Məhkəmə qərarları › İş №1(005)-251/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-251/2025

13.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-251/2025 13.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 15:30 Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclas katibi Hüseynov Gülsüm Üzeyir qızının katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 nümayəndəsi və vəkili “Mərkəz” Vəkil Bürosunun vəkili Nümayəndə1, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X6 və onun vəkili Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1986-cı il təvəllüdlü Gürcüstan Respublikasında doğulmuş, Rusiya Federasiyasının vətəndaşı, evli, ali təhsilli, həkim kosmetoloq işləyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında yaşayan X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X9 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs X10 xüsusi ittihamçı X9 tərəfindən ondan ötrü ittiham olunmuşdur ki, X10 özünəməxsus “İnstagram” sosial şəbəkəsində "xxxx" MMC-in rəhbəri X5 ünvanına təhqiramiz paylaşımlar etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 2017-ci ildən özünü güya həkim-kosmetoloq kimi təqdim edən, heç bir tibbi təhsili olmayan, heç bir xüsusi icazəsi (lisenziyası) olmayan X10 müxtəlif sosial şəbəkələrdə bizə məxsus uğurlu estetik nəticələri əks etdirən fotoşəkilləri mənimsəmiş və öz “instaqram” sosial platformasındaki durumdan (profildən) paylaşmağa başlamışdır. Buna cavab olaraq ona bu hərəkətləri dayandırılmasına və gələçəkdə də təkrarlanmaması barədə şifahi məlumat vermişik. Lakin həmin şəxs tərəfindən etikadan kənar, təhqiramiz sözləri bizim ünvanımıza yağdırmış, hətta açıq şəkildə sosial şəbəkələrdə canlı yayım açaraq orda da davam etdirmişdir. Nizami rayon məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin qətnaməsi ilə (sədrlik edən hakimi cənab Elnur Nuriyev) 2(007)-279/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə, X6 üzərinə X5, X2 ünvanına işlədilmiş təhqiramiz söz və ifadələrə və onların ‘‘Laser Beauty ” adı altında fəaliyyət göstərən gözəllik salonları şəbəkəsi barəsində yaydığı həqiqətə uyğun olmayan, yalan məlumatlara görə X3 və X1 üzr istəməsi vəzifəsi qoyulmuş, həmçinin eyni davranışlar X7 qadağan edilməsi və vurulmuş mənəvi ziyana görə xeyrinə 10000 (on min) manat məbləğində pul vəsaiti tutulması qət edilmişdir. Məlum qətnamə qanuni qüvvəsin almış və icra olunmuşdur. Yuxanda qeyd olunan və qüvvədə olan qətnaməyə baxmayaraq, X10 yenidən xx.xx.2023-cü il tarixdə özünə məxsus və instaqram sosial şəbəkəsi tərəfindən tanınmış (göy rəngdə tanınma nişanı) “_dr.elnara_" profili adı altında yenidən bizi və Klinikanın ünvanına təhqiramiz post paylaşmışdır və şərh hissəsində bizi təhqir etmək üçün şərait yaratmışdır. Məlum paylaşım məhkəməyə (1) disk vasitəsi ilə təqdim edilir. Həmin profildə qeyd edilmişdir ki, “Fikirlərinizi əsirgəlməyin, Bumeranq, Hərkəs bilməlidiki bütün etdiklərini yaşatdıqlarını yaşamadan ölməyəcək insan, belkə çoxunuzun xəbəri yox, amma vaxt var idi bu iki bacı ən öndə gedən həkimlərimizin torbasını tikirdi, onlardan biridə mən idim, etmədikləri pislik qalmamışdır, heç vaxt qisasımı almadım bunların səviyyəsinə düşmədim, sadəcə illər öncə Allaha tapşırdım, buda sonuç, əminəm ki “pulnan hamını həmişəki kimi satın ala bilmiyəcəklər bu dəfə ən azı”, həmçinin xeşteklər “neoldupaşinyan, xeber, sonxeber, kosmetoloq, cerrah, fəsadları, saxta". Məlum paylaşımda isə X5 foto-şəkili, Klinikanın “Ncapol” filialının həkimi Natavan xanım Əmirovanın şəklini, həmçinin Klinikaya məxsus olan “X17" loqosunu paylaşmışdır. Yuxarıda paylaşımda qeyd olunan sözlər, böhtandır, yeni yalan olduğunu bilə-bilə bizim şərəf və ləyaqətimizi ləkələyən, nüfuzdan salan paylaşımları kütləvi informasiya vasitəsində yaymışdır, həmçinin ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan etmışdır. Belə ki, bizi rüşvət vermədə və ya hansısa yollar ilə kimlərisə susdurmaqda ağır ittiham etməklə böhtan etmişdir. Nərimanov rayon məhkəməsinin 1(005)-88/2024 saylı xx.xx.2024-cü il tarixli (sədrlik edən hakim cənab V.Qurbanov) Hökmü ilə, X10 AR CM-nin 148-ci maddəsi ilə təqsirli bilinmiş və ona 1000 manat cərimə edilmişdir. Həmin Hökmdən apellyasiya şikayətləri verilmiş və Bakı Apellyasiya məhkəməsinin 1(103) 152/2024 saylı xx.xx.2024-cü il tarixli Hökmü ilə (sədrlik edən hakim cənab Z.Hüseynov), X10 barəsində AR CM-nin 148-ci maddəsi ilə təqsirli bilinmiş və 1000 manat cərimə edilmişdir. AR Ali məhkəməsinin 1(102)-2431/2024 saylı xx.xx.2024-cü il tarixli Qərarı ilə (sədrlik edən hakim cənab T.Muxtarov) X6 verdiyi kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya məhkəməsinin Hökmü dəyişdirilmədən qüvvədə qalmışdır. Məlum Hökm E.Rzayeva tərəfindən icra edilmişdir. Bundan sonra mülki qaydada Nərimanov rayon məhkəməsinə müraciət etmiş, X10 tərəfindən işlətdiyi sözlərə görə üzr istəməsi və mənəvi ziyanın tutulmasın xahiş etmişik. Nərimanov rayon məhkəməsinin 2(005)-287/2025 saylı xx.xx.2025-ci il tarixli (sədrlik edən hakim cənab R.Quliyev) iddia qismən təmin edilmiş, üzr istəməsi və 500 manat mənəvi ziyanın tutulması qət edilmişdir. Daha sonra X10 apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(103) -2908/2025 saylı qətnaməsi ilə, apellyasiya şikayəti təmin edilməmiş və rayon məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə qalmışdır. Elə həmin günü məhkəmə iclası bitəndən sonra X10 özünə məxsus instaqram sosial şəbəkəsində “dr.elnaraest’ adlı profilindən yenidən böhtan və təhqiredici məlumatlar paylaşmış və islah olunmamasını açıq şəkildə göstərmişdir. Məlum paylaşımlar qoşma kimi əlavə olunur. Paylaşımda isə aşağdakı sözlər yazılmışdır : “gör kimlər mənə söz atır, hələdə bəlanızı almısız bəs eləmir? Nə demişəm nə yazmışamsa vaxşı eləmişəm. Mənim yalanın “üzür" istəməyimə görə nə qədər zülümlər çəkirsiz, mən ilkin mənbə olmamışam, siz bütün ölkədə və bütün palnetdə “maseynik” kimi tanınırsız, küçəyə belə çıxanda hər kəs üzünüzə tüpürür, bütün ölkə sizə qarqış edir, siz elə bilirsiz bu dəfədə hamınızı satın almaqla, məni susmağa məcbur edəcəksiz? Başınız daşa döyəçəksiz siz, helə Allah sizi elə bir günə qoyacaqki siz mənim adımı xatırlamatacaqsınız, maseynik bajilar və maseynik ananız və o kişilərdən xoşlanan vəkiliniz. Bu üzür və ya təqzib hcçnəvo dəyişməyəcək bunuda bir kənara yazın. Nəinki siz sizdən olanlarda sizin qazandığınız ahları ödüyəçək, çox az qalıb onada. Siz şeytanlığınızdan vaz gəcməyin, məndə duamdan” “gör kimlər e məni qorxudur, hamida bilir hansı yolnan nəyi necə çıxartmısız, sizcə mən bundan qorxacam? Bu dəfə sizi it balasi kimi cirpacam sonra “üzür” istəyəcəm, sonra birdə sonra birdə sonra birdə və bu belə bitməyəçək, taki siz cəhənəmə gedənə qədər görə gedənə qədər, di gedin bunuda şikayət edin tulalar. Tulasız, e işinizi gücünüzü atıb 10 ildi arxamnan yapışmısız, qapı qapı gəzirsiz pullar xərcləyirsiz o haram qazandığınızı. Mənim kimi olmaq istediz amma alınmadı ki alınmadı. Necədə qorxaxsızki məni necə rəqib güclü rəqib bilirsiz ki 24 saat cindir kimi məni şikayət edirsiz, konçennive s....xi. sizə tərbiyə verənin üzünə tupurum. sizi əkəndə doğanda görbagör olsun. Amin. Həşərat kimi adamdan elçəkmillər, milçək ağcaqanad yığını, inşallah bütün elədiyinizin bəlasini ən əziziniz ödəsin! Allah elə belə versinki sizə, siz birazda olsaz Allahtan qorxub camahatın həyatınan rədd olasiz! Mənim duam sizin üstünüzdədi hər zaman. İki cihandada yaxanızdayam ” “qınamıram e, özümkülər ətrafım yaxınlarım belə mənim paxılığımı çəkirsə, gözlər götürmür, qaldi isə sizi kimi ermənilər neyləsin?? Neynəməlisiz e təbii ki yanırsız, paxıllıq xainlik aç gözlük. İnsaallah hər gün hər elədiyinizi qustuğunuz kimi bunuda ən əziziniz qussun! amin inşallah! Heç bir duam yerdə qalmadı buda qalmayacaq! ən azı 10 ildiki hər gün hər saniyə evə min dənə məktub göndərir bu tulalar. Ana bir tərəfdən bala bajilar işçiləri erməni nəsli bir tərəfdən, bezdik tay. Anava de o yavlıgı mundarlamasın basman çıxartsın. Birdə ən birinci o cəhənəmə gedəçək, az qalıb. ” “bəzilər sual verirki: bu “........” sizinlə dərdi nədi? Cavab: heçnə dərdi odurki mən 2016-20217-ci illərdən bu yana suni geli və bular vurub şikəst elədiyi bədən dolğuları ilə insanları ayıtmışam. Çağrış eləmişəmki etməyin ziyandı, sübutlar yetirmişəm. Təbii ki mən tək, haram qazanmaqlarına mane olmuşam belə deyək, bunlar mənə dedi ki sən susmalısan, məndə susmadım və o gün bu gün, görün neçə ildi bu qancıqlar bu ermənilər əlçəkmir. Bunların harasınan qazandığı haram pullarla istədiyinə nail olurlar. Bu dünyada həmişə düzgün danışırsan itirir çox vaxt, belə pozğunlar isə qazanır, amma müvəqqəti. Geci tezi var amma, hər kəs ektiyinin yüz qatını yeyeçək yeyirdə. Allahın bir mücüzəsidiki bular məni dəfələrlə öldürmək istəyiblər, amma Allah imkan verməyib, evdə bunlardan nə qədər məktub var görsətsəm şok olacaqsız. Sizin haram pulunuzla o qərarı verənlərdə elə sizin tayınızdı-çünki bütün saxta kitay öldürücü dərmanlarla işləyiİlər. Heç bir yanda hörmət sahibi deyillər. Hamı bilir hansı yuvanın quşudular” Hesab edirik ki, ağır və xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyəti yaratdığı üçün qanunla nəzərdə tutulan cinayət əməli törədilmişdir. Belə ki. öz postunda qeyd etmişdir ki “Allahın bir möcüzəsidiki bular məni dəfələrlə öldürmək istəyiblər” bu hissədə isə onu öldürmək, (AR CM-nin 120-ci maddəsi ) bilə-bilə ağır və xüsusilə ağır cinayətdə ittiham etməkdə böhtan atmışdır. X9 barəsində İnstagram sosial şəbəkəsində yaydığı böhtan və təhqir xarakterli məlumatlarla bağlı X10 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, 147.2-ci və 148-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçı X9 şikayətin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, X10 2016-2017-ci illərdə onunla bağlı paylaşımlar etməyə başlamışdır. Ən sonuncu paylaşımında hətta anasına qarşı da təhqiramiz ifadələr işlətdiyini qeyd etmişdir. Belə ki, barəsində sosial şəbəkədə paylaşılan təhqir və böhtan xarakterli məlumatlar onun şəxsi və peşəkar fəaliyyətinə ciddi mənfi təsir göstərmiş, cəmiyyətdə formalaşmış nüfuzuna xələl gətirmiş, işgüzar əlaqələrinin zəifləməsinə, ona qarşı etimadın azalmasına və normal fəaliyyətinin pozulmasına səbəb olmuşdur. Barəsində məhkəmə qərarı çıxandan dərhal sonra yenidən paylaşımlar etməyə başlamışdır. X5 Azərbaycan Respublikasının CM-nin 147.1, 147.2 və 148-ci maddələri ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X10 özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilmədiyini “dr_elnaraest” instagram səhifəsinin ona aid olmadığını, özünün istifadə etmədiyini, həmin səhifəyə hücumlar olunduğunu və səhifədəki paylaşımları başqa şəxslər etdiyini qeyd etmişdir. Bundan başqa “iki bacı” ifadəsinin yalnız Rəna və Fidan bacılarına aid ola bilməyəsəyini, nə klinikanın nə də ki, adlarının yazılarda göstərilmədiyini bildirmişdir. Barəsində çıxarılan məhkəmə qərarlarında qeyd olunanlar, qarşı tərəfin şər və böhtanlarıdır. Brəsində ədalətli qərar qəbul edilməsini, barəsində bəraət verici qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasına ittiham tərəfinin vəsatəti əsasında dəvət olunmuş şahid X12 bildirmişdir ki, “Laser Beauty” klinikasında işləyir. İllərdir Rəna xanımla Elnara xanım arasında məhkəmə mübahisələrinin olduğundan məlumatları var idi. Elnara Rzayeva tərəfindən dəfələrlə Rəna Soltanova barəsində təhqir və böhtan xarakerli yazılardan ibarət paylaşımlar sosial şəbəkələrdə olmuşdur. Sonuncu dəfə klinikada olarkən Rəna Soltanovanın halının pisləşdiyinin şahidi olmuş və səbəbini soruşduqda yenidən Elnara Rzayeva tərəfindən paylaşımlar edildiyi deyilmişdir. Bütün klinikanın əməkdaşlarının məlumatı oldu bu paylaşılan yazıdan. Məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, təhqir xarakterli məlumatların əks olunduğu yazı Elnara Rzayevanın instagram şəbəkəsinin status bölməsində yer almışdır. Açıq səhifə işlətdiyi üçün hamı görmüşdü paylaşımı. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Məhkəmə linqvistik ekspertizası tərəfindən təqdim edilmiş “5.1. Nitq fəaliyyəti məhsullarının tədqiqi” ilə bağlı xx.xx.2025-ci il tarixli, 4/1236 nömrəli rəyindən görünür ki, X10 tərəfindən "dr.elnaraest" adlı profildə paylaşılmış yazılarda qarşı tərəfin əməllərində cinayət hallarının təsvirinə yönəlmiş məlumatlar:-həmin şəxslərin insanlara qarşı Çin istehsalı olan zəhərli dərmanlar tətbiq etdikləri, süni gellər vuraraq şikəst etdikləri, haram (qanunsuz) pullar qazandıqları, "maşennik" (dələduz) olduqları, E.Rzayevanı öldürmək istədikləri, öz təsdiqini tapmadığı təqdirdə böhtan xarakterli məlumatlar kimi qiymətləndirilə bilər. Həmin məlumatların həqiqiliyinin müəyyən edilməsi hüquqi araşdırmaya aid olub, ekspert-linqvistin səlahiyyətlərinə aid deyil. 2.X10 tərəfindən "dr.elnaraest" adlı profildə paylaşılmış yazılarda təhqir xarakterli söz və ifadələr müəyyən edilmişdir. Həmin söz və ifadələr belədir: "maşennik", "tula", "qancıqlar", "sizi it balası kimi çırpacam", "hər kəs üzünüzə tüpürür", "cındr kimi məni şikayət edirsiz, konçenniye ş...xi", "yanırsız, paxıllıq, xainlik, acgözlük", "pozğunlar", "sizə tərbiyə verənin üzünə tüpürüm" və s. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İnformasiya-Kommunikasiya İdarəsinin xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, Cinayət işinin istintaqı ilə əlaqədar "dr.elnaraest" "drelnaraestaz", "dr_elnaraest" adlı instagram sosial şəbəkəsinə aid olan hesabların kimə məxsus olması, həmin hesabların qeydiyyat və giriş İP ünvanları, İP ünvanlarının kim tərəfindən istifadə və idarə olunması, profillərin hansı mobil nömrələrlə qeydiyyatdan keçməsi, profil sahiblərinin İD kart nömrəsi, profillərin hansı cihazlardan istifadə edilməklə idarə edilməsi, İP ünvanlarının hansı qeydiyyat Ünvanları vasitəsi ilə istifadə edilməsi, həmin profillərin hansı İP ünvanları ilə istifadə edilməklə yaradılması, profil sahiblərinin elektron poçt ünvanları, pasport, istifadəçi və şəxsiyyəti müəyyən edən digər məlumatların Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyindən əldə edilməsinə dair məhkəmə qərarının icrası nazirliyin texniki imkanları xaricində olduğu qeyd edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(005)-88/2024 saylı hökmünə əsasən X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat məbləğində cərimə cəzasına məhkum olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(103)-1152/2024 saylı hökmündən aydın olur ki, X10 tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(005)-88/2024 saylı hökmündən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş X6 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayətin tərkibi olmadığından ona həmin maddələr üzrə bəraət verilmiş, Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməklə ona 1000 anat məbləğində cərimə cəzası təyin olunmuşdur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024cü il tarixli 1(102)-2431/2024 saylı qərarından aydın olur ki, X6 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məkəməsinin xx.xx.2025-ci il tarixli 2(005)-287/2025 saylı qətnaməsindən görünür ki, cavabdeh X6 üzərinə X9 və X11 ünvanına işlədilmiş təhqiramiz söz və ifadələrə, barəsində yaydığı həqiqətə uyğun olmayan, yalan məumatlara görə onlardan bu ifadələrin yayıldığı “instagram” internet platformasında öz durumu (profili) vasitəsilə üzr istəməsi vəzifəsi qoyulmuşdur. Eyni davranışların edilməsi qadağan olunmuşdur. İddiaçı X9 və X13 dəymiş mənəvi zərər görə 500 manat pul cavabdeh X4 tutularaq ödənilməsi qərara alınmışdır. Bakı şəhəri Probasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan aydın olur ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(103)-1152/2024 saylı hökmü ilə X7 təyin edilmiş 1000 manat cərimə cəzası tərəfindən ödənilmişdir, xx.xx.2024-cü il tarixli idarənin qeydiyyatından çıxarılmışdır. Şikayətə əlvə edilmiş DVD disk görüntülərinə baxış keçirilməsi zamanı müəyyən edilmişdir ki, “dr.elnaraest’ adlı instagram səhifəsində Elnara Rzayevaya aid şəxsi foto şəkillər və vidro materiallar mövcuddur. Həmçinin profilinin status (durum) bölməsində şikayətdə qeyd olunan məzmunda ifadələrin əks olunduğu yazılar paylaşılmışdır. Hüquqi məsələlər: “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2015ci il tarixli, 3 saylı qərarının 2-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli Qərarının 5-ci bəndində göstərilir ki, “Böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Həmin Qərarın 5-ci bəndində göstərilmişdir ki, “böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 147.2-ci maddəsinə əsasən Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmənin hüquqi mövqeyi: Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iş üzrə "dr.elnaraest" adlı instagram profilində payaşılmış məlumatların internet informasiya ehtiyatlarında kütləvi nümayiş etdirilməsi işin mübahisəsiz halıdır. Belə ki, paylaşılmış məlumatlar “İnstagram” sosial şəbəkəsində “dr.elnaraest” adlı profil tərəfindən yayılmışdır. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür ki, instagram sosial şəbəkəsi də informasiyanın yayılması üçün istifadə olunan informasiya ehtiyatıdır. Bundan əlavə məhkəmə yayılmış məlumatların təhqir olub-olmaması ilə bağlı məsələyə dair bildirir ki, təhqir yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma başa düşülür. Cinayət obyektiv cəhətdən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini istənilən formada alçatma ilə deyil, məhs “nalayiq” formada qəsdən alçatma ilə törədilir. Təhqiredici ifadələrin və ya hərəkətlərin nalayiq olması qiymətləndirilən anlayışdır və onun cəmiyyətdə qəbul-edilmiş mənəvi-əxlaqi dəyərlərə, birgə yaşayış normalarına, ümumi bəşəri prinsiplərə uyğun müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, instagram sosial şəbəkəsində “dr.elnaraest” adlı profildə paylaşılmış ifadələr nalayiq və jarqon leksikaya aid ifadələr kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Məhkəmə linqvistik ekspertizası tərəfindən təqdim edilmiş “5.1. Nitq fəaliyyəti məhsullarının tədqiqi” ilə bağlı xx.xx.2025-ci il tarixli, 4/1236 nömrəli rəyindən görünür ki, "dr.elnaraest" adlı profildə paylaşılmış yazılarda "maşennik", "tula", "qancıqlar", "sizi it balası kimi çırpacam", "hər kəs üzünüzə tüpürür", "cındr kimi məni şikayət edirsiz, konçenniye ş...xi", "yanırsız, paxıllıq, xainlik, acgözlük", "pozğunlar", "sizə tərbiyə verənin üzünə tüpürüm" və s.kimi sözlər təhqir xarakterli söz və ifadələr olduğu müəyyən edilmişdir. Məhkəmə yayılmış məlumatların böhtan olub-olmaması ilə bağlı məsələyə dair bildirir ki, böhtan cinayəti obyektiv cəhətdən yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymada ifadə olunur. Böhtanla bağlı cinayət məsuliyyətinin yaranması üçün üç hal müəyyən edilməlidir. 1. Məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması; 2. Həmin məlumatların doqru olmaması; 3. Məlumatın yayılması. Məhkəmədə tədqiq edilən sübutlarla müəyyən olunur ki, xüsusi ittiham qaydasında verilmiş şikayətdə və ona əlavə edilmiş dvd disk görüntülərində əks olunan paylaşılmış məlumatlarda ciddi ittihamlar (həmin şəxslərin insanlara qarşı Çin istehsalı olan zəhərli dərmanlar tətbiq etdikləri, süni gellər vuraraq şikəst etdikləri, haram (qanunsuz) pullar qazandıqları, "maşennik" (dələduz) olduqları, E.Rzayevanı öldürmək istədikləri) mövcuddur. Bununla əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Məhkəmə linqvistik ekspertizası tərəfindən təqdim edilmiş “5.1. Nitq fəaliyyəti məhsullarının tədqiqi” ilə bağlı xx.xx.2025-ci il tarixli, 4/1236 nömrəli rəyindən qeyd olunur ki, X10 tərəfindən "dr.elnaraest" adlı profildə paylaşılmış yazılarda qarşı tərəfin əməllərində cinayət hallarının təsvirinə yönəlmiş məlumatlar:-həmin şəxslərin insanlara qarşı Çin istehsalı olan zəhərli dərmanlar tətbiq etdikləri, süni gellər vuraraq şikəst etdikləri, haram (qanunsuz) pullar qazandıqları, "maşennik" (dələduz) olduqları, E.Rzayevanı öldürmək istədikləri, öz təsdiqini tapmadığı təqdirdə böhtan xarakterli məlumatlar kimi qiymətləndirilə bilər. Göründüyü kimi, ekspertiza rəyinə, eləcə də mənəvi-əxlaqi dəyərlərə əsasən sosial platformada paylaşılan ifadələr xüsusi ittihamçının şərəf və ləyaqətini alçatması, cəmiyyətdə barəsində mənfi rəy yaranmasına səbəb olan ifadələr kimi qiymətləndirilməlidir. Yayılmış məlumatların doğru olub-olmamasına münasibətdə məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin hərəkətlərində CM-in 147-ci maddəsinə nəzərdə tutulmuş cinayət tərkibinin olmasını müəyyən etmək üçün yayılan böhtan xarakterli məlumat təqsirkar şəxs üçün bilərəkdən yalan olmalıdır. Məlumatın qəsdən yalan olması o deməkdir ki, təqsirkar şəxs onların real olmadığını aşıq-aşkar bilir. Lakin, məhkəmə iclasında təqsirləndirilən yayılmış məlumatların doğru olması ilə bağlı məhkəməyə hər hansı möhtəbər sübut təqdim etmədiyindən, eləcə də hər iki tərəfin arasında illərlə davam edən mübahisənin olması nəzərə alınmaqla Elnara Rzayevanın həmin məlumatları paylaşması Rəna Soltanovanın şərəf və ləyaqətini alçatmaq, onu nüfuzdan salmaq məqsədi daşıdığı qənaətinə gəlməyə imkan verir. Bununla yanaşı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsdə ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmaya görə cinayət məzuliyyəti mövcud deyildir. Belə ki, paylaşılan məlumatda qeyd olunan ifadələrdən də aydın olur ki, (həmin şəxslərin insanlara qarşı Çin istehsalı olan zəhərli dərmanlar tətbiq etdikləri, süni gellər vuraraq şikəst etdikləri, haram (qanunsuz) pullar qazandıqları, "maşennik" (dələduz) olduqları, E.Rzayevanı öldürmək istədikləri, məni dəfələrlə öldürmək istəyiblər) kimi böhtan xarakterli ifadələr Cinayət Məcəlləsinə əsasən cinayətlərin təsnifatına görə ağır və xüsusilə ağır cinayət kimi qiymətləndirilə, həmin cinayətlər kateqoriyasına aid edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməlində CM-nin 147.2-ci maddəsinin tərkib əlamətləri mövcud deyil. Məhkəmə həmçinin bildirir ki, təqsirləndirilən şəxs X10 tərəfindən məhkəmə istintaqında instagramda "dr.elnaraest" adlı profilin ona aid olmaması, eləcə də həmin profilin oğurlanması, paylaşımların başqa şəxslər tərəfindən edilməsinə dair ifadəsi, eləcə də yazılan ifadələrin təhqir olmaması, “iki bacı” adlanan şəxslərin Rəna və Fidan bacıları hesab edilməməsi barədə çıxışlarına münasibətdə məhkəmə, təqsirləndirilən şəxs Elnara Rzayevanın ifadəsini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir və məsuliyyətdən boyun qaçırmaq məqsədi güddüyü qənaətinə gəlir. Belə ki, X6 "dr.elnaraest" adlı profilin ona aid olmamasına münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş dvd disk görüntüsündən aydın olur ki, "dr.elnaraest" adlı səhifədə Elnara Rzayevanın özünün və ailə üzvlərinin şəkilləri, eləcə də şəxsi videoları mövcuddur. Bu da həmin profilin və ya səhifənin Elnara Rzayeva tərəfindən idarə edildiyini təsdiq edir. Bundan başqa profildə paylaşılan ifadələr, cümlə quruluşları, eləcə də “mənim yalandan üzr istəməyimə görə nə qədar zülmlər çəkirsiniz”, “ən azı 10 ildirki hər gün hər saniyə evə məktub göndərir”, “mən 2016-2017-ci ildən bu yana suni geli bunlar vurub..” kimi ifadələrdən aydın olur ki, X10 ilə X9 arasında məhkəmədə tədqiq edilmiş əvvəlki məhkəmə qərarlarında mövcud olan eyni məzmunlu ifadələr işlədilmişdir. Həmçinin mövcud məhkəmə qərarlarından da aydın olur ki, tərəflər arasında uzun müddətli məhkəmə mübahisələri olmuşdur. Məhkəmə hesab edir ki, X6 məhkəmə istintaqında verdiyi ifadəsi məhkəmə iclasında bir-birini tamamlayan sübutlarla təkzib edilir. Məhkəmə, xüsusi ittiham qaydasında şikayət üzrə təqsirləndirilən şəxsin, xüsusi ittihamçının, şahid ifadələrini, eləcə də məhkəmə-linkvistik ekspertizasının rəyini və digər sübutları araşdıraraq hər birinə ayrı-ayrılıqda qiymət verərək belə nəticəyə gəlir ki, X6 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi mövcud deyildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 42.1 və 42.1.2-ci maddələrinə əsasən Məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsin əməlində cinayət tərkibinin olmaması müəyyən edildikdə, onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. 55.1-ci maddəyə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Göstərilənlər nəzərə alınaraq məhkəmə hesab edir ki, X6 əməlində ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma cinayətinin tərkibi olmadığından ona Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə bəraət verilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi kütləvi nümayiş etdirilən informasiya ehtiyatında Rəna Soltanovanın şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatları yayması mənbəyinin mötəbərliyi və əldə edilməsi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən sübutlarla təsdiq edildiyindən X10 Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinməklə həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 59-cu maddəsinə X6 əməlində cəzanı yüngülləşdirən hal kimi azyaşlı övladının olmasını nəzərə alır. 61-ci maddəsinə əsasən X6 əməlində ağırlaşdıran hallar mövcud deyildir. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 66.2-ci maddəyə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Beləliklə məhkəmə hesab edir ki, X7 cəza təyin edilərkən, törədilmiiş cinayətin xarakteri və ictimai təhlükəsizlik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, X8 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci madəsi üzrə, eləcə də 148-ci maddəsi üzrə ona aylıq qazancından dövlət nəfinə müəyyən faiz pul tutulmaqla islah işləri cəzası təyin edilməlidir. Məhkəmə X10 barəsində “Konstitusiya və Suverenlik İli» münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı tətbiq edilməklə, X10 ona təyin olunmuş cəzadan azad olunmalıdır. Həmin Qərarın 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1-1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 1.16-cı bəndində öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər nəzərdə tutulmuşdur. Qərarın 6 və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, təqsirləndirilən şəxs X6 əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs X6 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 1.12-cı bəndinin təsiri altına düşdüyündən o, ona təyin olunmuş cəzadan azad edilməlidir. İş üzrə 02 (iki) ədəd DVD disk maddi sübut hesab edilərək iş materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci 220 (iki yüz iyirmi) manat X4 tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42, 44, 351-353, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs X6 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi olmadığından ona həmin maddə üzrə bəraət verilsin. X10 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona aylıq qazancından dövlət nəfinə 10 (on) faiz pul tutulmaqla 06 (altı) ay müddətə islah işləri cəzası təyin edilsin. X10 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona aylıq qazancından dövlət nəfinə 10 (on) faiz pul tutulmaqla 06 (altı) ay müddətə islah işləri cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsini rəhbər tutaraq, X7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri üzrə təyin olunmuş cəzalar qismən toplanılmaqla, ona aylıq qazancından dövlət nəfinə 10 (on) faiz pul tutulmaqla 10 (on) ay müddətinə islah işləri cəzası təyin edilsin. X10 barəsində “Konstitusiya və Suverenlik İli» münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı tətbiq edilməklə, X10 ona təyin edilmiş cəzadan azad edilsin. Maddi sübut - 02 (iki) ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 220 (iki yüz iyirmi) manat X4 tutularaq dövlət büdcəsinə köçürülməlidir. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar