Məhkəmə qərarları › İş №1(005)-251/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-251/2023

16.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-251/2023 16.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 12:55 Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və barəsində xx.xx.2023-cü il tarixdə “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda 01 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, 9 mm kalibrli, texniki cəhətdən saz, atəşə yararlı, yivli odlu döyüş silahı hesab edilən 01 ədəd «Makarov» konstruksiyalı tapançanı, zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla həmin kalibrli «Makarov» (PM) və Steçkin (APS) silahdan atəş açmaq üçün nəzərdə tutulmuş, istifadəyə və atəş üçün yararlı olan, döyüş sursatı hesab edilən 05 ədəd patronları və zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz, bircərgəli, 08 ədəd 9x18 mm kalibrli patronların saxlanması üçün nəzərdə tutulmuş, həmin kalibrli «Makarov» kosntruksiyalı silahların komplekt hissəsi olan 01 ədəd darağı əldə edib, üzərində saxlamaqla daşımış, 13 fevral 2023-cü il tarixdə saat 15:35 dəqiqədə ünvan 2 ünvanında saxlanıb, ünvan 3anov Rayon Polis İdarəsinə gətirilərək üzərində müdafiəçinin iştirakı ilə şəxsi axtarış və götürmə aparılan zaman həmin odlu silah, onun komplekt hissəsi olan 01 ədəd daraq və 05 ədəd patronlar əynində olan göy rəngli cins şalvarının arxa tərəfdən bel kəmərinə keçirilmiş vəziyyətdə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi şahidlərin ifadələri, maddi sübut və digər iş materialları ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, o, Sabunçu rayonu, ünvan 5 ünvanında qeydiyyatda olsa da, yaşamaq üçün ünvanı olmadığından Bakı şəhərinin müxtəlif ünvanlarında günlük kirayə evlərdə gecələmişdir. O, zibil qutularından yığdığı metal və ya digər materialdan olan əşyaları sataraq günlük qida tələbatını ödəmişdir. xx.xx.2023-cü il tarixdə saat 15:35 dəqiqədə ünvan 7 ünvanın yaxınlığında piyada hərəkət edərək zibil qutuları axtaran zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları olaraq təqdim edərək xidməti vəsiqələrini göstərmişlər. Ondan harada yaşaması, adını və soyadını soruşmuşlar. O da adını və soyadını polis əməkdaşlarına bildirmişdir. Polis əməkdaşları da ona üzərində silah-sursat olmasından şübhələndiklərini deyərək birgə Nərimanov RPİ-nə getməyini xahiş etmişlər. O da həmin şəxslərlə Nərimanov RPİ-nə getmişdir. Üzərində heç bir silah olmadığını qeyd etmiş, lakin İdarənin əməkdaşları tərəfindən ona təzyiq göstərilərək ya narkotik vasitəni və ya silahı üzərinə götürməli olduğu bildirilmişdir. O da məcbur qalıb silahı götürmüş və üzərinə qoymuşdur. Daha sonra vəkil dəvət edilmiş, Vəkil polis idarəsinə gəldikdən sonra onu Nərimanov RPİ-nə gətirmiş əməkdaşların iştirakları ilə üzərində axtarış və götürmə aparmağa başlamışlar. Polis əməkdaşı ona əgər üzərində saxlanılması və daşınması qanunla qadağan olunmuş əşya və ya maddə varsa könüllü olaraq təqdim etməsini təklif etmişlər. O, da əvvəlcədən əynində olan göy rəngli şalvarının bel nahiyəsinə qoyaraq özündə saxladığı 01 ədəd tapançanı, 01 ədəd sandığı və 05 ədəd patronları, sağ yan cibimdən bir ədəd “Samsung” markalı mobil telefonu, 01 ədəd alışqanı və 3 manat pulu könüllü olaraq təqdim etmişdir. Polis əməkdaşı təqdim etdiyi 01 ədəd tapançanı, 01 ədəd sandığı və 05 ədəd patronları haradan və necə əldə etdiyini soruşan zaman o, əvvəlcədən idarənin əməkdaşları ona bildirdiyi kimi söyləmişdir ki, Nizami rayonu ərazisində yerləşən 8-ci km bazarı adlanan ərazidə zibil qabının yaxınlığından tapdığını və üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra 01 ədəd tapançanı, 01 ədəd sandığı və 05 ədəd patronlar qablaşdırıb möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, ucadan oxunmuşdur. O, vəkil və onu Nərimanov RPİ-yə gətirən polis əməkdaşları protokolu imza etmişlər. Polis əməkdaşları tərəfindən şiddət və təzyiqlərə məruz qaldığını bildirmiş, heç vaxt silah görmədiyini və üzərindən aşkar edilmiş silahın ona aid olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Nərimanov Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Baş İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 13 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayonu ərazisində odlu silah əldə etməsi və satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Buna görə də ondan və Nərimanov RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra o və Tural birlikdə məlumat əsasında saat 15:35 radələrində ünvan 8 ünvanının yaxınlığına getmişlər. Həmin vaxt onlar xarici görkəm əlamətlərinə görə Fuadın əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin orada olmasını və özünü şübhəli apardığını görüb, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim etmiş və onlar Fuada qanunsuz olaraq odlu silah əldə edərək daşımada şübhəli olduğunu bildirib sonuncunu saxlayaraq Nərimanov RPİ-nə dəvət etmişlər. Fuad da buna etiraz etmədikdən sonra sonuncunu Polis İdarəsinə apararaq barəsində araşdırma aparılması üçün təhqiqatçı Orxan Məmmədova təhvil vermişlər. Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə sonuncunu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah edilmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Fuada üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edilmişdir. Fuad da əynində olan şalvarın arxa bel hissəsindən 01 ədəd “Makarov” tipli tapançanı, 01 ədəd mobil telefonu, bir ədəd alışqanı və 3 manat pulu çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Həmin silaha baxış keçirilən zaman silahın darağının içərisində 05 ədəd patronların olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin silahı bir neçə gün əvvəl Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr adlanan bazarın yaxınlığında məişət tullantıları atılan yerdən metal yığan zaman tapdığını, həmin silahı sataraq pul əldə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Sonra Fuadın üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı sonuncunun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Fuadın üzərindən aşkar edilmiş alışqan və 3 manat pul sonuncuya geri qaytarılsa da, 01 ədəd “samsung” markalı mobil telefon götürülmüşdür. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə 01 ədəd “Makarov” tipli tapança və 05 ədəd patron qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Fuad tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir.Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı heç bir şiddət və təzyiq olmamışdır. Məhkəmədə iclasında dindirilmiş Şahid2 digər Şahid1n ilə eyni məzmunlu ifadə verərək qeyd olunna faktları bir daha təsdiq etmişdir. Məhkəmə baxışında tədqiq edilmiş “Şəxsi axtarış və götürmə aparılması haqqında” 13 fevral 2023-cü il tarixli protokoldan və DVD diskə baxış keçirilməsindən görünür ki, Şəxsi axtarış və götürmə başlamamışdan əvvəl xx.xx.2023-cü il tarixdə saat 15:35 radələrində ünvan 9 ünvanın yaxınlığında, Nərimanov RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Nərimanov RPİ-nə gətirilmiş Təqsirləndirilən şəxs təklif edildi ki, üzərində dövriyyəsi qanunla qadağan olunmuş maddələr və ya əşyalar varsa könüllü olaraq təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının arxa bel hissəsinə sağ tərəfdən keçirilmiş və əynində olan qara rəngli qış gödəkçəsi ilə üzəri örtülmüş, qara rəngli metaldan hazırlanmış nömrəsi və buraxılış tarixi kustar üsulla silinmiş, 01 (bir) ədəd tapança və içərisində 05 (beş) ədəd patron olan 01 (bir) ədəd patron darağı ilə birlikdə çıxardıb təqdim etdi. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, üzərindən aşkar olunmuş 01 (bir) ədəd “Makarov” markalı tapançanı üç gün əvvəl Nizami rayonu ərazisində yerləşən “8-ci km” bazarının yaxınlığında taparaq satmaq məqsədi ilə üzərində daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 (bir) ədəd tapança, 05 (beş) ədəd patron və 01 (bir) ədəd patron darağı, iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi götürülərək tərəfimdən qablaşdırıldı və DİN-nin 44 nömrəli möhürü ilə möhürləndi. Məhkəmə baxışında tədqiq edilmiş Azərbayacan Respublikasının Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarixli, 23/123 nömrəli rəyindən və fotocədvəllərdən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd N-si silinmiş silah, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, 9 mm Kalibrli, Makarov konstruksiyalı tapançadır, yivli odlu döyüş silahıdır, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 05 ədəd patronlar, zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm Kalibrli olmaqla həmin Kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı və s. həmin kalibirli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır, istifadəyə və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 01 ədəd əşya, zavod üsulu ilə istehsal olunmuşdur, MaKarov konstruksiyalı silahların komplekt hissəsi olan darağıdır, texniki cəhətdən sazdır, bircərgəlidir və 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuşdur. Təqdim edilmiş 05 ədəd 9 mm kalibrli patronlardan 03 ədədi eksperimental atəşlər zamanı istifadə olunmuşdur. Məhkəmə baxışında tədqiq edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” 06 aprel 2023-cü il tarixli qərardan görünür ki, təqsirlindirilən şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş edilmiş 01 ədəd N-si silinmiş, 9 mm Kalibrli Makarov konstruksiyalı tapança, 05 ədəd 9x18 mm kalibrli olmaqla, Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş patronlar, 01 ədəd zavad üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş daraq sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut kimi tanınmış və 01 ədəd N-si silinmiş, 9 mm kalibrli “Makarov” konstruksiyalı tapança, 02 ədəd 9x18 mm kalibrli patronlar, 01 ədəd 08ədəd 9x18 kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş daraq saxlanış üçün Nərimanov Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərinə axtarış aparılması ilə bağlı videogörüntünü əks etdirən 01 ədəd DVD disk maddi sübut hesab edilərək cinayət işi materiallarında saxlanılmışdır. Məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məkhum olmasına dari Daxili İşlər Nazirliyinin BƏSİİ-də əməliyyat sorğu katrotekasında heç bir məlumat yoxdur. Məhkəmə baxışında tədqiq edilmiş “Şübhəli şəxsin tutulması” haqqına 13 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 fevral 2023-cü il tarixində şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-198/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbyacan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 13 fevral 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə iclasında təqsirlədirilən şəxsin ifadəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaqda hər hansı şiddət və döyülməyə məruz qalmasının araşdırılması məqsədilə xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına sorğu göndərilmiş və həmin sorğuya xx.xx.2023-cü il tarixli cavab məktubundan aydın olur ki, Təqsirləndirilən şəxs bədən səthinin müayinəsi zamanı yeni zədə və xəsarət izləri aşkar olunmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 21 iyun 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “odlu silah” anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750-İİQ nömrəli Qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan “Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı” Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən “odlu silah” dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. Əntiq odlu silahlar və onların modelləri daxili qanunvericiliyə müvafiq olaraq müəyyən edilir. Lakin, 1899-cu ildən sonra istehsal olunan odlu silahlar heç bir halda əntiq silahlara aid edilmir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanunu və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkərlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-nin 228-ci maddəsi çıxış edir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1, 3, 5 və 6-cı bəndlərinə əsasən silah - canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir; mülki silah - özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır; döyüş sursatı - müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır; soyuq silah konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində hər hansı odlu silahın olmadığını, polis əməkdaşları tərəfindən döyüldüyündən və təzyiqlərə məruz qaldığından onun etirafedici ifadələr verdiyini, özünü ona verilmiş ittihamda təqsirli bilmədiyini göstərsə də, məhkəmə onun həmin dəlillərini özünümüdafiə xarakterli dəlillər kimi qiymətləndirərək əsassız hesab edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs istintaqın əvvəlindən sonunadək özünü ona elan edilmiş ittihamda təqsirli bilmiş, hətta silahı satmaq məqsədi olduğu üçün polis idarəsinə təqdim etmədiyini söyləmiş, ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən ona hər hansı zor və fiziki güc tətbiq edilib-edilməməsi ilə bağlı müstəntiq tərəfindən verilmiş suallara cavab olaraq ona hər hansı fiziki zor tətbiq edilmədiyini, ona qarşı heç bir qanunsuz hərəkətlər fiziki və psixoloji təzyiq olmadığını bildirmişdir. Bundan başqa cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 13 fevral 2023-cü il tarixdə saxlanılaraq şübhəli şəxsi qismində tutulmuş və 15 fevral 2023cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Barəsində məhkəmədə həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxılarkən də özünü törətmiş olduğu əməldə təqsirli bilmiş və ona qarşı hər hansı təzyiq və şiddətin olması ilə bağlı məlumat verməmişdi. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Bundan başqa təqsirləndirlən şəxsin ifadəsi əsasında onun bədənində hər hansısa bir xəsarətin olub-olmamasını müyyən etmək üçün məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçildikdən sonra saxlandığı 3 saylı İstintaq Təcridxanasına sorğu göndərilmiş və əldə edilmiş tibbi müayinə aktındanda müəyyən edilmişdir ki, üzərində hər hansı zədə və xəsarət olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi üzərində odlu silahın olmaması, polis əməkdaşları tərəfindən döyüldükdən sonra ona verilərək özününmüş kimi təqdim etməsinə məcbur edilməsi ilə bağlı ifadəsini özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir və belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahid ifadələri, "Şəxsi axtarış və götürmə aparılması haqqında” 13 fevral 2023-cü tarixli protokoldan və məhkəmə baxışı zamanı “DVD-R” diskə baxış keçirilərkən, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə obyektiv qiymət verməklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş və onun əməli düzgün olaraq həmin maddə ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini və “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumata əsasən himayəsində 1966-cı il təvəllüdlü atasının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs CM-nin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə, CM-nin 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-in 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablandığından Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli 13 fevral 2023-cü il tarixindən hesablanmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən Təqsirləndirilən şəxs CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut - şəxsi axtarış və götürmə zamanı istifadə edilmiş videoçəkilişin görüntülərini özündə saxlayan “DVD” disk cinayət işinin materiallarında saxlanılmalı və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nərimanov Rayon Polis İdarəsinin maddi sübutların saxlama yerinə təhvil verilmiş 01 ədəd nömrəsi silinmiş, 9 mm kalibrli “Makarov” konstruksiyalı tapança, 02 ədəd 9x18 mm kalibrli patronlar, 01 ədəd 08 ədəd 9x18 kalibrli patronları yerləşdirilməsi üçün nəzərədə tutulmuş daraq hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq müddətində hüquqlarını müdafiə etmiş Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il, 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 13 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - şəxsi axtarış və götürmə zamanı istifadə edilmiş videoçəkilişin görüntülərini özündə saxlayan “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut - 01 ədəd nömrəsi silinmiş, 9 mm kalibrli “Makarov” konstruksiyalı tapança, 02 ədəd 9x18 mm kalibrli patronlar, 01 ədəd 08 ədəd 9x18 kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş daraq hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. İşdə mülki iddia yoxdur. Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən ibtidai istintaq müddətində təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatı üçün cəmi 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) gündən 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar