Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-246/2020 27.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abbaslı Pərvanə Etibar qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Daşkəsən şəhərində anadan olmuş, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, ünvan 1 saylı ünvanda qeydiyyatda olmaqla ünvan 2 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan narkotik və psixotrop maddəni əldə etmiş, üzərində saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz, olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ümumi çəkisi 5.396 qram psixotop maddə olan metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, xx xxxxxx 2019-cu il tarixdə, saat 20 radələrində Kəpəz Rayon Polis İdarəsinin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri, Atatürk prospektində yerləşən Gəncə şəhər 1 saylı X18 Məktəbinin yaxınlığında saxlanılaraq Kəpəz Rayon Polis İdarəsinə gətirilmiş, həmin idarənin inzibati binasında üzərinə keçirilən baxış zamanı sol corabının iç hissəsindən ağ rəngli sellofana bükülü vəziyyətdə, ümumi çəkisi 5.396 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ümumi çəkisi 0.185 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, xx xxxxxx 2020-ci il tarixdə saat 19:00 radələriııdə Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanının qarşısında saxlanılaraq Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə gətirilmiş, həmin şöbənin inzibati binasında üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd qara rəngli siqaret kağızında sellofan kəsiyinə bükülmüş təmiz çəkisi 0.185 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs oğlu ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək bildirmişdir ki, o, üzərindən aşkar olunmuş psixotrop maddə olan metamfetamini və narkotik vasitə olan heroini 2019-cu il noyabr ayının ortalarında Bakı şəhərində Keşlə bazarının yaxınlığında yol ilə hərəkət edərkən ağacın altından tapmışdır. Bildirmişdir ki, iki-üç il bundan əvvəl yol-nəqliyyat hadisəsində ağır xəsarət aldığı üçün bədənində güclü ağrılar olur və o, həmin ağrıları kəsmək üçün yoldan tapdığı narkotik vasitədən yaşadığı evdə az bir qismini istifadə etsin. O, həmin narkotik vasitəni şüşə qırıntıları ilə qarışdırıb şpristə dolduraraq istifadə etmək üçün özündə saxlamış, qalan hissəsini isə cibinə qoyub özü ilə xx.xx.2019-cu il tarixdə Gəncə şəhərinə gətirmişdir. Belə ki, o, hal-hazırda Bakı şəhərində yaşasa da, Gəncə şəhərində də yaşamış, qohuməqrəbalarının bir qismi Gəncə şəhərində yaşayır. Ona görə də o, qohum-əqrəbalarının yanına Gəncə şəhərinə getmişdir. Yolda olarkən tanışı Atəşə zəng edib Gəncə şəhərinə gəlməkdə olduğunu bildirmişdir. Atəş isə görüşməyi təklif elmişdir. O, Bakı şəhərindən gəldiyi taksi avtomobili ilə Atəşlə görüşmək üçün Gəncə şəhər, Atatürk prospektində yerləşən X18 Məktəbinin yaxınlığına gəlmişdir. Orada taksidən düşən zaman tanımadığı mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılmasında şübhəli olduğunu bildirmişlər və onu özləri ilə Gəncə şəhər Kəpəz RPİ-nin inzibati binasına aparmışlar. Orada ona, müdafiəçi təqdim edilmiş və müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilmişdir. Baxış zamanı əynində olan gödəkçənin sağ yan cibində saxladığı iki ədəd şprist və sol corabının içərisindən sellofan torbada narkotik vasitə olan şüşə qırıntıları, yəni metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə saat təxminən 17:00 radələrində ünvan 4 saylı ünvanın qarşısında “Mirzə” adlı şəxsdən 10 manata "kokos" kimi tanıdığı narkotik vasitə olan heroin almışdır. Daha sonra saat təxminən 19:00 radələrində oradan Nərimanov parkı istiqamətində gedərkən ona 3 nəfər mülki geyimli şəxs yaxınlaşıb xidməti vəsiqələrini təqdim edib Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməkdaşları olduqlarını bildirib ondan adını, soyadını soruşub onu Nərimanov RPİ-nin 18-ci PŞ-nə dəvət etmişlər və o, həmin polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Şöbədə onun üzərinə axtarış keçirilən zamanı o, gödəkçəsinin cibindən narkotik vasitəni çıxardaraq təqdim etmişdir. Son olaraq törətdiyi əməli etiraf edərək əməlindən səmimi peşman olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər Kəpəz rayon polis idarəsinin Cinayət axtarış şöbəsinin baş əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə edib üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla bağlı tərəfindən müvafiq qərar qəbul edilməklə əməliyyat müvəkkili Şahid5 də iştirakı ilə Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar. Belə ki, xx.xx.2019-eu il tarixdə saat 20 radələrində o və Şahid5 Gəncə şəhəri Atatürk prospektində yerləşən X2rşısında Təqsirləndirilən şəxs saxlayıb özlərini təqdim etmişlər və qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində gəzdirməkdə şübhəli olunduğunu ona izah edib özləri ilə birlikdə Kəpəz RPİ-nin inzibati binasına aparmışlar. Orada Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş və müdafiəçi ilə təmin edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə onun, Şahid5 və müdafiəçisinin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı onun üzərindən içərisində ilk baxışdan narkotik vasitəyə bənzər maye olan iki ədəd şpris, həmçinin bir ədəd ağ rəngli sellofana bükülü halda psixiotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Həmin maddələr elektron tərəzidə çəkilərək müvafiq zərfin içərisində qablaşdırılmış və möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov rayon polis idarəsinin 18-ci polis şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 18:30 radələrində əməliyyat məlumatı daxil olmuşdur ki, Nərimanov rayonu, A. Nemətulla küçəsi 37 saylı ünvana narkotik vasitələrin istifadəçisi “Lətif” adlı şəxs saat təxminən 19:00 radələrində gələcəkdir. Əməliyyat məlumatını realizə etmək məqsədilə Nərimanov RPİ-nin 18-ci PŞ-nin sahə inspektoru, polis kapitanı Şahid2 və Nərimanov RPİ-nin 18-ci PŞ-nin sahə inspektoru, polis baş leytenantı Şahid3 iştirakı ilə əməliyyat tədbirinin keçirilməsi ilə əlaqədar ünvan 5 ünvanının qarşısında özlərinə mövqe seçib orada müşahidə aparmağa başlamışlar. Saat 19:00 radələrində əməliyyat məlumatında qeyd olunmuş “Lətif” adlı şəxsi göstərilən ünvanda görüb ona yaxınlaşaraq, özlərini polis işçisi kimi təqdim edib, həmin şəxsin şəxsiyyəti ilə maraqlandıqda məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur və onlar həmin şəxsi Nərimanov RPİ-nin 18-ci PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Bundan sonra Nərimanov RPİ- nin 18-ci PŞ-nin sahə inspektoru, polis kapitanı Şahid2, Nərimanov RPİ-nin 18-ci PŞ-nin sahə inspektoru, polis baş leytenantı Şahid3 və o, Təqsirləndirilən şəxs xidməti avtomobillə ərazi aidiyyəti üzrə Nərimanov RPİ-nin 18-ci PŞ-nə gətirib, raportla polis şöbəsinin rəisinə məruzə etmişlər. Raportun icrası Nərimanov RPİ-nin 18-ci PŞ-nin təhqiqatçısı Vüqar Ələkbərliyə həvalə edilmişdir. Daha sonra müdafiəçi dəvət edilmiş və onun da iştirakı ilə Lətif Hümbətovun üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zaman ona təklif edilmişdir ki, üzərində hər hansı bir qanunsuz əşya və ya maddə varsa onları könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcənin sağ cibindən qara rəngli siqaret kağızının içərisində, sellofan kəsiyinə bükülmüş içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik olan maddə, cib dəsmalı, 60 qəpik pul və alışqanı təqdim etmişdir. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar edilmiş maddəni xx xxxxxx 2020ci il tarixdə saat təxminən 17:00 radələrində ünvan 6 ünvanının qarşısında üzdən tanıdığı, anket məlumatlarını bilmədiyi “Mirzə” adlı şəxsdən şəxsi istifadəsi üçün 10 manata almışdır. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmişdir, protokol ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün Təqsirləndirilən şəxs Hümmbət oğlu və iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 18-ci PŞ-nin sahə inspektoru, polis kapitanı Şahid2 və Nərimanov RPİ-nin 18-ci PŞ-nin sahə inspektoru, polis baş leytenantı Şahid3 eyni məzmunlu ifadələr verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində çağırılmış Şahid5 və Şahid6 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş, onların məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş və onların ibtidai istintaq dövründə vermiş olduğu ifadələri elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işi başlamaq və icraata götürmək haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və ibtidai istintaq aparılması üçün icraata qəbul edilmişdir. Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 2246 nömrəli rəyindən görünür ki, təqdim olunmuş bir ədəd zərfdə, içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,185 qram açıq qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Aparılmış ekspertiza tədqiqatının ümumi dəyəri 114 manatdır. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, X11 AR CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 5(005)- 69/2020 nömrəli qərarından görünür ki, “Təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən qəbul edilmiş və həmin idarənin rəisi Bayram Alıyev tərəfindən təsdiq edilmiş xx xxxxxx 2020-ci il tarixli qərar qanuna uyğun hesab edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 4(005)- 99/2020 nömrəli qərarından görünür ki, X5 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir. Qətimkan tədbirinin seçilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərarından və eyni tarixli iltizamdan görünür ki, X5 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Maddi sübut kimi tanınma haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş ümumi çəkisi 0.185 qram çəkidə narkotik vasitə olan heroinin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, həmin heroinin aparılmış tədqiqatlardan sonra qalıq qalmış 0.135 qram hissəsi cinayət işinə əlavə edilmiş və saxlanılması üçün Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Ambulator məcburi-narkoloji tibbi yoxlama haqqında xx.xx.2020-ci il tarixli 265 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən Narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 29290 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “... Təqsirləndirilən şəxs üzərindən....” sözlər və imzalar olan bir ədəd zərfdəki 2 ədəd 2 ml-lik şprislərin içərisində ümumi həcmi 0.2 ml-lik maye narkotik vasitə heroin məhluludur, heroinin quru maddəsinin ümumi çəkisi-0.005 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 65 manatdır. Cinayət işinin icraata qəbul edilməsi cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, AR CM-nin 234.1-ci maddəsi ilə istintaq edilən ********* saylı cinayət işi Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı İlkin İmanov tərəfindən icraata qəbul edilərək icraatında olan ********* saylı cinayət işinə birləşdirilərək istintaqı aparılmışdır. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Gəncə şəhər Kəpəz RPİ-dən icraatına daxil olan materialda AR CM-nin 234.-ci maddəsinin tərkib əlamətləri olduğundan fakta görə həmin maddə ilə ********* nömrəli cinayət işi başlanılmışdır. Şübhəli şəxsi tutma haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixli, 20:00-da şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X10 Bölməsinin 649 nömrəli, xx.xx.2019-cu il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs sol corabının içərisindən aşkar olunmuş narkotik vasitəyə bənzər kütlə” sözləri və imzalar olan kağız paketdə, 1 ədəd sellofan torbacıqdakı, polietilen kəsiyində təmiz çəkisi 5.396 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Metamfetamin xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorların siyahısının 1-ci siyahılarına daxildir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 32.40 manatdır. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə haqqında qətimkan tədbiri seçilmiş və Gəncə şəhər BPİ-nin MSY-dən azad edilmişdir. AR SN-nin Gəncə şəhəri Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin 858 nömrəli, 05 dekabr 2019-cu il tarixli rəyindən görünür ki, narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan “Metamfetamin”-dən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxsin barəsində axtarış elan olunması haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Maddi sübut kimi tanınma haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş ümumi çəkisi 5,396 qram çəkidə narkotik vasitə olan metamfetamin və 0,2 ml-lik maye narkotik vasitə heroin məhsulu cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, həmin narkotik vasitələrin aparılmış tədqiqatlardan sonra qalıq qalmış 5,296 qram çəkidə narkotik vasitə olan metamfetamin və 0,05 ml-lik maye narkotik vasitə heroin məhsulu cinayət işinə əlavə edilmiş və saxlanılması üçün Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Sübutların qiymətləndirilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham yenidən elan edilmiş, 3 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınmışdır. Təqsirləndirilən şəxsə elan olunmuş ittihamın dəyişdirilərək ona əlavələr edilməklə ittiham elan edilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham yenidən elan edilmişdir. Doğum haqqında AZ-İİ 987179 nömrəli xx.xx.2013-cü il tarixli və xx.xx.2020-ci il tarixli AZ-İİ 986904 nömrəli şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü X12 və xx.xx.2013-cü il təvəllüdlü X7 vardır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilərək tutularaq dərhal həbs edilməsi qərara alınmışdır. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 14:25-də şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 67-ci qrafasına əsasən 0.15 qram metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci, 58.1-ci və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs tərəfindən cinayətin təkrar törədilməsi onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və bu baxımdan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının təyin edilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək və xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək tutma altında saxlanıldığı 4 gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə daxil olunmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs oğlu Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu andan, yəni xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmalı (CPM- 158.2.1., 158.6,), ibtidai istintaq müddətində həbsdə saxlanıldığı 4 gün müddət azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı (CM-69.3.), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməli (CM-93.1.2), cinayət işi üzrə maddi sübut – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nərimanov RPİ-də maddi sübutların saxlama yerində saxlanılan psixotrop maddənin qalığı 5.296 qram metamfetamin, 2 ədəd 2 ml-lik şpristlərin içərisində ümumi həcmi 0.2 ml-lik maye olan narkotik vasitə heroin məhsulu, 0.05 ml quru maddə heroin və narkotik vasitənin qalığı 0.135 qram heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli (CPM-132), cinayət işi üzrə maddi sübut - 03 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının ümumi dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X8 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X3 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək və xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək tutma altında saxlanıldığı 4 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə hesablanaraq onun üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübut – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nərimanov RPİ-də maddi sübutların saxlama yerində saxlanılan psixotrop maddənin qalığı 5.296 qram metamfetamin, 2 ədəd 2 ml-lik şpristlərin içərisində ümumi həcmi 0.2 ml-lik maye olan narkotik vasitə heroin məhsulu, 0.05 ml quru maddə heroin və narkotik vasitənin qalığı 0.135 qram heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut - 03 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının ümumi dəyəri 211 (iki yüz on bir) manat 40 (qırx) qəpik Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Dövlət Xəzinədarlıq Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab AZE41 NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************) keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X3 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-246/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-246/2020
27.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver