Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-24/2023 06.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs3 nümayəndəsi Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1988-ci ildə Tovuz rayonunun Aşağı Öysüzlü kəndində anadan olmuş, Azərbaycan Respubliksının vətəndaşı, "xxxx" MMC-nin direktoru vəzifəsində işləyən, evli, orta təhsilli, məhkum olunmamış, Tovuz rayonunun Aşağı Öysüzlü kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanının mövqeyinə əsasən Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə öz qulluq mövqeyindən istifadə etməklə zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla təkrar olaraq dələduzluq cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 02 yanvar 2021-ci il tarixdə vergi uçotuna alınmayan "xxxx" MMC-nin qanuni təmsilçisi kimi özünü təqdim edib Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib aldadaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şakir Kamilov ünvanında yerləşən mənzilini təmir edəcəyinə yalandan vəd verib üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyəti olmadığı halda, etibar qazanmaq məqsədi ilə formal olaraq öhdəlik müqaviləsi bağlamaqla 02 yanvar 2021-ci ildə ünvan 3 ünvanında yerləşən "xxxx" MMCnin ofisində 15.000 manat, 17 yanvar 2021-ci ildə yenə həmin ofisdə 13.000 manat, 23 mart 2021-ci ildə yenə həmin ofisdə 7.000 manat pul alıb kassa mədaxil orderinin qəbzlərini vergi uçotuna alınmayan hüquqi şəxsin adından deyil fiziki şəxs kimi öz adından zərərçəkmiş şəxsə təqdim edib, sonuncu dəfə isə 2021-ci ilin aprel ayında Zərərçəkmiş şəxs3 yaşadığı Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi 126 saylı binanın həyətində qəbz təqdim etmədən 500 manat cəmi 35.500 manat pulu alaraq, vədinə əməl etməyib mənzildə 10.778 manat dəyərində təmir işləri görüb, təmir işlərini dayandıraraq vahid niyyətlə əhatə olunan qəsdlə 24.722 manat pulu ələ keçirib Zərərçəkmiş şəxs3 xeyli miqdarda cəmi 24.722 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa təkrarən Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə "xxxx" MMC-nin qanuni təmsilçisi olaraq öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə edib Zərərçəkmiş şəxs6 tikinti və təmir işi ilə məşğul olduğunu, onun ünvan 4 ünvanında olan mənzilini təmir edəcəyinə yalandan vəd verib üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyəti olmadığı halda, etibar qazanmaq məqsədi ilə formal olaraq öhdəlik müqaviləsi bağlamaqla 13 may 2021-ci il tarixdə ünvan 5 ünvanında yerləşən ofisdə 9.000 manat, 06 iyun 2021-ci ildə yenə həmin ünvanda 5.200 manat, 15 iyun 2021-ci ildə yenə həmin ünvanda 9.000 manat, sonuncu dəfə 18 iyun 2021-ci ildə yenə ünvan 3 ünvanında yerləşən ofisdə 2.800 manat cəmi 26.000 manat pulu alıb kassa mədaxil orderinin qəbzlərini hüquqi şəxsin adından deyil fiziki şəxs kimi öz adından zərərçəkmiş şəxsə təqdim edib, verdiyi vədinə əməl etməyərək aldadıb, mənzildə 2.590 manat dəyərində təmir işləri görüb, təmir işlərini dayandıraraq vədinə əməl etməyib, vahid niyyətlə əhatə olunmuş qəsdlə Zərərçəkmiş şəxs6 xeyli miqdarda cəmi 23.410 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa təkrarən Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə "xxxx" MMC-nin qanuni təmsilçisi olaraq öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə edib Zərərçəkmiş şəxs4 tikinti və təmir işi ilə məşğul olduğunu, onun Bakı şəhəri, Suraxanı rayonu, X8 Kompleksi 7 nömrəli evin 36 nömrəli mənzilini təmir edəcəyinə yalandan vəd verib üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyəti olmadığı halda, etibar qazanmaq məqsədi ilə formal olaraq öhdəlik müqaviləsi bağlamaqla 03 fevral 2021-ci il tarixdə ünvan 5 ünvanında yerləşən ofisdə 4.000 manat, 27 iyul 2021-ci ildə yenə ünvan 3 ünvanında yerləşən ofisdə 8.000 manat cəmi 12.000 manat pulu alıb kassa mədaxil orderinin qəbzlərini hüquqi şəxsin adından deyil fiziki şəxs kimi öz adından zərərçəkmiş şəxsə təqdim edib verdiyi vədinə əməl etməyərək aldadıb, mənzildə 1.885 manat dəyərində təmir işləri görüb, təmir işlərini dayandıraraq vədinə əməl etməyib vahid niyyətlə əhatə olunmuş qəsdlə Zərərçəkmiş şəxs4 xeyli miqdarda cəmi 10.115 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa təkrarən Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə "xxxx" MMC-nin qanuni təmsilçisi olaraq öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə edib Zərərçəkmiş şəxs2 tikinti və təmir işi ilə məşğul olduğunu, onun ünvan 6 ünvanındakı 133 kv metr olan mənzilini təmir edəcəyinə yalandan vəd verib üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyəti olmadığı halda, etibar qazanmaq məqsədi ilə formal olaraq öhdəlik müqaviləsi bağlamaqla 28 aprel 2021-ci ildə ünvan 3 ünvanında yerləşən ofisdə 38.000 manat, 20 avqust 2021-ci il tarixdə isə yenə ünvan 5 ünvanında yerləşən ofisdə 2.000 manat cəmi 40.000 manat pulu alıb kassa mədaxil orderinin qəbzlərini hüquqi şəxsin adından deyil fiziki şəxs kimi öz adından zərərçəkmiş şəxsə təqdim edib, verdiyi vədinə əməl etməyərək aldadıb, mənzildə 10.984 manat dəyərində təmir işləri görüb, vədinə əməl etməyib, təmir işlərini dayandıraraq vahid niyyətlə əhatə olunmuş qəsdlə Zərərçəkmiş şəxs2 xeyli miqdarda cəmi 29.016 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa təkrarən Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə "xxxx" MMC-nin qanuni təmsilçisi olaraq öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə edib Zərərçəkmiş şəxs1 tikinti və təmir işi ilə məşğul olduğunu, onun Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində yerləşən “Qrand Həyat” yaşayış kompleksində 7-ci binanın 19 mərtəbəsində 121 saylı 3 otaqdan ibarət olan mənzilini təmir edəcəyinə yalandan vəd verib üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyəti olmadığı halda, etibar qazanmaq məqsədi ilə formal olaraq öhdəlik müqaviləsi bağlamaqla 2021-ci ilin iyun ayında ünvan 3 ünvanında yerləşən ofisdə 10.200 manat, 2021-ci ilin avqust ayının əvvəllərində yenə ünvan 5 ünvanında yerləşən ofisdə 600 manat, 2021-ci ilin avqust ayının ortalarında yenə ünvan 5 ünvanında yerləşən ofisdə 10.800 manat, 2021-ci ilin avqust ayının 27-də yenə ünvan 5 ünvanında yerləşən ofisdə 2.000 manat cəmi 23.600 manat pulu alıb verdiyi vədinə əməl etməyərək aldadıb, mənzildə 7.192 manat dəyərində təmir işləri görüb vədinə əməl etməyib təmir işlərini dayandıraraq vahid niyyətlə əhatə olunmuş qəsdlə Zərərçəkmiş şəxs1 xeyli miqdarda cəmi 16.408 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa təkrarən Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə "xxxx" MMC-nin qanuni təmsilçisi olaraq öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə edib Zərərçəkmiş şəxs5 tikinti və təmir işi ilə məşğul olduğunu, onun Bakı şəhəri, Nəsimi rayonu, “Kristal Abşeron” yaşayış kompleksində olan 3 otaqlı mənzilini təmir edəcəyinə yalandan vəd verib üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyəti olmadığı halda, etibar qazanmaq məqsədi ilə formal olaraq öhdəlik müqaviləsi bağlamaqla 2021-ci ilin iyun ayının 17-də ünvan 5 ünvanında yerləşən ofisdə 7.600 manat, 2021-ci ilin iyun ayının 21-də yenə ünvan 5 ünvanında yerləşən ofisdə 7.400 manat, sonuncu dəfə 04 sentyabr 2021-ci ildə yenə ünvan 3 ünvanında yerləşən ofisdə 4.000 manat cəmi 19.000 manat pulu alıb kassa mədaxil orderinin qəbzlərini hüquqi şəxsin adından deyil fiziki şəxs kimi öz adından zərərçəkmiş şəxsə təqdim edib verdiyi vədinə əməl etməyərək aldadıb, mənzildə 3.409 manat dəyərində təmir işləri görüb, təmir işlərini dayandıraraq vədinə əməl etməyib vahid niyyətlə əhatə olunmuş qəsdlə Zərərçəkmiş şəxs5 xeyli miqdarda cəmi 15.591 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Qeyd edilən ittihamla bağlı Təqsirləndirilən şəxs CM-in 178.2.2, 178.2.3 və 178.2.4cü maddələri ilə ittiham olunaraq məhkəməyə verilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, "xxxx" MMC-nin direktoru və təmsilçisidir. Barəsində şikayət etmiş müştərilərin onun şirkəti ilə mənzillərini təmir etdirmək üçün müqavilə bağlamışlar. O, onların mənzillərini 3-4 ay ərzində təmir edib təhvil verməli imiş. Lakin yaranmış səbəblərdən, yəni tikinti materiallarının qiymətlərinin qalxması, pandemiya və ustaların məsuliyyətsizliyindən müqavilədə göstərilən tarixdə vətəndaşların məzillərini təmir edib təhvil verə bilməmişdir. Bu səbəbdən də müştərilərlə aralarında narazılıq yaranmışdır. O, hal-hazırda həmin müştərilərin mənzillərində təmir işləri aparır və yaxın vaxtlarda onların mənzillərini təhvil verəcək. Ancaq müştərilər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 onlara edilən təkliflə razılaşmayaraq ondan mənzillərinin təmiri üçün verdikləri pulları geri tələb etmişlər. Lakin onların mənzillərində təmir işinin 70-80 faizi artıq görülmüşdür. Onlar isə işi bəyənməyərək mənzillərini başqa ustalara təmir etdirdikləri üçün ondan verdikləri pulları geri tələb etmişlər. O, Zərərçəkmiş şəxs3 mənzilinə təmir üçün 30.000 manat, Zərərçəkmiş şəxs2 mənzilinə isə 25.000 manat pul xərcləmişdir. Eyni zamanda onların mənzillərini başqa ustalara təmir etdirdikləri zaman onlara material da alıb göndərmişdir. Zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs5 dəymiş zərəri tam olaraq ödəmişdir. Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs5 hazırda ona qarşı şikayət və tələbi yoxdur. Eyni zamanda məhkəmə iclaslarında Zərərçəkmiş şəxs4 dəymiş zərərdən 1000 manat və Zərərçəkmiş şəxs6 isə 2500 manat ödəmişdir. Hazırda zərərçəkmiş şəxslərə dəymiş zərəri ödəmək üçün çalışır və onun həmin şəxslərə dələduzluq edərək pullarını ələ keçirmək niyyəti ümumiyyətlə olmamışdır. Sonda məhkəmədən barəsində bəraətverici hökm çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2021-ci ilin iyun ayının əvvəllərində Bakı şəhəri, Yasamal rayonu, Tiblisi prospektində yerləşən “Qrand Həyat” yaşayış kompleksində 7-ci binanın 19 mərtəbəsində 121 saylı, 3 otaqdan ibarət olan mənzilini təmir etdirmək qərarına gəlmişdir. Bu məqsədlə 2021-ci ilin iyun ayında sosial şəbəkə olan “İnstaqram” səhifəsində tikintitəmir şirkətləri ilə maraqlanmağa başlamış və səhifəsində "xxxx" MMC şirkətinin diqqətini çəkmişdir. O, həmin şirkətlə əlaqə saxladıqda onların onu Nərimanov rayonu ərazisində yerləşən ofislərinə dəvət etdiklərini, o isə onlara fikirləşib qərar verdikdən sonra onlarala yenidən əlaqə saxlayacağını bildirdiyini göstərmişdir. Onların bu danışığından təxminən 2 gün sonra onun mobil nömrəsinə tanımadığı başqa bir nömrədən zəng gəlmişdir. Telefonu açıb zəng edənin kim olduğunu soruşduqda "xxxx" MMC şirkətinin rəhbəri Təqsirləndirilən şəxs olduğunu bildirərək ona şirkətinin gördüyü işlər barəsində məlumat verib, onun təmirdən narazı qalmayacağını bildirmişdir. 18 iyun 2021-ci il tarixdə dostu Ramil ilə həmin şirkətin ofisinə getmiş və orada şirkətin rəhbəri Təqsirləndirilən şəxs İham oğlu ilə görüşmüşdür. Görüşləri zamanı İlyasın ondan mənzilini necə təmir etdirmək istədiyini soruşduqda, ona mənzilini yüksək səviyyədə, keyfiyətli materiallar işlətmək şərti ilə təmir etdirmək istədiyini bildirmiş, bu zaman İlyasın onun qarşısına müqavilə qoyaraq onun şirkəti ilə müqavilə bağlamağını və onun mənzilini yüksək səviyyədə 3 ay müddətinə təmir edib təhfil verəcəyinə əmin etmişdir. O, ondan bir daha mənzilini yüksək səviyyədə, keyfiyyətli materiallar işlətmək şərti ilə təmir edib 3 ay müddətinə təfil verə biləcəyini soruşmuş, bu zaman Təqsirləndirilən şəxs onu bir daha əmin etmişdir. Bundan sonra İlyasla razılaşıb, şirkəti ilə müqavilə bağlamışdır. Lakin İlyas onun mənzilinin təmiri ilə bağlı ona heç bir smeta verməmişdir. Ondan mənzilin smetasını tələb etsə də İlyasın ona smetanı bir neçə günə verəcəyini bildirmişdir. 2021-ci ilin iyun ayında ünvan 3 ünvanında yerləşən ofisdə İlyasın ondan təmir üçün ilkin ödəniş kimi 10.200 manat pul istəmişdir. O da onun ofisində 10.200 manat pulu İlyasa vermişdir. Müqaviləni bağladıqdan sonra 2021ci ilin avqust ayının əvvəllərində İlyas ondan ünvan 3 ünvanında yerləşən ofisində əlavə 600 manat pul alaraq təmirə başlayacağını bildirmişdir. Onların bu görüşlərindən bir müddət keçdikdən sonra İlyas ona zəng edərək, ondan təmir üçün ikinci hissənin pulunu (10.800 AZN) istəmişdir. O, mənzilə gəlib onunla görüşmüş və mənzilə baxaraq İlyasa materialların keyfiyyətli olmamasını bildirmişdir. İlyas isə ona tikinti materiallarının qiymətlərinin qalxdığını səbəb göstərək, onunla bir yerdə gedib təmir üçün lazım olan bütün tikinti materiallarını almağı tələb etmişdir. O da İlyasla razılaşmışdır. Bundan sonra İlyasın avtomobili ilə Dərnəgüldə yerləşən tikinti materialları bazarına getdiklərini, orada İlyasın ona “mən bunlardan ucuz və nisyə alıram, sən burada heçnəyə qarışma, mən özüm hər bir şeyi həll edəcəm” deyə bildirdiyini, o da məcbur olub onla razılaşdığını göstərmişdir. Bundan sonra mənzilə lazım olan tikinti materiallarının siyahısının yazıldığını və onlara materialları bir neçə saata avtomaşına yükləyib göndərəcəklərini demişlər. Onlar bazardan ayrıldıqdan sonra, İlyasın ünvan 3 ünvanında yerləşən ofisinə gəlmişlər və orada İlyas ondan materialların pulunu vermək üçün 10.800 manat pul istəmişdir. O da 2021-ci ilin avqust ayının sonlarında yenə İlyasın ofisində ona 10.800 manat pul vermişdir. Həmin gün saat 18.00-dək materialları gözləmiş, lakin materiallar gəlib çıxmamışdır. Müqavilə bağlandıqdan 10 gün sonra İlyas ona zəng edərək mənzilinin kv.metrinin düzgün ölçülmədiyini bildirib, ondan əlavə olaraq 2.000 AZN pul tələb etmişdir. O, İlyasa öz iradını bildirdikdə, İlyas ona əgər 2.000 AZN ödəməsə təmiri dayandıracağını bildirmişdir. O da məcbur olub təmir getsin deyə ona əlavə 2.000 AZN pul vermişdir. Ümumilikdə ona 23.600 AZN məbləğində ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər ödənilmişdir, ona qaşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ona aid olan ünvan 7 ünvanındakı 133 kv/metrlik mənzilinin 3 ay ərzində tam təmir edilib istifadəyə təhvil verilməsi üçün "xxxx" MMC-nin rəhbəri Təqsirləndirilən şəxs ilə qarşılıqlı razılaşma əsasında xx.xx.2021-ci il tarixində ümumi dəyəri 38.000 AZN olan müqavilə bağlamışlar. Müqaviləyə əsasən xx.xx.2021 tarixdə evin təhvil verilməli idi. O da müqavilə imzalandıqdan sonra xx.xx.2021-ci il tarixdə ünvan 3 ünvanında yerləşən ofisdə 38.000 manat pulu İlyasa vermişdir. Təmirə başlayarkən müqaviləyə uyğun ümumi məbləğin 40%-i ödənilmiş, qalan 60%-in isə İlyas Nazmazovun tikinti materiallarının bahalaşmasını əsas gətirərək vaxtından əvvəl ödənişini istədiyini və o da ödənişi etdiyini göstərmişdir. Hazırda onun Protəmir İnşaata borcu yoxdur. Bu günə kimi evdə heç bir iş görülməmişdir. Müqaviləyə əsasən təhvil vermə vaxtından gecikən hər gün üçün sifarişçiyə guya toplam məbləğin 2%-i kompensasiyanın geri ödənilməli olduğunu, onun da ödənilmədiyini bildirmişdir. Müqavilə gərəyi işin nəzarət edilməsinə məsul şəxsin ayrılmalı olduğunu, amma ayrılan məsul şəxsin sadəcə sifarişə uyğun bazardan materialların gətirilməsi ilə məşğul olduğunu bildirmişdir. Dəfələrlə ustaların işlərində çatışmamazlıqları bildirdiyinə baxmayaraq yenə də öz bildikləri kimi işləmiş, bunun da nəticəsi kimi görülən işlərin çoxunun qeyri-peşəkar, keyfiyyətsiz şəkildə olmuşdur. Təqsirləndirilən şəxs hər dəfə müxtəlif bəhanələr gətirərək işi gecikdirmiş, günlərlə telefon zənglərinə cavab verməmişdir. Bütün bunlardan əlavə evin döşəmə işlərinin görülməsi üçün materialın gətirilməsində gecikmə yaranmışdır. 2021-ci il avqust ayının 20-də yenə İlyasın ofisində 2.000 manat pulu materialı alıb göndərməsi üçün ona vermişdir. Hazırda Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam olaraq ödəmişdir, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2020-ci ilin iyul ayında Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz 43 ünvanında yerləşən "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov ünvanında yerləşən mənzilinin tam təmiri üçün müqavilə bağlamışlar. Hissə-hissə xx.xx.2020-ci il tarixinədək 375316 nömrəli kassa mədaxil orderinə əsasən 13.500 AZN ödəniş etmiş, daha sonra Təqsirləndirilən şəxs müqavilə şərtlərində dəyişiklik olduğunu bildirərək, köhnə müqaviləni alaraq ləğv etmişdir. xx.xx.2021-ci il tarixində Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz 43 ünvanında yerləşən "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs ilə yenidən müqavilə bağlamış, müqavilə şərtlərinə əsasən ödənişi 3 hissəli edilməli və 5 ayın tamamında yəni xx.xx.2021-ci il tarixində təmiri tam yekunlaşdırılmalı olduğunu göstərmişdir. Ödəniş prosesi müqavilə bağlandığı andan 40%, işin ortasında “Divarın suvağı” işləri daxil 40%, təmir işinin sonunda isə 20% ödənilməli olduğunu göstərmişdir. Bağlanılmış müqaviləyə əlavə olaraq “mətbəx mebeli”, “tv stend”, “daxili 6 ədəd qapı”, “dizayn” və görülmüş bütün işlərə 5 il zəmanət verilməsi qeyd edilmişdir. Lakin Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq 35.500 AZN məbləğinin qabaqcadan tam ödəməyini və ödəniş etdikdən sonra bütün mal-materialı alaraq anbarda saxlayacağını bildirmişdir. O da öz növbəsində Təqsirləndirilən şəxs etibar edərək ilkin olaraq xx.xx.2021-ci il tarixində ünvan 3 ünvanında yerləşən ofisdə 375325 nömrəli kassa mədaxil orderinə əsasən 15.000 AZN, xx.xx.2021-ci il tarixində yenə həmin ofisdə 375331 nömrəli kassa mədaxil orderinə əsasən 13.000 AZN və xx.xx.2021-ci il tarixində yenə həmin ofisdə 375344 nömrəli kassa mədaxil orderinə əsasən 7.000 AZN pulu ona verdiyini, yerdə qalan 500 AZN isə Təqsirləndirilən şəxs yaşadığı binanın həyətində vermişdir. Dəfələrlə Təqsirləndirilən şəxs mal-materialı almaması və təmir prosesinin ləng və ya ümumi olaraq işlərin davam etməməsi ilə bağlı xəbərdarlıq edilməsinə baxmayaraq o, buna məhəl qoymamışdır. Müqavilə şərtlərinə əsasən təmir işləri müəyyən edilmiş müddətdən artıq uzandığı təqdirdə hər günə 2% kompensasiya ödənilməli idi. xx.xx.2021ci il tarixində adını bilmədiyi Təqsirləndirilən şəxs tabeçiliyində çalışan usta tərəfindən 715 AZN dəyərində kombinin radiatorları oğurlanmışdır. Mənzildə təmir prosesi getdiyi üçün açarları etibar edərək İlyasa təhfil vermişdir. Qeyd etmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona 25437 AZN dəyərində maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxsə qarşı şikayətçidir, tərəfindən verilmiş mülki iddianı müdafiə edərək tam təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 2020-ci ilin dekabr ayının axılararında Bakı şəhəri, Suraxanı rayonu, X8 Kompoleksi, 7 №-li evin 36-cı mənzilini almış, həmin mənzilin 89 kv/m olmaqla 2 otqdandan ibarət olmuşdur. O, həmin mənzili təmir etdirmək istəmiş, bununla əlaqədar sosial şəbəkədə "xxxx" MMC-nin elanını görüb həmin MMC-ilə əlaqə saxlamışdır. Özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin MMC-nin direktoru olduğunu, təmir işləri ilə məşğul olduqlarını, xarici materiallarla yüksək səviyyədə təmir işləri gördüklərini bildirdiyini göstərmişdir. İlyasın ona “ofisə gəl, müqavilə baxlayaq və işə başlayaq” deyə bildirmiş, o da İlyasın dəvəti ilə 03 fevral 2021-ci il tarixdə ünvan 10 ünvanda yerləşən ofisə gəlmişdir. Orada söhbət etmiş, İlyasın təmir işlərinə xarici materiallardan istifadə edəcəklərini, yüksək səviyyədə təmir işlərini görəcəklərini və təmirin şərtlərini bildirərək müaqavilə bağladıqlarını bildirmişdir. Aralarında bağlanmış müşavlənin şərtlərinə görə mənzilin təmirinin 5 ay ərzində başa çatmalı olduğunu, təmir işləri gecikdiyi halda isə hər günə müqavilənin məbləğinin 2% məbləğində sifarişçiyə kompessasiya ödənilməli olduğunu göstərmişdir. İlyas onu tam inandırmış və o da mənzilinin 5 ay ərzində tam təmir edilib təhvil veriləcəyinə inanmışdır. Bunun üçün 17.800 manat pul ödəməli olmuşdur. Müqavilə bağladıqdan sonra hissə-hissə olaraq xx.xx.2021-ci il tarixdə İlyasın ünvan 3 ünvanında yerləşən ofisində 375333 nömrəli kassa mədaxil orderinə əsasən 4.000 manat, ödəniş etmiş, daha sonra xx.xx.2021-ci il tarixdə yenə Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz 43 ünvanında yerləşən "xxxx" MMC-nin ofisində 375368 nömrəli kassa mədaxil orderinə əsasən 8.000 manat ödəniş etmiş, İyas ona qəbzləri vermiş və həmin qəbzlərin kesero surətni istintaqa da təqdim etmişdir. Pulu verdikdən təxminən bir həftə sonra ustalar gəlib işlə başlamışdır. Ustalar fasilələrlə işləmiş, o, dəfələrlə İlyasla danışıb işin ləng getməsi ilə əlaqədar ona öz narazılığını bildirmişdir. O is hər dəfə müxtəlif bəhanələr gətirib vaxtı uzatmışdır. O, İlyasa verdiyi 12.000 manat pulun müqabilində mənzildə keyfiyyətsiz iş görülməklə, keyfiyyətsiz materiallardan istifadə edildiyini göstərmişdir. Mənzildə ancaq suvaq işlərinin, natamam elektrik və natamam alçipan işlərinin görüldüyünü bildirmişdir. Qeyd etmişdir ki, mənzildə işlər 15 may 2021-ci il tarixə kimi görülmüşdür. Ondan sonra İlyasın onun zənglərinə cavab vermədiyini, cavab verəndə də “pul ver işləyim” deyə bildirdiyini göstərmişdir. O da İlyasa “sənə verdiyim pulun müqabilində işləri tam görməmisən və yenə məndən pul istəyirsən” deyə bildirmiş, İlyasın isə ondan pul almağa çalışdığını, o isə İlyasın məqsədini başa düşüb verdiyi puldan başqa pul vermədiyini bildirmişdir. Dəfələrlə onun ofisinə gedib ona öz etirazını bildirsə də heç bir nəticəsi olmamışdır. Odur ki, İlyasdan şikayət etmişdir. Bundan sonra İlyas ona “şikayəti geri görtür, mən mənzilində təmirə başlayıram” deyə bildirmişdir. İlyas 13 dekabr tarixində təmirə başlayacağını söz vermişdir. O, İlyasın təkidlə ona 420 manatlıq qranit və 21 ədəd dikt aldırdığını göstərmişdir. Bundan sonra yenə ona dəfələrlə zəng etsə də heç bir nəticə olmamış, onu aldatmağa başlamış, İlyasdan pulunu tələb etsə də pulu qaytarmamışdır. Həmçinin ona verdiyi pulun müqabilində material tələb etmiş, onu da verməmişdir. Sonradan İlyasın ondan başqa bir neçə nəfəri də bu yolla aldadaraq pullularını ələ keçirdiyini eşitmişdir. Qeyd etmişdir ki, İlyasın onun mənzilində gördüyü işin həcmini müəyyən etmək məqsədi ilə ekspertizaya müraciət edib rəy almış, rəyə görə 3.272 manatlıq iş görülmüş, ümumi onun gördüyü keyfiyyətsiz işlərin yenidən görülməsi üçün 1.885 manat xərc lazım olduğu göstərilmişdir. Hazırda Təqsirləndirilən şəxs ona dəymiş zərərdən 1000 manatı ödəsə də, təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Mülki iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, o, 2021-ci ilin iyun ayında "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs “Kristal Abşeron” yaşayış kompleksində olan 3 otaqlı mənzilini təmir etmək üçün ümumilikdə hissə-hissə 19.000 manat pul vermişdir. O, 17 iyun 2021-ci il tarixdə İyas Namazovun ofisində 7.600 manat, 21 iyun 2021-ci il tarixdə yenə İlyasın ofisində 7.400 manat, sonuncu dəfə 04 sentyabr 2021-ci il tarixdə yenə İlyasın ofisində 4.000 manat pul vermişdir. Təqsirləndirilən şəxsla aralarında olan razılaşmaya görə 2021ci ilin oktyabr ayının 22-dək mənzili tam təmir edib ona təhfil verməli idi, lakin Təqsirləndirilən şəxs yalnız pulu təzə aldıqda 2.000-3.000 manatlıq təmir işləri görmüşdür. Təqsirləndirilən şəxs tərəfindən ona 19.000 AZN dəyərində maddi ziyan dəymişdir. Hazırda Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam olaraq ödəmişdir, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, 2021-ci ilin aprel ayında Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi, ev 80A, mənzil 176 saylı mənzili satın almışdır. Həmin mənzili təmir etmək üçün "Protəmir İnşaat'' MMC-nin rəhbəri Təqsirləndirilən şəxs ilə görüşüb, söhbət edərək, təmir işləri üçün 26.000 manat ödəyəcəyi barədə razılığa gəlmişlər. xx.xx.2021-ci il tarixdə bu barədə müqavilə bağlamışlar. Müqaviləyə əsasən təmir 3 aya başa çatmalı və ödənişlər də 3 hissədən ibarət olmaqla işə başlayanda ümumi məbləğin 40 %, işin ortasında (divarın suvağı, elektrik, santexnik) isə yenə 40 %, işin sonuna yaxın (iş bitməmiş) kosmetik işlərə çatanda isə yerdə qalan pulu ödəməli olduğunu bildirmişdir. Bundan başqa müəyyən edilmiş müddətdən artıq iş uzanarsa sifarişçiyə hər günə 2% kompensasiyanın geri ödəniləcəyi müqavilədə öz əksini tapdığını göstərmişdir. Eyni zamanda həmin müqaviləni pozan tərəfin qarşı tərəfə 20% cərimə ödəməli olduğu da müqavilənin 4.2 bəndində qeyd olunmuşdur. Bütün bunlara baxmayaraq Təqsirləndirilən şəxs müqavilə şərtlərinə əməl etməmişdir. O, razılaşdıqları 26.000 manat pulun hissəhissə olmaqla Təqsirləndirilən şəxs vermişdir. Həmin ödənişləri etməyi barədə Təqsirləndirilən şəxs tərəfindən müvafiq qəbzlər ona verilmişdir. Razılaşmalarına əsasən hətta vaxtından əvvəl pulun hamısını ödəməyinə baxmayaraq qarşı tərəfin evin ümumi təmirinin təxminən 30-35 %-ni bitirməmişdir. Dəfələrlə Təqsirləndirilən şəxs zəng edib, hətta ofisinə getmiş, artıq neçə aydır ki, kirayə ev tutub yaşadığını, təmirin uzanmasının ona maddi və mənəvi zərər vurduğunu, bundan başqa məişət əşyalarının anbarda xarab olmasını deyərək, ondan işini tezləşdirməsini xahiş etmişdir. Buna baxmayaraq İlyasın onu müxtəlif vədlərlə aldatdığını və nəticədə təmiri yarımçıq saxlamışdır. Hazırda təqsirləndirilən şəxs ona dəymiş zərərdən 2500 manat ödəsə də, təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Vermiş olduğu mülki iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: 10 avqust 2021-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 arasında xx.xx.2021-ci il tarixdə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən icraçı sifarişçi ilə 103 kv.m olan mənzili 3 ay ərzində təmir etməyi üzərinə götürür və görülən işlərə görə 27000 AZN miqdarında muzd haqqı ödəniləcək. Müəyyən edilmiş müddətdən artıq iş uzanarsa, sifarişçiyə hər günə 2% kompensasiya geri ödənilməlidir. Müqavilə bağlandığı andan ümumi məbləğin 40%-i, işin ortasında 40% və işin sonunda 20% ödənilməlidir. Təmirə şirkət tərəfindən 5 il zəmanət verilir. 02 yanvar 2021-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs3 arasında xx.xx.2021-ci il tarixdə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən icraçı sifarişçi ilə 128 kv.m olan mənzili 5 ay ərzində təmir etməyi üzərinə götürür və görülən işlərə görə 35500 AZN miqdarında muzd haqqı ödəniləcək. Müəyyən edilmiş müddətdən artıq iş uzanarsa, sifarişçiyə hər günə 2% kompensasiya geri ödənilməlidir. Müqavilə bağlandığı andan ümumi məbləğin 40%-i, işin ortasında 40% və işin sonunda 20% ödənilməlidir. Təmirə şirkət tərəfindən 5 il zəmanət verilir. 28 aprel 2021-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs ilə X3 arasında xx.xx.2021-ci il tarixdə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən icraçı sifarişçi ilə 129 kv.m olan mənzili 3 ay ərzində təmir etməyi üzərinə götürür və görülən işlərə görə 38.000 AZN miqdarında muzd haqqı ödəniləcək. Müəyyən edilmiş müddətdən artıq iş uzanarsa, sifarişçiyə hər günə 2% kompensasiya geri ödənilməlidir. Müqavilə bağlandığı andan ümumi məbləğin 40%-i, işin ortasında 40% və işin sonunda 20% ödənilməlidir. Təmirə şirkət tərəfindən 5 il zəmanət verilir. 13 may 2021-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs6 arasında xx.xx.2021-ci il tarixdə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən icraçı sifarişçi ilə 95 kv.m olan mənzili 3 ay ərzində təmir etməyi üzərinə götürür və görülən işlərə görə 26.000 AZN miqdarında muzd haqqı ödəniləcək. Müəyyən edilmiş müddətdən artıq iş uzanarsa, sifarişçiyə hər günə 2% kompensasiya geri ödənilməlidir. Müqavilə bağlandığı andan ümumi məbləğin 40%-i, işin ortasında 40% və işin sonunda 20% ödənilməlidir. Təmirə şirkət tərəfindən 5 il zəmanət verilir. Azərbaycan Respublikası "xxxx"nın 29 iyul 2021-ci il tarixli, 205 nömrəli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsində yerləşən, 15/74 saylı evin 101 mənzili üzrə aparılmış təmir işlərinin və istifadə edilmiş materialların bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin 10778,0 manat məbləğində olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası "xxxx"nın 11 oktyabr 2021-ci il tarixli, 535 nömrəli rəyindən görünür ki, Bakı şəhəri, Tbilisi prospekti 1051 ünvanında, X7 kompleksində, mübahisələndirilən 19-cu mərtəbədə yerləşən 3 otaqlı mənzildə aparılmış natamam təmirə sərf edilən vəsaitin dəyəri 7192,0 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri 300 manat təşkil edir. Azərbaycan Respublikası "xxxx"nın 22 oktyabr 2021-ci il tarixli, 532 nömrəli rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 58A, M7, m1 ünvanında yerləşən 4 otaqlı ümumi sahəsi 133 kv.m olan mənzildə aparılmış natamam təmirə sərf edilən vəsaitin dəyəri 10984,0 manat təşkil edir. 21 iyun 2021-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs5 arasında xx.xx.2021-ci il tarixdə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən icraçı sifarişçi ilə 70 kv.m olan mənzili 4 ay ərzində təmir etməyi üzərinə götürür və görülən işlərə görə 19.000 AZN miqdarında muzd haqqı ödəniləcək. Müəyyən edilmiş müddətdən artıq iş uzanarsa, sifarişçiyə hər günə 2% kompensasiya geri ödənilməlidir. Müqavilə bağlandığı andan ümumi məbləğin 40%-i, işin ortasında 40% və işin sonunda 20% ödənilməlidir. Təmirə şirkət tərəfindən 5 il zəmanət verilir. 03 fevral 2021-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs4 arasında xx.xx.2021-ci il tarixdə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən icraçı sifarişçi ilə 89 kv.m olan mənzili 5 ay ərzində təmir etməyi üzərinə götürür və görülən işlərə görə 17.800 AZN miqdarında muzd haqqı ödəniləcək. Müəyyən edilmiş müddətdən artıq iş uzanarsa, sifarişçiyə hər günə 2% kompensasiya geri ödənilməlidir. Müqavilə bağlandığı andan ümumi məbləğin 40%-i, işin ortasında 40% və işin sonunda 20% ödənilməlidir. Təmirə şirkət tərəfindən 5 il zəmanət verilir. Azərbaycan Respublikası "xxxx"nın 09 dekabr 2021-ci il tarixli, 223 nömrəli rəyindən görünür ki, Rizvan İsayevə məxsus olan, tədqiq olunan 36 saylı mənzil üzrə aparılmış təmir işlərinin dəyərinin 3272 manat məbləğində olduğu müəyyən edilir. Tədqiq olunan mənzilin konstruktiv elementləri üzərində qüsurlar mövcud olduğu, həmin qüsurların da aradan qaldırılması aparılmalı bərpa işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin 1885,0 manat məbləğində olduğu müəyyən olunur. Azərbaycan Respublikası "xxxx"nın 10 dekabr 2021-ci il tarixli, 224 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs5 məxsus 7 saylı mənzil üzrə aparılmış təmir işlərinin Respublika daxili orta bazar qiymətinə uyğun olaraq təqribi dəyərinin 3409.5 manat məbləğində olduğu müəyyən olunur. Azərbaycan Respublikası "xxxx"nın 15 dekabr 2021-ci il tarixli, 226 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs6 məxsus Yasamal rayonu, Yeni Yasamal ərazisində yerləşən 80A saylı binanın 176 saylı mənzili üzrə aparılmış təmir işlərinin Respublika daxili orta bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin 4354 manat məbləğində olduğu müəyyən edilir. Tədqiq olunan mənzilin konstruktiv elementləri üzərində qüsurlar mövcud olduğu, həmin qüsurların da aradan qaldırılması üçün aparılmalı bərpa işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin 2590 manat məbləğində olduğu müəyyən olunur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş 16 dekabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə” 06 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında” 08 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 01 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham öz qüvvəsində saxlanılmış və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Zərərçəkmiş şəxs4 tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında ona dəymiş ziyandan 1000 manat ödəmişdir. Zərərçəkmiş şəxs1 xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödəmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs6 xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında ona dəymiş ziyandan 2500 manat ödəmişdir. Zərərçəkmiş şəxs2 xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödəmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs5 xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödəmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə öz qulluq mövqeyindən istifadə etməklə zərərçəkmiş şəxslərə təkrarən xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair verilmiş ittiham üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə istintaqında araşdırılan sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təmir-tikinti işləri ilə məşğul olan "xxxx" MMC-nin rəhbəridir. İş üzrə zərərçəkmiş şəxslərlə "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs arasında mənzillərin təmir-tikintisi ilə bağlı razılaşma olmuş və bunun əsasında tərəflər arasında müqavilə bağlanılmışdır. Həmin müqavilələrə əsasən Təqsirləndirilən şəxs mənzillərin bəzilərini 3 ay, bəzilərini isə 5 ay ərzində təmir edərək sifarişçilərə tam təhvil verməyi, iş uzandığı təqdirdə isə sifarişçiyə hər günə 2% kompensasiya geri ödənilməsi öhdəliyini daşımışdır. Göstərilən razılaşma əsasında tərəflər üzərlərinə götürdüyü öhdəlikləri yerinə yetirmək istiqamətində hərəkətlər etmiş, yəni zərərçəkmiş şəxslər müəyyən edilən ödənişlər etmişlər, Təqsirləndirilən şəxs isə müvafiq olaraq təmir işlərinə başlayaraq müəyyən işlər görmüşdür. Qeyd edilən xüsusatlar zərərçəkmiş şəxslərin ifadələri ilə də öz təsdiqini tapır. Hazırda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vurduğu maddi ziyanı tam şəkildə ödəmiş, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs4 isə qismən ödənişlər etmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli Qərarında qeyd olunmuşdur ki, məhkəmələrin diqqəti dələduzluq cinayətinin həm mülkiyyət əleyhinə olan, həm də müəyyən əlamətlərinə görə dələduzluğa oxşar digər cinayətlərdən, habelə mülki münasibətlərdən irəli gələn mübahisələrdən fərqləndirilməsinin zəruriliyinə yönəldilməlidir. Mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cinayət işi üzrə toplanmış sübutlarla Təqsirləndirilən şəxs ilə iş üzrə zərərçəkmiş şəxslər arasında təmir-tikinti işlərinin görülməsi ilə bağlı razılaşmadan əvvəl onun həmin zərərçəkmiş şəxslərin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarında həmçinin göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Təsvir olunan Qərardan görünür ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olduğu halda əməl dələduzluq kimi tövsif edilməlidir. Bundan başqa, CM-nin 178.1-ci maddəsinin dispozisiyasına görə dələduzluq şəxsin etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməsi və ya əmlak hüquqlarını əldə etməsidir. Bu konstruksiyaya görə aldatmadan, etibardan sui-istifadə edən şəxsin qəsdi birbaşa və məhz həmin üsulların köməkliyi ilə əmlakın ələ keçirilməsinə, əmlak hüquqlarının əldə edilməsinə yönəlməlidir. Odur ki, dələduzluq cinayətinin subyektiv cəhəti aldatma və etibardan sui-istifadə etməklə özgə əmlakını ələ keçirən şəxsin əmlakı ələ keçirmək niyyətinin həmin əmlakın ona verilməsinədək mövcud olmasını və buna müvafiq olaraq məqsədinin digər talama cinayətlərində olduğu kimi əmlakın əvəzsiz olaraq ələ keçirilməsinə (sahibkarı əmlakdan məhrum etməyə) yönəlməsini ehtiva edir. Dələduzluq cinayət qanununda maddi tərkibli cinayət olaraq təsbit edildiyindən, əməl özgə əmlakının aldatma yolu ilə ələ keçirilməsinə yönəldikdə, əmlakın faktiki olaraq ələ keçirilməsi (təqsirkarın həmin əmlak üzərində real olaraq sərəncam vermək imkanı əldə etməsi) anından bitmiş olur. Odur ki, əmlakı sahibliyinə keçirərkən (məsələn, müəyyən razılaşmaya, müqaviləyə əsasən) şəxsdə bu cür (aldatma, etibardan sui-istifadə etməklə özgə əmlakını əvəzsiz olaraq ələ keçirmə) niyyətinin olmaması, sonrakı dövrdə əmlak, əmlakın əvəzi hər hansı bir səbəbdən mülkiyyətçiyə qaytarılmadıqda şəxsin belə hərəkət etməsi CM-nin 178-ci maddəsinin dispozisiyası nöqteyi-nəzərindən cinayət hüquqi məna kəsb etməyərək əvvəlki razılaşmanın (müqavilə üzrə öhdəliyin) lazımınca icra olunmaması, yəni mülki-hüquqi xarakterli pozuntu kimi çıxış edir və göstərilən hal şəxsi mülki-hüquq münasibətlərinin subyektindən dələduza çevirmir. Beləliklə, dələduzluq cinayətinin obyektini talamanın digər formalarında olduğu kimi mülkiyyət münasibətləri təşkil etsə də, bu cinayətin predmeti talama cinayətlərinin digər formalarının predmetindən fərqlənir. Dələduzluq özünün törədilmə üsuluna görə iki növə ayrılır: aldatma yolu ilə dələduzluq və etibardan sui-istifadə yolu ilə dələduzluq. Aldatma dedikdə, həm həqiqətin şüurlu surətdə təhrif edilməsi, saxtalaşdırılması, həm də həqiqət haqqında susma başa düşülür. Etibardan sui-istifadə etmə zamanı isə təqsirkar onunla əmlakın sahibi və ya mülkiyyətçisi arasında yaranan müəyyən etibar, inam münasibətlərindən istifadə edir. Ümumiyyətlə, sübutların qiymətləndirilməsi haqqında qərarda gətirilmiş əsaslandırmadan görünür ki, istintaq orqanı CM-nin 178.1-ci maddəsinin dispozisiyasından irəli gələn tələblərin ziddinə olaraq, Təqsirləndirilən şəxs dələduzluğun mütləq əlamətlərindən biri olan aldatmadan istifadə etməsini, yəni zərərçəkmiş şəxslərlə podrat müqavilələri bağlanana və həmin müqavilələr üzrə pul məbləğləri zərərçəkmiş şəxslərdən götürüləndək təqsirləndirilən şəxsin həmin əmlakı ələ keçirmək niyyətinin olubolmamasına, aldatmanın nəyə - podrat müqavilələrinin bağlanmasına nail olmağa, yoxsa pulun əvəzsiz olaraq ələ keçirilməsinə yönəldiyinə və xidmət etdiyinə, yəni cinayət tərkibinin subyektiv cəhətinə əhəmiyyət vermədən, özü-özlüyündə təqsirləndirilən şəxsin əməlində dələduzluq cinayətinin tərkibinin olmasını şərtləndirən hal kimi qəbul etmiş və müvafiq olaraq sübutların tədqiqinə və qiymətləndirilməsinə də bu yanlış mövqedən çıxış etməklə yanaşmışlar. Məhkəmə istintaqında araşdırılmış sübutlarla dələduzluq cinayətinin qeyd edilən törədilmə üsulları olan aldatma və ya etibardan sui-istifadə etmənin Təqsirləndirilən şəxs hərəkətlərində olması, yəni onun zərərçəkmiş şəxsləri öz qulluq mövqeyindən istifadə edərək yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olması müəyyən olunmur. Əksinə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, zərərçəkmiş şəxslərlə "xxxx" MMC-nin rəhbəri Təqsirləndirilən şəxs arasında müqavilə bağlanıldıqdan sonra o, üzərinə götürdüyü öhdəlikləri icra etməyə başlamış və nəticədə zərərçəkmiş şəxslərin mənzillərində müəyyən həcmdə təmir-tikinti işləri görmüşdür. İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın 6-cı maddəsinin (Ədalətli məhkəmə araşdırması hüququ) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. CPM-in: 1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi qanunçuluğun, insan və vətəndaş hüquq və azadlıqlarına hörmətin bərqərar olmasına imkan yaradır; 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər; 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində dələduzluq cinayətini xarakterizə edən əlamətlərin, ümumiyyətlə cinayət tərkibinin mövcud olmamasına baxmayaraq, istintaq orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs əsassız olaraq CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə ittiham irəli sürmüşdür. Məhkəmə istintaqı ilə müəyyən edildiyi kimi təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərin əmlakını öz qulluq mövqeyindən istifadə etmək yolu ilə ələ keçirmək niyyəti olmadığı, həmçinin zərərçəkmiş şəxslər qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə real imkanı olduğu halda, ibtidai istintaq orqanı onlar arasında yaranmış və mülki hüquq münasibətlərindən qaynaqlanmış mübahisəni əsassız və qanunsuz olaraq dələduzluq əməli kimi qiymətləndirmişdir. CM-in: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır; 14.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Beləliklə, məhkəmə, məhkəmə istintaqında araşdırılmış sübutlara cinayət-prosessual qanunverciliyin tələbləri baxımından hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxslər arasında mülki hüquq münasibətləri mövcud olmuş və onlar arasında mübahisə məhz mülki qanunvericiliklə tənzimlənən öhdəliyin icrası ilə bağlı yaranmışdır. Məhkəmə iclasında dələduzluq cinayətini xarakterizə edən etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi əlamətlərin Təqsirləndirilən şəxs hərəkətlərində olmasını təsdiq edən sübutlar müəyyən edilmədi. Əksinə, araşdırılmış sübutlar onunla zərərçəkmiş şəxslər arasında məhz mülki münasibətlərin mövcud olmasını birbaşa təsdiq edir. CPM-in: 21.3-ci maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi ücün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür; 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquqi düşüncəsi ilə həll edirlər; 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır; 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata kecirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144- 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə cox və ya az əhəmiyyət verilməsi yolverilməzdir; 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin (Təqsirsizlik prezumpsiyası) İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı sübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir; 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “İnsan hüquqlarının və X2 haqqında” Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların mücmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli Qərarında qeyd edir ki, ədalətli və çəkişmə xarakterli məhkəmə araşdırması anlayışı prinsipcə onu nəzərdə tutur ki, başqa cür qərara gəlmək üçün əsaslı səbəblər yoxdursa, məhkəmə ittiham tərəfinin təqdim etdiyi, şahidin məhkəməyə qədər dindirmə protokolunda qeydə alınmış ifadəsindən daha çox, məhkəmə iclasında verdiyi ifadəyə əhəmiyyət verməlidir. Digər səbəblərlə yanaşı, bunun səbəbi ondan ibarətdir ki, məhkəməyə qədər dindirmə ilk növbədə ittiham tərəfinin məhkəmədə öz mövqeyini müdafiə etmək məqsədi ilə məhkəmə araşdırması üçün məlumat toplaması prosesidir. Məhkəmə tərəfindən həyata keçirilən məhkəmə araşdırmasının vəzifəsi isə faktiki olaraq təqdim edilmiş bütün sübutların ədalətli qiymətləndirilməsindən sonra təqsirləndirilən şəxsin təqsiri məsələsini dəlillərin məhkəmədə birbaşa yoxlanılması əsasında müəyyən etməkdir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Beləliklə, məhkəmə, cinayət təqibi üzrə toplanmış və məhkəmə istintaqında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə verilmiş ittiham məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından və həmin ittiham üzrə toplanmış sübutlar ümumiyyətlə, dələduzluq cinayətinin mövcudluğunu istisna etdiyindən, təqsirləndirilən şəxsə həmin maddələr ilə əməlində cinayət tərkibi olmaması əsası ilə bəraət verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə məhkəmə ekspertiza tədqiqatının dəyəri 300 manat dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" MMC-nin hesabına köçürülməlidir. Məhkəmə, həmçinin qeyd etməyi zəruri hesab edir ki, CPM-in 56, 59 və 60-cı maddələrinə əsasən Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ vardır və vurulmuş ziyanın ödənilməsinin mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququ ona izah edilməlidir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs qarşı “dəymiş ziyanın ödənilməsinə dair” hər birinin ayrı-ayrılıqda verdikləri mülki iddialarına münasibətdə isə məhkəmə aşağıdakıları qeyd edir: CPM-in: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; 181.1, 181.1.1 və 181.1.2-ci maddələrinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. “Məhkəmə Hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 №-li qərarının 74-cü bəndində qeyd olunmuşdur ki, bəraət hökmü CPMin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasla (əməldə cinayət tərkibinin olmamasına görə) və yaxud 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsasla (təqsirliliyinin sübuta yetirilməməsinə görə) çıxarıldıqda, eləcə də cinayət təqibinə istər bəraətverici olan, istərsə də bəraətverici olmayan əsaslarla xitam verildiyi bütün hallarda məhkəmə müvafiq qərarı bəraət hökmünün və yaxud cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarın nəticəvi hissəsində göstərməklə mülki iddianı baxılmamış saxlayır. Hazırki cinayət işi üzrə cinayət hadisəsinin, yəni dələduzluq cinayətinin baş verməsi müəyyən olunmadığından, məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə, həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar ziyanın vurulması istisna olunur və bu baxımdan verilmiş mülki iddialar cinayət mühakimə icraatında həll oluna bilməz. Buna görə də məhkəmə, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs qarşı “dəymiş ziyanın ödənilməsinə dair” mülki iddialarının baxılmamış saxlanılmasını və CPM-in 180.3-cü maddəsinə əsasən baxılmadan saxlanılmış mülki iddianın sonradan mülki mühakimə icraatı qaydasında verilə bilməsi hüququnun Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 izah edilməsini məqsədəmüvafiq hesab edir. İş üzrə maddi sübut yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 39.1.2, 42.1.2, 42.2.2, 61, 62, 346-347, 349, 351-353 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Mülki iddiaçılar Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı “dəymiş ziyanın ödənilməsinə dair” mülki iddiaları baxılmamış saxlanılsın. İş üzrə məhkəmə ekspertiza tədqiqatlarının dəyəri 300 manat dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" MMC-nin (VÖEN **********, hesab AZ64AİİB400900C**********208) hesabına köçürülsün. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsinin mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. Hökmdən elan edildiyi gündən 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-24/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-24/2023
06.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver