Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-245/2022 07.07.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Albalılıq DAY keçid 1349, 5 saylı yataqxanada qeydiyyatda olan və Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küç.ev 85 mənzil 34-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs eribardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs etibarından suiistifadə edib Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 116 ünvanında yerləşən bərbər salonuna Daşınmaz Əmlakın Dövlət Qeyestri Xidmətindən çıxarış alacağına dair yalan vəd edib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 25 fevral 2021-ci il tarixdə saat 15 radələrində ünvan 2 ünvanında yerləşən ofis mebel mağazasında 3.000 manat, 02 mart 2021-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 31 ünvanda yerləşən «Karat» ev alqı-satqı ofisində 8.000 manat, ümumilikdə 11.000 manat pulunu ələ keçirib Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 178.2.4-cü maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs qohumu Şahid1 vasitəsilə tanımış, belə ki, Şahid1 ona tanışı Zərərçəkmiş şəxs, 2 mərtəbəli hər mərtəbəsi 18 kv.metrdən ibarət olan bərbər salonuna çıxarış sənədi düzəltməyində köməklik etməyini xahiş etmişdir. Belə olan halda o, Zərərçəkmiş şəxslə görüşüb həmin çıxarış sənədini 11.000 manata düzələ biləcəyini bildirdikdən sonra Tural razılaşaraq ünvan 4 ünvanında ilkin olaraq ona 3000 manat pul və həmin obyektin sənədlərini vermişdir. Həmin gün tanışı Eminlə görüşüb 3000 manatı ona vermişdir ki, Tural tam olaraq pulu verənədək saxlasın. Daha sonra xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs əvvəllər işlədiyi Nərimanov rayonu, Atatürk prospekti 31 ünvanda yerləşən “Karat” ev alqı-satqı ofisinə gələrək ona əlavə olaraq 8000 manat pul vermişdir.Zərərçəkmiş şəxs verdiyi 8000 manatı Turalın yanında Eminə vermişdir ki, saxlasın, sonra götürər. Həmin vaxt o, öz xətti ilə Turaldan 11.000 manat pulun alınmasına dair qəbz yazmışdır. Bir müddət sonra Eminlə görüşüb saxlamaq üçün verdiyi 11.000 manat götürmüşdür. Həmin vaxt maddi imkanının çox zəif olduğu üçün 11.000 manatı şəxsi ehtiyaclarına xərcləmək məcburiyyətində qalmışdır.Turalm işini həll edə bilməmiş, pulu xərclədiyi üçün Turalın pulunu geri qaytara bilməmişdir.Hazırda zərərdən 2.000 manatını məhkəmə gedişində ödəmişdir.4 övladı var, ailəsinə yeganə qazanc gətirən şəxsdir.Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, o, Nərimanov rayonu,Azadlıq prospekti 116 ünvanda yerləşən Bərbər salonuna çıxarış sənədi düzəltmək üçün bu barədə müştərisi İlqar adlı şəxsə bildirdikdə İlqar ona qohumu Təqsirləndirilən şəxs sənəd düzəltməkdə köməklik edəcəyini dediyi üçün İlqardan Vaqif adlı şəxsin əlaqə nömrəsini götürmüşdür. Bundan sonra Vaqiflə əlaqə saxlamış və Vaqiflə ünvan 6 ünvanda görüşüb bu barədə söhbət etmişlər. Söhbət əsnasında Təqsirləndirilən şəxs bərbər salonuna çıxarış sənədi almaqda köməklik etməsi üçün ondan 11.000 manat pul istəmişdir.Bu zaman o, İlqar adlı şəxsə zəng edib Vaqif çıxarış sənədi düzəltməsində köməklik etməsi üçün 11.000 manat pul istədiyini bildirdikdə, İlqar narahat olmamağını Vaqifə pulu verməyini, Vaqif çıxarış sənədini düzəltməyəcəyi təqdirdə özünün pulu ona qaytaracağına zamin durduğunu dediyi üçün 25 fevral 2021-ci il tarixdə saat 15 radələrində tanışı İsmayıl Məmmədovun yanında Nərimanov rayonu, H.Əliyev küçəsi 74 ünvanında yerləşən ofis mebeli mağazasında Vaqifə ilkin olaraq 3000 manat pul vermişdir. Daha sonra xx.xx.2021-ci il tarixdə saat təxminən 16 radələrində Təqsirləndirilən şəxs işlədiyi Nərimanov rayonu, Atatürk prospekti 31 ünvanda yerləşən “Karat”ev alqı-satqısı ofisinə gedərək Təqsirləndirilən şəxs əlavə olaraq 8000 manat pul və obyektin sənədlərini vermişdir. Təqsirləndirilən şəxs ondan 8000 manatı götürüb yanında olan Emin adlı şəxsə vermiş və ağ kağız üzərində ondan çıxarış sənədi düzəlməsi üçün 11.000 manat alması barədə yazaraq altından imzalamışdır. Lakin daha sonra Təqsirləndirilən şəxs bir xəbər çıxmadığını gördükdə özü Vaqiflə əlaqə saxlayıb işlərin nə yerdə qaldığını soruşduqda Təqsirləndirilən şəxs çıxarış sənədi düzəldə bilməyəcəyini bildirdikdə Vaqifdən 11.000 manatı qaytarmasını tələb etmişdir. Vaqif ona verdiyi obyektin sənədlərini İlqarın vasitəsilə ona qaytarsa da bu günə kimi 11.000 manatı qaytarmayaraq dələduzluq yolu ilə ələ keçirmişdir. Təxminən 3 ay əvvəl İlqar, Vaqif və Emin adlı şəxslərlə görüşdükdə Emin adlı şəxs 11.000 manatı ona qaytarması üçün Vaqifə verdiyini, lakin Vaqifin pulu ona çatdıqmadığmı bildirmişdir. Bu zaman Vaqif Emindən 11.000 manatı götürdüyünü etiraf edərək ehtiyaclarına xərclədiyini bildirmişdir. Məhkəmə iclası gedişində dəymiş zərərdən 2.000 manat ödəmişdir, hazırda qalan məbləgi də tələb edir. Məhkəmə iclasında şahid qismində Şahid1 və X2 zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsinə analoji ifadə verərək onun göstərdiyi xüsusatları ifadəsində təstiq etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təxminən 2021-ci ilin fevral ayının axırlarında tanışı Təqsirləndirilən şəxsla işlədiyi ev-alqı satqı ofisində görüşən zaman Vaqif ona 3000 manat pul vermişdir ki, saxlasın sonra götürəcəkdir. Bir müddət sonra 02 mart 2021-ci il tarixdə yenidən Vaqiflə işlədiyi Nərimanov rayonu,Atatürk prospekti 31 ünvanda yerləşən “Karat” ev alqı-satqısı ofisində olarkən sonradan adının Zərərçəkmiş şəxs bildiyi şəxs yanında 8.000 manat pulu Vaqifə vermişdir. Həmin vaxt Vaqif 8.000 manat pulu Turalın yanında ona vermişdir ki, saxlasın, sonra görürəcəkdir. Bundan sonra Vaqif öz xətti ilə Turaldan 11.000 manat pulun götürülməsinə dair qəbz yazıb Turala vermişdir. Belə başa düşmüşdür ki, Vaqifin ona əvvəl verdiyi 3000 manat pul da Turala məxsusdur.Həmin gündən 2 gün sonra Vaqif gəlib ona verdiyi ümumilikdə 11.0000 manat pulu götürmüşdür.Soradan ona məlum olmuşdur ki, Vaqif ümumilikdə 11.000 manatı Turaldan Bakı şəhəri, Nərimanov rayonu Azadlıq prospekti 116 ünvanında yerləşən bərbər salonuna dair çıxarış almasına görə almışdır. Bundan təxminən bir neçə ay keçidikdən sonra Tııralla görüşdükdə o, 11.000 manatı Vaqifə qaytardığını demişdir. Belə başa düşmüşdür ki, Vaqifə 11.000 manat qaytardıqdan sonra Vaqif pulu Turala qaytarmayaraq öz şəxsi işlərinə xərcləmişdir. (iş vər.63-65) İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs Oktay oğlundan Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 116 ünvanında yerləşən bərbər salonuna Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış alacağına dair əlyazma ilə icra edilmiş qəbz iş üzrə maddi sübut kimi qəbul tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur. İşdə olan doğum haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2006-cı il tarixdə anadan olub. Atası Təqsirləndirilən şəxs, anası X1r. İşdə olan doğum haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2010-cu il tarixdə anadan olub. Atası Təqsirləndirilən şəxs, anası X1r. İşdə olan tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi barədə” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilmişdir; “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özü tərəfindən etiraf edilmiş, eləcə də mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Təsvir olunan Qərarın tələbindən görünür ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olduğu halda əməl dələduzluq kimi tövsif edilməlidir. Bundan başqa, CM-in 178.1-ci maddəsinin dispozisiyasında dələduzluq, yəni etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi qeyd edilmişdir. Etibardan sui-istifadə etmə və aldatma özgə əmlakının talanmasının üsulu kimi çıxış edir. Təqsirkar aldadaraq və ya etibardan sui-istifadə edərək zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. CPM-in: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Beləliklə, məhkəmə, məhkəmə istintaqında araşdırılan sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və öz daxili inamına əsasən, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmək yolu ilə zərərçəkmiş şəxsə məxsus əmlakı ələ keçirməsi ilə bağlı verilmiş ittihamın məhkəmə istintaqında öz təsdiqini tapması nəticəsinə gəlir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 178.2.4cü maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən məhkəmə onun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, zərərdən qismən ödəniş olmasını, törətdiyi əməli etiraf etməsini, himayəsində azyaşlı uşaqlarının olmasını yüngülləşdirici hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə, cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs əməllərində cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və ailə vəziyyətinə tam uyğun olmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həbsdə saxlanıldığı 1 (bir) gün (03- 04 mart 2022-ci il), həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut – qəbz cinayət işinin materiallarında saxlanılmalıdır. (CPM-132) Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinsin və ona 2 (iki) il 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 1 (bir) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 8 (səkkiz) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut kimi tanınmış xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs Oktay oğlundan Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 116 ünvanında yerləşən bərbər salonuna Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış alacağına dair əlyazma ilə icra edilmiş qəbz cinayət işi materiallarında saxlanılsın. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-245/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-245/2022
07.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver