Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-251/2022 24.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1959-cu ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, 07.09.2021-ci il tarixdə Səbail rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 08 ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzasınaa məhkum olunmuş, hazırda Azərbyacaıı Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs dələduzluq, yəni etibardan sui-istiladə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2016-cı ilin may ayında tanış olduğu Zərərçəkmiş şəxs özünü iş adamı kimi təqdim edib, etibarından sui-istifadə edərək guya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakı şəhəri ərazisində yerləşən yataqxanasında təmir işlərinin aparılması ilə əlaqədar elan olunmuş tenderdə qalib gəlib, dizayn və təchizat işlərini 18.000 manat müqabilində Zərərçəkmiş şəxs həvalə edəcəyi barədə yalan məlumat verib inandırmaqla aldadıb, hissə-hissə olmaqla 03 avqust 2016-cı ildə ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus ofisdə 10.000 manat, sonra isə 05 avqust 2016-cı il tarixdə həmin ünvanda 8.000 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs xeyli miqdarda cəmi 18.000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununlada Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 178.2.4-cü maddəsi ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2016-cı ilin may ayında Şahid3 vasitəsi ilə tanış olmuşdur. Bekə ki, Şahid3 ona Bakı şəhəri Nərimanov rayonu Ağa Neymətulla küçəsində yeləşən ofisinin yanında Nuriyyə xanıma məxsus obyektin satıldığını bidirərək onu Nuriyyə xanımla tanış etmişdir. Tanışlıqları zamanı Nuriyyə xanım ona obyektini satmaq istədiyini, ondan müştəri tapmağı xahiş etmişdir. O da Nuriyyə xanımın obeyktinə müştəri tapdığını, lakin müşərinin obyektə baxdıqdan sonra alamaq fikirindən daşındığını bildirmişdir. Bundan sonra onun Nuriyyə xamınla səmimi münasibətləri yaranmışdır. 2016-ci ilin iyul ayının əvvəllərində Nuriyyə xanımın ona birgə iş qurmağı təklif etmiş, o isə Nuriyyə xamına iş qurmaq üçün pulu olmadığını bildirmişdir. Daha sonra birgə iş qurmaqla bağlı o Nuriyyə xanımdan 17.000 manat pul almışdır. Lakin o, Nuriyyəni aldatmayıb, dələduzluq etməyib, etibarından sui-istiladə etməyib.Onların arasında mülki münasibətlər olub. Hadisələrdən sonra həbs olunmuş və borcu qaytara bilməmişdir. Həmin məbləgi borc kimi qəbul edir və gələcəkdə qayraracaqdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs yaxın rəfiqəsi Tamaranın əri Oruc vasitəsi ilə 2016-cı ildən tanımışdır. Həmin vaxtlar o Bakı şəhəri Nərimanov rayonu Ağa Neymətulla 72 ünvanında tikiş sexi işlədirdi. Hal-hazırda da həmin işlə məşğul olur. Tanışlıqlarından sonra Təqsirləndirilən şəxs ona tikinti işi ilə məşğul olduğunu bildirmiş, Vidadi hətta onu inandırmaq üçün onu Əzizbəyov adına doğum evinə apararaq oradakı tikinti və təmir işlərini göstərərək, həmin işləri özünü gördürdüyünü bildirmişdi. 2016-cı ilin iyul ayında Təqsirləndirilən şəxs söhbət əsnasında ona Ekologiya Nazirliyinin yataqxanasının təmir və təhcizat işlərini tenderdə udub, ona həmin işi görməkdə ortaq lazım olduğunu, bundan sonra Təqsirləndirilən şəxs həmin işi görməkdə ona ortaqlıq təklif edərək, pul qazanması üçün Ekologiya Nazirliyinin yataqxanasının tikintidən sonrakı dizaynı və təhcizat işini ona verə biləcəyini, lakin həmin iş üçün onun 20.000 manat pul verməli oduğunu, o isə Təqsirləndirilən şəxs fikirləşdikdən sonra bir söz deyə biləcəyini bildirmişdir. Bir neçə gün sonra rəfiqəsi Tamara ilə görüşdükdə Vidadinin ona Ekologiya Nazirliyinin yalaqxansının tikintidən sonrakı dizayner və təhcizat işini təklif etdiyini, bunun müqabilində ondan 20.000 manat pul istədiyini dediyini, həmin gün o Tamara,Tamaranın həyal yoldaşı Oruc ilə birlikdə Vidadi ilə görüşdüklərini göstərmişdir. Həmin vaxt o Vidadiyə 18.000 manat pul verə biləcəyini bildirdikdə Vidadi onunla razılaşmışdır. Təxminən 2-3 gün sonra, yəni 2016-cı ilin avqust ayının 3-də Vidadi onun ünvan 5 ünvanında yerləşən tikiş sexinə gəlmiş və orada işçisi Fidanın yanında Təqsirləndirilən şəxs 10.000 manat pul vermiş və pulun qalan hissəsini bir neçə günə verəcəyini bildirmişdi. Bundan təxminən 2 gün sonra, yəni 05 avqust 2016-cı il tarixdə Vidadi yenidən onun iş yerinə gəlmiş və orada 8.000 manat pulu yenədə işçisi Fidanın yanında Vidadiyə vermişdir. Vidadi tender üçün müxtəlif sənədlər hazırlamağını 2 günə həmin sənədləri ondan götürəcəyini və həmin işin 2 ay ərzində həll olunacağını bildirmişdi. Bundan sonra Vidadidən işin nə yerdə olduğunu soruşduqda Vidadi hər dəfə yaxın günlərdə işin həll olunacağını deyirdi. O, bu tender işini dəqiqləşdirmək üçün Ekologiva Nazirliyinə getmiş və orada ona belə bir tenderin nəzərdə tutulmadığın öyrənmişdir. O Vidadi Xudivevi axtaran zaman onu apardığı Əzizbəyov adına doğum evinə getmiş və orada Vidadini soruşduqda ona Vidadinin burada işləmədiyini, heç bir tikinti işi ilə məşqul olumadığını, sadəcə tanış kimi bura gəlib-getdiyini demişlər. Bundan sonra Təqsirləndirilən şəxs onu aldatdığını başa düşmüş və Vidadiyə belə bir tender işinin olmadığını bildirərək, ondan pulu geri qaytarmasını tələb etmiş, Vidadi isə ona qısa zamanda ona verdiyi 18.000 manat pulu qaytaracağını bildirsə də pulu qaytarmamış, oda Vidadi barəsində polisə şikayət etmişdir. Bundan sonra ona Vidadinin başqa bir cinayətə görə həbs edildiyinin məlum olmuşdur. Həmin ərəfələrdə onun istifadəsində olan mobil nömrəsinə Vidadinin qardaşı Azad adlı şəxs zəng vuraraq həmin iş barəsində onunla görüşmək istədiyini, o da onunla razılaşaraq iş verinə gəlməsini göstərmişdir. Bundan sonra Azad onun Bakı şəhəri Nərimanov rayonu Ağa Ney məlulla 72 ünvanında yerləşən iş verinə gəlmiş, Azad ona Vidadinin barəsində verdiyi şikayət ərizəsini geri götürməyi, həmin pulun əvəzində ona Bakı şəhəri Xəzər rayonunda 12 sot torpaq sahələrinin olduğunu, həmin torpaq sahəsini onun adına sənədləşdirəcəyini demişdir. O da məcbur olub onun təkliti ilə razılaşmış, Azad 1-2 günə onunla əlaqə saxlayacağını demimişdi. Bundan bir neçə gün keçməsinə baxmayaraq onunla əlaqə saxlayan olmamış və o Azadın istifadəsində olan mobil nömrəsinə zəng vurduqda Azad təklif etdiyi torpaq sahəsinin ona verilməsindən imtina etdiklərini bildirmişdir. Hazırda şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxslə onun həyal yoldaşı Şahid3 vasitəsi ilə tanış olduğunu göstərmişdir. Belə ki, 2016-cı ilin yay aylarında o həyat yoldaşı Şahid3 və Vidadi Xudiveyin birlikdə Nuriyyənin işlətdiyi ünvan 3 ünvanında yerləşən tikiş sexinə gəldiklərini, Vidadinin orada özünü iş adamı kimi təqdim etdiyini bildirmişdir. Söhbət əsnasında Nuriyyə xanımın dizaynı işləri ilə məşğul olduğunu, həmin vaxt Vidadi götürdüyü tender işində tikintidən sonra dizayın işlərini Nuriyyə xanıma verə biləcəyini, bunun üçündə müəyyən miqdar pul tələb edildiyini, hətta 30.000 manat pulun tələb olunduğunu bildirmişdir. Həmin gün Nuriyyə xanımla Vidadi bir-birlərinin telefon nömrələrini götürmüşlər. Bir neçə dəfə Nuriyyənin ofisinə gələndə Vidadini orada görmüş, Vidadinin ona Nuriyyə xanıma aid sənədləri düzəltdiyini dediyini bildirmişdir. Həmin vaxtdan bir xeyli sonra Vidadinin yalandan vədlər verib sənədləri alaraq Ekologiya Nazirliyinin Bakı şəhərində yerləşən yataqxanasının tikinti və təmir işləri ilə bağlı tenderi qazanacağını və tikintidən sonrakı dizayın və təhcizat işlərini Nuriyyə xanıma verəcəyini və bununda müqabilində Nuriyyə xanımı aldadaraq 18.000 manat pulunu aldığını eşitmişdir. Bir neçə dəfə Nuriyyə xanımın onun yanında Vidadiyə telefonla zəng edib iş barədə, işin nə vaxt düzələcəyi barədə danışıb və sonrada onun yanında Vidadiyə zəng vurub, onu aldadaq ələ keçirdiyi pullarını Təqsirləndirilən şəxs tələb etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Vidadin Xudiyevi təxminən bir neçə il olar tanıdıyırdı. Vidadi həmişə söhbət zamanı iş adamı olduğunu, tikinşi şirkəti olduğunu və sosial obyektlər tikdiyini bildirirdi. 2016-cı il avqust ayında o həyat yoldaşı Tamara və Vidadini Nuriyyənin Bakı şəhəri, Nərimanov rayonu Ağa Neyməlulla küyəsi 72 ünvanında işlətdiyi ofisdə olarkən söhbət əsnasında Vidadi yenə də özünü iş adamı kimi təqdim edərək, tikinti işləri ilə məşğul olduğunu və Ekologiya Nazirliyinin Bakı şəhərində yerləşən yataqxanasının tikinti və təmir işləri ilə bağlı tenderi qazılacağını, əgər ona pul verilərsə tikintidən sonra dizayın və təchizat işini Nuriyyə xanıma verə biləcəyini bildirmişdir. Hətta Vidadi orada söhbət edərkən iş gördüyü tikinti apardığı Günəşli qəsəbəsində, İsmayıllı rayonunda yerləşən sosial obyektlərin adlarını çəkmişdir. Nuriyyə ilə Vidadi arasında təxminən bir saata yaxın söhbət getmiş və aralarında Vidadinin apardığı işlərin proyektlərinə baxlacağını, bundan sonra da Nuriyyə xanım Vidadinin qeyd olunan işləri onun üçün təşkil etməsinə görə pul verməli olduğunu göstərmişdir. Həmin vaxdan sonra onun onlarla əlaqəsi olmamış, ancaq sonradan Vidadinin heç bir yerdə işləməyib yalan danışıb və Nuriyyə xanımı aldadaraq 18.000 manata yaxın pulunu alıb heç bir iş düzəltmədiyini eşitmişdir. İstintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində Nuriyyə xanımın tikiş işləri apardığı iş yerində xəzinədar işlədiyini göstərmişdir. 2016-cı ilin yay aylarında Vidadi adlı şəxs Nuriyyə xanımın ofisinə gəlib-getmiş, bildiyinə görə Nuriyyə xanıma iş təklifi olmuşdu. Həmın ərəfədə Nuriyyə xanım ona Vidadinin Ekologiya Nazirliyinin Bakı şəhərində yerləşən yataqxanasının tikinti və təmir işləri ilə bağlı tender uduşunu əldə edəcəyini və tikintidən sonra dizayın və təchcat işlərini onlara verəcəyini və ona görədə Vidadiyə 18.000 manat pul vermək lazım olduğunu göstərmişdir. 03 avqust 2016-cı il tarixdə Təqsirləndirilən şəxs onların ünvan 8 ünvanında yerləşən ofislərinə gəlmiş və orada Nuriyyə xanım ona 10.000 manat pulu Vidadinin iş görməsi üçün ona verərək, pulun yerdə qalanını 2-3 günə verəcəyini bildirmişdir. Təxminən iki gündən sonra, yəni 05 avqust 2016-cı il tarixdə yenidən Təqsirləndirilən şəxs onların ofisə gəlmiş və Nuriyyə xanım yenidən 8.000 manat pulu onun yanında sayıb Vidadiyə vermişdir. Həmin vaxdan sonra Nuriyyə xanıma Vidadinin onu aldadığının məlum olduğunu, çünki dəfələrlə Nuriyyə xanımın onun yanında telefonla Vidadi ilə danışanda "sən məni aldatdın tender işini düzəltmədin pulumu qaytar" deyə bildirdiyini, Vidadinin isə yalandan vədlər verdiyini, ancaq nə işi düzəltdiyini nədə Nuriyyə xanımın pulunu qaytardığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 21.12.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 29.12.2009-eu il tarixdə ACDİÜ AR Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2. 179.3.2. 313. 66.3cü maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş, 14.07.2010-cu ildə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri Üzrə Məhkəmə Kollegiyasının qərarı ilə qəli olaraq 04 il müddətində azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş, 24.01.2012-ci ildə Bakı şəhər Xəzər rayon məhkəməsinin 16.01.2012-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 07 ay 28 gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuşdur. 05.08.2016-cı ildə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 24 gün müddətində islah işləri növündə cəzaya məhkum olunmuş, 26.12.2016-cı il tarixdə Bakı şəhər Nərimanov rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1. 69.3 və 66.5-ci maddələri ilə təqsirli bilinərək 01 il 06 ay müddətində azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş, 15.12.2017-ci il tarixdə Bakı şəhər Nizami rayon məhkəməsinin qərarı ilə azad edilmişdir. Səbail rayon məhkəməsinin 1(007)-121/2021 nömrəli, 07.09.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 08 ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özü tərəfindən qismən etiraf edilmiş, eləcə də mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Təsvir olunan Qərarın tələbindən görünür ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olduğu halda əməl dələduzluq kimi tövsif edilməlidir. Bundan başqa, CM-in 178.1-ci maddəsinin dispozisiyasında dələduzluq, yəni etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi qeyd edilmişdir. Etibardan sui-istifadə etmə və aldatma özgə əmlakının talanmasının üsulu kimi çıxış edir. Təqsirkar aldadaraq və ya etibardan sui-istifadə edərək zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf etməsi, yəni zərərçəkmiş şəxsin əmlakını etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə ələ keçirməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs ifadəsində irəli sürdüyü - onunla zərərçəkmiş şəxs arasında mülkihüquq münasibətlərinin mövcud olması, həmin münasibətlərə əsasən üzərinə götürdüyü öhdəliyi ondan asılı olmayan səbəbdən yerinə yetirə bilməməsi barədə dəlillər tam təkzib olunur. CPM-in: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Beləliklə, məhkəmə, məhkəmə istintaqında araşdırılan sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və öz daxili inamına əsasən, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmək yolu ilə zərərçəkmiş şəxsə məxsus əmlakı ələ keçirməsi ilə bağlı verilmiş ittihamın məhkəmə istintaqında öz təsdiqini tapması nəticəsinə gəlir və onun ifadəsini məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilən ifadə kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 178.2.4cü maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən məhkəmə onun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi əməli qismən etiraf etməsini, cəzasını yüngülləşdirici hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs qəsdən törətdiyi əməllərə görə ACDİÜ AR Məhkəməsinin 29.12.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2. 179.3.2. 313. 66.3-cü maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum elmə növündə cəzaya məhkum edilmiş, 14.07.2010-cu ildə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri Üzrə Məhkəmə Kollegiyasının 14.07.2010-cu il tarixli qərarı ilə qəti olaraq 04 il müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılmış, həmin hökmlə özgə əmlakını külli mənimsəmə ilə bağlı ziyan məbləgi 63.967,4 manat, yəni külli iqdarda olduğu, hazırki cinayət hadisələrinin 2016-cı ilim may aylarında baş verdiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlində residiv müəyyən olunur və AR CM-nin 65.2 maddəsinə əsasən ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növünün son həddinin yarısından az olmamalıdır. Bu səbəbdən Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlində cinayətlərin residivinin olması cəzanı ağırlaşdırıcı hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 18.1 maddəsinə əsasən Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkumlugun anlayışı Azərbaycan Respublikas CM-nin 83.1-ci maddəsinə əsasən aşağıdakı kimi verilmişdir: Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır.Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə; “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1 maddəsinin şərh edilməsinə dair “Azərbaycan Respublikası Konstusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 18.1 maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1 maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumlugu olan şəxsi ehtiva edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 1(007)-121/2021 nömrəli, 07.09.2021-ci il tarixli hökmü çıxarılmazdan əvvəl, yəni may 2016-ci il tarixdə törətmişdir. Buna görə də CM-in 66.5-ci maddəsinə əsasən həmin hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti cəza təyin olunmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 1(007)-121/2021 nömrəli, 07.09.2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti cəza təyin olunmalı (CM-66.5), cəzaçəkmə müddətinin əvvəli 07.09.2021-ci il tarixdən hesablanmalı (CPM-158.2.1, 158.6, CM-69.3), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə edən Bakı şəhəri “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Arbitrium” Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 1(007)-121/2021 nömrəli, 07.09.2021-ci il tarixli hökmü ilə təyin olunmuş 2(iki) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılsın və üzərində qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 07 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 iş saatı üçün cəmi 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri “Arbitrium” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-251/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-251/2022
24.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver