Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-243/2021 25.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxxxx 1997-ci il tarixdə Rusiya Federasiyasının Pskov vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1, xx xxxxxxxx 1999-cu il tarixdə Salyan rayonunun Dayıkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Salyan rayonu, Sarvan ərazi dairəsi, Dayıkənd kəndində qeydiyyatda olan, barəsində “polisin nəzarəti altına vermə'’ qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında iaşə obyektinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əl bir olan bir qrup şəxs halında birləşərək 18 fevral 2021-ci il tarixdə saat 04:30 radələrində ünvan 2 ünavanda yerləşən “Şarab” evinin plastik giriş qapsını vintaçanla qırıb açmaqla qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs məxsus hər biri 3 manat 70 qəpik olan 18 qutu “Sobranie mentol” markalı siqaret, hər biri 3 manat 50 qəpik olan 36 qutu “Sobranie kompakt” markalı siqaret, hər biri 3 manat 70 qəpik olan 57 qutu “Sobranie qalın” markalı siqaret, hər biri 3 manat 70 qəpik olan 8 qutu “Sobranie göy” markalı siqaret, hər biri 3 manat 70 qəpik olan 26 qutu “Sobranie qara nazik” markalı siqaret, hər biri 3 manat 70 qəpik olan 14 qutu “Sobranie ağ nazik” markalı siqaret, hər biri 3 manat 70 qəpik olan 29 qutu “Sobranie nazik” markalı siqaret, hər biri 3 manat 50 qəpik olan 11 qutu “Kent 4 qalın” markalı siqaret, hər biri 3 manat 50 qəpik olan 8 qutu “Kent 8 qalın” markalı siqaret, hər biri 3 manat 50 qəpik olan 26 qutu “Kent kompakt” markalı siqaret, hər biri 3 manat 50 qəpik olan 9 qutu “Kent 1” markalı siqaret, hər biri 3 manat 50 qəpik olan 28 qutu “Kent 4” markalı siqaret, hər biri 3 manat 50 qəpik olan 13 qutu “Kent mentol” markalı siqaret, hər biri 3 manat 20 qəpik olan 16 qutu “Winston kompakt boz” markalı siqaret, hər biri 3 manat 20 qəpik olan 12 qutu “Winston kompakt göy” markalı siqaret, hər biri 3 manat 20 qəpik olan 7 qutu “Winston slim” markalı siqaret, hər biri 3 manat 20 qəpik olan 36 qutu “Winston” markalı siqaret, hər biri 3 manat 20 qəpik olan 8 qutu “Winston mentol” markalı siqaret, hər biri 3 manat 50 qəpik olan 42 qulu “Neo kompakt” markalı siqaret, hər biri 3 manat 50 qəpik olan 30 qutu “Neo nazik” markalı siqaret, hər biri 3 manat 50 qəpik olan 16 qutu “Voge mentol” markalı siqaret, hər biri 2 manat 50 qəpik olan 22 qutu “Senator nazik” markalı siqaret, hər biri 2 manat 50 qəpik olan 16 qutu “Senator kompakt” markalı siqaret, hər biri 2 manat 30 qəpik olan 52 qutu “Winchester kompakt” markalı siqaret, hər biri 2 manat 30 qəpik olan 16 qutu “Winchester qalın” markalı siqaret, hər biri 2 manat 30 qəpik olan 66 qutu “Winchester nazik” markalı siqaret, hər biri 2 manat 30 qəpik olan 21 qutu “Winchester mentol” markalı siqaret, hər biri 1 manat 90 qəpik olan 17 qutu “PALL MALE qalın” markalı siqaret, hər biri 1 manat 90 qəpik olan 33 qutu “PALL MALL nazik” markalı siqaret, hər biri 1 manat 80 qəpik olan 8 qutu “Magna qara nazik” markalı siqaret, hər biri 1 manat 80 qəpik olan 12 qutu “Magna ağ nazik” markalı siqaret, hər biri 1 manat 80 qəpik olan 16 qutu “Magna boz nazik” markalı siqaret, hər biri 1 manat 80 qəpik olan 30 ədəd “Magna nazik” markalı siqaret, hər biri 1 manat 80 qəpik olan 10 qutu “Prima” markalı siqaret, hər biri 2 manat 50 qəpik olan 14 qutu “Davidoff kompakt” markalı siqaret, hər biri 3 manat 50 qəpik olan 10 qutu “Davidoff uzun” markalı siqaret, hər biri 3 manat 50 qəpik olan 6 qutu “Davidoff” markalı siqaret, hər biri 2 manat 20 qəpik olan 10 qutu “West qalın” markalı siqaret, hər biri 2 manat 60 qəpik olan 20 qutu “LD kompakt” markalı siqaret, hər biri 2 manat 80 qəpik olan 30 qutu “LD nazik” markalı siqaret və 104 manat nağd pulu gizli olaraq talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 2618 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında iaşə obyektinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 Arif oğlu ilə qabaqcadan əl bir olan bir qrup şəxs halında birləşərək 18 fevral 2021ci il tarixdə saat 04:30 radələrində ünvan 2 ünavanda yerləşən “Şarab” evinin plastik giriş qapsını vintaçanla qırıb açmaqla qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs məxsus hər biri 3 manat 70 qəpik olan 18 qutu “Sobranie mentol” markalı siqaret, hər biri 3 manat 50 qəpik olan 36 qutu “Sobranie kompakt” markalı siqaret, hər biri 3 manat 70 qəpik olan 57 qutu “Sobranie qalın” markalı siqaret, hər biri 3 manat 70 qəpik olan 8 qutu “Sobranie göy” markalı siqaret, hər biri 3 manat 70 qəpik olan 26 qutu “Sobranie qara nazik” markalı siqaret, hər biri 3 manat 70 qəpik olan 14 qutu “Sobranie ağ nazik” markalı siqaret, hər biri 3 manat 70 qəpik olan 29 qutu Sobranie nazik” markalı siqaret, hər biri 3 manat 50 qəpik olan 11 qutu “Kent 4 qalın” markalı siqaret, hər biri 3 manat 50 qəpik olan 8 qutu “Kent 8 qalın” markalı siqaret, hər biri 3 manat 50 qəpik olan 26 qutu “Kent kompakt” markalı siqaret, hər biri 3 manat 50 qəpik olan 9 qutu “Kent 1” markalı siqaret, hər biri 3 manat 50 qəpik olan 28 qutu “Kent 4” markalı siqaret, hər biri 3 manat 50 qəpik olan 13 qutu “Kent mentol” markalı siqaret, hər biri 3 manat 20 qəpik olan 16 qutu “Winston kompakt boz” markalı siqaret, hər biri 3 manat 20 qəpik olan 12 qutu “Winston kompakt göy” markalı siqaret, hər biri 3 manat 20 qəpik olan 7 qutu “Winston slim” markalı siqaret, hər biri 3 manat 20 qəpik olan 36 qutu “Winston” markalı siqaret, hər biri 3 manat 20 qəpik olan 8 qutu “Winston mentol” markalı siqaret, hər biri 3 manat 50 qəpik olan 42 qutu “Neo kompakt” markalı siqaret, hər biri 3 manat 50 qəpik olan 30 qutu “Neo nazik” markalı siqaret, hər biri 3 manat 50 qəpik olan 16 qutu “Voge mentol” markalı siqaret, hər biri 2 manat 50 qəpik olan 22 qutu “Senator nazik” markalı siqaret, hər biri 2 manat 50 qəpik olan 16 qutu “Senator kompakt” markalı siqaret, hər biri 2 manat 30 qəpik olan 52 qutu “Winchester kompakt” markalı siqaret, hər biri 2 manat 30 qəpik olan 16 qutu “Winchester qalın” markalı siqaret, hər biri 2 manat 30 qəpik olan 66 qutu “Winchester nazik” markalı siqaret, hər biri 2 manat 30 qəpik olan 21 qutu “Winchester mentol” markalı siqaret, hər biri 1 manat 90 qəpik olan 17 qutu “PALL MALL qalın” markalı siqaret, hər biri 1 manat 90 qəpik olan 33 qutu “PALL MALL nazik” markalı siqaret, hər biri 1 manat 80 qəpik olan 8 qutu “Magna qara nazik” markalı siqaret, hər biri 1 manat 80 qəpik olan 12 qutu “Magna ağ nazik” markalı siqaret, hər biri 1 manat 80 qəpik olan 16 qutu “Magna boz nazik” markalı siqaret, hər biri 1 manat 80 qəpik olan 30 ədəd “Magna nazik” markalı siqaret, hər biri 1 manat 80 qəpik olan 10 qutu “Prima” markalı siqaret, hər biri 2 manat 50 qəpik olan 14 qutu “Davidoff kompakt” markalı siqaret, hər biri 3 manat 50 qəpik olan 10 qutu “Davidoff uzun” markalı siqaret, hər biri 3 manat 50 qəpik olan 6 qutu “Davidoff” markalı siqaret, hər biri 2 manat 20 qəpik olan 10 qutu “West qalın” markalı siqaret, hər biri 2 manat 60 qəpik olan 20 qutu “LD kompakt” markalı siqaret, hər biri 2 manat 80 qəpik olan 30 qutu “LD nazik” markalı siqaret və 104 manat nağd pulu gizli olaraq talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 2618 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələri ilə bağlı ittiham irəli sürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 16.02.2021-ci il tarixdə saat 12:00 radələrində Nərimanov parkında olarkən Mirhəşim, o və Məsi birlikdə Neftçilər metrosunun yanında gecə klublarının birində oturub yeyib-içmiş, 100 manat hesab gəlmiş və hesabı Mirhəşim özünə məxsus Samsung A10 markalı mobil telefonu Neftçilərdə lombarda qoyub ödəmişdir. Sonradan Məsi ona bildirmişdir ki, hesabın 50 manat pulunu verməlidir. Sonra Nərimanov rayonu, Ə.Əliyev küçəsində yerləşən Aişə adlı qızın evində bir müddət qalmışlar, sonra o, səhər öz evinə getmişdir. 17.02.2021-ci il tarixdə gecə saatlarında Mirhəşim ona bildirmişdir ki, Şərab evi var, oradan oğurluq edib əldə edəcəkləri pul ilə Məsiyə olan borcunu ödəyə bilərlər. 18.02.2021-ci il tarixdə saat təxminən 04:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsində yerləşən Şərab evinin yanına Mirhəşim ilə birlikdə getmiş, evdən çıxarkən Mirhəşim üzərində vintaçan da götürmüşdür. Daha sonra Mirhəşim şərab evinin plastik giriş qapısını vintaçanla qırmış və Şərab evinə daxil olub vitirində olan siqaretləri sellofan torbaya yığmış, o isə kassada olan 104 manat pulu götürərək oradan çıxmışdır. 104 manat onda qalmış, siqaretləri isə Mirhəşim götürmüşdür. Sonra onlar yaşadıqları evə getmişlər. Oğurladığı pulları xərcləmiş, siqaretlərdən isə məlumatı olmamışdır. Son olaraq əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə dəyən ziyanı ödəməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 16.02.2021-ci il tarixdə saat 12:00 radələrində Nərimanov parkında olarkən Adida, o və Məsi birlikdə Neftçilər metrosunun yanında diskotekada oturub yeyib-içmiş, 100 manat hesab gəlmiş və hesabı özünə məxsus Samsung A10 markalı mobil telefonu Neftçilərdə lombarda qoyub ödəmişdir. X5 bildirmişdir ki, hesabın 50 manat pulunu verməlidir. 17.02.2021-ci il tarixdə Adidaya bildirmişdir ki, Şərab evi var, orada satıcı işləyən oğlanı tanıyır və gedib oğurluq edib 50 manat borcunu qaytarsınlar. 18.02.2021-ci il tarixdə saat təxminən 04:30 radələrində Nərimanov rayonu, Ə.Əliyev küçəsində yerləşən Şərab evinin yanına gəlmiş, evdən çıxarkən üzərində vintaçan götürmüşdür. Buna görə də mağazanın arxasına keçib həmin vintaçanı qapının arasından salıb qapını əyməyə başlamışdır. Bir neçə dəqiqədən sonra qapı açılmış, o və Adida birlikdə mağazaya daxil olub vitrində olan siqaretləri sellofan torbaya yığmış və kassada olan 104 manat pulu götürmüşlər. Pulu Adida və siqaretləri isə o götürmüşdür. Danışıqlarına görə oğurluq yolu ilə əldə olunmuş siqaret və pul aralarında bölünməli idi. Oğurladıqları siqaretlərin bir hissəsini özü istifadə etmiş, digər siqaretləri isə tutulmaqdan qorxduğu üçün Montin adlanan ərazidə dəqiq xatırlamadığı ünvanda zibil qutusuna atmışdır. Son olaraq əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə dəyən ziyanı ödəməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi 101 ünvanda yerləşən “Şərab evi”ni icarəyə götürüb işlədir. “Şərab evi”nin içərisindəki bütün mallar onun özünə məxsusdur. Şərab evi hər gün 09:30-da açılır, gecə saat 23:30-da bağlanır. Şərab evinin bütün işlərini işçisi Riyad həyata keçirir, o isə yalnız günün axşam saatlarında haqq-hesab işləri üçün şərab evinə gəlir. 18.02.2021-ci il tarixdə saat 09:30-da satıcı Riyad ona zəng edib şərab evinə daxil olmuş naməlum şəxslərin malların çox hissəsini oğurladığını bildirmişdir. O, dərhal həmin ünvana gəlmiş və görmüşdür ki, mallardan çoxu həqiqətən də oğurlanmışdır. Həmin malların içərisində müxtəlif markalı siqaretlər olmuşdur. Ümumilikdə ona 2618 manat ziyan dəymişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər tərəfindən ona dəyən ziyanın tam ödənildiyini, onlara qarşı şikayət və tələbinin olmadığını bildirərək bu barədə məhkəməyə yazılı ərizə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, təxminən 1 il Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi ünvan 2 ünvanda yerləşən şərab evində satıcı işləmişdir. “Şərab evi”nin içərisindəki bütün mallar Zərərçəkmiş şəxs məxsusdur. Şərab evi hər gün 09:30-da açılır, gecə saat 23:30-da bağlanmışdır. Şərab evinin açılış, bağlanış və digər bütün işlərini o həyata keçirmişdir. Niyaməddin yalnız günün axşam saatlarında haqq-hesab işləri üçün şərab evinə gəlmişdir. 18.02.2021-ci il tarixdə saat 09:30-da o, şərab evini açmağa gəldikdə görmüşdür ki, plastik qapı əyilmiş və açıqdır. İçəri daxil olduqda içərinin dağınıq olmasını, siqaret və pulların oğurlanmasını aşkar etmişdir. O, bu barədə Niyaməddinə məlumat vermişdir. Həmin an onlar malları hesabladıqda dəyən ziyanın təxminən 2018 manat olmasını aşkar etmişdirlər. Lakin bu ilkin rəqəm olmuşdur. Sonradan Niyaməddin dəqiq hesablama aparmış və bildirmişdir ki, ona 2618 manat ziyan dəymişdir. Təqsirləndirilən şəxslərdən yalnız Təqsirləndirilən şəxs1 tanıyır. Həmin şəxs şərab evinə müxtəlif vaxtlarda gəlib getmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” 19 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur; “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” 19 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur; “İfadənin yerində yoxlanılması haqqında” 20 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi X2, ********* saylı cinayət işi üzrə istintaq gedişində şübhəli şəxs kimi dindirilmiş Təqsirləndirilən şəxs1 ifadəsini Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə yerində yoxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 təklif olundu ki, istintaq gedişində ifadəsində dediklərini yerində göstərsin. Təqsirləndirilən şəxs1 ifadəsində dediklərini yerində göstərdi və müəyyən edildi ki, o, hal-hazırda heç bir iş fəaliyyəti ilə məşğul olmur. Təxminən 9 ay bundan öncə, Təqsirləndirilən şəxs2la, 7 ay öncə isə Məsi adlı şəxslə Nərimanov parkında tanış olmuşdur. 16.02.2021-ci il tarixdə saat 12:00 radələrində Nərimanov parkında olarkən Mirhəşim, o və Məsi birlikdə Neftçilər metrosunun yanında gecə klublarının birində oturub yeyib-içmişlər. Həmin vaxt 100 manat hesab gəlmiş və hesabı Mirhəşim özünə məxsus Samsung 3 markalı mobil telefonu Neftçilərdə lombarda qoyub ödəmişdir. Sonradan Məsi ona bildimişdir ki, hesabın 50 manat pulunu o verməlidir. 16.02.2021-ci il Nərimanov rayonu, Ə.Əliyev küçəsində yerləşən Aişə adlı qızın evində bir müddət qalmışlar, sonra o, səhər öz evinə getmişdir. 17.02.2021-ci il tarixdə gecə satlarında Mirhəşim ona bildirmişdir ki, Şərab evi var, oradan oğurluq edib əldə edəcəkləri pul ilə Məsiyə olan borcunu ödəsin. 17.02.2021-ci tarixdən 18.02.2021-ci il tarixinə keçən gecə saat təxminən 04:30 radələrində Nərimanov rayonu, Ə.Əliyev küçəsində yerləşən Şərab evinin yanına Mirhəşim ilə birlikdə getmiş, evdən çıxarkən Mirhəşim üzərində vintaçan da götürmüşdür. Daha sonra Mirhəşim şərab evinin plastik qapısını vintaçanla qırmış və Şərab evinə daxil olub vitrində olan siqaretləri sellofan torbaya yığıb və kassada olan 110 manat pulu götürmüşlər. Pulu, yəni 110 manatı Mirhəşimə verib yaşadığı evə getmişdir. İfadənin yerində yoxlanılması zamanı ərizə, şikayət və vəsatət daxil olmadı; İfadənin yerində yoxlanılması haqqında” 20 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi X2, ********* saylı cinayət işi üzrə istintaq gedişində şübhəli şəxs kimi dindirilmiş Təqsirləndirilən şəxs2 ifadəsini Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə yerində yoxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 təklif olundu ki, istintaq gedişində ifadəsində dediklərini yerində göstərsin. Təqsirləndirilən şəxs2 ifadəsində dediklərini yerində göstərdi və müəyyən edildi ki, təxminən 10 ildir işləmir. Ondan əvvəl Nərimanov parkında boks aparatında işləyib gündəlik 10 manat pul qazanmışdır. Təxminən 7 aydır ki, Təqsirləndirilən şəxs1 ilə Nərimanov parkında tanış olmuşdur. Bundan başqa Məsi adlı şəxsi təxminən 9 aydir ki, Nərimanov parkından tanıyır. 16.02.2021-ci il tarixdə saat 12:00 radələrində Nərimanov parkında olarkən Adida, o və Məsi birlikdə Neftçilər metrosunun yanında diskotekada oturub yeyib-içmişlər. Həmin vaxt 100 manat hesab gəlimiş və hesabı özünə məxsus Samsung A10 markalı mobil telefonu Neftçilərdə lombarda qoyub o ödəmişdir. X5 bildirmişdir ki, hesabın 50 manat pulunu Adida verməlidir. 16.02.2021-ci il tarixdə saat 23:00 radələrində Nərimanov adına parka gəlmişlər. Sonra Nərimanov rayonu, Ə.Əliyev küçəsində yerləşən Aişə adlı qızın evində bir müddət qalmışlar, sonra Adida səhər özü evinə getmişdir. 17.03.2021-ci il tarixdə axşam saatlarında Adida ona bildimişdir ki, Şərab evi var, orada satıcı işləyən oğlanı tanıyır və gedib oğurluq etsinlər. 17.02.2021-ci tarixdən 18.02.2021-ci il tarixinə keçən gecə saat təxminən 04:30 radələrində Nərimanov rayonu, Ə.Əliyev küçəsində yerləşən Şərab evinin yanına gəlmişlər. Evdən çıxarkən üzərində vintaçan götürmüşdür. Buna görə də mağazanın arxasına keçib həmin vintaçanı qapının arasından salıb qapını əyməyə başlamışdır. Bir neçə dəqiqədən sonra qapı açılmışdır. O və Adida birlikdə mağazaya daxil olub vitrində olan siqaretləri sellofan torbaya yığmış və orada olan 110 manat pulu götürmüşlər. Pulu Adida cibinə qoymuş və siqaretləri də götürüb getmişdir. Danışıqlarından oğurluq yolu ilə əldə olunmuş puldan ona müəyyən hissəsini ödəməli idi. İfadənin yerində yoxlanılması zamanı ərizə, şikayət və vəsatət daxil olmadı; “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” 21 fevral 2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nərimanov rayon prokuroru Hidayət Nurəlibəyov tərəfindən Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi Şahmar Qurbanovun 21.02.2021-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, cinayət işi üzrə Təqsirləndirilən şəxs1 barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi və Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır; “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” 21 fevral 2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nərimanov rayon prokuroru Hidayət Nurəlibəyov tərəfindən Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi Şahmar Qurbanovun 21.02.2021-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, cinayət işi üzrə Təqsirləndirilən şəxs2 barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi və Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır; “Qətimkan tədbirinin seçilməsi haqqında” 21 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; “Qətimkan tədbirinin seçilməsi haqqında” 21 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş 01 mart 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır; Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş 02 mart 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Məhkəmə, təqsirləndirilən şəxslərin ifadələrini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsi onların etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Adı çəkilən Qərarın 4-cü bəndinə əsasən özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Həmin Qərarın 11-ci bəndində qeyd edilir ki, CM-in 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-in 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-in 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-lə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. CM-in 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onların barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: törətdiyi əməli etiraf edib peşman olmasını; ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını; zərərçəkmiş şəxsə dəyən ziyanı ödəməsini və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını; yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan 55 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən verilmiş xasiyyətnamə). İş üzrə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həbsdə saxlanıldığı 2 (iki) gün (19-21 fevral 2021ci il), həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: törətdiyi əməli etiraf edib peşman olmasını; zərərçəkmiş şəxsə dəyən ziyanı ödəməsini və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını; qeydiyyat yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Sarvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən verilmiş xasiyyətnamə). İş üzrə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Məhkəmə, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həbsdə saxlanıldığı 2 (iki) gün (19-21 fevral 2021ci il), həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, CPM-in: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 Təqsirləndirilən şəxs1, Müdafiəçi2 Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmələrinə görə vəsait dövlət büdcəsi hesabına ödənilməlidir. Məhkəmə, həmçinin vəkillər Müdafiəçi1, Müdafiəçi2 tərəfindən təqdim edilmiş hesabatları nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 məhkəmədə iştirak etdikləri 25 (iyirmi beş) iş saatına görə üçün hər birinə 150 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı 2 (iki) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq ona 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı 2 (iki) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq ona 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Salyan rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 25 (iyirmi beş) iş saatına görə 150 (yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 25 (iyirmi beş) iş saatına görə 150 (yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №1(005)-243/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-243/2021
25.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver