Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-248/2023 12.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü ildə Sumqayıt şəhərində anadan olmuş, subay, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 177.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 14:25 radələrində Sumqayıt şəhəri, 40-cı məhəllə ərazisində 6 nömrəli marşrut üzrə hərəkət edən avtobusda olan sərnişin Zərərçəkmiş şəxs2 əlində olan əl çantasının açıq olmasından istifadə edərək əl çantasından, içərisində 130 manat pul, 04 ədəd "xxxx"a məxsus, 01 ədəd “Azərbaycan Beynəlxalq Bankına məxsus kartları və balansında 12 manat pul olan mağazada alış-veriş etmək üçün nəzərdə tutulmuş bonus kartı olan 10 manat dəyərində olan qara rəngli pul kisəsini gizli talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 152 (yüz əlli iki) manat məbləğində maddi ziyan vuraraq özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, xx.xx.2023-cü il tarixdə saat 11:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi 14 ünvanında yerləşən "Gənclik Mall” ticarət mərkəzinin liftində onunla eyni liftdə olmuş Zərərçəkmiş şəxs1 əl çantasından içərisində 70 manat nağd pul, sonuncuya məxsus şəxsiyyət vəsiqəsi, "xxxx" a aid 4 ədəd bank kartın olduğu 200 manat dəyərində olan pul kisəsini gizli olaraq oğurladıqdan sonra vahid niyyətə cinayət əməllərini davam etdirərək həmin tarixdə saat 11:57-dən saat 12:03-dək olan müddətdə Nərimanov rayonu, Ziya Bünyadov prospekti, 48/54 ünvanında yerləşən “Bazar Store" marketə gedərək oğurluq yolu ilə əldə etdiyi pul kisəsinin içərisində olan "Kapital Bank” a məxsus elektron məlumat daşıyıcısından istifadə edərək onlayn ödəniş etməklə bazarlıq edib, marketin xəzinəsinə 241 manat 40 qəpik ödəniş etməklə Zərərçəkmiş şəxs1, ümumilikdə 511 manat 40 qəpik miqdarda ziyan vuraraq təkrar törədilməklə özgənin əmlakını gizli olaraq talamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 11 radələrində Nərimanov rayonu ərazisində yerləşən “Gənclik Mall” ticarət mərkəzində olan zaman lift ilə yuxarı mərtəbəyə qalxdığı vaxt tanışı Şahid da onun yanında olmuşdur. Lift hərəkətdə olan zaman bir mərtəbə sonra dayanmışdır. Bu zaman Zərərçəkmiş şəxs1 liftə daxil olmuşdur. Liftdə olan zaman Zərərçəkmiş şəxs1 əl çantasının açıq olduğunu görərək həmin çantanın içərisindən pul kisəsini götürmüşdür. Sonra liftdən çıxıb "Gənclik Mall” ticarət mərkəzini tərk etmişdir. Bundan sonra pul kisəsinin içərisinə baxan zaman həmin pul kisəsinin içərisində 70 manat nağd pul, şəxsiyyət vəsiqəsi və bank kartlarının olduğunu görmüşdür. Bundan sonra tanışı Ramil ilə “Gənclik Mall” ticarət mərkəzinin yanından taksiyə minib Nərimanov rayonu, Ziya Bünyadov prospekti, 48/54 ünvanda yerləşən “Bazar Store” marketə gəlmişlər. Bundan sonra Zərərçəkmiş şəxs1 məxsus çantadan götürdüyü pul kisəsinin içərisində olan "xxxx"a məxsus olan kart ilə 241 manat miqdarında müxtəlif siqaretlər almışdır. Daha sonra həmin siqaretləri Sumqayıt şəhərində tanımadığı şəxsə 200 manata satmışdır. Bundan sonra pul kisəsinin içərisində olan 70 manat nağd pulu götürmüşdür. Daha sonra içərisində bank kartları və şəxsiyyət vəsiqəsi olan pul kisəsini Sumqayıt şəhərində zibilliyə atmışdır. Həmin 70 manat pulu isə öz ehtiyacları üçün xərcləmişdir. Maddi vəziyyəti aşağı olduğu üçün oğurluq etmək qərarına gəlmişdir. xx.xx.2023-cü il tarixdə təxminən saat 14:25 radələrində Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində yerləşən dayanacaqda dövlət qeydiyyat nömrə nişanını və markasını dəqiq bilmədiyi 6 saylı sərnişin daşıyan avtobusa minmişdir. Oturmağa yer olmadığı üçün ayaq üstə dayanmış, təxminən 10 dəqiqə sonra avtobus Sumqayıt şəhəri, 40-cı məhəllə ərazisində yerləşən “Zəfəran” aptekin qarşısında yerləşən dayanacaqda olan zaman əvvəldən tanımadığı, təxminən 45-50 yaşı olan 1 nəfər qadın avtobusa minmişdir. Yer olmadığı üçün həmin qadın da ayaq üstə onun yanında dayanmışdır. Həmin vaxt qadının kürəyindən asılmış əlində olan əl çantasının ağzının açıq olduğunu, içərisində qara rəngli pul kisəsinin göründüyünü görmüşdür. Əvvəlcə sağınasoluna baxmışdır. Onu heç kimin görmədiyinə əmin olduqdan sonra həmin əl çantasından qara rəngli pul kisəsini gizli olaraq talamışdır. Təxminən 5 dəqiqədən sonra Sumqayıt şəhər, 40-cı məhəllə ərazisində yerləşən “Ordubad” marketin yaxınlığındakı dayanacaqda avtobus dayanan zaman avtobusdan düşüb piyada üzü Sumqayıt şəhəri, 3-cü mikrorayon tərəfə getmişdir. Oğurlamış olduğu qara rəngli pul kisəsinin ağzını açan zaman onun içərisində 01 ədəd 100 manatlıq əskinasın, 15 ədəd 1 manatlıq (ümumi 15 manat) və 03 ədəd isə 5 manatlıq (ümumi 15 manat) əskinasların, 04 ədəd "xxxx"a, 01 ədəd “ABB” banka məxsus kartların, qaz sayğacına aid smart kartın və marketdə alış-veriş etmək üçün nəzərdə tutulmuş kartın olduğunu görmüşdür. Həmin pul kisəsindən 130 manat pulu götürmüş, gün ərzində oğurlamış olduğu pul kisəsində olan 03 ədəd kart ilə Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində yerləşən “Zeytun” aptekdən onlayn yolu ilə (wifi ilə) dərman almaq istəsə də, buna nail olmamışdır. Həmin kartları pul kisəsində olan digər kartların yanına qoymuş, pul kisəsinin ağzını bağlamış, sonra isə həmin pul kisəsini aptekdən çölə çıxan kimi yerləşən köşkün qarşısında olan zibil qabına atmış və çıxıb getmişdir. Həmin pul kisəsində olan 130 mar at puldan 01 ədəd 100 manatlıq əskinası xırdalayıb bu müddət ərzində xərcləmiş, qalan 30 manatı, yəni 15 ədəd 1 manatlıq, 03 ədəd 5 manatlıq əskinası isə üzərində saxlamış və həmin puldan olan 30 manatı, yəni 15 ədəd 1 manatlıq, 03 ədəd 5 manatlıq əskinası saxlanıldıqdan sonra polis əməkdaşlarına təqdim etmişdir. Zərərçəkmiş şəxslərlə barışıq əldə etmişdir. Zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbi yoxdur. Sonda əməlindən peşman olduğunu bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 11:18 radələrində Nəsimi rayonu, “Medical Plaza” klinikasından çıxıb qızı X3 ilə birlikdə idarə etdiyi “Nissan X-Trail" markalı **-XN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə saat təxminən 11:30 radələrində Nərimanov rayonu, “Gənclik Mall” ticarət mərkəzinin parkinginə gəlib lift ilə ticarət mərkəzinin 5-ci mərtəbəsinə qalxmışlar. İlk öncə “Cafe City" restoranına getmişlər. Lakin oranın yeməyini bəyənmədikləri üçün həmin mərtəbədə yerləşən “Mado” restoranına gedib orda əyləşmişlər. “Mado” restoranında olduqları zaman mobil telefonuna "xxxx" a aid 4169-7388-0080-9331 nömrəli bank kartı ilə Nərimanov rayonu, Ziya Bünyadov prospekti, 48/54 ünvanda yerləşən “Bazar Store” marketdə saat 11:57 radələrində 40 manat, 11:59 radələrində 41 manat, 11:59 radələrində 5 manat 40 qəpik, 12:01 radələrində 76 manat, 12:03 radələrində 79 manat ödəniş edilməsi barədə bildiriş gəlmişdir. Bu zaman əl çantasına baxdıqda içərisində özünə məxsus şəxsiyyət vəsiqəsi, 70 manat nağd pul və 4 ədəd "xxxx" a aid kartlarını olan pul kisəsinin əl çantasında olmadığını, naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Bundan sonra kartlarını bloklamışdır. Hazırda təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxslə barışmışdır və ona dəymiş zərər ödənmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə işləri ilə bağlı Sumqayıt şəhər mərkəzi bazarına getmişdir. Bazarda piyada Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisinə kimi gəlmiş və 45-ci məhəllədə kosmetoloji mağazaya girmişdir. Mağazadan çıxdıqdan sonra təxminən saat 14:35 radələrində Sumqayıt şəhəri, 40-cı məhəllə ərazisində yerləşən "Zəfəran” aptekin qarşısında yerlədən dayanacaqda yaşadığı ünvana getmək üçün dövlət qeydiyyat nişanını və markasını dəqiq bilmədiyi 6 saylı sərnişin daşıyan avtobusa minmişdir. Bir dayanacaq sonra, yəni təxminən 5 dəqiqədən sonra Sumqayıt şəhəri, 40-cı məhəllə ərazisində yerləşən “Ordubad” marketin yaxınlığındakı dayanacağın qarşısında həmin avtobusda olan zaman ona məxsus qara rəngli əl çantasının ağzının açıq olduğunu görmüş, çantanın içərisinə baxan zaman qara rəngli pul kisəsinin naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Bundan sonra avtobusdan düşmüş və polis bölməsinə gedərək bu barədə məlumat vermişdir. Həmin pul kisəsində 01 ədəd 100 manatlıq əskinas, 30 manatlıq sayını dəqiq bilmədiyi 1 və 5 manatlıq əskinaslar, C4 ədəd "xxxx" a, 01 ədədi “AB 3" banka məxsus kartlar, qaz sayğacına aid smart kart və marketdə alış-veriş etmək üçün nəzərdə tutulmuş bonus kartı olmuşdur. Həmin kartlardan “AB3” məxsus olan kart onun əri X2 məxsus pensiya kartı, 04 ədəd "xxxx" a məxsus olan kartlardan biri onun maaş kartı, digəri əri İlqarın maaş kartı, biri əri İlqarın adına olan məcburi köçkünlüklə bağlı çörəkpulu kartı, biri isə qaynanası X1 adına məcburi köçkünlüklə bağlı çörəkpulu kartı olmuşdur. Kartların heç birində pul olmamışdır. Bundan başqa, qaz sayğacının kartında da pul olmamışdır. Lakin "Umico” bonus kartında 12 manatlıq bonus olmuşdur. Hadisə nəticəsində pul kisəsinin 10 manat qiyməti də daxil olmaqla ona ümumilikdə 152 manat maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxslə barışmışdır və ona dəymiş zərər ödənmişdir. Məhkəmə iclasında şahid qismində çağırılmış Şahid məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə Şahid ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi barədə” 27 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Nərimanov rayonu, Ziya Bünyadov prospekti, 48/54 ünvanında yerləşən “Bazar Store" marketdir. Zərərçəkmiş şəxs1 oğurlanmış pul kisəsində olan bank kartından qeyd olunan “Bazar Store” marketdə istifadə edilmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. “Diskə baxış keçirilməsi haqqında” 27 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, həmin diskdə olan video görüntülərə baxış zamanı Zərərçəkmiş şəxs1 Nərimanov rayonu, “Gənclik Mall” ticarət mərkəzinin liftinə daxil olan zaman Təqsirləndirilən şəxs və Şahid liftdə olmaları, Zərərçəkmiş şəxs1 liftdən çıxdıqdan sonra Təqsirləndirilən şəxs və Şahid lifti dəyişərək digər liftlə aşağı enib liftdən çıxmaları, sonra Nərimanov rayonu Ziya Bünyadov prospekti 48/54 ünvanında yerləşən “Bazar Store” marketin kassasında bank kartı vasitəsilə bazarlıq etmələri müşahidə olunmuşdur. “DVD diskində olan videoçəkilişə baxış keçirilməsi barədə” 10 mart 2023-cü il tarixli protokoldan görünür ki, liftin yuxarı mərtəbədən 1-ci mərtəbəyə endiyi liftdən lap qabaqda gözündə optik eynək, başında papaq, əynindəki köynəyin yaxalıq hissəsi ağ rəngdə olan kişi cinsli bir şəxsin, həmin şəxsdən sonra başında papaq olan kişi cinsli bir şəxsin, sonuncudan sora isə bir qadının yeniyetmə bir qızla liftdən çıxdığı, digər şəxslərin isə liftə daxil olduğu müşahidə olunmuşdur. Bundan başqa həmin diskdə olan digər faylda xarici əlamətlərinə görə liftdən ikinci çıxan kişi cinsli şəxsə oxşayan bir kişinin marketdə alış-veriş etdiyi görünür. Baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, liftdən lap qabaqda gözündə optik eynək, başında papaq, əynindəki köynəyin yaxalıq hissəsi ağ rəngdə olan kişi cinsli bir şəxsdə sonra liftdən çıxan və marketdə alış-veriş edən şəxs onun özüdür. “Təqdim etmə və götürmə haqqında” 26 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 ədəd 1 manatlıq əskinasları, 03 ədəd 5 manatlıq əskinasları könüllü olaraq təqdim etmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. “Hadisə yerinə baxış haqqında” 26 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən Damla un məlumatları mağazasının qarşısında avtobus dayanacağı var. Təqsirləndirilən şəxs bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 14:25 radələrində Sumqayıt şəhəri, 40-cı məhəllə ərazisində 6 nömrəli marşrut üzrə hərəkət edən avtobusda olan sərnişin Zərərçəkmiş şəxs2 əlində olan əl çantasının açıq olmasından istifadə edərək əl çantasından pul qabını oğurlamışdır. Daha sonra pul qabını dayanacağın qarşısındakı zibil qabına atmışdır. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 26 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 27 yanvar 2023-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs2 dəymiş ziyandan 30 manat ödənilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 28 yanvar 2023-cü il tarixli, 4(060)-26/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbirinin seçilmiş və həbsetmənin əvvəli 26 yanvar 2023-cü il tarixdən hesablanması qərar alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.2012-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. “Maddi sübut qismində tanıma haqqında” 22 mart 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə 02 ədəd DVD disk baş vermiş hadisənin videogörüntülərini özündə əks etdirdiyindən cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. “Maddi sübut qismində tanıma haqqında” 23 mart 2023-cü il tarixli qərardan görünür ki, "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş “Ödəniş kartı üzrə çıxarış” maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. “DVD diskində olan videoçəkilişə baxış keçirilməsi barədə” 29 mart 2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 19:42:38-də aptekə başında qara rəngli papaq, qara rəngli gödəkçə, qara rəngli ayaqqabı olan təxminən 35-40 yaşlarında sol əlində qara rəngli portuman, portumanın üzərində sol əlinin göstərici və orta barmaqları ilə tutub saxlamış göy rəngli bank kartına oxşar kartı tutub saxlamış kişi cinsli bir nəfər daxil olur. Bu zaman o, satıcı ilə danışır və onun sifariş etdiyi dərmanları satıcı gətirir, lakin satıcının həmin şəxsə dərmanları verməsi müşahidə olunmur. Baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, qeyd olunan aptekə dərman almaq üçün daxil olan onun özüdür. Həmin aptekdən dərman almaq istəsə də buna nail ola bilməmişdir. Çünki bu zaman kartda pul olmamışdır. Ona görə də aptekdən çıxdıqdan sonra həmin kartı aptekin yanında olan zibil qabına atmışdır. “Sübutların qiymətləndirilməsi haqqında” 29 mart 2023-cü il tarixli qərara əsasən cinayət işi üzrə 02 ədəd diskin maddi sübut kimi tanınması qərara alınmış, Zərərçəkmiş şəxs1 məxsus "xxxx"a aid 416973******3924 nömrəli kartından xx.xx.2023-cü il tarixdə naməlum şəxs tərəfindən alış-veriş zamanı 241 manat ödəniş edilməsinə dair "Ödəniş kartı üzrə çıxarış”ın Zərərçəkmiş şəxs1 götürülərək cinayət işinin materiallarına əlavə olunması və maddi sübut kimi tanınması nəzərə alınmışdır. Zərərçəkmiş şəxs1 tərəfindən məhkəmə iclasında təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmişdir, onunla barışmışdır. şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 tərəfindən məhkəmə iclasında təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmişdir, onunla barışmışdır. şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin, habelə şahidin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 22 iyun 2015-ci il tarixli Plenum Qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş cinayət, şəxs tərəfindən talama və ya müxtəlif qanunsuz yollarla əldə edilmiş kartdan və onun identifikasiya nömrəsindən (pin kodundan) istifadə etməklə törədilməsidir. Bu əməlin obyektiv cəhəti gizli yolla elektron məlumat daşıyıcısı olan bank kartını və onun şifrəsini əldə etmək və sonradan kartı bankomata daxil edib, pin kodu yığmaqla kart sahibinin hesabından pul vəsaitini çıxarmaqdır. Bu zaman, cinayəti törədən şəxsin niyyəti bankomatın fəaliyyətinə, əməliyyat sisteminə müdaxilə etmək deyil, yalnız əldə etdiyi imkandan istifadə etməklə kart sahibinin hesabından pul vəsaitini talamaqdır. Bu halda, zərərçəkmiş şəxs kartı oğurlanmış şəxsdir, çünki oğurlanmış və başqa qanunsuz yolla ələ keçirilmiş hesab kartını bankomata daxil edərkən şəxs bankomatın seyfindən deyil, həmin kartın sahibinin hesabından oğurluq edir. Ödəniş kartı ilə həyata keçirilən bütün bank əməliyyatları kartın sahibi və emitent (bank) arasında bağlanmış müqavilə əsasında və çərçivəsində həyata keçirilir. Kartı bankomata daxil edərək və klaviatura ilə müvafiq əməliyyatlar apararaq, təqsirli şəxs bilavasitə bankın seyfinə daxil olmur, sadəcə bank-emitentin əməliyyat sisteminə qoşularaq hesaba müdaxilə edir və banka müəyyən əməliyyatın aparılması üçün göstəriş verir. Burada bankomatın yarılmasından fərqli olaraq, saxlanc yerinə (bankomatın seyfinə) fiziki daxil olma baş vermir. Konkret şəxsin adına olan və oğurlanmış bank kartından istifadə etməklə nağd pul vəsaitlərinin oğurlanması zamanı, şəxs hər hansı texnologiyadan istifadə etmir, sadəcə olaraq ona məlum olan identifikasiya nömrəsini (pin kodu) bankın kompyuter sisteminə daxil etməklə kart sahibinin pul vəsaitini ələ keçirməyə nail olur, yaxud həmin şəxsin pul vəsaiti hesabına müxtəlif ödənişləri həyata keçirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 177.2.5-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlləri cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 177.2.5-ci maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar, elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə və zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərlə vurulmuş ziyanı tam olaraq ödəməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların olması, cəzasını ağırlaşdıran halların olmaması, zərərçəkmiş şəxslərlə vurulmuş ziyanı tam olaraq ödənilməsini, habelə zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmaması, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 177.2.5-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət etdiyi qənaətinə gəlir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 26 yanvar 2023-cü il tarixdən 12 may 2023-cü il tarixədək həbsdə saxlanıldığı, 03 ay 16 gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 07 ay 02 gün azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52- 1.2-ci maddəsinə nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş üzrə maddi sübut qismində tanınmış 02 ədəd DVD disk və "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş “Ödəniş kartı üzrə çıxarış” cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 177.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 iş saatına görə 60 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 177.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin və ona 03 il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə 26 yanvar 2023-cü il tarixdən 12 may 2023-cü il tarixədək həbsdə saxlanıldığı, 03 ay 16 gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 07 ay 02 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 il 04 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sumqayıt şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Cinayət işi üzrə maddi sübut qismində tanınmış 02 ədəd DVD disk və "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş “Ödəniş kartı üzrə çıxarış” cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 iş saatı üçün cəmi 60 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-248/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-248/2023
12.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver