Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-245/2023 10.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçi – Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1975-ci ildə Tərtər şəhərində anadan olmuş, evli, orta təhsilli, işləməyən, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, Masallı rayonunun Şərəfə kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib sonuncuya Şahid1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində yerləşən “UĞUR-2” yaşayış kompleksi, bina 2, mərtəbə 2, mənzil 14 ünvanında yerləşən yaşayış evini satacağı barədə yalan vəd verib aldadaraq, xx.xx.2021-ci il tarixdə ünvan 1 ünvanında yerləşən ünvan 2 17.000 manat təşkil edən 10000 ABŞ dolları və 3000 manat nağd pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə 20.000 (iyirmi min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildiyini qeyd edib ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanın Şahid1 məxsus olmuşdur. Həmin mənzil onun yaşadığı mənzilin üstündə yerləşmişdir. İlkin həmin mənzili təmir etdirməsə də mənzildən yaşadığı mənzilin içərisinə su dammışdır. Buna görə də o, İlkinlə əlaqə saxlayıb sonuncuya bu barədə məlumat vermişdir. İlkin də mənzildə olan su sızıntısını aradan qaldırmaq üçün mənzil 14 ünvanının açarını ona vermişdir ki, su sızmasını aradan qaldırsın. Həmin vaxt heç bir yerdə işləmədiyi üçün maddi cəhətdən sıxıntı çəkmişdir. Buna görə də, İlkinə məxsus mənzili kiməsə sataraq pul əldə etmək qərarına gəlmişdir. Bu barədə yaşadığı binanın komendantı Oktay adlı şəxsə məlumat vermiş və müştəri olarsa mənzil 14 ünvanının 60.000 manata satacağını bildirmişdir. xx.xx.2021-ci il tarixdə komendant Oktay onunla mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq mənzilə baxmaq istəyən müştəri olduğunu bildirmişdir. O da Oktayı müştəri ilə birlikdə yaşadığı binada yerləşən mənzil 14 ünvanına dəvət etmişdir. Oktay adının sonradan Zərərçəkmiş şəxs olduğunu öyrəndiyi şəxslər birlikdə gəlmiş və onlar görüşdükdən sonra o, özündə olan açarla mənzil 14 ünvanının giriş qapısını açaraq mənzilə daxil olmuşlar. Zakirlə birlikdə mənzilə baxmış və mənzil təmirsiz olsa da, Zakirin xoşuna gəldiyi üçün onlar qiyməti barədə danışmışlar. Həmin vaxt o, Zakiri inandırmaq üçün mənzilin ona məxsus olsa da, yeznəsi İlkinə baş etibarnamə verdiyini, alqı-satqı zamanı İlkinin də iştirak etməli olduğunu bildirmişdir. Zakir də ona inanmış və onlar mənzilin alqı-satqısını 58.000 manata razılaşmışdır. Həmin söhbət zamanı aralarında olan razılaşmaya görə Zakir ilkin olaraq mənzilə görə 20.000 manat verdikdən sonra mənzilə çıxarış alınmalı olmuşdur. Çıxarış alındıqdan sonra qalan 3000 manat pulu da verilməli olmuşdur. Qalan 8.000 manat pulu isə razılaşmaya görə ayda 1000 manat olmaq şərti ilə 8 aya ödəməli olmuşdur. Zakir ona mənzili oğlu Cavidin adına alacağını bildirmişdir. Buna görə də, o, evin kommunal işlərinin görülməsini və lazımı sənədləşdirmə işlərinin aparılması üçün Cavidin adından onun adına etibarnamə verilməsini istəmişdir. xx.xx.2021-ci il tarixdə saat 11 radələrində ünvan 1 ünvanda fəaliyyət göstərən Notariat Kontorunun qarşısında Zakirlə görüşmüşdür. Həmin vaxt Zakir oğlu Şahid2lə birlikdə gəlmişdir. Cavid notariat kontorunda mənzilin kommunal məsələlərini həll etmək üçün öz adından onun adına etibarnamə vermişdir. Bundan sonra Zakir notariat kontorunun qarşısında ona 10.000 ABŞ dolları və 3000 manat pulu, yəni ümumilikdə 20.000 manat pul vermişdir. O, pulu aldıqdan sonra narahat olmamağı və məsələnin həll olunacağını bildirmişdir. Bundan sonra Zakir bir neçə dəfə ondan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsindəki “UĞUR-2” yaşayış kompleksində yerləşən bina 2, mənzil 14 ünvanına adi sənədləri tələb etsə də, ona vaxt verməsini istəmişdir. O isə Zakirdən aldığı 20.000 manat pula Türkiyədən avtomobil ehtiyat hissələri sifariş vermişdir. Sonradan Zakir pulunu tələb etdiyi üçün o, öz yaşadığı mənzili Zakirə satmaq qərarına gəlmişdir. Lakin, onlar aralarında razılıq əldə edilməmişdir. Hazırda Zakirdən aldığı puldan 2000 manatını qaytarmışdır. Əməlindən səmimi peşman olduğunu bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, böyük oğlu Kənan üçün Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsindəki “UĞUR-2” yaşayış kompleksində yerləşən binada mənzil almış və Kənan ailəsi ilə birlikdə həmin binada yaşamışdır. Kiçik oğlu Cavid üçün də “UĞUR-2” yaşayış kompleksində yerləşən binaların birindən mənzil almaq qərarına gəlmişdir. Oğlanları Kənan və Cavidin bir məhəllədə və ya bir binada qonşuluqda yaşamalarını istəmişdir. xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsindəki “UĞUR-2” yaşayış kompleksində olan binaların birinin altında yerləşən ev-alqı satqısı ofisinə müraciət etmiş və ofisdə onu makler kimi işləyən Oktay adlı şəxs qarşılamışdır. O, Oktaya “UĞUR-2" yaşayış kompleksində yerləşən binaların birindən mənzil almaq istədiyini bildirən zaman, Oktay ona Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsindəki “UĞUR-2” yaşayış kompleksində yerləşən bina 2-nin 2-ci mərtəbəsində, mənzil 14 ünvanını 60.000 manata satışa çıxarıldığını, mənzilin Təqsirləndirilən şəxs aid olduğunu demişdir. O, mənzilin sahibi ilə görüşüb mənzilə baxmaq istədiyini demiş və Oktay İlqarla əlaqə saxlayaraq bu barədə bildirmişdir. Həmin vaxt İlqar telefonda Oktaya satışa çıxarıldığı mənzilə dəvət etmişdir. O, Oktayla birlikdə həmin ünvanda yerləşən mənzilə getmişdir. Həmin vaxt onları Təqsirləndirilən şəxs qarşılamışdır. O, İlqarla görüşdükdən sonra onunla birlikdə mənzilə baxmışdır. Mənzil təmirsiz olsa da, onun xoşuna gəldiyi üçün İlqarla mənzilin qiyməti barədə danışmışlar. İlqar ona mənzilin özünə məxsus olsa da, yeznəsi İlkinə baş etibarnamə verdiyini, alqı-satqı zamanı yeznəsi İlkinin də iştirak etməli olduğunu bildirmişdir. İlqarın onunla əminliklə danışması onda heç bir şübhə yaratmamış və onlar öz aralarında mənzilin alqı-satqısını 58000 manata razılaşmışlar. Həmin söhbət zamanı aralarında olan razılaşmaya görə ilkin olaraq mənzilə görə 20.000 manat verdikdən sonra mənzilə çıxarış alınmalı olmuşdur. Çıxarış alındıqdan sonra 30.000 manat verilməli, qalan 8.000 manat pulu isə razılaşmaya görə ayda 1000 manat olmaq şərti ilə 8 aya ödəməli olmuşdur. Həmçinin İlqar ona evin kommunal işlərinin görülməsini və lazımi sənədləşdirmə işlərinin aparılması üçün oğlu Cavidin adından onun adına etibarnamə verilməsini istəmişdir. O, mənzili oğlu Cavidin adına alaraq sənədləşdirmə istədiyi üçün İlqar ona Cavidin etibarnamə verməli olduğunu bildirmişdir. xx.xx.2021-ci il tarixdə saat 11 radələrində ünvan 1 ünvanda fəaliyyət göstərən Notariat Kontorunun qarşısında onunla görüşmüşdür. Həmin vaxt oğlu Şahid2 öz adında mənzilin kommunal məsələlərini həll etmək üçün İlqarın adına etibarnamə vermişdir. Bundan sonra o, notariat kontorunun qarşısında İlqara 20.000 manat pul vermişdir. İlqar pulu ondan aldıqdan sonra narahat olmamağı və 24 iş günü müddətində məsələnin həll olunacağını bildirmişdir. Bundan sonra o, bir neçə dəfə İlqardan həmin mənzilə dair sənədləri tələb etdikdə İlqar ona bacısının rayonda olduğu üçün sənədləri götürə bilmədiyini, inanmırsa sənədlərin bir nüsxəsinin “Akkord”-da olduğunu və orada sənədləri düzəltdiyi şəxsin mobil nömrəsini ona vermişdir. O, həmin mobil nömrə ilə əlaqə saxlayaraq Bakı şəhəri, Sabunlu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsindəki “UĞUR-2” yaşayış kompleksində yerləşən bina 2, mənzil 14 ünvanı barədə maraqlanan zaman telefonda onunla danışan şəxs mənzilin İlqarın adına olmadığını, mənzilin Şahid1 məxsus olduğunu bildirib İlkinin istifadə etdiyi mobil nömrəni ona vermişdir. Bundan sonra o, İlkinlə bu barədə danışan zaman İlkin ona mənzilin özünə məxsus olduğunu, İlqarın mənzilə heç bir aidiyyəti olmadığını, İlqarın ona məxsus mənzilin alt hissəsində yerləşən mənzildə yaşadığını, mənzildə su partladığı üçün İlqarın mənzillinə su sızdığına görə boruları təmir etdirmək məqsədi ilə mənzilin açarını İlqara verdiyini bildirmişdir. O, artıq İlqarın onu aldatdığını başa düşüb ona vermiş olduğu 20.000 manat pulu geri tələb etməyə başlamışdır. Təqsirləndirilən şəxs ona dəymiş zərərdən 2000 manat ödəmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, təxminən 2007-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsindəki “UĞUR-2” yaşayış kompleksində yerləşən bina 2-nin 2-ci mərtəbəsində, mənzil 14 ünvanını təmirsiz vəziyyətdə almışdır. Həmin mənzil təmirsiz olduğu üçün orada yaşayış olmamışdır. O, hərbi qulluqçu olduğuna görə mənzilə gedərək baş çəkə bilməmişdir. Təqsirləndirilən şəxs da ailəsi ilə birlikdə ünvan 4 ünvanında yaşamışdır. İlqarın yaşadığı mənzil onun mənzilinin alt hissəsində yerləşmişdir. 2021-ci ilin yay ayında İlqar onunla əlaqə saxlayaraq mənzilində olan su borusundan onun mənzilinə su sızdığını bildirmişdir. O da işi ilə əlaqədar olaraq mənzilə baş çəkə bilmədiyi üçün mənzilin açarını İlqara vermişdir ki, mənzildə olan su sızmasını aradan qaldırsın. Həmçinin İlqar mənzilin açarını ondan götürən zaman mənzildə təmir işləri görənə kimi bəzi əşyalarını ona məxsus mənzildə saxlamaq istədiyini, buna görə də mənzilin açarının bir müddət onda qalmasını xahiş etmişdir. O da gələcəkdə qonşu və bir bina sakini olacaqlarına görə özünə məxsus mənzilin açarını İlqara vermişdir. 2022-ci ilin noyabr ayında adının sonradan Zərərçəkmiş şəxs olduğunu öyrəndiyi şəxs onunla əlaqə saxlayaraq ünvan 5 ünvanının ona məxsus olub-olmadığını soruşmuşdur. O da qeyd olunan mənzilin özünə məxsus olduğunu bildirmişdir. Zakir ona İlqarı tanıyıb-tanımadığını soruşan zaman o, İlqarı sadəcə olaraq bina sakini kimi tanıdığını bildirmişdir. Həmin vaxt Zakir İlqarın onu aldadaraq ona məxsus mənzili ona göstərib satacağı adı ilə 20.000 manat pul aldığını, onu öz qohumu kimi təqdim etdiyini bildirmişdir. O da Zakirə mənzilin açarının sadəcə İlqara mənzildə olan su sızmasını aradan qaldırmaq üçün verdiyini bildirmişdir. Daha sonra ona məlum olmuşdur ki, İlqar Zakirin pulunu vermədiyi üçün Zakir polisə şikayət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun doğma atasıdır. Qardaşı Kənan üçün Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsindəki “UGUR-2” yaşayış kompleksində yerləşən binada mənzil almışlar və Kənan ailəsi ilə birlikdə həmin binada yaşamışdır. Buna görə də, ailə üzvləri onun üçün də “UGUR-2” yaşayış kompleksində yerləşən binaların birindən mənzil almaq qərarına gəlmişlər. Ailə üzvləri istəmişdir ki, o, Kənanla bir məhəllədə və ya bir binada qonşuluqda yaşasınlar. Buna görə də atası Zakir onun üçün mənzil almaq məqsədi ilə xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsindəki “UGUR-2” yaşayış kompleksində olan binaların birinin altında yerləşən ev-alqı satqısı ofisinə müraciət elmiş və ofisdə onu Oktay adlı şəxs qarşılamışdır. Atası Oktaya “UGUR-2” yaşayış kompleksində yerləşən binaların birindən mənzil almaq istədiyini bildirən zaman, Oktay atasına Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsindəki “UGUR-2” yaşayış kompleksində yerləşən bina 2-nin 2-ci mərtəbəsində, mənzil 14 ünvanının 60.000 manata satışa çıxarıldığını, mənzilin Təqsirləndirilən şəxs aid olduğunu demişdir. Atası İlqarla görüşüb həmin mənzilə baxmışdır. Mənzil təmirsiz olsa da, atasının xoşuna gəldiyi üçün İlqarla mənzili qiyməti barədə danışmışlar. Həmin vaxt İlqar atasına mənzilin özünə məxsus olsa da, yeznəsi İlkinə baş etibarnamə verdiyini, alqı-satqı zamanı yeznəsi İlkinin də iştirak etməli olduğunu bildirmişdir. Atası Zakir də İlqara inandığı üçün heç bir söz deməyərək mənzilin alqısatqısını 58.000 manata razılaşmışlar. Həmin söhbət zamanı İlqarla atası Zakirin arasında olan razılaşmaya görə ilkin olaraq mənzilə görə 20.000 manat verdikdən sonra mənzilə çıxarış alınmalı olmuşdur. Çıxarış alındıqdan sonra 3000 manat verilməli olmuşdur. Qalan 8.000 manat pulu isə razılaşmaya görə ayda 1000 manat olmaq şərti ilə 8 aya ödəməli olmuşlar. Həmçinin İlqar evin kommunal işlərinin görülməsini və lazımı sənədləşdirmə işlərinin aparılması üçün onun adından etibarnamə verilməsini istəmişdir. Buna görə də, xx.xx.2021-ci il tarixdə saat 11 radələrində ünvan 1 ünvanda fəaliyyət göstərən 21 saylı Notariat Kontorunun qarşısında İlqarla görüşmüşlər. Həmin vaxt o, notariat ofisində öz adından mənzilin kommunal məsələlərini həll etmək üçün İlqarın adına etibarnamə vermişdir. Bundan sonra notariat kontorunun qarşısında atası İlqara 20.000 manat pul vermişdir. İlqar pulu onlardan aldıqdan sonra narahat olmamağı və 24 iş günü müddətində məsələnin həll olunacağını bildirmişdir. Bundan sonra atası Zakir bir neçə dəfə İlqardan onlara satdığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsindəki “UGUR-2” yaşayış kompleksində yerləşən bina 2, mənzil 14 ünvanına adi sənədləri tələb etdikdə İlqar atasına bacısının rayonda olduğu üçün sənədləri götürə bilmədiyini, inanmırsa sənədlərin bir nüsxəsinin “Akkorda” olduğunu və orada sənədləri düzəltdiyi şəxsin mobil nömrəsini atasına vermişdir. Atası həmin nömrə ilə əlaqə saxlayaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsindəki “UGUR-2” yaşayış kompleksində yerləşən bina 2, mənzil 14 ünvanı barədə maraqlanan zaman telefonda atası ilə danışan şəxs mənzilin İlqarın adına olmadığını, mənzilin Şahid1 məxsus olduğunu bildirib İlkinin istifadə etdiyi mobil nömrəni vermişdir. Bundan sonra atası Zakir İlkinlə bu barədə danışan zaman İlkin atasına mənzilin özünə məxsus olduğunu, İlqarın mənzilə heç bir aidiyyəti olmadığını, İlqarın ona məxsus mənzilin alt hissəsində yerləşən mənzildə yaşadığını, mənzildə su partladığı üçün İlqarın mənzillinə su sızdığına görə boruları təmir etdirmək məqsədi ilə mənzilin açarını İlqara verdiyini bildirmişdir. Onlar mənzilin İlkinə məxsus olduğunu öyrəndikdən sonra İlqara verdikləri 20.000 manat pulu qaytarmasını tələb etmişlər. İlqar da onlara pulu avtomobil ehtiyat hissəsi gətirmək üçün Türkiyə Respublikasına göndərdiyini, ehtiyat hissələrini sataraq pulumuzu verəcəyini bildirsə də, heç bir nəticə olmamışdır. Sonradan isə İlqar onlardan qaçaraq telefon zənglərinə belə cavab verməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: ‘‘Hadisə yerinə baxış keçirilməsi və ifadənin yerində yoxlanılması haqqında” 19 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs 20.000 manat pulu ünvan 6 ünvanında yerləşən 21 saylı Notariat Ofisinin qarşısında vermişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs bildirmişdir ki, o, Oktaya “UĞUR-2" yaşayış kompleksində yerləşən binaların birindən mənzil almaq istədiyini bildirən zaman, Oktay ona Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsindəki “UĞUR-2” yaşayış kompleksində yerləşən bina 2-nin 2-ci mərtəbəsində, mənzil 14 ünvanını 60.000 manata satışa çıxarıldığını, mənzilin Təqsirləndirilən şəxs aid olduğunu demişdir. O, mənzilin sahibi ilə görüşüb mənzilə baxmaq istədiyini demiş və Oktay İlqarla əlaqə saxlayaraq bu barədə bildirmişdir. Həmin vaxt İlqar telefonda Oktaya satışa çıxarıldığı mənzilə dəvət etmişdir. O, Oktayla birlikdə Bak şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsindəki “UĞUR-2' yaşayış kompleksində yerləşən bina 2, mənzil 14 ünvanına getmişdir. Həmin vaxt onları Təqsirləndirilən şəxs qarşılamışdır. O, İlqarla görüşdükdən sonra sonuncu ilə birlikdə mənzilə baxmışdır. Mənzil təmirsiz olsa da, onun xoşuna gəldiyi üçün İlqarla mənzilin qiyməti barədə danışmışlar. İlqar ona mənzilin özünə məxsus olsa da, yeznəsi İlkinə baş etibarnamə verdiyini, alqı-satqı zamanı yeznəsi İlkinin də iştirak etməli olduğunu bildirmişdir. İlqarın onunla əminliklə danışması onda heç bir şübhə yaratmamış və onlar öz aralarında mənzilin alqı-satqısını 58000 manata razılaşmışlar. Həmin söhbət zamanı aralarında olan razılaşmaya görə ilkin olaraq mənzilə görə 20.000 manat verdikdən sonra mənzilə çıxarış alınmalı olmuşdur. Çıxarış alındıqdan sonra 30.000 manat verilməli, qalan 8.000 manat pulu isə razılaşmaya görə ayda 1000 manat olmaq şərti ilə 8 aya ödəməli olmuşdur. Həmçinin İlqar ona evin kommunal işlərinin görülməsini və lazımi sənədləşdirmə işlərinin aparılması üçün oğlu Cavidin adından onun adına etibarnamə verilməsini istəmişdir. O, mənzili oğlu Cavidin adına alaraq sənədləşdirmə istədiyi üçün İlqar ona Cavidin etibarnamə verməli olduğunu bildirmişdir. xx.xx.2021-ci il tarixdə saat 11 radələrində ünvan 1 ünvanda fəaliyyət göstərən Notariat Kontorunun qarşısında onunla görüşmüşdür. Həmin vaxt oğlu Şahid2 öz adında mənzilin kommunal məsələlərini həll etmək üçün İlqarın adına etibarnamə vermişdir. Bundan sonra o, notariat kontorunun qarşısında İlqarın idarə etdiyi “Hyundai” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilin salonunda həmin dövrün məzənnəsi ilə 17.000 manat təşkil edən 10.000 ABŞ dolları və 3000 manat pulu, yəni ümumilikdə 20.000 manat pulu İlqara vermişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Axtarışda olan şəxsin tutulması barədə” 09 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə yaşadığı ünvanda tutularaq Nərimanov RPİ-nin 17-ci PŞ-yə gətirilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-189/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir, həbsdə saxlama müddəti 02 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Zərərçəkmiş şəxs tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərərdən 2000 manat ödənilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1 -ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui- istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirməklə törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29- cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsə zərəri qismən ödəməsini və himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Bu səbəbdən də, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı CPM-in 158.2-ci maddəsinə əsasən tutulduğu andan, yəni 09 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 90 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 il müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 09 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 90 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-245/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-245/2023
10.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver