Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-248/2022 19.07.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvəllər məhkum edilmiş, Bakı şəhəri, Xətai rayonu G.Mehmandarov küçəsi ev 2, mənzil 73-də qeydiyyatda olan və yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz olaraq daxil olmaqla, özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Şahid ilə qabaqcadan əlbir olan cinayət əlaqəsinə girərək bir qrup şəxs halında xx.xx.2021-ci il tarixdə, saat 03:00 radələrində ünvan 1 ünvanda yerləşən Zərərçəkmiş şəxs2 məxsus ərzaq mağazasının giriş qapısının üzərində olan asma qıfılı dəmir parçası ilə sındırmaq yolu ilə içəriyə qanunsuz daxil olub oradan qəpiklərlə olan 12 manat pulu, ümumi qiyməti 24 manat olan 24 ədəd 250 ml həcmli «Bizon» enerji içkisini, ümumi qiyməti 15,6 manat olan 12 ədəd 500 ml həcmli «Bizon» enerji içkisini, ümumi qiyməti 10 manat olan 10 ədəd 250 ml həcmli «Hell» enerji içkisini, ümumi qiyməti 17,5 manat olan 7 ədəd bir litrlik «Soçnaya dolina» markalı şirəni, ümumi qiyməti 34,5 manat olan üç kiloqram «Manqal üstü» markalı sosislərini, ümumi qiyməti 34.5 manat olan üç kiloqram «Best beef» markalı servelat kolbasasını, ümumi qiyməti 21,6 manat olan 12 ədəd dəmir qabda olan «Mac Coffee» markalı kofeni, ümumi qiyməti 12 manat olan 10 ədəd dəmir qabda olan «Coca Cola» içkisini, ümumi qiyməti 10 manat olan 10 ədəd 500 ml həcmli «Şahdağ» limonadını, qiyməti 27 manat olan bir blok «Winchester» markalı siqareti, qiyməti 22 manat olan bir blok «Viceroy» markalı siqareti, ümumi qiyməti 25,2 manat olan 6 qutu «Sobranie» markalı siqareti, ümumi qiyməti 12 manat olan 20 ədəd kuruassan şirniyyatını, ümumi qiyməti 5 manat olan 10 ədəd «Brown» markalı keksi, ümumi qiyməti 8.8 manat olan dörd ədəd «Pop cake» markalı şirniyyatı, ümumi qiyməti 22,4 manat olan 8 ədəd «7 days» markalı kurassan şirniyyatını, qiyməti 12 manat olan bir qutu «Hoşbeş» markalı vaflini, ümumi qiyməti 5,4 manat olan «Hoşbeş» markalı üç ədəd vaflini, qiyməti 6,5 manat olan bir kiloqram Rusiya istehsalı olan şokoladı, ümumi qiyməti 10 manat olan 10 ədəd «Snickers» markalı şokoladı, ümumi qiyməti 11 manat olan 5 ədəd «Nestle» markalı şokoladı, ümumi qiyməti 10.8 manat olan «Alpen Gold» markalı şokoladı, ümumi qiyməti 13,5 manat, üç ədəd 500 qramlıq, Rusiya istehsalı olan ət konservi, ümumi qiyməti 9,6 manat, üç ədəd 320 qramlıq. Rusiya istehsalı olan ət konservi, ümumi qiyməti 38.54 manat olan «Kinder surprise» yumurtasını, ümumi qiyməti 14.4 manat olan 12 cüt corabı, ümumi qiyməti 9,6 manat olan, 8 ədəd «Rolton» markalı supu, ümumi qiyməti 20 manat olan 40 ədəd alışqanı, ymumi qiyməti 2 manat olan 10 ədəd sellofan torbanı və qiyməti 50 manat olan bir ədəd «Glo» markalı elektron siqaret aparatını gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 527,44 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Şahid ilə qabaqcadan əlbir olan cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 26 avqust 2021-ci il tarixdə, saat 03:00 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 2 ünvanda fəaliyyət göstərən “Fea Market" mağazasının plastik qapısını dəmir alətlə sındırmaq yolu ilə içəriyə qanunsuz daxil olub mağazada olan 1100 manat pulu, 117 manat dəyərində 3 blok «Sobranie» markalı siqaretləri və bir ədəd dəyəri 5 manat olan ***-***-**-** CSM nömrə ilə istifadə olunan 70 manat dəyərində «Hoffmann" markalı mobil telefonum gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 1292 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM- nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 7-8 ay bundan əvvəl Nərimanov rayonu ərazisində yerləşən parkda gəzərkən Şahidla tanış olmuş və həmin vaxtdan sonra Muradla münasibət saxlamağa başladıq tez-tez görüşüb şəhərdə gəzmişlər. xx.xx.2021-ci il tarixdə, saat 03:00 radələrində Xətai rayonu ərazisində yerləşən «Dinamo» idman cəmiyyətinin yaxınlığından keçərkən idman cəmiyyətinin yaxınlığında yol kənarında yerləşən ərzaq mağazasından oğurluq etməyi təklif etmişdir. Murad da etiraz etməmiş və ərzaq mağazasının giriş qapısına yaxınlaşanda qapının üzərində asma qıfılın olduğunu görmüşlər. Qıfılı qırmaq üçün ətrafda dəmir parçasını axtarmağa başlamış və mağazanın yaxınlığında bir dəmir parçasını tapıb mağazaya qayıtmışlar. O, dəmir parçası ilə mağazanın giriş qapısının üzərində olan asma qıfılı qırıb yerə atmış, daha sonra mağazaya daxil olmuşlar. İkisində işıqlı alışqanlar olduğundan həmin alışqanların işıqlarından istifadə edib mağazaya göz gəzdirmişlər. Sonra o və Murad mağazada olan dəqiq sayını xatırlamadığı «Bizon» markalı enerji içkilərini, «Manqal üstü» markalı sosisləri, «Best Beef» markalı servelat kolbasalarını, bir neçə qab «Mae Coffee» markalı kofeni, üç qutu (paçka) «Winchester» markalı siqareti, iki qutu «Viceroy» markalı siqareti, üç qutu «Sobranie» markalı siqareti, 3 ədəd «Snickers» markalı şokoladı, iki ədəd ət konservi, üç ədəd «Rolton» markalı supu mağazadan götürdükləri sellofan torbaya və bir boş qutuya yığıb mağazanı tərk etmişlər. Sonradan mağazadan oğurladıqları ərzaqları və məhsulları Muradla aralarında iki yerə bölmüş, payına düşən ərzaqlardan və məhsullardan istifadə etmişdir. Bundan başqa, o, ifadəsində göstərmişdir ki, həmin günün səhəri, yəni xx.xx.2021-ci il tarixdə, saat təxminən 17:00-18:00 radələrində Nərimanov rayonu ərazisindəki “X2” nin yanındakı parkda təsadüfən Muradla rastlaşmış və danışıb razılaşmışlar ki, şəhərdə gəzib münasib yerdə market olarsa, içəri girib pul oğurlasınlar. Bu məqsədlə xx.xx.2021-ci il tarixdə, saat təxminən 03:00 radələrində piyada gəzə-gəzə ünvan 2 ünvanda fəaliyyət göstərən “Fea Market” mağazasının yanında keçən zaman həmin market diqqətini cəlb etmişdir. O yaxınlaşıb mağazaya baxmış, Murad oğurluq cinayətlərində anlayışsız olduğu üçün Murada bildirmşdir ki, özü mağazaya girəcəkdir, o isə çöldə dayanıb kənar şəxslər gələcəyi halda qapını döyməklə onu xəbərdar elsin. Razılaşdıqdan sonra o, qapıya yaxınlaşıb əl və çiyni ilə itələyib qapını açmış və mağazaya daxil olmuşdur. O, mağazadan 1100 manat pulu, 3 blok «Sobranie» markalı siqareti və 1 ədəd «Hoffmann» markalı mobil telefonu götürüb cibinə qoymuşdur. Bu zaman onun mağazadan gec çıxdığını görüb Murad arxasınca mağazaya daxil olmuşdur. Mağazada o, 2 blok «Sobranie» markalı siqareti və qəpik pulları Murada vermişdir. Sonra birlikdə mağazadan çıxmış, yolda Murada bildirmişdir ki, mağazadan pul oğurlamış, lakin miqdarını deməmişdir.Sonra hazırda dövlət nömrə nişanını və markasını bilmədiyi taksi avtomaşını saxlatmış və taksiyə əyləşib Babək prospektinə gəlmişlər. Orada avtomaşından düşəndə Murada bildirmişdir ki, 500 manat pul olmuş və 5 manatını taksiyə vermişmişdir. Sonra yaxınlıqdakı köşkdən siqaret və su aldıqda sonra Murada 240 manat pul vermişdir. Murad qəpik puldan sayıb 50 manatını ona vermiş qalanı isə onda qalmışdır. Siqaretlərin bir blokunu ikisi bir neçə günə satmış, qalanı isə Muradda qalmışdır. Bundan sonra Muraddan ayrılıb yaşadığı evə getmiş, sonradan eşidib bilmişdir ki, Murad hər iki oğurluğa görə tutulmuşdur. Hazırda peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, təxminən 2018-ci ildən ünvan 2 ünvanda fəaliyyət göstərən “Fea Marketi” icarə əsasında işlədir. Həmin marketi axşamlar iş vaxtı bitdikdən sonra saat 23:00 radələrində bağlamış və səhərlər isə saat 08:00 radələrində açmışdır. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə, saat 23:00 radələrində mağazanı bağlayıb yaşadığı evə getmişdir. Səhəri gün, yəni xx.xx.2021-ci il tarixdə, saat 08:00 radələrində mağazaya gəlib qapını açıb içəri daxil olmuşdur. Bir qədər sonra anbara daxil olmuş və anbarda olan əşyaların dağınıq olmasını görmüşdür. Dərhal həyəcanlı şəkildə DİNin 102 xidmətinə zəng edib məlumat vermişdir. Bir qədər sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və polis əməkdaşları ilə birlikdə mağazaya diqqətlə baxış keçirən zaman, kassa aparatından təxminən axşamdan qalan 100 manat xırda pulların oğurlanmasını aşkar etmişdir. Sonradan mağazaya dəqiq baxış keçirilərkən mağazadan ümumi dəyəri 117 manat olan 3 blok “Sobranie” markalı siqaret, 100 manat qəpiklər olmaqla 1100 manat pul və bir ədəd 70 manat dəyərində ***-***-**-** nömrə ilə işlətdiyi “Hoffmann” markalı mobil telefonu da oğurlanmışdır. Bundan başqa o, ifadəsində göstərmişdir ki, o, mağazaya daxil olarkən ilk öncə anbara daxil olanda oradakı əşyaların dağınıq olmasını və anbarın çölə baxan qapısının açıq olmasını görmüşdür. Bu zaman oğurluq olmasını düşünmüş, odur ki, heç kassa aparatına baxmadan DİN-in 102 xidmətinə zəng edib 1000 manat oğurlanmasını demişdir. Lakin, sonradan polis əməkdaşları ilə birlikdə kassa aparatına baxanda kassada axşamdan saxladığı 100 manata yaxın qəpik pulların oğurlanmasını dəqiqləşdirmişdir. Daha sonra isə dəqiq hesablamalar apardıqda isə mağazadan ümumi dəyəri 117 manat olan 3 blok “Sobranie” markalı siqaret, 100 manatı qəpiklər olmaqla 1100 manat pul və bir ədəd 70 manat dəyərində 070-218- 29-25 nömrə ilə işlətdiyi “Hoffmann” markalı mobil telefonun da oğurlanmasını müəyyən etmişdir.***-***-**-** nömrənin dəyəri 5 manat təşkil etmişdir. Son olaraq ərizə təqdim edərək bildirmişdir ki, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, təxminən 6-7 ay bundan əvvəl Nərimanov rayonu ərazisində yerləşən parkda gəzərkən adını sonradan bildiyi Təqsirləndirilən şəxs adlı şəxslə tanış olmuşdur. Həmin vaxtdan Mövsümlə münasibət saxlamağa başlamışlar. Onlar tez-tez görüşüb şəhərdə gəzirmişlər. xx.xx.2021-ci il tarixdə, saat 03:00 radələrində Xətai rayonu ərazisində yerləşən “Dinamo” idman cəmiyyətinin yaxınlığından keçərkən Mövsüm ona idman cəmiyyətinin yaxınlığında yol kənarında yerləşən ərzaq mağazasından oğurluq etməyi təklif etmiş, o da buna etiraz etməmişdir. Ərzaq mağazasının giriş qapısına yaxınlaşanda qapının üzərində asma qıfılın olduğunu görmüşlər. Qıfılı qırmaq üçün o və Mövsüm ətrafda dəmir parçasını axtarmağa başlamışlar və mağazanın yaxınlığında bir dəmir parçasını tapıb mağazaya qayıtmışlar. Mövsüm dəmir parçası ilə mağazanın giriş qapısının üzərində olan asma qıfılı qırıb yerə atmışdır. Sonra o və Mövsüm mağazaya daxil olmuşlar. İkisində də işıqlı alışqanlar olduğundan onlar həmin alışqanların işıqlarından istifadə edib mağazaya göz gəzdirmişlər. Sonra o və Mövsüm mağazada olan dəqiq sayını xatırlamadığı “Bizon” markalı enerji içkilərini, “Manqalüstü” markalı sosisləri, “Best beef” markalı servelat kolbasalarını, bir neçə qab “Maccoffee” markalı kofeni, üç qutu (paçka) “Winchester” markalı siqareti, iki qutu “Viceroy” markalı siqareti, üç qutu “Sobranie” markalı siqareti, üç ədəd “Snickers” markalı şokoladı, iki ədəd ət konservi, üç ədəd “Rolton” markalı supu mağazadan götürdüyü, bir ədəd sellofan torbaya və bir boş qutuya yığıb mağazanı tərk etmişdir. Sonradan mağazadan oğurladıqları ərzaqları və məhsulları Mövsümlə aralarında iki yerə bölmüşlər. Payına düşən ərzaqlardan və məhsullardan istifadə etmişdir. Məhkəmə iclasına zərərçəkmiş qismində çağırılmış Zərərçəkmiş şəxs2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduqları ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi barədə” 26 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 şikayəti əsasında hadisə yerinə baxış keçirilmişdir. Hadisə yeri ünvan 3 ünvanıdır. Həmin mağazanın giriş qapısı və anbarının qapısı üzərində hər hansı zədə və ya sınma izləri yoxdur. Baxış zamanı mağazanın kassa aparatının ağzı açıq olsa da, üzərində sınıq yerləri yoxdur. Baxış zamanı iş üzrə maddi sübut əhəmiyyətli hər hansı əşya və ya dəlil aşkar edilmədi. “Təqdim olunmuş diskə baxış keçirilməsi haqqında” 05 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 təqdim etdiyi 01 ədəd CD-R diskin içərisində olan 6 ədəd fayllara baxış keçirildi. Baxış zamanı müşahidə kamerasının qeydə aldığı 6 ədəd faylda əks olunan görüntülərdə iki nəfər şəxsin 26 avqust 2021-ci il tarixdə, saat 03:00 radələrində Nərimanov rayonu, Ə.Əliyev küçəsi 52A ünvanında ağ rəngli dövlət qeydiyyat nişanı məlum olmayan taksi avtomobilindən düşmələri, həmin küçədə fəaliyyət göstərən “Fea Market” adlı mağazasının ətrafında gəzişmələri, ətrafa boylanmaları, mağazaya yaxınlaşıb içəriyə baxmaları, daha sonra şəxslərdən birinin mağazanın içərisinə daxil olması, digərinin isə çöldə qalıb müşahidə etməsi, içəridə olan şəxsin mağazanın içərisində gəzişməsi, bir qədər sonra əlində torba mağazadan çıxaraq çöldə dayanmış şəxslə birlikdə tələsik uzaqlaşması müəyyən olundu. Həmin vaxt Şahid bildirdi ki, həmin video görüntüdəki çöldə dayanmış şəxs özüdür, mağazanın içərisində olan şəxs isə tanışı Təqsirləndirilən şəxsdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxsn Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə cəzadan azad olunduğu üçün qeydiyyatdan çıxarılmışdır. “Baxış keçirilməsi haqqında” 25 avqust 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 1 ünvanında yerləşən marketdir. Marketin ümumi sahəsi təxminən 16 kv. metrdir. Marketin giriş qapısı alüminium materialından və şüşədən ibarətdir. Giriş qapısının çərçivəsi üzərində zədələrin olması müşahidə edilir. Giriş qapısının üzərində olmuş qıfıl yerdə, qapının yanına atılmpışdır. Mağazanın ön tərəfində üzərində müxtəlif məhsullar olan rəflər qarışdırılıb. Girişdən sol tərəfdə köməkçi sahə var. Marketdə olan məhsulların bir hissəsi dağınıq vəziyyətdədir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-66/2021 saylı, 13 aprel 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsindən həmin Məcəllənin 179.1-ci maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs həbsdə saxlandığı 01 ay 03 gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin olunmuş 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 02 ay 06 gün çıxılmaqla üzərində qəti olaraq 09 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, cəzaçəkmə müddətinin əvvəlinin Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və o dərhal məhkəmə iclas zalından həbsdən azad edilməsi, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi və onun başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin 19 fevral 2022-ci il tarixli, 080-60117/22 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə tutularaq müvafiq istintaq hərəkətlərinin keçirilməsi üçün təqdim olunmuşdur. “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” 19 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 20:00-da şübhəli şəxs qismində tutulmuşdur. “Təqdim olunmuş diskə baxış keçirilməsi haqqında” 19 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 təqdim etdiyi 01 ədəd CD-R diskin içərisində olan 6 ədəd fayllara baxış keçirildi. Baxış zamanı müşahidə kamerasının qeydə aldığı 6 ədəd faylda əks olunan görüntülərdə iki nəfər şəxsin 26 avqust 2021-ci il tarixdə, saat 03:00 radələrində Nərimanov rayonu, Ə.Əliyev küçəsi 52A ünvanında ağ rəngli dövlət qeydiyyat nişanı məlum olmayan taksi avtomobilindən düşmələri, həmin küçədə fəaliyyət göstərən “Fea Market” adlı mağazasının ətrafında gəzişmələri, ətrafa boylanmaları, mağazaya yaxınlaşıb içəriyə baxmaları, daha sonra şəxslərdən birinin mağazanın içərisinə daxil olması, digərinin isə çöldə qalıb müşahidə etməsi, içəridə olan şəxsin mağazanın içərisində gəzişməsi, bir qədər sonra əlində torba mağazadan çıxaraq çöldə dayanmış şəxslə birlikdə tələsik uzaqlaşması müəyyən olundu. Həmin vaxt Təqsirləndirilən şəxs bildirdi ki, həmin videogörüntüdəki mağazaya daxil olan özüdür, çöldə dayanmış şəxs isə tanışı Şahiddur. “Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə” 21 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Nərmin Məmmədovanın xx.xx.2022-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi və onun saxlandığı Nərimanov RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi haqqında” 21 fevral 2022-ci il tarixli qərardan və eyni tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. “Sübutların qiymətləndirilməsi barədə” 02 mart 2022-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs 21 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin dəyişdirilmədə öz qüvvədən saxlanılması, 01 ədəd CD diskin iş üzrə maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə olunmasının nəzərə alınması qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-248/2022 saylı, 14 aprel 2022-ci il tarixli qərardan görünür ki, X1 barəsində axtarış elan edilməsi, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin dəyişdirilərək barəsində həbs qətimkan tədbirinin seçilməsi, həbsetmənin əvvəlinin tutulduğu tarixdən hesablanması, olduğu yer müəyyən edilikdə dərhal tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İsitintaq Təcridxanasına etap olunması, qərarın icra olunması üçün Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə həvalə olunması, olduğu yer müəyyən edilənə və o, məhkəməyə gətirilənədək cinayət işi üzrə icraatın dayandırılması qərara alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin 16 may 2022-ci il tarixli, 080/8416-1777 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(011)-203/2022 nömrəli qərarı əsasında həbs edilərək hazırda Bakı İstintaq Təcridxanasında saxlanıldığı müəyyən olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-203/2022 nömrəli, 24 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində həbs seçilməklə prosessual məcburiyyət tədbiri tətbiq edilmiş, həbsdə saxlama müddətinin 03 ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 22 aprel 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-248/2022 saylı, 17 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə diar cinayət işinin icraatı təzələnmişdir. Zərərçəkmiş şəxs1 05 iyul 2022-ci il tarixli ərizəsindən görünür ki, iş üzrə təqsirlənidirilən şəxslə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxslərin və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd). «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 09 iyun 2011-ci il tarixli Qərarında qeyd olunur: «CM-in 177-ci maddəsi oğurluğu özgənin əmlakını gizli olaraq talama kimi müəyyən etmişdir. Talama – özgənin əmlakını tamah məqsədi ilə hüquqazidd və əvəzsiz olaraq, həmin əmlakın mülkiyyətçisinə və başqa sahibinə ziyan vurmaqla götürmə və özünün və ya başqa şəxslərin xeyrinə keçirməsidir. Götürmənin gizli üsulu oğurluğu talamanın başqa formalarından fərqləndirir. Oğurluq zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsindən kənar, gizli götürərək öz sərəncamına keçirir. Götürmənin gizliliyi dedikdə, cinayətin həm mülkiyyətçidən, həm də digər şəxslərdən xəbərsiz həyata keçirilməsi başa düşülür. Oğurluq cinayətinin obyekti qismində mülkiyyət münasibətləri çıxış edir. Bu cinayət əməlinin obyektiv cəhəti özgənin əmlakını gizli talamada ifadə olunur. Oğurluq subyektiv cəhətdən yalnız birbaşa qəsd formasında, tamah məqsədilə törədilir. CM ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir.» Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olmasını, törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərdən biri ilə barışmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə müddətinə bir günə bir gün hesabı ilə təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 19 fevral 2022-ci il tarixindən 21 fevral 2022-ci il tarixinədək tutulduğu 02 gün müddət nəzərə alınaraq, ona təyin olunacaq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, həmçinin, hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən, yəni 19 iyul 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli, barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-203/2022 nömrəli, 24 aprel 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 34 (otuz dörd) iş saatına görə 204 (iki yüz dörd) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Femida” Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu cəmi 02 gün müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 19 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin. Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-203/2022 nömrəli, 24 aprel 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut - bir ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 34 (otuz dörd) saat üçün cəmi 204 (iki yüz dörd) manat dövlət büdcəsindən tutularaq “Femida” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim : Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-248/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-248/2022
19.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver