Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-241/2023 31.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1975-ci ildə Gürcüstan Respublikası Bolnisi rayonu, Faxralı kəndində anadan olmuş, Gürcüstan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə Bakı şəhəri, Ziya Bünyadov prospektində fərdi qaydada kommersiya fəaliyyəti ilə məşğul olan tanışı İran İslam Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs Seyedalıya məxsus **-KJ- *** dövlət qeydiyyat nişanlı “VOLKSWAGTN PASSAT” və **-OS-*** dövlət qeydiyyat nişanlı “VOLKSWAGEN TOUAREG” markalı avtomobilləri satacağı şəxslə tikinti malları ilə həmin avtomobilləri əvəzləyərək 2 ay müddətinə qeyd olunan avtomobillərin pullarını ödəyəcəyinə dair vəd verib inandırmaqla sonuncunu aldadaraq, həmin avtomaşınlardan “VOLKSWAGEN TOUAREG” markalı avlomobiİi 28 iyun 2021-ci il tarixdə 20.000 manata, “VOLKSWAGTN PASSAT” markalı avtomaşını isə 30 iyun 2021-ci il tarixdə 7.200 manata ünvan 2 ünvanda yerləşən 21 saylı Notariat Kontorunda etibarnamə əsasında tanışı Şahid satıb, sonuncudan 30 iyun 2021-ci il tarixdə Bakı şəhəri, Ziya Bünyadov prospekti, Dərnəgül tikinti materilları bazarında avtomobillərin satılması qarşılığında aldığı tikinti materiallarının satışından əldə etdiyi və Zərərçəkmiş şəxs Seyedalıya ödəməli olduğu 22.400 manat pulu və 05 iyul 2021-ci il tarixdə tikinti materiallarının daşınması bəhanəsi ilə Nərimanov rayonu, Ziya Bünyadov prospekti 3023 ünvanında 1.955 manat pul vəsaitini ələ keçirib vahid niyyətlə əhatə olunmuş qəsdlə zərərçəkınis şəxs Zərərçəkmiş şəxs Seyedalıya cəmi 24.355 manat xeyli miqdarda ziyan vurmaqla dələduzluq elmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, mişar daşı satmaşqla məşğul olur və təxminən Dərnəgül Tikinti Materialları satışı bazrında işləyən Zərərçəkmiş şəxs Seyedalını 10 il olar ki, tanıyır. 2021-ci ilin iyun ayının əvvəllərində aralarında olan söhbət zamanı Seyedalı demişdir ki, özünə məxsus “Volkswagen Passat” və ‘Volkswagen Touareq” markalı avtomobilləri satmaq istəyir. Seyedalıya həmin maşınları ona satmasını, maşınların pulunu 3 ay müddətinə ödəyəcəyinə vəd vermiş, aralarında razılaşma olmuş və “Volkswagen Touareq” markalı avtomobili 20.000 manata, “Volkswagen Passat” markalı avtomobili isə 7.200 manata razılaşmışlar. Həmin maşınları almaqda məqsədi onları aldığı qiymətdən baha qiymətə sataraq qazanc əldə etmək olmuş, həmin maşınları satmaq üçün tanışı Tacəddinə təklif etmiş, o da almaq istəyidiyini bildirmiş, "Volkswagen Touareq" markalı avtomobili 20.000 manata, “Volkswagen Passat” markalı avtomobili isə 7.200 manata razılaşmışlar. Məqsədi həmin maşınların puluna mişar daşı alıb-satmaq və qazanc əldə etmək və Seyedalının pulunu qaytarmaq olmuşdur. Tacəddin aldığı iki ədəd maşın üçün ona verəcəyi 27.200 manat pulun əvəzinə 3 ay müddətinə aqlay daşı və plitə daşı kəsmək üçün bloklar verməli idi. Tacəddin hissə-hissə daş bloklar göndərməyə başlamış, daşın daşınması üçün Seyedalıdan 1.950 manat pul almışdır. Tacəddin aqlay daşı və daş bloklar göndərmiş, Tacəddinin göndərdiyi daş blokları ucuz qiymətə satmış və buna görə də ziyana düşmüş, başqa problemlər olduğu üçün Seyedalının pulunu verə bilməmişdir. Tacəddin Seyedalıya 2.000 manat nağd pul, 2.800 manatlıq da daş blok vermişdir. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tam ödəməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Seyedalı ifadəsində göstərmişdir ki, 1990-cı ildən Azərbaycan Respublikasında yaşayır və Nərimanov rayonu, Z.Bünyadov küçəsi, “AZPETROL” yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerləşən mağazada mərmər-qranit tikinti materiallarının alqı-satqısı ilə məşqul olur. X1 10 ilə yaxındır ki, tanıyır, belə ki, Asif onun mağazasından bir neçə dəfə mərmər-qranit tikinti materialları almış, buradan da aralarında səmimi münasibətləri yaranmışdır. xx.xx.2021-ci il tarixdə Asif mağazaya gəldiyi zaman Asifə özünə məxsus ‘'VOLKSWAGEN Passat" və "VOLKSWAGEN Touareg" markalı avtomaşınlarını 27.200 manata satmaq istədiyini bildirərək, ondan avtomaşınlara alıcı tapmasını xahiş etmişdir. Bundan sonra xx.xx.2021-ci il tarixdə Asif onun mağazasına gələrək həmin avtomobilləri 27.200 manata tanışı Tacəddin adlı şəxsin almaq istədiyini bildirmiş, ondan Tacəddin adlı şəxsin avtomobillərin pulunu necə vermək istədiyini soruşduqda, Asif bildirmişdir ki, Tacəddin adlı şəxsin Qaradağ rayonunda yerləşən Daş karxanası var. Tacəddinin daş karxanasından avtomobillərin qiyməti müqabilində, yəni 27.200 manat dəyərində mişar daşları götürüb, həmin mişar daşlarını satıb 2 ay müddətinə 27.200 manat pulunu ödəyəcək. O da Asiflə razılaşmışdır. Bundan sonra xx.xx.2021-ci il tarixdə Asiflə tanışı Tacəddin onun mağazasına gələrək, ilkin olaraq 2.000 manat pul verib, 2.800 manat dəyərində "Aqlay" tikinti materialı göndərəcəyini bildirərək, ona məxsus olan **-OS-*** dövlət qeydiyyat nişanlı “VOLKSWAGEN Touareq” markalı minik avtomaşını sürüb getmiş, bundan 2 gün sonra Tacəddin 2.800 manat dəyərində “Aqlay” tikinti materialı göndərmiş və **-KJ-*** dövlət qeydiyyat nişanlı “VOLKSVAGEN Passat" markalı avtomaşınını aparmışdır. Bundan sonra təxminən xx.xx.2021-ci il tarixdə Asif tanışı Tacəddin adlı şəxsin daş karxanasından götürəcəyi mişar daşlarının daşınması üçün ondan əlavə olaraq 1.955 manat pul almış, bununla da Asillə aralarında 24.355 manat pul qalmışdır. Lakin aralarında olan razılaşmaya baxmayaraq Asif 2 ay müddətində pulu ödəmədiyi üçün ondan pulunu tələb etsə də Asif hər dəfə müxtəlif bəhanələr gətirərək pul verməkdən yayınmışdır. Məcbur olub Asifin tanışı Tacəddin adlı şəxslə görüşüb, ona Asifin avtomaşınların pulunu vermədiyini bildirmiş, Tacəddin isə bildirmişdir ki, Asiflə arasında olan razılaşmaya əsasən avtomaşınların pulunun müqabilində Asifə mişar daşları vermişdir. Bundan sonra başa düşmüşdür ki, Asif onun etibarından sui-istifadə edərək, aldadıb 24.355 manat pulunu ələ keçirmişdir. Sonda Zərərçəkmiş şəxs Seyedalı hazırda təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş ziyanın tam ödənildiyini və sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, mişar daşı satmaqla məşğul olur. Təxminən iki il olar ki, İran vətəndaşı Zərərçəkmiş şəxs Seyedalını tanıyır. O, Dərnəgül Tikinti Materialları satışı bazarında mərmər satışı ilə məşğul olur. Asifi də təxminən 10 il olar ki, tanıyır. 2021-ci ilin iyun ayının əvvəllərində Asiflə aralarında olan söhbət zamanı o, demişdir ki, Seyedalı özünə məxsus “VOLKSWAGEN Passat” və “VOLKSWAGEN Touareq” markalı avtomobilləri satmaq istəyir. Seyedalının yanına gəlib həmin maşınların qiymətini soruşmuş, o da demişdir ki, “Touareq” markalı avtomobili 20.000 manata, “Passat” markalı avtomobili isə 6.000 manata satır. Seyedalı ilə Asif razılaşmışlar ki, həmin maşınların pulunun əvəzinə ona blok və abilsovka daşı verəcək. Bu razılıqdan 3-4 gün sonra Seyedalı gəlib sexdən 500 kv.m plitəni götürmüş, qalan daşı da Asif deyən sexə göndərmişdir. Beləliklə, həmin iki maşının əvəzində onlara blok və plitə vermişdir. Həmin maşınları satmaq istəyəndə məlum olmuşdur ki, Seyedalı maşınları dəyərindən çox baha qiymətə sataraq onu aldadıb. Odur ki, Seyedalının yanına gəlib demişdir ki, «VOLKSWAGEN Touareq» markalı maşını 12.000 manata götürsün. Artıq həmin vaxta kimi “VOLKSWAGEN Passat” markalı maşını 3.900 manata satmışdır. Bu barədə Seyedalıya da demiş, o isə «Tuareq» markalı maşını geri götürməkdən imtina etmiş, vəziyyəti belə görüb, «Tuareq» markalı maşını 9.000 manata onun da tanıdığı qonşusuna satmışdır. Asifə gətirdiyi bloklara müştəri də vermiş, o, da həmin blokları normal qiymətə satmış, heç bir ziyan eləməmişdir. Bu vaxta kimi Asif heç bir vaxt ona verdiyi blokların keyfiyyətsiz olması ilə əlaqədar heç nə deməmiş, artıq həmin vaxtdan iki ildən alıq bir vaxt keçib. Cinayət işinin 73-74-cü vərəqələrində olan “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi barədə” 15 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 86-cı vərəqində olan “Axtarışda olan şəxsin tutulması barədə” 15 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saxlanılaraq Nərimanov RPİ-nin 17-ci PŞ-nə gətirilmişdir. Cinayət işinin 100-104-cü vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)-211/2023 saylı qərarından görünür ki, vəsatətin təmin eidlməsi, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddətinin istintaq müddətinin sonunadək, yəni 10 aprel 2023-cü il tarixədək müəyyən edilməsi, həbsetmənin əvvəlinin 15 fevral 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin 111-112-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, o, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs Seyedalının xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş 24355 manat maddi ziyan onun yaxın qohumları tərəfindən tam ödənilmişdir, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə vurulmuş ziyanın tam ödənilməsini və sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin edilməli, istintaq və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı 3 (üç) ay 16 (on altı) gün müddət nəzərə alınaraq ona təyin edilmiş cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən yüngülləşdirilməklə qəti cəza müəyyən edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 35 (otuz beş) iş saatına görə 210 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Femida” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5000 (beş min) manat miqdarda cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs istintaq və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı 3 (üç) ay 16 (on altı) gün müddət nəzərə alınaraq ona təyin edilmiş cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən yüngülləşdirilsin və üzərində qəti olaraq 4000 (dörd min) manat cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 35 (otuz beş) iş saatına görə 210 (iki yüz on) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Femida” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-241/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-241/2023
31.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver