Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-247/2023 18.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 13:00 Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclasının katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhər X1 müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs və onun vəkili Bakı şəhəri 34 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 müdafiəçilər Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili – Müdafiəçi1 oğlunun, Müdafiəçi3 və Bakı şəhər 12 saylı Vəkil Bürosunun vəkili X3, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, iştirakları ilə, xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta ixtisas təhsilli, “Shazəli” group, insan resursları üzrə aparıcı mütəxəssis işləyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 12 dekabr 2022-ci il tarixdə saat 21 radələrində “B1, B,” kateqoriyalı, “BA” seriyalı 043579 nömrəli sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi Şahid2 məxsus texniki cəhətdən saz vəziyyətdə olan, ağ rəngli “CHANGAN CS35 minik” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ilə “Nərimanov” metro stansiyası istiqamətində təxminən 30-40 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, əgər piyada keçidində nəqliyyat vasitəsinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsi ilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən yolu keçməyə başlamış piyadanı təhlükəyə məruz qoymamaq üçün sürəti lazımınca azaltmalı, əgər piyada keçidə daxil olmuşdursa və ya daxil olmaqdadırsa, sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməli kimi tələblərə riayət etməli olduğu halda, qanunun tələbinə əməl etməyərək, idarə etdiyi avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 100 ünvanında nizamlanmayan piyada keçidi ilə hərəkətdə olduğu yolu soldan sağa doğru adi yerişlə keçən piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq sağ ön hissəsi ilə vurub, ehtiyatsızlıqdan ona qapalı kəllə - beyin travması, baş beyin silkələnməsi, oma sümüyünün qapalı yerdəyişməyən sınığı ilə nəticələnən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarəti yetirməklə yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, etibarnamə əsasında idarə etdiyi **-FD-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli “Changan CS35” markalı avtomobil atası Şahid2 məxsusdur 12 dekabr 2022-ci il tarixdə saat 21 radələrində etibarnamə əsasında idarə etdiyi “Changan CS35” markalı, **-FD-*** dövlət qeydiyyat avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ilə üzü Nərimanov metrostansiyasına doğru hərəkət etmişdir. Həmin gün hava yağışlı və asfalt yaş olduğu üçün avtomobili 30-40 km/saat sürətlə idarə etmişdir. O, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ilə üzü Nərimanov metrostansiyasına doğru hərəkətdə olan zaman onunla eyni istiqamətdə markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı qara rəngli hündür bir avtomobil hərəkət etmişdir. O, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ilə üzü Nərimanov metrostansiyasına doğru saatda 30-40 km sürətlə yoluna davam edən zaman bir nəfər xanım piyada keçidi ilə anidən hərəkətdə olduğu yola çıxmışdır. O, hadisənin qarşısını almaq məqsədi ilə sükanı sola döndərib əyləcə bassa da, hadisə qaçılmaz olmuşdur. Piyada qarşısına anidən çıxdığı üçün o, idarə etdiyi avtomobil qabaq ön hissəsi ilə həmin piyadanı vurmuşdur. Zərbənin təsirindən piyada xanım bir neçə metr irəlidə asfaltın üzərinə düşmüşdür. O, dərhal avtomobildən düşərək piyadaya yaxınlaşmışdır. Həmçinin ətrafda olan tanımadığı şəxslər də, hadisə yerinə toplaşmışlar. Həmin vaxt o, adının sonradan Zərərçəkmiş şəxs olduğunu öyrəndiyi xanımın vəziyyəti ilə maraqlanıb sonuncuya şəxsiyyəti barədə məlumat verib, narahat olmamasını, xəstəxanaya aparacağını bildirmişdir. Həmin vaxt o, qorxduğu üçün tez bacısı Şahid4 istifadəsində olan mobil nömrəsinə zəng etmiş və bacısının qorxmaması üçün sonuncuya yalandan rəfiqəsinin yol-nəqliyyat hadisəsi törədərək piyadanı vurduğunu bildirib Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsinə, yəni hadisə yerinə gəlməsini xahiş etmişdir. Nərminə isə bir qədər uzaqda olduğunu bildirmiş və hadisə yerinin yaxınlığında iş yoldaşının olduğunu demişdir. Bundan sonra bacısı Nərminə iş yoldaşı olan Şahid3 hadisə barədə məlumat vermiş və təxminən 3- 5 dəqiqə keçdikdən sonra Akif də hadisə yerinə gələrək ona yaxınlaşmışdır. Akif dərhal onun avtomobilini kənara çəkmiş və piyadanı idarə etdiyi dövlət qeydiyyat nişanının və markasını xatırlamadığı avtomobilinin arxa oturacağında əyləşdirmişdir. Bundan sonra o, Akifin idarə etdiyi avtomobilin qabaq oturacağında əyləşərək piyadanı, yəni Zərərçəkmiş şəxs Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “X8”nə aparmışlar. Onlar yolda olan zaman Nuraya məxsus olan mobil telefonu vasitəsi ilə Nurayın nənəsi və bacısı ilə danışıb hadisə barədə məlumat vermişdir. O, həmin vaxt hadisənin təsiri altında olduğu üçün hüquq mühafizə orqanlarına məlumat verə bilməsə də, bacısı Nərminə Nərimanov RPİ-nin Növbətçi hissəsinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Orada Nuray həkimlər tərəfindən müayinə olunduqdan sonra sonuncunu əlavə müayinələrdən keçməsi üçün X7 aparmışlar. Məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, hazırda zərərçəkmiş şəxslə barışmış, ona dəymiş zərəri tamamilə ödəmişdir. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Hadisənin təsadüfi axarı zəmnində ilk dəfə cinayət törətməsini, zərərçəkmiş şəxsə dəymiş maddi zərəri tam olaraq ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanında qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. 12 dekabr 2022-ci il tarixdə o, həmişəki kimi Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “BFC Academy” adlı kursa getmiş və həmin gün saat 21:00-da dərsi bitdiyi üçün kursdan çıxmış, yaşadığı ünvana getmək üçün ünvan 3olağı ilə yolun digər tərəfinə keçməli olmuşdur. Buna görə də, o, piyada zolağına daxil olan zaman yola baxmış və yolun boş olduğunu görüb piyada zolağı ilə adi yerişlə yolu keçməyə başlamışdır. O, piyada zolağı ilə yolu soldan sağa doğru keçərək yolu keçməyinə az qalmış sağ tərəfdən gələn ağ rəngli markasını xatırlamadığı avtomobilin qabaq ön hissəsi ilə onun sağ çanaq nahiyəsindən vurmuşdur. Zərbənin təsirindən o, irəliyə doğru asfaltın üzərinə düşərək özündən getmişdir. Özünə gələn zaman isə artıq tanımadığı şəxslərin onu avtomobilə qoyaraq xəstəxanaya apardıqlarını görmüşdür. Bundan sonra o, yenidən huşunu itirmiş və özünə gələn zaman artıq xəstəxanada olduğunu görmüşdür. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı almış olduğu xəsarətlə bağlı uzun müddət yataq xəstəsi olmuşdur. Hazırda ayağa qalxaraq hərəkət etsə də, almış olduğu xəsarətlər nəticəsində hərəkətlərini həyata keçirməkdə çətinlik çəkmişdir. Yekun olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam olaraq ödənilmişdir. Hazırda onunla barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında təqdim etmiş olduğu mülki iddia ilə bağlı ərizədən imtina etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanında qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun doğma qızıdır. 12 dekabr 2022-ci il tarixdə Nuray həmişəki kimi Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “BFC Academy” adlı kursa getmişdir. Nurayın kursu saat 21:00-da bitirmiş və sonuncu kursdan çıxaraq yaşadıqları mənzilə geri qayıdırmış. Nurayın getdiyi “BFC Academy” adlı kurs yaşadığı ünvanın yaxınlığında, yolun digər tərəfində yerləşmişdir. Həmin gün, yəni 12 dekabr 2022-ci il tarixdə saat 21:50 radələrində anası Səadət onunla əlaqə saxlayaraq qızı Nurayı yol nəqliyyat hadisəsi nəticəsində avtomobil vurduğunu və sonuncunu “X8”nə aparıldığını demişdir. O, xəstəxanaya çatan zaman artıq Nurayın xəstəxanaya gətirildiyini görmüşdr. Orada ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Changan CS35” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ilə üzü Nərimanov metrostansiyasına doğru hərəkət edən zaman yolu keçmək istəyən qızı Zərərçəkmiş şəxs avtomobilin ön hissəsi ilə vurmuşdur. Orada Nuray həkimlər tərəfindən müayinə olunduqdan sonra sonuncunu əlavə müayinələrdən keçməsi üçün X7 aparmışlar. Həkimlər tərəfindən Nuray müayinə olunduqda onlara məlum olmuşdur ki, Nurayın sağ oma sümüyü sınmış, kəllə beyin travması almışdır. xx.xx.2022-ci il tarixdə X9 Mərkəzdən “Kəpəz Hospital”na aparmışlar. Məhkəmənin sualına cavab olaraq bildirmişlər ki, Fərdə İsmayılovanın ailəsi Nurayın müalicəsini qarşılamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun doğma qızıdır. “Changan CS35” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyat şəhadətnaməsi ilə ona məxsusdur. Həmin avtomobili Fəridə idarə etdiyi üçün sonuncunun adına etibarnamə vermişdir. Həmin etibarnamə əsasında Fəridə “Changan CS35” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. 12 dekabr 2022ci il tarixdə saat 21 radələrində yaşadığı ünvanda olan zaman qızı Nərminə onunla əlaqə saxlayaraq Fəridənin idarə etdiyi “Changan CS35” markalı, **-FD-*** dövlət qeydiyyat avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ilə üzü Nərimanov metrostansiyasına doğru hərəkət edən zaman yolu keçmək istəyən piyada xanımı vurduğunu bildirmişdir. Eyni zamanda Nərminə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “X8”ndə olduğunu deyərək oraya gəlməyini istəmişdir. Buna görə də o, “X8”nə getmiş və orada ona məlum olmuşdur ki, qızı Fəridə idarə etdiyi avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ilə üzü Nərimanov metrostansiyasına doğru hərəkət edən zaman yolu keçmək istəyən piyada, adının sonradan Zərərçəkmiş şəxs olduğunu öyrəndiyi xanımı avtomobilin ön hissəsi ilə vurmuşdur. Orada Nuray həkimlər tərəfindən müayinə olunduqdan sonra sonuncu əlavə müayinələrdən keçməsi üçün X7 aparmışlar. Baş vermiş hadisə zamanı ona məxsus “Changan CS35” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobilə heç bir maddi ziyan dəyməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun doğma bacısıdır. “Changan CS35” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyat şəhadətnaməsi ilə atası İlhama məxsusdur. Həmin avtomobili Fəridə idarə etdiyi üçün atası İlham Fəridənin adına etibarnamə vermişdir. Həmin etibarnamə əsasında Fəridə “Changan CS35” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. 12 dekabr 2022-ci il tarixdə saat 21 radələrində bacısı Fəridə ona zəng vuraraq ona rəfiqəsinin yol-nəqliyyat hadisəsi törədərək piyadanı vurduğunu, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsinə, yəni hadisə yerinə gəlməsini xahiş etmişdir. O, isə Fəridəyə Xırdalan şəhərində olduğumu bildirmiş və hadisə yerinin yaxınlığında iş yoldaşı Şahid3 olduğunu demişdir. Həmin vaxt o, bacısının səsindən və həyəcanlı danışığından sonuncunun yol nəqliyyat hadisəsi törətdiyini təxmin etmişdir. Buna görə də, tez Akifə zəng vuraraq hadisə barədə məlumat verib Fəridənin yanına getməsini xahiş etmişdir. Bundan sonra o, Akiflə əlaqə saxlayan zaman artıq sonuncunun Fəridənin yanında olduğunu və Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “X8”nə getidklərini, onun da oraya gəlməyini bildirmişdir. Bunda görə də, o, “X8”nə getmiş və orada ona məlum olmuşdur ki, bacısı Fəridə idarə etdiyi avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ilə üzü Nərimanov metrostansiyasına doğru hərəkət edən zaman yolu keçmək istəyən piyada adının sonradan Zərərçəkmiş şəxs olduğunu öyrəndiyi xanımı avtomobilin ön hissəsi ilə vurmuşdur. Orada Nuray həkimlər tərəfindən müayinə olunduqdan sonra sonuncunu əlavə müayinələrdən keçməsi üçün X7 aparıb tibbi yardım göstərmişlər. Sonradan isə o, Fəridə ilə bu barədə ətraflı maraqlana zaman sonuncu 12 dekabr 2022-ci il tarixdə saat 21 radələrində etibarnamə əsasında idarə etdiyi “Changan CS35” markalı, **-FD-*** dövlət qeydiyyat avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ilə üzü Nərimanov metrostansiyasına doğru hərəkətdə olan zaman Nurayın piyada keçidi ilə anidən hərəkətdə olduğu yola çıxdığı üçün piyadanı avtomobil qabaq ön hissəsi ilə vurduğunu bildirmişdir. Həmçinin Nuray xəstəxanaya aparan zaman Nuraya məxsus olan mobil telefonu vasitəsi ilə Nurayın nənəsinə hadisə barədə məlumat verdiyini bildirmişdir. Xəstəxanada olan zaman o, Nərimanov RPİ-nin Növbətçi hissəsinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Orada Nuray həkimlər tərəfindən müayinə olunduqdan sonra sonuncunu əlavə müayinələrdən keçməsi üçün X7 aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 Şahid4 ilə eyni məzmunli ifadə verərək dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Şahid1 ilə eyni məzmunli ifadə verərək dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə baxışında tədqiq edilmiş “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və foto cədvəllərdən və DVD diskdən görünür ki, hadisə ünvan 4 ünvanın qarşısında baş vermişdir. Yolun hərəkət hissəsi düz, örtüyün növü asfalt beton, örtüyün vəziyyəti yaş, yol örtüyünün eni 16 metrdir. Hərəkət zolaqlarının sayı 4, hərəkət hissəsinin eni 8 metrdir. Hərərlkət hissədə qarşı-qarşıya nəqliyyat axını birbirindən səkil ilə ayrılır. Yol nişanları zonası piayada zolağıdır. Yol şəhər elektrik işığı ilə işıqlandırılır. Piyada Nərimanov Rayonu, Təbriz küçəsində üzü Ağa Neymətulla küçəsi istiqamətində solun sağ kənarında piyada zolağın üzərində, 1,5 metr sağ kənarında vurulmuşdur. Məhkəmə baxışında tədqiq edilmiş “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi”nə dair xx.xx.2022-ci il tarixli 1/7066 nömrəli aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə törədərkən ayıq vəziyyətdə olmuş, onun tərəfindən alkoqol qəbulu əlamətləri aşkar edilməmişdir. Məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 016-165465-1222 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə BA043579 nömrəli “B” kategoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı heç bir məlumat qeydə alınmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin “Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası” ilə bağlı 11 yanvar 2023-cü il tarixli, 8/3705 nömrəli rəyindən görünür ki, Ghangan CS35 markalı **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 54-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 X10 canlı şəxsin ekspertizası ilə bağlı xx.xx.2023-cü il tarixli 64 nömrəli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər- qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, oma sümüyünün qapalı yerdəyişməyən sınığı - bərk küt əşya (əşyaların) təsirindən qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2022-ci il tarixdə yol nəqiliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsində görə sağlamlığın uzunmüddətə pozulmasına səbəb olan sağlamlığa Az ağır zərər vurmaya aiddir. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 27 mart 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs idarə etdiyi “Ghangan” CS35 markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobil iş əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və sahibinə qaytarılması nəzərə alınmışdır. Bundan başqa təhlükəsiz şəhər sistemindən alınmış 01 ədəd dvd disk maddi sübut hesab edilərək cinayət işi materialarında saxlanılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış sorğuya əsasən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN BƏSSİ Əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə” 24 mart 2023-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs vəkili və nümayəndəsi Müdafiəçi2 tərəfindən təqdim edilən xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam olaraq ödənildiyindən, o, sonuncu ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Mülki iddiadan imtina etdiyini və şikayətinin olmadığını iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığından və ona dəymiş ziyanı tam şəkildə ödədiyindən o, cinayət məsuliyyətindən azad edilməli, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs könüllü gəlib təqsirini boynuna aldıqda, cinayətin üstünün açılmasına fəal kömək etdikdə, cinayət nəticəsində dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri başqa yolla aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci maddəsinə əsasən başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 72.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda - iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən Bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. CPM-nin 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. CPM-nin 346.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında cinayət məsuliyyətindən azad etmə üçün əsasların olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə göstərilən halları, yəni zərərçəkmiş şəxsə vurulmuş ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənildiyini, zərərçəkmiş şəxslə barışığın əldə edilməsini, habelə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını, müdafiə tərəfinin təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını nəzərə alaraq belə hesab edir ki, CM-nin 263.1-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli, Təqsirləndirilən şəxs iş materiallarında olan BA 043579 nömrəli sürücülük vəsiqəsi özünə qaytarılmalıdır. Bundan başqa məhkəmə zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən məhkəmə iclasında təqdim edilmiş barışıq ərizəsindən mülki iddia ilə bağlı hissəsini nəzərdən keçirdib qeyd edir ki, mülki iddiadan imtina heç bir şəxsin hüquqlarını və qanuni mənafelərini pozmadığından mülki iddiadan imtina ilə bağlı ərizəsi təmin edilməlidi. CPM-nin 186.1-ci maddəsinə əsasən - cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Bu hüquqlara mənafeyinin müdafiəsi üçün prokuror tərəfindən mülki iddia verilmiş şəxslər də malikdirlər. İş üzrə maddi sübut – “Ghangan” CS35 markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması və “Təhlükəsiz şəhər” sistemindən alınmış 01 (bir) ədəd “DVD” formatlı diskin cinayət işi materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə ekspertiza xərci 85,00 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Qeyd olunanlara əsasən və CPM-nin 43.1.2, 321, 321.2.1 və 384-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Ghangan CS35 markalı, **-FD-*** dövlət qeydiyyat qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış “Təhlükəsiz şəhər” sistemindən alınmış 01 ədəd dvd disk maddi sübut hesab edilərək cinayət işi materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 85,00 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsi hesabına keçirilsin. Təqsirləndirilən şəxs iş materiallarında olan BA 043579 nömrəli sürücülük vəsiqəsi özünə qaytarılsın. Zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən məhkəmə iclasına təqdim edilmiş mülki iddiadan imtina ilə bağlı ərizəsi təmin edilsin. Qərardan elan edildiyi gündən 20 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №1(005)-247/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-247/2023
18.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver