Məhkəmə qərarları › İş №1(005)-249/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-249/2022

12.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-249/2022 12.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1948-ci ildə Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, təqaüdçü, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib, saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 0,318 qram olan narkotik vasitə heroin və ümumi təmiz çəkisi 0,247 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib özündə saxlayaraq daşımış, Nəsimi RPİ-nin NMB-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2021-ci il tarixdə, saat 15:25 radələrində Bakı şəhəri, 4-cü Aşırım, 1-ci döngə, ev 4 ünvanında yerləşən mağazasında saxlanılaraq rayon polis idarəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman həmin narkotik vasitə heroinin ümumi təmiz çəkisi 0,047 qram olan hissəsi 02 ədəd bükümdə əynindəki jiletin sağ yan cibindən aşkar edilərək götürülmüş, əməliyyat təbdirlərinin davamı olaraq xx.xx.2021-ci il tarixdə, saat 18:00 radələrində Nəsimi RPİ-nin əməkdaşları tərəfindən özünün iştirakı və razılığı ilə yaşadığı Bakı şəhəri, 4-cü Aşırım, 1-ci döngə, ev 4 ünvanına baxış keçirilən zaman qanunsuz olaraq əldə etdiyi həmin narkotik vasitə heroinin ümumi təmiz çəkisi 0,271 qram olan hissəsi 7 (yeddi) ədəd bükümdə və ümumi təmiz çəkisi 0,247 qram olan 09 ədəd bükümdə psixotrop maddə metamfetamin həmin evin yataq otağındakı boşqabların içərisindən bir ədəd sellofan bükümdə aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, narkotik vasitələrdən istifadə etmir, eləcə də narkotik vasitələrə meyilli şəxs deyil. ünvan 2 ünvanında həm yaşayır, həm də yaşadığı evin bir otağında gündəlik tələbat malları satır. İndiyə kimi narkotik vasitələrin və ya psixotrop maddələrin alqı-satqısı ilə məşğul olmamış, həmçinin onlardan özü də istifadə etməmişdir. Hadisə ilə əlaqədar bildirmişdir ki, hadisə zamanı polis əməkdaşları ona yaxınlaşıb özünü təqdim etdikdə, həmçinin onu İdarəyə dəvət etdikdə üzərində narkotik vasitə olmamışdır. Lakin polis əməkdaşları ilə evə geri qayıtdıqda polis əməkdaşlarından Şahid1 ona iki büküm narkotik vasitə uzadaraq bunları paltarının cibinə qoymasını, başqa məsələ ilə işinin olmamasını bildirmişdir. Həmçinin Şahid1 digər polis əməkdaşları ilə evə daxil olarkən o, çöldə gözləmiş, evə birinci onlar daxil olmuşdur. Sonradan polis əməkdaşları onu çağıraraq evdə müəyyən olunmuş yerə də narkotik vasitə qoyduqlarını, az sonra videoçəkiliş başladıqdan sonra üzərində olan 2 ədəd bükümü, daha sonra isə vazada olan bükümləri açıb göstərməsini bildirmişlər. O isə buna etiraz etsə də, polis əməkdaşları onun yalnız üzərindən çıxacaq 2 ədəd bükümlə əlaqəsinin olmasını, qalan bükümlərin ona aid olmayacağını bildirmişlər. O da razılaşmışdır. Lakin daha sonra polis əməkdaşları vazanın içərisindən digər qalan bükümləri çıxarıb videoçəkiliş zamanı lentə aldıqda o, bükümlərin çox olduğunu başa düşmüş və buna görə də əsəbiləşərək onları əli ilə itələmişdir. Son olaraq qeyd etmişdir ki, qeyd olunan maddələrdən ümumiyyətlə xəbəri olmamışdır. Lakin evdə olmuş olsaydı belə, ehtimal vardır ki, oğlundan qalmış olsun. Çünki oğlu da narkotik vasitələrin satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıması ilə təqsirli bilinərək məhkum olunmuşdur. Son olaraq bir daha qeyd etmişdir ki, onun narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə əlaqəsi heç vaxt olmamışdır. Qeyd olunanlara əsasən, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə Nəsimi RPİ-nin İŞ-nin sabiq müstəntiqi polis kapitanı X2 “Məryam” adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində xx.xx.2021-ci il tarixdə əməliyyat tapşırığı icraatına daxil olmuş, tərəfindən daxil olmuş əməliyyat məlumatının yoxlanılması, “Məryəm” adlı şəxsin şəxsiyyətinin müəyyən edilib cinayət başında yaxalanması, cinayət əməlinin ifşa olunması məqsədi ilə Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili polis kapitanı Şahid3, əməliyyat müvəkkili polis baş leytenantı Şahid4, əməliyyat müvəkkili polis mayoru Şahid2 ibarət əməliyyat qrupu yaradılmış, daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədi ilə əməliyyat qrupunun təşkil olunmasına və təxirə-salınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədi ilə Nəsimi RPİ-nin rəisi, polis polkovnik-leytenantı Mirnemət Mirbabayevin adına 23 yanvar 2021-ci il tarixdə raport ilə məruzə etmişdir. Bundan sonra həmin tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı tərəfindən qərar qəbuledilmişdir. Beləliklə də 23 yanvar 2021-ci il tarixdə, saat 15:25 radələrində o, Şahid3, Şahid4 və Şahid2 ilə birlikdə daxil olmuş əməliyyat tapşırığının yoxlanılması məqsədi ilə Bakı şəhəri, Nərimanov rayonu, 4-cü Aşırım, 1-ci döngə, 4 saylı evdə “Məryəm” adlı şəxsin ətrafında əməliyyat tədbiri keçirilmişdir. Tədbir nəticəsində “Məryəm” adlı şəxsin əlamətlərinə uyğun olaraq həmin ünvanda qeyd edilən şəxsə yaxınlaşaraq üzərlərində olan polis xidməti vəsiqələrini təqdim edib, ondan şəxsiyyəti barədə məlumat verməsini xahiş etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs olaraq təqdim etmişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs xahiş etmişlər ki, özünü şübhəli aparması ilə bağlı, onlarla birlikdə Nəsimi rayonu, Azadlıq prospekti, 86 ünvanında olan Nəsimi RPİ-nin inzibati binasına getsin, bundan sonra Təqsirləndirilən şəxs heç bir etiraz etmədən, könüllü olaraq onlarla birlikdə Nəsimi RPİ-nin inzibati binasına getməsinə razı olmuşdur. Nəsimi RPİ-nin inzibati binasında polis polkovnik-leytenantı Mirnemət Mirbabayevin adına xx.xx.2021-ci il tarixdə raport tərtib etmişdir ki, idarəyə dəvət edilib könüllü gətirilən Təqsirləndirilən şəxs barəsində qanuna müvafiq olaraq ölçü götürülməsi məqsədi ilə müvafiq əməkdaşa göstəriş versin. Nəticə etibari ilə həmin raportun araşdırılması Nəsimi RPİ-nin İŞ-nin sabiq müstəntiqi polis, kapitanı X4 həvalə edilmişdir. Beləliklə də, Nəsimi RPİ-nin inzibati binasının xidməti iş otağında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparılması və maddi sübutun götürülməsi həyata keçirilməyə başlanılmışdır. Həmin zaman Təqsirləndirilən şəxs hüquq və vəzifələri müstəntiq tərəfindən izah edilmiş, şəxsi axtarışın aparılması və maddi sübutun götürülməsində mütəxəssis qismində dəvət edilmiş Nəsimi RPİ-nin KTQ-nun ekspert krimanalisti X5 və Nəsimi RPİ-nin YYÇİ X7 iştirak etmiş, şəxsi axtarışın aparılması və maddi sübutun götürülməsi Təqsirləndirilən şəxs üzərində qanunsuz olan əşya varsa könüllü olaraq təqdim edilməsi xahiş edilmişdir. Təqsirləndirilən şəxs əynində olan açıq qəhvəyi rəngli jilet, bir ədəd uzun qol polver, bir ədəd qara rəngli yun yubka olmuş, Təqsirləndirilən şəxs açıq qəhvəyi rəngli jiletin sağ yan cibindən 2 (iki) ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükülünü çıxarıb təqdim etmişdir. Həmin bükülü sabiq müstəntiq Elşən Mustafayev tərəfindən açılaraq 2 (iki) ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükülünün içərisində narkotik vasitə olan heroinə bənzər maddənin olması müəyyən edilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs bildirmiş ki, üzərindən aşkar edilən narkotik vasitəni həyətindən tapmışdır. Həmin narkotik maddəni özü istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı onun əynindəki polverin sağ yan cibindən “Nokia 222” markalı mobil telefon aşkar olunmuşdur. Təqsirləndirilən şəxs qızının üzərindən aşkar edilən 2 (iki) ədəd bükülüdə olan narkotik vasitə müstəntiq tərəfindən zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmiş, əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra içərisində narkotik vasitəyə bənzər maddə olan 2 (iki) ədəd narkotik vasitə zərfə qoyularaq zərfin ağzı Nəsimi RPİ-nin zərflər üçün nəzərdə tutulmuş 186 nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs razılıq ərizəsi əsasında yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, 4- cü Aşırım, 1-ci döngə, 4 saylı evinə gedilmişdir. Həmin zaman sabiq müstəntiq Elşən Mustafayev tərəfindən baxış keçirilməsi və maddi sübutun götürülməsi ilə bağlı rəfdə olan boşqabın içərisindən bir ədəd sellofanı Təqsirləndirilən şəxs götürüb stolun üzərinə qoyub bildirmişdir ki, üzərindən aşkar edilib götürülən 2 (iki) ədəd narkotik vasitədən başqa yalnız həmin bükümlər qalmışdır. Həmin bükümləri haradan əldə edildiyi müstəntiq tərəfindən soruşulduqda Təqsirləndirilən şəxs əli ilə vuraraq bükümləri yerdə dağıtmışdır. Bükümlər yerdən yığıldıqda həmin bükümlərin ümumi sayının 16 (on altı) ədəd olması, bükümlərdən 7 (yeddi) ədədinin siqaretin gümüşü kağızına büküldüyü, 9 (doqquz) ədədi isə ağ kağıza büküldüyü müəyyən edilmiş, 7 (yeddi) ədəd gümüşü rəngli bükümlər açıldıqda içərisində qəhvəyi rəngli heroinə oxşar maddə olması, 9 (doqquz) ədəd ağ kağızda olan bükümlərdə isə ağ kristal halında metamfetaminə oxşar maddələr olması müəyyən edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs bükülülərin özünə məxsus olmasını bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, 4-cü Aşırım, 1-ci döngə, 4 saylı evindən ümumilikdə 16 (on altı) ədəd bükülülərdən başqa qanunla qadağan olunmuş hər-hansı əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs yaşadığı mənzilindən və üzərindən aşkar edilib götürülən ümumilikdə 18 ədəd narkotik vasitənin kimə satması real olaraq tərəflərindən müəyyən edilməmişdir. Bununla yanaşı olaraq X6 üzərindən aşkar olunmuş 1 (bir) ədəd bükümdə olan narkotik vasitəni Təqsirləndirilən şəxs alması əməliyyat yolu ilə müəyyən edilməmişdir. Belə ki, Vüqar İsmayılov ilkin ifadəsində üzərindən aşkar olunmuş narkotik vasitə heroini Təqsirləndirilən şəxs aldığını bildirdikdən sonra Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirləri keçirilərək onun üzərindən və mənzilindən narkotik vasitə, psixotrop maddə aşkar olunmuşdur. Lakin konkret olaraq Vüqar İsmayılovun üzərindən aşkar olunmuş narkotik vasitə heroinin Təqsirləndirilən şəxs tərəfindən satılması əməliyyat yolu ilə müəyyən olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid3, Şahid5 Şahid1 ilə eyni məzmunda ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində çağırılmış Şahid4 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin sabiq müstəntiqi, polis kapitanı X8 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən tamah niyyəti ilə, satış məqsədi ilə qanunsuz olaraq ümumi külli miqdarda təmiz çəkisi 2,661 qram çəkidə narkotik vasitə olan heroin və 0,247 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib, özündə saxlayaraq daşımışdır. Nəsimi RPİ-nin NMB-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, xx.xx.2021-ci il tarixdə, saat 15:25 radələrində Bakı şəhəri, 4-cü Aşırım, 1-ci döngə, ev 4 ünvanında yerləşən mağazasında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq Rayon Polis İdarəsinə gətirilmiş, üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı onun üzərindən iki ədəd, daha sonra özünün razılığı ilə evində axtarış aparılmış, evindən isə 16 ədəd büküm aşkar edilərək götürülmüşdür. İstintaq hərəkətlərinin aparılması zamanı Təqsirləndirilən şəxs hüquqları pozulmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Tutma haqqında” 23 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarış keçirilməsi və maddi sübutun götürülməsi barədə” 23 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində açıq qəhvəyi rəngli jilet, bir ədəd uzunqol polver, bir ədəd qara rəngli yun yupka vardır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif olundu ki, üzərində narkotik maddə, yaxud qanunla qadağan olunmuş digər əşya vardırsa, könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs açıq qəhvəyi rəngli jiletin sağ yan cibindən 2 (iki) ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükülünü çıxarıb təqdim etdi. Həmin bükülü tərəfimizdən açılaraq baxılarkən 2 (iki) ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükülünün içərisində narkotik vasitə olan heroinə bənzər maddənin alması müəyyən olundu. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs bildirdi ki, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə kakosu həyətindən tapmışdır. Həmin narkotik maddəni özü istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı onun əynindəki poliverin sağ yan cibindən “Nokia 222” markalı mobil telefon aşkar olundu. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olurnmuş başqa heç bir əşya və predmet aşkar olunmadı. “Baxış keçirilməsi və maddi sübutun götürülməsi barədə” 23 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, araşdırma zamanı Təqsirləndirilən şəxs yaşadığı evin ünvan 5 ünvanında yerləşdiyi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs yaşadığı fərdi evi asfalt yolun kənarında yerləşir, yaşayış evin qarşı tərəfi mişar daşlarla əhatə olunmuşdur. Dəmir darvazadan içəri girdikdə bir ədəd plastik qapı, sonra isə gündəlik tələbat mallarının satıldığı kiçik mağaza olması müəyyən edilir. Həmin mağazada kiçik rəflər olması, rəflərdə isə gündəlik tələbat malları satılması müəyyən edildi. Mağazaya bitişik digər otağa keçildikdə otağın sağ tərəfində bir ədəd çarpayı, sol tərəfində isə bir ədəd rəf, həmin rəfdə isə boşqablar olması müəyyən edildi. Təqsirləndirilən şəxs baxış zamanı rəfdə olan boşqabın içərisindən bir ədəd sellofan götürüb stolun üzərinə qoyub bildirdi ki, evində yalnız həmin bükümlər qalıbdır. Həmin bükümləri haradan əldə etdiyi soruşduqda Təqsirləndirilən şəxs əli ilə vuraraq bükümləri yerdə dağıtdı. Bükümlər yerdən yığıldıqda həmin bükümlərin ümumi sayının 16 ədəd olması, bükümlərdən 7 ədədinin siqaretin gümüşü kağızına büküldüyü, 9 ədədinin isə ağ kağıza büküldüyü müəyyən edildi. Gümüşü rəngli bükümlər açıldıqda içərisində qəhvəyi rəngli heroinə oxşar maddə olması, ağ kağızda olan bükümlərdə isə ağ kristal halında metamfetaminə oxşar maddələr olması müəyyən edildi. Baxış zamanı bükülülərin özünə məxsus olmasını bildirdi Təqsirləndirilən şəxs yaşadığı evin ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman qeyd edilən bükülülərdən başqa həmin fərdi yaşayış evində qanunla qadağan olunmuş hər-hansı digər əşya və ya predmet aşkar edilmədi. Təqsirləndirilən şəxs yaşadığı evin ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evindən aşkar olunaraq götürülmüş 1 (bir) ədəd ağ rəngli zərfdə qablaşdırıldı, şöbənin 186 nömrəli möhürü ilə möhürləndi və iştirakçılar tərəfindən imzalandıqdan sonra ekspertizaya təqdim edilməsindən ötrü götürüldü. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 yanvar 2021-ci il tarixli, 6/303 nömrəli meterialların məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ....» yazısı olan zərfdəki 2 (iki) ədəd bükümdə ümumi təmiz çəkisi 0,047 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş, üzərində «vət.Təqsirləndirilən şəxs mənzilindən aşkar edilmiş ....» yazısı olan zərfdəki 7 (yeddi) ədəd bükümdə ümumi təmiz çəkisi 0,271 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 9 (doqquz) bükümdə ümumi təmiz çəkisi 0,247 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfelamindir. Vət. Təqsirləndirilən şəxs üzərindən və mənzilindən aşkar edilmiş heroinin ümumi təmiz çəkisi 0,318 qramdır və həmin heroinlər vət. X3 götürülmüş bir ədəd bükümdəki heroinlə (23 yanvar 2021 -ci il tarixli 6/288 saylı eksperti rəyi) xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eynidir. 28 iyun 2005-ci tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in, metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in siyahısına (Siyahı İ) daxildir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 114,0 manat təşkil edir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-51/2021 nömrəli, 25 yanvar 2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi, həbsdə saxlama müddətinin 04 ay həddində müəyyən edilməsi, həbsdə saxlama müddətinin əvvəlinin 23 yanvar 2021-ci il tarixdən hesbalanması qərara alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş 28 yanvar 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmasına dair əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-464/2021 saylı, 19 may 2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddətinin 02 ay, yəni 23 iyul 2021-ci il tarixədək uzadılması qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X15 Şəxsi Ambulator X1 12 aprel 2021-ci il tarixli, 1057 nömrəli rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-274/2021 nömrəli, 17 iyul 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddətinin 19 avqust 2021-ci il tarixədək uzadılması qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-344/2021 nömrəli, 17 avqust 2021ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddətinin 19 sentyabr 2021-ci il tarixədək uzadılması qərara alınmışdır. “Cinayət əməlinin tövsif olunması barədə” 03 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif olunması qərara alınmışdır. “Vəsatətin müdafiə edilməsindən imtina haqqında” 13 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin uzadılmasına dair müstəntiq Murad Mustafayevin 13 sentyabr 2021-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” 13 sentyabr 2021-ci il tarixli qərarından və eyni tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. “Diskə baxış keçirilməsi haqqında” 01 mart 2022-ci il tarixli qərardan görünür ki, baxış zamanı müəyyən edildi ki, həmin “CD” diskdə “00095”, “00096”, “00097” “00098” və “00099” adlı fayıllar oldu. Həmin fayllara baxış zamanı müəyyən edildi ki, “00095”, “00096” və “00097” adlı fayllarda “şəxsi axtarış keçirilməsi və maddi sübutun götürülməsi” haqqında xx.xx.2021-ci il tarixli istintaq hərəkətinin, “00098” və “00099” adlı fayllarda isə “baxış keçirilməsi və maddi sübutun götürülməsi” haqqında xx.xx.2021-ci il tarixli istintaq hərəkətinin videoçəkilişləri əks olunmuşdur. “Şəxsi axtarış keçirilməsi və maddi sübutun götürülməsi” haqqında xx.xx.2021-ci il tarixli istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş “00095”, “00096” və “00097” adlı fayllara baxış zamanı müəyyən edildi ki, Nəsimi RPİ-nin inzibati binasındakı xidməti otaqlardan birində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində narkotik maddə, yaxud qanunla qadağan olunmuş digər əşya vardırsa, könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs açıq qəhvəyi rəngli jiletin sağ yan cibindən 2 (iki) ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükülünü çıxarıb təqdim etmişdir. Həmin bükülü polis əməkdaşı tərəfindən açılaraq baxılarkən 2 (iki) ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükülünün içərisində narkotik vasitə olan heroinə bənzər maddənin olması müəyyən olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə kakosu həyətindən tapmışdır. Həmin narkotik maddəni özü istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı onun əynindəki poluverin sağ yan cibindən "Nokia 222" markalı mobil telefon aşkar olunmuşdur. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş başqa heç bir əşya və predmet aşkar olunmamışdır. “Baxış keçirilməsi və maddi sübutun götürülməsi” haqqında xx.xx.2021-ci il tarixli istintaq hərəkətinin videoçəkilişləri əks olunmuş “00098” və “00099” adlı fayllara baxış zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, 4-cü Aşırım, 1-ci döngə, ev 4 ünvanına baxış keçirilən zamanı evin asfalt yolun kənarında yerləşdiyi, yaşayış evin qarşı tərəfi mişar daşlarla əhatə olunduğu, dəmir darvazadan içəri girdikdə bir ədəd plastik qapı, sonra isə gündəlik tələbat mallarının satıldığı kiçik mağaza olması müəyyən edilmişdir. Həmin mağazada kiçik rəflər olması rəflərdə isə gündəlik tələbat malları satılması müəyyən edilmişdir. Mağazaya bitişik digər otağa keçildikdə otağın sağ tərəfində bir ədəd çarpayı, sol tərəfində isə bir ədəd rəf həmin rəfdə isə boşqablar olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs baxış zamanı rəfdə olan boşqabın içərisindən bir ədəd sellofan götürüb stolun üzərinə qoyub bildirmişdir ki, evində yalnız həmin bükümlər qalıbdır. Həmin bükümləri haradan əldə etdiyini soruşduqda Təqsirləndirilən şəxs əli ilə vuraraq bükümləri yerdə dağıtmışdır. Bükümlər yerdən yığıldıqda həmin bükümlərin ümumi sayının 16 ədəd olması, bükümlərdən 7 ədədinin siqaretin gümüşü kağızına büküldüyü, 9ədədinin isə ağ kağıza büküldüyü müəyyən edilmişdir. Gümüşü rəngli bükümlər açıldıqda içərisində qəhvəyi rəngli heroinə oxşar maddə olması, ağ kağızda olan bükümlərdə isə ağ kristal halında metamfetaminə oxşar maddələr olması müəyyən edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs bükülülərin özünə məxsus olmasını bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman qeyd edilən bükülülərdən başqa həmin fərdi yaşayış evində qanunla qadağan olunmuş hər-hansı digər əşya və ya predmet aşkar edilməmişdir. “Sübutların qiymətləndirilməsi, cinayət işi materiallarından başqa cinayət işinin ayrılması və ayrılmış cinayət işinin icraata qəbul edilməsi haqqında” 05 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 02 mart 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham və 19 sentyabr 2022-ci il tarixdə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilmədən öz qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 0,318 qram olan narkotik vasitə heroin və ümumi təmizi çəkisi 0,247 qram olan psixotrop maddə metamfetamin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilməsi və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,228 qram narkotik vasitə heroin və 0,167 qram psixotrop maddə metamfetamin saxlanılmasından ötrü Nərimanov RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilməsi, şəxsi axtarış keçirilməsi və maddi sübutun götürülməsi haqqında xx.xx.2021-ci il tarixli və baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında xx.xx.2021-ci il tarixli istintaq hərəkətlərinin videoçəkilişləri əks etdirilmiş 01 ədəd CD diskin iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilməsi və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, o cümlədən, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin verdikləri ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2ci maddəsində nəzərdə tutulan əməli törətmədiyinə dair verdiyi ifadəyə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilməsi qənaətinə gəlir. Müdafiə tərəfinin ifadəsində göstərdiyi xüsusatlar, nəinki, öz təsdiqini tapmamış, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, ekspert rəyləri və işdə olan digər sənədlərlə tam təkzib edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsi baxımından, həmçinin daxili inamına əsasən qiymət verərək hesab edir ki, həmin sübutların məcmusu istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib saxlayaraq daşıması barədə irəli sürülən ittihamın məhkəmə istintaqı zamanı tam həcmdə öz təsdiqini tapması nəticəsinə gəlir. Məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci, 58.1-ci və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmədə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halın olması və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Məhkəmə qeyd edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halın olması və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə olduğu müddət nəzərə alınmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu gündən, yəni 12 oktyabr 2022-ci il tarixdən hesablanmalı (CPM-158.2.1, 158.6, CM-69.3.), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qismində qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cinayət işi üzrə maddi sübut – Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan narkotik vasitənin qalığı – 0,228 qram heroin və psixotrop maddənin qalığı - 0,167 qram metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, cinayət işi üzrə maddi sübut - 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri 114.0 manat təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə olduğu cəmi 07 ay 27 gün müddət ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 il 04 ay 03 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 12 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qismində qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılsın. Cinayət işi üzrə maddi sübut - Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan narkotik vasitənin qalığı – 0,228 qram heroin və psixotrop maddənin qalığı - 0,167 qram metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut - 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 114,0 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar