Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-249/2023 02.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Xaçmaz rayonu, Qarabağı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 18 yanvar 2023-cü il tarixdə saat 16 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə olarkən şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 10 manat pul müqabilində 01 ədəd bükümdə, təmiz çəkisi - 0,310 qram narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, 18 yanvar 2023-cü il tarixdə saat 16:30-da ünvan 2 ünvanın qarşısında Nərimanov RPİ-nin 16-cı PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Nərimanov rayon Polis idarəsinin ünvan 4 ünvanında yerləşən 16cı Polis bölməsinin inzibati binasına gətirildikdən sonra xidməti otaqların birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan tünd yaşıl rəngli şalvarının sağ yan cibindən 01 ədəd bükümdə, təmiz çəkisi - 0,310 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 18 yanvar 2023-cü il tarixdə, saat 16 radələrində “Papanin” adlanan ərazidə olarkən üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 01 ədəd bükümdə 10 manat pul müqabilində şəxsi istifadəsi üçün “kakos” adlanan narkotik vasitə heroin alaraq əynində olan şalvarının sağ yan cibinə qoymuş ki, bədənində ağrı olanda istifadə etsin. 18 yanvar 2023-cü il tarixdə, saat 16:30 radələrində kirayədə yaşadığı ünvan 5 ünvanın qarşısında olarkən iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim etməklə Nərimanov RPİ-nin 16-cı Polis bölməsinin əməkdaşları olduqlarını bildirmişlər, ona hərəkətlərindən narkotik vasitə təsiri altında olduğundan şübhələndiklərini deyib özünü təqdim etməsini xahiş etmişlər. Özünü polis əməkdaşlarına təqdim etdikdən sonra onlarla bilrlikdə Nərimanov RPİ-nin 16-cı Polis bölməsinin inzibati binasına getməsini xahiş etmişlər, o da onların bu təklifinə etiraz etməyib razılaşmışdır. Polis bölməsinin inzibati binasına gəldikdə xidməti otaqların birində ona hüquq və vəzifələri izah edilmiş, eləcə də hüquqlarının müdafiə edilməsi məqsədilə dövlət büdcəsi hesabına müdafiəçi dəvət edilərək ona təqdim edilmişdir. O, müdafiəçiyə etiraz etməyib onun tərəfindən hüquqlarının müdafiə edilməsinə razı olduğunu polis əməkdaşlarına dedikdən sonra ona videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. O, polis əməkdaşları ilə razılaşdıqdan sonra xidməti otaqların birində müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarışa başlanılmazdan öncə ona üzərində qeyri-qanuni, maddə, əşya və ya predmet varsa, könüllü təqdim edilməsi təklif edilmişdir. O, polis əməkdaşlarına etiraz etməyib əynində olan tünd yaşıl rəngli şalvarının sağ yan cibindən 01 ədəd, içərisində narkotik vasitə heroin olan bükümü çıxarıb masanın üzərinə qoymaqla könüllü olaraq təqdim etmişdir. Bundan sonra onun üzərinə polis əməkdaşları tərəfindən şəxsi axtarış aparılmış, lakin üzərindən başqa qanunsuz hər hansı maddə, əşya və ya predmet aşkar edilməmişdir. Polis əməkdaşları tərəfindən ondan 01 ədəd bükümdə narkotik vasitə heroini nə vaxt, haradan, kimdən və hansı məqsədlə əldə etdiyi soruşuldaqda o, polis əməkdaşlarına etiraf edərək bildirmiş ki, narkotik vasitə heroini şəxsi istifadəsi üçün 18 yanvar 2023-cü il tarixdə, saat 16 radələrində “Papanin” adlanan ərazidə olarkən üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 10 manat pul müqabilində əldə edərək şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Bundan sonra bu barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, doğruluğu onun, müdafiəçisi və digər iştirakçılar tərəfindən imzalanaraq təsdiq edilmişdir. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 16-cı PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Nərimanov RPİ-nin 16-cı PB-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə 18 yanvar 2023-cü il tarixdə, saat 16:30 radələrində inzibati ərazidə xidmət apararkən Nərimanov rayonu 2-ci Şimal Şitilliyi 44 ünvanında bir nəfər şəxsin yerişi və hərəkətlərindən özünü şübhəli aparmasını görüb ona yaxınlaşaraq özlərini təqdim edib Nərimanov RPİ-nin 16-cı Polis bölməsinin əməkdaşları olduqlarını bildirmişlər və ondan özünü təqdim etməsini istədikdə o suallardan yayınmağa və oradan getməyə çalışmışdır. Onun rabitəsiz danışığından narkotik vasitənin təsiri altında olması və üzərində narkotik vasitə olmaqla daşımasında şübhəli olduğunu bilib onu 16-cı PB-nə dəvət etmişlər, həmin şəxs onlarla birlikdə polisə getməyə razılıq vermiş, bir yerdə 16-cı PB-nə getmişlər. Yoxlama zamanı məlum olmuş ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Sonra onlar Təqsirləndirilən şəxs barəsində araşdırma aparılması barədə bölmə rəhbərliyinə raport vermişlər. Onların raportları üzrə araşdırma aparılması bölmənin təhqiqatçısı X4 həvalə edilmiş və təhqiqatçı tərəfindən vəkil dəvət olunmaqla təhqiqatçının otağında şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanmışdır. Şəxsi axtarışa başlamazdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, sonra şəxsi axtarışın gedişinin videokamera vasitəsilə videoçəkilişinin aparılması bildirilmiş və şübhəli şəxs Təqsirləndirilən şəxs buna etirazı olmadığını bildirdikdən sonra təhqiqatçı şəxsi axtarış barədə qərarı elan edib şəxsi axtarışda iştirak edənləri qeyd edərək şübhəli Təqsirləndirilən şəxs təklif etmiş ki, “üzərində hər hansı qanunsuz əşya və ya maddə vardırsa, könüllü olaraq təqdim etsin”. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan yaşıl rəngli şalvarının sağ qıçının dizdən bayır tərəfdə olan xüsusi formalı cibindən bir ədəd selofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Təhqiqatçının sualına cavab olaraq üzərində başqa qanunsuz əşya, maddə olmadığını bildirmiş, sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərini axtarmış, lakin hər hansı qanunsuz predmet və ya əşya aşkar etməmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs cibindən çıxarıb masanın üzərinə qoyduğu selofan bükümdə nə olmasını soruşduqda şübhəli şəxs Təqsirləndirilən şəxs həmin bükümdə “kakos” adı ilə tanıdığı narkotik vasitə-heroin olmasını, onu bu gün, saat 18:00 radələrində “Papanin” ərazisində sifətdən tanıdığı şəxsdən özü qəbul etmək üçün 10 manata aldığını bildirmişdir. Təhqiqatçı tərəfindən həmin selofan büküm açılmış, bükümdə qəhvəyi rəngdə, toz şəklində, spesifik iyə malik, narkotik vasitə-heroinə bənzər kütlə olmuşdur. Təhqiqatçı tərəfindən həmin kütlə ilə olan selofan büküm zərfə yerləşdirilmiş, zərfin üzərində qeydlər aparılmaqla iştirakçılar tərəfindən imzalar edilib zərf ekspertiza tədqiqatı üçün götürülmüşdür. Sonra təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmənin başa çatdığı elan edilmiş və bu barədə tərtib etdiyi protokol təhqiqatçının özü tərəfindən ucadan oxunduqdan sonra iştirakçılar tərəfindən protokolun düzgünlüyü imzaları ilə təsdiq olunmuşdur. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Nərimanov RPİ-nin 16-cı PBnin əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid2 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 14-15-ci vərəqələrində olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 18 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 23-24-cü vərəqələrində olan “Şübhəli şəxsin üzərinə şəxsi axtarış və götürmə aparılması haqqında” 18 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 16-cı PB-nin təhqiqatçısı X6 həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Azərbaycan Respublikası CPM-nin 51-ci və 246.2.1-ci maddələrinin tələbinə əsasən Nərimanov RPİ-nin 16-cı PB-nin CA üzrə əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 və vəkil X3 iştirakları ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzrəində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah olunmuşdur. xx.xx.2023-cü il tarixdə saat 16:30 radələrində Nərimanov RPİ-nin 16-cı PB-nin əməkdaşları tərəfindən ünvan 6 ünvanın qarşısında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılaraq 16-cı PB-nə gətirilmişdir. 16-cı PB-də ona üzərində hər hansı bir qanunsuz əşya və ya maddəni könüllü təqdim etməsi təklif olunmuşdur. Nərimanov RPİ 16-cı PB-nin CA üzrə əməliyyat müvəkkilləri Şahid1, Şahid2 və vəkil X3 iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı əynində olan tünd yaşıl rəngli şalvarın qabaq sağ yan cübindən 01 ədəd spesifik qoxuya malik, qəhvəyi rəngli, toz şəkilli maddə olan salafana bükülmüş 01 ədəd bükümü təqdim etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bükümün içərisində narkotik maddə hesab olunan “kakos” adı ilə tanınan heroindir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddəni xx.xx.2023-cü il tarixdə günorta saatlarında “Papanin” adlanan yerdə anket məlumatlarını bilmədiyi üzdən tanıdığı şəxsdən 10 manata almışdır. Həmin narkotik maddəni əynində olan tünd yaşıl rəngli şalvarın sağ yan cübinə qoyaraq öz istifadəsi üçün saxlamışdır. Bu gün, yəni xx.xx.2023-cü il tarixdə saat 16:30-da Nərimanov rayonu 2-ci Şimal Şitilliyi 44 nsaylı ünvanın qarşısında polis əməkdaşları tərəfindən saxlanılmışdır. Aşkar olunmuş maddə iştirakçıların və Təqsirləndirilən şəxs iştirakı ilə qablaşdırılmış, 218 nömrəli möhürlə möhürlənmişdir. Bununla da, şübhəli şəxsin üzərində şəxsi axtarış başa çatmış, iştirakçılar tərəfindən heç bir şikayət, vəsatət daxil olmamışdır. Protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, odur ki, imzalarla təsdiq olunmuşdur. Cinayət işinin 34-36-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 yanvar 2023-ci il tarixli, 6/331 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №218” dairəvi möhür əksi olan, «Şübhəli şəxs (imza) Q.Rahil...” sözləri və imzalar qeyd edilmiş zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,310 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulİa hazırlanmış narkotik vasitə - heroindir. Cinayət işinin 64-66-cı vərəqələrində olan “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” 20 yanvar 2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirnin seçilməsinə dair Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi Ceyhun Hüseynovun 20 yanvar 2023-cü il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirnin seçilməsi, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. Cinayət işinin 67-68-ci vərəqələrində olan “Qətimkan tədbiri seçilməsi haqqında” 20 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 75-76-cı vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Sonuncu dəfə o, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Cinayət işinin 78-87-ci vərəqələrində olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(006)-333/2020 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib və ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkməsinin əvvəlinin 29 iyul 2020-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Cinayət işinin 88-89-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsinin Ambulator X1 dair xx.xx.2023-cü il tarixli, 299 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 99-102-ci vərəqələrində olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(007)-111/2022 nömrəli qərarından görünür ki, təqdimatın təmin edilməsi, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilərək, onun azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin 6 ay azaldılması qərara alınmışdır. Cinayət işinin 104-cü vərəqində olan “Maddi sübut hesab etmək haqqında” 15 mart 2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs götürülmüş 0.310 qram çəkidə narkotik vasitə olan heroinin və şəxsi axtarışın gedişatının videogörüntüləri olan 01 ədəd diskin ********* nömrəli cinayət işi üzrə maddi sübut hesab edilməsi, maddi sübut hesab edilmiş və ekspertiza tədqiqatına 0,05 qram sərf edildikdən sonra qalan 0,260 qram çəkidə narkotik vasitə heroinin saxlanılması üçün Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilməsi, 01 ədəd diskin isə cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 1 ədəd diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan tünd yaşıl rəngli şalvarının sağ yan cibindən aşkar olunmuş 01 ədəd bükümün içərisindən narkotik vasitə heroinin aşkar edilərək götürülməsi müəyyən olundu. İş materiallarında olan və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(005)-249/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməsi, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edildikdə onun dərhal tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına etap olunması qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, icraatınızda olan 1(005)-249/2023 saylı cinayət işi üzrə təqsirləndirilən, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Nərimanov Rayon Məhkəməsinin qərarına əsasən barəsində açılmış 61210 saylı Aİ üzrə axtarışda olan Təqsirləndirilən şəxs törətdiyi digər cinayət əməli səbəbindən Nərimanov RPİ-nin İŞ-si tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi üzrə barəsində xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilmiş və hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılmaqdadır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)-482/2023 nömrəli qərarından görünür ki, vəsatətin təmin edilməsi, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbirinin seçilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddətinin 3 ay müddətinə müəyyən edilməsi, həbsetmənin əvvəlinin 06 aprel 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə hesab edilən heroinin təmiz çəkisi 0,310 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu (Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(006)-333/2020 saylı hökmü ilə) hazırkı cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. Beləliklə də, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 2 (iki) il müddətinin axımı onun Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından azad edildiyi gündən hesablanır. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməlini 18 yanvar 2023-cü il tarixdə törətmiş və həmin əməli törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yəni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur.». Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti cəza müəyyən edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.3), onun hazırda istintaq təcridxanasında saxlanılması nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə, həmçinin qeyd edir ki, hazırki iş üzrə cəzaçəkmə müddətinin başlanğıcı hökm çıxarıldığı vaxtdan hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs hazırda Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan 1(005)-423/2023 nömrəli digər cinayət işi üzrə həbsdədir. Lakin, məhkəmədə 1(005)-423/2023 nömrəli cinayət işi üzrə icraatın hazırda davam etdirilməsi nəzərə alınaraq, onun həmin iş üzrə hesablanan həbsdə saxlanılma müddətinin hazırki iş üzrə təyin olunmuş cəza müddətinə daxil edilməsi mümkün hesab edilmir. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Femida” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 02 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs hazırda istintaq təcridxanasında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 0.260 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Femida” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-249/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-249/2023
02.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver