Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-24/2024 16.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X6 iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Tərtər rayonunda anadan olmuş, subay, məhkum olunmayan, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhərində kirayədə yaşamış, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə verilmiş ittihama əsasən o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil edilən 6,084 qram çəkidə qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla daşımış, onun qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 20 fevral 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 16:17-də Abşeron rayonu, Xırdalan şəhəri, Ə.Şəfiyev küçəsi 87 ünvanının yaxınlığında saxlanılaraq ünvan 3a yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizi İdarəsinə gətirilib üzərində şəxsi axtarış keçirilərkən onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı ayrı-ayrılıqda təmiz çəkiləri 1,077 qram, 0,898 qram, 0,797 qram, 1,089 qram, 0,950 qram və 1,273 qram olmaqla altı ədəd kağız bükümdə ümumi təmiz çəkisi 6,084 qram narkotik vasitə qurudulmuş marixuana 01 ədəd siqaret qutusunun içində olmaqla əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bununla da, ibtidai istintaq orqanının mövqeyinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o narkotik vasitələrdən istifadə edir və özünü istifadəçi kimi təqsirli bilir. 20 fevral 2023-cü il tarixdə o işdə olarkən 4 nəfər polis əməkdaşları onu gəlib işdən götürmüşlər. Həmin vaxt onun üzərində 1 büküm narkotik vasitə olub. Həmin narkotik vasitəni dostları “Fərid və Vüqar” ilə birlikdə pul qoyub gedib götürmüşlər. Narkotik vasitənin qramı onun yadında deyil. Onu polis əməkdaşları idarəyə gətirmişlər. İdarədə səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üstündə narkotik vasitə, eyni zamanda evində də 4 ədədi vardır. Birlikdə onun evinə getmişlər, oradan da 4 ədəd balaca bükümü götürmüşlər. Lakin bükümlərin 5 və ya 4 olmasını dəqiq xatırlamır. Üzərinə axtarış keçirilən zaman üzərindən 6 büküm çıxmış, nə demişlər onu da demişdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərmişdir ki, o, heç zaman narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmamış, ümumiyyətlə belə bir niyyəti də olmamışdır. Narkotik və psixtrop maddələri yalnız şəxsi istifadəsi üçün əldə etmiş və bu əməlindən peşmandır. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə olan marixuanadan çəkmək yolu ilə istifadə etmişdir. 19 fevral 2023-cü il tarixdə Xırdalan səhərində üzdən tanıdığı “Fərid” və “Vüqar” adlı şəxslərdən şəxsi istifadəsi üçün marixuana almışdır. Onlar ona marixuananı pay kimi vermişlər. Ona marixuananı bükümlər şəklində satmışlar ki, o da hər dəfə bir bükümdən istifadə etmək üçün üzərində gəzdirmişdir. O, marixuananı əvvəllər Xırdalan şəhərində yaşayan üzdən tanıdığı “Anar” adlı şəxsdən də almışdır. 20 fevral 2023-cü il tarixdə saat 16 radələrində ünvan 4 ünvanın qarşısında olduğu zaman ona 3 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib ondan anket məlumatlarımı soruşmuşlar. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat- axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üstündə “nəşə” adı ilə tanıdığı narkotik vasitə vardır. Bundan sonra po is əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. O, buna etiraz etməyib həmin polis əməkdaşları ilə birlikdə Polis İdarəsinə gəlmişdir. Polis İdarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunduqdan sonra video çəkilişdən istifadə edilməklə onun üstünə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, əynində olan qara rəngli qış gödəkçənin sağ yan cibindən 01 ədəd siqaret qutusunu çıxardıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Həmin siqaret qutusunun içərisində “nəşə” olaraq tanıdığı narkotik maddələrin olmasını bildirmişdir. Bundan sonra əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd mobil telefonu, həmin cins şalvarının sağ arxa yan cibindən 01 ədəd qara rəngli vəsiqə qabını, həmin cins şalvarının sol yan cibindən 5 manat pul əskinazlarını çıxarıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Bundan sonra üstündən başqa hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi əşya və predmetlərə ardıcıllıqla baxış keçirilmişdir. Baxış zamanı aşkar olunan vəsiqə qabına baxış keçirilmişdir. Qara rəngli vəsiqə qabının içərisində ona məxsus şəxsiyyət vəsiqəsi, fiziki şəxsin vergi uçotu haqqında ********** nömrəli şəhadətnamə, eləcə də üzərində “Leobank” yazısı, 4098 5844 6896 8050 nömrələri olan plastik bank kartım olması aşkar edilmişdir. Həmin kart və sənədlər qara rəngli vəsiqə qabı ilə birlikdə polis tərəfindən götürülmüşdür. Daha sonra özünə məxsus mobil telefona baxış keçirilmişdir. Mobil telefon “İphone” markalı, qara rəngli kaburanın içərisində ağ rəngli korpuslu mobil telefon olmuşdur. Həmin mobil telefonda ***-***-**-** saylı mobil nömrəsinin olmasını bildirmişdir. Bundan sonra özünə məxsus olan 05 manat pul əskinaslarına baxış keçirilmişdir. Həmin pul əskinaslarının özünə məxsus olmasını və heç bir qanunsuz yolla əldə etmədiyini bildirmişdir. Daha sonra özünə məxsus 05 manat pul əskinaslan özünə geri qaytarılmışdır. Ondan aşkar olunan 01 ədəd qara rəngli üzərində “Kent” sözü yazılmış siqaret qutusuna baxış keçirilmiş, baxış zamanı siqaret qutusunun içərisində 06 ədəd kağız büküm olması müəyyən edilmişdir. Həmin kağız bükümlərin içərisində “nəşə” olaraq tanıdığı narkotik maddənin olmasını bildirmişdir. Bundan sonra həmin kağız bükümlər ardıcıllıqla açılmışdır. Kağız bükümlərin hər birinin içərisində “nəşə” olması müəyyən edilmişdir. O, sorğu zamanı 5 ay müddətdir ki, “nəşə” olaraq tanıdığı narkotik maddələrdən istifadə etdiyini, həmin maddələri müxtəlif şəxslərdən əldə etdiyini, üstündən aşkar edilmiş, 01 ədəd siqaret qutusunda olan 06 ədəd kağız bükümdə narkotik maddə “nəşə”ni isə 1 gün əvvəl, yəni 19 fevral 2023-cü il tarixdə Xırdalan şəhərində “Fərid” və “Vüqar” adlı şəxslərdən əldə etdiyini, “Anar” adlı şəxsin də Xırdalan şəhərində bu cür maddələr satmasını, üstündən aşkar olunan maddələri əldə etdiyi “Fərid” və “Vüqar”ın ona bu maddələri hədiyyə və ya pay cıismində əvəzsiz olaraq verdiklərini, onun da bir neçə bu maddələrdən istifadə edən tanışlarını “Fərid”, “Vüqar” və “Anar” adlı şəxslərə narkotik maddələr əldə etmələri üçün yönləndirməsini, lakin özünün bu cür maddələri satmadığını, yalnız öz istifadəsi üçün üzərində saxlayaraq daşıdığını bildirmişdir. Bundan sonra üstündən aşkar olunmuş 01 ədəd siqaret qutusunda olan “nəşə” adlı maddələr polis tərəfindən həmin siqaret qutusu ilə birlikdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda şəxsi axtarış zamanı üstündən aşkar edilmiş 05 manat pul özünə geri qaytarılmışdır. Aşkar edilmiş 01 ədəd “İphone” markalı mobil telefon, şəxsiyyət vəsiqəsi və 01 ədəd plastik bank kartı, veıgi uçotu haqqında şəhadətnamə polis tərəfindən götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 20 fevral 2023cü il tarixdə Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Əməliyyat qrupunun üzvləri tərəfindən Təqsirləndirilən şəxs 20 fevral 2023-cü il tarixdə, saat 16:17-də ünvan 5 ünvanın yaxınlığında olduğu zaman saxlanılmış, saxlanılarkən üzərində şəxsi axtarış və baxış aparılmasına yerində şərait olmadığına görə prosessual hərəkətlərin aparılmasından ötrü əməkdaşların müşayiəti altında idarə etdiyi avtomobillə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmişdir. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 20 fevral 2023-cü il tarixli qərara əsasən həmin günü Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmasına başlanmışdır. Baş İdarədə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək o, vəkilə təmin edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi iiə aparılacağı barədə məlumat verilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 01 ədəd siqaret qutusunu çıxardıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs həmin siqaret qutusunun içərisində “nəşə” olaraq tanıdığı narkotik maddələrin olmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd mobil telefonu, həmin cins şalvarının sağ arxa yan cibindən 01 ədəd qara rəngli vəsiqə qabısını, həmin cins şalvarının sol yan cibindən 5 manat pul əskinazlarını çıxarıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Ardınca Təqsirləndirilən şəxs üstündə başqa hər hansı bir əşya və ya predmet aşkar edilməmiş, təqdim olunan əşya və predmetlərə ardıcıllıqla baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs aşkar olunan vəsiqə qabına baxış keçirilmişdir. Qara rəngli vəsiqə qabının içərisində Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, fiziki şəxsin vergi uçotu haqqında ********** nömrəli şəhadətnaməsi, eləcə də üzərində “Leobank” yazısı, 4098 5844 6896 8050 nömrələri olan plastik bank kaıtı olması aşkar edilmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün həmin kart və sənədlər qara rəngli vəsiqə qabı ilə birlikdə götürülmüşdür. Təqsirləndirilən şəxs məxsus 05 manat pul əskinaslarını iş üzrə əhəmiyyət kəsb etmədiyi üçün şəxsin özünə geri qaytarılmışdır. Daha sonra Təqsirləndirilən şəxs aşkar olunan 01 ədəd qara rəngli üzərində “Kent” sözü yazılmış siqaret qutusuna baxış keçirilmiş, baxış zamanı siqaret qutusunun içərisində 06 ədəd kağız büküm olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin kağız bükümlərin içərisində “nəşə” olaraq tanıdığı narkotik maddənin olmasını bildirmişdir. Bundan soma həmin kağız bükümlər ardıcıllıqla açılmış, kağız bükümlərin hər birinin içərisində ot formalı, yaşıl rəngli, xüsusi spesifik iyə malik olan, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs özünün 5 ay müddətdir ki, “nəşə” olaraq tanıdığı narkotik maddələrdən istifadə etdiyini, həmin maddələri müstəlif şəxslərdən əldə etdiyin, üstündən aşkar edilmiş, 01 ədəd siqaret qutusunda olan 06 ədəd kağız bükümdə narkotik maddə “nəşə”ni isə 1 gün əvvəl, yəni 19 fevral 2023-cü il tarixdə Xırdalan şəhərində “Fərid” və “Vüqar” adlı şəxslərdən əldə etdiyini, “Anar” adlı şəxsin də Xırdalan şəhərində bu cür maddələr satmasını, üstündən aşkar olunan maddələri əldə etdiyi “Fərid” və “Vüqar”ın ona bu maddələri hədiyyə və ya pay qismində əvəzsiz olaraq verdiklərini, onun da bi neçə bu maddələrdən istifadə edən tanışlarını “Fərid”, “Vüqar’ və “Anar” adlı şəxslərə narkotik maddələr əldə etmələri üçün yönləndirməsini, lakin özünün bu cür maddələri satmadığını, yalnız öz istifadəsi üçün üzərində saxlayaraq daşımasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxsin üstündən aşkar olunmuş 01 ədəd siqaret qutusunda olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan siqaret qutusu ilə birlikdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 05 manat pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən şəxsin özünə geri qaytarılmış, 01 ədəd “İphone” markal mobil telefon, şəxsiyyət vəsiqəsi və 01 ədəd plastik bank kartı, vergi uçotu haqqında şəhadətnamə iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin digər əməkdaşı Şahid2 və X3 Qurbanovun ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq şahidlər həmçinin bildirdirmişlər ki, saxlanılarkən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə ilkin məlumat daxil olsa da, sonradan Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat tədbirləri nəticəsində onun tərəfindən narkotik vasitələrin və ya psixotrop maddələrin satılmasını təsdiq edən sübutlar əldə etmək mümkün olmamış, yəni Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması faktı öz təsdiqini tapmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 göstərmişdir ki, o, Təqsirləndirilən şəxs uşaq vaxtından tanıyır. Onunla birlikdə bir məktəbdə oxumuşlar. Əsədin həbs olunmasını eşitmiş, həmin günü özü işdə olmuşdur. Əsədlə birgə narkotik vasitədən istifadə etmişdir. Onlar birlikdə İran vətəndaşından narkotik vasitə almışlar. Başqa bir tanışları vasitəsilə nömrəsinə pul vurub narkotik vasitəni götürmışlər. Bir ədədinə 10 manat vermişlər. Narkotik vasitəni bir yerdə götürüblər, nə o Əsədə nə Əsəd ona götürməmişdir. Bir yerdə kiminsə kartına pul vurub götürmüşlər. 3-4 dəfə birlikdə İran vətəndaşından narkotik vasitə almışlar. Polis əməkdaşlarına da ifadə verərkən bildirmişdir ki, onlar Əsədlə tanımadıqları şəxsin kartına 5,10,20 manat, hər dəfə müxtəlif məbləğ pul göndərmişlər və deyilən yerdən narkotik vasitəni götürmüşlər. Nə Əsəd ona nə o Əsədə pul versin ki gedəb götürsünlər, belə hal olmayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, belə ki bir məktəbdə oxumuşlar. O, 2020-ci ildə Qarabag döyüşlərində iştirak etmişdir. Həmin tarixdən sonra narkotik vasitə istifadə etmişdir.Əsədlə bir yerdə də istifadə etmişdir. Əvvəl özü əldə etmişdir. Elə olmuşdur ki, tapa bilməmişdir,Əsəd deyib ki tanıdığı adam var götürə bilər, oda deyib ki ikimiz üçün də götür. O da alıb gətirib, pulunu verib və bir yerdə çəkmişlər. Narkotik vasitənin bir dənəsini 10 manata almışdır Əsəd, kimdən almasını bilmirdi, iki dəfə olub ki Əsəd ona da alıb.Əsədin narkotiki neçəyə almasını bilmir, Əsəd gedib özünə almağa o da deyib ki mənə də al. Narkotik vasitənin qara bazarda bir dənəsinin qiymətinin 10 manat olmasını bilir. Əsədə demişdir ki, özünə mal alanda ona da 2 ədəd alsın, o da alıb gətirib, Əsədə 20 manat verib. Olmayıb ki, Əsəd gətirsin ona satsın, özünə alanda ona da alıb, bir yerdə çəkmişlər. Əsəddən soruşub ki, mal var, oda deyib “gedəcəm özümçün”, deyib ona da alsın. Bir gün əvvəl Əsədə 10 manat verib ki, ona da mal alsın. Alıb gətirib bir yerdə çəkmişlər. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində çağırılmış X7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 1 ildir ki, qeyri-rəsmi nikah münasibətlərindədir. O, Fərid və Əsədin uzun müddət biri birini tanıdığını, lakin 20 gün lap yaxın dost olduqlarını, Fəridin Əsədə narkotik vasitə satdığını və Əsədin də Fəriddən aldığını bildirmişdir. Onun yanında nə heç kim narkotik satmayıb, nədə çəkməyib. Fərid bir gün onlara gəlmiş, telefonla danışmış, sonra Əsədə iran vətəndaşının onun işini uzatdığını, kiminsə yanında yalançı çıxdığını bildirmişdir. Əsədə onunla danışmasını demişdir. Əsəd isə iran vətəndaşını tanımadığını bildirmişdir. Fəridin narkotik vasitə satmasını tək o deyil, hamı bilirdi. Təqsirləndirilən şəxs ona məxsus kart tətbiqindən Şahid4 kartına 10 manat, 15 manat pul göndərmişdir. Həmin pulu Fərid Əsədə narkotik vasitə alsın deyə göndərmişdir. Əsəd ona zəng etmişdir ki, evə gəlir. Polis əməkdaşları 3 nəfər onların yaşadıqları evə gəlmiş, Əsəddən narkotik vasitənin harada olmasını soruşmuşlar, Əsəd isə onun çantada olduğunu bildirmişdir. Onun Əsədin evdə narkotik vasitə saxlamasından xəbərdar olmamışdır. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində çağırılmış Şahid5 ifadəsində Əsədi uzun müddət tanıdığını göstərmişdir. Onunla birinci sinifdən bir yerdə oxumuş və münasibəti də yaxşı olmuşdur. 5-ci sinifə kimi bir yerdə oxumuşlar, sonra o ayrılıb Ukraynaya getmiş, sonra qayıdıb yenə əlaqə saxlamışdır. Şahid4 məktəbdən tanıyır. Eşidib ki, Fəridin iranlı ilə nəsə əlaqəsi olub, narkorik vasitə alıb verib. Əvvəllər özü də narkotik vasitələrdən istifadə edib, lakin hazırda 1 aydır tərgidib. Əsədlə də bir yerdə bir iki dəfə istifadə etmişlər. Hardasa fevral ayı idi, narkotik vasitəni də Fərid gətirmişdi.Hətta elə olub onun özü alıb, gətirib Əsədlə bir yerdə çəkmişlər. Əsəd heç vaxt heç kimə narkotik vasitə satmayıb. Elə olmayıb ki, pul versin Əsəd alıb gətirsin, bir yerdə alıb çəkiblər. Fərid də iran vətəndaşından alırdı. Həsənağanı xırdalan adamı kimi tanıyır, münasibəti olmayıb. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 20 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 fevral 2023-cü il tarixdə saat 16:17-də şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 20 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 20 fevral 2023-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün seat 16:17-də saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub üzərinə şəxsi axtarış keçirilərkən üzərindən narkotik vasitə aşkar edilərək götürülmüşdür. Diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar olunan maddələr narkotik maddədir, özünün istifadəsi üçün əldə etmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə Xırdalan şəhərində “Vuqar” və “Fərid” adlı şəxslərdən əldə etdiyini,yəni ona hədiyyə və pay qismində əvəssiz olaraq verdikərini bildirmişdir. “Maddi sübut hesab edilməsi haqqında” 22 fevral 2023-cü il tarixli qərara əsasən cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş tədqiqatdan sonra qalıq qalan bir ədəd kağız zərfdə qablaşdırılan 5,784 qram çəkidə qurudulmuş marixuana maddi sübut hesab edilməklə Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməbioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 7/269 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs aşkar edilmiş maddələr...” yazısı və imzalar olan kağız paketdəki sellofan torbacığların içərisində 06 (altı) ədəd kağız bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri; 1,077 qram; 0,898 qram; 0,797 qram; 1,089 qram; 0,950 qram; 1,273 qram olan bitki mənşəli kütələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi-6,084 qramdır. Təqdim olunmuş mariuanalar tərkiblərinə görə eynidirlər. Aparılmış ekspertiza tədqiqatının dəyəri 78 manat təşkil edir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-234/2023-cü il nömrəli, 22 fevral 2023cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətində, yəni xx.xx.2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 20 fevral 2023-cü il tarixdən hesablanmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-702/2023-cü il nömrəli, 13 may 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 ay, yəni 20 iyul 2023-cü il tarixədək uzadılmışdır. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 07 iyun 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs yenidən təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə yenidən ittiham elan olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X15 Şəxsi Ambulator X1 xx.xx.2023-cü il tarixli, 1655 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Məmmədli X5 xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs müayinə zamanı arabir düşəndə narkotik vasitə olan marixuanadan çəkməklə istifadə etdiyini bildirmişdir. İşdə olan telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında 08 aprel 2023-cü il tarixli protokoldan görünür ki, AR DİN BMCMİ-nin müstəntiqi Yusif Yusifov tətəfindən "xxxx" MMC-dən 27 mart 2023-cü il tarixli 6813 məktubla daxil olan məlumatlara baxış keçirmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 050 ***-**-** saylı mobil nömrəni istifadə etmişdir. Baxış zamanı nömrələrə daxil olan və çıxan sms-lərdə özündə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı yazışmalar, eləcə də iş üzrə əhəmiyyət kəsb edən məlumatlar aşkar edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 07 iyun 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən görüntüsü olan 01 ədəd DVD formatlı disk maddi sübut kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun tərəfindən törədilmiş əməl tövsif edilərkən səhvə yol verilmişdir. Belə ki, CM-in 234.2-ci maddəsində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə məsuliyyət nəzərdə tutulmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasinin qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. Həmçinin, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 02 nömrəli Qərarının 9-cu bəndində göstərilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Məhkəmə qeyd edir ki, göstərilən cinayət əməli (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama və ya daşıma) formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri törətməsi faktının müəyyən edilməsi kifayətdir. Belə tərkibə əsasən məsuliyyətin həllində ancaq dispozisiyada göstərilən hərəkət və ya hərəkətsizlik müəyyən edilir, nəticə tərkibdən kənarda qaldığı üçün onun müəyyən edilməsi lüzumu aradan qalxır. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlaması və daşıması barədə verilən ittihamla bağlı ilk növbədə təqsirkar şəxsin məqsədinin əldə etdiyi narkotik vasitəni satmağa yönəldiyi sübuta yetirilməli, narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsini təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onların hazırlanması üçün avadanlığın olması və s. bu kimi hallar müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələri qanunsuz olaraq əldə edərək məhz satış məqsədi ilə saxlaması sübuta yetirilmir. Məhkəmə istintaqında aparılan araşdırma zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni satmaq məqsədi ilə üstündə saxlaması birbaşa və ya dolayı yolla hər hansı sübutla təsdiq olunmur. Təqsirləndirilən şəxs tutulanadək onun narkotik vasitənin satışı ilə məşğul olması, kiməsə narkotik vasitə satması, narkotik vasitənin satışı ilə bağlı üçüncü şəxslərlə münasibət qurması, habelə onun satış məqsədi ilə narkotik vasitə əldə etməsi ilə bağlı dəqiq və yoxlanılmış məlumatın olması, hüquq mühafizə orqanları Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı obyektiv, dəqiq və yoxlanılmış məlumata sahib olması müəyyən edilmir. Bundan başqa, şahid Hadıyev X2 Əsəd Dilsuz oğlu ilə birlikdə narkotik vasitələrdən istifadə etdiyini bildirmişdir.Həmçinin göstərmişdir ki,bundan sonra bir dəfə də o, Əsədə 10 manat pul verib sonuncudan birgə istifadələri üçün xahişi ilə narkotik vasitə qurudulmuş marixuana aldırmış və ödədiyi pul da öz payına düşən narkotik vasitənin dəyəri olmuşdur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hərəkətləri narkotik vasitə satanın deyil, alanın mənafeyinə uyğun olmaqla cinayət işinin materiallarından həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlməsi, özünün bu maddələrin satışından mənfəət əldə etməsi müəyyən edilmir. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotik vasitə satma kimi qiymətləndirilə bilməz. Belə ki,“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 02 nömrəli Qərarının 11-ci bəndində göstərilir ki, Cinayətin gedişində cinayətə qoşulmaqla (cinayətin digər iştirakçıları ilə qabaqcadan cinayətin törədilməsi məqsədi ilə əlbir olmadan) cinayətdə iştirak etmiş və ya digər cinayət törətmiş şəxsin hərəkətləri cinayətin iştirakçıları (içraçıları) ilə qabaqcadan cinayət əlaqəsinə girməklə cinayəti əlbir olan qrup şəkildə törətməsi kimi qiymətləndirilməməli və həmin şəxs özünün törətdiyi konkret hərəkətlərə görə məsuliyyət daşımalıdır. Yalnız Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla məhkəmələrə həm də izah edilsin ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları belə Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat tədbirləri zamanı onun tərəfindən narkotik vasitələrin və ya psixotrop maddələrin satışını təsdiq edən sübutlar əldə etmədiklərini bildirmişlər. Bundan başqa Təqsirləndirilən şəxs saxlanılarkən üzərinə keçirilən şəxsi axtarış zamanı, həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində üzərində daşıdığı narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə deyil, öz şəxsi istifadəsi üçün əldə edib üzərində saxladığını bildirmişdir. Həmçinin iş materiallarında olan əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs aşkar edilən narkotik vasitə olan qurudulmuş marixuana onun satış məqsədi ilə əldə etməsi göstərilsə də, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarının 17-ci bəndindən görünür ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi (CPM, maddə 28), hakimlərin müstəqilliyi (CPM, maddə 25), cinayət mühakimə icraatının aşkarlığı (CPM, maddə 27), cinayət prosesində tərəflərin çəkişməsi (CPM, maddə 32) və təqsirsizlik prezumpsiyası prinsipləri (CPM, maddə 21) ilə şərtləndirilən məhkəmə baxışının xüsusiyyətləri cinayət-prosessual qanunun müəyyən etdiyi prosedur daxilində yoxlanılmayan (yalnız əməliyyat-axtarış fəaliyyətinin subyektinə məlum olan, lakin baxılan konkret işin hallarına görə araşdırılması tələb olunan) məxfi məlumat əsasında şəxsin cinayət törətməkdə təqsirli bilinməsinə və cəzalandırılmasına yol verilmir. Avropa Məhkəməsi də “Şöler Almaniyaya qarşı” işi üzrə (Scholer v. Germany, № 14212/10, § 77, 18 dekabr 2014-cü il) qərarda qeyd etmişdir ki, “Araşdırma predmeti olan cinayətin mahiyyətini nəzərə almaqla Konvensiya anonim agentlərdən ibtidai araşdırma zamanı istifadə olunmasını istisna etmir. Onların məlumatlarından məhkəmədə şəxsin təqsirliliyinin sübuta yetirilməsi zamanı istifadə olunması isə tamamilə fərqli vəziyyətdir”. Odur ki, əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş və yaxud əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsas olmuş, məxfi olmasına görə məhkəmə baxışında tədqiq edilməyən məlumatdan hökmdə ittihamın əsaslandırılması zamanı istifadə edilməməlidir. Beləliklə, məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs 20 fevral 2023-cü il tarixdə istintaqa məlum olmayan mənbədən onun qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı ayrı-ayrılıqda təmiz çəkiləri 1,077 qram, 0,898 qram, 0,797 qram, 1,089 qram, 0,950 qram və 1,273 qram olmaqla altı ədəd kağız bükümdə ümumi təmiz çəkisi 6,084 qram narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə üzərində saxlaması qənaətinə yalnız bükümlərin sayına görə gəlmişdir. Halbuki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə üzərində saxlaması faktının müəyyən edilməsi üçün bükümlərlə yanaşı başqa sübutlar da mövcud olmalıdır ki, hazırki iş üzrə belə hallar müəyyən edilməmişdir. Onun ibtidai istintaq dövründə onun narkotik vasitənin satışı ilə məşğul olması, narkotik vasitələrin satışı ilə bağlı üçüncü şəxslərlə danışıq aparması, yazışması, bu barədə sövdələşməsi, "müştərilərdən” narkotik vasitənin satışı ilə bağlı sifarişlər alması və həmin sifarişləri icra etməsi, narkotik vasitələri kiməsə əvəzli və ya əvəzsiz qaydada verməsi, qeyd olunan məqsədlər üçün "müştəri” çevrəsinə malik olması ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. Ümumiyyətlə cinayət işinin materiallarında Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək hər hansı sübut müəyyən edilmir. Həmçinin, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 02 nömrəli Qərarının 9-cu bəndində də göstərildiyi kimi təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi ilə yanaşı başqa sübutlar da mövcud olmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məqsədinin narkotik vasitəni satmağa yönəldiyini təsdiq edən hər hansı sübut mövcud deyildir, yəni onun narkotik vasitələri əldə edərək üzərində saxlamasının məhz satış məqsədi ilə edilməsi öz təsdiqini tapmır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs ehtimal və mülahizələrə əsaslanaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələri satış məqsədi ilə qanunsuz olaraq əldə edərək üzərində saxlaması ilə bağlı ittiham verilmişdir ki, həmin ittiham əsasında Təqsirləndirilən şəxs CM-in 234.2ci maddəsi ilə məsuliyyətə cəlb edilməsini məhkəmə mümkün hesab etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu bu baxımdan “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında vurğulayır ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidir; 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir; 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Beləliklə, məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin hüquqi tövsifində səhvə yol verilmişdir. Konstitusiya Məhkəməsi Plenumu bu baxımdan 22 iyun 2015-ci il tarixli Qərarında vurğulayır ki, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, "Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, "X9rşı” 09 dekabr 1994-cü il və "Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Beləliklə, məhkəmə, məhkəmə istintaqında araşdırılan sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və öz daxili inamına əsasən, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, həmçinin Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verərək, yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq miqdarda, ayrı-ayrılıqda təmiz çəkiləri 1,077 qram, 0,898 qram, 0,797 qram, 1,089 qram, 0,950 qram və 1,273 qram olmaqla altı ədəd kağız bükümdə ümumi təmiz çəkisi 6,084 qram narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamasının satış məqsədi ilə olması öz təsdiqini tapmır, buna görə də o, şəxsi istehlak miqdarından artıq olan həmin narkotik vasitəni qanunsuz əldə edərək saxlaması ilə bağlı cinayət məsuliyyətinə cəlb olunmalı, yəni təqsirləndirilən şəxsin əməli CM-in 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması, onun etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi və iş materiallarında olan digər sübutlarla tam sübuta yetirilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 12-ci qrafasına əsasən narkotik vasitə hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 6,084 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən həmin miqdar onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Beləliklə, məhkəmə hesab edir ki, CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: İlk dəfə cinayət törətməsi, cinayəti, yəni psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etdiyini etiraf etməsi və bu əməlindən peşman olmasını, İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hal (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və o, həmin maddə ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiç“həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanmalı, o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməli (CM-in 93.1.2), iş üzrə maddi sübut - marixuananın qalıq çəkisi məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş video görüntünün köçürüldüyü bir ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-in 132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-in 198.1). CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 20 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş və qalıq çəkisi 5.784 qram narkotik vasitə-qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut - şəxsi axtarış və götürmə aparılmasına dair video görüntünü əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 78 (yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X4, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan edildiyi (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-24/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-24/2024
16.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver