Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-252/2023 16.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 15:55 Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – «Femida» Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1977-ci ildə Göyçay rayonu, Mallı Şıxlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Göyçay rayonu, Mallı Şıxlı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsində nömrəsiz evdə yaşayan və barəsində seçilmiş xx.xx.2023-cü il tarixli qərarla “başa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il qərarı ilə həbs qətimkan tədbiri ilə əvəz olunmuş həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Nərimanov Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs, özgənin əmlakını talama məqsədilə xx.xx.2023-cü il tarixdə saat 02 radələrində Bakı şəhəri, Nərimanov rayonu, S.Vurğun küçəsi 134 ünvanında yerləşən “Niaqara” restoranının qarşısında saxlanılmış Zərərçəkmiş şəxs etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz E240” markalı **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısını açıb avtomobilə daxil olaraq, avtomobilin saxlanc yerində olan Zərərçəkmiş şəxs məxsus portmanatın içərisindən 1200 manat pulu və həmin dövrün məzənnəsi ilə 36,30 manat təşkil edən 1500 rus rublunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1236,30 (bir min iki yüz otuz altı manat otuz qəpik) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, nömrəsiz evdə yaşayır. Heç bir yerdə işləmir, işsizdir. xx.xx.2023-cü il tarixdə saat 02 radələrində Bakı şəhəri, Nərimanov rayonu, S.Vurğun küçəsi 134 ünvanının yaxınlığından, “Niaqara” restoranının qarşısından keçən zaman orada dayanacaqda saxlanılmış “Mercedes Benz E240” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil onun diqqətini çəkmişdir. Həmin avtomobilin içərisinə baxan zaman avtomobilin qapılarının açıq olduğunu görmüşdür. Bundan əlavə avtomobilin oturacaqlarının arasında portmanat görmüşdür. Ətrafda onu görə biləcək heç kimin olmamasına əmin olduqdan sonra avtomobilin qabaq sağ sərnişin üçün olan qapısını açıb avtomobilə əyləşmişdir. İki oturacağın ortasında olan saxlanc yerini açaraq oradan portmanatı götürmüşdür. Portmanatın içərisini açan zaman həmin portmanatın içərisində 300 manat, 01 ədəd 10 Avro, 04 ədəd 20 ABŞ dolları və 1500 Rusiya rublu olmuşdur. Oğurlamış olduğu 1500 Rusiya rublu bir nəfər şəxə 40 manat borcu olduğu üçün ona vermişdir. Oğurladığı 300 manatı isə müsəntiqə qaytarmışdır. Əməlindən peşmandır. Bütün bunları nəzərə alaraq barəsində yüngül cəza tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 02 radələrində idarə etdiyi avtomobillə ünvan 1 ünvanda yerləşən “Niaqara” restoranının qarşısında olan dayanacaqda saxlamışdır. Avtomobilin mühərrikini söndürərək avtomobildən düşmüşdür. Bundan sonra yaxınlıqda olan xatırlamadığı obyektə getmiş və orada dostları ilə çay içib təxminən saat 04 radələrində yenidən idarə etdiyi avtomobilin yanına qayıtmışdır. Avtomobilin yanına çatan zaman avtomobilin qapılarının açıq olduğunu görmüş və yadına düşmüşdür ki, avtomobildən düşən zaman avtomobilin qapılarını bağlamamışdır. O, avtomobildən düşən zaman avtomobilin saxlanc yerində olan portmanatının içərisində 1200 manat və 1500 Rusiya rubl pul olmuş və o, avtomobildən düşən zaman həmin portmanatı götürmək yadından çıxmışdır. Bundan sonra o, avtomobilini işə salaraq “Gənclik” metro stansiyası istiqamətində getmiş və orada yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsindən idarə etdiyi avtomobilə yanacaq doldurmaq istəmişdir. Yanacaqdoldurma məntəqəsinə çatan zaman saxlanc yerində olan portmanatından pul çıxartmaq istəyən zaman portmanatda pul olmadığını görmüşdür. Bundan sonra avtomobilindən oğurluq olduğuna əmin olduqdan sonra DİN-nin 102 zəng mərkəzinə zəng etmiş və baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 1236,30 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən ona ibtidai istintaq dövründə 300 (üç yüz) manat, məhkəmə istintaqı zamanı isə 200 (iki yüz) manat pul qaytarılmışdır. Eyni zamanda bildirmişdir ki, dəfələrlə pulu qaytaracağını bildirsə də tam olaraq qaytarmamış və etibarsız pul təqdim edərək yenidən aldatmağa da çalışmışdır. Şikayətçidir, barəsində müvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, o, ünvan 2 ünvanında qeydiyyatda olsa da faktiki olaraq ailəsi ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, nömrəsiz evdə valideyinləri ilə birlikdə kirayə yaşayır. “Mida” yaşayış kompleksində aparıcı topoqraf vəzifəsində işləyir. Təqsirləndirilən şəxs 6 ildən artıqdır ki, tanımışdır. xx.xx.2023-cü il tarixdə Anar onun istifadəsində olan mobil nömrəmə zəng etmiş və onunla görüşmək istədiyini bildirmişdir. O, Anarla razılaşdıqdan sonra onlar günorta saatlarında tibb universitetinin yaxınlığında görüşmüşlər. Görüş zamanı Anar pulu olmadığı üçün ondan 30 manat borc pul istəmişdir. O, da Anara etiraz etməyərək üzərində olan puldan 30 manatını Anara vermişdir. Anar 30 manatı ondan aldıqdan sonra bir həftə müddətində pulu qaytaracağına söz vermiş və çıxıb getmişdir. xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Anar o, yaşadığı ünvana gəlmiş və onun evinin qapısını döyərək onu həyətə çağırmışdır. O, həyətə çıxdıqdan sonra Anarla görüşmüşdür. Bundan sonra Anar ona 1500 rubl verərək borcunu qaytardığını bildirmişdir. O, Anardan rublu harada aldığını və 1500 rublun 30 manatdan bir az artıq etdiyini bildirmişdir. Anar isə cavabında Rusiya Federasiyasından dostunun gəldiyini və həmin 1500 rublu dostunun ona verdiyini, 1500 rublun isə 32 manat olduğunu bildirmişdir. Yolda gələn zaman banklarda 1500 rublu Azərbaycan manatına dəyişmək istəsə də, dəyişə bilmədiyi üçün ona rubl şəklində verdiyini demişdir. O, da heç nə deməyərək 1500 rublu Anardan almış və sonuncu ilə sağollaşaraq yaşadığı evə getmişdir. Məhkəmədə tədqiq edilən xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Zərərçəkmiş şəxs DİN-102 xidmətinə zəng edərək Niaqara restoranı qarşısında avtomobilində olan 1500 manat oğurlandığını akşar etdiyini barədə məlumat vermişdir. Məhkəmədə tədqiq edilən “Hadisə yerinə baxış keçirilməsi” haqqında xx.xx.2023-cü il tarixli protokoldan və foto cədvəllərdən görünür ki, oğurluq hadisə ünvan 4 ünvanında “Niaqara” restoranın qarşında saxlanılmış avtomobildə baş vermişdir. Məhkəmədə tədqiq edilən “İfadənin yerində yoxlanılması” haqqında 03 fevral 2023cü il tarixli protokoldan və foto cədvəllərdən görünür ki, Mamedov X2 rayonu, S.Vurğun küçəsi 134 ünvanında yerləşən “Niaqara” restoranın qarşısında dayanacaqda saxlanılmış “Mercedes Benz E240” markalı avtomobildən oğurluq etdiyini göstərmişdir. Məhkəmədə tədqiq edilən “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 05 aprel 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs dəymiş maddi ziyan 1236,30 manat hesablanmşdır. Məhkəmədə tədqiq edilən “Cinayət törətməkdə şühbəli olan şəxsin tutulması” haqqında 01 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə tədqiq edilən “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi” haqqında xx.xx.2023-cü il tarixində qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Ağır Cinayətlərə dair X4 Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 334.1, 67-ci maddəsi ilə təqsirli bilinərək barəsində 04 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2001-ci il tarixli Amnistiya qərarının 7-ci bəndinə əsasən azad edilmişdir. Ağır Cinayətlərə dair X4 Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1, 181.2.2, 181.2.5, 181.3.1-ci maddələri ilə təqsirləndiriləməsinə dair 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş xx.xx.2013-cü il tarixində cəzasının sonu ilə azad edilmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(006)-144/2017 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Məhkəmədə tədqiq edilən zərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş 1200 manat maddi ziyandan istintaq müddətində 300 manat, daha sonra isə 200 manat geri qaytarılmışdır. Məhkəmədə tədqiq edilən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)- 252/2023-cü il tarixili, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, təqsirəndirlən şəxs məhkəmə iclaslarına gəlməkdən yayındığı üçün barəsində axtarış elan edilməsi barədə qərar qəbul edilmiş və barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunmuşdur. Həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, birbiri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.1-cimaddəsi ilə tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs oğurlanmış pulun miqdarı ilə razılaşmaması ilə bağlı ifadəsini məhkəmə özünümüdafiə xarakteri daşıması qənaətinə gəlir. Belə ki, yaranmış ziddiyyətlər araşdırılmış, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş və şahid ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə vurduğu ziyanı qismən ödəməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində qanunvericiliyə əsasən cəzanı ağırlaşdıran hallar olmasa da onun əvvəllər müxtəlif məzmunlu cinayət əməlləri törətməklə azadlıqdan məhrumetmə cəzasına dəfələrlə məhkum olunmasına baxmayaraq yenidən cinayət əməli törətməsi onun islah yoluna qədəm qoymaması kimi qiymətləndirilməli, ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrumetmə cəzaları onun islah olunmasına xidmət etmədiyi qənaətinə gəlməli və bu halların şəxsiyyətini mənfi səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa X4 məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsi ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), yuxarıda qeyd olunan şəxsiyyətini mənfi səciyyələndirən hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, CM-nin 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzası azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Təqsirləndirilən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün (01-03 fevral 2023-cü il) ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərinə qəti olaraq cəza təyin edilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş "Femida" Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə "Femida" Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından görə "Femida" Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlaklar, mülki iddia, üzərinə həbs qoyulmuş əmlak, məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün (01-03 fevral 2023-cü il tarix) ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökm elan edildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən ibtidai istintaq müddətində təqsirləndirilən X1 hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 40 (qırx) iş saatı üçün 240 (iki yüz qırx) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq «Femida» Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №1(005)-252/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-252/2023
16.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver