Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-242/2025 15.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş X5 nümayəndəsi və vəkili “Ekol” Vəkil Bürosunun vəkili Nümayəndə1, Barəsində Xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 iştirakları ilə, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X5 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin binasında, məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ X9 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, X9 hazırda Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Elmi-Tədqiqat İnstitutunun direktoru vəzifəsində çalıçır. Əmək fəaliyyətim dövründə Bakı Məişət Kondisioner Zavodunda Bakkondisioner “EİB”-də, "xxxx" MM İtaliya-Azərbaycan Müştərək Müəssisəsində, X11 Su Cəmiyyəti Bakı şəhər Su Satışı İdarəsində, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində, Milli Geoloji Kəşfiyyat Xidmətinin Mineral Xammal Elmi-Tədqiqat İııstitututunda işləmiş, müxtəlif dövrlərdə ayrı-ayrı rəhbər vəzifələrdə çalışmışdır. Texnika elmləri doktoru, professor elmi dərəcəsi var, 110-dan artıq elmi əsərin, 8 monoqrafiyanın. 5 dərs vəsaitinin, 3 metodiki göstərişin, 3 ixtiranın müəllifidir. Onun məqalələri həm ölkəmizdə, həm də xarici ölkələrin ən aparıcı jurnallarında dərc edilmişdir. Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının Qərarı ilə "Texnika elmləri namizədi" alimlik dərəcəsini, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən Ətraf mühitin aerokosmik monitorinqi kafedrası üzrə dosent elmi adını almışdır. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası qərarı ilə Texnika Elmləri doktoru, "Təbii mühitə, maddələrə, materiallara və məmulatlara nəzarət cihazları və metodları” ixtisası üzrə professor elmi adına layiq görülmüşdür. Mineral xammal ehtiyatlarından istifadədə səmərəli fəaliyyətilə əlaqədar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin peşə bayramı günü münasibəti ilə fəxri fərmanla təltif edilmişdir. Azərbaycan və X1 həqiqi üzvü, Azərbaycan Prezidenti Yanında Ali Attestasiya Komitəsinin “Yer elmləri" üzrə ekspert şurasının üzvüdür. O, həmişə Azərbaycan dövlətçiliyinə xidmət etmiş, dövlətin ictimai-siyasi fəaliyyətində həmişə aktiv şəkildə iştirak etmişdir. xx.xx.1992-ci ildən X6 üzvüdür. Həmçinin, YAP Xətai Rayon R.Məmmədov Ərazi Təşkilatının sədridir. Rəhbərlik etdiyi kollektivlərdə həmişə peşəkar və səmərəli fəaliyyətilə rəğbət qazanmışdır. Bu vaxta rəhbərlik etdiyi kollektivlərdə işçilərlə onun arasında konfliktlər və narazılıqlar olmamışdır. 2022-ci ildə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin yubiley medalı ilə təltif edilmişdir. Həmçinin, Yeni Azərbaycan Partiyasının çoxsaylı fərmanları ilə təltif edilmiş, partiyanın çoxsaylı tədbirlərində iştirak etmişdir. X4 rəhbərlik etdiyi Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Elmi-tədqiqat İnstitutunun sabiq direktor müavinidir. O, xx.xx.2025-ci il tarixli şikayət ərizəsi ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Naziri cənab Vüqar Mustafayevə müraciət edərək, onu ondan 15.000 (on beş min) manat pul alaraq, pensiya vaxtında işində saxlamağa vəd verib aldatmaqda ittiham etmişdir. Bununla yanaşı H.M.Adıgözəlov onu institutun balansında olan nəqliyyat vasitələrinin yağ dəyişmələri və təmiri üçün 1200 (min iki yüz) manat, texniki baxış üçün 1300 (min üç yüz) manat, institutun təsərrüfat işləri və həyətinin təmiri üçün 2500 (iki inin beş yüz) manat pul vəsaitini mənimsəməkdə, ayrı-ayrı işçilərdən 5000 (beş min) manat pul almaqda, öz şəxsi marağı üçün ondan ümumilikdə 28000 (iyirmi səkkiz min) manat pul vəsaitini almaqda ittiham etmişdir. Həmçinin, H.M.Adıgözəlov onu həmkarlar adı altında qara kassa yaradıb çirkli pulların yuyulmasını mənimsəməklə cinayətlər törətməyi davam etdirməkdə ittiham etmişdir. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi tərəfindən H.M.Adıgözəlovun xx.xx.2025-ci il tarixli şikayət ərizəsində qeyd edilən faktlar üzrə araşdırma aparılmış və onun barəsində bildirdiyi faktlar öz təsdiqini tapmamışdır. Bu barədə nazirliyin aparat rəhbəri tərəfindən H.M.Adıgözəlova xx.xx.2025-ci il tarixli, 3-26- 09/2-A-xx-xx/2025 saylı məktub göndərilmişdir. Göründüyü kimi M.M.Adıgözəlov Nazirliyin kollektivində onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatlar yaymaqla şərəf və ləyaqətini alçaltmışdır. Bir məsələni də qeyd etməyi lazım bilir ki, xx.xx.2024-cü il tarixdə X10 adlı Füzuli rayon sakini yüksək vəzifəli şəxslərə və H. M. Adıgözəlovun birbaşa rəhbəri kimi ona müraciət edərək H.M.Adıgözəlovun ondan hədə-qorxu ilə pul tələb etdiyini göstərmişdir. Bu hal H.M.Adıgözəlovun adamları şantaj etməklə asan gəlir əldə etmək niyyətini göstərir və bu tip məlumatların asan gəlir əldə etmək üçün onun tərəfindən məqsədli şəkildə yayıldığını göstərir. Qeyd etdiklərinin nəzərə alınaraq təqsirləndirilən şəxs X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirli bilinərək, 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X12 nümayəndəsi və vəkili Nümayəndə1 şikayətin dəlillərinə uyğun çıxış edərək xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsini məhkəmədən xahiş etdilər. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 qeydiyyatda olduğu ünvanın ünvan 1anov rayonu ərazisi olmadığını bildirmiş və şikayətin icraata qəbul edilməməsini məhkəmədə xahiş etmişdir. “Elektron məhkəmə” informasiya sistemindən edilmiş çıxarışdan görünür ki, X4 Bakı şəhəri Nizami rayon M.Şərifli küçəsi 2593 məhəlləsi ev 1B mənzil 147 ünvanında qeydiyyatdadır. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməli və xüsusi ittiham qaydasında şikayət baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmənin hazırlıq iclası zamanı müəyyən edildi ki, X2 CM-in 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X5 xüsusi ittiham qaydasında şikayətinə baxılması Bakı Şəhəri ünvan 1anov Rayon Məhkəməsinin yurisdiksiyasına aid deyildir. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli, 3 nömrəli Qərarının 12-ci bəndi ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Məhkəmə qeyd edir ki, xüsusi ittiham qaydasında şikayət, bu şikayətin verilməsinə əsas olan məlumatları yayan şəxsin, yəni X2 yaşadığı ünvan üzrə məhkəməyə verilməlidir. Həmin ünvan isə (ünvan 2ri Nizami Rayon Məhkəməsinin ərazi yurisdiksiyasına aiddir. CPM-in 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. CPM-in 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. CPM-in 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. CPM-in 300.1 və 300.1.4-cü maddələrinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biri də, müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsidir. CPM-in 302.1 və 302.1.1-ci maddələrinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. CPM-in 302.2 və 302.2.1-ci maddələrinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı xüsusi ittiham qaydasında şikayətə, xüsusi ittiham qaydasında şikayət verilməsinə əsas olmuş məlumatları yaymış şəxslərin yaşayış ünvanı üzrə birinci instansiya məhkəməsi tərəfindən baxılmalıdır. Odur ki, X2 CM-in 147.2ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X5 nümayəndəsi və vəkili “Ekol” Vəkil Bürosunun vəkili Nümayəndə1 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən imtina olunmalı və şikayət baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 74.1, 75.1, 299.1, 299.3.1, 300.1.4, 302.1.1, 302.2.1 və 302.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X5 nümayəndəsi və vəkili “Ekol” Vəkil Bürosunun vəkili Nümayəndə1 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilsin və xüsusi ittiham qaydasında şikayət baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №1(005)-242/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-242/2025
15.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver