Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-244/2022 14.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs X7 və onun müdafiəçisi “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi2 və “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxx 1988-ci il tarixdə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-də yağlama vəzifəsində işləyən, Masallı rayonu, Xıl kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında kirayədə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 124.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X16 ehtiyatsızlıqdan adam öldürmüşdür. Belə ki, o, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsi tərəfindən ********** nömrəli VÖEN ilə dövlət qeydiyyatına alınmış və Bakı şəhəri, Nərimanov rayonu, İslam Abışov küçəsi, ev 16R, 2091-ci məhəllə ünvanında fəaliyyət göstərən "xxxx" MMC-yə (VÖEN №’**********) məxsus “Nur” çörək zavodunda bilikləri yoxlanıldıqdan və onunla əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə təlimat keçirildikdən sonra 13 avqust 2021-ci il tarixdən etibarən müstəqil olaraq yağlama vəzifəsində işləyərkən 07 yanvar 2022-ci il tarixdə saat 16:12 radələrində iş günün bitməsinə az qalmış zavodun istehsalat sahəsində tərəzi vəzifəsində işləyən 03 mart 1971-ci il təvəllüdlü X13 ilə birlikdə təmizlik işləri görərkən əmək nizam-intizamına riayət etməli, rəhbərliyin tapşırıqlarını dəqiq yerinə yetirməli, müvafiq təlimat və qaydalar ilə müəyyən edilmiş əməyin mühafizəsinə və təhlükəsizlik texnikasına dair tələblərə tam riayət etməli olduğu halda “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydalarının 11-ci bəndinin tələblərini pozaraq öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda onları görməyərək cinayətkarcasına etinasızlıq etmiş, nəticədə istehsalat sahəsində yerləşən xəmirqarışdıran qurğunun ətrafını və alt hissəsini əski ilə təmizləyən Mətanət Həsənovanın qurğunun alt hissəsini rahat silməsi üçün işləmə mexanizmini bilmədiyi və istifadə etməsinə icazə verilmədiyi halda xəmirqarışdıran qurğunun idarəetmə lövhəsinə yaxınlaşaraq ehtiyatsızlıqdan qurğunun işə salan düyməsini basması səbəbindən qurğunun spiralvari qarışdırıcı qolu fırlanmağa başlayaraq Mətanət Həsənovanı qurğunun korpusu ilə spiralvari qarışdırıcı qolun arasında sıxması səbəbindən sonuncu baş beynin əzilib dağılaraq xaricə tökülməsi (evakuasiyası) ilə müşayiət olunan kəllə tağı, kəllə əsası sümüklərinin mürəkkəb qəlpəli yerini dəyişən açıq sınıqları, burun və alt çənə sümüklərinin, hər iki körpücük, İİ-İİİ boyun fəqərəsinin, solda İ-İİ-İİİ, sağda isə İ-İİ qabırğalarının yerini dəyişən qapalı sınıqları, kəllənin yumşaq toxumalarının, boyunun sol yarısının bayır səthinin əzilmiş yaraları, döş qəfəsinin, sağ bazunun, sol saidin, qarının sağ yarısının, sağ və sol budun, sağ və sol diz oynağının, sağ və sol saidin, sağ mil bilək oynağının və sağ və sol əlin, sağ baldırın sıyrıqları, sağ ayağın daraq falanqasmın qançır və sıyrıqları kimi ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid olan xəsarətlər alaraq qeyd olunan travma kompleksi nəticəsində baş vermiş həyat ilə bir araya sığmayan xəsarətlər səbəbindən ölmüş, bununla da Jalə Nurəliyeva ehtiyatsızlıqdan Mətanət Həsənovanı öldürmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs X16 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2021-ci ilin avqust ayının əvvəllində ailələrinin maddi durumu yaxşı olmadığından qərara gəlmişlər ki, özünə uyğun iş tapıb işləməyə başlasın. İnternet saytlarında iş elanlarına baxarkən "xxxx" MMC-yə məxsus çörək zavodunda işçi tələb olmasına dair elanda göstərilmiş nömrə ilə əlaqə saxlamışlar. Telefon danışığının elə ertəsi günü əri ilə birlikdə "xxxx" MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, İ.Abışov küçəsi, ev 16R ünvanında fəaliyyət göstərən “Nur” çörək zavoduna getmiş və zavodun rəhbərliyi ilə görüşüb təklif edilən işin mahiyyəti və digər xüsusatları barədə söhbət edib dəqiqləşdirmişlər. Şərtlər uyğun olduğundan işləmək istəmişdir. Ona bildirilmişdir ki, ertəsi günü işə çıxa bilər, zavodda yağlama - yardımçı fəhlə işinə qəbul ediləcək, iş günü saat 08:00-dan başlayıb saat 17:00-da bitəcək, aylıq maaşı isə təxminən 375 manata yaxın olacaq. İstirahət günlərini isə həm zavodun rəhbərliyi, həm də özü təyin edə bilərdi. Ertəsi günü saat 08:00-da zavoda gəlib işə başlamışdır. İşə başlamazdan öncə onunla əmək müqaviləsi bağlanmış, habelə zavodun adını xatırlamadığı işçiləri tərəfindən ilkin olaraq əməyin mühafizəsi qaydaları barədə, eyni zamanda işinin mahiyyəti üzrə təlimat keçirilmişdir. Əmək müqaviləsinə əsasən vəzifəsi yağlama-yardımçı fəhlədir. Vəzifəsi çörək bişirmə sexində forma qablarının əllə duru yağ ilə yağlanmasından, təmizlənməsindən, eyni zamanda iş günü yekunlaşana yaxın istehsalat sexində təmizlik işlərinin görülməsindən ibarətdir. X13 ilə 2021ci ilin sentyabr ayında tanış olmuşdur. Belə ki, Mətanət həmin vaxt çalışdıqları çörək zavodunda fəhlə kimi əmək fəaliyyətinə başladığı vaxt tanış olmuşlar, sonuncu da zavodun istehsalat sexində işləmiş, onunla birgə çörək bişirmə sexində forma qablarının əllə duru yağ ilə yağlanmasını, təmizlənməsini həyata keçirmiş, eyni zamanda iş günü yekunlaşana yaxın istehsalat sexində təmizlik işlərini görməklə məşğul olmuşdur. Mətanətlə tanışlıqlarının ilk günündən etibarən gözəl, səmimi, mehriban münasibətləri olmuş, sanki ana-bala olmuşlar. Heç vaxt aralarında hər hansı bir səbəbdən dolayı anlaşmazlıq, narazıçılıq və ya küsülülük olmamış, düşmənçilikləri və ya ədavətləri olmamışdır. Günün demək olar ki, bütöv hissəsini birgə keçirmişlər, işləmişlər. Bir- birilərini çox istəmişlər, yaxın olmuşlar. Mətanətin 1971-ci il təvəllüdlü olmaqla əslən Lənkəran rayonundan olmasını, ailəsi ilə birgə işlədikləri çörək zavodunun yaxınlığında yaşamasını bilirdi. Onun deməsindən bilmişdir ki, əri Mərdan sürücü işləyir, 1 oğlu və 1 qızı vardır, hər iki övladı ailəlidir. Bilməsinə görə, Mətanətin oğlu da işlədikləri “Nur" çörək zavodunda işləyir. Ailəsində mehribançılıq olmasını bilirdi. 07 yanvar 2022-ci il tarixdə saat 08:00-da işdə olmuş, iş geyimlərini paltardəyişmə otağında geyinib istehsalat sexinə keçmişdir. Mətanət işə ondan öncə gəlmişdir. İş vaxtı başladıqda istehsalat sexinə keçib gündəlik iş fəalliyətlərini başlamışlar. Həmin gün təxminən saat 15:30 radələrində nahar fasiləsini edib bitirdikdən sonra iş gününün sonuna az qalmış Mətanətlə birgə istehsalat sexində təmizlik işlərinə başlamışlar. İşçilər arasında iş bölgüsü olduğundan Mətanətlə onun təmizlik sahəsinə istehsalat sexinin anbar və xəmir qarışdırdan qurğuların (mikserlər) olan hissəsi aid olmuşdur. Bir müddət şvabra, süpürgə və əl əskisi ilə ilk öncə anbarı təmizliyib bitirdikdən sonra xəmir qarışdırdan qurğular olan hissəyə keçmişlər. Təxminən saat 16:10 radələrində həmin yerdə təmizlik apararkən Mətanət qapı tərəfdən ikinci olan qurğunun döşəməsinin ətrafını əyilib əski ilə silməyə başlamışdır. Həmin vaxt Mətanət ona demişdir ki, “Gəl aparatı qaldır ki, altını silim”. Ona görə də, Mətanətin yanından keçib qurğunu idarəedən düymələr olan hissəyə yaxınlaşmış, qurğunu qaldırmaqdan ötrü xatırladığı qədər ən solda olan yaşıl rəngli düyməyə basmışdır. Bir an içində sexdə işləyən qadınların qışqırıq səsini eşitmiş, onlara baxdıqda isə qışqıranların Mətanət olduğu tərəfə, yəni ki, düyməsini basdığı xəmir qarışdıran qurğuya tərəf baxaraq qışqırdıqlarını görüb özündən asılı olmayaraq qurğunun alt hissəsinə baxmış və orada Mətanətin qurğunun qarışdıran dəmirləri arasında sıxılıb qalmasını görmüşdür. Gördüyü mənzərədən şok olub özü də qışqırmağa başlamış, eyni zamanda əlləri ilə nə cürsə Mətanətə kömək etmək istəmişdir. Bu anlarda sexin işçilərindən olan texnoloq İlqar müəllim özünü birinci çatdırıb qurğunun bildiyi düyməsinə basmışdır. İlqarın deməsindən bilmişdir ki, Mətanət artıq ölmüşdür. Belə ki, ətrafda qan çox idi. Bunun ardınca baş verən hadisələr tez olduğundan bütün anları dəqiqliyi ilə xatırlamır. Belə ki, yaşadığı hadisə onu şoka və dərin üzüntüyə salmışdır. Rəhbərliyin göstərişi əsasında isə digər qadınlarla birgə sexdən çıxarılmışdır. Xatırladığı qədər, hadisə barədə zavodun rəhbərliyinə, hüquq- mühafizə orqanlarına və təcili tibbi yardıma məlumat verilmişdir. Zavoda gələn hüquq-mühafizə orqanlarının əməkdaşları isə Mətanətin meyitinə, hadisə yerinə baxış keçirmişlər, onu və digər işçiləri sorğu-sual etmişlər. Bunun ardınca isə Mətanətin meyiti müayinə olunmasından ötrü aparılmışdır. Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərdi ki, sexdə işə nəzarəti əsasən Şahid1 həyata keçirir, həmçinin müvafiq göstərişləri verir. Bildiyi qədər, sexdə olan tokla çalışan avadanlıqlara isə nəzarəti Kamalpaşa müəllim həyata keçirir. Bundan başqa sexdə təmizlik işlərini görmələrinə nəzarət edən şəxs yoxdur, belə ki, buna hər hansı bir ehtiyac və ya zərurət yoxdur. İşə qəbul olunduqları gün işləri barədə ətraflı məlumat verilmiş, təlimat keçirilmişdir. Ona görə də, təmizlik işləri gündəlik iş olduğundan nəzarətə ehtiyac qalmır. Mətanət Həsənovanın xəsarət alaraq ölməsinə səbəb olmuş xəmir qarışdıran qurğunun işləmə prinsipi, mexanizmi ilə tanış deyil, necə işə düşməsi və sönməsini bilmir. Həmin qurğunun işləmə mexanizmi ilə onu tanış edən olmamışdır, belə ki, həmin qurğu ilə işləmir, qurğunun istismar edilməsi vəzifəsinə aid deyil. Qurğunun işə salan düyməsini bilməyərəkdən basmışdır. Bilməmişdir ki, həmin düymə qurğunu işə salar, qarışdırıcı dəmirini fırlatmağa başlayar və Mətanətə xəsarət yetirər. Həmin düyməni basmaqda məqsədi yalnız qurğunun üst hissəsinin yuxarısın qaldırmaq olmuşdur ki, Mətanət qurğunun döşəmə hissəsini silə bilsin. Belə ki, Mətanət özü də demişdir ki, "Gəl aparatı qaldır ki, altını silim”. Düyməni basarkən elə bilmişdir ki, hər hansı birini bassa qurğu qalxmağa başlayar. Ümumiyyətlə heç Mətanətin həmin qarışdırıcı dəmirə tam yaxın olmasını görməmişdir. Bilməmişdir ki, həmin qurğunun işə salan düyməsini basır. Hadisə bir an içində olmuş, bilməzdi ki, düyməni basdığı halda qurğu qalxmaq əvəzinə işə düşər və Mətanətə xəsarət yetirər. Həmin an ağlına gəlməmişdir ki, düymələrin arasında qurğunu işə salan düymə ola bilər və ya ümumiyyətlə səhvən qurğunun qarışdırıcı qolunu işə sala bilər. Əməlindən peşimandır, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olmuş zərərçəkmiş şəxsin hüquqi varisi X14 məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə göndərmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X14 istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanında oğlu Rüfət Həsənov, onun yoldaşı Arzu Həsənova və onların 2 azyaşlı övladları, yəni ki, nəvələri ilə birgə yaşayır. X2 onun arvadı olmuşdur. Mətanət 03 mart 1971-ci il tarixdə Lənkəran rayonu, Boladi kəndində anadan olmuşdur. Xatırladığı qədər, 1993-cü ildə onunla rəsmi nikahla ailə həyatı qurmuşdur. Birgə nikahlarında 1993-cü il təvəllüdlü Rüfət adlı oğlu və 1995-ci il təvəllüdlü qızı Arzu dünyaya gəlmişlər. Ailəlikcə ünvan 3 ünvanında qeydiyyatdadırlar, lakin rayonda yaşayarkən ünvan 4 ünvanında yaşamışlar. Təxminən 5 ildir ki, özü Lənkəran rayonundan işləməkdən ötrü Bakı şəhərinə köçmüş və Nərimanov rayonunda yerləşən müxtəlif kirayə evlərdə yaşamağa başlamışdır. Həmin vaxtdan bugünədək Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektində yerləşən “Dərnəgül” taxta bazarında fəhləlik edib dolanışıq əldə edir. Ailə üzvləri isə daimi olaraq Lənkəran rayonunda yaşamışlar. Təxminən 1 il öncə mərhum arvadı Mətanət, oğlu Rüfət, onun arvadı Arzu və övladları Bakı şəhərinə onun yanına köçmüşlər. Hazırda yaşadıqları ünvan 2 ünvanında kirayədə yaşayırlar. Mətanət 2021-ci ilin sentyabr ayında yaşadıqları evin yaxınlığında yerləşməklə ünvan 6 ünvanında fəaliyyət göstərən “Nur" çörək zavoduna rəsmi əmək müqaviləsi əsasında işə düzəlmişdir. Mətanət çörək zavodunda xadimə işləyirdi. Əmək haqqısının təxminən 370-375 manat olmasını xatırlayır. Mətanətin iş günü saat 08:00-da başlayırdı və 17:00 radələrində bitirdi. İşlədiyi yerdə iş yoldaşları ilə münasibətləri çox gözəl və çox mehriban olmuşdur. Mətanətin xətrini hamı çox istəmişdir. Mətanətin təhsili orta texniki olmuş, Lənkəran rayonunda yerləşən 113 saylı Peşə Məktəbində “aqronom” ixtisası üzrə orta texniki təhsil almışdır. Ailəli olduqları müddət ərzində Mətanətlə daima mehriban olmuşlar, birbirilərini çox istəmişlər, heç vaxt münaqişələri olmamışdır. Xasiyyətcə Mətanət çox mülayim, mehriban, sakit, qayğıkeş və zəhmətkeş biri olmuşdur. 07 yanvar 2022-ci il tarixdə saat 07:35 radələrində Mətanətlə birgə piyada olaraq evdən çıxıb onun işlədiyi “Nur” çörək zavoduna getmişlər. Mətanət işə çatdıqdan sonra özü də işləməkdən ötrü “Dərnəgül” taxta bazarına yollanmışdır. Həmin gün saat 17:00 radələrində işdən piyada olaraq çıxıb evə gəldikdə Rüfətin arvadı Arzu ona məlumat vermişdir ki, arvadı Mətanət iş yerində yıxılaraq xəsarət almışdır. Rüfət isə hazırda anasının yanında çörək zavodundadır. Arzuya bunu Rüfət zəng edib məlumat vermişdir. Bunu eşitdikdə evdən çıxıb sürətli şəkildə Mətanətin işlədiyi “Nur" çörək zavoduna gəlmişdir. Zavoda çaldıqda orada olan çoxsaylı şəxslərdən, o, cümlədən oğlundan öyrənmişdir ki, əsl həqiqətdə Mətanət aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Belə ki, həmin vaxt zavodun ərazisində işçilərlə yanaşı hüquq-mühafizə orqanların əməkdaşları da olmuşlar, zavoda və Mətanətin meyitinə baxış keçirmişlər, ardınca isə o gələnədək Mətanətin meyitini müayinə olunmasından ötrü 5 saylı şəhər xəstəxanasının həyətində yerləşən meyitxanaya aparmışlar. Qeyd etdiyi kimi, özü hadisə yerinə gəldikdə Mətanətin meyitini artıq aparmışdılar. Həmin gün Mətanətin meyiti meyitxanada müayinə olunduqdan sonra onlara təhvil verilmişdir. Meyit onlara təhvil verildikdən sonra elə gecə ilə Lənkəran rayonunda yollanmışlar, ertəsi gün isə, yəni ki, 08 yanvar 2022- ci il tarixdə Mətanəti Lənkəran rayonu, Liman şəhərində yerləşən qəbrstanlıqda dəfn etmişlər. Hadisədən sonra isə ona məlum olmuşdur ki, Mətanət həmin gün çörək zavodunun istehsalat sexində təmizlik işləri görərkən xəmir qarışdıran qurğunun ehtiyatsızlıqdan digər işçi Jalə Nurəliyeva tərəfindən işə salınması nəticəsində xəsarət almış və hadisə yerində ölmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, hazırda işlədiyi "xxxx" MMC-yə məxsus olmaqla ünvan 7 ünvanında fəaliyyət göstərən “Nur" çörək zavodunda 2018-ci ilin yanvar ayından etibarən işləyir. Belə ki, 08 yanvar 2018-ci il tarixdə həmin MMC-nin direktoru Şahid4 ilə aralarında müvafiq qaydada rəsmi əmək müqaviləsi bağlanmışdır. Texnoloq kimi vəzifəsi zavod və sexlərdə texnoloji təlimatların, texniki şərtlərin, istehsal prosesində istifadə olunan xammal və materialların sərf normaların işlənməsində iştirak etmək və onların yerinə yetirilməsini nəzarətdə saxlamaqdan ibarətdir, yəni ki, zavodun istehsalat sexində xəmirin yoğurulmasına, keyfiyyətinə və çörəyin keyfiyyətinə nəzarət edib məhsulun bütün tələblərə uyğun olmasına nəzarət etməkdən ibarətdir. X13 və X16 çalışdığı “Nur” çörək zavodunun çörək bişirmə sexində, yəni ki, istehsalat sexində forma qablarının əllə duru yağ ilə yağlanmasmı, təmizlənməsini həyata keçirmişlər, eyni zamanda iş günü yekunlaşana yaxın istehsalat sexində təmizlik işlərini görməklə məşğul olmuşlar. Kənardan gördüyü qədər onlar bir-biri ilə çox mehriban olmuşlar, daima bir yerdə işləmişlər, yemək yemişlər, işləri görməkdə bir-birinə köməklik etmişlər, aralarında heç vaxt narazıçılığın və ya küsülüyün olmasını görməmişdir. 07 yanvar 2022-ci il tarixdə saat 08:00 radələrində artıq işdə olmuşdur. İş geyimlərini paltardəyişmə otağında geyinib istehsalat sexinə keçmişdir. Həmin gün bütün işçilər özü ilə yanaşı gündəlik fəaliyyətləri ilə məşğul olmuşlar, istehsalat zamanı hər hansı bir hadisə baş verməmişdir. Həmin gün təxminən saat 15:45 radələrində demək olar ki, sonuncu çörəklər hazırlanıb yola salındıqdan sonra istehsalat sexində təmizlik işlərinə, səliqə-sahman yaradılmasına başlanılmışdır. Özü isə elə sexdə yerləşən masa arxasında əyləşib gün ərzində görülən işlərə və istehsalatda işləmiş işçilərin siyahısını tərtib etməklə məşğul olmuşdur. Təxminən saat 16:12 radələrində sexdə qəflətən qadın işçilərin kütləvi şəkildə qışqırıq səslərini eşitmişdir. Həmin vaxt başının aşağı tutub dəftərə baxdığından başını qaldırdıqda xəmir qarışdıran qurğunun qarışdırıcı qolunun arasında işçinin qalmasını, qurğunun fırlanmasını şahidi olmuşdur. Bir an içində əyləşdiyi yerdən qalxıb cəld şəkildə həmin qurğunun idarəedən hissəsinə qaçmış və qarışdırıcı qolun dayanması üçün idarəetmə hissəsində qırmızı düyməni basıb saxlamışdır. Düyməni basdığı an qarışdırıcı qol dayanmışdır. Həmin vaxt qurğunun yanında Jalə olmuşdur. Özü əyilib xəsarət alan şəxsə baxdıqda onun Mətanət olmasını görmüşdür. Mətanətin baş hissəsinin əzilməsini, ətrafda isə çoxlu miqdarda qan olmasını gördüyü üçün onun ölməsini bilmişdir. Həmin zaman ətrafa digər işçilərdə toplaşmış, hamı şok vəziyyətinə düşmüş və ağlaşırdılar. Jalə isə ümumiyyətlə dili söz tutmurdu və əsirdi. Jalənin Mətanətin qurğuda xəsarət aldığı anda qurğunun idarəetmə hissəsinin yanında durmasını gördüyü üçün elə güman etmişdir ki, Jalə səhvən qurğunu işə salan düyməyə ehtiyatsızlıq edərək basmış, nəticədə Mətanət xəmir qarışdıran qurğunun yanında təmizlik işləri görərkən qarışdırıcı qola ilişmiş və xəsarət alaraq ölmüşdür. Belə ki, Jalədən bu barədə maraqlandıqda sonuncu şok vəziyyətində olduğu üçün sözlə cavab verməsə də, ağlaya-ağlaya başı ilə yelləyib müsbət cavab vermişdir. Dərhal baş vermiş hadisə barədə zavodun rəhbərliyinə məlumat verilmiş, rəhbərlik isə öz növbəsində hadisə barədə hüquq-mühafizə orqanlarına, eyni zamanda təcili tibbi yardıma məlumat verilmişdir. Qadınları isə sexdən çıxarılması barədə göstəriş verilmişdir. Zavoda gələn hüquq-mühafizə orqanlarının əməkdaşları isə Mətanətin meyitinə, hadisə yerinə baxış keçirmişlər, onu və digər işçiləri sorğusual etmişlər. Bunun ardınca isə Mətanətin meyiti müayinə olunmasından ötrü aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Bakı şəhəri, Nərimanov rayonu, İ.Abışov küçəsində “lsrafıloğlu" MMC-yə məxsus “Nur" çörək zavodunda 2018ci ildən etibarən isə zavodda rəsmi əmək müqaviləsi əsasında mühəndis vəzifəsində çalışır. Mühəndis kimi vəzifəsi istehsalat, əməyin və idarəetmənin təşkili, texniki nəzarət üzrə işləri yerinə yetirməkdən, enerjinin, materialların faydalı istifadə olunmasına imkan yaratmaqdan, tədqiqatların yerinə yetirilməsi, layihə və proqramların işlənib hazırlanmasından, avadanlığın sınağı, istismarı və tətbiqi ilə bağlı lazımi tədbirlərin görülməsindən, eləcə də texniki vasitələrin, sistemlərin, avadanlıq və materialların standartlaşması üzrə işlərin görülməsində iştirak etməkdən, əməyin mühafizəsi üçün norma, qayda və təlimatların yerinə yetirilməsinə, qoruyucu qurğuların və mühafizə vasitələrinin vəziyyətinə, iş yerlərində təlimatların vaxtında və keyfiyyətli aparılmasına nəzarət etməkdən ibarətdir. Belə ki, hər gün işə gəldiyi vaxt işçilər işə başlayan zaman istehsalat sexini və zavodu gəzərək avadanlıqların vəziyyəti, sazlığı ilə bağlı işçilərdən məlumat alır, işin qaydasında getməsi ilə əmin olur, hər hansı bir avadanlıqda nasazlıq olsa həmin avadanlığın təmiri ilə tək və ya çilingərlə məşğul olur, eyni zamanda demək olar ki, hər gün istehsalat sexində işləyən işçilərə işdən öncə və iş vaxtı şifahi qaydada sexin texnoloqu Şahid1 ilə birgə əməyin mühafisəzi, təhlükəsizlik texnikasına dair şifahi təlimatlar keçir, təhlükəsiz və ehtiyatla işləmələrini tövsiyyə edir, işlək vəziyyətdə olan avadanlıqlara icazələri olmadığı halda toxunmamalarını tapşırır. İş günü bitdikdən sonra isə, yəni ki, bütün işçilər çıxıb getdikdən sonra təkrarən özü təlimatlara uyğun olaraq təmizlənmiş vəziyyətdə olan istehsalat sexində istismar olunan avadanlıqlara baxış keçirir, işə salıb-söndürür və sazlığını yoxlayıb hər şeyin qaydasında olmasına əmin olub, bu barədə zavodun rəhbərliyinə məruzə edib çıxıb evə gedir. X13 və X16 çalışdığı “Nur” çörək zavodunun çörək bişirmə sexində, yəni ki, istehsalat sexində forma qablarının əllə duru yağ ilə yağlanmasını, təmizlənməsini həyata keçirmişlər, eyni zamanda iş günü yekunlaşana yaxın istehsalat sexində təmizlik işlərini görməklə məşğul olmuşlar. Jalə işə 2021-ci ilin avqust ayında, mərhum Mətanət isə işə həmin ilin sentyabr ayında başlamışlar. Kənardan gördüyü qədər onlar bir-biri ilə çox mehriban olmuşlar, daima bir yerdə işləmişlər, yemək yemişlər, işləri görməkdə bir-birinə köməklik etmişlər, aralarında heç vaxt narazıçılığın və ya küsülüyün olmasını görməmişdir. Görülən işləri yerinə yetirməkdə məsuliyyətli olmuşlar, rəhbərliyin bütün göstərişlərini vaxtı-vaxtında icra etmişlər. 07 yanvar 2022-ci il tarixdə saat 08:00 radələrində artıq işdə olmuşdur. İş geyimlərini paltardəyişmə otağında geyinib istehsalat sexinə keçmişdir. Hər gün olduğu kimi, işçilər işə başlayan zaman istehsalat sexini və zavodu gəzərək avadanlıqların vəziyyəti və sazlığı ilə bağlı işçilərdən məlumat almış, işin qaydasında getməsi ilə əmin olmuş, işçilərə işdən öncə və iş vaxtı şifahi qaydada sexin texnoloqu Şahid1 ilə birgə əməyin mühafizəsi, təhlükəsizlik texnikasına dair şifahi təlimatlar keçmiş, təhlükəsiz və ehtiyatla işləmələrinə tövsiyyə etmişdir. Jalə Nurəliyeva və Mətanət Həsənova da həmin gün işdə olmuşlar. Həmin gün qaynatasının Lənkəran rayonunun Boladi kəndində vəfat ilə əlaqədar 40 mərasimi olduğundan zavodun rəhbərliyindən həm şifahi, həmdə yazılı formada 1 gün yarımlıq icazə alıb ailə üzvləri ilə birlikdə birbaşa Lənkəran rayonu Boladi kəndinə yollanmışdır. Elə təxminən saat 18 radələrində kəndə çatdıqda qısa müddət sonra zavodun işçiləri ona zəng edərək məlumat vermişlər ki, sexdə baş vermiş bədbəxt hadisə nəticəsində işçi Mətanət Həsənova ölmüşdür. İşçilərin deməsindən bilmişdir ki, X24 Nurəliyeva ilə birgə istehsalat sexində xəmir qarışdıran qurğunun ətrafında təmizlik işlərini görərkən Jalə özbaşına və ehtiyatsızlıqdan qurğunu işə salan düyməni basmış, həmin vaxt qurğunun yaxınlığında olan Mətanət isə qurğunun qarışdırıcı qolu ilə korpusunun arasında qalıb xəsarət almış və hadisə yerində ölmüşdür. Məhkəmə iclasında şahid qisimndə dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, "xxxx" MMC 23 iyul 2012-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüququ şəxslərin dövlət qeydiyyat idarəsi tərəfindən qeydiyyata alınmış və ********** nömrəli VÖEN əldə etmişdir. MMC-nin təsisçisi X8r, sonuncu 2017-ci ilin oktyabr ayınadək həmçinin MMC-nin qanuni təmsilçisi olmuşdur. 2017-ci ilin oktyabr ayından isə MMC-nin qanuni təmsilçisi və direktoru özüdür. MMC-nin hüquqi ünvanı və “Nur” çörək zavodunun yerləşdiyi ünvan ünvan 8örək istehsalı həyata keçirilir. X16 13 avqust 2021-ci il tarixdə öz müraciəti əsasında rəsmi əmək müqaviləsi əsasında MMC-də “yağlama” işinə qəbul edilmişdir. Jalə Nurəliyevanın vəzifəsi çörək bişirmə sexində forma qabların əl ilə yağlanmasından, təmzilənməsindən, habelə iş günü yekunlaşana yaxın istehsalat sexində təmizlik işlərinin görülməsindən ibarətdir. Jalə Nurəliyeva işə qəbul olunan zaman əməyin mühafizəsinə dair qaydalarla tanış edilmiş, bilikləri yoxlanılmış, bu barədə ona təlimat keçirilmiş və müvafiq sənədləşmə aparılmışdır. X13 da 16 sentyabr 2021-ei il tarixdə öz müraciəti əsasında rəsmi əmək müqaviləsi əsasında MMC-də “tərəzi" işinə qəbul edilmişdir. Mətanət Həsənovanın vəzifəsi çörək bişirmə sexində forma qabların əl ilə yağlanmasından, təmizlənməsindən, tərəzidə ölçüyə nəzarət etməkdən və sexdə təmizlik işləri görməkdə ibarət olmuşdur. Şahid ifadəsində həmçinin göstərdi ki, Mətanət Həsənova ilə Jalə Nurəliyevanın çox gözəl münasibətləri olmuş, onlar bir- biri ilə mehriban olmuşlar, aralarında heç vaxt küsülülük və ya ədavət olmamışdır. Hər ikisi bacarıqlı işçi olmuşlar, görülən işləri yerinə yetirməkdə məsuliyyəti olmuşlar, bütün göstərişləri icra etmişlər. 07 yanvar 2022-ci il tarixdə səhər saatlarında işə gəlmiş, həmin gün ərzində zavodun bütün işçiləri öz əmək funksiyalarına uyğun olaraq işlərini görmüşlər, istehsal zamanı hər hansı bir nöqsan olmamışdır. Belə ki, özü ara-sıra zavodu gəzərək işçilərlə söhbət etmiş, problemlərin olub-olmaması ilə maraqlanmış, hər şeyin qaydasında olmasından əmin olmuşdur. Həmin gün saat 16:12 radələrində iş otağında olarkən zavodun istehsalat sexində işləyən işçilər ona məlumat vermişlər ki, sexdə baş vermiş bədbəxt hadisə nəticəsində Mətanət Həsənova ölmüş və təcili sexə gəlməsi xahiş edilmişdir. Sexə daxil olduqda isə görmüşdür ki, Mətanət Həsənovanın meyiti xəmirqarışdıran qurğunun qolu arasında sıxılıb qalmışdır, ətrafı isə qan ləkələridir, sexdə olan işçilər isə ağlaşırlar. Həmin vaxt istehsalat yekunlaşmış, sexdə təmizlik işləri həyata keçirilirdi. Orada olan işçilərdən öyrənmişdir ki, Mətanət Həsənova və Jalə Nurəliyeva sexdə təmizlik işlərini həyata keçirən zaman Mətanət xəmirqarışdıran qurğunun ətrafında və alt hissəsini silərkən Jalə icazəsi olmadığı və qurğudan anlayışı olmadığı halda özbaşına olaraq Mətanətin qurğunun alt hissəsini rahat silməsi üçün qurğunun korpusunu yuxarı qaldırmaq məqsədi ilə səhvən qurğunun qarışdırıcı qolunu işə salan düyməsinə basmış, nəticədə Mətanət qarışdırıcı qol ilə qurğunun korpusu arasında sıxılaraq xəsarət almış və ölmüşdür. Jalənin özü isə həmin vaxt şok vəziyyətində olmuş, dili söz tutmamış və ağlaya-ağlaya əsirdi. Bundan sonra qadınları sexdən çıxartdıqda Mətanət Həsənovanın meyitini qurğudan çıxarıb yerə uzandırmışlar, ardınca isə tərəfindən həm hüquq-mühafizə orqanlarına, həmdə ki, hər bir halda təcili tibbi yardıma zəng edilərək hadisə barədə məlumat verilmişdir. Bundan əlavə özü sexdə quraşdırılmış videomüşahidə kameralarında qeydə alınmış videogörüntülərə baxış keçirdikdə hadisənin işçilərin dediyi kimi baş verməsinə əmin olmuşdur. Zavoda gələn hüquq-mühafizə orqanlarının əməkdaşları isə Mətanətin meyitinə, hadisə yerinə baxış keçirmişlər, onu və digər işçiləri sorğu-sual etmişlər. Bunun ardınca isə Mətanətin meyiti müayinə olunmasından ötrü aparılmışdır. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid3 Aydın oğlu məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Şahid3 Aydın oğlunun istintaq zamanı verdiyi ifadəsi elan edilərkən məlum oldu ki, təxminən 2 ildir ki, "xxxx" MMC-yə məxsus olmaqla ünvan 7 ünvanında fəaliyyət göstərən “Nur" çörək zavodunda xəmiryoğuran vəzifəsində işləyir. Bir müddət səhhəti ilə əlaqədar işdən ayrılmış, 2021ci ilin sentyabr ayında isə yenidən əvvəlki işinə bərpa olunaraq və rəsmi əmək müqaviləsi bağlayaraq hazırki vaxtadək işləməkdə davam edir. Xəmiryoğuran kimi vəzifəsi çörək bişirmə sexində xəmirlərin yoğrulması işini aparmaqdan, xəmirin yoğrulması üçün lazım olan məmulat hazır olduqdan və xəmiryoğuran maşına xəmir qazanım yerləşdirdikdən sonra idarəetmə panclindəki düymələr vasitəsi ilə spiralvari qarışdırıcını aşağı endirməkdən və sonra işə salmaqdan sonra xəmiryoğuran maşına və xəmirin yoğrulmasına nəzarət etməkdən ibarətdir. Sexin içərisini, döşəməsi isə xadimələr təmizləyirlər. Həftənin hər günü iş günü olmaqla istirahət etmək istədikdə rəhbərlikdən icazə alır. X13 və X16 çalışdığı “Nur’ çörək zavodunun çörək bişirmə sexində, yəni ki, istehsalat sexində forma qablarının əllə duru yağ ilə yağlanmasını, təmizlənməsini həyata keçirmişlər, eyni zamanda iş günü yekunlaşana yaxın istehsalat sexində təmizlik işlərini görməklə məşğul olmuşlar. Kənardan gördüyü qədər onlar bir-biri ilə çox mehriban olmuşlar, daima bir yerdə işləmişlər, yemək yemişlər, işləri görməkdə bir-birinə köməklik etmişlər, aralarında heç vaxt narazıçılığın və ya küsülüyün olmasını görməmişdir. Görülən işləri yerinə yetirməkdə məsuliyyəti olmuşlar, rəhbərliyin bütün göstərişlərini icra etmişlər. 07 yanvar 2022-ci il tarixdə saat 08:00 radələrində artıq işdə olmuşdur. İş geyimlərini paltardəyişmə otağında geyinib istehsalat sexinə keçmişdir. Həmin gün bütün işçilər özü ilə yanaşı gündəlik fəaliyyətləri ilə məşğul olmuşlar, istehsalat zamanı hər hansı bir hadisə baş verməmişdir. Təxminən saat 15 radələrində sonuncu dəfə ona təhkim edilmiş xəmir yoğuran cihazı vasitəsi ilə xəmir yoğurub aidiyyəti üzrə verdikdən sonra işini yekunlaşdırmağa başlamışdır. Belə ki, qurğunun korpusu müvafiq düyməyə basıb yuxarı qaldırdıqdan sonra şpaker adlandırdığı qaşıyıcı alətlə qanşdırıcı qolunu, iç hissəsini və ümumi korpusu təmizləyir, yağlayır. Bu prosesi icra etdikdən sonra texnoloq Şahid1 məlumat vermiş, sonuncu gəlib qurğuya baxış keçirdikdən işini bitirdiyini deyib gedə biləcəyini söyləmişdir. Bundan sonra istehsalat sexində çıxıb paltardəyişmə otağında paltarlarımı dəyişmiş və evinə getmişdir. Ondan sonra isə xəmirqarışdıran qurğunun ətrafını xadimələr təmizləyir. Ertəsi günü, yəni ki, 08 yanvar 2022-ci il tarixdə işə gəldikdə işçilərdən xəbər almışdır ki, 07 yanvar 2022-ci il tarixdə işdən evə getdikdən qısa müddət sonra X24 Nurəliyeva ilə birgə istehsalat sexində xəmir qarışdıran qurğunun ətrafında təmizlik işlərin görərkən Jalə özbaşına və ehtiyatsızlıqdan ona təhkim edilmiş xəmir qarışdıran qurğunu işə salan düyməsini basmış, həmin vaxt qurğunun yaxınlığında olan Mətanət isə qurğunun qarışdırıcı qolu ilə korpusunun arasında qalıb xəsarət almış və hadisə yerində ölmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə və meyitə baxış keçirilməsi haqqında” 07.01.2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 7 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus “Nur” çörək zavodudur. Zavodun həyətinə giriş İ.Abışov küçəsindədir, zavodun ərazisinə həmin küçədən həm dəmir qapıdan, həmdəki avtomobillərin giriş-çıxışı üçün nəzərdə tutulmuş dəmir darvazadan daxil olmaq mümkündür. Zavodun həyətinə əsas giriş darvazasından daxil olduqda sol tərəfdə ofis otaqları, üzbəüz və sağ tərəflərdə isə istehsalat sahəsi yerləşməsi müşahidə edilir. Sol tərəfdə yerləşən ofis otaqları 2 mərtəbəlidir. Eyni zamanda zavodun istehsalat sahəsinin 2 mərtəbəli olması müşahidə edildi. Zavodun girişi ilə üzbəüz hissədə yerləşən sahə isə hazır çörəklərin qablara yığılması, avtomobillərə doldurulması prosesi həyata keçirilir. Osas istehsalat avadanlıqları (soba, xəmiryoğuran və s.) binanın 2-ci mərtəbəsində yerləşir. 2-ci mərtəbəyə qalxıb istehsalat sexinə daxil olduqda sağ tərəfdə bir biri ilə yanaşı yerləşən 06 ədəd xəmir qarışdırdan qurğuların olması müşahidə edildi. Həmin qurğularla üzbəüz istiqamətdə isə 03 ədəd çörəkbişirmə sobası, sobanın ön xəttində isə kündəkəsən qurğusu, həmin qurğunun üst hissəsində isə dincəltmə şkafları vardır. Sexdə sağ tərəfdə yerləşən saya 5-ci xəmir qarışdıran qurğunun qarşısında döşəmə üzərində meyit müşahidə edilir. Meyitin üzərinə sərilmiş mələfə qanabənzər ləkələrə bulaşmış haldadır, eyni zamanda meyitin ətrafında qanabənzər ləkələr müşahidə edilir. Mələfəni açdıqda meyitin ağzıüstə olması, sağ əlinin yuxarı istiqamətdə, sol əlinin isə aşağı istiqamətdə olması göründü. Meyitin baş və sağ əl nahiyələri tərəfdə həm yerdə, həmdə bədən üzvlərində qanabənzər ləkələr vardır. Baxış iştirakçısı "xxxx" MMC-nin direktoru Şahid4 bildirmişdir ki, həmin şəxs zavodun işçisi 03.03.1971-ci il təvəllüdlü X9r. Belə ki, o, bildirmişdir ki, həmin gün saa 16:10 radələrində Mətanət Həsənova xəmir qarışdıran qurğularında ətrafında təmizlik işləri görərkən sexdə sağ tərəfdə yerləşən 5-ci xəmir qarışdıran qurğunun ehtiyatsızlıqdan digər işçi X16 tərəfindən işə salınması nəticəsində Mətanət qurğunun qarışdıncı qolu ilə korpus arasında qalaraq xəsarət almış və hadisə yerində həkimlər gələnədək ölmüşdür. Mətanət Həsənovanın meyitinin aşkar edildiyi hissədə olan xəmir qarışdıran qurğuların ikisinin korpusu (qapağı) yuxanda olmaqla, üçüncüsünün korpusu aşağı haldadır. Mətanət Həsənovanın meyitinin əynində tünd göy rəngdə qarışıq materiallardan ön hissəsində iki ədəd cibi olan köynək (xüsusi geyim), qara rəngdə qarışıq materialdan üzərində ağ rəngdə qeyri-müəyyən formada naxışları olan uzunqol köynək, tünd göy rəngdə eyni materialdan xüsusi geyim şalvarı, ağ rəngdə qarışıq materialdan 1 cüt corab vardır. Paltarların üzəri qanabənzər ləkələrə və dağılmış baş beyin toxumalarının hissəciklərinə bulaşmışdır. Meyit qadın cinslidir, kafi qidalıdır. Meyit əllədikdə soyuqdur, dəri örtüyü solğundur. Meyit ləkələri arxa və yan səthlərində yerləşmişdir, bənövşəyi qırmızımtıl rəngdədir, barmaqla təzyiq etdikdə rəngi itir, bir dəqiqə sonra əvvəlki rəngi bərpa olur. Meyit qacıması bütün qrup əzələlərdə zəif inkişaf etmişdir. Baş kobud deformasiya uğramışdır, alının sağ yarısında, sağ gicgah, təpə və ənsə əzilmiş yaralar vardır ki, bu yaraların mənfəzindən alın, gicgah ənsə kəllə əsası sümükləri çox qəlpəli sümüklərinin, yerini dəyişən, mürəkkəbi sınmış fraqmentləri görsənir və bu nahiyələrdən kəllə boşluğunda baş beyinin toxumasının əzilmiş didilmiş hisləri evakuasiya olunmuşdur, yumşaq toxumalar qansızmalıdır. Başın tükləri tünd qəhvəyimtil rəngdə olub, hər iki göz qapaqları yarım açıq vəziyyətdədir, bəbəklər dairəvi formada olub, bir-birinə bərabərdirlər, buynuz qişalar parlaqdır, konyuktiva altına qırmızımtıl rəngdə geniş sahəli qansızma vardır. Burun sümükləri və qığırdaqlarını əllə yoxladıqda patoloji hərəkətlidir xırçıltılıdır. Burun və xarici qulaq keçəcəklərindən qırmızımtıl rəngdə duru qan ifraz olunur. Ağızı yarım açıq vəziyyətdədir, üst çənə cənə dişləri protez, alt çənə dişləri təbidir, tamdır. Alt çənə patoloji hərəkətlidir, xırçıltılıdır. Dili ağız boşluğunda yerləşmişdir. Boynu bədənə müvafiq inkişaf etmişdir, patoloji hərəkətlidir, xırçıltılıdır. Döş qəfəsi silindrik formada olub, simmetrikdir. Əllə yoxladıqda hər iki körpücük solda İ-İİ-İİİ, sağda isə İ-İİ qabırğalar patoloji hərəkətlidir xırçıltılıdır. Meyitin xarici müayinəsi zamanı meyitin bədən səthində aşağıdakı xəsarətlər aşkar edildi: boyunun sol yarısının bayır səthində əzilmiş yara, döş qəfəsinin ön səthinin sol yarısında 11-İİİ-İV qabırğalar, sağ bazunun yuxarı üçdə birinin bayır səthində sol saidin aşağı üçdə birinin arxa səthində, qarının sağ yarısının bayır səthində, sağ budun yuxarı üçdə birinin bayır səthində, sağ budun aşağı üçdə birinin ön və bayır səthlərində, sağ diz oynağının ön səthində, sol budun orta üçdə birinin ön və bayır səthlərində, sol diz oynağının ön və iç səthlərində, qançırlar, sağ saidin yuxarı üçdə birinin arxa səthində, sağ mil bilək və sağ əlin arxa səthində, sol mil bilək oynağının arxa səthində, sol əlin arxa səthində, sıyrıqlar, sağ baldırın aşağı üçdə birinin ön səthində qançır, bu qançırın səthində sıyrıqlar, sağ ayağın daraq falanqasının ön səthində qançır, bu qançırın səthində sıyrıq. Baxışın davamı olaraq hadisə baş vermiş xəmir qarışdıran qurğuya baxış keçirdikdə qurğunun spiral formasında qarışdırıcı qolu olması müəyyən edildi. Qurğunun yan hissəsində gövdəsinin üzərində idarəetmə lövhəsi vardır ki, həmin lövhənin üzərində 04 ədəd düymə vardır. Həmin düymələrin 3-ü yaşıl rəngli, 1-i isə qırmızı-sarı rənglidir. Baxış zamanı müəyyən edilmişdir ki, yaşıl rəngli düymələrdən sol tərəfdən birinci qurğunun işə salan, ikincisi qurğunun qapağını endirən, üçüncüsü isə qapağı qaldıran düymədir. Qırmızı-sarı rəngli olan düymə isə “Stop” düyməsidir. Baxış zamanı düymələrin hamısının və qurğunun da işlək vəziyyətdə olması müəyyən edilmişdir. Baxış zamanı hadisə baş vermiş istehsalat sexində videomüşahidə kameraların olması aşkar edilmişdir. Baxış iştirakçısı Şahid4 bildirmişdir ki, həmin videomüşahidə kameralarında baş vermiş hadisə öz əksini tapmışdır, görüntülərə zavodun ofis hissəsində baxmaq mümkündür. Beləliklə əhəmiyyət kəsb etdiyindən zavodun ofis hissəsinə gedilərək hadisənin əks olunduğu götürüntülərə baxış keçirilmişdir. Kamerada 07 yanvar 2022-ci il tarixdə saat 16:10-dan saat 16:13- dək qeydə alınmış görüntülər iş üçün əhəmiyyət kəsb etdiyindən qeyd olunan müddəti əks etdirən görüntülər müvafiq qaydada arxivləşdirilərək USBdaşıyıcıya (Fleşkarl) köçürülüb götürülmüş və protokola əlavə edilmişdir. 08 yanvar 2022-ci il tarixli USB-daşıyıcıda olan videogörüntülərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, USB daşıyıcıda 01 ədəd “XQTQ4688” adlı “MP4” formatlı videofayl vardır. Videofaylı açdıqda görünür ki, videomüşahidə 07 yanvar 2022-ci il tarixdə saat 16:10:51-də başlayır və ünvan 7 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus “Nur” çörək zavodunun istehsalat sahəsinin xəmirqarışdıran qurğuların olan hissəsini qeydə alır. Videodan görünür ki, həmin hissədə xadimələr tərəfindən təmzilik həyata keçirilir, döşəmə silinir. İlk andan kadrda X17 görünür və o, əlində olan şvabra ilə döşəməni silir. Saat 16:11:42-də kadra X13 daxil olur, daha sonra isə o, kameranın əhatə dairəsindən çıxır və saat 16:12:08-də yenidən əlində vedrə ilə kameranın əhatə dairəsinə daxil olmaqla birbaşa hadisə baş vermiş xəmirqarışdıran qurğuya yaxınlaşır. Saat 16:12:15-də Mətanət Həsənova sol əli ilə qurğunun idarəetmə panelinə işarə etmiş və qurğunun digər tərəfinə keçib vedrəni yerə qoyaraq əski ilə yeri silməyə başlamışdır. Jalə Nurəliyeva isə əlində şvabra ilə həmin qurğunun idarəetmə lövhəsinə yaxınlaşaraq saat 16:12:28-do qurğunu işə salan düyməyə basdıqda qurğunun qarışdırcı qolu fırlanmağa başlamış və həmin an qurğunun alt hissəsinə düşən döşəməni silən Mətanət Həsənovanın başını əzərək bədənini içəri çəkmişdir. Saat 16:12:31-də kadra digər işçi daxil olaraq qaçaraq qurğuya yaxınlaşmış və idarəetmə lövhəsində düyməyə basmışdır. Həmin andan sonra zavodun digər işçiləri də hadisə baş vermiş hissəyə toplamışlar. Mətanət Həsənovanın isə hərəkət etməməsindən və ətrafında qan ləkələrinin yaranmasına görə müəyyən edilir ki, sonuncu artıq ölmüşdür. Video 16:13:27-də yekunlaşır. Ümumilikdə müəyyən olundu ki, daşıyıca olan videogörüntü 02:36 dəqiqə müddətində, 07.01.2022ci il tarixdə saat 16:10:51-də başlayır və 16:13:27-də yekunlaşır. Baxış bitdikdə qeyd edilən videogörüntü USB daşıyıcısından CD disk köçürülərək müvafiq qaydada qablaşdırılıb üzərinə Nərimanov rayon prokurorluğunun dəftərxana möhürü vurulmuş və cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsi tərəfindən verilmiş **********942300 nömrəli çıxarışlardan görünür ki, “İsrafiloğlu" MMC-nin hüquqi ünvanı ünvan 9rləşməklə ********** nömrəli VÖEN ilə 23 iyul 2012ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. MMC-nin təsisçisi və təmsilçisi X8r, 23 oktyabr 2017-ci ildən isə MMC-nin təmsilçisi Şahid4 Aydııı oğludur. Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhər Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərinin Dövlət Qeydiyyatı İdarəsi tərəifndən 23 iyul 2012-ci il tarixdə qeydiyyata alınmış "xxxx" MMC-nin nizamnaməsindən görünür ki, cəmiyyət qanunvericiliklə müəyyən olunmuş qaydada və qadağan olunmayan hallarda çörək istehsalı, uzun müddət saxlanıla bilməyən unlu qənnadı məmulatlarının istehsalı və sair fəaliyyət növləri ilə məşğul olur. 21 yanvar 2022-ci il tarixdə Nərimanov RPİ-nə 17-ci Polis Şöbəsinə verilmiş əməliyyat tapşırığının 08 fevral 2022-ci il tarixli 080-2195-1222 nömrəli cavab məktubundan görünür ki, 07.01.2022-ci il tarixdə Nərimanov rayonu, İ.Abışov küçəsi 16R ünvanında yerləşən “İsrafiloğlu" MMC-də fəhlə işləyən 03.03.1971 -ci il təvəllüdlü X5 xəsarət alaraq ölməsi ilə əlaqədar həmin müəssisədə aparılmış əməliyyat sorğuları zamanı müəyyən olunmuşdur ki, X5 işdə hər hansı bir şəxslə ədavəti, problemi və ya mübahisəsi olmamışdır. Baş vermiş hadisəni ehtiyatsızlıqdan törədən X16 ilə X5 münasibətləri yaxın olmuşdur, aralarında küsülülük və ya narazılıq olmamışdır. 13 avqust 2021-ci il tarixli əmək müqaviləsindən, bildirişindən və əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə işçilərin vəzifə təlimatından görünür ki, X16 həmin tarixdə “İsrafiloğlu" MMC-yə “yağlama” vəzifəsinə işə götürülmüş və əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə işçilərin vəzifə təlimatı ilə tanış olaraq imza etmişdir. X7 iştirakı ilə keçirilmiş hadisə yerinin əlavə baxış haqqında 07 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 7 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus “Nur” çörək zavodudur. Zavodun həyətinə əsas giriş darvazasından daxil olduqda sol tərəfdə ofis otağı, üzbəüz və sağ tərəflərdə isə istehsalat sahəsi yerləşir. İstehsalat sahəsi 2 mərtəbəlidir. Əsas istehsalat avadanlıqları (soba, xəmiryoğuraıı və s.) binanın 2-ci mərtəbəsində yerləşir. Birinci mərtəbədə isə istehsal olunmuş çörəklərin yığılıması üşün nəzərdə tutulmuş rəflər vardır. Həmçinin istehsal olunmuş çörəklər elevator vasitəsi ilə birinci mərtəbəyə ötürülür ki, birinci mərtəbədə də çörəklər qablaşdırılır. İstehsalat sahəsinin ikinci mərtəbəsdinə daxil olduqda sağ tərəfdə bir biri ilə yanaşı yerləşən 06 ədəd xəmir qarışdırdan qurğular vardır. Sağ tərəfdən üçüncü qurğudan sonra aralıq sahədə bunker vardır. Həmin qurğularla üzbəüz istiqamətdə isə 03 ədəd çörəkbişirmə sobası, sobanın ön xəttində isə kündəkəsən qurğusu, həmin qurğunun üst hissəsində isə dincəltmə şkafları vardır. Sobaların son xəttində isə elevator vardır ki, sobadan çıxan çörəklər həmin elevator vasitəsi ilə birinci mərtəbəyə ötürülür. Baxışda iştirak edən Şahid1 bildirmişdir ki, hadisə istehsalat sahəsinə daxil olduqda sağ tərəfdə yerləşən sayca 5-ci xəmir qarışdırdan qurğuda baş vermişdir. Qeyd olunan qurğuya baxış zamanı müəyyən olundu ki qurğunun yerdən hündürlüyü 0,7 metr, gövdənin diameteri 1 metr, həmin gövdənən 01 ədəd spiral formasında metal materialdan ibarət qarışdırıcı vardır. Qurğunun yaxınlığında diametri 1 metr, dərinliyi 0,7 metr olan qazan vardır. Baxış iştirakçısı Şahid1 qeyd etmişdir ki, qeyd olunan qazanın içərisinə su və un boşaldıldıqdan sonra qazan qarışdırıcı qurğunun alt hissəsinə yerləşdirilir və qapaq qazanın üzərini tam bağladıqdan sonra qurğu işə salınır və xəmir qarşıdırılır. Qurğunun yan hissəsində gövdəsinin üzərində idarəetmə lövhəsi vardır ki, həmin lövhənin üzərində 04 ədəd düymə vardır. Həmin düymələrin 3-ü yaşıl rəngli, 1-i isə qırmızı-sarı rənglidir. Baxış zamanı müəyyən edildi ki, yaşıl rəngli düymələrdən sol tərəfdən birinci qurğunun işə salan, ikincisi qurğunun qapağını endirən, üçüncüsü isə qapağı qaldıran düymədir. Qırmızı-sarı rəngli olan düymə isə “Stop" düyməsidir. Baxış zamanı düymələrin hamısının və qurğunun da işlək vəziyyətdə olması müəyyən edilmişdir. Həmçinin baxış iştirakçısı Jalə Nurəliycva əyani olaraq istehsalat sahəsinə daxil olduqda sağ tərəfdə yerləşən sayca 5-ci xəmir qarışdırdan qurğunu işarə edərək həmin qurğunun məhz 07 yanvar 2022-ci il tarixdə Mətanət Həsənovanın xəsarət alaraq ölməsinə səbəb olmuş qurğunun olmasını təsdiq etmiş, eyni zamanda həmin qurğunun korpusun yuxarı qaldırmaq üçün basdığı düyməni işarə etmişdir. Müəyyən edilmişdir ki, Jalə Nurəliyevanın hadisə vaxtı basdığı düymənin təyinatı xəmir qarışdıran qurğunu işə salmaqla qarışdırıcı qolunu fırlatmaqdır. Baxış iştiraçkısı Şahid1 əyani olaraq hadisə baş vermiş xəmir qarışdıran qurğunun idarə etmə lövhəsində olan hər bir düyməni işarə edərək təyinatlarını göstərmişdir; Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanımaq haqqında 19.01.2022-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən X5 əri X14 cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış və ona Azərbaycan Respublikası CPM-nin 106-cı maddəsi ilə nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X3 26.01.2022-ci il tarixli, 1/137 №-li məktundan görünür ki, 03.03.1971-ci il təvəllüdlü X15 və xx.xx.1988-ci il təvəllüdlü X4 10 ildə stasionar müalicə üçün Bakı şəhər 2 nömrəli Klinik Xəstəxanasına müraciət etməyiblər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədis Birliyinin 07.02.2022-ci il tarixli, 03 №-li ekspert rəyindən görünür ki, 1971-ci il təvəllüdlü X5 meyidinin məhkəmə-tibbi ekspertizasına labarotor müayinəsinin cavabına əsaslanaraq ilkin məlumatı nəzərə alaraq və ekspertiza qarşısında qoyulan suallara cavab olaraq aşağıdakı nəticəyə gəlir: X5 meyitində aşağıdaki xəsarətlər aşkar olundu: baş beynin əzilib dağılaraq xaricə tökülməsi (evakuasiyası) ilə müşayiət olunan kəllə tağı, kəllə əsası sümüklərinin mürəkkəb qəlpəli yerini dəyişən açıq sınıqları, burun və alt çənə sümüklərinin, hər iki körpücük, İİ-11İ boyun fəqərəsinin, solda l-İİ-lll, sağda isə l-İİ qabırğalarının yerini dəyişən qapalı sınıqları, kəllənin yumşaq toxumalarının, boyunun sol yarısının bayır səthinin əzilmiş yaraları, döş qəfəsinin, sağ bazunun, sol saidin, qarının sağ yarısının, sağ və sol budun, sağ və sol diz oynağının, sağ və sol saidin, sağ mil bilək oynağının və sağ və sol əlin, sağ baldırın sıyrıqları, sağ ayağın daraq falanqasınm qançır və sıyrıqları. Qeyd olunan xəsarətlər həyati olub, ölümündən az əvvəl küt əşyanın (əşyaların) təsirindən, qərarda göstərilən 07.01.2022-ci il tarixdə saat 16:10 radələrində xəmir qarışdıran qurğunun (mikser) alt hissəsini təmizləyərkən həmin qurğunun işə düşməsi nəticəsində qurğunun qolunun arasında qalması nəticəsində əmələ gələ bilərdi və ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanm əlamətlərini daşıyır. X5 ölümünə səbəb yuxarıda qeyd olunan travma kompleksi nəticəsində baş vermiş həyat ilə bir araya sığmayan xəsarətlər olmuşdur. Ölüm meyitin meyitxanada müayinə olunduğu vaxtdan təxminən 4-6 saat əvvələ uyğun gəlir, bu da meyit əlamətləri ilə öz təsdiqini tapır. X5 meyitindən götürülmüş əzələdə məhkəmə- kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 28.02.2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, X16 əvvəllər məhkum olunmamışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinnin 28 fevral 2022-ci il tarixli 10/288 nömrəli məhkəmə mühəndis texniki ekspertizasının rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nazim qaydaları”nın 11-ci bəndinin tələbləri pozulmuşdur ki, bu da hadisənin texniki səbəbi olmuşdur. Əmək müqaviləsi ilə yağlama peşəsinə təyin olunmuş və iş üzrə təlimatlandırılmış Jalə Nurəliyeva istehsalat sahəsində təmizlik işləri aparan zaman xəmirqarışdıran avadanlığı işə saldığına görə, “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydalarının 11-ci bəndinin tələbləri onun tərəfindən pozulmuşdur. Hadisənin baş vermə şəraitini nəzərə aldıqda zərərçəkmiş şəxsin özü tərəfindən qaydaların və təlimatların tələblərinin pozulması halı müəyyən edilmir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 102 manat təşkil edir; “Sübutların qiymətləndirilməsi haqqında” 04 mart 2022-ci il tarixli qərardan görünür ki, iş üzrə şahidlərin və zərərçəkmiş şəxsin hüquqi varisinin dindirilmə protokolları, hadisə yerinin baxış protokolları, məhkəmə-tibbi ekspertizasının 07 fevral 1022-ci il tarixli 03 nömrəli, məhkəmətəhlükəsizlik texnikası ekspertizasının 28 fevral 2022-ci il tarixli 10/288 nömrəli və kompleks komisyon ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 15 fevral 2022-ci il tarixli 384 nömrəli ekspert rəyləri, istintaq hərəkətləri protokolları və cinayət işinə əlavə edilmiş digər rəsmi sənədlər sübut növü kimi qiymətləndirilmiş, hadisə yerinə baxış keçirilməsi zamanı götürülmüş və baş vermiş hadisəni özündə əks etdirən videogörüntülər olan 01 ədəd “CD-disk” maddi sübut hesab edilsin və cinayət işinin materiallarında saxlanılsın. “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 05 mart 2022-ci il tarixli qərardan görünür ki, X16 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X10 məhkəməyə göndərdiyi notarial qaydada təsdiq edilmiş 12 mart 2022-ci il tarixli ərizədən görünür ki, o 07.01.2022-ci il tarixdə “Nur” çxrək zavodunda baş vermiş bədbəxt hadisə zamanı dünyasını dəyişmiş arvadı X5 vəfatı ilə bağlı onun X11 qarşı heç bir maddi və mənəvi iddiası, tələbi. Şikayəti yoxdur və gələcəkdə olmayacaq, onunla barışmışdır; Məhkəmə, iş üzrə müəyyən edilmiş halları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutları, o cümlədən təqsirləndirilən şəxsin ifadəsini etirafedici ifadəsini, şahidlərin ifadələri, ekspert rəyləri və cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokolları mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən sübut növü kimi qəbul edib hesab edir ki, təqsirləndirilən şəxs X7 əməlində cinayət tərkibi vardır və onun əməli CM-in 124.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Belə ki, Cinayət Məcəlləsinin 124.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan adam öldürmə—iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qəsdən adam öldürmə cinayətləri ilə müqayisədə ehtiyatsızlıqdan adam öldürmə cinayətlərinin ictimai təhlükəliliyinin daha aşağı olması ilə fərqlənir. Bu cinayətlərin ictimai təhlükəliliyi daha çox təqsirkarın şəxsiyyəti, onun müəyyən olunmuş qaydalara münasibəti və s. ilə əlaqədar olur. Müasir dövrdə elm və texnikanın, istehsalatın yüksək sürətlə inkişaf etdiyi bir şəraitdə ictimai münasibətləri tənzim edən çoxlu sayda qaydalar mövcuddur ki, müəyyən etinasız, laqeyd münasibət nəticəsində həmin qaydaların pozulması ehtiyatsızlıqdan törədilən adam öldürmə cinayətinin baş verməsinə səbəb olur. Şərh olunan cinayətin obyekti qismində başqa şəxsin həyatı çıxış edir. Bu cinayət obyektiv cəhətdən məişətdə, təsərrüfatda, istehsalatda, xidməti və peşə vəzifələrinin yerinə yetirilməsi zamanı və s. hallarda müxtəlif qaydaların pozulması ilə müşayiət olunan və nəticədə başqa şəxsin ölümünə səbəb olan hərəkət və ya hərəkətsizliklə xarakterizə olunur. Təqsirkarın hərəkət və ya hərəkətsizliyi ilə zərərçəkmiş şəxsin ölümü arasında səbəbli əlaqə olmalıdır. Əməlin CM-in 124-cü maddəsi ilə tövsif edilməsi üçün təqsirkarın əməlində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmanı ağırlaşdırıcı hal kimi nəzərdə tutan hər hansı başqa cinayətin tərkibi olmamalıdır. Başqa sözlə, əgər CM-in hər hansı maddəsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan əməli ağırlaşdırıcı hal kimi nəzərdə tutarsa, onda təqsirkarın əməli həmin əlamət üzrə tövsif olunmalıdır Şərh olunan cinayət subyektiv cəhətdən ehtiyatsızlığın cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq növü ilə xarakterizə olunur. Cinayətkarcasına özünəgüvənmə ilə adam öldürmə hallarında şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) başqasının ölümü ilə nəticələnəcəyi imkanını qabaqcadan görür, lakin kifayət qədər əsas olmadan zərərçəkmiş şəxsin ölümünün qarşısını alacağını güman edir (CM-in 26.2-ci maddəsi). Cinayətkarcasına etinasızlıqla adam öldürmə hallarında şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) başqasının ölümünə səbəb olacağı imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə bilməli olduğu halda, bunu görmür (CM-in 26.3-cü maddəsi). Məhkəmə istintaqı zamanı araşdırılmış sübutlardan göründüyü kimi, ünvan 10 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus “Nur” çörək zavodunda işləyən işçilər ilə əmək müqaviləsi bağlanmış, onlar əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair təlimatlandırlmışdır. Buna baxmayaraq istehsalat sahəsində təmizlik işləri zamanı Jalə Nurəliyeva xəmirqarışdıran avadanlığı işə salmış və nəticədə hadisə baş vermişdir. 20 iyul 1984-cü il tarixində təsdiq edilmiş, «Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları»na uyğun olaraq: Fəhlə və qulluqçuların əsas vəzifələri - bənd 11. «Fəhlə və qulluqçular borcludurlar: b) istehsalatda əsas qayda olan, əmək nizam-intizamına riayət etməli, rəhbərliyin tapşırığını dəqiq yerinə yetirməli . »: d) müvafiq təlimat və qaydalar ilə müəyyən edilmiş əməyin mühafizəsinə və təhlükəsizlik texnikasına dair tələblərə tam riayət etməli ...». Beləliklə, məhkəmə istintaqında araşdırılan sübutlarla müəyyən edildi ki, X1” MMC-yə (VÖEN №**********) məxsus “Nur” çörək zavodunda bilikləri yoxlanıldıqdan və onunla əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə təlimat keçirildikdən sonra 13 avqust 2021-ci il tarixdən etibarən müstəqil olaraq yağlama vəzifəsində işləyərkən 07 yanvar 2022-ci il tarixdə saat 16:12 radələrində iş günün bitməsinə az qalmış zavodun istehsalat sahəsində “tərəzi” vəzifəsində işləyən 03 mart 1971-ci il təvəllüdlü X13 ilə birlikdə təmizlik işləri görərkən əmək nizam-intizamına riayət etməli, rəhbərliyin tapşırıqlarını dəqiq yerinə yetirməli, müvafiq təlimat və qaydalar ilə müəyyən edilmiş əməyin mühafizəsinə və təhlükəsizlik texnikasına dair tələblərə tam riayət etməli olduğu halda “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydalarının 11-ci bəndinin tələblərini pozaraq öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda onları görməyərək cinayətkarcasına etinasızlıq etmiş, nəticədə istehsalat sahəsində yerləşən xəmirqarışdıran qurğunun ətrafını və alt hissəsini əski ilə təmizləyən Mətanət Həsənovanın qurğunun alt hissəsini rahat silməsi üçün işləmə mexanizmini bilmədiyi və istifadə etməsinə icazə verilmədiyi halda xəmirqarışdıran qurğunun idarəetmə lövhəsinə yaxınlaşaraq ehtiyatsızlıqdan qurğunun işə salan düyməsini basması səbəbindən Mətanət Həsənova aldığı sağlamlığa ağır zərər vurmaya aid olan xəsarətlər alaraq qeyd olunan travma kompleksi nəticəsində baş vermiş həyat ilə bir araya sığmayan xəsarətlər alaraq ölmüş, yəni ehtiyatsızlıqdan Mətanət Həsənovanı öldürmüşdür. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X7 əməli CM-in 124.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X7 barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, X11 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: -ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, -qadın olmasını, himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmasını; - yaşayış və işlədiyi yer üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Masallı RİHB-nın Xıl Kənd inzibati dairəsi üzrə nümayəndəsi M.Sadıqov və "xxxx" MMC tərəfindən verilmiş xasiyyətnamələr); - zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsi və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, X11 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, X7 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 124.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Məhkəmə hesab edir ki, X11 islah işləri cəzasının təyin edilməsi onun islah olunması məqsədinə cavab verir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, X16 CM-in 124.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə sübut - baş vermiş hadisəni özündə əks etdirən videogörüntülər olan 01 ədəd “CD-disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi olan 102 (yüz iki) manat ekspertiza xərci X6 tutularaq dövlət büdcəsinə ödənilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X7 CM-in 124.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs X7 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatı üçün cəmi 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Femida” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona aylıq qazancından hər ay dövlət nəfinə 20 (iyirmi) faiz pul tutulmaqla 2 (iki) il müddətə islah işləri cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli X7 qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablansın. Hökmün icrası X7 yaşayış yeri üzrə Probasiya şöbəsinə tapşırılsın. X16 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut- 01 ədəd “CD-disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 102 (yüz iki) manat ekspertiza xərci X6 tutularaq dövlət büdcəsinə ödənilsin. Müdafiəçi2 tərəfindən X7 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 20 (iyirmi) iş saatı üçün cəmi 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Femida” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-244/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-244/2022
14.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver