Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-242/2023 13.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 14:00 Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclas katibi Maİsmayılov Pərvin Pərviz oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs (mülki iddiaçı) – Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs (mülki cavabdeh) - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş vcə məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Xətai rayonu, Turşu küçəsi ev 3, mənzil 6-da qeydiyyatda olan, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri üzrə təyin edilmiş 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzası 02 il 05 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, hazırda Ədliyyə Nazirliyinin Penitensiyar Xidmətinin 17 saylı X3 cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Nərimanov Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 01 iyun 2022-ci il tarixdə saat 13:40 radələrindən 14:50 radələrindək olan müddət ərzində özgənin əmlakını gizli olaraq talama məqsədilə Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanda yerləşən 42 nömrəli mənzilə açar seçmə üsulu ilə qanunsuz daxil olaraq, mənzildən bir ədəd 1500 manat dəyətində “Lenovo” markalı noutbuku, bir cüt 250 manat dəyərində qızıl sırğanı, bir ədəd 50 manat dəyərində “Oriflame” markalı ətiri, bir ədəd 150 manat dəyərində oğlan üçün android qol saatını, bir ədəd 170 manat dəyərində qız üçün android qol saatını, bir ədəd 100 manat dəyərində oğlan üçün qol saatını, bir ədəd 30 manat dəyərində pul kisəsini, bir ədəd 60 manat dəyərində bel çantasını, bir ədəd 30 manat dəyərində bluetooth qulaqcığı, bir ədəd 80 manat dəyərində təzyiq ölçən aparatı, bir ədəd 30 manat dəyərində boks əlcəyini, bir ədəd 30 manat dəyərində mobil telefon adapterini, ümumi dəyəri 300 manat olan gümüş 4 cüt sırğa və 4 ədəd sepləri, ümumi dəyəri 50 manat olan manikür dəstini, ümumi dəyəri 40 manat olan iki ədəd qadın papaqlarını, bir ədəd 120 manat dəyərində “Samsung Duos” markalı mobil telefonu, ümumi dəyəri 40 manat olan oğlan üçün sport idman paltarını, ümumi dəyəri 30 manat olan 12 cüt oğlan üçün təzə vəziyyətdə corabı, ümumi dəyəri 60 manat olan iki ədəd oğlan üçün köynəkləri, bir ədəd 80 manat dəyərində oğlan üçün gümüş qolbağı, bir ədəd 50 manat dəyərində oğlan üçün gümüş üzüyü, ümumi dəyəri 70 manat olan iki ədəd İngilis dili dərsliyi üçün kitabları, ümumi dəyəri 70 manat olan iki ədəd qadın koftalarını və 600 manat nağd pulu gizli olaraq talayıb, sonuncuya ümumilikdə 3.990 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən (mülki cavabdeh) Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvanlara ətir çatdırması xidmətində işləmiş və buna görə də, ünvan 2 ünvanında yerləşən binada yaşayan xatırlamadığı müştərilərə bir neçə dəfə məhsul çatdırmışdır. Həmin binaya bir dəfə müştəriyə ətir çatdırmaq üçün getdikdə oğurluq etdiyi evin açarının ev sahibi tərəfindən blokda qapının yanında işıq şitinin içinə qoyulmasını görmüşdür. Bundan bir müddət sonra həmin evdən oğurluq etmək və ehtiyaclarını ödəmək qərarına gəlmişdir. Buna görə də, 01 iyun 2022-ci il tarixdə həmin binaya gəlmiş, həmin evin qapısına yaxınlaşıb işıq şitinin içinə baxmış, lakin şitin içində açar olmadığını görmüşdür. Sonra həmin qapını döymüş və qapını açan şəxsə hansısa bir ad soruşmuşdur ki, evdə kiminsə olub-olmadığını müəyyən etsin. Qapını açan qadın onun yalandan adamın evi olmadığını bildirdikdən sonra o, oradan uzaqlaşmışdır. Bir neçə gün sonra yenidən həmin evin çöl qapısına yaxınlaşıb şitin içinə baxdıqda açarın orada olduğunu görmüşdür. O, həmin açarı götürmüş və açarla qapını açıb həmin evə daxil olmuşdur. Həmin evdən bir ədəd markasını xatırlamadığı noutbuk götürmüşdür. Bundan sonra evdən oğurlamağa başqa dəyərli əşya tapa bilməmişdir. Həmin evi axtaran zaman cibində olan siqareti çıxarıb yandırmış və biraz çəkdikdən sonra cib dəsmalı ilə siqareti söndürmüşdür. Daha sonra evi axtararkən cibindən cib dəsmalı içərisindəki siqaret kötüyü ilə birlikdə yerə düşmüşdür. Buna əhəmiyyət verməmiş və həmin evdən çıxmışdır. Evdən çıxan zaman qapını kilidləmiş, lakin açarı şitin içinə qoymamışdır. Binadan uzaqlaşdıqdan sonra həmin evin açarını xatırlamadığı yerdə atmışdır. Oğurladığı bir ədəd noutbuku isə tanımadığı şəxsə satmış və oğurluq yolu ilə əldə etdiyi pulu öz ehtiyacları üçün xərcləmişdir. O, Zərərçəkmiş şəxs və ailə üzvlərini tanımamış, həmin evə indiyə kimi bir dəfə evdə kiminsə olubolmadığını müəyyən etmək üçün getmiş, ikinci dəfə getdikdə isə açar şitin içində olduğundan açarı götürüb qapını açaraq evə daxil olub oğurluq etmişdir. Oğurluq etdiyi həmin evdən aşkar edilərək götürülmüş həmin cib dəsmalı və siqaret kötüyü ona məxsusdur və oğurluq edən zaman cibindən yerə düşmüşdür. İstintaqın əvvəlində oğurluq əməlini etiraf etməməsinin səbəbi kimi isə etiraf etsə, başqa etmədiyi oğurluq əməllərini də onun boynuna yıxa bilərlər fikri olmuşdur. Lakin hazırda dəqiq olaraq həmin oğurluq əməlini özünün törətdiyini etiraf etmişdir. Hadisə zamanı həmin evdən yalnız bir ədəd markasına fikir vermədiyi noutbuk oğurlamış, digər göstərilən əşyaları oğurlamamışdır. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, o, Ramil adlı şəxsi tanımamış və həmin oğurluq etdiyi evin açarlarını ona nə Ramil adlı şəxs, nə də başqa hər hansı bir şəxs verməmişdir. Həmin evin açarını hadisədən bir müddət əvvəl özü ev sahibi tərəfindən qapının yanındakı işıq şitinin içərisinə qoyulmasının şahidi olmuşdur. Oğurluq etdiyi gün də evin açarlarını həmin şitin içindən götürüb qapını açaraq oğurluq etmişdir. Yuxarıda qeyd etdiyi bu oğurluq əməlindən başqa oğurluq əməli törətməmişdir. Əməlindən peşmandır. Bütün bunları nəzərə alaraq barəsində yüngül cəza tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə dindirilmiş zərərçəkmiş (mülki iddiaçı) Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 05 iyun 2022-ci il tarixədək ünvan 1 ünvanında yerləşən 42 nömrəli mənzildə arvadı Şahid, oğlu Abdullayev Nihad və qızı Abdullayeva Aylin ilə birlikdə kirayə yaşamışdır. Yaşadığı mənzilin giriş qapısının 2 ədəd açarı olmuşdur. Həmin açarlardan bir adətən evdə olurdu, digər açar vasitəsilə ilə qapını açıb bağlayırdılar. Belə ki, qapını açıbbağlamaq üçün istifadə etdikləri açarı mənzilin çölündə olan qaz sayğaçının içərisinə qoymuşlar. 01 iyun 2022-ci il tarixdə saat 13:40 radələrində özü və digər ailə üzvləri şəxsi işləri ilə əlaqədar evdə olmadıqları üçün qızı Aylin kirayə yaşadıqları evin giriş qapısını açarla bağlayıb açarı çöldə olan qaz sayğaçının içərisinə qoyaraq yaşadıqları binanı tərk etmişdir. Həmin günü saat 14:50 radələrində arvadı Həqiqət bacısı Aybəniz ilə birlikdə yaşadığı evə gələrkən qaz sayğacının içərisində olan açarın yerində olmadığını aşkar etmişdir. Bundan sonra Həqiqət ona zəng vuraraq giriş qapısının açarının yerində olmadığını bildirmişdir. Daha sonra kirayə yaşadıqları ünvana gəlmiş, evin giriş qapısının əlavə açarı olmadığı üçün istifadəsində olan mobil nömrə ilə 112 xidmətinə zəng vuraraq qapının açılmasına köməklik etmələrini xahiş etmişdir. Lakin 112 xidmətindən ona bildirilmişdir ki, evin içərisində adam qalmadığı üçün giriş qapısını aça bilməzlər. Bundan sonra ev sahibi Təbrizə zəng vurmuş, Təbriz ona bildirmişdir ki, ola bilsin evi kirayə verən vasitəçidə açar qalsın. Bundan sonra evi kirayə verən vasitəçidən evin giriş qapısının açarını götürmüş, evə daxil olan zaman evin dağınıq olduğunu görmüş və bundan sonra evdən oğurluq olmasına əmin olaraq istifadəsində olan mobil telefon ilə 102 Xidməti zəng mərkəzinə zəng vurub kirayə yaşadığı mənzildən oğurluq olması barədə məlumat vermişdir. Bunda sonra yaşadığı mənzilə polis əməkdaşları gəlib baxış keçirmişlər. Baxış zamanı yaşadığı evdən ona və ailə üzvlərinə məxsus olmayan bir ədəd çəkilmiş siqaret kötüyü, bir ədəd cib dəsmalı aşkar edilmiş, eyni zamanda əl-barmaq izləri götürülmüşdür. Kirayə yaşadığı evdə baş vermiş oğurluq zamanı evdən bir ədəd 1500 manat dəyətində “Lenovo” markalı noutbuk, bir cüt 250 manat dəyərində qızıl sırğa, bir ədəd 50 manat dəyərində “Oriflame” markalı ətir, bir ədəd 150 manat dəyərində markasını bilmədiyi oğlan üçün android qol saatı, bir ədəd 170 manat dəyərində markasını bilmədiyi qız üçün android qol saatı, bir ədəd 100 manat dəyərində oğlan üçün markasını bilmədiyi qol saatı, bir ədəd 30 manat dəyərində markasını bilmədiyi pul kisəsi, bir ədəd 60 manat dəyərində markasını bilmədiyi bel çantası, bir ədəd 30 manat dəyərində markasını bilmədiyi blutooth qulaqcıq, bir ədəd 80 manat dəyərində markasını bilmədiyi təzyiq ölçən aparat, bir ədəd 30 manat dəyərində boks əlcəyi, bir ədəd 30 manat dəyərində markasını bilmədiyi mobil telefon adapteri, ümumi dəyəri 300 manat olan gümüş 4 cüt sırğa və 4 ədəd sep, ümumi dəyəri 50 manat olan manikür dəsti, hər biri 20 manat dəyərində markasını bilmədiyi 2 ədəd qadın papaqları, bir ədəd 120 manat dəyərində “Samsung Duos” markalı mobil telefon, ümumi dəyəri 40 manat olan oğlan üçün sport idman paltarı, ümumi dəyəri 30 manat olan 12 cüt oğlan üçün təzə vəziyyətdə corab, ümumi dəyəri 60 manat olan iki ədəd oğlan üçün markasını bilmədiyi köynək, bir ədəd 80 manat dəyərində oğlan üçün gümüş qolbaq, bir ədəd 50 manat dəyərində oğlan üçün gümüş üzük, ümumi dəyəri 70 manat olan iki ədəd İngilis dili dərsliyi üçün kitablar, ümumi dəyəri 70 manat olan iki ədəd qadın koftaları və 600 manat nağd pul oğurlanmışdır. Qeyd olunan oğurlanmış əşyaların hamısı onun vəsaiti ilə alınmışdır və hadisə nəticəsində ona ümumilikdə 3.990 manat maddi ziyan dəymişdir. Bundan başqa qeyd etmişdir ki, evə bir gen əvvəl qonaq gəlmiş qohumları Ramin adlı şəxs tərəfindən evin açarının götürülüb Ülviyə verilməsindən şübhələnirlər. Evdən oğurlanmış əşyaların və pulun qaytarılmasını tələb edərək mülki iddia ərizəsini məhkəməyə təqdim etmişlər. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid bildirmişdir ki, 05 iyun 2022-ci il tarixədək ailəsilə birlikdə ünvan 1 ünvanında yerləşən 42 nömrəli mənzildə kirayə yaşamışdır. Yaşadığı mənzilin giriş qapısının 2 ədəd açarı olmuşdur. Həmin açarlardan bir adətən evdə olur, digər açar vasitəsilə ilə qapını açıb bağlamışlar. Belə ki, qapını açıbbağlamaq üçün istifadə etdikləri açarı bəzən uşaqlar evə gələndə çöldə qalmamaları üçün mənzilin çölündə olan qaz sayğaçının içərisinə qoymuşlar. 01 iyun 2022-ci il tarixdə saat 13:40 radələrində özün və digər ailə üzvləri şəxsi işləri ilə əlaqədar evdə olmadıqları üçün qızı Aylin evin giriş qapısını açarla bağlayıb açarı çöldə olan qaz sayğaçının içərisinə qoyaraq getmişdir. Həmin günü saat 14:50 radələrində bacısı Aybəniz ilə birlikdə yaşadığı evə gələrkən qaz sayğacının içərisində olan açarın yerində olmadığını aşkar etmişdir. Bundan sonra həyat yoldaşı Hüseynə zəng vuraraq giriş qapısının açarının yerində olmadığını bildirmişdir. Bundan sonra evi kirayə verən vasitəçidən evin giriş qapısının açarını götürmüşlər. Evə daxil olan zaman evin dağınıq olduğunu görmüş və bundan sonra evdən oğurluq olmasına əmin olaraq 102 Xidməti zəng mərkəzinə zəng vurub oğurluq olması barədə məlumat vermişlər. Bunda sonra yaşadığı mənzilə polis əməkdaşları gəlib baxış keçirmiş, evdən onlara məxsus olmayan bir ədəd çəkilmiş siqaret kötüyü, bir ədəd cib dəsmalı aşkar edilmiş, eyni zamanda əl-barmaq izləri götürülmüşdür. Baş vermiş oğurluq zamanı evdən bir ədəd 1500 manat dəyərində “Lenovo” markalı noutbuk, bir cüt 250 manat dəyərində qızıl sırğa, bir ədəd 50 manat dəyərində “Oriflame” markalı ətir, bir ədəd 150 manat dəyərində markasını bilmədiyi oğlan üçün android qol saatı, bir ədəd 170 manat dəyərində markasını bilmədiyi qız üçün android qol saatı, bir ədəd 100 manat dəyərində oğlan üçün markasını bilmədiyi qol saatı, bir ədəd 30 manat dəyərində markasını bilmədiyi pul kisəsi, bir ədəd 60 manat dəyərində markasını bilmədiyi bel çantası, bir ədəd 30 manat dəyərində markasını bilmədiyi blutooth qulaqcıq, bir ədəd 80 manat dəyərində markasını bilmədiyi təzyiq ölçən aparat, bir ədəd 30 manat dəyərində boks əlcəyi, bir ədəd 30 manat dəyərində markasını bilmədiyi mobil telefon adapteri, ümumi dəyəri 300 manat olan gümüş 4 cüt sırğa və 4 ədəd sep, ümumi dəyəri 50 manat olan manikür dəsti, hər biri 20 manat dəyərində markasını bilmədiyi 2 ədəd qadın papaqları, bir ədəd 120 manat dəyərində “Samsung Duos” markalı mobil telefon, ümumi dəyəri 40 manat olan oğlan üçün sport idman paltarı, ümumi dəyəri 30 manat olan 12 cüt oğlan üçün təzə vəziyyətdə corab, ümumi dəyəri 60 manat olan iki ədəd oğlan üçün markasını bilmədiyi köynək, bir ədəd 80 manat dəyərində oğlan üçün gümüş qolbaq, bir ədəd 50 manat dəyərində oğlan üçün gümüş üzük, ümumi dəyəri 70 manat olan iki ədəd İngilis dili dərsliyi üçün kitablar, ümumi dəyəri 70 manat olan iki ədəd qadın koftaları və 600 manat nağd pul oğurlanmışdır. Məhkəmədə tədqiq edilən Zərərçəkmiş şəxs tərəfindən Nərimanov Rayon Polis idarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, yaşamış olduğu ünvan 4 ünvanında oğurluq hadisəsi baş vermişdir. Məhkəmədə tədqiq edilən “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və foto cədvəllərdən görünür ki, oğurluq hadisəsi olduğu Bakı şəhəri Nərimanov rayonu, Oruc Əliyev küçəsi 8B ünvanında yerləşən 42 nömrəli mənzildə baş vermişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinə ünvanlanmış sorğuya əsasən xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə ünvan 5 ünvanında Zərərçəkmiş şəxs məxsus mənzildə baş vermiş oğurluq hadisəsi ilə əlaqədar hadisə yerindən götürülmüş 01 ədəd cib dəsmalı və 01 ədəd “Winchester” markalı siqaret Kötüyü Nərimanov RPİ-nin xx.xx.2022-ci il tarixli, 078-15432- 1222 №-li məktubu ilə təqdim edilmiş və aparılmış müqayisəli molekulyar-genetik identifikasiya tədqiqatı nəticəsində müəyyən olundu ki, təqdim edilmiş 01 ədəd cib dəsmalı və 01 ədəd “Winchester" markalı siqaret kötüyü üzərində olan bioloji mənşəli materiallar Təqsirləndirilən şəxs məxsusdur. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı şəhər Narkoloji Mərkəzi” Publik Hüquqi şəxsə ünvanlanmış sorğuya əsasən xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixindən “Opioidlərin istifadə edilməsi nəticəsində psixi və davranış pozuntuları” diaqnozu ilə Bakı Şəhər Narkoloji Mərkəzdə qeydiyyatdadır. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Klinik Psixiatriya xəstəxanasına ünvanlanmış sorğuya əsasən xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada mülayim dərəcədə ifadə olunmuş dissosiativ-konversion pozuntusu, özünə xəsarət yetirmə diaqnozu ilə müalicədə olmuşdur. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə trasnoloji eksperitzası, Alət və vasitə izlərinin, tamın hissələr üzrə eyniləşdirilməsinin təqiqi ilə bağlı xx.xx.2022-ci il tarixli, 3/1021 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilən silindrik mexanizm səthində və daxili detalları üzərində kənar predmetin təsirindən yaranmağa xarakterik olan iz və zədələr yoxdur. Bununla belə həmin silindrik mexanizmin ştat açarına uyğunlaşdırılmış açarla o cümlədən hər hansı bir kənar predmetlə iş qoymadan açılması mümkündür. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsi ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 581 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs emosional davranış şəxsiyyət pozuntusu aşkar olunmuşdur. Onda aşkar edilən emosional davranış şəxsiyyət pozuntusu onun törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. O, törətmiş olduğu əməl dövründə öz hərəkətlərinin fatiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 21.3 və 22-ci maddələrinin təsiri altına düşmür ona hazırki vəziyyət ilə bağlı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyac yoxdur. Həmçinin törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Məhkəmədə tədqiq edilən “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs mənzilindən baş vermiş oğurluq faktı ilə bağlı hadisə yerinə baxış zamanı hadisə yerindən götürülmüş bir ədəd cib dəsmalı, 01 ədəd “Winchester” markalı siqaret kötüyü iş üzrə əhəmiyyətli olduğundan maddi sübut hesab edilmiş və saxlanılması üçün Nərimanov Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin 1(067)-24/2011 saylı, xx.xx.20211-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinmiş Azəebaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası 02 il şərti sınaq müddəti ilə əvəz edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarilxi hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4, 67.1- maddələri ilə təqsirli bilinmiş 04 il 06 ay müddətinə azadlıqdan məhrumemtə cəzasına məhkum olunmuşdur. xx.xx.2016-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2016-ci il tarixli amnistiya qərarı tətbiq edilməklə təyin olunmuş cəzadan azad edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarilxi hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinmiş 01 il, 05 ay, 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarilxi hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4cü maddələri ilə təqsirli bilinmiş ona qəti olaraq 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1143/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, apellyasiya protesti təmin edilmiş, Təqsirləndirilən şəxs Azərbayca Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri üzrə təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası 02 il 05 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 68.1.1-1-ci maddələrinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(011)-62/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzasından 05 mart 2022-ci il tarixdən 07 iyul 2022-ci il tarixədək çəkdiyi 4 (dörd) ay, 2 (iki) gün azadlığın məhdudlaşdırılması cəzası çıxılmaqla üzərində qalan 1 (bir) il, 1 (bir) ay, 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutmaq şərti ilə hazırki qərarla təyin edilmiş cəza ilə qismən toplamaq yollu ilə Təqsirləndirilən şəxs 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasının əvvəli 07 iyul 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmədə tədqiq edilən Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş iddia ərizəsindən görünür ki, təqsirləndirilən şəxs tərərəfindən ona vurulmuş 3990 manat maddi ziyanı və 59.90 məhkəməyə ödənilmiş rüsumun tutularaq ona ödənilməsini tələb etmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, birbiri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs oğurlanmış əşyaların miqdarı ilə və dəymiş ziyanla bağlı hissəsi ilə razılaşmaması ilə bağlı məhkəmə hesb edir ki, özünümüdafiə xarakteri daşıması qənaətinə gəlir. Belə ki, yaranmış ziddiyyətlər araşdırılmış, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı ilkin verdiyi ifadəsi, oğuruluq hadisəsinin baş vermiş olduğu yerdə təqsirləndirilən şəxsə məxsus olduğu ekspertiza rəyi ilə təsdiqini tapmış 01 ədəd cib dəsmalı, 01 ədəd siqaret kötüyü həmçinin zərərçəkmiş şəxsin və şahidin ifadəsi Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsin mənzilinə daxil olmaqla oğuruluq etməsi faktını bir daha təsdiq edir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlini qismən etiraf etməsi, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində qanunvericiliyə əsasən cəzanı ağırlaşdıran hallar olmasa da onun zərərçəkmiş şəxslə barışıq əldə etməməsi, həmçinin vurmuş olduğu maddi ziyanı ödəməməsi, onun əvvəllərdə mülkiyyət əleyinə cinayət əməlləri törətməklə azadlıqdan məhrumetmə cəzasına dəfələrlə məhkum olunmasına baxmayaraq yenidən cinayət əməli törətməsi onun islah yoluna qədəm qoymaması kimi qiymətləndirilməli, ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrumetmə cəzaları onun islah olunmasına xidmət etmədiyi qənaətinə gəlməli və bu halların şəxsiyyətini mənfi səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsi ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-nin 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə, həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsində ittiham olunan əşyaların hamsını deyil, yalnız oğurlaması ilə bağlı məhkəmə istintaqı zamanı verdiyi ifadəni özünümüdafiə xarakteri daşıdığı qənaətinə gəlir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə görə cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır Məhkəmə, CM-nin 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, məhkəmə Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddianın dəlillərini və cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Zərərçəkmiş şəxs Qarabağ qazisi olduğundan dövlət rüsumlarını ödəməkdən azaddır, həmçinin mülki iddia verərkən heç bir dövlət rüsumu ödəmədiyindən mülki iddia qismən təmin edilməlidir Belə ki, Azərbaycan Respublikasının CPM-nin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179-cu maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs (mülki cavabdeh) – Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə təqsiri məhkəmə araşdırılması zamanı öz təsdiqini tapdığından onun vurulmuş zərərlə bağlı həm də mülki məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir Həmin Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ümumilikdə Zərərçəkmiş şəxs 3990 (üç min doqquz yüz doxsan) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilindiyi üçün bu əməlin törədilməsi ilə əlaqədar mülki iddiaçıya vurduğu maddi ziyan ödənilməmiş qalan hissəsi onun tərəfindən ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, mülki iddia qismən təmin olunmalı, maddi ziyana görə zərərçəkmiş Zərərçəkmiş şəxs 3990 manat məbləğində pul təqsirləndirilən şəxs (mülki cavabdeh) - Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair tələbi əsaslıdır. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Cinayət işinə əlavə edilmiş bir ədəd Zərərçəkmiş şəxs mənzilindən baş vermiş oğurluq faktı ilə bağlı hadisə yerinə baxış zamanı hadisə yerindən götürülmüş bir ədəd cib dəsmalı, 01 ədəd “Winchester” markalı siqaret kötüyü çəhv edilməlidir. Eyni zamanda ekspertiza tədqiqatının dəyəri 65 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlaklar, üzərinə həbs qoyulmuş əmlak və maddi ziyan yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı müddətində hüquqlarını müdafiə etmiş “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “A.İ.M” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1143/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetm cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddələrinə əsasən hazırki hökmlə təyin olunmuş cəzaya qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 03 (üç) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs məhkəməyədək və məhkəmə icraat zamanı tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia qismən təmin edilsin. Maddi ziyana görə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs 3990 (üç min doqquz yüz doxsan) manat məbləğində pul təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs alınaraq Zərərçəkmiş şəxs xeyrinə ödənilsin. Ekspertiza tədqiqatnın dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №2088501, X1, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən ibtidai istintaq müddətində təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatı üçün cəmi 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “A.İ.M” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №1(005)-242/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-242/2023
13.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver