Məhkəmə qərarları › İş №1(005)-246/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-246/2023

26.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-246/2023 26.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1977-ci ildə Füzuli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, işsiz, Füzul rayonu, XX Qurultay küçəsi, ev 25 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edib saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq odlu yivli silah hesab edilən keçmiş Sovet Sosialist Respublikaları İttifaqında Tula silah zavodunda 1964-cü ildə istehsal olunmuş, quş və xırda heyvan ovlamaq üçün nəzərdə tutulmuş texniki cəhətdən saz vəziyyətdə, atəşə yararlı 5,6 mm kalibrli 1 (bir) ədəd 2953 nömrəli TOZ-17 modelli sürgülü, beşatılan, odlu yivli ov karabini və döyüş sursatı hesab edilən zavod üsulu ilə istehsal olunmuş 5,6 mm kalibrli olmaqla, həmin kalibrli «Marqolin» konstruksiyalı tapançalardan və TOZ modelli yivli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş atəş üçün yararlı 6 (altı) ədəd patron əldə edib saxlayaraq daşıyarkən 14 fevral 2023-cü il tarixdə, saat 16:00 radələrində Nərimanov Rayon Polis İdarəsinin 18-ci PŞ-nin əməkdaşları tərəfindən ünvan 3 ünvanında şübhəli şəxs qismində saxlanılaraq Nərimanov RPİ-nin 18-ci PŞ-nin ünvan 4 ünvanında yerləşən inzibati binasına gətirilib orada üstündə şəxsi axtarış aparılan zaman sol əlində tutduğu bağlamada qanunsuz olaraq əldə edib saxlayaraq daşıdığı texniki cəhətdən saz vəziyyətdə, atəşə yararlı 5,6 mm kalibrli 1 (bir) ədəd 2953 nömrəli həmin TOZ-17 modelli sürgülü, beşatılan, odlu yivli ov karabini və 5,6 mm kalibrli olmaqla, həmin kalibrli «Marqolin» konstruksiyalı tapançalardan və TOZ modelli yivli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş atəş üçün yararlı 6 (altı) ədəd patron aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, TOZ-17 modelli tüfəngi və altı ədəd patronu 2023-cü ilin yanvar ayının ortalarında Nərimanov rayonu, Təbriz küçəsi, 2 ünvanında yerləşən köhnə «Qarabağ» mehmanxanasının ərazisində zibillikdən tapmışdır. Daha sonra tüfəngi və patronları həmin ərazidə yerə basdırmışdır. 14 fevral 2023-cü il tarixdə saat 16 radəbrində həmin ünvana gələrək tüfəngi və patronları gizlətdiyi yerdən götürüb yolun kənarına çıxaraq getmək istədikdə üç nəfər mülki geyimli şəxs ona yaxınlaşıb polis əməkdaşı olduqlarını bildirərək özünü təqdim etməsini xahiş etmişlər. Əlindəki bağlamada tüfəng və patronlar olduğuna görə həbs olunacağını düşünərək cəld oradan uzaqlaşıb getmək istəmiş, lakin həmin şəxslər onu saxlayıb Nərimanov RPİ-nin 18-ci polis şöbəsinə aparmışlar. Nərimanov RPİ-nin 18-ci PŞ-də axtarış keçirilmiş, axtarış zamanı o, bağalamadakı həmin tüfəngi və patronlarlı polis əməkdaşlarına təqdim etmişdir. Son olaraq əməlindən peşmançılıq çəkməsini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Nərimanov RPİ-nin 18-ci PŞ-nin cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 14 fevral 2023cü il tarixdə saat 16 radələrində ünvan 3 ünvanınır yaxınlığında Nərimanov RPİ-nin 18-ci PŞ-nin polis sahə rəisi, polis mayoru Müşviq Süleymanov və 18-ci polis şöbəsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid3la birlikdə xidməti vəzifəsin icra edən zaman Təbriz küçəsi 2 ünvanında əlində ağ rəngli bağlama olan bir nəfər kişi cinsli şəxsin özünü şübhəli apardığını müşahidə etmişlər. Bununb əlaqədar həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək ondan adını və soyadını yaşayış ünvanını, habelə əlindəki bağlamada nə olduğunu soruşmuşlar. Bı zaman həmin şəxs əvvəlcə suallardan yayınaraq ərazidən uzaqlaşmağa çalışsa da, nəhayət səmimi etiraf edərək əlindəki bağlamanın içərisində tüfəng olduğunu bildirmişdir. Bununla əlaqədar həmin şəxsin qanunsuz olaraq odlı silah əldə edib daşımasından şübhələnərək müvafiq yoxlama aparılması üçür. onu Nərimanov RPİ-nin 18-ci PŞ-yə dəvət edib gətirmişlər. 18-ci PŞ-də həmin şəxsin şəxsiyyəti müəyyənləşdirilərək onun Təqsirləndirilən şəxs olması müəyyən edildikdən sonra barəsində müvafiq araşdırma aparılması üçün raportla şöbə rəisinə məruzə etmişlər. Bundan sonra təhqiqatçı tərəfindən müdafiə hüququ təmin edilməklə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması barədə müvafiq qərar qəbul edilmişdir. Daha sonra onların iştirakları ilə videoçəkilişdən istifadə olunmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs sol əlində tutduğu ağ rəngli bağlamanı təqdim edib bağlamada tüfəng olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin silahı nə vaxt və haradan əldə etdiyini soruşduqda o, həmin tüfəngi təxminən bir ay əvvəl Nərimanov rayonu ərazisində yerləşən keçmiş “Qarabağ” mehmanxanasının yaxınlığındakı ərazidən dəmir tullantılar yığarkən tapdığını bildirmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdin etdiyi bağlama açılarkən içərisindən 1 ədəd TOZ-17 modeli tüfəng və sellofan bükümdə 6 ədəd patron aşkar olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs başqa heç bir qanunsuz əşya və predmet aşkar olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 iş üzrə şahid 18-ci PŞ-nin cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində çağırılmış Şahid3 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə Şahid3 ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 14 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 14 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs əlindəki bağlamanın içərisindən qəhvəyi rəngli, üzərində 2953 nömrəsi olan, taxta tutacaqlı, metal konstruksiyalı, Toz-17 tipli tüfəngi və bağlamanın içərisində sellofan paketə bükülmüş 06 ədəd güllələri çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin tüfəngi və 06 ədəd güllələri təxminən 01 ay əvvəl dəqiq xatırlamadığı tarixdə ünvan 6 ünvanında keçmiş “Qarabağ” mehmanxanası adlanan yerdən qayalıq hissədə zibilliyin yanından tapdığını bildirmişdir. Aşkar olunmuş silah, 06 ədəd güllələr iştirakçıların və Təqsirləndirilən şəxs iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, 224 nömrəli möhürlə möhürlənmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 14 fevral 2023-cü il tarixli, 23/124 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd 2953 №li silah, keçmiş “SSRİ” dövlətində Tula silah zavodunda 1964-cü ildə istehsal olunmuş 5,6 mm kalibrli, TOZ-17 modelli, sürgülü, beşatılan ov karabinidir, odlu yivli silahdır. Həmin silah quş və xırda heyvan ovlamaq üçün nəzrdə tutulmuşdur. Silahın hissə və mexanizmlərinin üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 06 ədəd patronlar zavod üsulu ilə istehsal alınmış 5.6 mm kiçik kalibrli olmaqla həmin kalibrli Marqolin konstruksiyalı tapançalardan və TOZ modelli yivli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 4(005)- 201/2023 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 14 fevral 2023-cü il tarixdən hesablanmaqla 03 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Xalq Məhkəməsinin xx.xx.1996-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 215-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.1998ci il tarixdə amnistiya qərarına əsasən cəzadan azad olunmuşdur. Bakı Hərbi Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 187-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2002-ci ildə 11 ay 24 gün vaxtından əvvəl şərti azad edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2007-ci il tarixdə 09 ay 16 gün vaxtından əvvəl şərti azad edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2011-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. “Videogörüntünün əks olunduğu CD-yə baxış keçirilməsi haqqında” 28 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əlindəki bağlamanın içərisindən qəhvəyi rəngli, üzərində 2953 nömrəsi olan, taxta tutacaqlı, metal konstruksiyalı, Toz-17 tipli tüfəngi və bağlamanın içərisində sellofan paketə bükülmüş 06 ədəd güllələri çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin tüfəngi və 06 ədəd güllələri təxminən 01 ay əvvəl dəqiq xatırlamadığı tarixdə ünvan 6 ünvanında keçmiş “Qarabağ” mehmanxanası adlanan yerdən qayalıq hissədə zibilliyin yanından tapdığını bildirmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 29 mart 2023-cü il tarixli qərardan görünür ki, şəxsi axtarış istintaq hərəkətinin keçirilməsini özündə əks etdirən 01 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Təqsirləndirilən şəxs bağlamasından aşkar edilərək götürülmüş 1 (bir) ədəd 5,6 mm kalibrli 2953 nömrəli TOZ-17 modelli karabin, habelə ekspert tədqiqatından sonra qalıq qalmış 03 ədəd 5.6 mm kalibrli patron maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxs, şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, himayəsində dörd azyaşlı övladının (əsas iş materiallarında olan: AZ-İİİ 562091 nömrəli, AZ – İİ 126609 nömrəli, AZ-İİİ 149759 nömrəli və AZ – İV 707440 nömrəli doğum haqqında şəhadətnamələrin surəti) olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər də dəfələrlə cinayət törətdiyinə görə məhkum olunmasını, buna baxmayaraq onun islah yoluna qədəm qoymaması onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Bu səbəbdən də, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı CPM-in 158.2-ci maddəsinə əsasən tutulduğu andan, yəni 14 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut qismində tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nərimanov RPİ-nin maddi sübutların saxlama yerinə təhvil verilmiş 1 (bir) ədəd 5,6 mm kalibrli 2953 nömrəli TOZ-17 modelli karabin, habelə ekspert tədqiqatından sonra qalıq qalmış 03 ədəd 5.6 mm kalibrli patron hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 iş saatına görə 60 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 14 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Cinayət işi üzrə maddi sübut qismində tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nərimanov RPİ-nin maddi sübutların saxlama yerinə təhvil verilmiş 1 (bir) ədəd 5,6 mm kalibrli 2953 nömrəli TOZ-17 modelli karabin, habelə ekspert tədqiqatından sonra qalıq qalmış 03 ədəd 5.6 mm kalibrli patron hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Cinayət işi üzrə maddi sübut qismində tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 iş saatı üçün cəmi 60 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar