Məhkəmə qərarları › İş №1(005)-24/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-24/2025

18.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-24/2025 18.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – “Müdafiəçi3 və Partnyorları” Vəkil Bürosunun vəkilləri Müdafiəçi3 və Müdafiəçi4, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Naxçıvan MR, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Yusif Allahverdiyev və Partnyorlan” Vəkil bürosunun vəkili, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Vəkillər X1 28 dekabr 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunmaqla “Yusif Allahverdiyev və partnyorları” Vəkil bürosunda vəkil olaraq fəaliyyət göstərərək “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə əsasən, müdafiə edilən və ya hüquqları təmsil edilən şəxsin mənafelərini qorumaq üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün üsullardan istifadə etmək, vəkil sirrini qorumaq, vəkil andına və vəkil etikasına riayət etmək, yalnız qanunun tələblərini rəhbər tutmaq, hüquqi yardımın göstərilməsi üçün müraciət etmiş şəxsin maraqlarına zidd və hüquqlarının həyata keçirilməsinə mane olan hər hansı hərəkəti etməmək, vəkil sirrindən özünün şəxsi və ya başqasının mənafeyi üçün istifadə etməmək və digər vəzifələrə malik vəkillik fəaliyyətini həyata keçirən şəxs kimi Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlərinin Konfransı tərəfindən xx.xx.2020-ci il tarixdə qəbul olunmuş “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin 2.10-cu maddəsinə əsasən, peşə fəaliyyətini həyata keçirməklə bağlı vəkillərin qanuna zidd olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəldilmiş hərəkət (hərəkətsizlik) etməsinin qadağan olunmasına baxmayaraq Şahid1 ilə arasında hüquqi yardım göstərilməsi haqqında 0090 nömrəli xx.xx.2023-cü il tarixli müqavilə əsasında sonuncunun Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan ********* nömrəli cinayət işi üzrə müdafiəçisi qismində çıxış etməklə təqsirləndirildiyi əməlin daha yüngül əmələ tövsif olunması və barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın verilməsi ilə əlaqədar 2023-cü ilin oktyabr ayında özünə müraciətindən sonra işə kollegiyal baxan məhkəmə hakimləri ilə yaxın münasibətinin olmasını, güman edilən təsir imkanlarından istifadə edərək həmin vəzifəli şəxslərin Şahid1 təqsirləndirildiyi əməlin daha yüngül əmələ tövsif olunması və barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın verilməsi barədə qərar qəbul edilməsinə qanunsuz təsir etmək imkanına malik olmasını bildirib, qeyd edilən məsələnin müsbət həllinə görə özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 15.000 manat pul vəsaitini 2023-cü ilin oktyabr ayında Bakı şəhəri ərazisində müxtəlif ünvanlarda görüşləri, həmçinin Şahid1 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla özünün istifadəsində olan ***-***-**-** nömrə arasında aparılmış danışıq zamanı Bakı Ağır Cinayətlər Məhkəməsində işə kollegiyal baxan məhkəmə hakimlərinin qərar qəbul etmələrinə qanunsuz təsir etmək məqsədilə istəyib, Şahid1 15.000 manat pul vəsaiti verəcəyinə dair razılığını alaraq, həmin niyyətlə 27 dekabr 2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsi 79 ünvanında yerləşən “Atatürk” parkının qarşısında Gülnarə Eynullayevdan özü üçün birbaşa yolla cinayətdən xəbərsiz qaynı Şahid2 vasitəsi ilə maddi nemət olan 15.000 manat məbləğində pul vəsaitini alıb, həmin pul vəsaitini şəxsi ehtiyaclarına sərf etməklə, qeyd edilənlərlə əlaqədar öz güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimlərinin qərar qəbul etməsinə qanunsuz təsir etmək məqsədilə özü üçün birbaşa yolla vasitəçidən istifadə etməklə maddi nemət olan 15.000 (on beş min) manat məbləğində pul vəsaitini istəməklə alaraq nüfüz alveri etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin dekabr ayında Vəkillər Kollegiyasına qəbulla bağlı imtahanlarda uğur qazanaraq həmin vaxtdan hazırki vaxtadək “Yusif Allhverdiyev və partnyorlan” bürosunda fəaliyyət göstərməyə başlamışdır. X5 müraciət edərək tanışı Şahid1 barəsində Bakı şəhəri Nizami rayon polis idarəsinin İstintaq şöbəsinin icraatında Azərbaycan Respublikası CMnin 177.3.2-ci maddəsi ilə cinayət işinin istintaqının aparıldığını, həmin şəxsə hüquqlarının müdafiə edilməsində köməklik göstərilməsini xahiş etmişdir. Bundan sonra Şahid1 ilə görüşərək cinayət işi barədə maralandıqdan sonra onunla müqavilə bağlamış və təxminən dəqiq məbləği xatırlamır, səhv etmirsə 1.000 manat xidmət haqqı almışdır. Bundan sonra istintaq dövründə istintaq hərəkətlərinin aparılmasına onunla birlikdə iştirak etmişdir. Ondan başqa, Şahid1 başqa üç vəkil ilə də müqavilə bağlamış və həmin vəkillər də istintaq hərəkətlərində iştirak etmişdir. Şahid1 Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi 2023-cü ilin əvvəllərində baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Məhkəmə istintaqı dövründə məhkəmə proseslərində iştirak etmiş, həmçinin hüquqlarını müdafiə etdiyi Şahid1 əməlinə düzgün hüquqi qiymət verilməsi, ziyanın dəqiqləşdirilməsi üçün vəsatətlər təqdim etmiş, lakin həmin vəsatətlər hakim tərəfindən baxılmamış saxlanılmışdır. 2023-cü ilin oktyabr-noyabr aylarında Gülnara Eynullayeva ona müraciət edərək tanışı Vəfa və hazırda adlarını xatırlamadığı şəxslərin onu aldatdığını, məhkəmə tərəfindən barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsi üçün hakimə pul vermək adı ilə ondan 18.000 manat aldıqlarını və onlar tərəfindən aldatdığını hiss etdiyini demiş və pulun qaytarılmasında köməklik göstərilməsini xahiş etmişdir. Ona köməklik göstərmək qərarı almış və guya ki, onunla iş görərək məhkəmədə hakimlə danışaraq razılaşdığını, 15.000 manat müqabilində təqsirləndirildiyi əməlin daha yüngül əmələ tövsif olunacağını və barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza veriləcəyini bildirməsini və pulu qaytarmağı tələb etməsini demişdir. Hətta onların yanında bu barədə onunla telefonda danışaraq, həmçinin mesaj vasitəsi ilə yazışaraq görüntü də yaratmağını öyrətmişdir. Bundan başqa, pulu geri ala biləcəyi təqdirdə həmin puldan xidmət haqqı olaraq ona da müəyyən hissəsini verməsini bildirmişdir. O da razılaşaraq sonrakı günlərdə bu barədə onunla telefonda danışmış, Gülnarənin həmin şəxslərin yanında onunla danışdığını düşünüb onun pulun hakimə verilməsi və digər məsələlər üzrə dediklərini qəbul etmiş, həmçinin hakimin müvafiq yüngül hökmün çıxarılması üçün 15.000 manat pul tələb etdiyini bildirmişdir. Bir müddət bu barədə onunla telefonda və görüşərək söhbət aparılsa da, qeyd etdiyi kimi həmin söhbətlərin qurama olmasını düşünmüşdür. Daha sonra Şahid1 ona zəng edərək pul vəsaitini düzəltdiyini, onunla görüşərək pulu vermək istədiyini demiş, həmin vaxt başqa işləri olduğundan görüş yerinə qaynı X6 göndərib, ona Gülnarənin mobil telefon nömrəsini verərək onunla əlaqə saxlamağı və görüşərək ondan 15.000 manat pulu alaraq ona çatdırmasını xahiş etdirmişdir. Qaynına pulun hansı məqsədlə alınması barədə məlumat verməmişdir. Hatəm onunla görüşərək 15.000 manat pulu Gülnarədən alaraq ona çatdırmışdır. Gülnarənin xahişi ilə pulu özündə saxlamış, gələckdə lazım olacağı təqdirdə məhkəmə xərclərinin ödənilməsinə və pul vəsaiti artıq qalacağı təqdirdə ona qaytarmağı xahiş etmişdir. Gülnarə ilə razılaşıb həmin pul vəsaitini özündə bir müddət saxlamış, daha sonra isə lazım olduğu üçün şəxsi ehtiyaclarına xərcləmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şahid1 əməli Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsindən həmin Məcəllənin 177.2.4-cü maddəsinə tövsif olunaraq barəsində 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilmişdir. Sonradan Şahid1 ona göstərdiyi hüquqi xidmətin qarşılığı olan pulu vermək niyyəti olmadığını anlamışdır. Daha sonra Gülnarə ona cinayət işi ilə əlaqədar qeyri-prosessual hərəkətlər etməsi ilə bağlı pul verməyi təklif etdiyindən, o da onu aldadaraq işə üçüncü şəxslərin müdaxiləsinə dair vədlər vermiş, bu yolla öz pulunu almaq istəmişdir. Onun ilk vəkili də özü olmuş, Gülnarə də ən çox ona inanmışdır. Pulunu almaq üçün Gülnarənin dəsti-xətti ilə getməyə məcbur qalmışdır. Lakin pulunu vermədiyini görüb bu yola əl ataraq pulunu almaq istəmişdir. Onu aldatdığına görə peşmandır. Zərərçəkmişlə barışmış, hətta bu məsələdən sonra həmin işlə bağlı apellyasiya şikayətini də özü hazırlamışdır. Hazırda zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur, onunla barışmışdır. Yekunda barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Nizami rayonu “Laçın” ticarət mərkəzində 97.800 manatlıq qızıl-zinət əşyalarının oğurlanması ilə əlaqədar Bakı şəhəri Nizami rayon polis idarəsinin İstintaq şöbəsinin Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaqı aparılmış və həmin iş üzrə o Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Həmin iş üzrə təqsirsiz olsa da, istintaqla ona qeyd olunan ittiham elan edilərək istintaq tamamlanıb cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. İstintaq dövründə, həmçinin məhkəmə istintaqı dövründə əsas müdafiəçisi “Yusif Allahverdiyev və partnyorlan” bürosunun vəkili Təqsirləndirilən şəxs olmuşdur. Həmin şəxsdən savayı digər 3 vəkil ilə də müqavilə bağlamış, həmin şəxslər də istintaq və məhkəmə dövründə hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi 2023-cü ilin əvvəllərində baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Məhkəmə istintaqı dövründə o və müdafiəçiləri, o cümlədən Təqsirləndirilən şəxs məhkəmə proseslərində iştirak etmiş, həmçinin onlar tərəfindən əməlinə düzgün hüquqi qiymət verilməsi, ziyanın dəqiqləşdirilməsi üçün vəsatətlər təqdim olunmuşdur. 2023-cü ilin oktyabr-noyabr aylarında cinayət işi üzrə məhkəmə istintaqının da əleyhinə aparıldığını və sonda tutulacağını hiss etdiyi üçün müdafiəçi Təqsirləndirilən şəxs hakimlə danışmasını və işinin yüngülləşdirilməsi və cəza məsələsində köməklik göstərməsini xahiş etmişdir. O da hakimlə ortaq tanışları vasitəsi ilə danışa biləcəyini, işin həll olunmasında köməklik göstərə biləcəyini demiş, bir neçə gün sonra Misir onunla əlaqə saxlayaraq hakimlə razılaşdığını, ilk əvvəl 13.000-14.000 manat pul tələb etdiyini, bir neçə gün sonra isə danışıq zamanı konkret məbləğin 15.000 manat tələb edildiyini bildirmişdir. Misirin qanunsuz hərəkətlərini görüb bütün danışıqları və görüşlərinin qeydiyyatını aparmışdır. Misirin ondan qanunsuz pul tələbini görüb bununla bağlı 2023-cü ilin dekabr ayında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinə şikayət etmişdir. Şikayəti əsasında araşdırma aparılmağa başlamış, lakin bu barədə Misirə heç bir söz deməmişdir. Misirə məbləği aşağı salmağı xahiş etsə də ilk əvvəl 14.000 manata həll ediləcəyini bildirməsinə baxmayaraq sonradan məbləği daha da artırıb 15.000 manat etmiş və işinə baxan hakim işin onun xeyrinə həll edilməsi müqabilində yəni azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsi müqabilində məbləğdə güzəşt edilməyəcəyini bildirmişdir. Misir işi tanışları vasitəsilə həll edəcəyini bildirmişdir. Lakin həmin şəxslərin kimliyi barədə heç bir söz deməmişdir. Bir müddət Misirlə bu barədə danışıqlar apardıqdan sonra 15.000 manat düzəltmiş, pulun bir hissəsini qohumu Şahid3 almışdır. Misirə pulu vermək istədiyini bildirmiş, eyni zamanda bu barədə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarına da məlumat vermişdir. Misirə pulu xx.xx.2023-cü il tarixdə verəcəyilə bağlı razılaşmış və Misir ona görüşə gələ bilməyəcəyini, bir nəfəri göndərəcəyini və pulu ona verməyini bildirmişdir. Bir müddət sonra həmin şəxs onunla telefon əlaqəsi saxlamış, Nərimanov rayonu ərazisində Atatürk parkının qarşısında görüşməyi bildirmişdir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinə gəlmiş, Misirə veriləcək pulların əməkdaşlar tərəfindən qeydiyyatı aparılmış və pulun verilməsini qeydiyyata almaq üçün üzərinə xüsusi kamera quraşdırılmışdır. Bundan sonra o, Misirin dediyi şəxslə Atatürk parkının qarşısında görüşüb 15.000 manat pulu ona vermişdir. Ondan sonra məhkəmə tərəfindən ona 2 il 11 ay azadlığın məhdudlaşdırlması cəzası verilmişdir. Misirə Şəfa adlı tanışı tərəfindən aldadılaraq məhkəmədə olan işinin həll edilməsinə görə 18.000 manat pulunun ələ keçirilməsi ilə bağlı məlumat versə də bu məsələdə ondan heç bir köməklik istəməmiş, belə ki, həmin məsələ ilə bağlı Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinə şikayət etmişdir. Misirin də guya Şəfa adlı şəxsdən pulu geri almaq məqsədilə görüntü yaratmaq üçün onunla məhkəmədə olan işlə bağlı danışıqlar aparıb sonda 15.000 manat pul istəməsi və tanışı vasitəsilə həmin məbləği almasını bildirməsi yalandır. Belə ki, Misir konkret olaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında onun barəsində olan cinayət işi üzrə yüngül cəza təyin edilməsinə görə hakimə vermək üçün 15.000 manat istəmiş və almışdır. Hazırda ona vurulmuş ziyan tam olaraq geri qaytarılmışdır. Şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bacısının əridir. 2023-cü ilin dekabr ayının sonlarında Misir ona zəng vurub vaxtı olub olmadığını soruşmuş, işi olmadığını bildirdikdə Misir ona bir nəfələ Gənclik metrostansiyasının yaxınlığında Atatürk parkının qarşısında görüşüb pul götürmək lazım olduğunu bildirmişdir. Misir həmin şəxsin qadın olduğunu və 15.000 manat pul verəcəyini bildirmişdir. Misirin dediyi vaxtda qadınla telefon əlaqəsi saxlayıb həmin yerdə görüşmüş və qadın ona bir topa pul vermiş, pulu saydıqda 13.000 manat olduğunu görüb bu barədə Misirə məlumat vermiş Misir pulu qadına qaytarmağı, onunla 15.000 manata danışdığını bildirib qalan pulu da verməsini bildirmişdir. Ondan sonra pulu qadına geri qaytarmış, qadın isə bir saata qalan 2000 manatı da gətirb gələcəyini bildirmişdir. 1 saatdan sonra orada yenidən görüşüb 15.000 manat pulu qadından almış və həmin gün Misirlə “28 Mall” ticarət mərkəzinin yaxınlığında görüşüb pulu ona vermişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid3 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı Şahid3 vermiş olduğu ifadədən aydın olur ki, Şahid1 qohumudur. Gülnarə əvvəllər qızıl dükanında satıcı işləmiş, lakin bir müddətdən sonra 2023-cü ildə mağazanın sahibi guya Gülnarənin oradan 97.000 manatlıq qızıl oğurlaması ilə bağlı şikayət etmişdir. Həmin şikayətlə bağlı cinayət işi açılaraq iş məhkəməyə göndərilmişdir. İş məhkəməyə göndərildikdən sonra 2023-cü ilin noyabr ayında Gülnarə ona işinə köməklik edilməsinə görə vəkili Misirin 15.000 manat pul istədiyini pulun bir hissəsini düzəltdiyini bildirib ondan 7000-8000 borc pul istəmişdir. Gülnarənin deməsinə görə guya vəkili Misir məsələni işə baxan hakim Samir vasitəsilə həll edəcəkdi. 4500 manat düzəldib borca Gülnarəyə vermiş, qalan pulu da Gülnarə düzəldib deməsinə görə vəkil Misirə verib və işini həll etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Qətimkan tədbirinin seçilməsi” haqqında 11 fevral 2024-cü il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin mühüm işlər üzrə böyük müstəntiqi X4 tərəfindən tərtib olunmuş 12 fevral 2024-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 15.000 (on beş) min manat məbləğində pul vəsaiti Şahid1 təqdim edilmişdir. “Baxış keçirilməsi haqqında” 13 fevral 2024-cü il tarixli protokoldan görünür ki, baxış keçirilərkən elektron daşıyıcı “HP” markalı kompyuterə daxil edildi, daşıyıcıda “Misir- Gülnarə səs yazısı 1, “Misir-Gülnarə səs yazı 2”, “Misir-Gülnarə səs yazı 3”, “Misir-Gülnarə səs yazı 4”, “Misir-Gülnarə səs yazı 5”, “Misir-Gülnarə səs yazı 6” və “Misir-Gülnarə səs yazı 7” adlı fayllar olduğu müəyyən edilmişdir. Fayllarda olan danışıqların mətni aşağıdakı kimidir: “Misir-Gülnarə səs yazı 1” (3:52-ci dəqiqəyə qədər şəxslər arasında iş üçün əhəmiyyət kəsb etməyən söhbətlər aparılır və davam) K1 - Mən düzəltmişəm Misir müəllim, 6.000 uje düzəlib hazırdı, 4.000 sabah saat 4də gəlir, prosta sən bir dənə Samir müəllimlə bir dənə əlaqə saxlaya bilsən, başıva dönərəm, biraz aşağı saldıraq da onu, o qədər məbləği ora verə bilmirəm, bilirsən necə verərdim, bu dəqiqə 20.000 də verərdim, özün bilirsən, prosta ala bilmirəm, bilirsən necə uje tükənmişəm e hər şeydən, K2 - vallah mən danışaram, bir dəfə danışdım, o söhbəti ki dedim yuvanmağın səbəbi bu adamın düzəldə bilməməyidi, yəni bu adam düzəldə bilsəydi belə pis çıxmasın mən elə dedim gedib kimdən götürməzdi, indi sənin orada etiraf elədiyin hissə var axı, mən onun üzərindən danışıram, yəni o boyda məbləğə yox, yüngülvari görünür də bir iki dənə şeydə ki burdan gedir, onlar da uşaq deyillərdə başa düşürlər K1 - Onlar yaxşı bilirlər ki orda mənim 97.000-lik günahım yoxdu K2 - Onlar yaxşı bilirlər ki orda uzaq başı 5.000-dir K1 - Əvvəl gündən sən mənim yanımdasan da bilirsən ki 97.000 mənim günahım yoxdu K2 - Deyirəm ki a kişi bu adamın imkanı olsa idi, verməyə qadir olsa idi, deyir niyə o hərəkəti edirdi K1- İnan ki biləsən necə dirənmişəm, uje day elə adam qalmayıb ki day ağız açmayım, qurana and olsun, çarəm olsa gedərəm məhkəmənin qabağında Samirin əlinə ayağına düşərəm ki ay Samir müəllim qurban olum sənə mən eləməmişəm, yəni ürəyim partlayır özüm ölüm, inan Allahaqqı çox çıxılmaz vəziyyətdə qalmışam, mənə udar vurdu da, K2 - Arıqlamısan elə bil biraz? K1 - Bilirsən nəyə görə Misir müəllim, quranhaqqı yata bilmirəm, məhkəmənin gününə az qaldığına görə inan yata bilmirəm, deyirəm bir dənə gedərdim Samirin əlinə ayağına düşərdim ay Samir müəllim qurban olum, ay katibi qurban olum, mənim işimi azaldın, sən heç olmasa qurban olum, mən 6.000 düzəltmişəm, sabahları da saat 4 tamamda da 4.000-i göndərirlər, bacıma göndərirlər, o da ki faizlə götürüb, inanırsan Misir müəllim K2 - Uzaq başı nə edəcəkki ordan uzaq başı 1.000-2.000 uzaq başı K1 - Keçəcək? K2 - Uzaq başı mən deyəndən sonra, uzaq başı a, oturub basıb bağlayaq ki bu qədər keçəcək yox, uje onun dediyi dedikdidə, K1 - Hə də onun dediyi uje dedikdidə, K2 - Hə onun dediyi dedikdi, yəni mən onunla iş gösrməmişəm indiyənə qədər açığı deyim, mən onunla iş görməmişəm, amma eşitdiyim qədəri ilə yəni o köməklik eliyər hardasa, qardaş biz dedik ki bunun imkanı yoxdu, neçə aylardı bu işin üstündəyəm, mən etirazımı da verdim, yəni bir vəkilin eliyə biləcəyi hər şeyi elədim, normalda üzlü adam deyər ki qardaş bu adamlar dirəşiblər, görürəm ki dirəşiblər, mən dirəşmişəm də düzdü ?! O birisi basıb bağlayır ki hakimə etiraz edəcəm, niyə eləmirsən, qardaş mən etiraz da edirəm də bu hakimə baxmasın da bu adam, o gördü ki uje mən dirənmişəm, ağlama a Gülnarə, nə var ki burda K1 - Uşaqlarıma yazığım gəlir K2 - Niyə yazığın gəlir ki, sənə kimidiki bu dəqiqə şey eliyən, mən səni qorxuduram, mən səni çəkindirirəm ?! K1 - Yox ona görə yox e, onların mənə haqsız olmaqları məni o yandırır, bilirsən ki (7:30-cu dəqiqədən 13:05-cu dəqiqəyə qədər şəxslər arasında iş üçün əhəmiyyət kəsb etməyən söhbətlər aparılır və davam) K1- Çox istədi 15.000-i, çox pul istədi, çox, nəyə görə burda 15.000-lik iş yox idi, mən boynuma onsuzda 5.000-6.000 onsuzda almışam, 97.000-i sən mənim boynuma yüklüyürsən, hələ mənə cəza verəcəksən gedib yatacam, yatmaqdan əlavə çıxıb hələ o pulu ödəyəcəm K2-Zibil odu da K1 - Onu qoyursan e sən mənim boynuma ay Samir, sən 15.000 istəyirsən, istə, mən bir söz demirəm, mənim müstəntiqim Cəmşid qalsa idi belə olmayacaqdı, çox yaxşı oğlan idi, amma Samir mənə düzgün qərar vermir, Samir oxuduğu məbləğ də çoxdu, mən ona görə də yenə də deyirəm Misir müəllim, nə qıra bilsəz ordan qırında K2 - Vallah mən çalışacam, açığı sənə nə yalan deyim, mənlik də bir şey yoxdu orda, açığı elə hakim var çıxardın ordan verir, amma ortada elə bir adam var ki mən də demişəm ki qardaş nə verəcəksə sənə verəcək mənə yox mənə vermə, bax bu dəqiqə sənin yanında zəng edib danışım deyim qardaş mənə nəsə verəssən ordan, mən nə demişəm söz demişəm, iş görürük, mən ona deyəcəm ki sən ordan sal mən də burdan salım, əgər mümkünatı varsa, yox əgər desə mümkünatı yoxdu mən də sənə deyəcəm ay gülnarə mümkünatı yoxdu, mən sənə nə yalan deyim, düz deyil? K1- Hə də əlbəttə ki, amma nə keçəcək eləsə başına dönərəm, siz indi həmin adamla danışarsız, dediyin adam kimdi onunla danışın, katibidi, kimidi, yaxınıdı danışın onunla, deyin K2 - Katiblik deyil e nə katib, məzələnirsən ?! K1 - Sabahları, sabahları maksimum saat neçəyə qədər vaxtımız var, saat 4-də gəlir uje K2 - Bax bu gün ayın neçəsidi, mən sənə ayın tarixi ilə deyim də, ayın 25-i, düzdü ?! K1 - Aha K2- Mən deyəcəm ki qardaş, sabah saat axşam 6-da görüş olsun, mən deyəcəm, axşam 6-da görüş olsun, bu adam bunu düzəldib verir, versin, ayın 28-nə qədər də demirsən nə qədər qırassan onu da qır, qoysun üstünə versin, 4 qoyacaq 5 qoyacaq, nə qoyacaqsa onu qırsın, mən də deyirəm ki bunu razı salmaq lazımdı ki, başa düşdün, yəni nətərsən bunu verərsən sabah dalın gətirmərsən, atar bizim üstümüzə ki K1 - Yox K2 - Yox e mən görmüşəm e belə şey, bildim e atar mənim üstümə, ona görə də mən endirim məsələsini danışacam, orda ki adama zəng edəcəm, indi açıq səndən nə gizlədim, mən hakimə deyirəm ki onunla danışsın, bu da deyir ki o özü niyə gəlmir mənim yanıma, mən də deyirəm ki məni qatma K1 - İndi əsas Samirin özüdü, biraz insafa gəlsin desin bu qız yüklənib, Allahaqqı, quranhaqqı mənim çarəm olsa gedib qapısında yataram ona yalvararam, bəlkə də onu da eliyərəm, niyə çünki bunlar bilir burda mənim günahım yoxdu, bilə-bilə məni bilirsən necə odun içinə atırlar K2 - Adamı da yandıran odu da, vallah mən uduzduğum işdə demək olarki bir ay özümə gəlmirəm, zarafat eləmirəm a, mən bir işi uduzdum a mən bir ay özümə gəlmirəm, necə uduza bilərəm e mən, ya o işi götürmürəm başdan, perspektivi yoxdu, mən axıra gedib çatanda camaat mənimlə üzbəüz qalacaq K1 - Bu işdə sən özün görürsən ki sübut yoxdu, bizdə bax görürsən şeyi ekspert rəyini gətirdin e, onu heç təmin eləmədi ki baxılsın buna K2 - Amma istinad edəcəkdə, istinad edəcək ekspertin rəyinə, o uşaq deyil, o gördü ki mən bu hərəkəti elədim, gördü ki a yox e istintaqın heç bir ekspertin rəyi yoxdu (19:45-ci dəqiqədən 35:15-ci dəqiqəyə qədər şəxslər arasında iş üçün əhəmiyyət kəsb etməyən söhbətlər aparılır və davam) K1 - Gedim mən Misir müəllim, gecdi başına dönərəm K2 - Nə düşəcəksə də gülnarə mən sənə deyəcəm, sən sabah onu da həll edirsən, amma yarımçıq vermək olmaz, K1 - Yox, sabahları inşallah K2 - 10 ver, o alınmayacaq K1 - İndi sən qurtaranı danış gör nə qədər düşür mənim üçün, yaxşı qurban olaram sənə, danış heç olmasa vallah quranhaqqı çarəm olsa Samirin gedib əlinə ayağına düşərəm ki nolar bir az keç, bax quranhaqqı Allah çarəmi kəsib, prorta mənə deyər ki sən kimsən, mən sənə nəsə demişəm ki, K2- Mən də çalışacam qıram, nə lazımdı edəcəm, çünki ayın 28-nə az qalıb (36:20-ci dəqiqədən 47:50-ci dəqiqəyə qədər şəxslər arasında iş üçün əhəmiyyət kəsb etməyən söhbətlər aparılır) “Misir-Gülnarə səs yazı 2” faylı K2 - Söhbəti oldu, sonra nə bilim axı sabah birisigün söhbətləri zadı oldu, onların üstündən K1 - İnanırsan ki tapa bilmədim e Misir müəllim, Allaha and olsun özün bilirsən ki K2 - Bilirəm, başa düşürəm e mən, yox e mən sözümü sənə demirəm mən səni başa düşürəm, prosta ki biz də elə dedik, başa düşdün, indi də gəlib ki əvvəl alınmayan şeyi indi alındırırsız, alındırandan sonra da belə edirsiz, bilirsən hörmətsiz çıxmaq lazım deyil də bu məsələlərdən, onu demək istəyirəm K1 - Bildim, elə dediyində durub da, 15.000, ondan da bir manat K2 - Konkret dediyində durubdu K1 - Ay da, heç olmasda bir 2.000 keçsə idi, ay Allah, inanırsan, yaxşı Misir müəllim, saat altı, yeddinin yarısında zadda necə eliyəyin onda görüşəyin, qoyun görüm kimə yalvarıram, qalanını da yalvarımda K2 - Yaxşı K1 - Qoyun görüm kimə yalvarıram ki, qoyun bir damcı da şey edim, əlimi qolumu yığım görüm kimə yalvarıram K2-Yaxşı, yaxşı K1 - Yaxşı Misir müəllim “Misir-Gülnarə səs yazı 3” faylı K1 - Neynirsiz Misir müəllim K2 - Alo K1 - Neynirsiz Misir müəllim K2 - Salam Gülnarə çoxsağol, sən necəsən ? K1 - Sağol, nə oldu, nə yerdə qaldı Misir müəllim, K2 - Sən mənə günortadan yazandan bu tərəfə K1 - Ay can K2 - Hə, günortadan sən mənə yazandan bu tərəfə deməli hardasa bəlkə də 6-7 dəfə biz kontakta çıxdıq da, 6-7 dəfə, yəni mənim də sənə gec cavab verməyimin də səbəbi odu, belə fikirləşdim ki hələ yekunlaşdırmamışam, yəni biz nə qədər dirəşsək də, nə qədər yüz dənə şey desək də yəni sırf şey məsələsində e, nədi axı, bu maddiyat məsələsində bizə konkret sözü odu ki hə-yox, vsyo, yəni başqa heç nə söhbətə getmir K1 - Necə hə-yox e başa düşmədim K2 - Yəni ki də, dediyimizdi ya da yox da yəni konkret cavab deyin, biz də deyirik ki a kişi belədi elədi, odu budu, o da konkret olaraq fikrin deyir ki yox, yəni ki mən nə dedim odu da, başa düşdün?! o mənada. K1 - Yəni qiymət nə deyiblərsə bizə elə onun üstündə də durublar?! K2 - Hə onun üstündə də durur, heç nə də K1 -Heç nə də keçəcək eləmədi? K2 - Heç nə, heç nə, eləsə mən sənə deyərdimdə, tez deyərəm də daha doğrusu, sən məni yığırsan K1 - Ay da, necə olar e, bəs necə eliyək, bir damcı heç olmasa keçəcək eliyərdi də, nolardı, ay da K2 - Dedim də Gülnarə, inanırsan, mən hələ o biri söhbətlərə keçməmişəm e, onu eliyək, bunu eliyək, heç o söhbətlərə keçməmişəm, hələ qalıb gedir, bunlarda bilirsən nətərdi, mən sənə açıq deyim də, o da fikirləşir ki a kişi sən özün gəlmisən demisən, mən də buna razılıq vermişəm, belə baxanda verməyə də bilərdim, indi durmusan belə danışırsan, başa düşdün, onun da qaydası var da, mən oturum nə deyim ki, deyəcək qardaş başdan mən heç razılıq vermirdim açığı, yadında, o vaxt sən dedin, indi deyir ki vermişəm, indi gəlmisiz belə danışırsız, belə hörmətsiz çıxırıqda biz, K1 - Bilirəm, qoyun onda görüm, qoyun görüm onda neynirəm. “Misir-Gülnarə səs yazı 4” faylı K1 - Misir müəllim, K2 - Bəli K1 - Dedim sənə deyim, 10.000 uje əlimdədi düzəltmişəm başına dönərəm, indi 4.000 də demişəm bir iki nəfərə onlar da gətirsinlər, uje ürəyim partlayır Allahaqqı dözə bilmirəm e K2 - Bildim e Gülnarə niyə ağlayırsan ki day K1 - İnanırsan ürəyim sıxılır e özümün, tapa bilmirəm deyə ürəyim sıxılır, maksimum sabah saat 1-ə qədər nolar Misir müəllim dartın da K2 - Vallah mən nə deyim a Gülnarə, mən bu axşama qədər danışmışam, vallah mən sənə nə yalan deyim, sabah elə bir şeydi ki mümkünatı olmayacaq e sabaha saxlamaq, fiziki olaraq mümkünatı yoxdu e, yəni sən nə vaxtdandı e hardasa 15 günə yaxındı da K1 - bəlkə Misir müəllim, bəlkə 10.000-i verək deyək ki vallah sabah saat 1-ə qədər də qalanını olar, yəni necə necə eliyəyin K2 - Yox Gülnarə, mən ona söz, mən elə şey, mən day qurtardımda o söhbəti, mən onunla danışdım alınmadı, mən ona deyə bilmərəm, açıq mən sənə deyim deyə bilmərəm, K1 - Yaxşı qoyun görüm soraqlamışam ora-bura qədər soraqlamışam, görüm neynirəm Misir müəllim qurban sizə K2 - Yaxşı, xəbər elə mənə K1 - Yaxşı, yaxşı. “Misir-Gülnarə səs yazı 5” faylı K1 - Alo K2 - Bəli Gülnarə? K1 - Birdə axşamın xeyir Misir müəllim, K2-Axşamın xeyir. K1 - Vəziyyət nətərdi ? Misir müəllim, şey elədim, başına dönərəm sənin, uje elə bilki 12.200 eləmişəm, 2.800 çatmır, bir dənə onu da düzüm qoşum başına dönərəm sənin, inanırsan küçələrdəyəm, indi Qaradağdayam, Sahildə bir dənə əmim nəvəsi var onlara gedirəm, o da görüm nə köməklik edə biləcək, inanırsan onun telefonu yoxdu, bir başa onlara gedirəm ki nə olur olsun tapım gecəynən qalanında, tapada bilməsəm nə olar sabah saat 11 tamam qədər çatdırım verimdə ölüm ayağının altında K2 - Problem yoxdu Gülnarə, mənə bayaq zəng eləmişdilər ki, bəs hə-hə, yox- yox, mən də dedim ki, xahiş edirik gözləyin, o da qayıtdılar dedilər ki hə yaxşı, K1 - yaxşı, yaxşı başına dönərəm sənin, nə bilim, yaxşı, bir dənə ora çatım, Allah elə etsin ki indi düzəlsin bütöv hamsın gətirim, 12.200 eləmişəm uje, K2 - Başa düşdüm Gülnarə, başa düşdüm. K1 - Yaxşı qurban olaram, oldu, oldu, sağol. K2-Sağol. “Misir-Gülnarə səs yazı 6” faylı K1 - Sabahın xeyir Misir müəllim, necəsən ? K2 - Sabahın xeyir Gülnarə. K1 - Keyfiniz, əhvalınız K2 - Çoxsağol, yaxşıyam, şükür Allaha, sən necəsən ? K1 - Yaxşı olasız, şükür Allaha, əlhəmdülillah, çalışıram yaxşı olum, Misir müəllim, şeydi, mən uje vsyo, tamam. K2 - Hardasan indi ? K1 - Mən çıxıram Sahildən indi bu dəqiqə, gəlirəm, 1 saata kimi şəhərdə olacam, Sahildəyəm, demədim bəs dünən burdan pul almağa gəldim, ona görə gəldim bura, götürmüşəm, üstümdədi qalanıda, Sahildən gəlirəm, indi taksi demişəm uje çıxıram, bir beş dəqiqəyə çatsın taksi çıxıram. K2 - Yaxşı indi sənə bir saatdan sonra bir nəfər zəng edəcək, onunla danış, o sənə deyəcək neyləmək lazımdı, K1 - Hə, hara gəlməyimin konumunu atar o mənə başına dönərəm, mən taksidən vura bilim də ora, çünki mənə belə konum atsa mən konumu izah edə bilmirəm heç kimə, o mənə konum atanda veyz yoxdu, şey yoxdu da məndə, pramoy vururam bolt nədi onun adı taksiyə, göstərir e aşağıda K2 - Sn çatana yaxın bir dəfə mənə zəng elə, mənim birazdan başım qarışıq olacaqdı həm də, işlərim biraz çoxdu, həmin adama deyəcəm sənə yığsın, hardadısa konumu atsın ya özü maşınladı gələcək sən hansı tərəfdə olassansa, deyəcəm elə konum atsın gəlsin orda görüşün, sonra özümüz görüşək, işlərimi həll edim sonra özümüz görüşək, K1 - Hə yaxşı, yaxşı, onda siz deyərsizdə, həmin adama mənim nömrəmi verin, öz nömrəmi də verin, vatsap nömrəmi də verin, mənim o bir dənə nömrəm zəng nömrəm başqadı axı bilirsən özün, K2- Hansı, 67 60 deyil? K1 - Hə, o 67-60 zəng nömrəmdi, birdə ***-**-** onu da üstümdə götürəcəm, o da üstümdədi, narahat olmayın, yəni iki nömrə, hansına zəng çatdı onu yığsın, K2 - Vsyo, əla, indi həmin adamla danışıram sənə xəbər edirəm, K1 - 99, ***-***-**-** o nömrə də mənim üstümdədi, Səbuşun nömrəsidi amma məndədi, K2 - Hə, yazmışam, Səbuhi S. K1 - Hə , hə, o nömrə də məndədi K2 - Səbuhinin teıefonu səndədi ? K1 - Telefonu məndədi də, yox, telefonu mənə verdi də gedəndə, o etibar etdiyi adamlıar yoxdu axı kimə etibar edə bilər. (02:24-cü dəqiqədən 05:44-cü dəqiqəyə qədər şəxslər arasında iş üçün əhəmiyyət kəsb etməyən söhbətlər aparılır) “Misir-Gülnarə səs yazı 7” faylı (8:22-ci dəqiqəyə qədər şəxslər arasında iş üçün əhəmiyyət kəsb etməyən söhbətlər aparılır və davam) K2 - Dünəndən həmin adamlarla yalan olmasın 40 dəfə danışmışam, 40 dəfə, zarafat eləmirəm, təxirə salmaq, xüsusi qərardad çıxarmaq, hamısını, deyir təxirə salmaq lazım deyil?! salına bilər, açıq deyim deyir biz burda həll edirik, prosta apellyasiyaya getsə, apelyasiyada problem olsa bizlik deyil, mən dedim onsuzda onu Gülnarə xanıma bildirmişəm, dəfələrlə demişəm K1 - Heç də, o apellyasiya işi heç də, ayrı görəcik də o işi K2 - Ayrı iş görəcik, bəlkə apellyasiya keçəcək 3 aya, bəlkə keçəcək 6 aya, onsuzda sübutsuz işdi, bizim ekspertiza rəyinə də istinad eləmək söhbəti olsa demişəm onlara, bunlar dedi problem yoxdu həll edəcik, sabah təxirə düşəcək, əgər sən deyirsənsə, bax ona görə mən səninlə görüşürəm, sən deyirsənsə yox sabah qərar çıxartsın mən deyəcəm qərar çıxartsın, yox deyəssən uzatsın mən deyəcəm uzatsın, başa düşdün, yəni sən nə desən K1 - Siz nə məsləhət görürsüz? K2 - Vallah məncə mənası yoxdu, (9:25-ci dəqiqədən 9:56-cı dəqiqəyə qədər şəxslər arasında iş üçün əhəmiyyət kəsb etməyən söhbətlər aparılır və davam) K1 - Qərarı nə çıxardacaq qərarı? K2-177.2.4 K1 - Nə tövsif olunacaq? Neçə il yəni? K2 - Qoy qanuna baxım, 177.2.4-ün sanksiyası 3 ilə qədər məhdudlaşdırma, maksimum, K1 - 3 ilə qədər? Bu gün mənim başıma bilirsən nə iş gəldi K2 - Sənə bir söz deyim amma aramızda qalsın, özü qayıtdı dedi ki sübutsuz işdi, K1 - Samir müəllim özü? K2 - Yox da indi, Samirdən getmir söhbət, Samir demədi, mən dediyim adam var, o qayıtdı, dedi mən işi aldım baxdım, dedim bəs çox istəyir axı, dedi pulu sevir, dedim o əsas ola bilər ?! Qayıtdı dedi ki yox, dedim bəs nəyləyək, dedim bəs qırda K1 - Pulu sevir e, pulu kim sevmir ?! Bəs fikirləşsin ki qabağındakı adam onu verə bilmir axı K2 - dedim də, dedim o yazıq Sahil qəsəbəsi belə gəldi rayon belə getdi, dedim hamısı mənim gözümün qabağında olub K1 - İnanırsız, Qurana and olsun, Sahil, rayon, hara əl atmamışam, hardan faiz götürməmişəm K2 - Faiz götürmüsən? K1 - Hamısını, qəpiyinə qədər faiz götürmüşəm, hamısını, ondan bundan, ondan bundan, mən özüdə bu gün getmişəm evə təsəvvür elə, bacıma demişəm hamısını yığ üst-üstə nədisə paçkala, qoy nədi gəlim götürüm çıxım, girmişəm evə, tez paltarımı dəyişmişəm, suyun içindəydim, inanırsan, gəldim həmin adamın yanına, zəng elədim, yox o özü yığdı məni, dedim çatıram atam, hələ o yazıq gözləyibdə məni orda, dedim atam çatıram, gəldim çatdım, başıma nə gəlsə yaxşıdı, 13.000-di sumkada, necədi K2 - Mənə zəng elədi dedim qaytar, mən dedim qaytar, o qayıtdı ki niyə, o kimdi ki belə baxanda mənim işlərimi görən adamdı, birincisi sənə nə var, ikincisidə ki dedim mən cibimdən pul qoyacam?! Dedim sən qoyacaqsansa götür, dedim qoyursansa götür, dedi qoymuram, dedim mən də qoymuram, mən dedim onu K1 - Mən əvvəl gündən elə bildim 14-di, inanırsız dedi 15 K2 - Bir dənə söz deyim Gülnarə, əgər ordan mənə 1.000 manat pul qalacaqsa mən heç onu götürərdim ?! Mən sənə bir dənə söz deyim, kim olsa götürərdi, qalacaqsa, yox əgər mən öz cibimdən verəcəmsə mən niyə onu götürməliyəm, əgər burda mən sənə yalan deyirəmsə, mən nə and içənəm, yəni ordan mənə 1 manat da pul qalmır e, 1 manat da, ona görə də məni yandıran odu ki biraz endirim elədə, bu deyil də, bu deyil, mənə verəcəyin 2 var idi e vermə, vermişəndə vaxtında, düzdü, çünki bunun apellyasiyasıda var axı, apellyasiyada da müqavilə bağlaya bilərsən mənimlə, mən niyə səni itirim ki, işimi də düzgün görürəm, düzdü, sən özün də görürsən ki mən az qala nəyimi qoyuram ki sən tutulmayasan, söhbət səndən getmir e mənim prinsipim budur, başqa bir adam olsa mən yenə öz sözümü deyəcəm (14:25-ci dəqiqədən 36:29-cu dəqiqəyə qədər şəxslər arasında iş üçün əhəmiyyət kəsb etməyən söhbətlər aparılır) “Baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, diskdə 3 ədəd video çəkiliş faylı mövcuddur. 1-ci “13000 AZN qaytardı”, 2- ci “13000 AZN yaxın buraxmadı”, 3-cü “son version 15.000” AZN” adlı fayllardır. 1”3000 AZN yaxın buraxmadı” faylındakı video çəkilişə baxış zamanı müəyyən olundu ki, Şahid1 Bakı şəhəri Nərimanov rayonunda yerləşən Atatürk parkının qarşısında Təqsirləndirilən şəxs göndərdiyi şəxslə görüşərək pulları onu təqdim edir, həmin şəxs pulları sayıb 13.000 manat olduğunu bildirib, Misirin ona pulun 15.000 manat olmalı olduğunu deyir, həmin vaxt Gülnarə telefonla kiminləsə əlaqə saxlayıb pulun 15.000 manat olmalı olduğunu, lakin 13.000 manat olduğunu bildirdikdə həmin şəxs qalan 2000 manatı taksi ilə göndərəcəyini deyir. Ondan sonra həmin şəxs 13000 manatı götürüb qalan 2000 manatı da bir saata görüşüb götürəcəyini deyir. “13000 AZN qaytardı” faylında Təqsirləndirilən şəxs pulu götürmək üçün göndərdiyi şəxslə Şahid1 yenə Bakı şəhəri Nərimanov rayonunda yerıləşən Atatürk parkının qarşısında görüşür Misirin göndərdiyi şəxs Şahid1 pulu qaytarıb pulun 15000 manat olmalı olduğunu deyib tam hazır olanda görüşüb götürəcəyini deyir. Şahid1 da pulu götürüb bir saata görüşüb qalan 2000 manatı da əlavə edib 15000 manatı verəcəyini bildirir. Sonuncu “son version 15000” faylında isə Şahid1 ilə Təqsirləndirilən şəxs göndərdiyi şəxs Atatürk parlkının qarşısında görüşür və 15.000 manat pulun Şahid1 ona verir. O da pulu sayıb götürür və gedir. Azərbaycan Respublikası Vəkillər X3 28 dekabr 2021-ci il tarixli 19 saylı iclas protokolundan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 28 dekabr 2021-ci il tarixdən Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlüyünə qəbul edilmiş və fəaliyyət göstərmək üçün “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosuna göndərilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-151/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi olduğu Şahid1 AR CM-nin 177.2.4-cü maddəsi ilə təqsirli bilinib 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-fonoskopik ekspertizasının 7 mart 2024cü il tarixli 3-16-16/2-4/291 nömrəli rəyindən görünür ki, ekspertlər tərəfindən ayrılıqda və kollegial dinlənilmələr nəticəsində mübahisəli fonoqramlardakı danışıqların yazılı mətnləri əldə olunmuş və həmin mətnlər Şahid1 tərəfindən təqdim edilmiş 1 ədəd elektron daşıyıcıda olan səs yazılarına baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokolda olan mətnlərlə eynilik təşkil edir. Ekspertizaya təqdim olunmuş 1 ədəd fləş yaddaş kartındakı mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilən yazılı mətnlərində «K1» kimi işarə olunmuş diktorun səsi və nitqi - Təqsirləndirilən şəxs məxsusdur. Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri tərəfindən Şahid1 xeyrinə hər hansı bir formada danışıqlar aparması müəyyən edilməmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 11 mart 2024-cü il tarixli qərarından görünür ki, iş üzrə Şahid1 ilə Təqsirləndirilən şəxs arasında olan danışıqları əks 1 ədəd flaşkart və Şahid1 tərəfindən pulun Təqsirləndirilən şəxs çatdırılması üçün 15.000 manat pulun Şahid2 Firuz oğluna verilməsi ilə bağlı görüntüləri əks etdirən 1 ədəd CD diskin maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. Şahid1 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, bildirir ki, Təqsirləndirilən şəxs tərəfindən ona qarşı heç bir dələduzluq edilməmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Bundan sonra da heç bir şikayəti olmayacaq. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dövlət büdcəsinə 3750 manat ödəniş edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi həmin Məcəllənin 178.2.4-cü maddəsinə tövsif edilməlidir. Belə ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ondan ötəri ki, o, Azərbaycan Respublikası Vəkillər X1 28 dekabr 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunmaqla “Yusif Allahverdiyev və partnyorları” Vəkil bürosunda vəkil olaraq fəaliyyət göstərərək “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə əsasən, müdafiə edilən və ya hüquqları təmsil edilən şəxsin mənafelərini qorumaq üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün üsullardan istifadə etmək, vəkil sirrini qorumaq, vəkil andına və vəkil etikasına riayət etmək, yalnız qanunun tələblərini rəhbər tutmaq, hüquqi yardımın göstərilməsi üçün müraciət etmiş şəxsin maraqlarına zidd və hüquqlarının həyata keçirilməsinə mane olan hər hansı hərəkəti etməmək, vəkil sirrindən özünün şəxsi və ya başqasının mənafeyi üçün istifadə etməmək və digər vəzifələrə malik vəkillik fəaliyyətini həyata keçirən şəxs kimi Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlərinin Konfransı tərəfindən xx.xx.2020-ci il tarixdə qəbul olunmuş “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin 2.10-cu maddəsinə əsasən, peşə fəaliyyətini həyata keçirməklə bağlı vəkillərin qanuna zidd olaraq maddi və qeyri- maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəldilmiş hərəkət (hərəkətsizlik) etməsinin qadağan olunmasına baxmayaraq Şahid1 ilə arasında hüquqi yardım göstərilməsi haqqında 0090 nömrəli xx.xx.2023-cü il tarixli müqavilə əsasında sonuncunun Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan ********* nömrəli cinayət işi üzrə müdafiəçisi qismində çıxış etməklə təqsirləndirildiyi əməlin daha yüngül əmələ tövsif olunması və barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın verilməsi ilə əlaqədar 2023-cü ilin oktyabr ayında özünə müraciətindən sonra işə kollegiyal baxan məhkəmə hakimləri ilə yaxın münasibətinin olmasını, güman edilən təsir imkanlarından istifadə edərək həmin vəzifəli şəxslərin Şahid1 təqsirləndirildiyi əməlin daha yüngül əmələ tövsif olunması və barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın verilməsi barədə qərar qəbul edilməsinə qanunsuz təsir etmək imkanına malik olmasını bildirib, qeyd edilən məsələnin müsbət həllinə görə özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 15.000 manat pul vəsaitini 2023-cü ilin oktyabr ayında Bakı şəhəri ərazisində müxtəlif ünvanlarda görüşləri, həmçinin Şahid1 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla özünün istifadəsində olan ***-***-**-** nömrə arasında aparılmış danışıq zamanı Bakı Ağır Cinayətlər Məhkəməsində işə kollegiyal baxan məhkəmə hakimlərinin qərar qəbul etmələrinə qanunsuz təsir etmək məqsədilə istəyib, Şahid1 15.000 manat pul vəsaiti verəcəyinə dair razılığını alaraq, həmin niyyətlə 27 dekabr 2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsi 79 ünvanında yerləşən “Atatürk” parkının qarşısında Gülnarə Eynullayevdan özü üçün birbaşa yolla cinayətdən xəbərsiz qaynı Şahid2 vasitəsi ilə maddi nemət olan 15.000 manat məbləğində pul vəsaitini alıb, həmin pul vəsaitini şəxsi ehtiyaclarına sərf etməklə, qeyd edilənlərlə əlaqədar öz güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimlərinin qərar qəbul etməsinə qanunsuz təsir etmək məqsədilə özü üçün birbaşa yolla vasitəçidən istifadə etməklə maddi nemət olan 15.000 (on beş min) manat məbləğində pul vəsaitini istəməklə alaraq nüfüz alveri etmişdir. Lakin, məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs öz niyyətini gerçəkləşdirmək üçün 2023-cü ilin oktyabr ayında Şahid1 ona müraciətindən sonra işə Bakı Ağır Cinyaətlər Məhkəməsinin kollegial baxan məhkəmə hakimləri ilə yaxın münasibətinin olmasını bildirərək onun barəsində olan cinayət işi üzrə təqsirləndirildiyi əməlin daha yüngül əmələ tövsif olunması və barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin ediləcəyi barədə yalan vəd verməklə etibarından sui-istifadə edib aldadaraq onu inandırmış, bundan sonra 27 dekabr 2024-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, X10 küçəsi 79 ünvanında yerləşən ”Atatürk” parkının qarşısında Şahid1 özü üçün birbaşa yolla cinayətdən xəbərsiz qaynı Şahid2 vasitəsi ilə 15000 manat məbləğində pul vəsaitini alaraq ələ keçirib Şahid1 xeyli miqdarda, yəni 15.000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli işə kollegial baxan məhkəmə tərkibinin qərarına qanunsuz təsir göstərmə deyildir və həmin hərəkətlər dələduzluğun üsuludur və onun niyyəti yalnız Şahid1 pul vəsaitini ələ keçirməklə ona maddi zərər vurmağa yönəlmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli, faktiki olaraq törətdiyi cinayət əməlinə görə deyil, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312- 1.1-ci maddəsinə tövsif edilməklə, ona həmin maddə üzrə ittiham irəli sürülmüşdür. Bu hal belə nəticəyə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayətin tərkibi düzgün müəyyən edilməmiş, nəticədə əməl düzgün tövsif edilməmişdir. Bu isə cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə imkan vermir. Məhkəmə əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə tövsif olunması ilə bağlı öz mövqeyini CM-in maddəsinin dispoziya şərtləri baxımından onunla əsaslandırır ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 312- 1.1-ci maddəsinin məzmuna əsasən, vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) cinayəti o zaman törədilmiş olur ki, maddi və sair nemətin, imtiyazın və ya güzəştin istənilməsi və ya alınması, yaxud bu barədə təklif və ya vədin qəbul edilməsi şəxs tərəfindən öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə həyata keçirilsin. Şəxsin qanunsuz təsir edilməsi nəzərdə tutulan vəzifəli şəxsə münasibətdə həqiqi və ya güman edilən təsir imkanlarının olmaması, onun tərəfindən bu cinayətin törədilməsini istisna edir. Belə ki, vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərən şəxsin “Həqiqi təsir imkanı” olmalıdır. Bu hal isə o zaman mövcud olur ki, qanunsuz təsir ediləcək vəzifəli şəxs ona təsir etmək məqsədi güdən şəxsdən asılı vəziyyətdə olsun, yaxud ən pis halda ondan daha aşağı vəzifəli şəxs olsun. “Güman edilən təsir imkanı”na isə qanunsuz təsir etmə məqsədi güdən şəxsin, təsir edəcəyini düşündüyü şəxsdən daha yuxarı vəzifəli şəxs olması, daha inandırıcı və ağlabatandır. Hazırki cinayət işi üzrə istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamda, Azərbaycan Respublikasının Konstitusiyasında müstəqilliyi və toxunulmazlığı müəyyən edilmiş hakimə qanunsuz təsir göstərilməsi nəticəsində qərar çıxarılmasına nail olunmasının israr edilməsi, dövlətin adından çıxarılmış, qanuni qüvvəyə minmiş məhkəmə qərarının Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmasının məcburiliyi prinsipini şübhə altına alınmışdır. Bu hal isə qanunla yolverilməzdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasında hər hansı bir şəxs tərəfindən və hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla məhkəmə icraatına məhdudiyyət qoyulması, qanuna zidd təsir, hədə və müdaxilə edilməsinin yolverilməz olduğu müəyyən edilmişdir. Qanunda nəzərdə tutulmuş bu halların mövcudluğu şəraitində hər hansı vəzifəli şəxs tərəfindən istənilən hakimə qarşı həqiqi təsir imkanı mövcud deyildir. Bu səbəbdən hər hansı şəxs tərəfindən bu cür təsir imkanının olması yalnız güman edilə bilər. Qanunsuz təsir imkanının güman edilməsi belə məntiqə uyğun və ağlabatan olmalıdır. Belə olan halda nəzərə alınmalıdır ki, vəkil tərəfindən məhkəmə tərkibinin qərarına qanunsuz təsir göstərməyi güman etməyə imkan verən hallar yoxdur. Bu da o nəticəyə gəlməyə əsas verir ki, vəkil kimi fəaliyyət göstərən Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin məhkəmə tərkibinin icraatında olan 1(101)-151/2024 nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs Şahid1 barəsində çıxarılacaq hökmə qanunsuz təsir göstərmək (nüfuz alveri) üçün həqiqi və ya güman edilən təsir imkanlara malik olması, yəni onun təqsirləndirildiyi əməlin daha yüngül əmələ tövsif olunmasına və barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin ediləcəyinə dair qərarın qəbul edilməsinə nail olması, nəticə olaraq vəzifəli şəxs olan hakimlərin qərarına qanunsuz təsir göstərməsi ilə bağlı istintaq orqanının mövqeyi, işin həqiqi hallarına uyğun deyildir. Məhkəmə, həmçinin qeyd etməyi zəruri hesab edir ki, 30 dekabr 2003-cü il tarixdə Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş "Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında" 27 yanvar 1999-cu il tarixli Konvensiyasının 12-ci maddəsində birmənalı olaraq göstərilmişdir ki, hər bir tərəf, 2, 4-6 və 9-11-ci maddələrdə adı çəkilən hər hansı bir şəxs tərəfindən qərarın qəbul edilməsinə qeyri-qanuni nüfuz edə biləcəyini bəyan edən və ya təsdiq edən istənilən şəxsə, ediləcək nüfuz müqabilində, onun özünə və ya hər hansı bir digər şəxsə təqdim edilib-edilməməsindən asılı olmayaraq, hər hansı bir qeyriqanuni üstünlüyün birbaşa və ya dolayı vəd edilməsini, təklif edilməsini və ya təqdim edilməsini, habelə bu cür nüfuzun edilib-edilməməsindən və güman olunan edilmiş nüfuz nəticəsində arzu olunan nəticənin alınıb-alınmamasından asılı olmayaraq, ediləcək nüfuz müqabilində, bu cür üstünlüyün istənilməsini, alınmasını, qəbulunu və ya təklif edilməsini, öz daxili hüququna uyğun olaraq cinayət hüquqpozmaları kimi tövsif etmək üçün lazım ola biləcək qanunvericilik və digər tədbirlər görür. Göründüyü kimi Konvensiyanın qeyd olunan normasında da tərəfin, öz daxili hüququna uyğun olaraq cinayət hüquqpozmaları kimi tövsif etmək üçün həmin Konvensiyasının 2, 4-6 və 9-11-ci maddələrində adı çəkilən hər hansı bir şəxs tərəfindən qərarın qəbul edilməsinə qeyri-qanuni nüfuz edə biləcəyini bəyan edən və ya təsdiq edən istənilən şəxsə, ediləcək nüfuz müqabilində, bu cür üstünlüyün istənilməsi, alınması, qəbulu və ya təklif edilməsi ilə şərtləndirmişdir. Konvensiyasının 2, 4-6 və 9-11-ci maddələrində isə dövlətdə qanunvericilik və ya inzibati səlahiyyətləri həyata keçirən hər hansı bir seçkili orqanların üzvü olan, nüfuzlu səlahiyyətli vəzifəli şəxsləri olması göstərilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair 14 iyul 2022-ci il tarixli Qərarının təsviri əsaslandırıcı hissəsində qeyd olunmuşdur ki, psevdorüşvətçiyə “rüşvət” şəklində pul və sair nemətlər verilməsi halında rüşvət verməyə təhrik kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vəsitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hakimin qərarına qanunsuz təsir göstərmək (nüfuz alveri) üçün həqiqi və ya güman edilən təsir imkanları olmamışdır. Məhkəmə araşdırması zamanı həmçinin, müəyyən edildi ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs Şahid1 aldığı 15000 manat məbləğində pul vəsaitini geri qaytarmış, istintaq orqanı isə zərəçəkmiş şəxs qismində tanınmadığı halda, həmin pul vəsaiti Şahid1 rəsmi qaydada təhvil verilmişdir. Məhkəmə istintaq orqanı tərəfindən 15000 manat məbləğində pul vəsaitinin dəymiş ziyan kimi qəbul edilib, Şahid1 qaytarmasını nəzərə alaraq hesab edir ki, hazırkı cinayət işi üzrə istintaq orqanı tərəfindən zərərçəkmiş şəxs qismində tanınması barədə qərar qəbul edilməsə də, 15000 manat məbləğində pul vəsaitinin dəymiş ziyan kimi Şahid1 təhvil verilməsi, onun cinayət işi üzrə zərərçəkmiş şəxs olmasını ehtiva edir. Ona görə də nəzərə alınmalıdır ki, Şahid1 istintaq orqanına dəymiş zərərin ödənilməsi, məhkəməyə isə təqsirləndirilən şəxslə barışması, həmçinin şikayət və tələbinin olmaması barədə ərizə vermişdir. Bu hal isə o nəticəyə gəlməyə əsas verir ki, Şahid1 zərərçəkmiş şəxs kimi pozulmuş hüquqları bərpa edilmişdir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarında müəyyən etdiyi cinayət məsuliyyətindən azad etmə institutu ilə bağlı hüquqi mövqeyə görə Konstitusiyanın 94-cü maddəsinin İ hissəsinin 17-ci bəndinin tələbləri baxımından Azərbaycan Respublikasının Milli Məclisi qanunda həm hüquqpozmalara görə məsuliyyət müəyyən edə, həm də onu aradan qaldıra bilər. O, eyni zamanda müəyyən hərəkətlərə görə cavab tədbiri kimi hansı dövlət-məcburiyyət tədbirlərindən istifadə edilməsini və hansı hallarda onların tətbiqindən imtinanın mümkünlüyünü də müəyyən edə bilər. Bununla əlaqədar olaraq, qanunverici cinayət və cinayət-prosessual qanunvericiliklərində müəyyən kateqoriyadan olan şəxslər barəsində cinayət təqibindən imtina edilməsinə və onların cinayət işlərinə xitam verilməsinə imkan verən əsasları müəyyən etmək hüququna malikdir. Cinayət məsuliyyətindən azad etmə institutu Cinayət Məcəlləsinin 11-ci fəslinin müddəalarında, habelə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində məsuliyyətdən azad etmənin xüsusi halı kimi nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin Ümumi və Xüsusi hissələrinin bu normalarının tətbiqi vasitəsi ilə konstitusiya əhəmiyyətinə malik olan ədalətlilik və humanizm prinsipləri həyata keçirilir. Məhkəmə hesab edir ki, cinayət qanunvericiliyində cinayət törətmiş şəxslərin cinayət məsuliyyətindən azad edilməsini müəyyən edən normaların, cinayət prosesini həyata keçirən orqanların təqsiri üzündən tətbiq edilə bilməməsi, onların hüquqlarının pozulması ilə nəticələnər. Hazırki iş üzrə başqa cür yanaşma, törətdiyi dələduzluq cinayəti əvəzinə, yanlışlıqla vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) cinayətini törətməkdə ittiham olunması və bununla əlaqədar əmlakından məhrum olunmuş şəxsin cinayət prosesində zərər çəkmiş şəxs qismində tanınmaması səbəbindən, faktiki olaraq onun əməlindən zərər çəkmiş şəxslə barışmış,dəymiş zərəri ödəmiş və dövlət büdcəsinə ödəniş etmiş təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunmaq hüququndan məhrum olmasına zəmin yaratmış olar. Bu yanaşmanın davamı olaraq, məhkəmə qeyd edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində birbaşa mənəvi, fiziki və ya maddi ziyan vurulmuş şəxsin ibtidai istintaq zamanı cinayət prosesini həyata keçirən orqan tərəfindən zərər çəkmiş şəxs qismində tanınmaması, onun zərər çəkmiş şəxs olmasını istisna etmir. Məhz buna görə qanunvericilikdə zərər çəkmiş şəxs qismində tanınma barədə qərarın məhkəmə tərəfindən qəbul edilməsi də nəzərdə tutulmuşdur. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 12.2, 87.2 və 106.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 15 aprel 2014-cü il tarixli Qərarında göstərilir ki, Cinayət-prosessual hüququnda isə zərərçəkmiş şəxs dedikdə, cinayət əməli nəticəsində ziyan vurulduğu ehtimal olunan proses iştirakçısı nəzərdə tutulur. Cinayət hüquqi mənada cinayətdən zərər çəkmiş şəxs anlayışı cinayət- prosessual hüquqi mənada zərər çəkmiş şəxs anlayışından geniş olmaqla, həm cinayət-prosessual mənada zərər çəkmiş qismində tanınmış şəxsi, həm də zərər çəkmiş şəxs qismində tanınana qədər cinayət nəticəsində və ya hər hansı başqa səbəbdən ölmüş şəxsi özündə ehtiva edir. Məhkəmə Konstitusiya Məhkəməsinin bu mövqeyini rəhbər tutaraq hesab edir ki, cinayət hüquqi mənada zərər çəkmiş şəxs anlayışı, həmçinin cinayət prosesini həyata keçirən orqanın vəzifəli şəxsi tərəfindən təqsirləndirilən şəxsə qarşı yanlış ittihamın irəli sürülməsinə görə zərər çəkmiş şəxs qismində tanına bilməyən şəxsi də özündə ehtiva edir. Buna görə də, ibtidai istintaqın gedişatında tanınmasa belə, o, məhkəmə tərəfindən zərər çəkmiş şəxs qismində tanınmalı və ona hüquq və vəzifələri izah edilməklə, hüquqlarını həyata keçirmək üçün ona şərait yaradılmalıdır. Cinayət-Prosessual Məcəllənin 7.0.36-cı maddəsində zərərin cinayət nəticəsində zərər çəkmiş şəxsə vurulmuş mənəvi, fiziki və ya maddi ziyan olması göstərilmişdir. Həmin Məcəllənin 87.1-ci maddəsində göstərilir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində fiziki şəxsə birbaşa mənəvi, fiziki və ya maddi ziyan vurulmasına kifayət qədər əsaslar olduqda o, zərər çəkmiş şəxs qismində tanınır. Mənəvi zərər dedikdə, şəxsin şərəf və ləyaqətinin alçaldılması, ona mənəvi sarsıntı yetirilməsi, fiziki zərər dedikdə, şəxsin həyatına, səhhətinə, digər bədən toxunulmazlığına vurulmuş zərər, əmlak zərəri dedikdə isə pul vahidi ilə ifadə olunan maddi ziyan vurulması başa düşülməlidir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun qərarlarında formalaşmış hüquqi mövqelərə uyğun olaraq nəticəyə gəlir ki, hazırkı iş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsində nəzərədə tutulan cinayət tərkibi mövcud deyildir. Onun zərərçəkmiş şəxsin etibarından sui-istifadə edərək əmlakını xeyli miqdarda ələ keçirməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərinə uyğundur. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs formalaşmış hüquqi təcrübədən sui-istifadə edərək işin nəticəsini qabaqcadan təxmin etməklə, zərərçəkmiş şəxs Şahid1 aldadaraq, onun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində olan cinayət işi üzrə ona köməklik göstərəcəyini yalandan vəd edərək 27 dekabr 2024-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, X10 küçəsi 79 ünvanında yerləşən ”Atatürk” parkının qarşısında Şahid1 özü üçün birbaşa yolla cinayətdən xəbərsiz qaynı Şahid2 vasitəsi ilə 15000 manat məbləğində pul vəsaitini aldatma yolu ilə ələ keçirib dələduzluq etmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarının 5- ci bəndində məhkəmələrə izah edilmişdir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını,cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər». Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsindən həmin Məcəllənin 178.2.4– cü maddəsinə tövsif edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, özünün qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Lakin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə şəxs tərəfindən xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1 -ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın zərərçəkmiş şəxsə tamamilə ödənilməsini, zərərçəkmiş şəxsin barışmasını, həmçinin təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edilməsini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs hazırda Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham olunan əmələ görə cinayət məsuliyyətindən azad edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in: 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6 - 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır; 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Odur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvədən düşmüş sayılmalıdır. Maddi sübut-1 ədəd disk və 1 ədəd fleşkart cinayət işinin materiallarında saxlanılmalıdır. Ekspertiza tədqiqatının dəyəri 150 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvədən düşmüş sayılsın. Maddi sübut - 01 ədəd disk və 01 ədəd fleşkart cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 150 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Qərardan elan edildiyi və ya alındığı gündən 20 gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar