Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-252/2022 13.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs nümayəndəsi – “BM Morrison və partnyorları” Vəkil Bürosunun vəkili X7, Təqsirləndirilən şəxs və müdafiəçisi – 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 04 avqust 1998-ci ildə Zərdab şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, X21 Kompleksi, ev 240, mənzil 5 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi ilə «Mercedes-Benz C220» minik markalı, Az **-ZM-*** dövlət qeydiyyat nişanlı texniki cəhətdən saz vəziyyətdə olan avtomobili 31 oktyabr 2021-ci il tarixdə, saat 22:31də Bakı şəhəri, Nərimanov rayonu C.Hacıbəyli küçəsi ilə Vaqif prospekt istiqamətində 40 km/saat sürətlə idarə edərkən piyada keçidinə quraşdırılmış svetoforun hərəkəti qadağan edən qırmızı siqnalının yandığından «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərini, yəni svetoforun qadağan edici qırmızı işığında avtomobili yolayrıcısına daxil etməməklə, hərəkət üçün təhlükəli şərait yaratmamaqla, svetoforun qadağanedici siqnalı verdikdə nəqliyyat vasitəsini stop-xətti qarşısında dayandırmasına riayət etməklə yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda, həmin yol hərəkəti qaydalarını pozub svetoforun qadağan edici qırmızı işığında hərəkəti davam etdirməsi ehtiyyatsızlıqdan C.Hacıbəyli küçəsi 53 ünvanına piyada keçidinə daxil olub yolu soldan sağa keçmək istəyən Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan avtomobilin qabaq hissəsi ilə vurmasına və qapalı müştərək kəllə beyin travması, baş-beyin sirkələnməsi, alın-təpə payında subaraxqoidal qansızma, alın sümüyünün orta xətdən hər iki tərəfə doğru gedən, sol əng cibinin ön-yan divarında və burun sümüyündə yerinidəyişmiş sınıqlar, sağ baldır sümüklərinin sınığı, V bel İ oma fəqərələrin sağ yan çıxıntısının və sağ oturaq sümüyünün yerdəyişmiş sınığı, alın, burun və üz nahiyəsinin əzilmiş-cırılmış yaraları kimi xəsarətlərlə müşayiət olunan sağlamlığına ağır zərər vurmasına səbəb olmuşdur. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən və zərərçəkmiş şəxsin, ifadələri, ekspertiza rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-nin 263.1-1 -ci maddəsi ilə elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 31 oktyabr 2021-ci il tarixdə saat 22:30 radələrində etibarnamə əsasında idarə etdiyi «Mercedes Benz C 220» markalı, **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsi ilə Vaqif prospekti istiqamətində soldan ikinci zolaqda təxminən 40 km/saat sürətlə hərəkət etmişdir. İdarə etdiyi avtomobillə Ə.Qasımzadə küçəsi ilə kəsişmədə yerləşən yolayrıcına çatmağına az qalmış oturacağın üzərində olan mobil telefonu avtomobilin salon hissəsinin ayaqaltısının üzərinə düşmüşdür. O, əyilib telefonu götürmək istədiyi zaman diqqəti yoldan yayınmış və diqqətini yola cəmlədikdə bir nəfər piyadanın piyada zolağı ilə avtomobil yolunu adi yerişlə soldan sağa keçdiyini görmüşdür. Bu səbəbdən əyləcdən istifadə etmiş, lakin hadisənin qarşısını ala bilməmiş, nəticədə idarə etdiyi avtomobilin qabaq hissəsi ilə həmin piyadanı vurmuşdur. O, avtomobili saxladıqdan sonra yerə enmiş və ilk öncə piyadaya yaxınlaşmışdır. Daha sonra tanımadığı şəxslərdən kimsə 103 xidmətinə zəng etmişdir. Bir dəqiqə sonra hadisə yerinə həkimlər gələrək vurmuş olduğu piyadanı xəstəxanaya aparmışlar. Bundan sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və o, hadisə yerinə gələn qohumu Poladla birlikdə Sabunçu rayon 3 saylı Şəhər Kliniki Xəstəxanasına getmişdir. Avtomobili isə hadisə yerində qalmış, lakin həmin xəstəxanada vurulmuş piyadanı tapa bilməmişlər. Bundan sonra onlar Travmatologiya xəstəxanasına getmiş, lakin həmin xəstəxanada da piyadanı tapa bilməmişlər. Bir qədər sonra yeznəsi Şahid2 Polada zəng edərək, xəsarət alan piyadanın X17 aparıldığını və hazırda X1, səhhətinin orta ağır olduğunu bildirmişlər. Bu səbəbdən Poladla birlikdə X17 gedib orada İlkinlə görüşdükdə, İlkin piyadanın arvadının xəstəxanaya gəldiyini, lakin hazırda çıxıb getdiyini bildirmişdir. Bundan sonra İlkin istifadəsində olan mobil nömrəsindən piyadanın arvadı Arzu xanıma zəng edərək, hazırda xəstəxanada olduqlarını bildirib, onunla görüşmək istədiklərini demişdir. Onlar bir neçə saat xəstəxananın həyətində dayandıqdan sonra xəstənin vəziyyətinin stabil olduğunu öyrənib Poladla birlikdə Nərimanov Rayon Polis İdarəsinə gəlmişlər. Hadisələrin təsadüfi axarı zəminində ilk dəfə cinayət törətməsini, zərərçəkmiş şəxsə dəymiş maddi zərəri tam olaraq ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hazırda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı şikayəti, iddiası və tələbi yoxdur. Məhkəmə iclasına dəvət edilməsinə baxmayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmədə iştirak etməmişdir. Müdafiə tərəfinin razılığı ilə məhkəmə istintaqında onun ibtidai istintaqda vermiş olduğu ifadəsi elan olunmuşdur. İbtidai istintaq zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs vermiş olduğu ifadədən aydın olur ki, o, 31 oktyabr 2021-ci il tarixdə təxminən saat 22:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsində yerləşən avtomobil yolunu keçməyə qərara almışdır. Bu məqsədlə işıqforun yaşıl işığında yer üstü piyada keçidinə daxil olub Dədə Qorqud parkı istiqamətinə doğru hərəkət etməyə başlamış, işıqforun qırmızı işığı yandığı üçün bütün avtomobillər dayanmışdır. O, piyada keçidində bir neçə addım atmışdır ki, həmin küçə ilə üzü Vaqif prospekti istiqamətində hərəkətdə olan sonradan markasını «Mercedes-Benz» markalı bildiyi avtomobil qabaq hissəsi ilə onu piyada keçidinin üzərində vurmuşdur. Zərbə nəticəsində o, yerə yıxılmış və huşunu itirmişdir. Ayılanda artıq X1 görmüşdür. Bundan sonra müalicəsini Dövlət Təhlükəsizlik Xidmətinin Hospitalında davam etdirmişdir. Hadisə nəticəsində o, ağır dərəcəli bədən xəsarəti almışdır. Məhkəmə iclasına şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 00:00 radələrində Anar onun mobil nömrəsinə zəng edib, ağlayaraq, bir neçə saat öncə Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsində idarə etdiyi avtomobillə hərəkətdə olan zaman bir nəfər piyadanı vurduğunu bildirərək hadisə yerinə gəlməyini xahiş etmişdir. Bundan sonra o, dərhal Anarın dediyi hadisə yerinə getmiş və orada polis əməkdaşlarının olduğunu görmüşdür. Bundan sonra orada bir nəfər tanımadığı şəxs piyadanın TTYS avtomobili tərəfindən 3 saylı ŞKX-yə aparıldığını bildirdmişdir. Daha sonra o, Anarla birlikdə 3 saylı ŞKX-yə getmişdir. Orada müəyyən etmişlər ki, C.Hacıbəyli küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış şəxs 3 saylı ŞKX-ya gətirilməmişdir. Bundan sonra onlar Travmatologiya xəstəxanasına getmişlər, lakin həmin xəstəxanada da həmin piyadanı tapa bilməmişlər. Bu zaman Anarın yeznəsi Şahid2 ona zəng edərək piyadanın KTM-nə aparıldığını və səhhətinin orta ağır olduğunu bildirmişdir. Bundan sonra o, Anarla birlikdə xəstəxanaya getmişlər, xəstəxanada İlkinlə görüşdükdə, İlkin onlara piyadanın arvadının xəstəxanadan çıxıb getdiyini, lakin istifadəsində olan mobil nömrəsini götürdüyünü bildirmişdir. Bu səbəbdən o, İkindən həmin qadına zəng etməsini xahiş etmişdir. İlkin istifadəsində olan mobil nömrəsindən piyadanın arvadı Arzu xanıma zəng edərək, hazırda xəstəxanada olduqlarını bildirib, onunla görüşmək istədiklərini demişdir. Lakin Arzu xanım onlardan xəstəxanada dayanmaqlarının mənasının olmadığını bildirərək ertəsi gün xəstəni DTX-nin Hərbi Hospitalına aparılacağını bildirərərk, təxminən 11-12 radələrində DTX-nin Hospitalına gəlməyimizi xahiş etdi. Daha sonra bir qədər xəstəxananın həyətində dayandıqdan sonra xəstənin vəziyyətinin stabil olduğunu öyrənib oradan Anarla birlikdə Nərimanov RPİ-nə gəlmişlər. Məhkəmə iclasına şahid qismində dindirilmiş Şahid2 Əlisəfa oğlu ifadəsində bildirdi ki, 31 oktyabr 2021-ci il tarixdə saat təxminən 23 radələrində qohumu Təqsirləndirilən şəxs ona zəng edərək bildirmişdir ki, idarə etdiyi avtomobillə adam vurmuşdur. Anar ona demişdir ki, hadisə yerinə gələn Poladla birlikdə 3 saylı Səhər Xəstəxanasına gedəcəklər, o, isə X17 getsin və əgər piyada orada olsa onlara məlumat versin. Bu məlumatı aldıqdan sonra o, evdən çıxıb X17 getmişdir. X17 gəldikdən sonra Polada zəng edərək, xəsarət alan piyadanın KTM-yə gətirildiyini və səhhətinin orta ağır olduğunu bildirmişdir. Bundan sonra Anar və Polad KTM-yə gəldikdə o, onlara piyadanın arvadının xəstəxanaya gəldiyini, lakin hazırda çıxıb getdiyini demişdir. Bundan sonra o, piyadanın arvadı Arzu xanımın mobil nömrəsini öyrənib ona zəng edərək, hazırda xəstəxanada olduqlarını bildirib, onunla görüşmək istədiklərini demişdir. Lakin Arzu xanım onlardan xəstəxanada dayanmaqlarının mənasının olmadığını bildirərək ertəsi gün ərinin DTX-nin Hərbi Hospitalına aparılacağını bildirdi. Bir neçə saat xəstəxananın həyətində dayandıqdan sonra xəstənin vəziyyətinin stabil olduğunu öyrənib birlikdə Nərimanov RPİ-nə getmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında 01 noyabr 2021-ci il tarixli, 2/31617 nömrəli aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə törədərkən ayıq vəziyyətdə olmuş, alkoqol qəbulu əlamətləri aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X12- Təcrübi və Tədris Birliyinin canlı şəxsin ekspertizasının 27 noyabr 2021-ci il tarixli, № 430/MEŞ saylı rəyindən görünür ki, 1975-ci il təvəllüdlü Zərərçəkmiş şəxs “Qapalı müştərək kəllə beyin travması, baş beyin silkələnməsi, alın-təpə payında subaraxnoidal qansızma, alın sümüyünün orta xətdən hər iki tərəfə doğru gedən, sol əng cibinin ön-yan divarında və burun sümüyündə yerinidəyişmiş sınıqlar, sağ baldır sümüklərinin sınığı, V bel, İ oma fəqərələrinin sağ yan çıxıntısının və sağ oturaq sümüyünün yerdəyişmiş sınığı, alın, burun və üz nahiyəsinin əzilmiş-cırılmış yaraları kimi xəsarətlər aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsvirindən əmələ gəlmişdilər, törəmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2021-ci il tarixi inkar etmir, yol-nəqliyyat hadisəsi nəticəsində yarana bilərdilər və dərəcəsinə görə, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 8/3293 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, “Mercedes Benz C220” markalı, **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. AD № 715874 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin” surətindən görünür ki, **-ZM-*** dövlət qeydiyyat nişanlı, WDB2021211A311714 ban nömrəli, 2200 sm3 mühərrikli, gümüşü metallik rəngli “Mercedes Benz C220” minik markalı avtomaşın X4 məxsusdur. 10 oktyabr 2021-ci il tarixdə X5 tərəfindən verilmiş etibarnamənin surətindən görünür ki, **-ZM-*** dövlət qeydiyyat nişanlı, WDB2021211A311714 ban nömrəli, 2200 sm3 mühərrikli, gümüşü metallik rəngli “Mercedes Benz C220” minik maşının idarə edilməsi Təqsirləndirilən şəxs etibar edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X23 İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, DİN-in Baş X23 İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin komputer uçot bazasının məlumatlarına əsasən, xx.xx.1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdə “BC” kateqoriyalı AB 566509 nömrəli sürücülük vəsiqəsi verilmişdir və o, sürücülük hüququndan məhrum edilənlərin siyahısında yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. AZ-İİ № 125145 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X2 nikahı xx.xx.2015-ci il tarixdə 2 saylı Bakı Asan Xidmət Mərkəzində qeydə alınmışdır. "xxxx" Mənzil Tikinti Kooperativinin xx.xx.2022-ci il tarixli, AC-5xx/xx-2022 saylı arayışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 240-C, blok-1, mənzil-5b ünvanı X3 məxsusdur və həmin ünvanda oğlu Təqsirləndirilən şəxs, gəlini X6, nəvələri X8, X9 və X10 ilə birlikdə yaşayırlar. 28 fevral 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, iş üzrə «Mercedes-Benz C220» markalı, Az **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması və saxlanılmasından ötrü sahibinə təhvil verilməsi qərara alınmışdır. “Qətimkan tədbirinin seçilməsi barədə” 01 mart 2022-ci il tarixli qərardan və həmin tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxsin nümayəndəsi və vəkilinin məhkəməyə təqdim etdiyi notarial qayada təsdiqlənmiş, xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur. Məhkəmə toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulan əməlin törətməsi tam sübuta yetirilir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Təqsirləndirilən şəxs Akif oğlu ilə barışdığından o, cinayət məsuliyyətindən azad edilməli, iş üzrə icraata xitam verilməli, eyni zamanda Təqsirləndirilən şəxs əməlində inzibati məsuliyyət müəyyən edildiyindən onun inzibati məsuliyyətə cəlb edilməsi məsələsi ilə əlaqədar müvafiq materiallar Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə göndərilməlidir. Belə ki, CM-in 263.1-ci maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.1.2-ci maddəsinin tələbinə müvafiq olaraq bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır; 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır; 346.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında cinayət məsuliyyətindən azad etmə üçün əsasların olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə göstərilən halları, yəni Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında barışığın əldə edilməsini, habelə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq belə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən Təqsirləndirilən şəxs barəsində başlanılmış cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs əməllərinin inzibati məsuliyyətə səbəb olması məsələsi araşdırılması üçün hazırki qərarın surəti, qərar qanuni qüvvəsini aldıqdan sonra, ərazi aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə göndərilməlidir. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ləğv edilməlidir. Ekspertiza tədqiqatının dəyəri 100,0 manat təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Cinayət işi üzrə maddi sübut - «Mercedes-Benz C220» markalı, Az **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 43.1.2, 321, 321.2.1 və 384-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1- 1-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Ekspertiza tədqiqatının dəyəri 100,0 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Cinayət işi üzrə maddi sübut - «Mercedes-Benz C220» markalı, Az **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs əməllərinin inzibati məsuliyyətə səbəb olması məsələsi araşdırılması üçün hazırki qərarın surəti, qərar qanuni qüvvəsini aldıqdan sonra, ərazi aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə göndərilsin. Qərardan elan edildiyi gündən 20 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-252/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-252/2022
13.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver