Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-245/2021 30.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X5 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, 04 avqust 1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 59A-da qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Naxçıvani küçəsi, nömrəsiz fərdi tikilidə yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 3,588 qram çəkidə, kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 11.02.2021-ci il tarixdə saat 19:00 radələrində Nərimanov Rayon Polis İdarəsinin X1 və həmin idarənin 16-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanın qarşısında saxlanılaraq Nərimanov Rayon Polis İdarəsinə gətirilmiş, idarənin inzibati binasında üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcənin sol iç cibindən şəffaf polietilenə bükülmüş 3,588 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək bildirmişdir ki, həbs olunan müddətədək təxminən 7-8 ay narkotik vasitə olan heroindən istifadə etmişdir. Polis əməkdaşları tərəfindən tutulmamışdan bir gün əvvəl, yəni 10 fevral 2020-ci il tarixdə saat təxminən 20:00 radələrində Zığ qəsəbəsində yalnız adının Natiq olduğunu bildiyi şəxsdən 20 manata 1 büküm heroin almışdır. 11 fevral 2021-ci il tarixdə saat 19:00 radələrində idarə etdiyi **-BH-*** dövlət qeydiyyat nişanlı “Porsche Cayenne” minik markalı avtomobillə ünvan 3 ünvanın qarşısında gəlmiş və avtomobili yolun kənarında saxlayaraq avtomobildən düşmüşdür. Bu zaman 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərərək Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları olduqlarını bildirmişdirlər. Bundan sonra polis əməkdaşları ona qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamağı, daşımağı və istifadə etməyi barədə məlumatları olduğunu və bu məlumatın yoxlanılması üçün onlarla birlikdə Nərimanov Rayon Polis İdarəsinə getməli olduğunu bildirmişlər. O, etiraz etmədən polis işçiləri ilə birlikdə Nərimanov Rayon Polis İdarəsinin inzibati binasına getmişdir. Polis İdarəsində üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, əynində olan qara rəngli gödəkcənin sol iç cibindən şəffaf polietilenə bükülmüş içərisində narkotik vasitə heroin olan bükümü çıxardaraq polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra onun, vəkilinin və polis əməkdaşlarının iştirakı ilə idarə etdiyi avtomobildə axtarış keçirilmişdir. Axtarış zamanı idarə etdiyi etdiyi avtomobildən heç bir qanunsuz əşya və maddə aşkar edilməmişdir. Son olaraq törətdiyi əməli etiraf edərək əməlindən səmimi peşman olmasını və himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov RPİ-nin X1 baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 08.02.2021-ci il tarixdə Nərimanov RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə verilmiş 078- 3443 nömrəli tapşırığın icrası ona həvalə edilmişdir. Həmin tapşırıqda Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilməsi və ifadəsinin alınması üçün Nərimanov RPİ-nin İŞ-nə təmin edilməsi göstərilmişdir. Tapşırıqla əlaqədar tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədilə tərəfindən Nərimanov RPİ-nin rəhbərliyinə raportla məruzə olunub əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə alınmışdır. Bundan sonra tərəfindən ‘‘Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərar qəbul olunmuş və əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün ondan, Nərimanov RPİ-nin X1 əməliyyat müvəkkili, polis leytenantı Şahid3 Bəhmən oğlundan, Nərimanov RPİ-nin 16-cı PBnin cinayət-axtarış üzrə kiçik inspektoru Şahid2 ibarət əməliyyat qrupu yaradılaraq əməliyyataxtarış tədbiri keçirilmişdir. 11 fevral 2021 -ci il tarixdə saat 19:00 radələrində əməliyyat qrupunun digər üzvləri ilə birlikdə ünvan 4 ünvanın yaxınlığına getmişdirlər və orada özlərinə mövqe seçib, həmin ərazini əməliyyat müşahidəsi altına almışdır. Təxminən bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Porsche Cayenne” minik markalı, 99-BH- 888 dövlət qeydiyyat nişanlı avtomobil ilə həmin ünvanın qarşısına gəlmişdir və avtomobildən düşmüşdür. Onlar dərhal Təqsirləndirilən şəxs yaxınlaşmışlar və özlərini təqdim edərək Nərimanov RPİ-nin əməkdaşları olduqlarını bildirmişdirlər. Onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumatlarının olduğunu bildirmişlər və bu məlumatın yoxlanılması üçün onu Nərimanov RPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən onlarla birlikdə Nərimanov RPİ-nə getməyə razılıq vermişdir. Təqsirləndirilən şəxs Nərimanov RPİ-nə gətirildikdən sonra bu barədə tərəfindən raportla idarə rəhbərliyinə məruzə edilmiş və raportun icrası idarənin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis kapitanı Orxan Məmmədova həvalə olunmuşdur. Təhqiqatçı tərəfindən ilk öncə Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsindən ötrü dövlət hesabına müdafiəçi təyin edilmişdir. Dəvət edilmiş müdafiəçi Təqsirləndirilən şəxs təqdim edildikdən sonra, sonuncu şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə video çəkiliş vasitəsilə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirilməmişdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya olub-olmadığını soruşulmuş, əgər vardırsa həmin əşyaları könüllü təqdim etmək təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sol iç cibindən şəffaf polietilenə bükülmüş içərisində tünd qəhvəyi rəngli və spesifik iyə malik maddə olan bükümü çıxardaraq təqdim etmişcir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf polietilenə bükülmüş maddə narkotik vasitə olan heroin olduğunu və həmin heroini 10 fevral 2020-ci il tarixdə saat təxminən 20:00 radələrində Bakı şəhəri, Xətai rayonu, Zığ qəsəbəsində yalnız adının Natiq olduğunu bildiyi şəxsdən öz istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən “Nokia” markalı mobil telefonu təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Lakin Təqsirləndirilən şəxs üzərindən heç bir qanunsuz əşya və maddə aşkar edilməmişdir. Ondan aşkar edilərək götürülmüş şəffaf polietilen bükümdə olan narkotik vasitə heroin zərfə qoyulub qablaşdırılaraq üzəri möhürlənmiş, həmin zərfin üzəri şəxsi axtarışda iştirak etmiş şəxslər tərəfindən imzalanmışdır. Şəxsi axtarışla əlaqədar təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokol o və şəxsi axtarışda iştirak etmiş digər şəxslər tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi **-BH-*** dövlət qeydiyyat nişanlı “Porsche Cayenne” minik markalı avtomobildə axtarış keçirilmişdir. Axtarış zamanı “Porsche Cayenne” minik markalı avtomobildən heç bir qanunsuz əşya və maddə aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin X1 əməliyyat müvəkkili Şahid3 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdikləri xüsusatları eyni ilətəsdi qetmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 12 fevral 2021-ci il tarixli qərardan görünür ki, faktla əlaqədar Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq ibtidai istintaq aparılması üçün icraata qəbul edilmişdir. Şübhəli şəxsin tutulması haqqında 11 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 11 fevral 2021-ci il tarixli “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə başlamazdan əvvəl təklif olunmuşdur ki, üzərində dövriyyəsi qanunla qadağan olunmuş maddələr və əşyalar varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol iç cibindən 01 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünü çıxardaraq təqdim edib bildirmişdir ki, təqdim etdiyi bükülünün içərisindəki narkotik vasitə olan “heroindir”. Həmin bükülüyə baxdıqda içərisində toz halında, qəhvəyi rəngli, spesifik iyə malik olan maddə olduğu aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi 01 (bir) ədəd bükümün içərisindəki “heroini” ötən gün, yəni 10.02.2021 -ci il tarixdə təxminən saat 20:00 radələrində Bakı şəhəri, Xətai rayonu, Zığ qəsəbəsində Natiq adı ilə tanıdığı şəxsdən 20 (iyirmi) manat pul müqabilində öz istifadəsi üçün alaraq əynində olan qara rəngli gödəkçəsinin sol iç cibinə qoyaraq saxlamışdır ki, ehtiyacı olduğu zaman istifadə etsin. Bundan əlavə Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən 01 (bir) ədəd “Nokia” markalı mobil telefon cihazını da könüllü olaraq təqdim etmişdir. Əlavə axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı bir əşya və ya maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi maddə iş üçün əhəmiyyət kəsb etdiyinə görə götürülərək qablaşdırılmış və DİN-nin 44 nömrəli möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 (bir) ədəd “Nokia” markalı mobil telefon cihazı cinayət təqibi üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. Ərizə əsasında avtomobilə axtarış aparılması barədə 11 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi “Porsche Cayene” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin salon və yük yerinə aparılan axtarış zamanı hər hansı bir qanunsuz əşya və ya maddələr aşkar edilməmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 12.02.2021-ci il tarixli 6/639 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, təhqiqata təqdim edilmiş, üzərində “Zərflər üçün №44“ möhür əksi, “Təqsirləndirilən şəxs olan maddə...” və s. yazılar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 3,588 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 109.90 manat təşkil edir. Təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında 13 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 fevral 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəlinin 11 fevral 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. Maddi sübut kimi tanınma haqqında 17 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş ümumi çəkisi 3,588 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, həmin heroinin aparılmış tədqiqatlardan sonra qalıq qalmış 3,538 qram hissəsi cinayət işinə əlavə edilmiş və saxlanılması üçün Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 20.02.2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə hər hansı məlumat yoxdur. Diskə baxış keçirilməsi barədə 16 mart 2021-ci il tarixli protokoldan görünür ki, diskin üzərində əl yazma ilə “Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə” sözləri yazılmışdır. «HP W2072a» kompyuter vasitəsilə diskdə olan video görüntüyə baxarkən müəyyən olunmuşdur ki, özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin üzərində müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparılan zaman o, təhqiqatçının təklifi ilə əynində olan qara rəngli gödəkçəsinin sol iç cibindən 01 ədəd şəffaf polietilen bükülmüş bükülünü çıxardaraq təqdim edir Sorğu zamanı Təqsirləndirilən şəxs bildirir kİ, təqdim etdiyi bükümün içərisindəki narkotik vasitə olan heroindir, həmin heroini 10.02.2021 -ci il tarixdə təxminən saat 20 radələrində Bakı şəhəri, Xətai rayonu, Zığ qəsəbəsində “Natiq” adlı ilə şəxsdən öz istifadəsi üçün 20 manata almışdır. Bundan başqa Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən 01 ədəd “Nokia” markalı mobil telefon cihazını könüllü olaraq təqdim edir. Telefon məlumatlarına baxış keçirilməsi haqqında 29 mart 2021-ci il tarixli protokoldan görünür ki, ***-***-**-** nömrəli abonent nömrəsinə 01 yanvar 2021-ci il tarixdən 02 fevral 2021-ci il tarixədək olan müddətdə çoxlu sayda zənglər və SMS-lər daxil olmuş, lakin həmin məlumatlarda Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı bir dəlil və iş üçün əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir. AZE№18917449 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Oktay oğlunun himayəsində 23.06.2009-cu il təvəllüdlü X2 olmaqla bir azyaşlı övladı vardır. Ambulator-narkoloji ekspertizasının 18.03.2021-ci il tarixli 833 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibindən saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ambulator-məhkəmə psixiatrik ekspertizasının 05.03.2021-ci il tarixli 489 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törədən zaman onda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmayıb. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsas yoxdur. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməl törədən zaman öz əməlinin faktiki xarakterini və içtimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə etmək qabiliyyətində olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxsi müdafiəçisinin vəsatətinin təmin edilməsi haqqında 08 aprel 2021ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli AR CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmişdir. Sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 08 aprel 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs əməli AR CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi və ona həmin maddə yenidən ittiham elan edilməsi, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd DVD-R formatlı disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması və saxlanılması üçün cinayət işi materiallarına əlavə edilməsi qərara alınmışdır. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 09 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 aprel 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən 0.15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci, 58.1-ci və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və əməlindən səmimi peşmanlıq çəkməsini nəzərə alır və həmin halları onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmadığını, həmçinin cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, 11.02.2021-ci il tarixdən 16.04.2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 ay 05 gün, o cümlədən 16.04.2021-ci il tarixdən 30.09.2021-ci il tarixədək “ev dustaqlığı”nda olduğu 05 ay 14 gün, cəmi 07 ay 19 gün müddət cəza müddətinə hesablanaraq təyin edilmiş cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin başlanğıcı 30 sentyabr 2021-ci il tarixdən hesablanmalı (CPM-158.2.1, 158.6, CM-69.3.), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli, o, məhkəmə iclas zalında həbsə alınmalı, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməli (CM-93.1.2), cinayət işi üzrə maddi sübut – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nərimanov RPİ-nin maddi sübutların saxlama yerində saxlanılan narkotik vasitənin qalığı 3,538 qram heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, (CPM-132), cinayət işi üzrə maddi sübut - 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, aparılmış ekspertiza tədqiqatının ümumi dəyəri-109 (bir yüz doqquz) manat 90 (doxsan) qəpik təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir.(CPM-198.1.). Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11.02.2021-ci il tarixdən 16.04.2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 ay 05 gün, o cümlədən 16.04.2021-ci il tarixdən 30.09.2021-ci il tarixədək “ev dustaqlığı”nda olduğu 05 ay 14 gün, cəmi 07 ay 19 gün azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə hesablanaraq təyin edilmiş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 04 ay 11 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 30 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri həbs qismində qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübut – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nərimanov RPİ-nin maddi sübutların saxlama yerində saxlanılan narkotik vasitənin qalığı 3,538 qram heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut-02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının ümumi dəyəri 109 (bir yüz doqquz) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X3, kod 210005, VOEN **********, müxbir hesab AZE41 NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************) keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-245/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-245/2021
30.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver