Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-248/2020 20.08.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Babayev Eldar Hafiz oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər prokurorluğunda Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçi – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1962-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 18:30 radələrində, ünvan 2 ünvanında yerləşən mənzildə keçmiş kürəkəni Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlərin pozulması zəminində, yəni Zərərçəkmiş şəxs onu işdən çıxarması və işlə təmin etməməsi səbəbindən aralarında yaranmış mübahisə nəticəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qəsdən yumruqla baş və sağ yanaq nahiyəsindən vurmuş, boyun nahiyəsindən və sağ qolundan tutub dartmış, daha sonra masanın üzərində olan stəkanı Zərərçəkmiş şəxs tərəf atmış və stəkan Ruslanın Paşayevin sağ ayaq barmağına dəyərək Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid xəsarət, yəni qapalı kəllə beyin travması, sağ yanaq nahiyəsinin yumşaq toxumalarının şişkinlik halında əzilməsi-yanağın iç səthinin əzilmiş yarası, ağrı simptomu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ ayağın İ barmağının yumşaq toxumalarının əzilməsi-hematoması, həmçinin sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilməyən xəsarətlər, yəni boyunun sağ sol yarısının bayır səthlərinin, sağ bazunun yuxarı üçdə birinin iç səthinin sıyrıqları xəsarətləri yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2020-ci il tarixdə qızının yaşadığı Nərimanov rayonu, Ə. Əliyev küçəsi 26, mənzil 587 ünvanına getmişdir. Saat 18:30 radələrində o eyvanda siqaret çəkmişdir. Həmin vaxt Ruslan evə gəlib qızı İranə ilə mübahisə etmişdir. Daha sonra Ruslan onun arxasınca gəlib onun yaxasından tutub heç bir söz demədən onu otağa salmışdır. Onlar mübahisə edə-edə evin dəhlizinə gəlmişlər. Ruslan orada onun sol qaş nahiyəsindən yumruqla vurmuşdur. O, zərbənin təsirindən yerə yıxılmışdır. Daha sonra o, Zərərçəkmiş şəxs qəsdən yumruqla baş və sağ yanaq nahiyəsindən vurmuş, boyun nahiyəsindən və sağ qolundan tutub dartmış, daha sonra masanın üzərində olan stəkanı Zərərçəkmiş şəxs tərəf atmışdır. Bundan sonra isə Ruslan evdən getmişdir. Sonda məhkəməyə ərizə təqdim edərək Zərərçəkmiş şəxs ilə barışdığını, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını, əməlindən səmimi peşman olduğunu bildirib, barəsindəkicinayət işiüzrəicraataxitamverilməsinixahişetmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxsifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 18 radələrində o yaşadığı ünvan 3 ünvanında yerləşən evinə getmişdir. Həmin vaxt keçmiş qayınatası Yusifin mətbəxdə olduğunu görmüşdür. O Yusifə məhəl qoymamış və keçib divanda oturmuşdur. Həmin vaxt təxminən yarım saat telefonla danışmışdır. Bir az keçdikdən sonra o mətbəxə keçmişdir. O Yusifin onun ünvanına nalayiq sözlər işlətdiyini görmüşdür. O Yusifə “niyə məni söyürsən, evdə uşaqlar var. Niyə nalayiq ifadələr işlədirsən?” demişdir. Yusif həmin vaxt içkili olmuşdur. Buna görə Yusiflə aralarında mübahisə yaranmışdır. Yusif üzərinə hücum edib onun sinəsindən tutmuş və onu vurmuşdur. İranə isə gəlib onları aralamışdır və Yusifi aparıb digər otağa salıb qapısını bağlamışdır. O da qardaşı Süleymana və dostu Sənana zəng edib onları evə çağırmışdır. Yusif qapının arxasından onu nalayiq ifadələrlə təhqir etməyə davam etmişdir. O da mobil telefonu ilə video çəkmişdir. Onun öz qızı qapını əli ilə tutmuşdur ki, atası çıxıb onun üzərinə hücum etməsin. Bir az keçdikdən sonra Yusif qapını açıb onun üzərinə hücum etmiş və təkrar olaraq onu nalayiq ifadələrlə təhqir edərək onun baş və sifət nahiyəsindən bir neçə dəfə vurmuşdur. Daha sonra Yusif masanın üzərində olan stəkanı ona tərəf atmışdır. Stəkan onun sağ ayağına dəymişdir. Zərbənin təsirindən o xəsarət almışdır. O isə Yusifi özündən uzaq tutmağa çalışmışdır. Yusif təkrar olaraq ona yumruq atmış, o da arxaya tərəf çəkilmişdir ki, yumruq ona dəyməsin. Bu zaman Yusif içkili olduğundan müvazinətini itirib yerə yıxılmış, qaşı evin içərisində olan sütuna dəymiş və qaşı qanamışdır. Sonda məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. MəhkəməiclasındaşahidqismindəçağırılmışŞahid1 və Şahid2 məhkəməiclaslarındaiştiraketməmələrinəzərəalınaraq, işəonlarıniştirakıolmadanbaxılmasımümkünhesabedilmiş, habeləşahidlərinibtidaiistintaqdövründəvermişolduqlarıifadəsielanedilmişdir. Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o,xx xxxx 2020-ci il tarixdə saat 18:30 radələrində Süleyman ilə birlikdə Nərimanov rayonunda olmuşlar. Həmin vaxt Ruslan qardaşına zəng edərək onu evə çağırmışdır. O da narahat olduğu üçün Süleyman ilə birlikdə Ruslanın yaşadığı ünvan 4 ünvanına getmişdir. O qapının dəstəyini endirən zaman qapının açıq olduğunu görmüşdür. İçəri girən zaman Ruslanın qayınatası Yusifin Ruslanın sinəsindən tutaraq onu vurduğunu görmüşdür. Ruslan onu itələyən zaman Yusif yenidən Ruslanın üzərinə gedib yumruq atmaq istəmişdir. Ruslan isə arxaya çəkildiyi üçün Yusif sərxoş olduğundan yerə yıxılmış və sol qaşı daş sütuna dəyərək qanamışdır. Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki,o,xx xxxx 2020-ci il tarixdə saat 18:30 radələrində qardaşı Ruslan ilə ortaq dostları olan Şahid1 ilə birlikdə Nərimanov rayonu ərazisində olmuşlar. Həmin vaxt qardaşı Ruslan ona zəng edib təcili olaraq yaşadığı evə çağırmışdır. O Sənan ilə birlikdə Ruslanın yaşadığı ünvan 5 ünvanına getmişdir. Həmin vaxt onun mobil telefonuna zəng gəldiyi üçün o liftə girə bilməmişdir. Lakin Sənan mənziləqalxmışdır. Bir neçə dəqiqədən sonra Sənan və Ruslan aşağı düşmüşlər. O nə baş verdiyini soruşan zaman Ruslan Yusif içkili halda onu söydüyünü və vurduğunu, həmin vaxt isə yıxılaraq xəsarət aldığını demişdir. Bir az keçdikdən sonra polis bölməsindən zəng gəlmiş. Ruslanı polis bölməsinə çağırmışlar, onlar da birlikdə polis bölməsinə getmişlər. Polis bölməsində Ruslanın keçmiş qaynanası Məlahət, keçmiş qaynı Bilal, Məlahətin bacısı Güli və baldızı Püstə orada olmuşdur. Ruslan polis bölməsində izahat verdikdən sonra getmək istədikdə polis bölməsinin inzibati binasının içərisində Güli və Məlahət Ruslanla mübahisə etməyə və onunla kobud danışmağa başlamışlar. Həmin vaxt Bilal Ruslanın üzərinə hücum edərək onun başından, sifət nahiyəsindən yumruqla vurmuş və təpiklə ayağından da vurmuşdur. Polis əməkdaşlarının köməkliyi ilə Bilalı Ruslandan kənarlaşdırmışlar və bu barədə polis bölməsində baş vermiş hadisə rəsmiləşdirilmişdir. Sonra isə onlar oradan getmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması barədə xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi başlanmışdır. ( i.v.1) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X5 xx xxxxx 2020-ci il tarixli 256 nömrəli rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs bədən səthində olan xəsarətlər- qapalı kəllə beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan sol gicgah almacıq nahiyəsinin yumşaq toxumalarının şişkinlik halında əzilməsiqançırı, sağ yanaq nahiyəsinin yumşaq toxumalarının şişkinlik halında əzilməsi- yanağın iç səthinin əzilmiş yarası, boyunun sağ sol yarısının bayır səthlərinin, sağ bazunun yuxarı üçdə birinin iç səthinin sıyrıqları, ağrı simptomu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ ayağın 1 barmağının yumşaq toxumalarının əzilməsi-hematoması, sol bazu oynağının qançırı küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2020-ci il tarixdə və şəraitdə əmələ gələ bilər. Vət. Zərərçəkmiş şəxsnsda aşkar edilmiş xəsarətlər qapalı kəllə beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan sol gicgah almacıq nahiyəsinin yumşaq toxumalarının şişkinlik halında əzilməsi-qançırı, sağ yanaq nahiyəsinin yumşaq toxumalarının şişkinlik halında əzilməsi- yanağın iç səthinin əzilmiş yarası, ağrı simptomu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ ayağın İ barmağının yumşaq toxumalarının əzilməsi-hematoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Vət. Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlərin xarakter və lokalizasiyasına görə şəxsin özü-özünə yetirilməsi və öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi inandırıcı deyil. (i.v. 22-24); Təqdim olunmuş CD diskə baxış keçirilməsi haqqında xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, mənzildə olan otaqların birində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs nalayiq ifadələr ilə təhqir etmiş, Zərərçəkmiş şəxs ona nalayiq ifadələr işlətməməsini bildirmiş, lakin Təqsirləndirilən şəxs nalayiq ifadələrə davam etmişdir. Qapını isə bir nəfər qadın tutaraq saxlamışdır. Zərərçəkmiş şəxs bildirmişdir ki, həmin şəxs X3r. (i.v. 55-56) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 ünvanlanmış tələbnaməyə xx.xx.2019-cu il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur . (i.v. 67-68); Sübutların qiymətləndirilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs həmin Məcəllənin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilməsi və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi, CD diskin maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilməsi və s. qərara alınmışdır. (i.v. 93-101) Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb oedilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (i.v 116-117); Qətimkan tədbiri seçilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 132-134) Təqsirləndirilən şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs ilə qarşılıqlı şəkildə barışmış və yekun məhkəmə qərarı çıxarılarkən göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir Zərərçəkmiş şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmamasını, onunla barışdığını və yekun məhkəmə qərarı çıxarılarkən göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Belə ki, sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma əməlinin törədilməsi CM-nin 128-ci maddəsinə əsasən cinayət hesab edilir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs ilə təqsirləndirilənşəxsTəqsirləndirilən şəxs qarşılıqlı surətdə barışmaları nəzərə alınmalı və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 40.3. Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, yuxarıda göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığına, habelə dəymiş ziyanı tamamilə ödədiyinə görə cinayət təqibinə xitam verilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 7 saata görə 42 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir İş üzrə məhkəmə məsrəfi, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 175, 321, 344- 347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında”iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut- 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 7 (yeddi) iş saatına görə 42 (qırx iki) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan edildiyi və ya alındığı gündən 20 gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-248/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-248/2020
20.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver