Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-245/2024 07.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərərçərmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs Müdafiəçi – Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs (mülki cavabdeh) – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1982-ci il tarixdə Siyəzən şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Siyəzən rayon məhkəməsinin 23 yanvar 2024-cü il tarixli hökmü ilə 02 (iki) il 09 (doqquz) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 1 ünvanda yaşamış, barəsində Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirirək təkrar dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib, sonuncunun İsmayıllı şəhəri, Vahab Osmanov küçəsi, ev 1, mənzil 22 ünvanda yerləşən evinin məhkəmə mübahisələndirməsini onun xeyrinə həll edəcəyinə dair yalan vədlər verib aldatmaqla, Zərərçəkmiş şəxs yaşadığı İsmayıllı rayonunda yerləşən evin yaxınlığında quraşdırılmış ödəmə terminalı vasitəsilə 29 mart 2022-ci il tarixdə 1000 manat, həmin günü eyni qaydada 500 manat və 07 aprel 2022-ci il tarixdə 5000 manat olmaqla, ümumilikdə 6500 manat pulu onun cinayətkar niyyətindən məlumatsız olan Şahid istifadəsində olan bank kartına köçürməsinə nail olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək zərər çəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib, sonuncunun cəzaçəkmə müəssisəsində cəza çəkən əri X2 və oğlu X1 azadlığa buraxdıracağına dair yalan vədlər verib aldatmaqla, Zərərçəkmiş şəxs İsmayıllı rayonunda quraşdırılmış ödəmə terminalları vasitəsilə 20 yanvar 2022-ci il tarixdə 5000 manat və 22 yanvar 2022-ci il tarixdə 4000 manat pulu onun cinayətkar niyyətindən məlumatsız olan Şahid istifadəsində olan bank kartına köçürməsinə, 14 fevral 2022-ci il tarixdə 300 manat, 07 aprel 2022-ci il tarixdə 5000 manat, 11 aprel 2022-ci il tarixdə 1900 manat, 23 aprel 2022-ci il tarixdə 900 manat, 29 aprel 2022-ci il tarixdə 1500 manat, 550 manat və 600 manat, 18 may 2022-ci il tarixdə 1500 manat, 21 may 2022-ci il tarixdə 600 manat, 24 may 2022-ci il tarixdə 2000 manat, 29 may 2022-ci il tarixdə 150 manat, 30 may 2022-ci il tarixdə 500 manat, 04 iyun 2022-ci il tarixdə 400 manat, 2022-ci ilin iyun ayının əvvəllərindən həmin ilin oktyabr ayının sonlarınadək cəmi 2000 manat, 16 iyun 2022-ci il tarixdə 300 manat, 23 iyun 2022-ci il tarixdə 350 manat və 600 manat, 27 iyun 2022-ci il tarixdə 200 manat, 03 iyul 2022-ci il tarixdə 500 manat, 05 iyul 2022-ci il tarixdə 1000 manat və 150 manat, 07 iyul 2022-ci il tarixdə 2300 manat və həmin tarixdə 2000 manat, 14 iyul 2022-ci il tarixdə 120 manat, 16 iyul 2022-ci il tarixdə 2000 manat, 27 iyul 2022-ci il tarixdə 500 manat, 29 iyul 2022-ci il tarixdə 300 manat, 03 avqust 2022-ci il tarixdə 200 manat, 06 avqust 2022-ci il tarixdə 360 manat, 30 avqust 2022-ci il tarixdə 100 manat, 09 sentyabr 2022-ci il tarixdə 700 manat, 17 sentyabr 2022-ci il tarixdə 200 manat, 22 sentyabr 2022ci il tarixdə 1000 manat və 500 manat, 30 sentyabr 2022-ci il tarixdə 50 manat, 08 oktyabr 2022-ci il tarixdə 1100 manat, 10 oktyabr 2022-ci il tarixdə 150 manat, 14 oktyabr 2022-ci il tarixdə 100 manat, 15 oktyabr 2022-ci il tarixdə 200 manat, 20 oktyabr 2022-ci il tarixdə 300 manat, 21 oktyabr 2022-ci il tarixdə 100 manat, 24 oktyabr 2022-ci il tarixdə 100 manat, 28 oktyabr 2022-ci il tarixdə 300 manat, 04 dekabr 2022-ci il tarixdə 400 manat və 200 manat, 05 dekabr 2022-ci il tarixdə 500 manat, 10 dekabr 2022-ci il tarixdə 300 manat və 30 manat, 12 dekabr 2022-ci il tarixdə 1000 manat, 17 yanvar 2023-cü il tarixdə 200 manat, 06 fevral 2023-cü il tarixdə 40 manat, 07 fevral 2023-cü il tarixdə 1000 manat və ünvan 3 ünvanda yerləşən “Rahat” marketdəki ödəmə terminalı vasitəsi ilə 14 fevral 2023-cü il tarixdə 40 manat pulu özünün istifadəsində olan 6768 6771 7782 2750 saylı "xxxx" ASC tərəfindən emissiya edilmiş bank kartına köçürməsinə nail olmaqla, Zərərçəkmiş şəxs ümumilikdə 42390 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək zərər çəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs (mülki cavabdeh) qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Aydın adlı şəxsi və onun bacısı Afaqı tanıyır. Həmin şəxslərlə qohumluq münasibəti olmasa da, ədavəti və düşmənçiliyi də yoxdur. 2022-ci ilin yanvar ayının ortalarında Aydınla aralarında olan söhbət zamanı ona bacısı Afaqın əri Vüqarın və oğlu Eşqinin həbsdə olmalarını dedikdə ona, Vüqarın həbsdən azad olunmasına tanışlarının vasitəsilə köməklik edə biləcəyini bildirmiş, Aydın da etiraz etməmiş və tanışları ilə əlaqə saxlayıb bu işin həll edilməsi üçün hansı məbləğdə pul lazım olduğunu öyrənib deyəcəyini bildirmişdir. Səhərisi günü Aydınla əlaqə saxlayıb, Vüqar və Eşqinin həbsdən azad olunmalarına görə 10500 manat pul lazım olduğunu, həmin pulun qarşılığında 2022-ci ilin mart ayında Vüqarın, bundan bir neçə ay sonra isə Eşqinin azadlığa çıxacaqlarını bildirmişdir. Bundan bir neçə gün sonra, yəni 2022-ci ilin yanvar ayının axırlarında Aydın ona 5000 manat və 4000 manat olmaqla cəmi 9000 manat pul vermiş, həmin vaxtlarda Aydın bildirmişdir ki, bacısı Afaqın İsmayıllı şəhərində ipoteka ilə aldığı evin aylıq ödənişlərini gecikdirdiyinə görə “Kred Aqro” Bank olmayan kredit təşkilatı ilə problemi yaranmışdır və “Kred Aqro” Bank olmayan kredit təşkilatı onları məhkəməyə vermişdir. 2022-ci ilin mart ayının ortalarında Aydınla görüşüb söhbət zamanı ona demişdir ki, evlərinin məhkəmədə olan məsələsini həll edə bilər, lakin bunun üçün ilkin olaraq 5000 manat pul lazımdır. Aydın da bacısı Afaqla məsləhətləşdikdən sonra razılaşdırdığını bildirmiş və 2022-ci ilin mart ayının axırlarında hissə-hissə olmaqla ona cəmi 6500 manat pul vermişdir. 2022-ci ilin aprel ayının əvvəllərində Afaqın mobil telefonuna mesaj yazaraq bundan sonra göndərəcəyi pulları ona məxsus "xxxx" tərəfindən verilmiş bank kartına göndərməsini bildirmiş və həmin kartın şəklini ona göndərmişdir. Bundan sonra Afaq 11 aprel 2022-ci il tarixdən başlayaraq ona pullar göndərmişdir. 2022-ci ilin iyun ayının ortalarında Afaqın mobil telefonun “WhatsApp” proqramına səsli mesaj göndərərək bildirmişdir ki, onların ev məsələsini həll edib, ev bank tərəfindən onlara qaytarılacaqdır. Afaq da öz razılığını bildirmiş, bundan sonra da Afaqın mobil telefonunun “WhatsApp” proqramına mesaj yazaraq işlərin tamamlanması, yəni evin sənədlərinin hazırlanması, əri Vüqar və oğlu Eşqinin azadlığa çıxmaları işlərinin tezləşdirilməsi üçün əlavə pul göndərməsini bildirmişdir. Afaq da onun sözlərinə inandığına görə 2022-ci ilin iyun ayından başlayaraq oktyabr ayının sonunadək ona məxsus bank kartına müxtəlif məbləğdə pullar göndərmişdir. Bundan başqa, Afaqın qardaşı Aydın ona məxsus "xxxx" tərəfindən verilmiş bank kartına təxminən 7000 manat pul göndərmişdir. Beləliklə, Afaq ona, əri və oğlunun həbsdən azad olunmaları, bundan başqa İsmayıllı rayonunda olan evlərinin məhkəmə məsələsinin həll edilməsi üçün təxminən 47.850 manat pul vermişdir. Lakin, Afaqın əri və oğlunun həbsdən azad olunmaları, bundan başqa İsmayıllı rayonunda olan evlərinin məhkəmə məsələsinin həll edilməsi üçün heç bir iş görməmiş, əldə etdiyi pulları isə şəxsi ehtiyaclarına xərcləmişdir. Əməlindən peşmandır. Təqsirləndirilən şəxs (mülki cavabdeh) qismində dindirilmiş Təqsirləndirilən şəxs həmçinin ifadəsində mülki iddianı qəbul etdiyini və ibtidai istintaq zamanı həmin məbləğdən 3.700 manat pulu geri qaytardığını bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, X4 onun əri, X3 isə doğma oğludur. 30 may 2020-ci il tarixdə oğlu Eşqin narkotik vasitələrin əkini və becərilməsi ilə məşğul olduğuna görə Şəki Ağrı Cinayətlər Məhkəməsi tərəfindən 6 il, əri Vüqar isə 28 sentyabr 2021-ci il tarixdə eyni əmələ görə 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişlər. Şahid doğma qardaşıdır. Aydın müxtəlif vətəndaşların tikinti işlərində usta kimi işləyir. 19 yanvar 2022-ci il tarixdə qardaşı Aydın onun mobil telefonuna zəng edib bildirmişdir ki, özünü polkovnik-leytenant kimi təqdim edən Dadaş adlı şəxsin evində usta kimi işləyir, aralarında olan söhbət zamanı onun əri Vüqarın və oğlu Eşqinin həbsdə olmasını ona demiş, cavabında özünü Dadaş kimi təqdim edən həmin şəxs ona bildirmişdir ki, Vüqarın həbsdən azad olunmasına tanışlarının vasitəsilə köməklik edə bilər, həmin tanışları ilə əlaqə saxladıqdan sonra bu işin həll edilməsi üçün hansı məbləğdə pul lazım olduğunu deyə bilər. Qardaşı Aydına demişdir ki, Dadaş adlı şəxsin, bu işin həll edilməsinə görə nə qədər pul istədiyini öyrənib ona desin. Səhərisi günü qardaşı Aydın yenidən mobil telefonuna zəng etmiş və bildirmişdir ki, Dadaş adlı şəxs ona demişdir ki, əri Vüqar və oğlu Eşqinin həbsdən azad olunmalarına görə cəmi 10.500 manat pul lazımdır, həmin pulun qarşılığında 2022-ci ilin mart ayında əri Vüqar, bundan bir neçə ay sonra isə oğlu Eşqin azadlığa çıxacaqlar. Qardaşı Aydına demişdir ki, Dadaş adlı həmin şəxsin şərtləri ilə razıdır və ona bu barədə bildirsin. Bundan sonra 20 yanvar 2022-ci il tarixdə yaşadığı İsmayıllı rayonunda yerləşən evin yaxınlığında quraşdırılmış ödəmə terminalı vasitəsilə qardaşı Aydının istifadəsində olan “Leo Bank” tərəfindən verilmiş bank kartına 5000 manat, 22 yanvar 2022-ci il tarixdə 4000 manat pul göndərmişdir. Həmin vaxtlarda İsmayıllı şəhəri, Vahab Osmanov küçəsi, ev 1, mənzil 22 ünvanda yerləşən ippoteka ilə aldıqları evin “Kred Aqro” Bank olmayan kredit təşkilatı ilə problemi yaranmışdır. Belə ki, həmin vaxtlarda qeyd etdiyi təşkilata təyin edilmiş aylıq ödənişləri ödəyə bilmirdi. Ona görə də “Kred Aqro” Bank olmayan kredit təşkilatı onları məhkəməyə vermişdir. 17 mart 2022-ci il tarixdə İsmayıllı rayonunda qardaşı Aydınla görüşmüş və aralarında olan söhbət zamanı Aydın bildirmişdir ki, evlərinin məhkəmədə olan məsələsini həll edə bilər, lakin bunun üçün ilkin olaraq 5000 manat pul lazımdır. Aydına demişdir ki, Dadaş adlı şəxsin şərti ilə razıdır və bu barədə ona bildirsin. Bundan sonra, 29 mart 2022-ci il tarixdə yaşadığı İsmayıllı rayonunda yerləşən evin yaxınlığında quraşdırılmış ödəmə terminalı vasitəsilə qardaşı Aydının istifadəsində olan “Leo Bank” tərəfindən verilmiş bank kartına 1000 manat, həmin günü eyni qaydada 500 manat və 07 aprel 2022-ci il tarixdə 5000 manat pul göndərmişdir. 2022-ci ilin aprel ayının əvvəllərində özünü Dadaş kimi təqdim edən şəxs mobil telefonun “WhatsApp” proqramı vasitəsilə onun mobil telefonuna mesaj yazaraq bundan sonra ona göndərəcəyi pulları özünə məxsus "xxxx" tərəfindən verilmiş 6768 6771 7782 2750 nömrəli bank kartına göndərməsini bildirmiş və həmin kartın şəklini ona göndərmişdir. Bundan sonra yenə də yaşadığı İsmayıllı rayonu ərazisində müxtəlif ünvanlarda yerləşən ödəmə terminalları vasitəsilə Dadaş kimi tanıdığı şəxsə "xxxx" tərəfindən verilmiş 6768 6771 7782 2750 nömrəli bank kartına 11 aprel 2022-ci il tarixdə 1900 manat, 23 aprel 2022-ci il tarixdə 900 manat, 29 aprel 2022-ci il tarixdə 1500 manat, 18 may 2022-ci il tarixdə 1500 manat, 21 may 2022-ci il tarixdə 600 manat, 24 may 2022-ci il tarixdə 2000 manat, 29 may 2022-ci il tarixdə 150 manat, 30 may 2022-ci il tarixdə 500 manat, 16 iyun 2022-ci il tarixdə 300 manat pul göndərmişdir. 16 iyun 2022-ci il tarixdə özünü Dadaş kimi təqdim edən şəxs mobil telefonun “WhatsApp” proqramı vasitəsilə onun mobil telefonuna səsli mesaj göndərmiş və həmin səsli mesajda bildirmişdir ki, ev məsələsini həll edib, ev bank tərəfindən onlara qaytarılacaqdır. Lakin, bundan sonra da özünü Dadaş kimi təqdim edən şəxs mobil telefonunun “WhatsApp” proqramı vasitəsilə onun mobil telefonuna mesaj yazaraq, həmçinin səsli mesaj göndərərək işlərin tamamlanması, yəni evin sənədlərinin hazırlanması, əri Vüqar və oğlu Eşqinin azadlığa çıxmaları üçün işlərin tezləşdirilməsi üçün pul göndərməsini bildirmiş, inanığına görə özünü Dadaş kimi təqdim edən şəxsin "xxxx" tərəfindən verilmiş 6768 6771 7782 2750 nömrəli bank kartına 23 iyun 2022-ci il tarixdə 350 manat, 03 iyul 2022-ci il tarixdə 500 manat, 05 iyul 2022-ci il tarixdə 1000 manat, 07 iyul 2022-ci il tarixdə 2300 manat və həmin tarixdə 2000 manat, 14 iyul 2022-ci il tarixdə 120 manat, 16 iyul 2022-ci il tarixdə 2000 manat, 27 iyul 2022-ci il tarixdə 500 manat, 29 iyul 2022-ci il tarixdə 300 manat, 03 avqust 2022- ci il tarixdə 200 manat, 09 sentyabr 2022-ci il tarixdə 700 manat, 22 sentyabr 2022-ci il tarixdə 500 manat, 30 sentyabr 2022-ci il tarixdə 50 manat, 08 oktyabr 2022-ci il tarixdə 1100 manat, 21 oktyabr 2022-ci il tarixdə 100 manat, 24 oktyabr 2022-ci il tarixdə 100 manat, 04 dekabr 2022-ci il tarixdə 400 manat və 200 manat, 05 dekabr 2022-ci il tarixdə 500 manat, 12 dekabr 2022-ci il tarixdə 1000 manat, 17 yanvar 2023-cü il tarixdə 200 manat, 06 fevral 2023-cü il tarixdə 40 manat, 07 fevral 2023-cü il tarixdə 1000 manat, 14 fevral 2023-cü il tarixdə 40 manat, həmçinin, 2022-ci ilin iyun ayının əvvəllərindən həmin ilin oktyabr ayının sonlarınadək cəmi 2000 manat pul göndərmişdir. Bundan başqa, qardaşı Şahid onun sözlərinə əsasən özünü Dadaş kimi təqdim edən şəxsin "xxxx" tərəfindən verilmiş 6768 6771 7782 2750 nömrəli bank kartına 07 fevral 2022-ci il tarixdə 1000 manat, 14 fevral 2022-ci il tarixdə 300 manat, 29 aprel 2022-ci il tarixdə 550 manat və 600 manat, 04 iyun 2022-ci il tarixdə 400 manat, 23 iyun 2022-ci il tarixdə 600 manat, 27 iyun 2022- ci il tarixdə 200 manat, 05 iyul 2022-ci il tarixdə 150 manat, 06 avqust 2022-ci il tarixdə 360 manat, 30 avqust 2022-ci il tarixdə 100 manat, 17 sentyabr 2022-ci il tarixdə 200 manat, 22 sentyabr 2022-ci il tarixdə 1000 manat, 10 oktyabr 2022-ci il tarixdə 150 manat, 14 oktyabr 2022-ci il tarixdə 100 manat, 15 oktyabr 2022-ci il tarixdə 200 manat, 20 oktyabr 2022-ci il tarixdə 300 manat, 28 oktyabr 2022-ci il tarixdə 300 manat və 10 dekabr 2022-ci il tarixdə 300 və 30 manat olmaqla ümumilikdə 6840 manat pul göndərmişdir. Həmin pulları qardaşı Aydından borc kimi almışdır. Sonradan məlum olmuşdur ki, əri Vüqar və oğlu Eşqini həbsdən azad etdirəcəyi adı ilə, həmçinin bankda olan ev məsələsini həll etmək adı ilə pullarını ələ keçirmiş şəxs Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs bundan sonra müxtəlif bəhanələr gətirərək ondan aldığı ümumilikdə 48890 manat pulu qaytarmamışdır. O, göstərmişdir ki, Təqsirləndirilən şəxs ələ keçirdiyi ümumilikdə 48890 manat pulun hamısı ona məxsusdur, belə ki, həmin pulun 42050 manat pul özünə məxsus olmuş, qalan 6840 manat pulu isə qardaşı Aydından borc almışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ittihama əsasən zərər məbləği texniki yalnış olaraq 48.890 manat göstərimişdir. Lakin o, bütün ödədiyi məbləğləri dəqiq hesablayıb hesab etmişdir ki, ona 47.850 manat zərər dəymişdir. Hazırda o, Təqsirləndirilən şəxs şikayətçidir. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs məhkəməyə mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı maddi zərərin ödənilməsi ilə bağlı mülki iddia verərək mülki cavabdeh Təqsirləndirilən şəxs onun xeyrinə 47.850 manat tutulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Eyni zamanda bildirmişdir ki, həmin məbləğdən 3.700 manat ödənilmişdir. Ödənilən məbləğin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, müxtəlif vətəndaşların tikinti işlərində usta kimi işləyir. Zərərçəkmiş şəxs onun doğma bacısı, X4 bacının əri, X3 bacısının oğludur. 30 may 2020-ci il tarixdə Eşqin narkotik vasitələrin əkini və becərilməsi ilə məşğul olduğuna görə Şəki Ağrı Cinayətlər Məhkəməsi tərəfindən 6 il, Vüqar isə 28 sentyabr 2021ci il tarixdə eyni əmələ görə 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişlər. 19 yanvar 2022- ci il tarixdə bacısı Afaqın mobil telefonuna zəng edib bildirmişdir ki, özünü polkovnik-leytenant kimi təqdim edən Dadaş adlı şəxsin, yəni sonradan şəxsiyyəti məlum olan Təqsirləndirilən şəxs evində usta kimi işləyir, söhbət zamanı Vüqar və Eşqinin həbsdə olmalarını ona dedikdə, sonuncu bildirmişdir ki, Vüqarın və Eşqinin həbsdən azad olunmalarına tanışalrının vasitəsilə köməklik edə bilər. Afaq da ona demişdir ki, Balağanın bu işi həll etməsinə görə nə qədər pul lazım olduğunu öyrənib ona desin. Bu barədə Balağaya dedikdə o, Vüqar və Eşqinin həbsdən azad olunmalarına görə 10500 manat pul lazım olduğunu, həmin pulun qarşılığında 2022-ci ilin mart ayında Vüqar, bundan bir neçə ay sonra isə Eşqinin azadlığa çıxacaqlarını demiş, bu barədə bacısı Afaqa dedikdə o, Balağanın sözlərinə razılığını bildirmişdir. Bundan sonra Afaq, 2022-ci ilin yanvar ayında onun istifadəsində olan “Leo Bank” tərəfindən verilmiş bank kartına 5000 manat və 4000 manat olmaqla cəmi 9000 manat pul göndərmiş və həmin pulları Balağaya vermişdir. Həmin vaxtlarda bacısı Afaqın İsmayıllı şəhəri, Vahab Osmanov küçəsi, ev 1, mənzil 22 ünvanda yerləşən ippoteka ilə aldıqları evin bankla problemi yaranmış, bu barədə Balağaya dedikdə sonuncu həmin işi də bacısının xeyrinə həll edəcəyini, lakin bunun üçün əlavə 5000 manat pul lazım olduğunu bildirmişdir. Bu barədə Afaqa dedikdə o, Balağanın şərti ilə razı olduğunu demiş, 29 mart 2022-ci il tarixdə bacısı Afaq onun istifadəsində olan “Leo Bank” tərəfindən verilmiş bank kartına 1500 manat, 07 aprel 2022-ci il tarixdə isə 5000 manat pul göndərmiş və həmin pulları da Balağaya vermişdir. Sonradan bacısı Afaqdan eşitmişdir ki, o, Balağaya hissə-hissə olmaqla təxminən 40000 manat pul vermişdir. O, göstərmişdir ki, həmin vaxtlarda bacısı Afaq ondan hissə-hissə olmaqla 5800 manat pulu borc kimi almış və sonradan ona məlum olmuşdur ki, Afaq həmin pulları da Balağaya vermişdir. Lakin, Təqsirləndirilən şəxs bundan sonra müxtəlif bəhanələr gətirərək heç bir iş görməmiş, bacısı Afaqın etibarından sui-istifadə edərək onun ümumilikdə 47850 manat pulunu ələ keçirmişdir. Bacısı Afaq, ondan 6840 manat pulu borc kimi almışdır, həmin pula görə bacısı Afaqdan heç bir tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 23:45-də şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 07 mart 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-344/2024 nömrəli, 07 mart 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 05 mart 2024-cü il tarixdən hesablanmaqla istintaq müddətinin sonunadək, yəni 01 may 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. “Sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə törədilməsi müəyyən edilən cinayət əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. İş materiallarında olan sənədlərin kserosurətlərindən görünür ki, ödəmə terminalları vasitəsilə müxtəlif vaxt və məbləğlərdə pullar Təqsirləndirilən şəxs bank kartına köçürülmüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş və hazırda məhkumluğu ödənilməmiş şəxsdir. Belə ki, Siyəzən Rayon Məhkəməsinin 4(005)-344/2024 nömrəli, 07 mart 2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinmiş və ona 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı həbsdə saxlanıldığı 01 (bir) ay 04 (dörd) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və üzərində qəti olaraq 02 (iki) il 09 (doqquz) ay, 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Siyəzən Rayon İcra və Probasiya Şöbəsinin 25 aprel 2024-cü il tarixli, 325/2024-64-1 saylı məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs hökmün icrası ilə əlaqədar olaraq şöbədə qeydiyyatdan keçməmiş və 25 aprel 2024-cü il tarixə cəzanın çəkilməmiş hissəsi 02 (iki) il 09 (doqquz) ay, 22 (iyirmi iki) gün qalmaqdadır. Eyni zamanda Təqsirləndirilən şəxs barəsində Abşeron Rayon Məhkəməsinin icraatında AR CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi hazırda baxılmaqdadır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Həmin Qərarın 34-cü bəndində göstərilir ki, CM-in 34.2-ci maddəsinin tələblərinə uyğun olaraq qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən dələduzluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş dələduzluq (CM-in 178.2.1-ci maddəsi) hesab edilir. Məhkəmələrə tövsiyə edilmişdir ki, həm qabaqcadan əlbir olmuş bir qrup şəxs, həm də mütəşəkkil dəstə tərəfindən törədilmiş dələduzluq cinayətlərinə dair işlərə baxarkən hər bir təqsirləndirilən şəxsin cinayətin obyektiv cəhətinin icrasına yönəlmiş konkret hərəkətlərinin nədən ibarət olmasını və bunu təsdiq edən sübutları tam və hərtərəfli araşdırsınlar və yekun məhkəmə aktlarında araşdırılmış sübutlara istinad etməklə təqsirləndirilən şəxslərin hər birinin təqsirlilik dərəcəsini müəyyən etsinlər. Qanunvericiliyin bu tələblərinə, həmçinin, iştirakçılıqla törədilmiş dələduzluğa dair işlərə baxılarkən də əməl edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə; xeyli miqdarda ziyan vurmaqla törədildikdə— dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, ziyandan qismən ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Məhkəmə, həmçinin, hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən, yəni 05 mart 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılmalıdır. Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(059)-4/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 il müddətə azadlığın məhdudlaşdırılması iki gün azadlığın məhdudlaşdırılması cəzası bir gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməli və hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmalı, Siyəzən Rayon Məhkəməsində baxılmış iş üzrə Təqsirləndirilən şəxs 01 ay 04 gün həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla Təqsirləndirilən şəxs üzərində qəti cəza saxlanılmalıdır. Mülki iddia ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. CPM-in: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir; 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır; 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır; 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia qismən təmin edilməli, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs vurulmuş zərərdən 3.700 manat ödəmişdir. Təqsirləndirilən şəxsdən vurulmuş zərərə görə qalan 44.150 manat məbləğində pul zərərçəkmiş şəxsin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 35 (otuz) iş saatına görə 210( iki yüz on) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(059)-4/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 il müddətə azadlığın məhdudlaşdırılması iki gün azadlığın məhdudlaşdırılması cəzası bir gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin və hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılsın və ona 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Siyəzən Rayon Məhkəməsində baxılmış iş üzrə Təqsirləndirilən şəxs 01 ay 04 gün həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 04 (dörd) il 4 (dörd) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 05 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməsin. İş üzrə verilmiş mülki iddia qismən təmin edilsin. Vurulmuş maddi zərərə görə Təqsirləndirilən şəxs 44.150 (qırx dörd min yüz əlli) manat pul tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilsin. Qalan hissədə mülki iddia təmin edilməsin. Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 35 (otuz beş) saat üçün cəmi 210 (iki yüz on) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim :Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-245/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-245/2024
07.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver