Məhkəmə qərarları › İş №1(005)-240/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-240/2023

15.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-240/2023 15.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1 nümayəndəsi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X1, Müdafiəçi - «Femida» Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, «Buta Broker» kompaniyasının direktoru vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 ölkəyə gətirdiyi tibbi ləvazimatları gömrük brokeri olaraq rəsmiləşdirilməsini müstəqil həyata keçirməklə gömrük sərhədindən keçirəcəyinə dair yalan vəd verib inandırmaqla aldadaraq 2022-ci ilin fevral ayının əvvəlindən 15 fevral 2022-ci il tarixədək olan dövrdə hissə-hissə olmaqla müxtəlif ödəniş terminalları vasitəsi ilə 4100 manat pul alıb sonuncu dəfə isə gömrük əməliyyatlarının tezləşdirilməsi barədə yalan məlumat verərək Zərərçəkmiş şəxs1 məxsus pulların köçürüldüyü "xxxx" MMC-nin banka aid “VİSA" hesab kartını Bakı şəhəri Nərimanov rayonu X3 küçəsi 44B ünvanında yerləşən "xxxx" MMC-nin ofisində Zərərçəkmiş şəxs1 qardaşı Şahid götürərək 22 fevral 2022-ci il tarixdən 04 mart 2022-ci il tarixədək olan müddət ərzində Bakı şəhərinin müxtəlif ərazilərində həmin kartın içərisində olan 11471.59 manat pulu ələ keçirib vahid niyyətlə əhatə olunan qəsdlə cəmi 15571,59 manat pulu ələ keçirib Zərərçəkmiş şəxs1 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 Türkiyə Respublikasından gələn uşaq geyimləri mallarını gömrük brokeri olaraq rəsmiləşdirilməsini müstəqil həyata keçirməklə gömrük sərhədindən keçirəcəyinə dair yalan vəd verib inandırmaqla aldadaraq 26 mart 2022-ci il tarixdən hissə-hissə olmaqla müxtəlif ödəniş terminalları vasitəsi ilə Zərərçəkmiş şəxs2 köçürdüyü 12.195 manat pulu, sonuncu dəfə isə 01 aprel 2022-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonu Ziya Bünyadov prospekti 1965-ci məhəllədə yerləşən e-manat ödəmə terminalı vasitəsi ilə onun göndərdiyi "Kapital Bank" hesab kartına Zərərçəkmiş şəxs2 köçürdüyü 725 manat pulu ələ keçirib vahid niyyətlə əlavə olunan qəsdlə cəmi 2.920 manat pulu ələ keçirib Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şahid 4- 5 il olar ki, tanıyır. Eldar və qardaşı İmranın "xxxx" MMC şirkəti vardır. Onların aralarında normal münasibətləri olmuşdur. Zərərçəkmiş şəxs1 ərizəsi ilə bağlı ona bildirmişdir ki, onların mallarını çıxaracağına söz vermiş və onlardan pul almışdır. Belə ki, 2022-ci ilin fevral və mart aylarında Şahid hissə-hissə olaraq 15.732 manat pul almışdır. Lakin maddi çətinliklə əlaqədar olaraq həmin pulu qaytara bilməmişdir. Söz vermişdir ki, həmin pulu hissə-hissə olaraq qısa zaman ərzində qaytaracaq. Bundan başqa Zərərçəkmiş şəxs2 təxminən 2.500 manat gömrükdən onun mallarını keçirmək üçün pul almışdır, lakin gömrükdə problemlər yarandığı üçün iş baş tutmamışdır. Zərərçəkmiş şəxslərə dəymiş zərəri ödəmişdir. Zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbi yoxdur. Əməlindən peşmandır. Yekunda məhkəmədən barəsində ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi barədə hökm çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, "xxxx" Klinikasının direktoru vəzifəsində işləyir. Şahid onun qadaşıdır. Şahid "xxxx" MMC-nin direktorudur. Onlara məxsus şirkətlərə gələn malların gömrükdən keçirilməsi işlərini «Buta Broker» kompaniyasının rəhbəri Təqsirləndirilən şəxs görürdü. Onların əvvəllər problemləri yaranmamışdır. Onlar 2022 fevral ayında Türkiyə Respublikasından Covid 19 reaktivləri gətirmişlər və məhsulların gömrükdən keçirilməsi üçün onlar yenə Təqsirləndirilən şəxs müraciət etmişlər. Təqsirləndirilən şəxs isə onlara heç bir problem olmayacağını bildirmişdir. Daha sonra o qardaşı Eldarla görüşərək həmin işləri görülməsi üçün müəyyən məbləğdə pul lazım olduğunu demişdir. Şahid həmin zaman üstündə pul olmadığı üçün ona pul verməmiş və kartına vuracağını bildirmişdir. Bundan sonra müxtəlif ödəniş terminalları vasitəsi ilə Təqsirləndirilən şəxs göndərdiyi kartlara ümumi olaraq 4.100 manat pul göndərmişlər. Həmin 4.100 manatı göndərmələrinə dair olan qəbzləri istintaqa təqdim elmişlər. Bundan sonra Təqsirləndirilən şəxs ona və qardaşına bildirmişdir ki, online kartla ödənişlər prosesləri tezləşdirir. Bunun üçün Eldara bildirmişdir ki, şirkətə məxsus “Access” banka aid “Visa” kartına lazım olan məbləği vurub ona versin. Şahid şirkətə məxsus karla 17.000 manat vurub kartı Nərimanov ərazisində yerləşən işlədiyi "xxxx" klinakısının yaxınlığında olan yeməkxanada ona vermişdir. Bundan sonra onunla əlaqə saxlamışlar və Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək bildirmişdir ki, tez bir zamanda həll edəcək. Bundan sonra Şahid kartdan 11.471,59 manat çıxarışın olduğunu görmüş, lakin malların gömrükdən çıxarılması üçün heç bir iş görülmədiyini müəyyən elmişdir. Hazırda təqsirləndirilən şəxs ona dəymiş zərəri ödəmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, uşaq paltarlarının satışı ilə məşğuldur. Bakı şəhəri, metronun “Elmlər Akademiyası” stansiyasının və “Nargilə” kafesinin yaxınlığında “Uşaq Aləmi” adlı dükanı işlədir. Satdığı geyimlərin əksəriyyətini Türkiyə Respublikasından gətizdirir. Malların gömrükdən keçməsində köməklik etməsi üçün 2020-ci ildən Rəşad ilə tanış olmuş və Rəşadla mütəmadi olaraq bu sahədə əməkdaşlıqları olmuşdur. Belə ki, onlar xaricdən uşaq geyimləri sifariş etmiş və Rəşad həmin geyimlərin gömrükdən keçməsində köməklik etmişdir. Bununla bağlı aralarında heç vaxt problemləri olmamışdır. 26 mart 2022-ci il tarixdən başlayaraq Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospektində fəaliyyət göstərən “Araz” marketdəki e-manat ödəmə terminalından Rəşadın dediyi Rüfət Qocayev adlı şəxsin adına olan “Kapital Bank” tərəfindən verilmiş hesab nömrəsinə 850 manat pul göndərmişdir. Bundan sonra 28 mart 2022-ci il tarixdə Bakı şəhəri, 28 may metrosunun yaxınlığındakı “Paşa Bank”-ın qarşısında Rəşadla ikilikdə görüşüb 1100 manat pulu Rəşada vermişdir. Bundan 3-4 gün sonra Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospektində fəaliyyət göstərən “Araz" marketdəki e-manat ödəmə terminalından Rəşadın dediyi Rüfət Qocayev adlı şəxsin adına olan “Kapital Bank” tərəfindən verilmiş hesab nömrəsinə 245 manat pul göndərmişdir. Sonuncu dəfə 01 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 1965-ci məhəllədəki e-manat ödəmə terminalından Rəşadın dediyi “Kapital Bank” tərəfindən verilmiş hesab nömrəsinə 725 manat pul göndərmişdir. Lakin Rəşad həmin pulların müqabilində heç bir iş görməmiş və aldığı pulları mənimsəmişdir. Hazırda təqsirləndirilən şəxs ona dəymiş zərəri ödəmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, "xxxx" klinikasının direktoru vəzifəsində işləyirəm. Zərərçəkmiş şəxs1 Rəhim oğlu onun qardaşıdır. Qardaşı "xxxx" MMC-nin direktorudur. Onların "xxxx" MMC-nin işlərini, yəni malların gömrükdən keçirilməsini işləri “Buta Broker” kompaniyasının rəhbəri Təqsirləndirilən şəxs görmüşdür. Onlar Rəşadla görüdükləri işlərlə heç bir problem yaşamamışlar. Onlar 2022-ci ilin fevral ayında Türkiyə Respublikasından covid-19 reaktivləri gətirmişlər. Onların məhsulları gəlmişdir və məhsulların gömrükdən keçirilməsi üçün onlar yenidən Rəşada müraciət etmişlər. Rəşad onlara problem yaranmayacağını bildirmişdir. Həmin günü Rəşad ona zəng vuraraq görüşmək istəmişdir və onlar həmin gün evdə görüşmüşlər. Rəşad ona qohumunun gömrükdə işlədiyini və işləri tezliklə həll edəcəyini bildirmişdir. Lakin bunun üçün müəyyən məbləğdə pul lazım olduğunu demişdir. O, həmin zaman üstündə pul olmadığı üçün pul verməmişdir. Onun kart hesabına pul atacağını bildirmişdir. Bundan sonra müxtəlif ödəniş terminalları vasitəsilə onun göndərdiyi kart hesablarna ümumi 4100 manat pul göndərmişdir. Bundan sonra Rəşad ona və qardaşına bildirmişdir ki, onlayn kartla ödənişlər prosesləri tezləşdirir. Bunun üçün ona bildirmişdir ki, şirkətə məxsus "xxxx" QSC-yə aid viza kartına lazım olan məbləği vurub ona versin. O, şirkətə məxsus karta 17.000 manat pul yükləyib Rəşada Nərimanov ərazisində vermişdir. Bundan sonra o, mütəmadi olaraq Rəşadla əlaqə saxlamışdır. Rəşad isə müxtəlif bəhanələr gətirərək tez bir zamanda işi həll edəcəyini bildirmişdir. Bundan sonra o, 11.471,59 manat pulun kartdan çıxarıldığını, lakin heç bir gömrük ödənişləri edilmədiyini görmüşdür. Daha sonra mühasibdən bu məlumatı yoxlamasını xahiş etmişdir və aşkar etmişlər ki, gömrük ödənişləri edilməmişdir. Odur ki, Rəşaddan pulu tələb etməyə başlamışlar və Rəşad isə pulu qaytaracağına söz vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixində yazdığı iltizamdan görünür ki, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs1 15.571,89 manat məbləğində borcu vardır və həmin borcu xx.xx.2022-ci il tarixədək verəcəkdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli tələbnamə cavabından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat Sorğu kartotekasında heç bir məlumat yoxdur. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə” 07 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(005)-977/2022 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsindən imtina edilmiş, barəsində 12 oktyabr 2022-ci il tarixinədək “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir. Şahid yazdığı xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, ona vurulmuş 15571 manatdan 2000 manat dəyərində pul vəsaiti ödənmişdir. Təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbirini şərtlərini pozduğu üçün tutulması məqsədilə barəsində axtarış elan edilməsi və iş üzrə icraatın dayandırılması haqqında 16 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə axtarış elan edilməsi və o, tutularaq Nərimanov ROİ-nin MSY-nə təhvil verilməsi, həmçinin cinayət işi üzrə icraatın dayandırılması qərara alınmışdır. “Axtarışda olan şəxsin tutulması” barədə 09 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 20:30 radələrində saxlanılaraq Nərimanov RPİ-nin 17-ci PŞ-ə gətirilmişdir. “Təqsirləndirilən şəxsin barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbiri seçilməsinə dair vəstaətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi barədə” 11 mart 2023-cü il tarixli qərardan görünür ki, Nərimanov RPİ-nin İstintaq şöbəsinin müstəntiqi Məhəmməd Tağıyevin xx.xx.2023-cü il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs saxlandığı Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. “Qətimkan tədbiri seçilməsi haqqında” 11 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-240/2023 nömrəli, 28 aprel 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilməsi və barəsində həbs qismində qətimkan tədbirinin seçilməsi və tutularaq dərhal həbs edilməsi, həbsetmənin əvvəlinin tutulduğu tarixdən hesablanması, tutulduqda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasına etap olunması və yerləşdirilməsi, qərarın icrasının Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə həvalə edilməsi və onun icrasına nəzarətin həyata keçirilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Nərimanov Rayon Prokurorluğuna göndərilməsi, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilənə və o, məhkəməyə gətirilənədək cinayət işi üzrə icraat dayandırılması qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 3 saylı İstintaq Təcridxanasının 02 oktyabr 2023-cü il tarixli, 3-16-17/40/2-4491/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Nərimanov RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2023-cü il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Zərərçəkmiş şəxs2 təqdim etmiş olduğu 11 oktyabr 2023-cü il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilmişdir və onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 təqdim etmiş olduğu 13 noyabr 2023-cü il tarixli, **********323 nömrəli notarial qaydada ərizəsindən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilmişdir və onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, o cümlədən, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidin verdikləri ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1 -ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui- istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirməklə təkrar törədildikdə – dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-ci maddələri ilə tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29- cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmədə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və himayəsində iki azyaşlı övladının olmasını (əsas: iş materiallarında olan: AZ – İV 584862 nömrəli və AZ - İV 212327 nömrəli doğum haqqında şəhadətnamələrin surəti) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır və bu baxımdan törədilmiş cinayət nəticəsində zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır, həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət etdiyi qənaətinə gəlir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 07 sentyabr 2022-ci il tarixdən 09 sentyabr 2022-ci il tarixədək tutulduğu, 09 sentyabr 2022-ci il tarixdən 16 sentyabr 2022-ci il tarixədək ev dustaqlığında saxlanıldığı, 09 mart 2023-cü il tarixdən 11 mart 2023-cü il tarixədək tutulduğu və 16 sentyabr 2023-cü il tarixdən 15 noyabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı cəmi 02 ay 11 gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 04 ay 22 gün azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-3.1 -ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1 -ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1 -ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdikləri hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 40 iş saatına görə 240 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Femida” Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 sentyabr 2022-ci il tarixdən 09 sentyabr 2022-ci il tarixədək tutulduğu, 09 sentyabr 2022-ci il tarixdən 16 sentyabr 2022-ci il tarixədək ev dustaqlığında saxlanıldığı, 09 mart 2023-cü il tarixdən 11 mart 2023-cü il tarixədək tutulduğu və 16 sentyabr 2023-cü il tarixdən 15 noyabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı cəmi 02 ay 11 gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 04 ay 22 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 il 01 ay 08 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1 -ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 40 iş saatı üçün cəmi 240 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Femida” Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar