Məhkəmə qərarları › İş №1(005)-242/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-242/2021

07.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-242/2021 07.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X4 qızının, müdafiəçi- Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1994-cü ildə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Masazır kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 23.10.2020-ci il tarixdə saat 02 radələrində işlədiyi ünvan 1 ünvanında yerləşən avtotəmir sexinin qarşısında olan Zərərçəkmiş şəxs məxsus “Skoda” markalı **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobilin açarını həmin təmir sexindən götürüb avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirib qaçırmış və həmin gün saat 04 radələrində Binəqədi rayon Binəqədi qəsəbəsi 1-ci mədən, 1-ci korpus ünvanında avtomobili arxaya verib geri dönmək istədikdə idarə etdiyi avtomobilin sağ arxa hissəsini markası və dövlət qeydiyyat nömrəsi istintaqa məlum olmayan başqa bir avtomobilə vuraraq Zərərçəkmiş şəxs 1500 (min beş yüz) manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə verilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 2020-ci ilin avqust ayından başlayaraq ünvan 1 ünvanında yerləşən avtomobil təmiri sexində usta köməkçisi kimi işləmişdir. O, 23.10.2020-ci il tarixdə saat 01 radələrində yaşadığı evdə özü tək alkoqol qəbul etdikdən sonra avtomobil sürmək qərarına gəlmişdir. Usta köməkiçisi işlədiyi avtotəmir sexində usta işləyən Elbrusa məxsus “Skoda” markalı avtomobilin avtotəmir sexinin qarşısında olduğunu bilmişdir. O, yaşadığı evdən çıxıb piyada sexə getmişdir. Həmin gün təxminən saat 02 radələrində sexə daxil olub avtomobilin açarlarını götürmüş və avtomobili işə salıb oradan uzaqlaşmışdır. Onun avtomobili oğurlamaq niyyəti olmamışdır. Sadəcə olaraq avtomobili bir az sürüb sonra yenidən gətirib öz yerinə qoyacaqmış. O, avtomobil ilə Binəqədi rayonu ərazisinə getmişdir. Saat təxminən 04 radələri olmuşdur. Bir neçə saat avtomobili idarə etdikdən sonra o, geri qayıdıb avtomobili yerinə qoymağı düşünmüşdür. Binəqədi rayon Binəqədi qəsəbəsi 1-ci mədən 1-ci korpusda avtomobili saxlamış və arxaya verib geri dönmək istədikdə idarə etdiyi avtomobilin sağ arxa hissəsi başqa bir avtomobilin sol qabaq hissəsinə dəymişdir. Bundan sonra o, orada dayanmamış və avtomobili hərəkətə gətirib oradan uzaqlaşmışdır. Təxminən bir-iki kilometr getdikdən sonra Binəqədi qəsəbəsi 1-ci mədən 25-ci korpusda avtomobilin yanacağı bitmişdir. O da avtomobili yolun kənarında saxlayıb yaşadığı evə getmişdir. Həmin gün saat təxminən 15 radələrində o, sexə getmişdir. Orada usta köməkçisi işləyən Seyfulla Elburusun avtomobilinin açarını tapmadığını demiş, o da Seyfullaya gecə saatlarında Elbrusun avtomobilini götürüb bir neçə saat sürdüyünü, həmin avtomobil ilə qəza törətdiyini, lakin yanacağı bitdiyinə görə avtomobili Binəqədi rayonu ərazisində qoyduğunu bildirmişdir. Seyfulla da baş vermiş hadisə barəsində Elburusa bildirmişdir. Daha sonra Elbrus onun yanına gəlmiş və onlar birlikdə avtomobili saxladığı yerə getmişlər. Elbrus avtomobilə yanacaq tökdükdən sonra birlikdə işlədikləri sexə getmişlər. Həmin vaxt ona məlum olmuşdur ki, avtomobilin sağ arxa hissəsi zədələnmişdir. Daha sonra ona məlum olmuşdur ki, Elburus bu barədə Polisə məlumat vermişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Elbrus onun qardaşıdır. Həmçinin o, qardaşının ünvan 1 ünvanında yerləşən avtotəmir sexində usta işləyir. O, özünə məxsus “Şkoda” markalı **- MM-*** dövlət qeydiyyat nişanlı avtomobili təmir etdirmək üçün qardaşı Elbrusa vermişdir. O, həmin avtomobili idarə etməsi üçün Elbrusa etibarnamə də vermişdir. 23.10.2020-ci il tarixdə axşam saatlarında qardaşı Elbrus ona zəng edib onun işlədiyi sexdə işləyən Akif adlı şəxsin gecə saatlarında içkili halda sexə daxil olub avtomobilin açarlarını götürüb avtomobil ilə Binəqədi rayonu ərazisinə getdiyini, orada isə qəza törətdiyini demişdir. Həmçinin bildirmişdir ki, avtomobilin sağ arxa qanadı, sağ arxa qapısı və sağ ön qapısı əzilib, həmçinin sağ arxa təkəri diski ilə birlikdə yararsız hala düşmüşdür. Bunda sonra o, qardaşı Elbrusun işlədiyi avtotəmir sexinə getmişdir. Orada avtomobilə baxdıqda avtomobilin sağ arxa hissəsinin əzildiyini görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, təxminən 10 ildir ki, ünvan 1 ünvanında yerləşən avtotəmir sexində rəngsaz işləyir. Akif də həmin sexdə mühərrik ustası işləyən Vüsalın yanında köməkçi işləmişdir. Qardaşına məxsus “Skoda” markalı avtomobili təmir etdirmək üçün o, işlədiyi sexə gətirmişdir. Həmin avtomobilə dair qardaşı Eldəniz ona etibarnamə də vermişdir. Həmin avtomobili servisin qarşısında saxlamışdır, açarı isə servisin içərisində qalmışdır. 23.10.2020-ci il tarixdə saat 13 radələrində o, sexə gələn zaman həmin avtomobilin açarını axtarmış, lakin tapa bilməmişdir. Bu zaman işçisi Seyfulla ona Akifin gecə maşını aparıb qəza törətdiyini, özünün isə çöldə olduğunu demişdir. O, sexdən çölə çıxıb Akifin yanına getmişdir. Akif ona gecə saat 02 radələrində içkili vəziyyətdə sexə daxil olub avtomobilin açarını götürərək avtomobili sürüb oradan uzaqlaşdığını, daha sonra Binəqədi rayonu ərazisində avtomobil ilə qəza törətdiyini, bundan sonra avtomobilin yanacağı bitdiyindən avtomobili orada qoyub qaçdığını bildirmişdir. O da Akif ilə birlikdə avtomobilin olduğu yerə getmişdir. O, avtomobilə yanacaq töküb avtomobili işlədiyi sexə gətirmişdir. Sexdə avtomobilə baxan zaman avtomobilin sağ arxa qanadının, sağ arxa qapısının və sağ ön qapısının əzildiyini, həmçinin sağ arxa təkərinin diski ilə birlikdə yararsız hala düşdüyünü görmüşdür. İşlədiyi sexdə olan ustalar ilə birlikdə hesablamalara görə avtomobilə təxminən 1500 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Elbrus onun ustasıdır. O, 2009-cu ildən ünvan 1 ünvanında yerləşən avtotəmir sexində Elburusun köməkçisi işləyir. Təqsirləndirilən şəxs də həmin sexdə tanımışdır. Elburus qardaşına məxsus “Skoda” markalı avtomobili təmir etdirmək üçün sexə gətirmişdir. 23.10.2020-ci il tarixdə saat təxminən 15 radələrində Akif işə gəlmişdir. Həmin vaxt Elburus da sexdə avtomobilin açarını axtarırmış. Akif də bunu görüb ona demişdir ki, axşam araq içib, sərxoş vəziyyətdə avtomobili sürmək üçün o, aparmışdır, Binəqədi ərazisində qəza törətmiş, sonra da benzin qurtardığı üçün avtomobili orada qoyub gəlmişdir. O, da bu barədə Elbrusa məlumat vermiş və daha sonra Elbrus, o, və Akif bir yerdə gedib Binəqədi rayon ərazisindən avtomobili götürüb gəlmişlər. Orada avtomobilə baxdıqda avtomobilin sağ arxa hissəsinin əzildiyini görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən avtotəmir sexi uzun illərdir tanıdığı Mürvətə məxsusdur. Bu səbəbdən Mürvətin xahişi ilə o, həmin avtotəmir sexinə ara-sıra gedib nəzarət etmiş, orada icarəyə verilmiş otaqların icarədarlarından icarə haqlarını toplamış, bəzən isə gecələr orada qalmışdır. Lakin rəsmi olaraq həmin sexdə işləməmişdir. 23.10.2020-ci il tarixdə saat 02 radələrində o, sexdə olan zaman bir anlıq yuxuya getmişdir. Bir neçə saat yatdıqdan sonra o, yuxudan ayılmışdır. Daha sonra saat 10 radələrində o, işdən çıxıb evə getmişdir. Həmin gün axşam saat 18 radələrində o işə gələn zaman ona məlum olmuşdur ki, sexdə usta köməkçisi işləyən Akif gecə saatlarında sexə arxa tərəfdən daxil olaraq sexdə usta işləyən Elbrusun qardaşı Eldənizə məxsus “Skoda” markalı avtomobilin açarlarını götürmüş, daha sonra avtomobili idarə edərək oradan getmişdir. Həmin vaxt o yatmışdır. Buna görə də Akifin sexə haradan və nə zaman daxil olmasını görməmişdir. Cinayət işinin 7-11-ci vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 27 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, təhqiqat zərurəti ilə əlaqədar olaraq hadisə yerində baxış keçirilmişdir. Hadisə yeri ünvan 1 ünvanında yerləşən avtoservisin qarşısı "xxxx" ASC-nin inzibati binasının qarşısıdır. Vətəndaş İbrahimovun qardaşına məxsus avtomaşının həmin ünvandan qaçırıldığını bildirmişdir. Baxış zamanı “Skoda” markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı avtomaşının sağ yan hissəsi, arxa sağ tərəfi və qapı nahiyyələrində zədələnmə izlərinin olduğu müəyyən edildi. Qeyd olunan avtoservisdə müşahidə kameralarının mövcud olduğu müəyyən edildi. Baxış zamanı tərəfindən bu barədə protokol tərtib olundu və hadisə yerinin fotoşəkilləri çəkildi. Protokol tərəfindən ucadan oxundu, heç bir irad daxil olmadı. Cinayət işinin 32-33-cü vərəqlərində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş 07.12.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsilə istintaq olunan 16003072 nömrəli cinayət işi 30.05.2017-ci il tarixdə məhkəməyə göndərilmişdir. Cinayət işinin 55-58-ci vərəqlərində olan “Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” 29.12.2020-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi X6 həmin protokolu icraatında olan ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CPM-in 236-cı maddəsinin tələblərinə müvafiq olara Zərərçəkmiş şəxs, hal şahidlərinin iştirakları ilə tərtib etmişdir ondan ötrü ki, cinayət işi üzrə zərərçəkmiş şəxs X1 məxsus “Skoda” markalı **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 1 ünvanında yerləşən avtoservisdə baxış keçirilmiş və müəyyən edilmişdir: Minik avtomobili “Skoda Fabiya” markalıdır, üzərində **-MM-*** dövlət qeydiyyat nişanı vardır, avtomobil ağ rənglidir. Avtomobilin mühərrik olan hissəsində avtomobilin mühərrikinə aid bütün detallar, akkumulyatoru üzərindədir, yük hissəsində bir ədəd ehtiyat təkər vardır. Avtomobilin sağ arxa və qabaq qapılarının alt hissəsi, sağ arxa qanad və bufer, sağ arxa təkərin diski və diskin üzərində olan kalpak əzilmiş haldadır. Həmçinin sağ arxa təkər boşalmışdır. Baxışda iştirak edən Zərərçəkmiş şəxs bildirdi ki, həmin avtomobil onun özünə məxsusdur, lakin təmir etdirməsi üçün etibarnamə ilə qardaşı Şahid1 vermişdir. Zərərçəkmiş şəxs avtomobilin zədələnmiş hissələrini bir daha əyani olaraq göstərmişdir. Həmçinin Zərərçəkmiş şəxs bildirdi ki, avtomobilin salonunda heç bir dəyişiklik yoxdur. Salondan heç bir əşya və ya detal götürülməmişdir. Protokol tərtib olunan avtomobilin fotoşəkilləri “Samsung” markalı fotoaparatla çəkildi. Avtomobil iş üzrə əhəmiyyət kəsb etdiyindən həmin avtoservisin duracağında saxlanıldı. Cinayət işinin 75-78-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3 fevral 2021-ci il tarixli, 9/82 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş icarədar Şahid1 tərəfindən tərtib edilmiş 08.12.2020-ci il tarixli ziyan aktından göründüyü kimi, 2012-ci il buraxılışlı “Skoda Fabiya” markalı **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci aşağıdakı kimi müəyyən edilir. O cümlədən 1. Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 1685,00 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti- 935,00 manat; Təmir-bərpa işlərinin qiyməti-750,00 manat. 2. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 1424,00 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti-674,00 manat; Təmir-bərpa işlərinin qiyməti-750,00 manat Cinayət işinin 84-cü vərəqində olan “Maddi sübut tanıma haqqında” 07 aprel 2021-ci il tarixli qərardan görünür ki, “Skoda” markalı **-MM-*** dövlət qeydiyyatda nişanlı avtomobilin ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınması və zərərçəkmiş şəxslərə qaytarılması qərara alınmışdır. Cinayət işinin 85-ci vərəqində olan 07.04.2021-ci il tarixli “İltizam”dan görünür ki, Zərərçəkmiş şəxs bu iltizamı vermişdir ki, Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi Kənan Məmmədzadəyə ona görə ki, “Skoda” markalı **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobil ibtidai istintaq dövründə və məhkəmə istintaqı bitənə qədər onun mülkiyyətində qalacaqdır. Bu iltizamı imzası ilə təsdiq etmişdir. Cinayət işinin 110-111-ci vərəqələrində olan “Qətimkan tədbirinin nəzərə alınması barədə” 12 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınması qərara alınmışdır. Cinayət işinin 116-120-ci vərəqələrində olan “İfadənin yerində yoxlanılması və götürülməsi haqqında” 12 aprel 2021-ci il tarixli protokoldan görünür ki, o, yəni Təqsirləndirilən şəxs 23.10.2020-ci il tarixdə saat 02 radələrində usta köməkçisi işlədiyi ünvan 1 ünvanında yerləşən sexdən X2 məxsus “Skoda” markalı **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobilin açarlarını götürüb həmin sexin qarşısında dayanmış həmin avtomobili işə salaraq oradan uzaqlaşmışdır. Avtomobili idarə edərək Binəqədi rayonu, Binəqədi qəsəbəsi mədən 1, korpus 1 ünvanına gəlmişdir. Həmin vaxt o, avtomobili arxaarxaya verib dönmək istədikdə, başqa bir avtomobilin sağ arxa nahiyyəsinə vurmuşdur. Saat təxminən 04 radələrində o, həmin yerdən avtomobil ilə uzaqlaşmış, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, 1-ci korpus 25 ünvanında avtomobilin yanacağı bitdiyindən o avtomobili həmin yerdə saxlayıb getmişdir. Fotoşəkillər çəkilərək protokol əlavə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, əməlinin cinayətin residivini yaratmamasına baxmayaraq əvvəl də məhkum olunmasını və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu maddənin sanksiyasında müəyyən edilmiş azadlığın məhdudlaşdırılması cəzanın təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş 3 saylı Bakı “Asan xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 876505 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, 28.06.2010-cu il təvəllüdlü X9 atası kimi Təqsirləndirilən şəxs, anası kimi X5 göstərilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Balakən rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 599205 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, 22.08.2014-cü il təvəllüdlü X7 atası kimi Təqsirləndirilən şəxs, anası kimi X5 göstərilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 20.05.2021-ci il tarixli, 1(002)-36/2021 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 01 sentyabr 2016-cı il tarixdən 02 sentyabr 2016-cı il tarixədək, 29 avqust 2020-ci il tarixdən 31 avqust 2020-ci il tarixədək tutma altında saxlanıldığı 3 (üç) gün müddətin nəzərə alınması və ona təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəndə çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 03 mart 2021-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini və himayəsində 2 yetkinlik yaşına çatmayan uşaqlarının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 20.05.2021-ci il tarixli, 1(002)-36/2021 nömrəli hökmünə əsasən məhkum olunsa da, onun hazırki iş üzrə törətdiyi cinayət əməlini həmin məhkumluğun yaranmasından əvvəl törətmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 20.05.2021-ci il tarixli, 1(002)-36/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 2 (iki) il 5 (beş) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəzaya qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti cəza müəyyən edilməli, onun hazırda istintaq təcridxanasında saxlanılması nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan - “Skoda” markalı **-MM-*** dövlət qeydiyyatda nişanlı avtomobilin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 9 (doqqzuz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 1(002)-36/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 2 (iki) il 5 (beş) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzaya qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkməsinin əvvəli 03 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs hazırda istintaq təcridxanasında saxlanılması nəzərə alınsın. İş üzrə maddi sübut olan - “Skoda” markalı **-MM-*** dövlət qeydiyyatda nişanlı avtomobilin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan olunduğu, (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar