb azadlığı məhdudlaşdırılandan sonra polis bölməsinə gətirildikdən sonra dərhal deyil, təxminən bir saata yaxın bir vaxt keçdikdən sonra onun üzərinə şəxsi axtarış aparılmışdır. Bu müddət ərzində onun cibində saxladığı narkotik vasitə olan bükümü atmaq və ya özündən kənarlaşdırmaq üçün kifayət qədər vaxtı və imkanları olmuşdur. Qeyd olunan səbəblərə görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əldə edib üzərində saxladığı bir büküm narkotik vasitəni bu qədər müddət ərzində cibində saxlaması və onu polis bölməsində şəxsi axtarış keçirilərkən təqdim etməsi barədə istintaq orqanının gəldiyi nəticə kifayət qədər şübhəlidir, inandırıcı deyildir və ona görə də əsaslı hesab edilə bilməz. Yuxarıda qeyd olunanlardan göründüyü kimi Təqsirləndirilən şəxs 20 yanavar 2023cü il tarixdə, saat 20:00-də saxlanılmış, üzərinə baxış isə 50 dəqiqə sonra, saat 20:50-də keçirilməyə başlamışdır ki, belə olan halda Təqsirləndirilən şəxs saxlanılması ilə baxışın keçirilməsi arasında bir saata yaxın bir vaxtın keçməsi həmin sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlığa zəmin yaradır. Belə ki, həmin müddət ərzində Təqsirləndirilən şəxs tamamilə polisin nəzarəti altında olmuş, Təqsirləndirilən şəxs tutulduqdan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı isə hər hansı sübut iş materiallarında mövcud deyildir. X17 Hüquqları Məhkəməsinin “Lahıcov Azərbaycana qarşı” şikayəti üzrə xx.xx.2014cü il tarixli qərarında (həmin şikayətdə Lahıcov işgəncə və pis rəftarla yanaşı, narkotik vasitələrin onun üstünə və avtomobilinə qoyulması yolu ilə əldə olunmuş qanunsuz sübutlar əsasında məhkum edilməsi nəticəsində Konvensiyanın 6-cı maddəsinin pozulmasından şikayət etmişdir) Avropa Məhkəməsi qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin cinayət prosesi ilə bağlı əsas məqsədinin “cinayət işlərinə baxmaq səlahiyyəti olan hər hansı məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırmasının təmin olunmasından” ibarət olmasına baxmayaraq, bu, həmin maddənin “məhkəməyə qədər proseslərə” aidiyyətinin olmaması kimi təfsir edilməlidir. Belə ki, əgər həmin maddənin tələblərinə ilkin mərhələdən riayət olunmaması məhkəmənin ədalətliliyinə ciddi təsir göstərə bilərsə, 6-cı maddə cinayət işi məhkəməyə göndərilənədək olan dövrə də tətbiq edilə bilər. Həmin qərarda Avropa Məhkəməsi nəzərə almışdır ki, əməliyyat məlumatı əsasında saxlanılması iddia edilsə də, Lahıcovun üzərinə və avtomobilinə baxış saxlanıldığı kimi dərhal deyil, saxlanıldığı yerin yaxınlığında deyil, 30 dəqiqə sonra Zaqatala Rayon Polis Şöbəsində keçirilmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, Lahıcovun saxlanılması ilə baxışın keçirilməsi arasında 30 dəqiqə vaxtın keçməsi həmin sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaradır, çünki həmin müddət ərzində şikayətçi tamamilə polisin nəzarəti altında olmuşdur. Bu məsələ ilə bağlı məhkəmə nəzərə almışdır ki, şikayətçi həbs olunandan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyil. Həmçinin məhkəmə nəzərə almışdır ki, onun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutun qanuniliyi ilə bağlı şikayətçi ibtidai istintaq və məhkəmə araşdırılması dövründə məsələ qaldırsa da, yerli məhkəmələr öz hökmlərində bu məsələyə münasibət bildirməmiş, həmin sübut əsasında onu məhkum etmişlər. Bununla bağlı Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, bu məsələ ilə bağlı şikayətçinin şikayətləri yerli məhkəmələr tərəfindən əsassız olaraq baxılmadığı üçün şikayətçi sübutun qanuniliyini mübahisələndirmək və həmin sübutun yerli məhkəmə proseslərində istifadə edilməsinə etiraz etmək hüququndan məhrum edilmişdir. Nəzərə alaraq ki, şikayətçiyə qarşı ittiham yalnız Lahıcovun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutlara əsaslanmışdır, həmin qərarda Avropa Məhkəməsi şikayətçiyə qarşı istifadə edilmiş həmin maddi sübutların əldə olunması şəraitini nəzərə alaraq, eyni zamanda şikayətçinin həmin sübutların qanuniliyi ilə bağlı etirazlarına və əsaslı arqumentlərinə milli məhkəmələr tərəfindən baxılmaması və həmin sübutların ona qarşı istifadə edilməsinə əsaslanmaqla aparılmış məhkəmə araşdırmasını ümumilikdə ədalətsiz kimi qiymətləndirmiş və Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir. Qeyd olunanlardan əlavə şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılan zaman qeydə alınmış video-görüntülərdə baxış zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs dəfələrlə narkotik vasitənin ona aid olmamasını bildirmişdir. İş materiallarında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X15 Şəxsi Ambulator X1 17 fevral 2023-cü il tarixli rəyindən də görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmədiyi aşkar edilmişdir və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Bu hal da məhkəmədə onun narkotik vasitənin istifadəçisi olmadığına inam yaradır. Bütün bu qeyd edilənlər Təqsirləndirilən şəxs üzərindən narkotik maddə aşkar olunması faktını və onun narkotik vasitənin istifadəçisi olmasını şübhə altına alır. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33-cü maddəsində qeyd olunur ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində hec bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Göründüyü kimi, ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi hər bir sübut məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamaqla işin həqiqi halları ilə təkzib olunmuşdur. Göstərilən bütün bu Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli olmasının sübuta yetirilmədiyi qənaətinə gəlməyə imkan verir ki, belə olan halda Təqsirləndirilən şəxs AR CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirildiyi AR CM-nin 234.1-ci maddəsi ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X11 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı (2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 23-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin qərarın 58-ci bəndinin 1-ci abzasında göstərilmişdir ki, bir neçə cinayət törətməkdə ittiham olunan və əməli cinayət qanununun bir və ya bir neçə maddəsi ilə tövsif edilən şəxs haqqında bəraət hökmü çıxarılarkən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində hər bir maddə üzrə təqsirləndirilən şəxsin təqsirsiz olması barədə gəldiyi nəticəni əsaslandırmalı, nəticəvi hissəsində isə ona cinayət qanununun hansı maddəsi ilə və cinayətprosessual qanunda nəzərdə tutulmuş hansı əsasla bəraət verildiyini göstərməlidir. Həmin qərarın 58-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 42.1.4-cü maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirliliyi sübuta yetirilmədikdə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 350.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə məhkəmə iş üzrə toplanmış, məhkəmə iclaslarında tədqiq edilmiş sübutları bir daha təhlil edib, məhkəmə istintaqının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən verilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham üzrə, Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyindən ona həmin hissədə bəraət verilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.1 və 153.2-ci maddələri ilə qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həm ibtidai araşdırma dövründə, həm də məhkəmə istintaqında ittiham edildiyi bu əməllərdə də özünü təqsirli hesab etməyərək, ümumiyyətlə hər hansı cinayəti törətməməsi bağlı ifadəsinə məhkəmə hüquqi qiymətin verilməsini zəruri hesab edir. Beləliklə məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında olan ifadələr, o cümlədən ibtidai istintaq hərəkətlərinin aparılmasına dair protokolların məzmunu, habelə məhkəmə baxışının gedişatında zərərçəkmiş şəxslər tərəfindən verilmiş ifadələrin və ekspert rəylərinin qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-nin 153.1 və 153.2-ci maddələri nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilinmədiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin bu hallara istinad edilməklə qurulmuş müdafiəsi onun törətdiyi cinayət əməlinə görə nəzərdə tutulmuş cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirilməlidir. Belə ki, məhkəmə iclasında hadisə yerinin yaxınlıqda quraşdırılmış müşahidə kameralarındakı videogörüntülərə baxış keçirələrkən müəyyən olunmuşdur ki, xx.xx.2012ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 küçə ilə hərəkət edən zaman bir nəfər təxminən 40-45 yaşlarında, başında papaq, əynində qara rəng gödəkçəsi olan, arıq bədən quruluşlu, 165-170 sm hündürlüyündə bir kişi azyaşlının, yəni Zərərçəkmiş şəxs2 arxası ilə hərəkət edir və gəlib ona çatdıqdan sonra sol əlini azyaşlının çiyninə qoyaraq özünə tərəf çəkmək istəyir. Bu zaman azyaşlı əyilərək onun əlindən çıxır və məktəb ləvazimatları mağazasına daxil olur. Daha sonra azyaşlı mağazadan çıxır və ətrafa baxaraq həmin şəxsin orada olmamasından əmin olduqdan sonra qaçaraq oradan uzaqlaşır. Eyni zamanda digər video videogörüntülərə baxış keçirələrkən müəyyən olunmuşdur ki, xx.xx.2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 küçə ilə hərəkət edən zaman bir nəfər təxminən 40-45 yaşlarında, başında papaq, əynində qara rəng gödəkçəsi olan, arıq bədən quruluşlu, 165-170 sm hündürlüyündə bir kişinin azyaşlının arxası ilə edir və gəlib ona çatdıqdan sonra azyaşlı daha da iri addımlarla ondan uzaqlaşmağa çalışır. Ara məhləyə döndükdə həmin şəxs də onun arxasınca ara məhləyə girir. Yol boyu azyaşlı dəfələrlə arxaya dönərək həmin şəxsə baxır və həmin şəxs isə onunla söhbət etməyə çalışır. Həmçinin ibtidai və məhkəmə istintaqı dövründə təqsirləndirilən şəxs videogörüntülərdə azyaşlı uşaqların arxası ilə hərəkət edən şəxsin özü olduğunu etiraf etmişdir. Lakin o, uşaqlara qarşı başqa bir niyyətinin olmamasını bildirmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.1 və 153.2-cü maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.1-ci maddəsinə əsasən on altı yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə, habelə həmin şəxsi cinsi zorakılıq hərəkətləri və ya seksual fəaliyyəti müşahidə etməyə cəlb etmə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2-ci maddəsinə əsasən eyni əməllər on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci, 58.1-ci və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını (əsas: iş materiallarında olan portaldan çıxarış) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs tərəfindən cinayətin təkrar törədilməsini nəzərə alır və onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.1 və 153.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilən əsas cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə cinayət əməlini Füzuli Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli, 1(064)-32/2023 nömrəli hökmü çıxarılmamışdan əvvəl törətmişdir. Ona görə də Təqsirləndirilən şəxs barəsində cəza Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Bu səbəbdən də, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı CPM-in 158.2-ci maddəsinə əsasən tutulduğu andan, yəni 20 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən və 2,073 qram çəkidə narkotik vasitə olan tiryəkin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan hökm qanuni qüvvəyə mindikdən sonra həmin heroinin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Nərimanov rayon prokurorluğuna göndərilməli, maddi sübut kimi saxlanılan 1,973 qram tiryək araşdırma sona çatanadək Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsində saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri 81 manat dövlət büdcəsinə aid edilməli, cinayət işi üzrə maddi sübut - 03 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Habelə Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 45 iş saatına görə 270 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Femida” Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 153.1, 153.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.1 və 153.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 153.1-ci maddəsi ilə 02 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası və Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə 03 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddələrinə əsasən ona təyin edilmiş cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 04 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Füzuli Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 05 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 20 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən və 2,073 qram çəkidə narkotik vasitə olan tiryəkin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan hökm qanuni qüvvəyə mindikdən sonra həmin heroinin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Nərimanov rayon prokurorluğuna göndərilsin, maddi sübut kimi saxlanılan 1,973 qram tiryək araşdırma sona çatanadək Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 81 manat dövlət büdcəsinə aid edilsin. Cinayət işi üzrə maddi sübut - 03 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 45 iş saatı üçün cəmi 270 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Femida” Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar