Məhkəmə qərarları › İş №1(005)-25/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-25/2025

02.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-25/2025 02.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi – “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X2, X1 iştirakları ilə, xx.xx.1970-ci ildə Dağıstan Respublikası Xasavyurt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Nizami Abdullayev küçəsi 4/24-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 və xx.xx.1959-cu ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işsiz, Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi ev 19, mənzil 143-də qeydiyyatda olan, barəsində Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, 01 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 4 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə təkrarən xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən Zərərçəkmiş şəxs sonuncunun həyat yoldaşı Şahid2 Bakı şəhər ərazisində yaşadığı evə yaxın uşaq baxçalarının birinə müdir vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, 03 avqust 2022-ci il tarixdə saat 19:15 radələrində radələrində ünvan 1 ünvanında yerləşən “Mado” kafesinin arxa hissəsindəki çayxanada 33.000 manat pulunu alıb ələ keçirərək, Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə təkrarən xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən Zərərçəkmiş şəxs sonuncunun həyat yoldaşı Şahid2 Bakı şəhər ərazisində yaşadığı evə yaxın uşaq baxçalarının birinə müdir vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, 03 avqust 2022-ci il tarixdə saat 19:15 radələrində radələrində ünvan 1 ünvanında yerləşən “Mado” kafesinin arxa hissəsindəki çayxanada 33.000 manat pulunu alıb ələ keçirərək, Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 1989-cu ildən tanıyır. Onunla aralarında normal münasibətləri olmuşdur. Dəqiq tarix yadında deyil, 2022ci ilin yay alarında Yaqut ona bildirmişdir ki, bir nəfər Gülsüm adlı xanımı Bakı şəhər ərazisində baxçaların birinə müdir vəzifəsinə işə düzəlmək istəyir, bununla bağlı köməklik göstərə bilərmi deyə soruşmuşdur. Belə ki, əvvəllər Yaqutla söhbət zamanı ona müəyyən işləri həll etmək imkanının olduğunu yəni, işə düzəltmək üçün geniş əlaqələrinin olduğunu, əgər lazım olsa bununla bağlı ona müraciət edə biləcəyini bildirmişdir. Bundan sonra Yaquta bu barədə maraqlanıb deyəcəyini demiş, təxminən bir iki gün sonra Yaquta bildirmişdir ki, həmin şəxsi baxçaya müdir vəzifəsinə işə düzəldə bilər, bunun üçün 25.000 manat pul lazımdır. Bundan sonra xx.xx.2022-ci il tarixdə Yaqutla Bakı şəhəri, Nərimanov metrostansiyasının yaxınlığında görüşmüş, Yaqut ona Gülsüm xanımı baxçaya müdir vəzifəsinə işə düzəltmək üçün 19.000 manat pul verib bildirmişdir ki, geri qalan pulu iş düzəldikdən sonra verəcəkdir. Yaqutla razılaşmış, həmçinin Yaqut ona Gülsüm xanımın sənədlərinin surətələrini vermişdir. Həmin zaman yanlarında kənar heç kəs olmamışdır. Yaquta söz vermişdir ki, qısa müddət ərzində işi həll edəcəkdir. Pula ehtiyacı olduğu üçün Yaqutu aldatmışdır ki, geniş əlaqələrinin vasitəsilə Gülsüm xanımı işə düzəldəcəkdir. Yaqutdan pulu aldıqdan sonra həmin pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Yaqut hər dəfə maraqlandıqda onu aldatmışdır ki, guya proses gedir, işi həll edəcəkdir. Bu adla vaxtı uzatmış, lakin Gülsüm xanımın işə düzəlməsi üçün heç bir iş görməmişdir. Aradan xeyli vaxt keçdikdən sonra Yaqut ondan işlə bağlı maraqlanmış, yenə də ona müxtəlif bəhanələr gətirməyə başlamışdır. Həmin müddət ərzində Yaquta guya Elm və Təhsil Nazirliyi tərəfindən Gülsüm barəsində yazılmış məktub vermiş, həmin məktubu isə özü yazıb hazırlamışdır ki, Yaqut ona inansın ki, guya həmin işlə bağlı işlər gedir. Daha sonra Yaqut bildirmişdir ki, Gülsüm xanımın həyat yoldaşı Azər pulunu geri istəyir. Yenə də Yaquta hər dəfə pulu geri qaytaracağı ilə bağlı müxtəlif bəhanələr gətirməyə başlamışdır. Həmin müddət ərzində artıq Yaqut Azərin pulu ona verdiyini bildirdiyi üçün məcbur qalıb Azərlə özü danışmağa başlamış və ona 19.000 manat pulun özündə olduğunu bildirmişdir. Həmçinin Azərə də həmin müddət ərzində pulu qaytaracağı ilə bağlı müxtəlif bəhanələr gətirməyə başlamışdır. Çünki pulu xərclədiyi üçün və pulu olmadığından onun pulunu geri qaytara bilməmişdir. Sonradan bilmişdir ki, Yaqut Azərdən 33.000 manat pul almışdır. Lakin, özü Yaqutdan həmin iş üçün 25.000 manat pul istəmiş, həmin puldan Yaqut ona 19.000 manat pul vermişdir, geri qalan pulu isə iş düzəldikdən sonra verəcəyi barədə razılaşmışlar. Yaqut sonradan ona bildirmişdir ki, həmin şəxsdən 33.000 manat pul alıbdır. Belə ki, işin onun tərəfindən düzəldiləcəyinə əmin olduğu üçün 8.000 manat pulu özünə xeyir kimi götürüb xərcləmişdir. Hazırda Zərərçəkmiş şəxs ona qarşı heç bir şikayət və tələbi yoxdur. Qərar qəbul edilərkən bu halın nəzərə alınmasını xahiş etdi. Əməlindən peşmandır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin iyul ayının axırlarında qohumu Günelin vasitəsilə əvvəllər tanımadığı Şahid1 ona zəng vurub bildirmişdir ki, bir nəfər Azər adlı tanışı həyat yoldaşı Gülsümü baxça müdiri vəzifəsinə işə düzəltmək istəyir. Həmin qadının əvvəllər musiqi məktəbinin direktoru işlədiyini, lakin sonradan öz istəyi ilə işdən çıxdığını bildirmişdir. Xasay ondan həmin qadını işə düzəltmək imkanının olub-olmamasını soruşduqda ona maraqlanıb deyəcəyini bildirmişdir. Bundan sonra tanışı Təqsirləndirilən şəxs2 ilə əlaqə saxlamış, belə ki, Sabrina əvvəllər onun tələbəsi olmuşdur. Uzun müddət sonra Sabrina ilə təsadüfən görüşəndə Sabrina ona ali təhsil müəssisələrinə və Təhsil Nazirliyinin tərkibində olan digər müəssisələrə işə düzəltmək üçün geniş əlaqələrinin olduğunu, əgər lazım olsa bununla bağlı ona müraciət edə biləcəyini bildirmişdir. Buna görə də, Sabrina ilə əlaqə saxlayıb bu barədə maraqlandıqda sabrina ona Azərin arvadı Gülsümü Bakı şəhərində yerləşən baxçalardan birinə müdir vəzifəsinə işə düzəldə biləcəyini, bunun üçün 25.000 manat pul lazım olduğunu demişdir. Özü də Xasaya iş üçün 33.000 manat pul lazım olduğunu demiş, lakin işi kimin vasitəsilə düzəldəcəyini deməmişdir. Xasay da, onunla razılaşmış, daha sonra xx.xx.2022-ci il tarixdə axşam radələrində Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Mado” kafesinin yaxınlığında çayxanada Xasay, Azər və onun arvadı Gülsümlə görüşmüşlər. Həmin zaman Azərə onun həyat yoldaşı Gülsümü Bakı şəhərində uşaq baxçalarının birinə müdir kimi işlə düzəltməyə köməklik göstərəcəyini demişdir. Azərgil onu tanıdıqları üçün işi Sabrinanın vasitsi ilə həll edəcəyini deməmişdir. Çünki Sabrinaya inanırdı ki, həmin işi düzüb qoşacaqdır. Bundan sonra Azər ona həmin iş üçün əvvəlcədən Xasayın vasitəsilə deyilmiş 33.000 manat pulu vermiş, pulu götürüb getmişdir. Səhəri günü yəni, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov metrostansiyasının yaxınlığında Sabrina ilə görüşüb ilkin olaraq ona 20.000 manat pul vermişdir. Həmçinin Sabrinaya bildirmişdir ki, geri qalan pulu iş düzəldikdən sonra verəcəklər. Geri qalan pulu da özündə saxlamışdır ki, Sabrina istədikdə guya Azərgildən almış kimi hissə-hissə versin. Pulun qalan 13.000 manatı isə özündə qalmışdır. Daha sonra Sabrinadan işlə bağlı maraqlandıqda sonuncu ona müxtəlif bəhanələr gətirməyə başlamış, sonra isə ona guya Elm və Təhsil Nazirliyindən verilmiş məktub vermiş, özü də Azərgil onunla işlə bağlı maraqlandıqları üçün həmin məktubun fotoşəklini Whatsapp vasitəsilə Azərə göndərmişdir. Lakin, aradan uzun müddət keçməsinə baxmayaraq, Sabrina həmin işi düzəltməmişdir. Buna görə də Azərgil ondan pulu tələb etməyə başlamış, özü də Sabrinanın onu aldatdığını görüb Azərə pulu Sabrinaya verdiyini və işi onun düzüb qoşmaq üçün söz verdiyini demişdir. Sabrinanı da “İsmət” adı ilə çağırdıqları üçün Azərə demişdir ki, pulu İsmət adlı xanıma vermişdir. Sabrinanın işi düzəldəcəyinə inandığı üçün aldığı pulun 8.000 manatını öz şəxsi işlərinə xərcləmişdir. 5.000 manatını isə saxlamışdır ki, Sabrina işi düzəltdikdən sonra ona versin. Lakin, Sabrina işi düzəltməmiş və Azər pulunu tələb etdiyi üçün özündə qalan 5.000 manat pulu Dərnəgül metrostansiyasında Azərlə görüşüb ona qaytarmışdır. Sabrinadan isə qalan pulu qaytarmağını tələb etmiş, lakin Sabrina hər dəfə söz versə də aldığı pulları qaytarmamışdır. Buna görə də Azər onların barəsində şikayət etmişdir. Yekunda məhkəmədən qərar qəbul edilərkən Zərərçəkmiş şəxs ona qarşı heç bir şikayət və tələbinin olmamasının nəzərə alınmasını xahiş etdi. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 ilə 2022-ci ilin avqust ayında tanışı Şahid1 vasitəsilə tanış olmuşdur. Belə ki, Xasay Təqsirləndirilən şəxs1 ona qaynının arvadı olan Günelin xalası kimi təqdim etmişdir. X16 deməsinə görə Yaqut Təhsil Nazirliyində çalışır. Həyat yoldaşı əvvəllər Laçın rayon 1 saylı Uşaq Musiqi məktəbinin direktoru işləmişdir. 2022-ci ilin iyul ayının 1-dən həyat yoldaşı öz istəyi ilə işdən çıxmışdır. Xasay ilə aralarında söhbət zamanı ona bildirmişdir ki, həyat yoldaşı Şahid2 işə düzəltmək istəyir. Həmin zaman Xasay bildirmişdir ki, qohumu Günelin xalası Yaqut Təhsil Nazirliyində işləyir, ona Günelin vasitəsilə deyər, bəlkə köməklik göstərə bilər. Təxminən bir həftə sonra Xasay ilə görüşdükdə Xasay bildirmişdir ki, Yaqut xanımla danışılıbdır, həyat yoldaşı Gülsümü Bakı şəhərində yaşadığı əraziyə yaxın bir yerlərdə uşaq baxçasına müdir kimi işə düzəldə biləcəyini deyibdir. Eyni zamanda Yaqut xanım bu işi üçün ümumilikdə 33.000 manat pul istəyibdir. Onunla razılaşmış və xx.xx.2022-ci il tarixdə axşam saat 19:15 radələrində Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Mado” kafesinin yaxınlığında çayxanada Yaqut xanım, həyat yoldaşı Gülsüm və Xasayla birlikdə görüşmüşlər. Həmin zaman Yaqut xanım bildirmişdir ki, həyat yoldaşı Gülsümü Bakı şəhərində yaşadığı ərazinin yaxınlığındakı uşaq baxçalarının birinə müdir kimi işlə düzəldə bilər, bunun üçün 33.000 manat pul lazımdır və pulun əvvəlcədən verilməsini bildirmişdir. Həmin zaman Yaqut xanıma əvvəlcədən Xasay ona qiyməti dediyi üçün özü ilə götürdüyü 33.000 manat pulu vermiş, Yaqut xanım bildirmişdir ki, 2022-ci ilin oktyabr ayına həyat yoldaşı Gülsümü uşaq baxçalarından birinə müdir kimi işə düzəldəcəkdir. Bundan sonra mütəmadi olaraq Yaqut xanımla əlaqə saxlamış, Yaqutun dediyi müddət keçməsinə baxmayaraq həyat yoldaşını heç bir yerə çağırmamışlar. Sonradan Yaqut ilə bu məsələ ilə bağlı danışan zaman Yaqut ona narahat olmamağını, tez bir vaxtda işin həlli olacağını demişdir. Həmçinin onu yubatmaq üçün guya Təhsil Nazirliyinə həyat yoldaşı Gülsümün əvvəllər işlədiyi müddət ərzində yaxşı xarakterizə olunması barədə məktublar ünvanlandığını deyib həmin məktubu ona Vhatsapp sosial şəbəkəsi vasitəsilə göndərmişdir. Həmin məktubu çıxarıb təhqiqat zamanı təqdim etmişdir. Həmçinin Yaqut xanımla aralarında olan telefon danışıqlarına dair səsyazmaları da təhqiqat zamanı bir ədəd CD diskdə təqdim etmişdir. Artıq 2022-ci ilin noyabar ayında görmüşdür ki, Yaqut ilə hər dəfə danışan zaman Yaqut ona müxtəlif bəhanələr gətirir, buna görə də Yaqutdan ona verdiyi 33.000 manat pulu qaytarmasını tələb etmişdir. 2022-ci ilin noyabr ayından bu günə kimi Yaqut ondan aldığı pulu qaytarmaqdan boyun qaçırır. Onunla bərabər mütəmadi olaraq Xasay da Yaqut ilə telefon əlaqəsi saxlayaraq onunla görüşüb bu məsələyə aydınlıq gətirməsini tələb etmişdir. Sonradan Yaqut ondan aldığı 33.000 manat pulu İsmət adlı qadına verdiyini bildirmişdir. Sonradan məlum olmuşdur ki, həmin qadının adı Sabrinadır. telefonla Sabrina adlı qadın ona zəng vuraraq Yaquta verilən pulun onda olmasını və 2022-ci ilin dekabr ayının 1-də həyat yoldaşının qəbula çağırılacağını bildirmişdir. Dekabr ayında heç kim onları qəbula çağırmamışdır. 2022-ci ilin dekar ayının 28 günü gizli nömrə ilə tanımadığı bir qadın onun mobil nömrəsinə zəng vuraaq özünü İsmət kimi təqdim edərək 2023-cü ilin yanvar ayının 6-da Bakıya gələcəyini və ondan alınan 33.000 manat pulu qaytaracağını demişdir. 2022-ci ilin dekabr ayının 29-da Yaqut onunla və Xasay ilə Dərnəgül metrostansiyasının içərisində görüşərək ona 5000 manat pul qaytarmışdır. Qalan 28.000 manat pulu da 5-10-gün ərzində qaytaracağını bildirmişdir. Daha sonra Yaqutla telefon əlaqəsi yaradaraq onunla görüşüb ətraflı danışmağı bildirdikdə o, hər dəfə müxtəlif bəhanələr gətirərək pulu verməkdən boyun qaçırmışdır. Sonradan Sabrina ona bildirmişdir ki, 28.000 manat qalıq pul borcunun 19.000 manatı ondadır, həmin pulu tez bir zamanda qaytaracaqdır. Hazırda təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasına dəvət edilməsinə baxmayaraq şahidlər X10 və Şahid2 məhkəmədə iştirak etməmişlər. Tərəflərin razılığı ilə məhkəmə istintaqında onların ibtidai istintaqda vermiş olduqları ifadələri elan olunmuşdur İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs tanıyır. 2022-ci ilin iyul ayının axırlarında Azərlə söhbət zamanı sonuncu ona bildirmişdir ki, həyat yoldaşını baxçaya müdir kimi işə düzəltmək istəyir, onu işə düzəldə biləcək şəxs axtarır. Həmin zaman ona demişdir ki, qaynının həyat yoldaşı Günelin qohumu Yaqut adlı xanım var, ona bu barədə deyə bilər. Belə ki, Yaqut xanımla əvvəllər qohum olduqları üçün bir məclisdə rastlaşmışlar. Həmin zaman Yaqut xanım bildirmişdir ki, Təhsil Nazirliyində işləyir, əgər kiməsə ethiyac olarsa şəxsləri işə düzəltməkdə köməklik göstərə bilir. Buna görə də həmin zaman Yaqut xanım yadıma düşmüş və Azərə bildirmişdir ki, ona deyər. Bundan sonra Yaqut xanıma zəng İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Əvvəllər Laçın rayon 1 saylı Uşaq Musiqi məktəbinin direktoru işləmişdir. Lakin, 2022-ci ilin iyul ayının 1-dən öz istəyi ilə işdən çıxmışdır. Bundan sonra həyat yoldaşı Azər onu yaşadığı ünvana yaxın ərazilərdə uşaq baxçalarının birinə müdir kimi işə düzəltmək istəmişdir. 2022-ci ilin iyul ayının axırlarında həyat yoldaşı Azər bildirmişdir ki, bir nəfər tanışı olan Xasay adlı şəxsin qohumu Yaqut adlı şəxs var, həmin xanım Təhsil Nazirliyində işləyir, onu uşaq baxçasına müdir kimi işə düzələtməyə köməklik göstərməsi üçün Xasayın vasitəsilə Yaqut adlı xanımdan xahiş etmişdir. Yaqut xanım da onu yaşadığı əraziyə yaxın ərazilərdə yerləşən uşaq baxçalarının birinə müdir kimi işə düzəltmək üçün 33.000 manat pul istəmiş və Azər də onunla razılaşmışdır. xx.xx.2022-ci il tarixdə axşam saat 19:15 radələrində Nərimanov rayonunda “Mado” kafesinin yaxınlığında çayxanada özü, həyat yoldaşı Azər, Yaqut xanım və Xasay adlı şəxs birlikdə görüşmüşlər. Həmin zaman Yaqut xanım bildirmişdir ki, onu Bakı şəhərində yaşadığı ərazinin yaxınlığındakı uşaq baxçalarının birinə müdir kimi işlə düzəldə bilər, bunun üçün 33.000 manat pul lazımdır və pulun əvvəlcədən verilməlidir. Həyat yoldaşı Azər həmin zaman Yaqut xanıma 33.000 manat pulu vermişdir. Yaqut xanım bildirmişdir ki, 2022-ci ilin oktyabr ayına onun işini düzəldəcəkdir. Bir müddət keçməsinə baxmayaraq onu heç bir yerə çağırmamışlar, həyat yoldaşı Azər Yaqut ilə bu məsələ ilə bağlı danışan zaman Yaqut narahat olmamalarını, tez bir vaxtda işin həll olacağını demişdir. Həmçinin guya Təhsil Nazirliyinə onun əvvəllər işlədiyi müddət ərzində yaxşı xarakterizə olunmağı barədə məktublar ünvanlandığını deyib həmin məktubu Azərə Vhatsapp sosial şəbəkəsi vasitəsilə göndərmişdir. Artıq 2022-ci ilin noyabr ayında Yaqut ilə hər dəfə danışan zaman onun müxtəlif bəhanələr gətirdiyini görüb həyat yoldaşı Azər Yaquta verdiyi 33.000 manat pulu qaytarmasını tələb etmişdir. X18 aldığı 33.000 manat pulu İsmət adlı qadına verdiyini bildirmişdir. Daha sonra məlum olmuşdur ki, həmin qadının adı Sabrinadır. Sabrina adlı qadın həyat yoldaşı Azərə zəng vuraraq Yaquta verilən pulun onda olmasını və 2022-ci ilin dekabr ayının 1-də qəbula çağırılacağını bildirmişdir. Lakin, dekabr ayında heç kim onu qəbula çağırmamışdır. Daha sonra Sabrina xanım həyat yoldaşı Azərdən alınan 33.000 manat pulu özünün qaytaracağını demişdir. Daha sonra isə Yaqut xanım həyat yoldaşı Azərə Xasayın iştirakı ilə 5.000 manat pul qaytarmışdır. Sonradan məlum olmuşdur ki, Yaqut dələduzluq etdiyinə görə həbs edilmişdir. Bir müddət sonra Sabrina xanım həyat yoldaşı Azərin kart hesabına 1000 manat pul ödəmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Diskə baxış keçirilməsi barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, diskin yaddaşında 32 ədəd səs yazma faylları olması müəyyən edilmişdir. Həmin səs yazma fayllarına keçirilmiş baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən aşağıdakı xüsusatlar müəyyən olunmuşdur: Belə ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 müraciət edərək, banka etmiş olduğu müraciət əsasında istədiyi məbləğ kiçik məbləğ olmadığından, həmin məbləği 1-ci günü götürəcəyini, onun pis vəziyyətdə qaldığını başa düşdüyünü, başqa yolu olmadığını və digər şəxslərin səbirli olmalarını, artıq məsələnin həll olunduğunu, hətta həmin şəxsin hara düşdüyünü də bildiyini, pulu isə gərginliyi aradan qaldırmaq üçün geri qaytardığını, ayın 6-sı həm bağça müdirlərinin, həm də bağça müəllimlərinin seçimi bitdiyini, həmin xanımın da 10 gün ərzində müsabiqəyə dəvət olunacağını, həmin xanım işə çıxdıqdan sonra sonuncuya pulu geri qaytarmasını bildirməsini, əks halda ziyana düşəcəyini, bir qədər pul tapıb topladığını, bir gündə vaxt veriləcəyi halda qalan məbləği toplayıb verəcəyini, xanımın ayın 10-u və digər günlərdə qəbula dəvət ediləcəyini bildirir. Həmçinin Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs müraciət edib, özünü “İsmət” kimi təqdim edərək pulu geri qaytarması ilə bağlı hər dəfə müxtəlif günlər, saatlar təyin edir. Eyni zamanda Təqsirləndirilən şəxs1 Gülsüm xanıma müraciət edərək, bu gün ona zəng vurulduğunu, artıq siyahıda olduğunu və keçən həftədən deyildiyini, pulu 3-4-cü günləri ərzində görüşüb verəcəyini, lakin işin yerində qalacağını, onunla iş görmək istədiyini, lakin iş alınmadığı üçün utandığını, 4-cü günü saat ikidə pulu qaytaracağını, həmin vaxtadək çağırılsa işinə gedə biləcəyini, əmrinin veriləcəyini, əmri verildikdən sonra pulu geri qaytarmasını bildirir. Bundan başqa Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs müraciət edib “Eşqin Bağırov”a işlə bağlı deyildiyini, onların işini düzəldən adamın da “Eşqin Bağırov”a dediyini, sonuncunun qəbul edəcəyini bildirir. 14 mart 2024-cü il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi” barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)-38/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-nin 69.3-cü maddəsinə əsasən tutulduğu 01 gün müddət ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin xx.xx.2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək Nizami RPİ tərəfindən xx.xx.2022-ci il tarixdə həbs edilmiş, ********* nömrəli cinayət işi məhkəməyə göndərilmişdir. Təqsirləndirilən şəxs1 barəsində Nizami RPİ tərəfindən xx.xx.2023-cü il tarixdə axtarış elan olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə CM-nin 178.3.2 və 66.5-ci maddələri ilə təqsirli bilinib 07 il 06 ay 16 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə həmin hökm dəyişdirilmədən saxlanılmış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə xx.xx.2013-cü il tarixli hökmündən yeni dəyişikliyə əsasən 06 il 06 ay 16 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə xx.xx.2014-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli qərarı ilə AR CM-yə dəyişiklik edilməsi haqqında xx.xx.2017-ci il tarixli 816 VDQ saylı qanuna əsasən cəzası xx.xx.2017-ci il tarixə çəkilmiş hesab edilərək dərhal azad edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən CM-nin 178.3.2 və 320.1-ci maddələri ilə təqsirli bilinib 09 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarına əsasən həmin hökm dəyişdirilmədən saxlanılmışdır. Nərimanov RPİ tərəfindən xx.xx.2017-ci il tarixdə həbs olunmuş, xx.xx.2017-ci il tarixdə AR CPM-nin 39.1.3-cü maddəsi ilə cinayət işinə xitam verilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 oktyabr 2017-ci il tarixli, 7(011)-394/2017 saylı qərarından görünür ki, məhkum X5 ərizəsinin təmin edilməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-91/2013 saylı, 26 fevral 2013-cü il tarixli hökmündə X5 2, 6, 9, 11 və 13-cü epizodlar üzrə zərər çəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törətdiyi dələduzluq cinayətləri nəticəsində dəymiş ziyanın məbləği qanunvericiliyə edilmiş yeni dəyişiklikdən sonra külli miqdar yaratmadığından və edilmiş yeni dəyişiklik X7 vəziyyətini yaxşılaşdırdığından, həmçinin həmin epizod üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən iş üzrə icraata həmin hissədə xitam verilməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-91/2013 saylı, 26 fevral 2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası yüngülləşdirilərək 07 (yeddi) il 06 (altı) ay müddətinə endirilməsi, Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirli bilinərək təyin edimiş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən yeni təyin olunmuş cəza ilə qismən toplanmaqla üzərində əqti olaraq 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması, X11 Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-238/2013 saylı, 01 oktyabr 2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 56.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-91/2013 saylı, 26 fevral 2013cü il tarixli hökmü ilə təyin edilmiş 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılması və X7 üzərində qəti olaraq 08 (səkkiz) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması, X5 əvvəlki iş üzrə barəsində seçilmiş «ev dustaqlığı» və «həbs» qətimkan tədbirləri üzrə 17 yam ar 2012-ci il tarixdən, 01 oktyabr 2013-cü il tarixədək olan 01 (bir) il 08 (səkkiz) ay 14 (on dörd) gün ev dustaqlığında və həbsdə olduğu müddət ona əyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılması və üzərində qəti olaraq 06 (altı) il 06 (altı) ay 16 on altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli sonuncu hökm çıxarıldığı tarixdən, yəni 01 oktyabr 2013-cü il tarixdən hesablanması, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-91/2013 saylı, 26 fevral 2013-cü il tarixli hökmü və Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-238/2013 saylı, 01 oktyabr 2013-cü il tarixli hökmü qalan hissədə dəyişdirilməməsi qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 yanvar 2018-ci il tarixli, 7(011)-88/2018 saylı qərarından görünür ki, X5 ərizəsi təmin edilmiş, X5 məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 fevral 2013-cü il tarixli, 1(101)-91/2013 saylı hökmündə X5 1, 3, 4, 7, 8, 10, 11, 12, 14, 15 və 16-cı epizodlar üzrə zərərçəkmiş şəxsə külli miqdarda ziyan x urmaqla törətdiyi dələduzluq cinayəti nəticəsində dəymiş ziyanın məbləği qanunvericiliyə edilmiş yeni dəyişiklikdən sonra külli miqdar yaratmadığından “külli miqdar” ifadəsi “xeyli miqdar” ifadələri ilə əvəz edilməsi və yeni dəyişiklik məhkumun vəziyyətini yaxşılaşdırdığından onun törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilməsi, X8 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 7(011)-394/2017 saylı qərarı ilə təqsirli bilinərək təyin edilmiş 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası azaldılaraq 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasma erıdirilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirli bilinərək ona təyin edilmiş 01 il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli 816-VQD saylı Qanununun təsiri altına düşmədiyindən ona həmin maddə ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası dəyişdirilmədən saxlanılması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunan cəzaları qismən toplamaq yolu ilə X11 05 (beş) il müddətinə, azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli 17 yanvar 2012-ci il tarixindən hesablanması, X7 Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 oktyabr 2013-cü il tarixli, 1(101)-238/2013 saylı hökmündə zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törətdiyi dələduzluq cinayəti nəticəsində dəymiş ziyanın məbləği qanunvericiliyə edilmiş yeni dəyişiklikdən sonra külli miqdar yaratmadığından “külli miqdar” ifadəsi “xeyli miqdar” ifadəsi ilə əvəz edilməsi və yeni dəyişiklik məhkumun vəziyyətini yaxşılaşdırdığından onun törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilməsi, X8 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 7(011)-394/2017 saylı, 09 oktyabr 2017-ci il tarixli qərarı ilə təqsirli bilinərək təyin edilmiş 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası azaldılaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına endirilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki qərarla təyin edilmiş 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla X5 üzərində qəti olaraq 05 (beş) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması, X5 əvvəlki iş üzrə barəsində seçilmiş «ev dustaqlığı» və «həbs» qətimkan tədbirləri üzrə 17 yanvar 2012-ci il tarixindən 01 oktyabr 2013-cü il tarixədək olan 01 (bir) il 08 (səkkiz) ay 14 (on dörd) gün ev dustaqlığında və həbsdə olduğu müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində, qəti olaraq 03 (üç) il 06 (altı ay 16 (on altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzasını ümumi rejimi cəzaçəkmə müəssəsində çəkməklə, cəzasının əvvəli sonuncu hökmün çıxarıldığı tarixdən, yəni 01 oktyabr 2013-cü il tarixindən hesablanması, X3 cəzasının əvvəlinin 01 oktyabr 2013-cü il tarixdən hesablanması nəzərə alınmaqla, təyin edilmiş 03 (üç) il 06 (altı) ay 16 (on altı) gün müddətinə azadlıqdan məhrumetmə cəzası 17 aprel 2017-ci il tarixinə çəkilmiş-hesab edilməsi və onun dərhal məhkəmə iclas zalından azad edilməsi qərara alınmışdır. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(124)-2/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 32.4, 312.2-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilmişdir. Zərərçəkmiş şəxs sonuncu (xx.xx.2025-ci il tarixli) məhkəmə iclasında vermiş olduğu ərizədə bildirmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və X6 tərəfindən ona dəymiş 33.000 manat ziyan tam olaraq ödənilmişdir. Onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxsin məhkəmədə səsləndirdiyi ifadələri, həmçinin şahid ifadələri, habelə istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə—dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.6-cı maddəsinə əsasən məhkəmə baxışı bir neçə təqsirləndirilən şəxs barəsində aparıldıqda müvafiq mahkəmənin hökmündə bu Məcəllənin 353.2.3-353.2.9, 353.3-353.5-ci maddələrində göstərilmiş məsələlər təqsirləndirilən şəxslərdən hər birinə dair ayrı-ayrılıqda qeyd edilir. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam olaraq ödəməsini və zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2ya cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs2ya Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam olaraq ödəməsini və zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 hazırki cinayət işi üzrə cinayət əməlini Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)-38/2023 saylı hökmü çıxarılmamışdan əvvəl törətmişdir. Ona görə də Təqsirləndirilən şəxs1 barəsində cəza Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində Nizami RPİ-də istintaqı aparılmış cinayət işi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutma altında saxlanıldığı 01 gün müddət cəza müddətinə hesablanmalıdır. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün – ümumi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Həmçinin cəza çəkmə müddətinin 12 may 2023-cü il tarixdən hesablanmalı (Əsas: Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)-38/2023 saylı hökmü) və barəsində Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)-38/2023 saylı hökmü ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 70 saata görə 420 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 30 saata görə 180 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “De Fendo” Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Nizami Rayon Məhkəməsinin 1(007)-38/2023 nömrəli, 23 iyun 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 02 il müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 02 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində Nizami RPİ-də istintaqı aparılmış cinayət işi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu, cəmi 01 gün müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 il 02 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 12 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)- 38/2023 nömrəli, 23 iyun 2023-cü il tarixli hökmü ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2ya təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 70 saata görə 420 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 30 saata görə 180 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “De Fendo” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar