Məhkəmə qərarları › İş №1(005)-243/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-243/2020

25.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-243/2020 25.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, tərcüməçi - X2 iştirakları ilə, xx xxxx 1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, ünvan 1 mənzil 10 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.2.1, 177.2.3, 177.2.3-1, 177.2.4, 29,177.2.2, 29,177.2.3-1 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq, yaşayış sahəsinə qanunsuz daxil olmaqla, həmçinin elektron məlumat daşıyıcılarından istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla talayıb oğurluq etmiş, təkrar olaraq elektron məlumat daşıyıcılarından istifadə etməklə oğurluq cinayəti etməyə cəhd etmiş, habelə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edib özündə saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə saat 05:00 radələrində tanışı Şahid1 ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış sahəsi, Namazov küçəsi ev 6 ünvana açıq vəziyyətdə olan qapıdan qanunsuz daxil olmaqla, Zərərçəkmiş şəxs1 məxsus bir ədəd 3200 manat dəyərində Çin Xalq Respublikası istehsalı olan “Mİ Laser Projektor 150” markalı “MJJGYY02FM” modelli lazer proyektorunu, bir ədəd qiyməti 200 manat dəyərində “Sony PS3” markalı oyun aparatını, bir ədəd qiyməti 80 manat dəyərində “Seagate” markalı hard diski, bir ədəd qiyməti 500 manat dəyərində “İnfiniti Q50” markalı **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobilin açarını, 1300 manat nağd pulu, elektron məlumat daşıyıcısı hesab edilən “AG bank” tərəfindən verilmiş iki ədəd plastik kartları, Zərərçəkmiş şəxs2 məxsus elektron məlumat daşıyıcısı hesab edilən “xxxxxxxxxxxx” tərəfindən verilmiş üç ədəd plastik kartları və “Azərbaycan Beynəlxalq Bankı” tərəfindən verilmiş iki ədəd plastik kartları talayıb, üç ədəd “xxxxxxxxxxxx” plastik kartlarının balansında olan cəmi 2070 manat nağd pulu, həmin gün saat 06:09 radələrindən saat 07:33 radələrinədək olan müddət ərzində ünvan 2 saylı ünvanda yerləşən “Azərbaycan Beynəlxalq Bankı”na məxsus ATM-dən və Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 60 saylı ünvanda fəaliyyət göstərən “Nərgiz” Ticarət mərkəzində quraşdırılmış “AG bank”a məxsus ATM-dən, həmçinin “Azərbaycan Beynəlxalq Bankı”na aid iki ədəd plastik kartlarının balansında olan cəmi 910 manat nağd pulu isə xx xxxxxx 2019-cu il tarixdə saat 06:04 radələrindən saat 07:27 radələrinədək olan müddət ərzində ünvan 2 saylı ünvanda yerləşən “Azərbaycan Beynəlxalq Bankı”na məxsus ATM-dən və Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 60 saylı ünvanda fəaliyyət göstərən “Nərgiz” Ticarət mərkəzində quraşdırılmış “AG bank”a məxsus ATM-dən çıxararaq, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 5280 manat, Zərərçəkmiş şəxs2 isə 2980 manat olmaqla, zərərçəkmiş şəxslərə ümumilikdə 8260 manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən xx xxxxxx 2019-cu il tarixdə saat 05:00 radələrində tanışı Şahid1 ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış sahəsi, Namazov küçəsi ev 6 ünvanına açıq vəziyyətdə olan qapıdan qanunsuz daxil olmaqla oğurladığı Zərərçəkmiş şəxs1 məxsus elektron məlumat daşıyıcısı hesab edilən kartlardan 4847***6074 nömrəli olan “AG bank” plastik kartı xx xxxxxx 2019-cu il tarixdə üç dəfə, yəni saat 07:42:06-da, 07:42:26-da və 07:42:46-da Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 60 saylı ünvanda fəaliyyət göstərən “Nərgiz” Ticarət mərkəzində quraşdırılmış “AG bank”a məxsus ATM-ə daxil edərək kartın balansındakı 574.11 manatı çıxarmağa çalışarkən kartın pin kodunu dəqiq bilmədiyinə görə səhv rəqəmlər daxil etdiyindən Zərərçəkmiş şəxs1 məxsus 574.11 manatı talamağı öz iradəsindən asılı olmayan səbəbə görə başa çatdıra bilmədiyindən oğurluq etməyə cəhd etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 6,056 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə “metamfetamin” əldə edərək özündə saxlamış və xx xxxxxx 2020-ci il tarixdə, saat 22:50 radələrində ünvan 4 saylı ünvanın yaxınlığında Nərimanov RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Nərimanov RPİ-nə gətirilib, xidməti otaqda üzərində axtarış və götürmə aparılan zaman əynində olan boz rəngli gödəkçəsinin sağ yan cibindən təmiz çəkisi 6,056 qram kustar üsulla hazırlanmış psixotrop maddə “metamfetamin” aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs CM-in 177.2.1, 177.2.3, 177.2.3-1, 177.2.4, 29,177.2.2, 29,177.2.3-1 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 20:00 radələrində Sabunçu rayonu, Zabrat-1 qəsəbəsində yerləşən yaşadığı evin yaxınlığında uşaqlıq dostu Şahid1 ilə “Rent a car”dan icarəyə götürdüyü “Hyundai Terracan” markalı avtomobildə oturub söhbət etmişlər. Söhbət əsnasında o, İmana bildirmişdir ki, maddi vəziyyəti yaxşı deyil, bir neçə şəxsə ümumilikdə təxminən 1000 manat borcu var və borclarını qaytarmağa imkanı yoxdur. İman da maddi vəziyyətinin yaxşı olmadığını bildirdiyindən, birlikdə oğurluq etmək qərarına gəlmişlər. Təxminən saat 22:00 radələrində İman birlikdə çay içmək üçün ümumi tanışları Şahid2, Şahid3 və Şahid4 zəng etmişdir. Daha sonra İmanla birlikdə Xalid, Rüfət və Tərlanı götürmüş və avtomobillə Bakı şəhərində gəzdikdən sonra Zabrat-1 qəsəbəsinə gəlmişlər. Təxminən saat 03:00 radələrində Xəzər rayonu, Albalılıq yaşayış massivinə getmişlər. İman avtomobili asfalt yolun kənarında saxlamışdır. İmanla avtomobildən düşərkən Xalid, Rüfət və Tərlana iş dalınca getdiklərini, görüb qayıdacaqlarını deyərək, avtomobildə oturub onları gözləmələrini demişlər. Bundan sonra İmanla birlikdə oğurluq etmək üçün ev axtararkən, sonradan adını bildiyi Rafail adlı şəxsin evini görüb, hasardan evin həyətinə baxmış və evin işıqlarının sönmüş vəziyyətdə olduğunu görmüş, evdə adam olmadığını fikirləşmiş və oradan oğurluq etmək qərarına gəlmişlər. Ona görə də hasardan aşıb həyətə daxil olmuşlar. Lakin həyətə daxil olduqdan sonra evin həyətində video müşahidə kameralarının olduğunu görərək, oğurluq etmək qərarından daşınmış və həyətdən çölə çıxıb oradan uzaqlaşmağa başlamışlar. Yolda gedərkən İman ona üzərində gəzdirdiyi cib bıçağını həyətdə düşürdüyünü bildirdiyindən, bıçağı götürmək üçün yenidən həmin həyətə tərəf qayıtmışlar. İman çöldə gözləmiş, o isə hasardan aşıb həyətə daxil olmuş və bıçağı hasarın dibindən taparaq həyətdən çölə çıxmışdır. Bundan sonra birlikdə avtomobili saxladıqları yerə qayıdaraq icarəyə götürdükləri avtomobilə minərək Zabrat-1 qəsəbəsinə qayıtmışlar. Avtomobilin içərisində söhbət edərkən Xalid, Rüfət və Tərlana oğurluq etmək istədiklərini, bu məqsədlə Albalılıq yaşayış massivinə getdiklərini, lakin fikirlərindən daşındıqlarını bildirmişlər. Daha sonra İmanla yenidən həmin ünvana gedib oğurluq etmək barədə razılığa gəlmişlər. Ancaq Xalid, Rüfət və Tərlan onların bu istəyinə etiraz etmiş və onları aparıb yaşadıqları evə qoymalarını xahiş etmişlər. Lakin onlara bildirmişlər ki, əgər onları indi aparsalar, geri qayıdana kimi hava işıqlaşacaq. Odur ki, onları razı salmışlar ki, o, İmanla birlikdə oğurluq etməyə gedərkən avtomobildə gözləsinlər. Bildirmişlər ki, oğurluq edib qayıdandan sonra onları aparıb yaşadıqları evə qoyacaqlar. Bundan sonra onlar birlikdə yenidən Albalılıq yaşayış massivinə getmişlər. İmanla o, asfalt yolun kənarında avtomobildən düşüb oğurluq edəcəkləri evə tərəf getmiş, Xalid, Rüfət və Tərlan isə avtomobildə qalmışlar. Saat təxminən 05:00 radələrində o, İmanla birlikdə hasardan aşaraq sonradan adını bildiyi Rafailin yaşadığı evin həyətinə düşmüşlər. Həyətdə qabaqcadan düzəltdikləri papaqları başlarına keçirib üzlərini gizlətmişlər. Bundan sonra evin qarşı tərəfinə keçib, yerdən dəmir parçası tapıb onunla evin plastik pəncərəsini açmağa çalışsalar da, aça bilməmişlər. Daha sonra evin arxa tərəfinə keçdikdə, evin arxa qapısının açıq vəziyyətdə olduğunu görərək, həmin qapıdan evə daxil olaraq, evin ikinci mərtəbəsinə qalxmaq üçün pilləkanı olan otağa girmişlər. O, həmin otaqdan bir ədəd “Sony markalı PS3” oyun avadanlığını, bir ədəd “Mİ” markalı proyektoru, İman isə bir neçə bank kartını və 1300 manat nağd pulu götürdükdən sonra evdən çıxmışlar. Daha sonra hasardan aşaraq yola tərəf keçib avtomobilə əyləşmişlər. Oradan əvvəlcə Zabrat-1 qəsəbəsinə, oradan isə Bakı şəhərinin mərkəzinə getmişlər. Həmin vaxt Xalid, Rüfət və Tərlanı evlərinə yola salmışlar. Daha sonra şəhərdə olarkən evdən oğurladıqları plastik kartlardakı pulları da İmanla birlikdə bankomatdan çıxartmışlar. O, həmin bankomat kartlardan çıxan pullardan İmana cəmi 650 manat pul vermişdir. Oğurladıqları bankomat kartlarının üzərində onların pin kodu yazıldığından pulları çıxartmaqda həmin pin kodlardan istifadə etmişlər. Pulu çıxarandan sonra kartları sındırıb xatırlamadığı yerə tullamışlar. Bankomat kartlarının içərisində iki ədəd Zərərçəkmiş şəxs1 adına olan “AG bank”dan verilmiş plastik bankomat kartları da olmış, lakin həmin kartların üzərində pin kodları barədə hər hansı yazı yazılmamışdır. Bununla belə o, həmin kartlardan birini Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində fəaliyyət göstərən “Nərgiz” ticarət mərkəzində quraşdırılmış “AG bank”a məxsus ATM-ə daxil etmişdir. Pin kodu bilmədiyindən ağlına gələn rəqəmləri yığmışdır. Pin kod səhv yığıldığından kartdan pul çəkə bilməmişdir. Bundan sonra həmin bankomat kartını daha iki dəfə ATM-ə daxil edərək fərqli pin kodlar yığmışdır. Ancaq yenə də pin kodu səhv yığdığından kartın balansından pul çıxara bilməmişdir. Ona görə də həmin kartın balansında nə qədər pul olduğunu bilməmişdir. Üzərində pin koda aid hər hansı yazısı olmayan ikinci “AG bank” bankomat kartından da pin kodunu bilmədiyindən pul çıxara bilməyəcəyini düşünüb, həmin kartı ATM-ə daxil etmədən, digər kartlarla birlikdə tullamışdır. Əvvəlki kartlardan çıxardığı pulu isə İmanla birlikdə şəxsi ehtiyacları üçün xərcləmişdir. “İnfiniti” markalı avtomobilin açarını götürsələr də, həmin avtomobilin salonuna girməmiş, oradan hər hansı bir əşya götürməmiş, avtomobilin mühərrikini işə salıb hərəkətə gətirməmişlər. xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 13:00 radələrində İmanla bir yerdə Zabrat-1 qəsəbəsində polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanıldıqda oğurluq etdiklərini etiraf edərək oğurladıqları əşyaları könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Zərərçəkmiş şəxs1 məxsus evdən oğurluğu Şahid1 ilə birlikdə etmiş, başqa şəxslər həmin oğurluqda iştirak etməmişdir. Hadisə zamanı üzlərini gizlətmək üçün istifadə etdikləri papaqları xatırlamadığı yerdə zibil qutusuna atmışlar. Saxlanılmamışdan təxminən 4-5 ay əvvəldən psixotrop maddə olan metamfetamindən istifadə etmişdir. Həmin maddəni tanımadığı şəxslərdən almışdır. Sonuncu dəfə, yəni xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 14:30 radələrində “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə tanımadığı şəxslə əlaqə saxlayıb metamfetamin almaq istəyini bildirmişdir. Əvvəlcədən razılaşdıqları kimi xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 21:00 radələrində tanımadığı şəxsdən 440 manat pul müqabilində təxminən 8 qram çəkidə, şəffaf polietilen torbaya bükülmüş metamfetamini öz istifadəsi üçün almışdır. Həmin tarixdə “MetroPark” ticarət mərkəzinin yaxınlığına getmişdir. Orada gəzdiyi zaman ona mülki geyimdə olan iki şəxs yaxınlaşıb özlərini təqdim edərək, Nərimanov RPİ-nin əməkdaşları olduqlarını bildirib adını və soyadını soruşmuşlar. O, polisləri yayındırmaq üçün suallarına dəqiq və düzgün cavab vermədiyindən, ona Nərimanov RPİ-yə getmək təklif edilmişdir. Polis əməkdaşları ilə birlikdə Nərimanov RPİyə gəldikdə ona narkotik maddə qəbul etməkdə və özündə saxlamaqda şübhəli olması bildirilmişdir. Burada onun hüquqlarının müdafiəsi üçün vəkil ayrılmış, daha sonra video çəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Axtarış aparılmamışdan əvvəl ona üzərində qanunsuz olan hər hansı bir əşya və ya maddə varsa təqdim etməsi təklif olunmuşdur. O da 440 manat müqabilində aldığı və üzərində saxladığı metamfetamini təqdim etmişdir. Bundan başqa üzərində olan mobil telefonu, 02 (iki) ədəd istifadə olunmamış “Nar” simkartlarını, 01 (bir) ədəd işlənmiş “Nar” simkartını, 01 (bir) ədəd “Bakcell” simkartını, 01 (bir) ədəd 16 GB yaddaş tutumuna malik yaddaş kartını və pulları da təqdim etmişdir. Polis əməkdaşı təqdim etdiyi metamfetamini zərfə qoyaraq möhürləmiş, zərfin üzəri onun və iştirakçılar tərəfindən imzalanmış, bu barədə protokol tərtib edilmişdir. Narkotik vasitə aldığı şəxsi xx xxxxxx 2020-ci il tarixdə, saat 14:30 radələrində “İnstagram” sosial şəbəkə vasitəsi ilə tanımışdır. Lakin həmin profil istifadəçisinin şəxsiyyətini tanımamış və həmin profilin adı yadında qalmamışdır. Ancaq həmin şəxslə əvvəlcədən razılaşdıqları kimi xx xxxxxx 2020-ci il tarixdə, saat 21:00 radələrində, Sabunçu rayonu Zabrat şosesi ilə Aeroport şosesinin birləşdiyi yerdə görüşmüşdür. Həmin şəxs onu orada gözləmiş və görüşüb ondan əvvəlcədən razılaşdıqları kimi 08 qram metamfetamini 440 manat müqabilində almışdır. Həmin şəxs metamfetamini ucuz satdığından çox miqdarda almışdır. Metamfetamindən heç kimə satmamış, hədiyyə verməmişdir. Son olaraq əməlindən peşman olduğunu, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, arvadı Şahid5 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yeni yaşayış sahəsi, Namazov küçəsi, ev 6 ünvanda yaşayır. xx.xx.2019-cu il tarixdə saat 05:00 radələrində həmin evdə olan zaman evin arxa qapısından daxil olan naməlum şəxslərin qiyməti 4000 manat olan bir ədəd “Mİ” markalı proyektoru, qiyməti 150 manat olan bir ədəd “Seagate” markalı hard diski, qiyməti 300 manat olan bir ədəd “Sony PS 3” markalı oyun cihazını, qiyməti 500 manat olan bir ədəd “İnfiniti” markalı avtomobil açarını, 1300 manat nağd pulu oğurladıqlarını aşkar etmiş və bu barədə 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Həmin gün, yəni xx xxxxxx 2019-cu il tarixdə saat 07:42 radələrində mobil telefonuna mesaj gəlmiş və həmin mesaja əsasən bilmişdir ki, ona məxsus “AG bank” kartından çıxarış etmək istəmişlər, lakin pin kod səhv yazıldığı üçün imtina olunmuş və pul çıxarılması mümkün olmamışdır. Həmin vaxt bilmişdir ki, yaşadıqları evdən oğurluq edən şəxslər ona məxsus iki ədəd “AG bank” kartlarını, tanışı Zərərçəkmiş şəxs2 məxsus üç ədəd “KapitalBank” kartlarını və iki ədəd “BeynəlxalqBank” kartlarını da oğurlamışlar. Ona məxsus iki ədəd bank kartlarından pul çıxarılmasa da, yaşadıqları evdən oğurlanmış yaxın tanışları olan Zərərçəkmiş şəxs2 məxsus üç ədəd “KapitalBank” kartlarından xx xxxxxx 2019-cu il tarixdə saat 06:09 radələrindən saat 07:33 radələrinədək olan müddət ərzində cəmi 2112 manat nağd pul, iki ədəd “BeynəlxalqBank” kartlarından isə xx xxxxxx 2019-cu il tarixdə saat 06:04 radələrindən saat 07:27 radələrinədək olan müddət ərzində cəmi 910 manat nağd pul çıxarılmışdır. Belə ki, Zərərçəkmiş şəxs2 məxsus kartların pin kodlarını unutmamaq üçün üzərlərində əl yazısı ilə həmin kodları yazmışdır. Hadisədən sonra Zərərçəkmiş şəxs2 ona etibarnamə vermişdir. O da həmin oğurlanmış bank kartlarını ödəniş etmədən yeniləmişdir. Ona məxsus “AG Bank” kartlarından pul çıxarılmamışdır. Belə ki, həmin kartların balanslarına pul köçürüləndə, eləcə də balanslarından pul çıxarılanda və ya balanslarından pul çıxarılmasına cəhd edildikdə onun istifadəsində olan ***-***-**-** mobil nömrəyə mesaj gəlir və o, bu barədə məlumat alır. xx xxxxxx 2019-cu il tarixdə saat 07:42 radələrində ***-***-**-** saylı mobil telefon nömrəsinə mesaj gəlmişdir. O, mesaja baxdıqda ona məxsus “AG Bank” tərəfindən verilmiş həmin iki bankomat kartlarının birinin, yəni balansında təxminən 574 manat olan 4847***6074 nömrəli bankomat kartının balansından pul çıxarmaq üçün “Nərgiz” ticarət mərkəzində quraşdırılmış ATM-dən 3 dəfə istifadə edildiyini öyrənmişdir. Lakin hər 3 dəfə kartın pin kodu səhv daxil edildiyindən kartın balansında olan pulu çıxarmaq mümkün olmamışdır. “AG bank” tərəfindən verilmiş ikinci bankomat kartının balansından isə pul çıxarılmasına cəhd edilməmişdir. Halbuki, dəqiq məbləğini bilməsə də, həmin bankomat kartının balansında pul olmuşdur. Evindən oğurlanmış əşyaların arasında ona məxsus “İnfiniti Q50 minik” markalı **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobilin açarı da olmuşdur. Hadisə zamanı həmin avtomobil qarajda olmuşdur. Avtomobildən hər hansı bir əşya oğurlanmamış, avtomobilin mühərriki işə salınmamış və hərəkətə gətirilməmişdir. Zərərçəkmiş şəxs2 onların yaxın ailə dostudur. O, 1940-cı ildə anadan olmuşdur və Azərbaycanın görkəmli mədəniyyət və incəsənət xadimlərindən biridir. Zərərçəkmiş şəxs2 uzun müddət Səməd Vurğun adına Azərbaycan Dövlət Rus dram teatrında, Azərbaycan Dövlət Akademik Opera və Balet teatrında teatr rejissoru vəzifəsində işləmişdir. Zərərçəkmiş şəxs2 Prezident təqaüdçüsüdür, “Şərəf” ordeni ilə təltif edilmişdir. Hazırda Bakı şəhəri, Səbail rayonu, F.Əmirov küçəsi ev 2, mənzil 30 ünvanında tək yaşayır. Onunla teatrda bir yerdə işləmiş və aralarında ana-bala münasibətləri vardır. Xəstə olduğundan və küçəyə çıxmadığından Zərərçəkmiş şəxs2 məxsus bank kartları ondadır. O, hər dəfə Zərərçəkmiş şəxs2 təqaüdlərini alıb özünə təhvil verir. Oğurluq etmiş Şahid1 valideyni Razi Həbibov dəymiş ziyanla əlaqədar olaraq hissə-hissə ümumilikdə ona 2700 manat pul ödəmişdir. O da həmin puldan 1500 manatı Zərərçəkmiş şəxs2 vermişdir. Ona dəymiş ziyan tam ödənilməmişdir. Evindən oğurlanmış əşyalar, yəni “Mİ” markalı proyektor, “Seagate” markalı hard disk, 01 ədəd “Sony PS 3” markalı oyun cihazı istintaq müddətində aşkar edilərək, məhkəmə qərarı çıxanadək saxlanması üçün ona təhvil verilmişdir. Ümumiyyətlə, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyandan heç bir ödəniş edilməmişdir. Təqsirləndirilən şəxs şikayətçidir. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs2 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişdir. İş üzrə digər Zərərçəkmiş şəxs1 məhkəməyə Zərərçəkmiş şəxs2 notariat qaydasında təsdiq edilmiş ərizəsini təqdim etmişdir. Həmin ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxs X15 qarşı şikayətçidir, istintaqda verdiyi ifadəni təsdiq edir və məhkəmə iclasında iştirak etməyəcəyinin nəzərə alınmasını xahiş edir. Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunarkən məlum oldu ki, o, Bakı şəhəri, Səbail rayonu, F.Əmirov küçəsi ev 2, mənzil 30 ünvanında yaşayır. Azərbaycan Respublikası Xalq artisti olmaqla, Prezident təqaüdçüsüdür, eyni zamanda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyir. Təqaüdlərini və əmək haqqını “xxxxxxxxxxxx”dan onun adına verilmiş 3 ədəd və “Azərbaycan Beynəlxalq Bank”dan verilmiş 2 ədəd plastik kartlardan istifadə etməklə ATM aparatlarından götürür. Ancaq ATM aparatlarından istifadə etməyi bacarmadığından, həmin plastik bank kartlarını ailə dostu və ana-bala münasibətlərində olduğu Zərərçəkmiş şəxs1 vermişdir ki, onun əmək haqqı və təqaüdlərini ATM aparatlarından çıxararaq ona versin. Ona görə də artıq bir neçə ildir ki, Zərərçəkmiş şəxs1 onun təqaüd və əmək haqqını ATM aparatlarından çıxararaq ona gətirir. Təxminən xx xxxxxx 2019-cu il tarixdə Zərərçəkmiş şəxs1 ona bildirmişdir ki, onun evindən oğurluq olmuş və Rafailin əşyaları ilə birlikdə onun da 3 ədəd “xxxxxxxxxxxx”dan, 2 ədəd “Azərbaycan Beynəlxalq Bank”dan verilmiş plastik kartları oğurlanmış və kartlardan pul çıxarılmışdır. O, həmin kartlardan çıxarılmış pulların məbləğini öyrənmək və yeni kartlar çıxarılması üçün Zərərçəkmiş şəxs1 etibarnamə vermişdir. Zərərçəkmiş şəxs1 banklardan aldığı çıxarışları istintaqa təqdim etmişdir. Sonradan Rafail ona bir miqdar pul gətirib verərək, həmin pulu ona məxsus bank kartlarından pul çıxarmış şəxslərin valideynləri tərəfindən verildiyini bildirmişdir. Ancaq həmin pulun məbləği yadında qalmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, R.Axundov küçəsi 15, mənzil 7-də yaşayır. Əvvəllər bir dəfə məhkum olunmuşdur. xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 20:00 radələrində Sabunçu rayonu, Zabrat-1 qəsəbəsində uşaqlıq dostu olan Təqsirləndirilən şəxs ilə “Rent a Car”dan icarəyə götürdüyü “Hyundai Terracan” markalı **- BL-*** dövlət qeydiyyat nişanlı avtomobildə oturub söhbət edərkən Ceyhun ona bildirmişdir ki, maddi vəziyyəti yaxşı deyil, bir neçə şəxsə ümumilikdə təxminən 1000 manat borcu var və borclarını qaytarmağa imkanı yoxdur. O da maddi vəziyyətinin yaxşı olmamasını Ceyhuna bildirmişdir. Daha sonra onlar birlikdə oğurluq etmək qərarına gəlmişlər. Təxminən saat 22:00 radələrində o, çay içməkləri üçün tanışları Şahid2, Şahid3 və Şahid4 zəng etmiş və Ceyhunla birlikdə gedib onları götürmüşlər. Onlar birlikdə avtomobillə Bakı şəhərində gəzmişlər. Daha sonra avtomobillə Zabrat-1 qəsəbəsinə, təxminən saat 03:00 radələrində isə Xəzər rayonunun Albalılıq yaşayış massivinə gəlmişlər. O, avtomobili asfalt yolda saxlamış, Xalidə, Rüfətə və Tərlana demişlər ki, onlar gözləsinlər, işləri var, görüb qayıdırlar. Bundan sonra Ceyhunla birlikdə oğurluq etmək üçün ev axtarmağa başlamış və sonradan adını bildiyi Rafail adlı şəxsin evindən oğurluq etmək qərarına gəlmişlər. Onlar hasardan həmin evin həyətinə baxmış və evin işıqlarının sönmüş vəziyyətdə olmasını görmüşlər. Hesab etmişlər ki, evdə adam yoxdur. Bu səbəbdən hasardan aşıb həyətə daxil olmuşlar. Lakin həyətə daxil olandan sonra evdə video müşahidə kameralarının olduğunu görmüşlər. Buna görə də hər ikisi oğurluq etmək qərarından daşınmış və həyətdən çölə çıxıb oradan uzaqlaşmışlar. Yolda gedərkən Ceyhuna bildirmişdir ki, ona məxsus olan və üzərində gəzdirdiyi cib bıçağını həyətdə düşürmüşdür. Buna görə də onlar bıçağı götürmək üçün yenidən oğurluq etmək istədikləri evin həyətinə geri qayıtmışlar. O, çöldə gözləmiş, Ceyhun hasardan aşıb həyətə daxil olmuş və bıçağı hasarın dibindən taparaq həyətdən çölə çıxmışdır. Bundan sonra icarəyə götürdükləri “Hyundai” markalı avtomobilə minərək oradan uzaqlaşmışlar. Daha sonra onlar birlikdə Zabrat-1 qəsəbəsinə gəlmişlər. Həmin yerdə avtomobilin içərisində söhbət edərək Xalidə, Rüfətə və Tərlana oğurluq etmək istədiklərini, bu məqsədlə Albalılıq yaşayış massivinə getdiklərini, lakin fikirlərindən daşındıqlarını bildirmişlər. Həmin vaxt Ceyhunla razılığa gəlmişlər ki, yenidən həmin ünvana gedib oğurluq etsinlər. Bu zaman Xalid, Rüfət və Tərlan oğurluq etmək istəməklərinə etiraz etmişdir. O və Ceyhun bildirmişlər ki, onlarla bağlı heç nə yoxdur. Həmin vaxt Xalid, Rüfət və Tərlan bildirmişdir ki, onları aparıb yaşadıqları evə qoysunlar. Lakin o və Ceyhun onlara demişdir ki, əgər onları indi aparsalar, geri qayıdana kimi hava işıqlaşa bilər. Odur ki, onları razı salmışlar ki, o, Ceyhunla birlikdə oğurluq etməyə gedərkən onlar avtomobildə gözləsinlər, oğurluq edib qayıdandan sonra onları aparıb yaşadıqları evə qoyarlar. Bundan sonra yenidən Albalılıq yaşayış massivinə gəlmiş və Ceyhunla o, asfalt yolun kənarında avtomobildən düşüb oğurluq edəcəkləri evə getmişlər. Xalid, Rüfət və Tərlan isə avtomobildə qalmışlar. Həmin vaxt təxminən saat 05:00 olmuşdur. O, Ceyhunla birlikdə hasardan keçərək sonradan adını bildiyi Rafailin yaşadığı evin həyətinə girmiş, həyətdə qabaqcadan düzəltdikləri papaqları başlarına keçirib üzlərini gizlətmişlər. Bundan sonra evin qarşı tərəfinə gəlmiş, yerdən dəmir parçası tapıb onunla evin plastik pəncərəsini açmağa çalışsalar da, buna nail olmamışlar. Daha sonra evin arxa tərəfinə keçərək arxa qapının açıq vəziyyətdə olmasını görmüş, həmin qapıdan evə daxil olmuş və evin ikinci mərtəbəsinə qalxmaq üçün nəzərdə tutulan pilləkanın olduğu otağa gəlmişlər. Ceyhun oradan bir ədəd “Sony PS 3” markalı oyun avadanlığını, bir ədəd “Mİ” markalı proyektoru, o, isə bir neçə ədəd bank kartını və 1300 manat nağd pulu götürmüşdür. Bundan sonra evdən çıxmışlar. Daha sonra hasardan aşaraq çölə çıxıb piyada asfalt yola tərəf getmiş və avtomobilə əyləşmişlər. Onlar əvvəlcə Zabrat-1 qəsəbəsinə, oradan isə Bakı şəhərinin mərkəzinə getmişlər. Həmin vaxt Xalidi, Rüfəti və Tərlanı evlərinə yola salmışlar. Daha sonra şəhərdə olarkən evdən oğurladıqları plastik kartlardakı pulları da Ceyhunla birlikdə bankomatdan çıxartmışlar. Ceyhun həmin kartlardan çıxan pullardan ona cəmi 650 manat pul vermişdir. Kartların üzərində pin kodu yazıldığından pulları çıxartmaqda çətinlik çəkməmişlər. Pulu çıxarandan sonra kartları sındırıb xatırlamadıqları yerə tullamışlar. Bundan sonra qalan pulu birlikdə şəxsi ehtiyacları üçün xərcləmişlər. xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 13:00 radələrində Ceyhunla bir yerdə onlar Zabrat-1 qəsəbəsində polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılmışlar. Həmin vaxt onlar oğurluq etdiklərini etiraf etmiş və oğurladıqları əşyaları könüllü olaraq polis əməkdaşlarına təqdim etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, həyat yoldaşı Zərərçəkmiş şəxs1 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yeni yaşayış sahəsi, Namazov küçəsi, ev 6 ünvanda yaşayır. xx.xx.2019-cu il tarixdə saat 05:00 radələrində yaşadıqları evdə olan zaman evin arxa qapısından daxil olan naməlum şəxslərin qiyməti 4000 manat olan bir ədəd “Mİ” markalı proyektoru, qiyməti 150 manat olan bir ədəd “Seagate” markalı hard diski, qiyməti 300 manat olan bir ədəd “Sony PS 3” markalı oyun cihazını, qiyməti 500 manat olan bir ədəd “İnfiniti” markalı avtomobil açarını, 1300 manat nağd pulu oğurladıqlarını aşkar etmişlər. Həmin gün, yəni xx xxxxxx 2019-cu il tarixdə saat 07:42 radələrində əri Rafailin mobil telefonuna mesaj gəlmiş və görmüşlər ki, Rafailə məxsus “AG bank” kartından çıxarış etmək istəmişlər, lakin pin kod səhv yazıldığı üçün imtina olunmuş və pulun çıxarılması mümkün olmamışdır. Həmin vaxt bilmişdir ki, yaşadıqları evdən oğurluq edən şəxslər Rafailə məxsus bir ədəd “AG bank” kartlarını, tanışı Zərərçəkmiş şəxs2 məxsus üç ədəd “xxxxxxxxxxxx” kartlarını və iki ədəd “Beynəlxalq bank” kartlarını da oğurlamışlar. Rafailə məxsus iki ədəd bank kartlarından pul çıxarılmasa da, yaşadıqları evdən oğurlanmış yaxın tanışları olan Zərərçəkmiş şəxs2 məxsus üç ədəd “xxxxxxxxxxxx” kartlarından xx xxxxxx 2019-cu il tarixdə saat 06:09 radələrindən saat 07:33 radələrinədək olan müddət ərzində cəmi 2112 manat nağd pul, iki ədəd “Beynəlxalq bank” kartlarından isə xx xxxxxx 2019-cu il tarixdə saat 06:04 radələrindən saat 07:27 radələrinədək olan müddət ərzində cəmi 910 manat nağd pul çıxarılmışdır. Zərərçəkmiş şəxs2 məxsus bank kartlarından oğurlanmış pulları, yəni ümumilikdə 3022 manat nağd pulu əri Rafail öz cibindən Zərərçəkmiş şəxs2 tam olaraq ödəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 23:00 radələrində Bakı şəhəri Nərimanov rayonunda tanışı Şahid1 və Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Bir qədər sonra digər tanışları Şahid4 və Şahid3 da gəlmişlər. Bir yerdə İmanın “Rent a Car”dan icarəyə götürdüyü “Hyundai Terracan” markalı avtomobilində oturub Bakı şəhərini gəzməyə başlamışlar. Təxminən saat 03:00 radələrində Xəzər rayonu, Albalılıq yaşayış massivinə gəlmişlər. İman həmin yerdə avtomobili saxlamış, o, Rüfət və Tərlan həmin yerdə asfalt yolun kənarında avtomobildə gözləmişlər. İman isə Ceyhunla birlikdə avtomobildən düşüb işlərinin olduğunu bildirirək ona, Tərlan və Rüfətə onları həmin yerdə avtomobilin içərisində gözləmələrini deyib çıxıb getmişlər. Onlar da razılaşıb avtomobilin içərisində gözləmişlər. Təxminən yarım saat sonra İman və Ceyhun geri qayıtmışdır. Daha sonra onlar Sabunçu rayonu, Zabrat-1 qəsəbəsinə gəlmişlər. Həmin yerdə avtomobilin içərisində söhbət edərkən İman və Ceyhun ona, Rüfətə və Tərlana oğurluq etmək istədiklərini, bu məqsədlə Albalılıq yaşayış massivinə getdiklərini, lakin fikirlərindən daşındıqlarını bildirmişlər. Həmin vaxt İmanla Ceyhun razılığa gəlmişlər ki, yenidən həmin ünvana gedib oğurluq etsinlər. Həmin vaxt o, Rüfət və Tərlan Ceyhun və İmanın oğurluq etmək istəklərinə etiraz etmişlər. Ceyhun və İman onlara bildirmişlər ki, onlarla bağlı heç nə yoxdur. Həmin vaxt o, Rüfət və Tərlan bildirmişdir ki, onları aparıb yaşadıqları evə qoysunlar. Lakin Ceyhun və İman onlara demişdir ki, əgər onları indi aparsalar geri qayıdana kimi hava işıqlaşa bilər. Odur ki, onları razı salmışlar ki, Ceyhun İmanla birlikdə oğurluq etməyə gedərkən onlar avtomobildə gözləyər, oğurluq edib qayıdandan sonra onları aparıb yaşadıqları evə qoyarlar. Bundan sonra onlar birlikdə yenidən Albalılıq yaşayış massivinə gəlmişlər və İmanla Ceyhun asfalt yolun kənarında avtomobildən düşüb onları avtomobilin içərisində gözləmələrini deyərək çıxıb getmişlər. Təxminən yarım saat sonra İman və Ceyhun geri qayıdaraq avtomobilə minmişdir. Həmin vaxt onların əlində oğurladıqları əşyalar olmuşdur. Onlar əvvəlcə Zabrat-1 qəsəbəsinə, oradan isə Bakı şəhərinin mərkəzinə gedərək onu, Rüfəti və Tərlanı evlərinə yola salmışlar. İman və Ceyhunun oğurluq etmək fikrinin olması barədə qabaqcadan heç bir məlumatı olmamışdır. Onlar ona bu barədə sonradan desələr də, o, oğurluqda iştirak etməmişdir. İman və Ceyhun onun yaxın tanışları olduğu üçün cinayət barədə heç kəsə məlumat verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 01 radələrində İman ona zəng edərək onun yaşadığı evin yaxınlığında olduğunu bildirmiş və onlar görüşmüşdür. Bu zaman iman “Rent a Car”dan icarəyə götürdüyü “Hyundai Terracan” markalı avtomobillə gəlmişdir. Digər tanışları Ceyhun, Xalid və Tərlan da avtomobildə olmuşlar. O, da avtomobilə əyləşmiş, birlikdə Bakı şəhərini gəzməyə başlamışlar. Təxminən saat 03:00 radələrində Xəzər rayonunun Albalılıq yaşayış massivinə gəlmişlər. İman həmin yerdə avtomobili saxlamış, o, Xalid və Tərlan həmin yerdə asfalt yolun kənarında avtomobildə gözləmişlər. İman isə Ceyhunla birlikdə avtomobildən düşüb işlərinin olduğunu bildirirək ona, Xalidə və Tərlana həmin yerdə avtomobilin içərisində gözləmələrini deyib çıxıb getmişlər. Onlar da razılaşıb avtomobilin içərisində gözləmişlər. Təxminən yarım saat sonra İman və Ceyhun geri qayıtmışdır. Daha sonra onlar Sabunçu rayonu, Zabrat-1 qəsəbəsinə gəlmişlər. Həmin yerdə avtomobilin içərisində söhbət edərkən İman və Ceyhun ona, Xalidə və Tərlana oğurluq etmək istədiklərini, bu məqsədlə Albalılıq yaşayış massivinə getdiklərini, lakin fikirlərindən daşındıqlarını bildirmişlər. Həmin vaxt İmanla Ceyhun razılığa gəlmişlər ki, yenidən həmin ünvana gedib oğurluq etsinlər. O, Xalid və Tərlan Ceyhun və İmanın oğurluq etməsinə etiraz etmişlər. Ceyhun və İman onlarla bağlı heç nəyin olmadığını bildirmişdir. Həmin vaxt o, Xalid və Tərlan bildirmişdir ki, onları aparıb yaşadıqları evə qoysunlar. Lakin Ceyhun və İman onlara demişdir ki, əgər onları indi aparsalar, geri qayıdana kimi hava işıqlaşa bilər. Onları razı salmışlar ki, Ceyhun İmanla birlikdə oğurluq etməyə gedərkən onlar avtomobildə gözləsinlər, daha sonra onları aparıb yaşadıqları evə qoyarlar. Bundan sonra onlar yenidən Albalılıq yaşayış massivinə gəlmiş və İmanla Ceyhun avtomobildən düşüb oğurluq etmək üçün getmişlər. Bir qədər sonra İman və Ceyhun geri qayıdaraq avtomobilə minmişlər. Həmin vaxt onların əlində oğurladıqları əşyalar olmuşdur. Onlar əvvəlcə Zabrat-1 qəsəbəsinə, oradan isə Bakı şəhərinin mərkəzinə getmişlər. Həmin vaxt onu, Xalidi və Tərlanı evlərinə yola salmışlar. İman və Ceyhunun oğurluq etmək fikrinin olması barədə qabaqcadan heç bir məlumatı olmamışdır. Onlar ona bu barədə sonradan desələr də, o, oğurluqda iştirak etməmişdir. İman və Ceyhun onun yaxın tanışları olduğu üçün bu barədə heçkimə məlumat verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 00:30 radələrində tanışı İman ona zəng edərək yaşadığı evin yaxınlığında olduğunu bildirmiş və onu çölə çağırmışdır. Ceyhun ona tanışı Şahid1 “Rent a Car”dan icarəyə götürdüyü “Hyundai Terracan” markalı avtomobillə gəldiyini, digər tanışları Ceyhun və Xalidin də avtomobildə olduğunu demişdir. O da avtomobilə əyləşmiş, daha sonra Maştağa qəsəbəsinə gedib digər tanışları Rüfəti də yaşadığı məhəllədən götürmüşlər. Təxminən 2-3 saat ərzində avtomobillə Bakının müxtəlif yerlərini gəzmişlər. Gecə saat 03:00 radələrində Xəzər rayonu, Albalılıq yaşayış massivinə gəlmişlər. İman həmin yerdə avtomobili saxlamış, o, Xalid və Rüfət həmin yerdə asfalt yolun kənarında avtomobildə gözləmişlər. İman isə Ceyhunla birlikdə avtomobildən düşüb işlərinin olduğunu bildirirək onlara həmin yerdə gözləməyi demişlər. Onlar da İman və Ceyhunla razılaşıb avtomobildə gözləmişlər. Təxminən yarım saat sonra İman və Ceyhun geri qayıtmışlar. Daha sonra onlar Sabunçu rayonu, Zabrat-1 qəsəbəsinə gəlmişlər. Həmin yerdə avtomobilin içərisində söhbət edərkən İman və Ceyhun onlara oğurluq etmək istədiklərini, bu məqsədlə Albalılıq yaşayış massivinə getdiklərini, lakin fikirlərindən daşındıqlarını bildirmişlər. Həmin vaxt İmanla Ceyhun razılığa gəlmişlər ki, yenidən həmin ünvana gedib oğurluq etsinlər. Həmin vaxt onlar Ceyhun və İmanın oğurluq etmək istəyinə etiraz etmişlər. Ceyhun və İman onlara bildirmişlər ki, onlarla bağlı heç nə yoxdur. Həmin vaxt onlar bildirmişdir ki, onları aparıb yaşadıqları evə qoysunlar. Lakin Ceyhun və İman onlara demişdir ki, əgər onları indi aparsalar geri qayıdana kimi hava işıqlaşa bilər. Odur ki, onları razı salmışlar ki, Ceyhun İmanla birlikdə oğurluq etməyə gedərkən onlar avtomobildə gözləsinlər, oğurluq edib qayıdandan sonra onları aparıb yaşadıqları evə qoyarlar. Bundan sonra onlar birlikdə yenidən Albalılıq yaşayış massivinə gəlmişlər və İmanla Ceyhun asfalt yolun kənarında avtomobildən düşüb onlara avtomobildə gözləmələrini deyərək çıxıb getmişlər. Təxminən yarım saat sonra İman və Ceyhun geri qayıdaraq avtomobilə minmişlər. Həmin vaxt onların əlində oğurladıqları əşyalar olmuşdur. Onlar əvvəlcə Zabrat-1 qəsəbəsinə, oradan isə Bakı şəhərinin mərkəzinə getmişlər. Həmin vaxt onu, Xalidi və Rüfəti evlərinə yola salmışlar. Onun İman və Ceyhunun oğurluq etmək fikrinin olması barədə qabaqcadan məlumatı olmamışdır. Onlar bu barədə sonradan desələr də, o, oğurluqda iştirak etməmişdir. İman və Ceyhun onun yaxın tanışları olduğu üçün cinayət barədə heç kəsə məlumat verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PŞ-nin cinayət axtarış üzrə kiçik inspektoru Şahid7 ifadəsində göstərmişdir ki, polis əməkdaşı Şahid8 ilə birlikdə xx xxxxxx 2020-ci il tarixdə saat 22:50-də Nərimanov rayonu, Təbriz küçəsi 106 ünvanının yaxınlığında, “MetroPark” ticarət mərkəzinin qarşısında xidmətdə olarkən təxminən 20-23 yaşlarında olan bir nəfər kişinin səndələyərək hərəkət etdiyini görüb ona yaxınlaşıb sifətinə baxdıqda, həmin şəxsin gözlərinin “axdığını” görüb, xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər. Həmin şəxsin adını və soyadını soruşduqda, o, özünü Təqsirləndirilən şəxs olaraq təqdim etsə də, özünü narahat hiss etməyə və şübhəli aparmağa başlamaqla onlardan uzaqlaşmağa çalışmışdır. Həmin şəxsdən şəxsiyyətini təsdiq edən sənəd tələb etdikdə üzərində şəxsiyyətini təsdiq edən sənədinin olmadığını bildirmişdir. Bundan sonra həmin şəxsi Nərimanov RPİ-yə dəvət etmişlər. Polis İdarəsində həmin şəxsin həqiqətən də Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs Nərimanov RPİ-yə gətirilməsi barədə RPİ-nin rəhbərliyinə raportla məruzə etdikdən sonra, rəhbərliyin göstərişi ilə Hacıyev X12 RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Rafiq Ağəliyevin iş otağına aparılmışdır. Bundan sonra Rafiq Ağəliyev tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmişdir. Daha sonra vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya varsa təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd balaca şəffaf sellofan büküm çıxararaq stolun üstünə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, onu həmin gün saat 21:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Zabrat yolunda, yerüstü keçidin yaxınlığında üzdən tanıdığı, lakin adını, soyadını və digər anket məlumatlarını bilmədiyi şəxsdən öz istifadəsi üçün 440 manat müqabilində aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən üzərindən bir ədəd mobil telefon, 4 ədəd mobil nömrə, bir ədəd yaddaş kartı və müxtəlif pul əskinasları aşkar edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş maddə zərfə qoyularaq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra həmin maddə tədqiqat üçün ekspertizaya göndərilmişdir. Bütün bu proses zamanı video çəkilişdən istifadə olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 18-ci PŞ-nin cinayət axtarış üzrə kiçik inspektoru Şahid8 iş üzrə digər Şahid7 ifadəsinə oxşar məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. İttiham aktının siyahısıda şahid qismində göstərilmiş Şahid6 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərkən məlum olmuşdur ki, o, ailəsi ilə birlikdə ünvan 5 ünvanda yaşayır. Şahid1 onun uşaqlıq dostudur. xx xxxxxxx 2019-cu il tarixdə “Rent a Car”dan “Hyundai Terracan” minik markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil icarəyə götürmüşdür. Bununla əlaqədar avtomobili idarə edə bilməyi üçün avtomobilin sahibi tərəfindən ona etibarnamə verilmişdir. Həmin avtomobili idarə etmək üçün bir neçə dəfə dostu Şahid1 vermişdir. xx xxxxxx 2019-cu il təxminən saat 15 radələrində İmanın istəyi ilə “Hyundai Terracan” minik markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün İmana vermişdir. İman “Hyundai Terracan” minik markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobili onun icazəsi ilə idarə etmişdir. İmana avtomobili idarə etmək üçün verərkən onun sürücülük vəsiqəsinin olmadığını bilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Tutma haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 23:30-da şübhəli şəxs qismində tutulmuşdur; “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması barədə” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı X20, Nərimanov RPİ-nin 17-ci PŞ-nin CA üzrə kiçik inspektoru, polis serjantı Şahid7, 18-ci PŞ-nin CA üzrə kiçik inspektoru, polis serjantı Şahid8 və 16 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində Nərimanov RPİ-nin inzibati binasında, xidməti otaqda şəxsi axtarış və götürmə aparmışdır. Şəxsi axtarış və götürmə başlamamışdan əvvəl Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində dövriyyəsi qanunla qadağan olunmuş maddələr və ya əşyalar varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan boz rəngli gödəkçəsinin sağ yan cibindən şəffaf polietilen torbaya bükülmüş 01 (bir) ədəd bükülünü təqdim edərək, içərisindəkinin psixotrop maddə “metamfetamin” maddəsi olduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, könüllü təqdim etdiyi “metamfetamin” maddəsini bu gün, təxminən saat 21:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Zabrat yolunda, yerüstü keçidin yaxınlığında üzdən tanıdığı, lakin adını, soyadını və digər anket məlumatlarını bilmədiyi şəxsdən öz istifadəsi üçün 440 (dörd yüz qırx) manat pul müqabilində almışdır. Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi şəffaf polietilen torbaya bükülmüş maddə iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi götürülərək qablaşdırılmış və DİN-in 44 nömrəli möhürü ilə möhürlənmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-cu il tarixli, 3232 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “…Şübhəli şəxs: (imza) Təqsirləndirilən şəxs…” sözləri olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 6,056 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetaminin təmiz çəkisi - 6,056 qr., tədqiqata sərf edildi - 0,056 qram, qalıq 6,000 qramdır. Aparılmış tədqiqatın dəyəri 81,82 (səksən bir manat səksən iki qəpik) manat təşkil edir; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 4(005)- 150/2020 nömrəli qərarından görünür ki, CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla 3 ay həddində həbs qətimkan tədbiri seçilmişdir; “Maddi sübut kimi tanınmaq haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə aşkar olunaraq götürülmüş kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetaminin təmiz çəkisi 6,056 qram hesablanmış, aparılmış məhkəmə kimyəvi-fiziki ekspertizası nəticəsində tədqiqata sərf edilmiş 0,056 qram nəzərə alınmaqla, qalıq - 6,000 qram iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə verilmişdir; “Diskin baxışının aparılması haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Nərimanov rayon X18 Şöbəsinin müstəntiqi, polis baş leytenantı X19 tərəfindən ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə zəruri olduğundan Təqsirləndirilən şəxs üzərində şübhəli şəxs qismində şəxsi axtarış aparılan zaman çəkilmiş video çəkilişi özündə əks etdirən diskin baxışı aparılmışdır. CM-in 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işinin ilkin mərhələsində şübhəli şəxs qismində tutularaq xx xxxxxx 2020-ci il tarixdə Nərimanov rayon Polis İdarəsinə aparılmış Təqsirləndirilən şəxs üzərində həmin gün, saat 23:30-da şəxsi axtarış aparılan zaman video çəkilişdən istifadə olunmuş və həmin çəkiliş DVD-R formatlı diskə köçürülərək şəxsi axtarış və götürmənin aparılması haqqında protokola əlavə edilmişdir. İş üzrə obyektiv həqiqətin müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmaq məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə, saat 18:25-də protokola əlavə edilmiş 1 ədəd diskə baxış aparılmağa başlanmışdır. Diskdə olan video çəkilişə baxılarkən aydın oldu ki, özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin üzərində şəxsi axtarış aparılan zaman onun əynindəki boz rəngli gödəkçənin sağ yan cibindən şəffaf polietilen bükülüsü aşkar olunur. Sonuncudan bükümün içərisində nəyin olduğu soruşulanda, o, həmin bükümün içərisində metamfetamin psixotrop maddə olduğunu, bu gün, (yəni xx.xx.2020-ci il tarixdə) saat 21 radələrində Sabunçu rayonu Sabunçu keçidinin yaxınlığında öz şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 440 manat müqabilində aldığını, 4-5 aydır ki, metamfetamindən istifadə etdiyini bildirir. Bundan başqa Təqsirləndirilən şəxs cibindən bir ədəd mobil telefon, 4 ədəd mobil telefon nömrələri, 1 ədəd yaddaş kartı, 1 ədəd 50 qəpiklik, 1 ədəd 1 manatlıq əskinas aşkar edilərək götürülür. Həmin diskin öz xüsusiyyət və əlamətlərinə görə cinayət təqibi üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyini nəzərə alaraq maddi sübut kimi tanıma, digər istintaq və ya prosessual hərəkətlərin icra edilməsi məqsədilə götürülərək qablaşdırılmış və Nərimanov Rayon Polis İdarəsinin zərflər üçün nəzərdə tutulmuş möhürü ilə möhürlənmişdir; “Maddi sübut kimi tanıma haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Nərimanov RPİ-nin Təhqiqat şöbəsində üzərində şəxsi axtarış aparılarkən video çəkilişdən istifadə edilərək görüntülərin köçürüldüyü 01 ədəd DVD-R markalı disk iş üzrə sübut növü kimi əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X6 tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Xəzər RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı X11 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yeni yaşayış sahəsi, Namazov küçəsi, ev 6-da yaşayan Zərərçəkmiş şəxs1 yaşadığı evdən oğurluq olması faktı ilə əlaqədar olaraq Xəzər RPİ-nin KTQ-nun ekspert kriminalisti, polis baş leytenantı Rəşad Məhərrəmovun, Xəzər RPİ-nin 2-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı Cavid Ağayevin, həmin ünvanda yaşayan Zərərçəkmiş şəxs1 və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirmişdir. Hadisə yeri Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edildi. Baxış “HP” markalı fotoaparatla hadisə yerinin fotoşəkilləri çəkildi. Hadisə yerinə baxış zamanı aşağıdakılar aşkar edildi: Ev Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yeni yaşayış sahəsi, Namazov küçəsi, ev 6 ünvanda yerləşir. Həyətin giriş qapısı dəmirdəndir. Həyətə daxil oduqda sağ tərəfdə bağça, sol tərəfdə isə ikimərtəbəli ev yerləşir, evin qarşı tərəfində boydan-boy naves var. Evin qarşı və arxa tərəfdən giriş qapıları var. Evə qabaq qapıdan daxil olduqda dəhliz yerləşir. Həmin dəhlizdən sol tərəfdə ikinci mərtəbəyə qalxmaq üçün pilləkan mövcuddur, dəhlizin sol tərəfində isə otaq var. Həmin otaqdan arxa tərəfdə yerləşən və qapısı həmin otaqdan olan başqa bir otaq da vardır. Həmin otağın isə arxa tərəfinə açılan əlavə bir dənə də qapısı vardır. Evin həm qarşı, həm də arxa tərəfində quraşdırılmış video müşahidə kameraları var. Baxış zamanı hadisə yerini göstərən Zərərçəkmiş şəxs1 bildirdi ki, yaşadığı evdən oğurluq edən naməlum şəxslər evə arxa qapıdan daxil olublar. Belə ki, həmin vaxt evin qapısı açıq vəziyyətdə olub. Qeyd etdi ki, hadisə nəticəsində bir ədəd “Mİ” markalı proyektoru, bir ədəd “Seagate” markalı hard diski, bir ədəd Sony markalı PS 3 oyun cihazı, miqdarını hələlik dəqiq bilmədiyi nağd pulu oğurlanmışdır. Həmin yerə baxış keçirilsə də, iş üzrə əhəmiyyət kəsb edən heç bir iz aşkar edilmədi. Buna baxmayaraq ekspert kriminalist tərəfindən hadisə yerindən bir neçə yararlı əl barmaq izləri götürüldü və qablaşdırıldı. Hadisə yerindən heç bir əşya götürülmədi; “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə” xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur; “Videogörüntüyə baxş keçirilməsi haqqında” xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Xəzər rayon X18 Şöbəsinin müstəntiqi Ramil Mehdiyev hal şahidlərinin iştirakları ilə protokol tərtib etmişdir. Şəxsiyyəti istintaqa məlum olmayan iki nəfər şəxs qabaqcadan əlbir olub qrup təşkil edərək xx xxxxxx 2019-cu il tarixdə saat 05:00 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Albalılıq yaşayış sahəsi, Namazov küçəsi ev 6 ünvanda yerləşən fərdi evə açıq vəziyyətdə olan qapıdan qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs1 məxsus qiyməti 3000 manat olan bir ədəd “Mİ” markalı proyektoru, qiyməti 300 manat olan bir ədəd “Sony PS 3” markalı oyun cihazını, qiyməti 150 manat olan bir ədəd “Seagate” markalı hard diski, qiyməti 500 manat olan bir ədəd İnfiniti markalı avtomobil açarını, 1300 manat nağd pulu, daha sonra evdən götürdükləri üç ədəd Kapitalbank kartlarında olan cəmi 2112 manat nağd pulu həmin gün saat 06:09 radələrindən saat 07:33 radələrinədək olan müddət ərzində, iki ədəd Beynəlxalq bank kartlarında olan cəmi 910 manat nağd pulu isə xx xxxxxx 2019-cu il tarixdə saat 06:04 radələrindən saat 07:27 radələrinədək olan müddət ərzində vahid niyyətlə əhatə olunmaqla ayrı-ayrı ATM-lərdən hissə-hissə çıxararaq ümumilikdə 9272 manat məbləğində əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Vətəndaş Zərərçəkmiş şəxs1 Nadır oğlu tərəfindən təqdim olunan yaşadığı evdən oğurluq edən şəxslərin əks olunduğu videogörüntü diskinə baxış keçirməyə başlanmışdır. Zərərçəkmiş şəxs1 tərəfindən təqdim olunan video diskdə olan görüntülərə baxış zamanı iki nəfər şəxsin oğurluq etdiyi aşkar edildi; “Təqsirləndirilən şəxsin barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatətin rədd edilməsi haqqında” xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Bakı şəhəri Xəzər rayon prokuroru vəzifəsini icra edən Zaur Ağakişiyev tərəfindən Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Ramil Mehdiyevin icraatında olan ********* saylı cinayət işi üzrə CM-in 177.2.1, 177.2.3 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs növündə qətimkan tədbirinin seçilməsinə dair xx.xx.2019-cu il tarixli vəsatəti rədd edilmiş, iş üzrə Təqsirləndirilən şəxs barəsində həbslə əlaqədar olmayan qətimkan tədbirinin seçilməsi və onun X14 azad edilməsi qərara alınmışdır; “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında” xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; Zərərçəkmiş şəxs1 tərəfindən Xəzər RPİ-nin İstintaq şöbəsinə ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli ərizədən görünür ki, yaşadığı evdən oğurluq edən şəxslərdən biri, sonradan adını bildiyi Şahid1 valideyni Razi Həbibov ona dəymiş ziyanla əlaqədar hissəhissə ümumilikdə 2700 manat pul ödəmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 5540 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2019-cu ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 3480,0 manat müəyyən olunur. 01 ədəd Çin istehsalı olan “Mİ Laser Projector 150” markalı, “MJJGYY02FM” modelli lazer proyektor - 3200 manat, 01 ədəd “Seagate” markalı hard disk - 80 manat, 01 ədəd “Sony PS 3” markalı oyun aparatı - 200 manat. Aparılmış ekspertiza tədqiqatının dəyərini 50 (əlli) manat təşkil edir; “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Xəzər RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi X11 tərəfindən iş üzrə götürülmüş bir ədəd “Mİ” markalı proyektor, bir ədəd “Seagate” markalı hard disk, bir ədəd “Sony PS 3” markalı oyun cihazı maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs1 təhvil verilmişdir. İş üzrə əldə olunmuş Zərərçəkmiş şəxs1 məxsus evdən oğurluq edən iki nəfər şəxsin görüntüləndiyi 01 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator məcburi-narkoloji tibbi yoxlama haqqında xx xxxx 2020-ci il tarixli, 726 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Hal-hazırda ağ ciyər vərəmi xəstəliyi ilə əlaqədar aldığı spesifik müalicə kursu bitdikdən sonra, həmçinin Təqsirləndirilən şəxs somatik vəziyyətinin yaxşılaşmasından sonra, narkomaniyadan məcburi müalicə olunmasına ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür; “Əşyaya baxış keçirilməsi haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı X19, icraatında olan ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar olaraq, iş üzrə Zərərçəkmiş şəxs1 və tərcüməçi X8 iştirakları ilə Zərərçəkmiş şəxs1 təqdim etdiyi 01 ədəd “İphone X” markalı, ağ rəngli markalı mobil telefon cihazına baxış keçirmişdir. Baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: - Mobil telefon cihazını açıb, ayarlar bölməsinə daxil olub telefon haqqında məlumatlara baxdıqda mobil telefon cihazının “İphone X” markalı, üzərində ***-***-**-** GSM nömrəsi olduğu oxunur. - Mobil telefon cihazının SMS bölməsinə daxil olduqda yaddaşında aşağıdakı “Azerikard”dan gələn SMS-lərin olduğu görünür: sb,7 dekabr , 07:42 Otkaz: Neverniy PİN 4847***6074 Snyatie nalichnix 200.00 AZN ATM Nargiz TM Baku AZE 2019-12-07. 07:42:06 balance: 574,11 AZN; Otkaz: Neverniy PİN 4847***6074 Snyatie nalichnix 200.00 AZN ATM Nargiz TM Baku AZE 2019-12-07. 07:42:26 balance: 574,11 AZN; Otkaz: Kolichestvo popitok VVoda PİN ischerpano 4847***6074 Snyatie nalichnix 200.00 AZN ATM Nargiz TM Baku AZE 2019-12-07. 07:42:46 balance: 574,11 AZN. - Mobil telefonun yaddaşında olan digər bölmələrə baxış zamanı istintaq üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilmədi. “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi X19 tərəfindən Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyan ümumilikdə 5280 manat olaraq qəbul edilmiş və qismən ödənildiyi nəzərə alınmışdır. Zərərçəkmiş şəxs2 dəymiş maddi ziyan ümumilikdə 2980 manat olaraq qəbul edilmiş və qismən ödənildiyi nəzərə alınmışdır. İş üzrə götürülmüş bir ədəd “Mİ” markalı proyektorun, bir ədəd “Seagate” markalı hard diskin, bir ədəd “Sony PS 3” markalı oyun cihazının maddi sübut kimi tanınması və saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə aşkar olunaraq götürülmüş kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin təmiz çəkisinin 6,056 qram hesablanması, aparılmış məhkəmə-kimyəvi ekspertizası nəticəsində tədqiqata sərf edilmiş 0,056 qram nəzərə alınmaqla, qalıq - 6,00 qramın maddi sübut kimi tanınması barədə xx.xx.2020-ci il tarixli qərar öz qüvvəsində saxlanılmış və saxlanması üçün Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə verilməsi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs üzərindən götürülmüş açıldıqda uzunluğu 10 sm, eni 1,5 sm olan gümüşü rəngli kağız əsaslı laylı plastik falqanın iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi qiymətləndirilməsi və saxlanması üçün maddi sübutların saxlanc yerinə verilməsi nəzərə alınmışdır. İş üzrə əldə olunmuş Zərərçəkmiş şəxs1 məxsus evdən oğurluq edən iki nəfər şəxsin görüntüləndiyi 01 ədəd diskin nüsxəsinin maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmışdır; Zərərçəkmiş şəxs1 tərəfindən yazılmış xx xxxx 2020-ci il tarixli qəbzdən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış sahəsi, Namazov küçəsi ev 6 ünvanında yaşayan, ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs Əmrahov X10 RPİ-nin İŞ-nin müstəntiqi Səddam Hüseyndən iş üzrə maddi sübut kimi tanınmış “Mİ Laser Projector 150” markalı, “MJJGYY02FM” modelli lazer proyektorunu, “Sony PS 3” markalı oyun aparatını və “Seagate” markalı hard diskini cinayət işi üzrə yekun məhkəmə qərarı çıxarılanadək məsul saxlancına qəbul etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in: 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur; 177.2, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-1, 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, təkrar törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə, elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin maddənin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür; CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2005-ci il tarixli, 1 nömrəli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-lə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2015-ci il tarixli qərarında qeyd edilir ki, CM-in 177.2.3-1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş cinayət, şəxs tərəfindən talama və ya müxtəlif qanunsuz yollarla əldə edilmiş kartdan və onun identifikasiya nömrəsindən (pin kodundan) istifadə etməklə törədilməsidir. Bu əməlin obyektiv cəhəti gizli yolla elektron məlumat daşıyıcısı olan bank kartını və onun şifrəsini əldə etmək və sonradan kartı bakomata daxil edib, pin kodu yığmaqla kart sahibinin hesabından pul vəsaitini çıxarmaqdır. Bu zaman, cinayəti törədən şəxsin niyyəti bankomatın fəaliyyətinə, əməliyyat sisteminə müdaxilə etmək deyil, yalnız əldə etdiyi imkandan istifadə etməklə kart sahibinin hesabından pul vəsaitini talamaqdır. Bu halda, zərərçəkmiş şəxs kartı oğurlanmış şəxsdir, çünki oğurlanmış və başqa qanunsuz yolla ələ keçirilmiş hesab kartını bankomata daxil edərkən şəxs bankomatın seyfindən deyil, həmin kartın sahibinin hesabından oğurluq edir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, ödəniş kartı ilə həyata keçirilən bütün bank əməliyyatları kartın sahibi və emitent (bank) arasında bağlanmış müqavilə əsasında və çərçivəsində həyata keçirilir. Kartı bankomata daxil edərək və klaviatura ilə müvafiq əməliyyatlar apararaq, təqsirli şəxs bilavasitə bankın seyfinə daxil olmur, sadəcə bankemitentin əməliyyat sisteminə qoşularaq hesaba müdaxilə edir və banka müəyyən əməliyyatın aparılması üçün göstəriş verir. Burada bankomatın yarılmasından fərqli olaraq, saxlanc yerinə (bankomatın seyfinə) fiziki daxil olma baş vermir. Konkret şəxşin adına olan və oğurlanmış bank kartından istifadə etməklə nağd pul vəsaitlərinin oğurlanması zamanı, şəxs hər hansı texnologiyadan istifadə etmir, sadəcə olaraq ona məlum olan identifikasiya nömrəsini (pin kodu) bankın kompyuter sisteminə daxil etməklə kart sahibinin pul vəsaitini ələ keçirməyə nail olur, yaxud həmin şəxsin pul vəsaiti hesabına müxtəlif ödənişləri həyata keçirir. CM-in 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş “informasiya texnologiyaları” müddəası isə informasiyanın ötürülməsi, qəbulu və emalı üzrə proseslər zamanı alət və ya vasitələr toplusunu nəzərdə tutur. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən informasiya texnologiyaları-informasiya prosesləri zamanı, o cümlədən hesablama və rabitə texnikasının tətbiqi ilə istifadə edilən üsul və vasitələr sistemidir. Oğurluğun informasiya texnologiyalarından istifadə edilməklə törədilməsi xüsusi proqramlardan və qurğulardan istifadə etməklə bankomatların, nəticə etibarı ilə bankın kompyuter sisteminə daxil olub həm nağd pul vəsaitlərini, həm də müxtəlif növ ödənişləri həyata keçirməklə, yaxud da pul vəsaitlərini bankın hesabından öz şəxsi hesabına köçürməklə talamanı ehtiva edir. Nəhayət, Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlmişdir ki, ödəniş kartında şəxs haqqında və onun bank hesabında olan pul vəsaiti barədə məlumat əks olunduğundan, bu kart elektron məlumat daşıyıcısı kimi qiymətləndirilməli, ondan istifadə edilməklə törədilən oğurluq cinayəti isə CM-in 177.2.3-1-ci maddəsi ilə tövsif olunmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın “İ siyahı. “Psixotrop maddələr” fəslinin 67-ci qrafasına əsasən psixotrop maddə sayılan metafetaminin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi isə 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə sayılan metafetaminin təmiz çəkisi isə 6,056 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli, 2 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri CM-in 177.2.1, 177.2.3, 177.2.3-1, 177.2.4, 29,177.2.2, 29,177.2.3-1 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə, CM-in 59-cu maddəsini rəhbər tutaraq təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini; törətdiyi əməli etiraf edərək peşman olmasını. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs CM-in 177.2.1, 177.2.3, 177.2.3-1, 177.2.4, 29,177.2.2, 29,177.2.3-1 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Bu səbəbdən də, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs barəsində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. Odur ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli xx xxxxxx 2020-ci il tarixindən hesablanmalıdır. Həmçinin, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı bir gün (09-xx xxxxxx 2019-cu il) tutma altında saxlanılması nəzərə alınmalı və həmin müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, CM-in 93.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin xx.xx.2020-ci il tarixli, 726 nömrəli rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır (ağ ciyər vərəmi xəstəliyi ilə əlaqədar aldığı spesifik müalicə kursu bitdikdən, həmçinin Təqsirləndirilən şəxs somatik vəziyyətinin yaxşılaşmasından sonra). Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş təmiz çəkisi 6,056 qram psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonra qalıq 6,00 qramı və açıldıqda uzunluğu 10 sm, eni 1,5 sm olan gümüşü rəngli kağız əsaslı laylı plastik falqa cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanması üçün Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Məhkəmə qeyd edir ki, Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilmiş həmin maddi sübutlar məhv edilməlidir. Bundan başqa, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Mİ” markalı proyektorun, bir ədəd “Seagate” markalı hard diskin, bir ədəd “Sony PS 3” markalı oyun cihazının sahibi Zərərçəkmiş şəxs1 qaytarılması və Zərərçəkmiş şəxs1 məxsus evdən oğurluq hadisəsinin görüntülərini əks etdirən 01 ədəd diskin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmalıdır. Məhkəmə, eyni zamanda qeyd edir ki, hazırki iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 131,82 (yüz otuz bir manat səksən iki qəpik) manat (81,82+50=131,82) məbləğində pul vəsaiti dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli rəyininin dəyəri, yəni 81,82 (səksən bir manat səksən iki qəpik) manat hazırki iş üzrə Təqsirləndirilən şəxs tutulmalı olsa da, digər məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyinin dəyəri onunla yanaşı, Təqsirləndirilən şəxs ilə birlikdə oğurluq etmiş və barəsində cinayət işinin materialları ayrılmış təqsirləndirilən şəxs Şahid1 da tutulmalıdır. Bu halda məhkəmə hesab edir ki, həmin tədqiqatın dəyərinin yarı hissəsi, yəni 25 (iyirmi beş) manatı hazırki iş üzrə Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.2.1, 177.2.3, 177.2.3-1, 177.2.4, 29,177.2.2, 29,177.2.3-1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təyin edilmiş cəzalar qismən toplanılmaqla qəti cəza müəyyən edilməli (CM-66.2), cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı, ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 1 (bir) gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı (CM-69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin xx.xx.2020-ci il tarixli, 726 nömrəli rəyi nəzərə alınmaqla ona narkomaniyadan məcburi müalicə təyin edilməli (CM-in 93.1.2), iş üzrə maddi sübut - bir ədəd “Mİ” markalı proyektorun, bir ədəd “Seagate” markalı hard diskin, bir ədəd “Sony PS 3” markalı oyun cihazının sahibi Zərərçəkmiş şəxs1 qaytarılması və Zərərçəkmiş şəxs1 məxsus evdən oğurluq hadisəsinin görüntülərini əks etdirən 01 ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş və tədqiqatdan sonra qalıq çəkisi 6,00 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və açıldıqda uzunluğu 10 sm, eni 1,5 sm olan gümüşü rəngli kağız əsaslı laylı plastik falqa məhv edilməli (CPM-in 132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-in 198.1). CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.1, 177.2.3, 177.2.3-1, 177.2.4, 29,177.2.2, 29,177.2.3-1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq müddətində dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X4 və Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X9, həmçinin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X5 və Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X16 tərəfindən təqdim edilmiş hesabatları iş materialları ilə qarşılıqlı surətdə nəzərdən keçirərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə müvafiq olaraq 48 (qırx səkkiz) və 50 (əlli) iş saatının sərf edilməsi ilə razılaşmayaraq həmin müddəti ağlabatan hesab etmir və bu müddətin müvafiq olaraq 30 (otuz) və 20 (iyirmi) iş saatı olması qənaətinə gəlir. Beləliklə, məhkəmə hesab edir ki, cinayət işi üzrə ibtidai istintaq zamanı müdafiəçi X3 iştirak etdiyi 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına, müdafiəçi X7 iştirak etdiyi 20 (iyirmi) iş saatı üçün 120 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına və Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi isə məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.3-1, 177.2.4, 29,177.2.2 və 29,177.2.3-1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09-xx xxxxxx 2019-cu il tarixlərdə 1 (bir) gün tutma altında saxlanıldığı müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 3 (üç) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin xx.xx.2020-ci il tarixli, 726 nömrəli rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi saddi sübut - bir ədəd “Mİ” markalı proyektorun, bir ədəd “Seagate” markalı hard diskin, bir ədəd “Sony PS 3” markalı oyun cihazının sahibi Zərərçəkmiş şəxs1 qaytarılması və Zərərçəkmiş şəxs1 məxsus evdən oğurluq hadisəsinin görüntülərini əks etdirən 01 ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə maddi sübüt - Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş və tədqiqatdan sonra qalıq çəkisi 6,00 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və açıldıqda uzunluğu 10 sm, eni 1,5 sm olan gümüşü rəngli kağız əsaslı laylı plastik falqa məhv edilsin. İş üzrə ekspertiza xərci 106,82 (yüz altı manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən ibtidai istintaq müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatı üçün cəmi 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X16 tərəfindən ibtidai istintaq müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatı üçün cəmi 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatı üçün cəmi 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun Bakı şəhəri “xxxxxxxxxxxx” ASC-nin Bakı şəhəri 1 nömrəli “Nəsimi” filialında olan hesabına (H/h AZ41AİİİB********************, Bank rekvizitləri: “xxxxxxxxxxxx” ASC-nin Bakı şəhəri 1 nömrəli “Nəsimi” filialı, VÖEN: **********, Kod: 200112) köçürülsün. Hökmdən elan edildiyi (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar