Məhkəmə qərarları › İş №1(005)-25/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-25/2023

25.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-25/2023 25.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 180.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını tamah niyyəti ilə ələ keçirmək məqsədilə, Zərərçəkmiş şəxs1 etibarından sui istifadə edərək, xx.xx.2021-ci il tarixdə saat 19:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi 1967 məhəllədə yerləşən “Lukoil” YDM-nin yanında Zərərçəkmiş şəxs1 məxsus “Jianshe N Max” markalı mopedi satın almaq məqsədilə yalan vəd verib aldadaraq sürüb yoxlamaq adı ilə həmin mopedə əyləşib mopedin sükan hissəsində olan Zərərçəkmiş şəxs1 məxsus “Samsung A5” markalı mobil telefon ilə birlikdə oradan uzaqlaşaraq Zərərçəkmiş şəxs1 məxsus 2700 manat dəyərində “Jianshe N Max” markalı mopedi və Zərərçəkmiş şəxs1 məxsus içərisində 2 manat danışıq vaxtı olan 60 manat dəyərində ***-***-**-** mobil nömrə və içərisində 2 manat danışıq vaxtı olan 25 manat dəyərində ***-***-**-** mobil nömrə ilə istifadə edilən 200 manat dəyərində “Samsung A5” markalı mobil telefonu ələ keçirərək zərərçəkmiş şəxs X8 ümumilikdə 2989 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını açıq yolla talama məqsədi ilə 04 yanvar 2022-ci il tarixdə saat 17 radələrində ünvan 2 ünvanın qarşısında Şahid1 məxsus 2000 manat dəyərində “Zaza” markalı mopedi sürmək adı ilə əldə edib idarə edərək hadisə yerindən uzaqlaşan zaman törətmiş olduğu cinayət əməlinin zərərçəkmiş şəxs Şahid1 tərəfindən aşkar edildiyini dərk etsə də, əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərək, həmin mopedlə hadisə yerindən uzaqlaşaraq əmlakı açıq talamaqla soyğunçuluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını tamah niyyəti ilə ələ keçirmək məqsədilə, Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək, xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi 1967 məhəllədə yerləşən “Lukoil” YDM-nin yanında Zərərçəkmiş şəxs2 məxsus “Vulkan” markalı mopedi satın almaq məqsədilə yalan vəd verib sürüb yoxlamaq adı ilə aldadaraq həmin mopedə əyləşib mopedin sükan hissəsində olan Zərərçəkmiş şəxs2 məxsus “X26” markalı mobil telefon ilə birlikdə oradan uzaqlaşaraq Zərərçəkmiş şəxs2 məxsus 1600 manat dəyərində “Vulkan” markalı mopedi və Zərərçəkmiş şəxs2 məxsus içərisində 5 manat danışıq vaxtı olan 20 manat dəyərində ***-***-**-** mobil nömrə və 10 manat danışıq vaxtı olan 40 manat dəyərində ***-***-**-** mobil nömrə ilə istifadə edilən 200 manat dəyərində “X26” markalı mobil telefonu ələ keçirərək Zərərçəkmiş şəxs2 ümumilikdə 1875 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək, həmin Məcəllənin 180.2.2-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, pula ehtiyacı olduğu üçün xx.xx.2021-ci il tarixdə “Tap.az” saytına daxil olub mopedlərin satışı ilə maraqlanmışdır. O, pula ehtiyacı olduğundan düşünmüşdür ki, satılıq olan mopedlərdən birinə zəng edib almaq üçün görüşə çağırsın, daha sonra mopedi sürüb yoxlamaq üçün sahibindən götürüb oradan uzaqlaşaraq satıb pul əldə etsin. Belə ki, həmin tarixdə saytda bir elanla qarşılaşıb elanda qeyd olunan mobil nömrəyə zəng etmişdir. Telefona cavab verən şəxsdən elanda yerləşdirdiyi "Jianshe N" markalı mopedi almaq istədiyini və görüşməyi təklif etmişdir. Həmin şəxs də onunla razılaşdıqdan sonra həmin gün, yəni xx.xx.2021-ci il tarixdə saat 19:30 radələrində mopedi satan şəxs ilə Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən “Şəki” restoranının yaxınlığında görüşmüşdür. O, həmin şəxsdən mopedi sürüb yoxlamağı istəmişdir. Həmin şəxs də ona inanaraq mopedin açarını ona vermişdir. O, mopedi idarə edərək oradan uzaqlaşmış və yaşadığı evə getmişdir. Mopedi yaşadığı evin həyətində saxlamışdır. Daha sonra xx.xx.2021-ci il tarixdə mobil telefonu ilə mopedin şəkillərini çəkərək satmaq üçün “Tap.az” saytında yerləşdirmiş və 1800 manata satdığını qeyd elmişdir. Səhəri gün, yəni xx.xx.2021-ci il tarixdə bir nəfər Ceyhun adlı şəxs ona zəng edərək mopedi almaq istədiyini bildirmiş və onlar “Sahil” metrostansiyasının yaxınlığında görüşmüşlər. Ceyhun adlı şəxs mopedə baxdıqdan sonra mopedi 1450 manata almağa razılaşmışlar. Ceyhun adlı şəxs 1450 manat pulu həmin vaxt ona vermişdir. O da mopedin saxlanc yerində olan alqı-salqı müqaviləsini ona təqdim etmişdir. Həmin şəxs də onun şəxsiyyət vəsiqəsinin mobil telefon ilə şəkilini çəkmişdir. Həmin vaxt ondan mopedi sənədləşdirməyi demişdir. O da yalandan xəstəxanada xəstə yanına gedəcəyini bildirmiş, həmin şəxsdə özünün xəstə olduğunu 10 gündən sonra görüşə biləcəyini demişdir. O da razılaşmış və sonra oradan getmişdir. Həmin pulu isə öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, xx.xx.2022-ci il tarixdə şəxsi ehtiyacları ilə bağlı pul lazım olduğu üçün oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə həmin gün “lalafo.az” elan saytına baxan zaman "Zaza" markalı mopedin 2000 manata satışa qoyulduğunu görmüşdür. Özünə məxsus nömrədən mopedi satışa qoymuş olan şəxsin nömrəsinə vatsap vasitəsi ilə zəng edərək "Lalafo.az” saytında yerləşdirmiş olduğu mopedi almaq istədiyini bildirmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə həmin şəxslə yenidən əlaqə saxlayaraq Dövlət Staliska Komitəsinin yaxınlığında yəni Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi 1 ünvanında yerləşən qarajlarda tanıdığı moped ustasının olduğunu, almadan öncə orada yoxlatdırmaq istədiyini bildirmişdir. Mopedi satmaq istəyən həmin şəxs onun bu sözü ilə razılaşmış və onlar həmin gün saat 17 radələrində əvvəllər də paketçi işləyən zaman idarə etdiyi mopedi göstərdiyi Məhərrəm adlı ustanın sexinin qarşısında görüşmüşlər. Usta mopedi yoxlayan zaman mopeddə bir neçə problem olması üzə çıxdığı üçün orada adının Elmin olduğunu öyrəndiyi mopedin sahibinə onun mopedinə 1800 manat pul verə biləcəyini demişdir. Elmin də qiymətdə razılaşdıqdan sonra o, mopedi sürüb sazlığını yoxlamaq istədiyini bildirmişdir. Elmin adlı mopedin sahibi də onunla razılaşıb mopedi sürməyinə icazə vermişdir. Elmindən mopedi sürüb yoxlamaq adı ilə aldıqdan sonra oradan uzaqlaşmış və kirayə yaşadığı ünvana getmişdir. Bir daha qeyd edir ki, o, mopedi sürüb yoxlamaq adı ilə aldıqdan sonra oradan uzaqlaşarkən onu arxadan heç kim səsləyib çağırmamışdır. Elə həmin tarixdə yenidən "Lalafo.az" elan səhifəsinə daxil olub elan səhifəsinə baxan zaman icarəyə moped verilən bir səhifə qarşına çıxmışdır. Elanda qeyd olunan nömrə ilə əlaqə saxlayaraq özünə məxsus Zaza markalı mopedin olduğunu və 1200 manata satmaq istədiyini bildirmişdir. Həmin şəxs ona 1200 manata baha satdığını, 800 manata satsa yenidən onunla əlaqə saxlayacağını bildirmişdir. O, həmin şəxsin təklifi ilə razılaşmışdır. Bundan sonra o, həmin gün saat 20 radələrində Sahil metrostansiyasının yaxınlığında həmin şəxslə ələ keçirmiş olduğu "Zaza" markalı mopedi satmaq üçün görüşmüşdür. Ondan mopedi almaq istəyən şəxsin Pakistan vətəndaşı olduğunu bilmişdir. Həmin şəxs mopedə baxdıqdan sonra üzərində olan 590 manat və 60 ABŞ dollarını ona vermiş və yerdə qalan 110 manatı isə xx.xx.2022 ci il tarixə qədər verəcəyini demişdir. O, həmin şəxsə bildirmişdir ki, mopedi ona versə də "Zaza" markalı mopedə məxsus olan sənədləri tam ödənişi etdikdən sonra verəcəkdir. Həmin şəxs özünün Pakistanın Azərbaycan Respublikasında yerləşən səfirliyində işlədiyini bildirmişdir. O da həmin şəxsin bu sözünə inandıqdan sonra "Zaza" markalı mopedi və sənədlərini sonradan adını bildiyi Şahid10 vermişdir. “Zaza” markalı mopedi satdıqdan sonra əldə etmiş olduğu pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, xx.xx.2022-ci il tarixdə saat 22 radələrində yaşadığı evdə olarkən internet vasitəsi ilə "Tap.az" saytında moped satışı elanlarına baxan zaman 1600 manata satışa qoyulmuş boz rəngli mopedi görmüş və elanda qoyulmuş mobil nömrə ilə əlaqə saxlamışdır. Onunla danışan mopedin sahibi Amil adlı şəxslə danışıb razılaşmışlar və xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Amili, mopedə baxmaq üçün Nərimanov rayonu Ə.Rəcəbli küçəsində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsinin qarşısına çağırmışdır. Amil özünə məxsus mopedlə qeyd olunan ünvana gəlmiş və o, mopedi yoxlamaq üçün hər ikisi mopedə əyləşmişlər. Amil mopedi idarə etmişdir. Mopedi tam hər tərəfli yoxlamaq üçün yenidən "Lukoil yanacaq doldurma məntəqəsinin qarşısına gəlmişlər və Amildən xahiş etmişdir ki, mopedi özü sürüb yoxlasın. Amil də etiraz etmədən mopedi yoxlamaq üçün ona vermişdir. O, mopedin surətini yoxlamaq üçün Amildən ona məxsus mobil telefonunu istəmişdir. Amil də ona inanıb mobil telefonunu ona vermişdir. O da mopedə əyləşib idarə edərək oradan uzaqlaşmış və öz mobil telefonunu söndürmüşdür. Həmin gün axşam saat 22 radələrində tanımadığı mobil telefondan onun istifadə etdiyi nömrəyə zəng gəlmişdir. O, telefonu açdıqda özünü Nərimanov rayonu 17-ci PŞ-nin əməkdaşı kimi təqdim edib barəsində şikayət olduğunu bildirmiş və əlavə olaraq mopedi qaytarmağı xahiş elmişdir. Bundan sonra o, telefonu söndürmüş və mopedi Səbail rayonu Malakan bağının yanında yerləşən “TARQOVU” otelin qarşısında saxlayıb evə getmişdir. xx.xx.2022-ci il tarixdə mopedi satmaq üçün “Tap.az” saytına elanlara girib axtarış etmiş və elanda moped almaq istəyən şəxslə danışmışdır. Həmin şəxs moped almaq istəmədiyini, bir nəfər Məhəmmədəli adlı tanışının moped axtardığını bildirib mobil nömrəsini ona vermişdir. O, Məhəmmədəli ilə əlaqə saxlamışdır. Məhəmmədəli mopedi “20 yanvar” metrostansiyasının yaxınlığında olan “BRAVO” marketin qarşısına gətirməsini demişdir. O da mopedi idarə edib “BRAVO” marketin qarşısına getmişdir. Məhəmmədəli mopedə baxmış və ona 1200 manata satdığını demişdir. Məhəmmədəli onunla razılaşmamış və bir nəfər Samir adlı tanışının olduğunu deyib onun moped almaq istədiyini demişdir. Məhəmmədəli Samir adlı şəxs ilə əlaqə saxlamış. Samir mopedi onun yanında qoymağını demiş, pulu isə onunla görüşüb götürməyini bildirmişdir. Bundan sonra o, Samir adlı şəxs ilə əlaqə saxladıqda Samir gələ bilməyəcəyini bildirmiş və ona Rauf adlı bir tanışının nömrəsini verib pulu ondan götürməyini demişdir. Həmçinin onu da qeyd elmişdir ki, onlar Samir ilə telefonda mopedi 800 manata alqı-salqı etməyə razılaşmışlar. Samir mopedin sənədinin olmadığını bildikdə tanışı Rauf adlı şəxsdən 700 manat pul göndərəcəyini, mopedin sənədini verdikdən sonra isə qalan 100 manatı verəcəyini demişdir. O da razılaşmışdır. O da Rauf adlı şəxs ilə “Nizami” metrostansiyasının çıxışında görüşmüşdür. Rauf ona 700 manat pul vermişdir. O da 700 manat pulu götürmüş və oradan getmişdir. Bildirmişdir ki, hər iki şəxsin mopedi özlərinə geri qayıdıb, həmçinin Amil adlı şəxsin mobil telefonunu da özünə geri qaytarmışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək Azərbaycan Respublikası CM-nin 178.2.2-ci madəsi ilə barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X12 ifadəsində göstərmişdir ki, o, 2021-ci ilin aprel ayının əvvələrində 2700 manata öz istifadəsi üçün "Jianshe N max" markalı moped almışdır. Bir neçə ay həmin mopedi istifadə etdikdən sonra satmaq qərarına gəlmişdir. Mopedin şəkillərini çəkib "Tap.az" saytına yerləşdirmiş və 2490 manata satmağını qeyd etmişdir. xx.xx.2021-ci il tarixdə bir nəfər şəxs ona zəng edib mopedi almaq istədiyini və baxmaq üçün görüşməyi təklif etmişdir. O da həmin şəxs ilə razılaşmış və onlar həmin gün saat 19:30 radələrində Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən "Şəki" restoranının yaxınlığında görüşmüşlər. Söhbət zamanı həmin şəxs mopedə baxmış və ustaya göstərəcəyini demişdir. Daha sonra mopedi sürüb yoxlamaq istəmişdir. Qeyd etmişdir ki, mopedin sükan hissəsində olan telefon tutacağında ona məxsus "Samsung A5” markalı mobil telefonu olmuşdur. O da həmin şəxsə inanıb mopedi idarə etməsinə icazə vermişdir. Həmin şəxs mopedi idarə edib oradan uzaqlaşmışdır. O, təxminən 1 saat həmin şəxsi gözləsə də geri qayıtmamışdır. O da digər mobil telefonu ilə DİN-nin 102 xidmətinə zəng edib baş vermiş hadisə barəsində məlumat vermişdir. Sonda Zərərçəkmiş şəxs1 ona məxsus olan mopedin və “Samsung” markalı mobil telefonun qaytarılmasını bildirsə də, “Samsung” markalı mobil telefonunun təmirinə çəkdiyi 200 (iki yüz) manat məbləği həcmində maddi ziyanın tutularaq ona qaytarılmasını və mülki iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, özünə məxsus olan "Zaza" markalı mopedini satmaq üçün lalafo.az saytında elan vermişdir. xx.xx.2022-ci il tarixdə əvvəllər tanımadığı bir nəfər şəxs istifadəsində ona vatsap vasitəsi ilə zəng edərək lalafo.az saytında yerləşdirmiş olduğu mopedi almaq istədiyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə saat təxminən 17 radələrində həmin şəxs onunla yenidən əlaqə saxlayaraq Dövlət Statiska Komitəsinin yaxınlığında tanıdığı moped ustası olduğunu, almadan öncə orada yoxlatdırmaq istədiyini bildirmişdir. O da həmin şəxsin bu sözü ilə razılaşıb dediyi ünvanın yaxınlığında görüşüb ustaya mopedi yoxlatdırmışlar. Mopedi həmin şəxsə 2000 manata satmağa razılaşmışdır. Həmin şəxslə qiymətdə razılaşdıqdan sonra mopedi almaq istəyən şəxs mopedi sürmək istədiyini demişdir. O da razılaşıb mopedi sürməyə icazə vermişdir. Həmin şəxs mopedi ondan sürmək adı ilə aldıqdan sonra yanından uzaqlaşdığını görmüş, o, həmin şəxsin arxasıyca dəfələrlə onu geri çağırıb mopedini geri qaytarmasını bildirsə də, onun sözlərinə məhəl qoyamayaraq yoluna davam etmişdir. Bundan sonra baş vermiş hadisə ilə bağlı DİN-nin 102 xidmətinə məlumat vermişdir. Ərazi üzrə Yasamal RPİ-nin 27-ci PB-nin əməkdaşları hadisə yerinə gəlib baş vermiş hadisəni sənədləşdirmişlər. xx.xx.2022-ci il tarixdə 27-ci Polis Bölməsində olan zaman ona məlum olmuşdur ki, Zaza markalı mopedini sürüb yoxlamaq adı ilə ələ keçirən şəxsin adı Emildir. Emil mopedini ələ keçirdikdən sonra 500 manata Pakistan vətəndaşına satmışdır. Sonda zərərçəkmiş şəxs Şahid1 təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş ziyanın tam ödənildiyini və təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. İş üzrə Zərərçəkmiş şəxs2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olsa da, məhkəmə iclasında iştirak etməmişdir. Cinayət işinin İ cildinin 97-98-ci vərəqələrində olan Zərərçəkmiş şəxs2 ifadəsindən görünür ki, o, xx.xx.2022-ci il tarixdə özünə məxsus "Vulkan" markalı mopedi satmaq üçün "Tap.az" və "Lalafo" saytlarında elan olaraq yerləşdirmiş və 1600 manata satmağını qeyd etmişdir. xx.xx.2022-ci il tarixdə saat 16 radələrində sonradan adının Emil olduğunu bildiyi şəxs ona zəng edərək mopedi almaq istədiyini demiş və görüşüb baxmağı təklif etmişdir. O da həmin şəxslə razılaşıb həmin gün Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsinin yanında görüşmüşlər. Emil adlı şəxs mopedə baxdıqdan sonra birlikdə mopedə əyləşib bir neçə dəqiqə idarə etmişlər. Daha sonra Emil ona özü tək idarə edib surətini yoxlamaq istədiyini demişdir. Bunun üçün mopedin sükan hissəsində olan mobil telefonunu istəmiş, o da özünə məxsus "X26" markalı mobil telefonunu sükan hissəsində olan mobil telefon qoymaq üçün tutacağa yerləşdirmişdir. Daha sonra Emil adlı şəxs mopedi idarə edib oradan uzaqlaşmışdır. O, həmin şəxsi bir neçə dəqiqə gözləsə də, lakin geri qayıtmamışdır. Bu zaman o, Emil adlı şəxsin mobil nömrəsinə zəng etmiş, lakin mobil nömrəsinə zəng çatmamışdır. Bundan sonra o, həmin şəxsin onu aldadaraq mopedini ələ keçirdiyinə əmin olmuş və DİN-nin 102 xidmətinə zəng edib baş vermiş hadisə barəsində məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, öz istifadəsi üçün moped almaq qərarına gəlmiş və bununla bağlı xx.xx.2021-ci il tarixdə Tap.az saytında olan elanlara baxan zaman 1800 manat dəyərində "Jianshe N max” markalı mopedin satıldığını görmüşdür. Elanda yerləşdirilmiş mobil nömrə ilə əlaqə saxlamışdır. Telefonda danışan şəxs adının Emil olduğunu bildirmiş və xx.xx.2021-ci il tarixdə Emil ilə Sahil metrosunun yaxınlığında görüşmüşlər. O, mopedə baxdıqdan sonra aralarında razılığa gəlib Emil adlı şəxsə 1450 manat ödəniş edib həmin mopedi almışdır. Həmin şəxs ona alqı-satqı müqaviləsini vermiş və o, həmin şəxsin şəxsiyyət vəsiqəsini mopedin qarşısında telefonunla çəkmişdir. Emil adlı şəxsdən mopedin alqı-satqısını nə vaxt sənədləşdirməyi soruşmuş, o da xəstəsi olduğu üçün getməli olduğunu demişdir. O da xəstəliyi ilə əlaqədar 10 gün sonra görüşə biləcəyini demişdir. Bundan sonra o, mopedi götürüb oradan getmişdir. Xəstəxanada müalicə olunmuş və xx.xx.2021-ci il tarixdə o, Emilə zəng vurub bildirmişdir ki, xəstəliyi ilə əlaqədar mopedi idarə edə bilmir, mopedi satmaq istəyir. xx.xx.2021-ci il tarixdə Emillə görüşən zaman polis əməkdaşları ona yaxınlaşmış və bildirmişlər ki, həmin moped başqa şəxsə məxsusdur və Emil tərəfindən dələduzluq yolu ilə ələ keçirilib. Bundan sonra o, mopedi 17-ci PŞ-nin əməkaşlarına təhvil vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, o, özünə moped almaq istəmişdir. Bu barədə tanışlarına bildirmişdir. xx.xx.2022-ci il tarixdə tanışı Məhəmmədəli ona zəng edərək bir nəfər şəxsdə satışda moped olduğunu bildirmiş və həmin şəxsin mobil nömrəsini ona vermişdir. Qeyd elmişdir ki, Məhəmmədəlinin əsl adı Şahid2dur. O da həmin şəxslə əlaqə saxlamış, mopedin sənədinin olub olmamasını və dəyərini öyrənmişdir. Həmin şəxs mopedi təcili 1400 manata satmaq istədiyini və rayona gedəcəyini bildirmişdir. O da həmin şəxsə mopedin sənədi olmadığından ona 800 manat verəcəyini demiş və razılaşmışlar. O, həmin şəxsə bildirmişdir ki, mopedi versin Məhəmmədəliyə, pulunu Nizami metrostansiyasının qarşısından götürsün. Qeyd etmişdir ki, o, işləri ilə əlaqədar çıxa bilmədiyi üçün tanışı Raufa 700 manat pul vermişdir ki, adını sonradan Emil olduğunu bildiyi şəxslə Nizami metrostansiyasının qarşısında görüşüb pulu ona versin. O, özü də Emil adlı şəxslə əlaqə saxlayıb ona bildirmişdir ki, 700 manat pulu tanışı Rauf adlı şəxsdən göndərir, mopedin sənədini gətirdikdə qalan 100 manatı da verəcəkdir. Daha sonra, xx.xx.2022-ci il tarixdə o, mopedi tanışı Məhəmmədəliyə (Mehmana) 1200 manata satmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 20 yanvar metrostansiyasının yaxınlığında yerləşən “Universal Motor" mağzasında satıcı işləyir. xx.xx.2022-ci il tarixdə axşam saatlarında tanışı Şahid3 ona zəng edərək bir nəfər şəxsdə satışda moped olduğunu bildirmiş və onun nömrəsini adını sonradan bildiyi Emil adlı şəxsə verdiyini demişdir. Emil onunla əlaqə saxlayaraq mopedi 1200 manata satdığını bildirmişdir. O da Emilə gec olduğundan səhər baxmağını demişdir. Səhəri gün, yəni xx.xx.2022-ci il tarixdə 20 yanvar metrostansiyasının yaxınlığında yerləşən "Bravo" supermarketin yanında işdə olan zaman Emil onun iş yerinə gəlmiş və mopedi gətirdiyini bildirmişdir. O, Emilin yanına gedib mopedə baxdıqdan sonra qiymətini soruşmuşdur. Emil 1200 manata olduğunu dedikdə o, Emilə o qədər pulunun olmadığını, tanışı Samirin də moped axtardığını demişdir. O, Samirlə danışdıqdan sonra Samirin nömrəsini Emil adlı şəxsə vermişdir. Emil Samirin danışdıqdan sonra Samir ilə razılığa gəlib mopedi onun yanında qoymuşdur. O, özü də Samir ilə əlaqə saxlamış, Samir ona mopedə baxmasını, yaxşıdısa onun yanında qalmasını, özü Emil ilə görüşüb pulu ona verəcəyini demişdir. O da razılaşmışdır. Bundan sonra Samir özü gedə bilmədiyi üçün tanışı Rauf adlı şəxsdən Emilə verməsi üçün 700 manat göndərmiş, Rauf da Emil ilə görüşüb 700 manatı ona vermişdir. Həmin gündən iki gün sonra, yəni xx.xx.2022-ci il tarixdə Samir həmin mopedi ona 1200 manata salmışdır. O, da mopedi iş yerində saxlamışdır. xx.xx.2022-ci il tarixdə işdə olan zaman polis əməkdaşları onun iş yerinə gələrək Emilin satdığı mopedin oğurluq olduğunu bildirmişlər. O da mopedi polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, onun özünə məxsus mopedi vardır. Məhəmmədəlini də moped ustası olaraq tanıyır. Qeyd etmişdir ki, o, moped alqı-salqısı ilə məşğul olur. Bununla bağlı “Tap.az" saytında elan yerləşdirmişdir. xx.xx.2022-ci il tarixdə Emil adlı şəxs ona zəng edərək satdıq moped olduğunu və 1200 manata satmaq istədiyini demişdir. O da həmin vaxtı pulu olmadığından tanışı Məhəmmədəliyə bu barədə bildirmiş və Məhəmmədəlinin mobil nömrəsini Emil adlı şəxsə vermişdir. Bundan sonra Emil adlı şəxs Məhəmmədəli ilə görüşmüşdür. Sonradan ona məlum olmuşdur ki, Emil adlı şəxsin satmaq istədiyi moped oğurluq olmuşdur. Polis əməkdaşları Məhəmmədəlinin iş yerinə gedib mopedi götürmüşlər. Onu da qeyd etmişdir ki, Məhəmmədəlinin əsl adı Şahid2dur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, xx.xx.2021-ci il tarixdə özünə mobil telefon almaq üçün 28 may metrostansiyasının yanına getmişdir. Orada "Telefon Univermağı" adlı mobil telefon mağazasında telefonlara baxmışdır. “Samsung A5” markalı mobil telefonu görüb almaq istədiyini bildirmişdir. Satıcı telefonu yoxladıqdan sonra 150 manata razılaşmışlar və 150 manat verib həmin mobil telefonu almışdır. Həmin gün özünə məxsus ***-***-**-** saylı mobil nömrəni həmin mobil telefona taxıb işlətmişdir. Lakin mobil telefon təzə olduğundan o, özü də usta işlədiyi üçün həmin telefonu evə qoymuş, özü isə başqa telefon işlətmişdir. Bir müddət sonra Nərimanov RPİ-dən ona zəng gəlmiş və xx.xx.2021-ci il tarixdə "Samsung A5” markalı mobil telefon aldığını, həmin mobil telefonun oğurluq olmasını bildirmişlər. O da dərhal mobil telefonu aldığı mağazaya gedib mobil telefonu geri qaytarmış və mağazadan onun 150 manat pulunu geri qaytarmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Samirlə o, eyni küçədə yaşayır. xx.xx.2022-ci il tarixdə günorta saatlarında o, Samir ilə məhəllədə görüşmüşdür. Samir həmin vaxt ona 700 manat pul verib dedi ki, moped alıb özünə, bir nəfər gələcək pulu ona versin. Həmin gün o, Nizami metrostansiyasının qarşısında adının Emil olduğunu bildiyi şəxslə görüşüb ona 700 manat pul vermişdir. Sonra həmin şəxs oradan getmişdir. Daha sonra Samir aldığı mopedi məhəllə yoldaşı Məhəmmədəliyə satmışdır. Bundan sonra ona məlum olmuşdur ki, həmin şəxsin satdığı moped oğurluqdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 Riazulhaq ifadəsində göstərmişdir ki, 2010-cu ildə Pakistan İslam Respublikasından Azərbaycan Respublikasına təhsil almaq üçün gəlmişdir. Azərbaycan dilini təhsil aldığı müddət ərzində öyrənmiş, amma təhsil aldığı Rəssamlıq Akademiyasından məzun olmamışdır. Azərbaycan dilində yazıb oxuya bilir. O. "Lalafo.az" elan saytında mopedlərin icarəyə verilməsi ilə bağlı elan yerləşdirmişdir. xx.xx.2022-ci il tarixdə saat təxminən 19 radələrində əvvəllər tanımadığı sonradan adının Emil olduğunu bildiyi şəxs ona vatsap vasitəsi ilə zəng edərək özünə məxsus olan “Zaza" markalı mopedi 1200 manata satdığını bildirmişdir. O, həmin şəxsə bildirmişdir ki, 1200 manata bahadır. Bu zaman həmin şəxs anasının xəstə olduğu üçün 800 manata satmağa razılaşmışdır. Həmin şəxs ona Sahil metrostansiyasının qarşısına gəlməsini və orada mopedi 800 manat qarşılığında alacağını demişdir. Həmin gün axşam saatlarında o, həmin şəxslə Sahil metrostansiyasının çıxışında görüşüb ona 590 manat və 60 ABŞ (100 manat) pul vermişdir. O, həmin şəxsə hal-hazırda düzəldə biləcəyi məbləğin o qədər olduğunu, bir neçə gündən sonra isə həmin şəxsə olan 110 manat borcunu görüşüb verəcəyini demişdir. Həmin şəxs də onunla razılaşmışdır. “Zaza" markalı mopedi ona satmışdır. Həmçinin həmin şəxs mopedə məxsus olan sənədləri və özünə məxsus şəxsiyyət vəsiqəsinin sürətini də ona vermişdir. Bir neçə gündən sonra ona məlum olmuşdur ki, həmin şəxs mopedi oğurlamışdır. 27-ci polis bölməsində olan zaman mopedi ona satan şəxsin Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Həmçinin Emilin ona satmış olduğu "Zaza” markalı mopedi 27-ci polis bölməsində olan zaman polis əməkdaşlarına təhvil vermişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid5 və Şahid8 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iclasında istintaqa verdikləri ifadələri elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş şahidlər Şahid5 və Şahid8 ifadələri ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin İ cildinin 9-11-ci vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PŞ-nin təhqiqatçısı X17 Azərbaycan Respublikası CPM-nin 236-cı maddəsinin tələblərini rəhbər tutub həmin protokolu ondan ötrü tərtib etmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs1 ərizəsi əsasında hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olundu: xx.xx.2021-ci il tarixdə vətəndaş Zərərçəkmiş şəxs1 DİN-nin 102 xidmətinə zəng edərək “Şəki” restoranının yaxınlığında 2700 manat dəyərində olan qızılı rəngli mopedin satmaq üçün adını bilmədiyi şəxslə görüşdüyünü, sonuncunun mopedi yoxlamaq adı ilə alması və hadisə yerindən uzaqlaşdığını bildirmişdir. Daxil olan məlumat ilə əlaqədar olaraq əməliyyat qrupunun tərkibində hadisə yerində olmuşdur. Hadisə yeri Nərimaov rayonu, Ə.Rəcəbli küçəsi, “Bakond” mağazasının arxasında yerləşən küçədir. Sağ tərəfdə “Modern baby” bağçası, sol tərəfdə təndir mağazası var. Hadisə yeri elektrik şitinin qarşısıdır. Belə ki, şikayətçi Zərərçəkmiş şəxs1 bildirmişdir ki, qeyd olunan ərazidə naməlum şəxsə mopedi vermiş, sonuncu onu aldatmışdır. Tərəfindən hadisə yerindən fotoşəkillər çəkilmişdir. Hadisə yerinə baxış gecə vaxtı keçirilmişdir. Baxış zamanı mobil telefondan istifadə olunmuşdur. Hadisə yerinə baxış zamanı heç bir əşya, predmet götürülməmişdir. Hadisə yerinə baxış keçirilərkən və protokol tərtib olunarkən iştirakçılar tərəfindən şikayət daxil olmamışdır. Cinayət işinin İ cildinin 18-ci vərəqində olan “Könüllü təqdim etmə barədə” 10 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 17-ci PŞ-nin təhqiqatçısı X17, Nərimanov RPİ-nin 17-ci PŞ-nin baş əməliyyat müvəkkili Toğrul Talıbovun iştirakı ilə Azərbaycan Respublikası CPM-nin 51, 86-cı maddələrinin tələblərini rəhbər tutaraq həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Zərərçəkmiş şəxs1 şikayət ərizəsi əsasında ona məxsus olan "Jianshe N-max" markalı JT7CB1B9LC515390 identifıkasiya nömrəli qızılı rəngli mopedi Nərimanov RPİ-nin 17-ci PŞ-nə dəvət olunmuş, Şahid4 könüllü şəkildə polis əməkdaşlarına təqdim etmişdir. Həmin moped maddi sübut kimi tərəfindən götürülmüşdür. Cinayət işinin İ cildinin 45-46-cı vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PŞ-nin təhqiqatçısı X13 Azərbaycan Respublikası CPM-nin 207.4-cü maddəsinin tələblərini rəhbər tutub həmin protokolu ondan ötrü tərtib etmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs2 ərizəsi əsasında hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olundu: Baxış Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsinin yanında keçirilmişdir. Baxış zamanı vətəndaş Zərərçəkmiş şəxs2 şifahi olaraq bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 16:30 radələrində bir nəfər şəxs ona məxsus “Vulkan” markalı skuteri almaq istəyir. Şəxslə görüşmüşdür. Həmin şəxs skuterin surətini yoxlamaq məqsədilə ondan “Xiomi” markalı mobl telefonu alaraq skuterlə həmin ərazidən getmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, “Lukoil” yanacaq doldurma məntəqəsinin sağ hissəsində avtomobil yolunun arxa hissəsində avtomobillərin təmiri sexləri yerləşir.Baxış zamanı ərazidə hadisəni görə biləcək müşahidə kameraları müəyyən olunmamışdır. Faktla əlaqədar olaraq hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuş və hal şahidlərinin iştirakları ilə imzalanmışdır. Cinayət işinin İ cildinin 50-ci vərəqində olan “Əşyanı könüllü təqdim etmə haqqında” 14 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 17-ci PŞ-nin təhqiqatçısı X13 Azərbaycan Respublikası CPM-nin 86, 51-ci maddələrinin tələblərini rəhbər tutaraq həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Zərərçəkmiş şəxs2 məxsus “Vulkan” markalı mopedi və “X25” markalı mobil telefonu Təqsirləndirilən şəxs könüllü şəkildə təqdim etmişdir. Həmin moped və mobil telefon maddi sübut kimi tərəfindən götürülmüşdür. Cinayət işinin İ cildinin 74-cü vərəqində olan “Tutma haqqında” 17 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İ cildinin 119-123-cü vərəqələrində olan Bakı Şəhəri Nərimaov Rayon Məhkəməsinin 4(005)-59/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin 3 (üç) ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 17 yanvar 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin İ cildinin 129-131-ci vərəqələrində olan Azərbaycan Respublikası DİNin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Sonuncu dəfə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2018-ci il tarixdə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə cəzası 03 ilə endirilmişdir. xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinin İ cildinin 154-cü vərəqində olan “Əşyanı könüllü təqdim etmə haqqında” 28 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi X9 Azərbaycan Respublikası CPM-nin 85, 51-ci maddələrinin tələblərinə əsasən həmin protokolu ondan ötrü tərtib etmişdir ki, vətəndaş ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə sübut əhəmiyyəti kəsb edə biləcəyi üçün Şahid8 “Samsung A5” markalı mobil telefonu və 01 ədəd üzərində Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surəti, imzası və İMEİ kod yazılmış sənədi könüllü olaraq istintaq orqanına təqdim etmişdir. İstintaq üçün əhəmiyyət təşkil etdiyini nəzərə alaraq, Şahid8 təqdim etdiyi “Samsung A5” markalı mobil telefonu və 01 ədəd üzərində Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surəti, imzası və İMEİ kod yazılmış sənəd tərəfindən götürülmüşdür. Protokol ucadan oxunmuş, heç bir əlavə və düzəliş olmadığı üçün imzalarla təsdiq olunmuşdur. Cinayət işinin İ cildinin 161-164-cü vərəqələrində olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-50/2017 saylı, 31 yanvar 2017-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsməsi, 3 (üç) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzanın əvvəlinin 03 sentyabr 2016-cı il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Cinayət işinin İ cildinin 166-168-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 mart 2022-ci il tarixli, 9/771 saylı rəyindən görünür ki, respublikada yerləşən avtobazarlarda, ticarət məntəqələrində, mobil telefon alqı-satqı mağazalarında internet saytlarında mövcud olan qiymətlərə və eləcə də mərkəzdə olan məlumatlardan istifadə etməklə ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması və yuxarıdakı xüsusiyyətləri nəzərə alınmaqla ayrı-ayrılıqda orta bazar qiyməti ilə ümumi dəyəri təxminən aşağıdakı kimi müəyyən edilir: 01 ədəd “Xiaomi” markalı “Mi Play” model, qara rəngli mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və hal hazırda ekranı zədəli vəziyətdə olması nəzərə alınmaqla 2022-ci ilin fevral ayına olan orta bazar qiyməti 60,0 manat, ekranı zədələnməmişdən əvvəl ekranı normal vəziyyətdə 120,0 manat, 01 ədəd “Volcan” markalı mopedin 2022-ci ilin fevral ayına olan orta bazar qiyməti 1000,0 manat, 01 ədəd “Jianshe N-max” markalı mopedin 2021-ci ilin dekabr ayına olan orta bazar qiyməti 2000,0 manatdır. Cinayət işinin İ cildinin 170-171-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 mart 2022-ci il tarixli, 9/1484 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd qara rəngli “Samsung” markalı “SM-A520F/DS (A5)” model mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması və istifadədə olunması nəzərə alınmaqla 2021-ci ilin dekabr ayına olan orta bazar qiyməti təxminən 140,00 manat müəyyən olunur. Cinayət işinin İ cildinin 180-181-ci vərəqələrində olan “Cinayət işinin bir icraatda birləşdirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 19 mart 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə olan ********* saylı cinayət işinin Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə olan ********* saylı cinayət işinə birləşdirilərək, bir icraatda ********* saylı nömrə altında istintaqın davam etdirilməsi və ********* saylı cinayət işi üzrə əməlin Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsindən həmin məcəllənin 178.2.2 və 180.2.2-ci maddələrinə tövsif edilməsi qərara alınmışdır. Cinayət işinin İ cildinin 191-195-ci vərəqələrində olan 04 yanvar 2022-ci il tarixli “Baxış haqqında” protokoldan görünür ki, Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinin təhqiqqatçısı X10 Azərbaycan Respublikası CPM-nin 51, 236.1-236.9-cu maddələrinin tələblərini rəhbər tutub həmin protokolu ondan ötrü tərtib etmişdir ki, vətəndaş X1 ərizəsi əsasında hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olundu: X1 şikayəti əsasında keçirildi. Hadisə yeri ünvan 3 ünvanın qarşısındakı qarajın qarşısıdır. Qeyd olunan ünvanda hündürmərtəbəli yaşayış binaları yerləşir. Həmin ünvanın paralelində isə N.Nərimanov prospekti yerləşir. Qeyd olunan hadisə yerinə baxış keçirilərkən hadisənin baş verdiyi yerdə, eləcə də ətrafda mövcud olan bina və eləcədə digər obyektlərdə videomüşahidə kamerası aşkar olunmamışdır. Baxış keçirilən zaman baxışda iştirak edən vətəndaş X7 bildirdi ki, təxminən 4-5 ay öncə 2500 (iki min beş yüz) manata almış olduğu göy rəngli “Zaza” markalı mopedi adını xatırlamadığı şəxsdən almış, xx.xx.2022-ci il tarixdə təxminən saat 17:30 radələrində tanımadığı şəxs ondan mopedi alacağı adı ilə alaraq onu aldatmış və ələ keçirmişdir. Faktla bağlı hadisənin baş verdiyi ünvana baxış keçirilərək fotoşəkilləri çəkilmiş və materiala əlavə olunmuşdur. Baxış keçirilən zamna heç br şikayət daxil olmamışdır. Cinayət işinin İ cildinin 200-cü vərəqində olan “Maddi sübutun təqdim edilməsi barədə” 08 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis bölməsinin təhqiqatçısı X10, Azərbaycan Respublikası CPMnin 51 və 86-cı maddələrinin tələblərinə müvafiq olaraq həmin protokolu ondan ötrü tərtib etmişdir ki, 27-ci PB-nin CA üzrə əməliyyat müvəkkilləri X5, sahə inspektoru X6, Pakistan vətəndaşı X11, saxlanılan şəxs Təqsirləndirilən şəxs Röv şən oğlunun iştirakları ilə X7 27ci PB-yə ərizə ilə müraciət edərək bildirmişdir ki, Yasamal rayonu, Haqverdiyev 1 ünvanında “Lalafo.az” saytında tanış olduğu şəxs “Zaza” markalı mopedini yoxlamaq adı ilə sürərək qeyd edilən ünvandan uzaqlaşaraq mopedi ələ keçirmişdir. 27-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində X3 məxsus mopedi dələduzluq yolu ilə ələ keçirdən şəxs xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs saxlanılaraq PB-yə gətirilmiş və araşdırma zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs “Zaza” markalı mopedi 500 manata Pakistan vətəndaşı olan X23 adlı şəxsə satmışdır. X4 Əli adlı şəxslə əlaqə saxlanılaraq PB-yə dəvət edilmiş və X23 Təqsirləndirilən şəxs 500 manat verməklə aldığı E.A.Mehdiyevə məxsus “Zaza” markalı göy rəöngli Mopedi təqdim etmişdir. Protokol düzgün tərtib olunmuş, ucadan oxunmuş, heç bir şikayət və təklif daxil olmamışdır. Cinayət işinin İİ cildinin 52-53-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 mart 2022-ci il tarixli, 9/768 saylı rəyindən görünür ki, Respublikada yerləşən avtobazarlarda mövcud olan qiymətlərə, internret saytı və Məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumatlara əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd göy rəngli “Zaza” markalı, “50QT-SL” model mopedin istifadədə olması nəzərə alınmaqla hadisə baş verən tarixə, yəni 2021-ci ilin yanvar ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 1700, 00 manat müəyyən edilir. Cinayət işinin İİ cildinin 59-60-cı vərəqələrində olan “Maddi sübut tanıma haqqında” 26 mart 2022-ci il tarixli qərardan görünür ki, “Samsung” markalı mobil telefonun, “X25” markalı mobil telefonun, “Jianshe N max” markalı mopedin, “Vulkan” markalı mopedin və “Zaza” markalı mopedin ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınması və həmin avtomobil sahibinə qaytarılması qərara alınmışdır. Məhkəməyə təqdim olunmuş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 tərəfindən yazılmış iddia ərizəsindən görünür ki, “Samsung” markalı “A5 (2017)” model “İMEİ 1 - **********145”, “İMEİ 2 - **********76143” kodlu mobil telefonunun təmirinə çəkdiyi 200 (iki yüz) azn məbləği həcmində ona dəymiş ziyanın cinayət işi üzrə təqsirkar şəxs - Təqsirləndirilən şəxs tutulması barəsində hökm çıxarılmasını xahiş etmişdir. Məhkəməyə təqdim olunmuş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" MMC-yə aid 22 mart 2022-ci il tarixli qəbul qaiməsindən və “İş və Xidmətlərin Göstərilməsi Müqaviləsi”ndən görünür ki, Zərərçəkmiş şəxs1 təmir üçün bir ədəd “Samsung SM-A520F” markalı mobil telefonu təqdim etmişdir. Məhkəməyə təqdim olunmuş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" MMC-yə aid 26 mart 2022-ci il tarixli geri qaytarma qaiməsindən görünür ki, Zərərçəkmiş şəxs1 bir ədəd “Samsung SM-A520F” markalı mobil telefonun təmiri üçün 200,00 manat ödəniş edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Həmin Qərarda həmçinin göstərilir ki, eyni mənbədən götürülən, vahid qəsdlə əhatə olunan, bir cinayət hərəkətlərinin məcmusunu təşkil edən, bir sıra oxşar cinayət hərəkətlərindən ibarət, davam edən talama cinayətini, təkrar törədilmiş talamadan fərqləndirmək lazımdır. Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-nin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin «təkrarlığı» əlaməti ilə tövsif edilməlidir. Həmin qərarın 3-cü bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqazidd xarakter daşıdığını başa düşürlər. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.2 və 180.2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.2ci maddəsi ilə törətdiyi əməli etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxslərin və şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən peşmançılıq çəkməsini və zərərçəkmiş şəxslərə vurulmuş zərərin ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunsa da, onun məhkumluğu ödənilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 180.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 180.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM - 58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs barəsində qəti cəza müəyyən edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM - 56.1.2), cəza çəkməsinin əvvəli 17 yanvar 2022-ci il tarixdən hesablanmalı (CPM - 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan – “Samsung” markalı mobil telefonun, “X25” markalı mobil telefonun, “Jianshe N max” markalı mopedin, “Vulkan” markalı mopedin və “Zaza” markalı mopedin qanuni sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Mülki iddiaya gəldikdə məhkəmə qeyd edir ki, mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs1 mülki iddia verərək, “Samsung” markalı “A5 (2017)” model “İMEİ 1 - **********145”, “İMEİ 2 - **********76143” kodlu mobil telefonunun təmirinə çəkdiyi 200 (iki yüz) manat məbləği həcmində ona dəymiş ziyanın cinayət işi üzrə təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs tutulması barəsində qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Həmin Məcəllənin 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. Həmin Məcəllənin 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Həmin Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Beləliklə məhkəmə hesab edir ki, mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs1 mülki iddiası təmin edilməli, mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs “Samsung” markalı “A5 (2017)” model “İMEİ 1 - **********145”, “İMEİ 2 - **********76143” kodlu mobil telefonunun təmirinə çəkdiyi 200 (iki yüz) manat məbləği həcmində maddi ziyanın tutularaq mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 180.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Arbitrium” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 180.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkməsinin əvvəli 17 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan – “Samsung” markalı mobil telefonun, “X25” markalı mobil telefonun, “Jianshe N max” markalı mopedin, “Vulkan” markalı mopedin və “Zaza” markalı mopedin qanuni sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 150,00 (yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 254005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Mülki iddia təmin edilsin. Mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs 200 (iki yüz) manat maddi ziyan tutularaq mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs1 ödənilsin. “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Arbitrium” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar