Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-248/2024 21.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 11:00 Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclas katibi Abdurahmnalı Pınar Zakir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - “Ədalət” Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və 01 azyaşlı övladı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-1617/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarla həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 228.4 və 243.1ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, qapalı məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə “Sako” və “Oliqarx 047” ləqəbli X7 və şəxsiyyəti istintaqla araşdırılan Röyal Muxtarov adlı şəxslərlə qadınları fahişəliyə cəlb etmə barədə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsəd ilə aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqla araşdırılan Röyal Muxtarov adlı şəxs 2022-ci ilin yanvar ayında fahişəliklə məşğul olan qadınların fotoşəkillərini, videoçəkilişlərini və mobil nömrələrini müxtəlif məbləğdə pul qarşılığında paylaşmaqla həmin qadınların cinsi əlaqədə olmaq üçün kanaldan kişi müştəri tapmasını təşkil etmək məqsədilə “Telegram” ani mesajlaşma sistemində “Eskort AZE [18+]” adlı kanal yaradıb Təqsirləndirilən şəxs “carleone_111” ləqəbi ilə, Əbdül Musayevi “Sako” və “Oliqarx 047” ləqəbləri ilə kanalın inzibatçısı təyin etmiş, “Sako” ləqəbli Əbdül Musayev və “carleone_111” ləqəbli Təqsirləndirilən şəxs kanala daxil olan fahişəliklə məşğul olan qadınlarla əlaqə saxlayıb onlara kanalda reklam üçün 50-120 manat məbləğində pul ödəməli olduqlarını izah etmiş, razılıq əldə etdikdən sonra fahişəliklə məşğul olan qadınlar Əbdül Musayevlə və Təqsirləndirilən şəxs ilə əlaqə saxlamaqla onların göstərişinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətində Təqsirləndirilən şəxs adına açılmış 4169 7388 4646 6856 rəqəmli bank hesabına təyin edilmiş məbləğləri köçürmüş və bu barədə təsdiqedici ödəniş qəbzlərinin fotoşəkillərini çəkərək “Telegram” ani mesajlaşma sistemi vasitəsi ilə yenidən Əbdül Musayevə və ya Təqsirləndirilən şəxs göndərmiş, bundan sonra kanalın inzibatçısı Təqsirləndirilən şəxs Pakistan İslam Respublikasının mobil operatoruna məxsus +92 311 *** **** rəqəmli mobil nömrədən istifadə etməklə Telegram ani mesajlaşma sistemindən “carleone_111” ləqəbi ilə qeydiyyatdan keçərək 2022-ci ilin aprel ayından 2023-cü ilin may ayının sonlarınadək olan müddət ərzində hər həftə Zərərçəkmiş şəxs1 kanalda olan müştərilərlə 200 manat müqabilində cinsi əlaqədə olmasını təşkil etmək məqsədilə 50-60 manat, 2022-ci ilin iyun ayının əvəllərindən 2023-cü ilin noyabr ayının sonlarınadək olan müddət ərzində hər həftə Zərərçəkmiş şəxs5 kanalda olan müştərilərlə 150 manat müqabilində cinsi əlaqədə olmasını təşkil etmək məqsədilə 50-70 manat, 2022ci ilin iyul ayından 2023-cü ilin noyabr ayının əvvəllərindək olan müddət ərzində hər həftə Zərərçəkmiş şəxs7 kanalda olan müştərilərlə 170 manat müqabilində cinsi əlaqədə olmasını təşkil etmək məqsədilə 70 manat, 2022-ci ilin avqust ayından 2023-cü ilin may ayının əvvəllərindək olan müddət ərzində hər həftə Zərərçəkmiş şəxs3 kanalda olan müştərilərlə 170 manat müqabilində cinsi əlaqədə olmasını təşkil etmək məqsədilə 100 manat, 2022-ci ilin oktyabr ayının ortalarından 2023-cü ilin noyabr ayının sonlarınadək olan müddət ərzində hər həftə Zərərçəkmiş şəxs4 kanalda olan müştərilərlə 250 manat müqabilində cinsi əlaqədə olmasını təşkil etmək məqsədilə 100 manat, 2023-cü ilin fevral ayından 2023-cü ilin noyabr ayının ortalarınadək olan müddət ərzində hər həftə Zərərçəkmiş şəxs6 kanalda olan müştərilərlə 200 manat müqabilində cinsi əlaqədə olmasını təşkil etmək məqsədilə 50 manat, 2023-cü ilin aprel ayından 2023-cü ilin may ayının sonlarınadək olan müddət ərzində hər həftə Zərərçəkmiş şəxs2 kanalda olan müştərilərlə 100 manat müqabilində cinsi əlaqədə olmasını təşkil etmək məqsədilə 70 manat, 2023-cü ilin aprel ayının sonlarından 18 noyabr 2023-cü il tarixədək olan müddət ərzində hər həftə Zərərçəkmiş şəxs8 kanalda olan müştərilərlə 200 manat müqabilində cinsi əlaqədə olmasını təşkil etmək məqsədilə 80 manat məbləğ qarşılığında həmin qadınların fotoşəkillərini, videoçəkilişlərini və mobil nömrələrini paylaşmaqla kanalda olan kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olması üçün görüşmələrini təşkil edərək qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən tamah niyyəti ilə qadınları fahişəliyə cəlb etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə 01 ədəd zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı soyuq silah hesab edilən, təyinatı üzrə istifadəyə yararlı bıçağı əldə edib üzərində qanunsuz saxlamaqla qanunsuz olaraq daşımış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında 23 noyabr 2023-cü il tarixdə saat 17:45-dən etibarən üzərinə şəxsi axtarış keçirilən zaman əlində olan qara rəngli üzərində “HP” yazısı qeyd edilmiş əl çantasının kiçik cibindən 01 ədəd zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı soyuq silah hesab edilən, təyinatı üzrə istifadəyə yararlı bıçaq aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri və digər iş materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Telegram ani mesajlaşma sistemindən istifadə edir. Telegram kanalından tanımadığı şəxsdən aldığı +92 311 *** ** ** rəqəmli mobil nömrə vasitəsilə carleone_111 adı ilə qeydiyyatdan keçmiş, belə ki, həmin mobil nömrəni İnstagram sosial şəbəkəsindən tanımadığı şəxsə 5 manat pul vemrəklə əldə etmiş, bundan başqa 070 *** ** ** rəqəmli mobil nömrədən istifadə etməklə Fərid Əliyev adında və 077 *** ** ** rəqəmli mobil nömrədən istifadə etməklə Anubis adında qeydiyyatdan keçmişdir. Telegram ani mesajlaşma sistemində “Eskor AZE 18+” kanalının mövcud olduğunu görüb həmin kanalı izləmişlər. Həmin kanalda fahişəliklə məşğul olan müxtəlif qadınların fotoşəkilləri paylaşılıb onların cinsi əlaqədə olmaq üçün qiymətləri yazılmış və həmin qadınların mobil nömrələri qeyd olunmuşdur. O, həmin kanalı mütəmadi olaraq izləmiş və bəzi hallarda xidmətlərindən istifadə etmişdir. Kanalı Röyal adlı biri idarə etmiş, Röyalın adını və anket məlumatlarını bilməmişdir. Təxminən 2022-ci ilin yanvar ayında Röyal ona təklif etmişdir ki, həmin kanalda admin kimi fəaliyyət göstərsin. O da Röyalın bu təklifini qəbul etmiş, bundan sonra Röyal adlı şəxs onu admin yəni inzibatçı etmiş, Röyal ona bildirmişdir ki, ona göndəriləcək şəkillərin üstünə səhifənin adını yerləşdirib və telefon nömrələrini qeyd edib səhifədə paylaşmalıdır. Bunun müqabilində də pul əldə edəcəkdi. O, da öz növbəsində xanımların göndərmiş olduğu fotoşəkillərinə etiket elavə edərək səhifədə paylaşmışdır. Zərərçəkmiş şəxsləri heç bir kişi müştəri ilə görüşdürməmişdir. Həmin xanımları tanımamışdır, onlarla əlaqəsi olmamışdır. Həmçinin o bildirmişdir ki, özünü soyuq silah əldə etmə və gəzdirmə ittihamı ilə təqsirli bilmir. Bıçağı əldə etməkdə məqsədi istirahət üçün rayonlara gedərkən yemək və meyvə doğramaq üçün istifadə etmək olmuşdur. O, həmin bıçağı soyuq silah saxlamaq məqsədilə almamış, ona görə də özünü həmin ittiham üzrə təqsirli bilməmişdir. Son olaraq o bildirmişdir ki, himayəsində azyaşlı övladının olmasını, zərərçəkmiş şəxslərə barışıq əldə etməsini və ailəsinin yeganə gəlir mənbəyi olmasının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 qeyd etmişdir ki, təxminən iki ildir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. O “Eskort_AZE” kanalını ilk dəfə instagram sosial şəbəkəsində görmüşdür. Həmin səhifədə postlar paylaşılıb altında adminlərin məlumatları göstərilirdi və əlaqə yaratmağın mümkün olduğu göstərildiyini bildirmişdir. Daha sonra həmin kanala Röyal Muxtrovla danışmış, şəkillərinin paylaşılmasında razılaşmışlar. Təqsirləndirilən şəxs ilə də əlaqə saxlamışdır, onların təqdim etdikləri karta müxtəlif məbləğlərdə, təxminən 50, 60, 100 manat məbləğində pul göndərmişdirYalnız sosial şəbəkə üzərindən səhifə adminləri ilə əlaqə saxlamışdır. Təqsirləndirilən şəxsi tanımır, barışıq əldə etmiş, ona qarşı şikayətçi deyildir və heç bir tələbi də yoxdur. Bununla bağlı məhkəməyə ərizə təqdim etmşdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 qeyd etmişdir ki, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edir, “Telegram” sosial şəbəkəsində “Eskort_AZE” kanalının mövcud olmasını və orada fahişəliklə məşğul olan qadınların fotoşəkillərinin və mobil nömrələrinin paylaşıldığını bilmişdir. O, da həmin kanala daxil olub orada tanış olduğu müştərilərlə pul qarşılığında cinsi əlaqədə olmağı qərarlaşdırmışdır. Bundan sonra “Sako” ləqəbli şəxs və “Oliqarx 047” adlı şəxslə əlaqə saxlamışdır, yazmış, şəkillərinin həmin kanalda paylaşılmasını istəmişdir. Kartına pul atmış və şəkilləri paylaşılmışdır. “Don Carlion” ləqəbli şəxsin həmin səhifədə admin olduğunu bildiyini söyləmişdir. Təqsirləndirilən şəxs tanımamışdır, İbtidai istintaq zamanı “Don Carlion” ləqəbli şəxsin Təqsirləndirilən şəxs olduğunu bildiyini qeyd etmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsi tanımır, barışıq əldə etmiş, ona qarşı şikayətçi deyildir və heç bir tələbi də yoxdur. Bununla bağlı məhkəməyə ərizə təqdim etmşdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 qeyd etmişdir ki, təxminən iki ildir ki, “Telegram” sosial şəbəkəsində “Eskort_AZE” kanalının mövcud olmasını və orada fahişəliklə məşğul olan qadınların fotoşəkillərinin və mobil nömrələrinin paylaşıldığını bilmişdir. O da həmin kanala daxil olub kanalın adinləri olan “Don Carlion” ləqəbli şəxsə və “Oliqarx 047” adlı şəxsə sosial şəbəkə üzərindən yazmış və şəkillərinin paylaşılmasını istəmişdir. Həmin adminlər bank kartını göndərmişlər və oraya pul köçürmüşdür. Həmin pul ödənişi şəkillərin səhifədə paylaşılması üçün olmuşdur. Son olaraq o mhəkəməni sualına cavab olaraq bildirmişdir ki, səhifədə admin kimi qeyd edilən şəxsin Təqsirləndirilən şəxs olduğunu ibtidai istintaq zamanı bilmişdir, təqsirləndirilən şəxsə qarşı şikayətçi deyildir və heç bir tələbi də yoxdur, barışmışdır. Bununla bağlı məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 istintaqa verdiyi ifadəsində qeyd etmişdir ki, o “Eskort_AZE” kanalını ilk dəfə sosial şəbəkəsində görmüşdür. Daha sonra kanala daxil olduqdan sonra orada çoxlu qadınların şəkillərinin və videolarının paylaşıldığını görmüşdür. Həmin kanalı idaə edən Sako ləqəbli şəxsə və “Oliqarx 047” adlı şəxsə sosial şəbəkə üzərindən yazaraq, şəkillərini göndərmiş və paylaşılmasını istəmişdir. Təqsirləndirilən şəxs görməmiş, ümumiyyətlə tanımır, həmin səhifənin adminləri ilə yalnız sosial şəbəkə üzərindən əlaqə yaratmışdır. Şəkillərin həftədə bir dəfə paylaşılması üçün 100 manat pul ödəniş etmişdir. Son olaraq o məhkəməni sualına cavab olaraq bildirmişdir ki, öz istəyi ilə müraciət etmişdir, təqsirləndirilən şəxsi tanımır, barışıq əldə etmiş, ona qarşı şikayətçi deyildir və heç bir tələbi də yoxdur. Bununla bağlı məhkəməyə ərizə təqdim etmşdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs5 qeyd etmişdir ki, O “Eskort_AZE” kanalını ilk dəfə instagram sosial şəbəkəsində görmüşdür. Daha sonra həmin kanala mobil telefon nömrəsi ilə daxil olmuş, kanala daxil olduqdan sonra orada çoxlu qadınların şəkillərinin və videolarının paylaşıldığını görmüşdür. Həmin kanalı Sako ləqəbli şəxs və “Oliqarx 047” adlı şəxslər idarə edirdi. O öz istəyi ilə fotoşəkillərini Sako ləqəbli şəxsə və “Oliqarx 047” adlı şəxslərə göndərərək paylaşılmasını istəmişdir. Təqsirləndirilən şəxs görməmiş, ümumiyyətlə tanımır, həmin səhifənin adminləri ilə yalnız sosial şəbəkə üzərindən əlaqə yaratmışdır. Şəkillərin paylaşılması üçün 50 manat pul vermişdir. Müştəridən isə hər dəfə 200 manat pul almışdır. Yalnız şəkillərinin paylaşılması üçün pul verdiyini, müştərilərdən aldığı pulu vermədiyini qeyd etmişdir. Son olaraq o məhkəməni sualına cavab olaraq bildirmişdir ki, carleone_111 ləqəbli adminə yazmağı yadında deyil, ödənişi qeyd etdiyi Sako və oliqarx adlı adminlərə etdiyi üçün onlar yadında qalmışdır. Təqsirləndirilən şəxsi tanımır, barışıq əldə etmiş, ona qarşı şikayətçi deyildir və heç bir tələbi də yoxdur. Bununla bağlı məhkəməyə ərizə təqdim etmşdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs7 istintaqa verdiyi ifadəsində qeyd etmişdir ki, tanışı olan xanım vasitəsilə “Eskort AZE 18+” adlı kanalı sosial şəbəkəsi barədə məlumatı olmuşdur. Özü müraciət edərək adminlərə yazmışdır və şəkillərinin paylaşılmasını istəmişdir. Təqsirləndirilən şəxs tanımamışdır, səhifənin adminlərindən “anibus” adlı şəxsə sosial şəbəkə üzərindən yazmış, həmin adminə fotoşəkillərini göndərərək paylaşılmasını təmin etmişdir. Onun təqdim etdiyi kartına 70 manat pul göndərmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs şəxsən tanımamışdır, səhifədə admin olsa da hazırda təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır, barışmışdır. Bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs8 istintaqa verdiyi ifadəsində qeyd etmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, “Eskort AZE 18+” adlı kanalı sosial şəbəkədən görmüş, özü müraciət edərək adminlərə yazmışdır və şəkillərinin paylaşılmasını istəmişdir. Təqsirləndirilən şəxs tanımamışdır, səhifənin adminlərindən “Oliqarx 047”-ə sosial şəbəkə üzərindən yazmış, həmin admin isə onu “carleone_111” ləqəbli şəxsə yönləndirmişdir. Daha sonra “carleone_111” ləqəbli şəxslə sosial şəbəkə üzərindən danışmış və fotoşəkillərini göndərərək paylaşılmasını təmin etmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, hazırda təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır, barışmışdır. Bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid Zərərçəkmiş şəxs9 ki, “Telegram” sosial şəbəkəsində “Eskort_AZE” kanalının mövcud olmasını və orada fahişəliklə məşğul olan qadınların fotoşəkillərinin və mobil nömrələrinin paylaşıldığını və həmin qadınlarla cinsi əlaqədə olmaq üçün pulun miqdarının qeyd edildiyini öyrənmişdir. O da bu məlumatı aldıqdan sonra təxminən 2022-ci ilin sentyabr ayında Teleqram sosial şəbəkəsində həmin kanalı taparaq kanala üzv olmaq üçün sorğu göndərmişdir. Daha sonra kanala daxil olmağına admin tərəfindən icazə verilmişdir. O təxminən 8 ay ərzində həmin kanala 4 dəfə daxil olub çıxmışdır. Təxminən 2 aydır həmin kanaldan istifadə etməmiş, kanala daxil olan zaman orada müxtəlif qadın fotoşəkillərinin paylaşıldığını və həmin qadınların hansı məbləğ müqabilində görüşüb cinsi əlaqədə olması barədə məlumatlar paylaşıldığını görmüşdür. O həmin kanaldan götürdüyü mobil nömrələrlə çox danışsa da, orada olan qadınlardan ikisi ilə görüşüb cinsi əlaqədə olmuşdur. Həmin qadınların adları yadında qalmaışdır. Həmin qadınlara 100 manat pul vermiş, lakin bu barədə həmin qadınlardan heç nə maraqlanmamış, həmin qadınlar da ona bu barədə heç nə demədiyini bildirmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsi tanımır, heç vaxt görməmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X2 “Telegram” sosial şəbəkəsində “Eskort_AZE” kanalının mövcud olmasını və orada fahişəliklə məşğul olan qadınların fotoşəkillərinin və mobil nömrələrinin paylaşıldığını və həmin qadınlarla cinsi əlaqədə olmaq üçün pulun miqdarının qeyd edildiyini öyrənmişdir. O da bu məlumatı aldıqdan sonra təxminən 2023-cü ilin yanvar ayında Teleqram sosial şəbəkəsində həmin kanalı taparaq kanala üzv olmuşdur. Bundan sonra teleqram kanalında paylaşılan həmin qadının mobil nömrəsinə yazmış, həmin qadına mobil nömrəsini Eskortaze səhifəsindən əldə etdiyini bildirmişdir. Bundan sonra yadında qalmayan qadınla 100 manat pul qarşılığında görüşüb cinsi əlaqədə ola biləcəyini bildirmişdir. O həmin qadınla razılaşmışdır. Bundan sonra həmin qadınla Bakı şəhərində olan hotellərin birində görüşmüşdür. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsi tanımır, heç vaxt görməmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X5 istintaqa verdiyi ifadəsində bildirmişdir ki, “Telegram” sosial şəbəkəsində “Eskort_AZE” kanalının mövcud olmasını və orada fahişəliklə məşğul olan qadınların fotoşəkillərinin və mobil nömrələrinin paylaşıldığını və həmin qadınlarla cinsi əlaqədə olmaq üçün pulun miqdarının qeyd edildiyini öyrənmişdir. O da bu məlumatı aldıqdan sonra təxminən 2023-cü ilin sentyabr ayında Teleqram sosial şəbəkəsində həmin kanalı taparaq kanala üzv olmaq üçün sorğu göndərmiş, daha sonra kanala daxil olmağına admin tərəfindən icazə verilmişdir. O təxminən 2-3 ay ərzində həmin kanala daxil olaraq orada fotoşəkilləri və mobil nömrələri paylaşılan və fahişəliklə məşğul olan qadınlara baxmış, kanala daxil olan zaman orada müxtəlif qadın fotoşəkillərinin paylaşıldığını və həmin qadınların hansı məbləğ müqabilində görüşüb cinsi əlaqədə olması barədə məlumatlar paylaşıldığını görmüşdür. O həmin kanaldan götürdüyü mobil nömrələrlə çox danışsa da orada olan qadınlardan bir neçəsi ilə görüşüb cinsi əlaqədə olmuşdur. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsi tanımır. Məhkəmə iclasında dindirilmiş Şahid2 və Şahid3 digər şahidlərlə eyni məzmunda ifadə vermişlər və təqsirləndirilən şəxs və zərərçəkmiş şəxslərin bildirdiklərini bir daha təsdiq etmişlər. Cinayət işi üzrə zərərçəkmiş şəxs X6, eləcə də şahidlər Şahid4 və Şahid5 məhkəmə iclasının yeri və vaxtı barədə dəfələrlə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və bu barədə heç bir məlumat verməmişlər. İş üzrə Zərərçəkmiş şəxs6 və şahidlər Şahid4 və Şahid5 ibtidadi istintaqda verdiyi ifadəsi elan edilmişdir. Məhkəmədə tədqiq edilmiş “Şəxsi axtarış və götürmə aparılması haqqında” 23 noyabr 2023-cü il tarixli protokoldan və videoçəklişi əsk etdirən DVD diskə baxışdan görünür ki, əlində olan qara rəngli üzərində “HP” yazısı qeyd edilmiş əl çantasının kiçik cibindən 01 ədəd bıçaq tipli predmeti, 01 ədəd qutusunun içində kağıza bükülmüş vəziyyətdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddəni, çanatının böyük cibindən 02 ədəd şampun, əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd “İphone” markalı və 01 ədəd “Xiaomi” markalı mobil telefonları, əynində olan şalvarın sol yan cibindən 28 manat pulu, əynində olan şalvarının sağ arxa cibindən 01 ədəd 4169 7388 4646 6856 rəqəmli "xxxx"a məxsus bank kartını, özünə məxsus şəxsiyyət vəsiqəsini və 01 ədəd alışqanı, şalvarının sol aşağı cibindən bir ədəd açar və 01 ədəd gümüşü rəngli boyunbağını, əynində olan qara rəngli köynəyinin sağ yan cibindən 01 ədəd siqaret qutusunu çıxardıb masanın üzərinə qoymaqla təqdim etdi. Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd kağız bükümə baxış keçirilərkən bükümün içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar maddə, üzərində “Adam işi bıçakçılıq, Made in Türkiye” yazısı qeyd edilmiş bıçaq tipli predmet olması aşkar edildi. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilmədi. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd kağız bükümün içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar maddə və 01 ədəd bıçaq tipli predmet cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən hər biri ayrıayrılıqda 01 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 16 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalandı. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “İphone” markalı və 01 ədəd “Xiaomi” markalı mobil telefonlar, həmçinin 01 ədəd 4169 7388 4646 6856 rəqəmli bank kartı və Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi əhəmiyyət kəsb etdiyindən tərəfimdən götürüldü. Aşkar edilmiş 01 ədəd alışqan, 02 ədəd şampun, 28 manat pul, 01 ədəd açar, 01 ədəd siqaret qutusu və 01 ədəd gümüşü rəngli boyunbağı onun özünə geri qaytarıldı. Məhkəmədə tədqiq edilmiş “Mobil telefona baxış keçirilməsi barədə” xx.xx.2023-cü il tarixli protokoldan və fotocədvəllərdən görünür ki, bir ədəd bənövşəyi rəngli “iPhone 14 pro max” markalı mobil telefon aparatı işlənmiş əziyyətdədir, plasmas-metal gövdəli, sensor dizaynlı, daxili antenalı və daxili yaddaşlıdır, rəqəmsal fotokameralıdır. Mobil telefon işlək vəziyyətə gətirilərək 258369 şifrə yazılıb daxilində olan məlumatlara baxış keçirilən zaman mobil telefonun “Telgram” mobil tətibiqinin “söhbətlər” bölməsində “ESCORT AZE (18+)” adlı kanalın olması və həmin kanalda müxtəlif qadınların yarı çılpaq vəziyyətdə şəkillərinin və videolarının paylaşıldığı, onların müştərilərlə müəyyən məbləğdə pul qarşılığında görüşüb cinsi əlaqədə olmaları rarədə məlumatların qeyd olunduğu və kanalın “carleone_lll” ləqəbilə X8 tərəfindən idarə olunması müəyyən edilmişdir.Bir ədəd qara rəngli “Xiaomi” markalı mobil telefon aparatı işlənmiş vəziyyətdədir, plasmas-metal gövdəli, sensor dizaynlı, daxili antenalı və daxili yaddaşlıdır, rəqəmsal fotokameralıdır. Mobil telefon işlək vəziyyətə gətirilərək daxilində olan məlumatlara baxış seçirilən zaman mobil telefonun “Telgram” mobil tətibiqinin “söhbətlər” bölməsində “ESCORT AZE (18+)” adlı kanalın olması və həmin kanalda müxtəlif qadınların yarı çılpaq əziyyətdə şəkillərinin və videolarının paylaşıldığı, onların müştərilərlə müəyyən məbləğdə pul qarşılığında görüşüb cinsi əlaqədə olmaları barədə məlumatların qeyd olunduğu və kanalın “carleone_lll” ləqəbilə X8 tərəfindən idarə olunması müəyyən edilmişdir. Məhkəmədə tədqiq edilmiş Azərbayacan Respublikasının Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-3/2049 nömrəli rəyindən və foto cədvəllərdən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklikər edilməmişdir, istifadəyə yararlıdır, soyuq silah hesab edilir. Məhkəmədə tədqiq edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” 28 fevral 2023-cü il tarixli qərardan görünür ki, X3 götürülmüş bir ədəd soyuq silah ov bıçağı, qalıq çəkisi 0,10 qram olan narkotik maddə qurudulmuş marixuana, 01 ədəd Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkili özündə əks etdirən “CD” disk, "xxxx" ASC-dən götürülmüş və bank əməliyyatlarını həmçinin nağdlaşdırma zamanı qeydə alınmış görüntüləri əks etdirən 02 ədəd kompakt disk və Təqsirləndirilən şəxs məxsus 01 ədəd “İphone 14 pro max” və 01 ədəd “Xiaomi” markalı mobil telefon cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün DİN-nin BMCMİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmişdir. Həmin qərarın 15-ci bəndinə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 171.1-ci və 234.1-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Həmin Qərarın 13-cü bəndinə əsasən X4 əməlində satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayətinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanılması rədd edilmiş və 0,12 qram narkotik vasitə qurudulmuş marixuana ilə bağlı Təqsirləndirilən şəxs əməlinə ayrılacaq cinayət işində hüquqi qiymətin veriləcəyi qeyd edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabından görünür ki, X8 əvvəllər məhkum olunmamışdır. Məhkəmədə tədqiq edilmiş “Şübhəli şəxsin tutulması” haqqına 23 noyabbr 2023-cü il tarixli qərardan görünür ki, X8 23 noyabr 2023-cü il tarixində, saat 16:00 radələrində şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)- 1617/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən X8 barəsində Azərbyacan Respublikası CM-nin 243.2.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində istintaq müddəti həddində, yəni xx.xx.2024-cü il tarixindən hesablanmışdır. Məhkəmədə tədqiq edilmiş Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyəti Başçısının M.Ə.Rəsulzadə qəsəbəsi üzrə nümayəndəsinin təqdim etmiş olduğu arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında qeydiyyatdadır və şəxsin yaşadığı müddət ərzində barəsində heç bir şikayət daxil olmamışdır. Məhkəmədə tədqiq edilmiş Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli barışıq ərizəsindən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ilə barışıq əldə etmişdir. Məhkəmədə tədqiq edilmiş Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli barışıq ərizəsindən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ilə barışıq əldə etmişdir. Məhkəmədə tədqiq edilmiş Zərərçəkmiş şəxs4 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli barışıq ərizəsindən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxsov oğlu ilə barışıq əldə etmişdir. Məhkəmədə tədqiq edilmiş Zərərçəkmiş şəxs5 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli barışıq ərizəsindən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxsov oğlu ilə barışıq əldə etmişdir. Məhkəmədə tədqiq edilmiş Zərərçəkmiş şəxs8 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli barışıq ərizəsindən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxsov oğlu ilə barışıq əldə etmişdir. Məhkəmədə tədqiq edilmiş Zərərçəkmiş şəxs7 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli barışıq ərizəsindən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxsov oğlu ilə barışıq əldə etmişdir. Məhkəmədə tədqiq edilmiş Zərərçəkmiş şəxs3 tərəfindən ibtiadi istintaq orqanına təqdim edilmiş xx.xx.2024-cü il tarixli barışıq ərizəsindən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxsov oğlu ilə barışıq əldə etmişdir. Məhkəmədə tədqiq edilmiş AZ İİİ № 276171 nömrəli X1 görünür ki, təqsirləndirilən şəxsin himayəsində Bədəlli Röya adlı xx.xx.2014-cü il təvvəllüdlü azyaşlı övladı vardır. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 may 2005-ci il tarixli, 2 saylı qərarında qeyd olunmuşdur ki, CM-nin 228.4-cü maddəsində geyim ləvazimatları hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdrmə halları istisna olmaqla, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur. “Xidməti və mülki silah haqqında” Qanunun 2-ci maddəsinin 6cı bəndinə əsasən soyuq silah dedikdə, konstruksiyasına, ölçülərinə və materiallarına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan (milli geyim ləvazimatı hesab olunan hallar istina edilməklə xəncər, beybut, ov bıçağı, qılınc, süngü bıçaqları və s.) kəsici-deşici və qarışıq təyinatlı silahlar, habelə insan əzələsinin və ya mexaniki qurğunun enerjisi hesabına istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi zədələmək təyinatına malik olan (nizə, döyüş baltası, və s.), eləcə də zərbə-dağıdıcı təsirli (əşyalarbeşbarmaqlar, nunsakalar, gürzlər, toppuz və s.) aid edilir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 228.4 və 243.1-ci maddələri ilə tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsləri pul müqablində müşərilərlə görüşdürmədyini, onların yalnız fotoşəkillərinə etiket vurması, həmçinin üzərində gəzdirdiyi soyuq silah qismində bıçağı rayona gedərkən yeyinti məsullarını doğramaq məqsədi ilə avtomobilində saxlamasına dair verdiyi ifadəsinə məhkəmə onun həmin dəlillərini özünümüdafiə xarakterli dəlillər kimi qiymətləndirərək əsassız hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs “ESCORT AZE (18+)” adlı kanalının hansı məqsədlərlə istifadə edildiyini, xanımların şəkillərinin paylaşılaraq cinsi əlaqədə olmaları üçün müştərilər cəlb edildiyini bilmiş və bunu dərk etmişdir. Həmin səhifədə admin kimi fəaliyyət göstərdiyini, iş bölgüsünə əsasən onun vəzifəsinin zərərçəkmiş şəxslər tərəfindən göndərilən şəkillərin üzərinə loqolar yerləşdirilərək paylaşıldığını öz ifadəsi ilə təsdiq etmişdir. Həmçinin təqsirləndirlən Təqsirləndirilən şəxs onun avtomobilində bıçaq olmasını da etiraf etmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs göstərilən əməlləri özü etriaf etsə də məqsədinin zərərçəkmiş şəxsləri fahişəliyə cəlb etmək olmadığını, həmçinin həmin silahın ictimai təhlükəli olmaması ilə bağlı ifadəsi məsuliyyətdən boyun qaçırmaq məqsədi güdür və qeyd olunan hallar mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olmasını, ailəsinin yeganə gəlir mənbəyi olması, zərərçəkmiş şəxslərlə barışmasını, yaşadığı ərazi üzrə müsbət xarakterizə olunması, ilk dəfə cinayət əmli törətməsiin Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid olunmadan islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxs barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid olunmasına bunun üçün möhkəm əsaslar olduqda və bu açıqaşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına, onun fərdi xüsusiyyətləri və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azəraycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə azadlıqdan məhrumetmə cəzası, CM-nin 243.1-ci maddəsi ilə cərimə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə CM-nin 68.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş cərimə növündə cəza azadlıqdan məhrum etmə ilə toplanaraq, müstəqil icra olunsun. Məhkəmə, həmçinin CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-in 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablandığından Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli 23 noyabr 2023-cü il tarixindən hesablanmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən Təqsirləndirilən şəxs CM-in 228.4 və 243.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona CM-nin 228.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası, CM-nin 243.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı azadlığının faktiki məhdudlaşdırıldığı tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, cərimə cəzası müstəqil icra olunmalı, 01 ədəd Təqsirləndirilən şəxsnn üzərinə şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkili özündə əks etdirən “CD” disk, "xxxx" ASC-dən götürülmüş və bank əməliyyatlarını həmçinin nağdlaşdırma zamanı qeydə alınmış görünütləri əks etdirən 02 ədəd kompakt disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “İphone 14 pro max” və 01 ədəd “Xiaomi” markalı mobil telefon təqsirləndirilən şəxsin ailə üzvlərinə qaytarılmalı, X3 götürülmüş bir ədəd soyuq silah ov bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və qalıq çəkisi 0,10 qram olan narkotik maddə qurudulmuş marixuanaya sübutların qiymətləndiriləməsi haqqında qərarın 13-cü bəndinə əsasən ayrılmış cinayət işində hüquqi qiymət veriləcəyi nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutularaq 64 (altmış dörd) manat, dövlət büdcəsində ödənilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 228.4 və 243.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd edilənlərə əsasən və CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 243.1ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona CMnin 228.4-cü maddəsi ilə ona 07 (yeddi) ay müddətinə azadlıqdan məhrumetmə cəzası, CM-nin 243.1-ci maddəsi ilə 3500 (üç min beş yüz) manat cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 3500 manat məbləğində cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 23 noyabr 2023cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci 64 (altmış dörd) manat təqsirləndirilən Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə maddi sübut – 01 ədəd Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkili özündə əks etdirən “CD” disk, "xxxx" ASC-dən götürülmüş və bank əməliyyatlarını həmçinin nağdlaşdırma zamanı qeydə alınmış görünütləri əks etdirən 02 ədəd kompakt disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut – X3 götürülmüş bir ədəd soyuq silah ov bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – Təqsirləndirilən şəxs məxsus 01 ədəd “İphone 14 pro max” və 01 ədəd “Xiaomi” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsin ailə üzvlərinə qaytarılsın. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №1(005)-248/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-248/2024
21.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver