Məhkəmə qərarları › İş №1(005)-253/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-253/2021

18.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-253/2021 18.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 18 fevral 2021-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanında fəaliyyət göstərən «909» marketin pəncərə şüşəsini dəmir alətlə sındırmaq yolu ilə əlini içəri salmaqla içəriyə qanunsuz daxil olub rəflərə düzülmüş 37 ədəd hər biri 2 manat 30 qəpik olan ümumi dəyəri 85 manat 10 qəpik təşkil edən «Wincestr Blue» markalı, 6 ədəd hər biri 2 manat 30 qəpik olan ümumi dəyəri 13 manat 80 qəpik təşkil edən «X5» markalı, 6 ədəd hər biri 1 manat 80 qəpik olan ümumi dəyəri 10 manat 80 qəpik təşkil edən «Magna Blue» markalı, 11 ədəd hər biri 1 manat 80 qəpik olan ümumi dəyəri 19 manat 80 qəpik təşkil edən «Magna Silver» markalı, 28 ədəd hər biri 1 manat 80 qəpik olan ümumi dəyəri 50 manat 40 qəpik təşkil edən «Magna Carbon» markalı, 18 ədəd hər biri 1 manat 60 qəpik olan ümumi dəyəri 28 manat 80 qəpik təşkil edən «X13» markalı, 2 ədəd hər biri 1 manat 60 qəpik olan ümumi dəyəri 3 manat 20 qəpik təşkil edən «X14» markalı, 4 ədəd hər biri 1 manat 60 qəpik olan ümumi dəyəri 6 manat 40 qəpik təşkil edən «X8 Blend» markalı, 10 ədəd hər biri 2 manat ümumi dəyəri 20 manat təşkil edən «Want Nano-White» markalı, 8 ədəd hər biri 2 manat olan ümumi dəyəri 16 manat təşkil edən «X15» markalı, 20 ədəd hər biri 2 manat 10 qəpik olan ümumi dəyəri 42 manat təşkil edən «Want Line X» markalı, 4 ədəd hər biri 2 manat olan ümumi dəyəri 8 manat təşkil edən «X16» markalı, 9 ədəd hər biri 1 manat 60 qəpik olan ümumi dəyəri 14 manat 40 qəpik təşkil edən «X19» markalı, 2 ədəd hər biri 1 manat 80 qəpik olan ümumi dəyəri 3 manat 60 qəpik təşkil edən «Argo Compact» markalı, 9 ədəd hər biri 1 manat 80 qəpik olan ümumi dəyəri 16 manat 20 qəpik təşkil edən «X20» markalı, 8 ədəd hər biri 1 manat 80 qəpik olan ümumi dəyəri 14 manat 40 qəpik təşkil edən «Prima Deluxe» markalı, 9 ədəd hər biri 2 manat 30 qəpik olan ümumi dəyəri 20 manat 70 qəpik təşkil edən «Palmall» markalı, 16 ədəd hər biri 1 manat 60 qəpik olan ümumi dəyəri 25 manat 60 qəpik təşkil edən «İmperial Classic» markalı, 9 ədəd hər biri 2 manat 10 qəpik olan ümumi dəyəri 18 manat 90 qəpik təşkil edən «West Silver» markalı, 6 ədəd hər biri 2 manat 30 qəpik olan ümumi dəyəri 13 manat 80 qəpik təşkil edən «Rotmans» markalı, 2 ədəd hər biri 1 manat 60 qəpik olan ümumi dəyəri 3 manat 20 qəpik təşkil edən «LD Compact» markalı, 3 ədəd hər biri 1 manat 80 qəpik olan ümumi dəyəri 5 manat 40 qəpik təşkil edən «Vikeroy S-Line» markalı, 12 ədəd hər biri 1 manat 80 qəpik olan ümumi dəyəri 21 manat 60 qəpik təşkil edən «Vikeroy N-Seriev» markalı, 7 ədəd hər biri 2 manat olan ümumi dəyəri 14 manat təşkil edən «Senate» markalı, 3 ədəd hər biri 1 manat 80 qəpik olan ümumi dəyəri 5 manat 40 qəpik təşkil edən «X17» markalı, 1 ədəd 1 manat 60 qəpik olan «More» markalı siqaretləri və 6 ədəd hər biri 8 manat 50 qəpik olan ümumi dəyri dəyəri 51 manat təşkil edən 700 ml-lik spirtli içki olan araqları gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 534 manat 10 qəpik maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 18 fevral 2021-ci il tarixdə saat 03 radələrində Nərimanov rayonu N.Nərimanov küçəsi ilə piyada olaraq hərəkət edib oğurluq üçün münasib mağaza axtarmağa başlamış, bu zaman həmin küçədə yerləşən yaşayış binasının altında bir mağaza görmüşdür. Yerdən dəmir alət tapıb mağazanın yan hissəsinə keçmişdir. Yan tərəfə keçməkdə məqsədi, pəncərənin qarşısına qoyulmuş siqaret və araqları oğurlamaq olmuşdur. Şüşəni sındırmış və əlini içəri salıb siqaretləri və 6 ədəd araqları götürüb hissə-hissə həmin yerdən kənarlaşdırıb kənara qoymuş və yerdən tapdığı kisəyə yığıb oranı tərk etmişdir. Oradan piyada olaraq 3-cü mikrorayon bazarı tərəfə gəlmiş və bazar ətrafında çöldə tanımadığı şəxslərlə oğurladığı araqları içmişlər. Səhər açıldıqda siqaretləri satmaq üçün 8 km bazarına gəlmiş, orada olan xatırlamadığı mağazaya yaxınlaşıb siqaretləri satmaq istədikdə polis əməkdaşları gəlib onu saxlamışlar. Polis əməkdaşlarına etdiyi oğurluğu etiraf etdib oğurladığı siqaretləri təqdim etmişdir. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək bunun nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 17 fevral 2021-ci il tarixdə axşam saatlarında mağazanı bağlayıb evinə getmiş və səhəri gün 18 fevral 2021-ci il tarixdə saat 08 radələrində marketə gəlib qapını açıb içəri daxil olmuşdur. Bu zaman kassanın arxasında olan siqaret qutuları yığılan rəfin boş olduğunu görmüşdür. Diqqətlə baxdıqda isə mağazanın çöl hissəsindən şüşənin sındırılaraq əl içəri salınmaqla siqaret qutuları oğurlanmışdır. Həmin vaxt mağazada hesab aparıldıqda əlavə olaraq hər birinin qiymətinin 8 manat 50 qəpik olan 6 ədəd 700 ml-lik araq şüşələrinin oğurlandığını da müəyyən etmişdir. Sonradan mağazada siqaretləri sayarkən mağazadan 37 ədəd «Wincestr Blue» markalı, 6 ədəd «X5» markalı, 6 ədəd «Magna Blue» markalı, 11 ədəd «Magna Silver» markalı, 28 ədəd «Magna Carbon» markalı, 18 ədəd «X13» markalı, 2 ədəd «X14» markalı, 4 ədəd «Fine» markalı, 10 ədəd «Want Nano-White» markalı, 8 ədəd «X15» markalı,20 ədəd «Want Nano X» markalı, 4 ədəd «X16» markalı, 9 ədəd «X19» markalı, 2 ədəd «Argo Compact» markalı, 9 ədəd «X20» markalı,8 ədəd «Prima Deluxe» markalı, 9 ədəd «Palmall» markalı, 16 ədəd «Classic İmperial» markalı, 9 ədəd «West» markalı, 6 ədəd «Rotmans» markalı, 2 ədəd «LD Compact» markalı, 3 ədəd «Vikeroy S-Line» markalı, 12 ədəd «Vikeroy N-Seriev» markalı, 7 ədəd «Senate» markalı, 3 ədəd «X17» markalı, 1 ədəd «More» markalı olmaqla ümumilikdə 250 ədəd siqaret oğurlanmışdır. Oğurluq nəticəsində ona ümumilikdə 534 manat 10 qəpik maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs ona vurulmuş ziyanın ödənilmədiyini və təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, 18 fevral 2021-ci il tarixdə saat 08 radələrində Nizami rayonu Qara Qarayev prospektində yerləşən 8 km bazarı ərazisində polis mayoru Şahid2la xidməti ərazidə olarkən bir nəfər şəxsin əlində çanta özünü şübhəli apararaq hərəkət etməsini görmüşlər. Onlar həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmiş və həmin şəxsdən özünü təqdim etməsini bildirmişlər. Müəyyən olunmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Sorğu zamanı Təqsirləndirilən şəxs səmimi etiraf edərək bildirmişdir ki, çantada olan əşyalar siqaretlərdir, həmin siqaretləri gecə saatlarında Nərimanov rayonu N.Nərimanov küçəsində olan mağazadan oğurlamış, satmaq üçün həmin yerə gəlmişdir. Onlar Təqsirləndirilən şəxs saxlayaraq aidiyyəti üzrə Nərimanov RPİ-nin 16-cı PB-nə təhvil vermişlər. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Bakı şəhəri Nizami RPİ-nin 24cü Polis Şöbəsinin əməkdaşı Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid2 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 7-ci vərəqində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” 18.02.2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi 5D ünvnaında yerləşən, “909” marketdir. Sözügedən “909” market 1 mərtəbədən ibarətdir. Marketin qarşısında asfalt örtüklü avtomobil yolu vardır. Marketin giriş qapısı plastik çərçivəli, şüşə materialdandır. Marketin qarşısında üzərində “Coca Cola” reklamı olan soyuducu vardır. Hadisə marketin yan tərəfində baş vermişdir. Küçə tərəfdən marketin şüşəsi sındırılaraq kassa aparatının arxa tərəfində yerləşən dolabdan siqaret qutuları və 06 ədəd araq içkiləri oğurlanmışdır. Hadisə yerinin fotoşəkilləri çəkilərək tərtib edilmiş protokola əlavə olunacaqdır. Cinayət işinin 36-37-ci vərəqələrində olan “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” 19 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 54-cü vərəqində olan “Təqdim etmə və götürmə barədə” 19.02.2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi X3 həmin protokolu ondan ötrü tərtib etmişdir ki, icraatında Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs oğurluğu əks etdirən 1 ədəd CD-R diski təqdim etmiş və həmin disk tərəfindən götürülərək cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 55-56-cı vərəqələrində olan “Təqdim olunmuş diskə baxış keçirilməsi haqqında” 19 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi X3 həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Zərərçəkmiş şəxs təqdim etdiyi 1 ədəd CD-R diskə Nərimanov RPİ-nin inzibati binasında xidməti otaqda Təqsirləndirilən şəxs, müdafiəçi X6 və X7 iştirakı ilə baxış keçirmişdir. Zərərçəkmiş şəxs təqdim etdiyi 1 ədəd CD-R diskin içərisində olan 3 ədəd fayllara baxış keçirilmişdir. Baxış zamanı müşahidə kamerasının qeydə aldığı 3 ədəd faylda əks olunan görüntülərdə bir nəfər əynində gödəkcə və başında gödəkcə kapşonu olan şəxsin 18 fevral 2021-ci il tarixdə saat 03 radələrində Nərimanov rayonu, N.Nərimanov küçəsi 5D ünvanında fəaliyyət göstərən “909” adlı marketin ətrafında gəzişməsi, ətrafa boylanması, mağazaya yaxınlaşıb içəriyə baxması, daha sonra bir neçə dəfə əlində araq şüşələri və siqaretlər mağazanın yan hissəsindən çıxaraq oğurladığı əşyaları bir qədər aralıda gizlətməsi müəyyən olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs bildirdi ki, həmin video görüntüdəki kapşon gödəkcəli şəxs özüdür. Baxışda iştirak edən mütəxəssis X12 bildirdi ki, video müşahidə kamerasının gecə çəkilişində görüntü ağ fonda qeydə alındığından gödəkcə ağ kimi göstərilmişdir. Cinayət işinin 76-78-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 20.02.2021-ci il tarixli, 4(005)-207/2021 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimakan tədbirinin seçilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddətinin 03 ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 19 fevral 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin 89-91-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 05.03.2021ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Sonuncu dəfə o, Bakı Şəhəri Nəsimi Rayon Məhkməsinin 29.05.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 01.08.2018-ci il tarixli qərarı ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 01.08.2018-ci il tarixli hökmü dəyişdirilərək Təqsirləndirilən şəxs cəza müddəti 02 il 09 aya endirilmişdir. 05.10.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinin 93-96-cı vərəqələrində olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 29.05.2018-ci il tarixli, 1(006)-207/2018 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 05 yanvar 2018-ci il tarixdən hesablanması hökm edilmişdir Cinayət işinin 98-101-ci vərəqələrində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01.08.2018-ci il tarixli qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 may 2018-ci il tarixli, 1(006)-207/2018 saylı hökmünün məhkuma cəza təyin edilməsi hissəsində dəyişdirilməsi, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təyin olunmuş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilməsi, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Cinayət işinin 104-107-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 mart 2021-ci il tarixli, 9/1032 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş, 27 qutu Azərbaycan Respublikası aksiz markası ilə markalanmış, Azərbaycan Respublikası istehsalı olan siqaretlərin 2021-ci ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 51,60 manat müəyyən edilir. Cinayət işinin 109-110-cu vərəqələrində olan “Maddi sübut kimi tanınma haqqında” 29 mart 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanında fəaliyyət göstərən «909» marketdən oğurlanmış 37 ədəd «Wincestr Blue» markalı, 6 ədəd «X2» markalı, 6 ədəd «Magna Blue» markalı, 11 ədəd «Magna Silver» markalı, 28 ədəd «Magna Carbon» markalı, 18 ədəd «X13» markalı, 2 ədəd «X14» markalı, 4 ədəd «X10 Blend» markalı, 10 ədəd «Want Nano-White» markalı, 8 ədəd «X15» markalı, 20 ədəd «Want Line X» markalı, 4 ədəd «X16» markalı, 9 ədəd «X19» markalı, 2 ədəd «Argo Compact» markalı, 9 ədəd «X20» markalı, 8 ədəd «Prima Deluxe» markalı, 9 ədəd «Palmall» markalı, 16 ədəd «İmperial Classic» markalı, 9 ədəd «West Silver» markalı, 6 ədəd «Rotmans» markalı, 2 ədəd «LD Compact» markalı, 3 ədəd «Vikeroy S-Line» markalı, 12 ədəd «Vikeroy N-Seriev» markalı, 7 ədəd «Senate» markalı, 3 ədəd «X17» markalı, 1 ədəd «More» markalı siqaretlərin maddi sübut kimi tanınması və saxlanılmasından ötrü Zərərçəkmiş şəxs təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin 112-ci vərəqində olan 29.03.2021-ci il tarixli qəbzdən görünür ki, Əsgərzadə X4 rayon Polis İdarəsinin müstəntiqi Etibar Hüseynovdan siqaretləri təhvil almışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsi ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu (Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01.08.2018-ci il tarixli qərarı ilə) hazırkı cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. Beləliklə də, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 2 (iki) il müddətinin axımı onun Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01.08.2018-ci il tarixli qərarı ilə təyin edilmiş 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardığı gündən, yəni 05.10.2020-ci il tarixdən hesablanır. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs cinayət əməlini 18 fevral 2021-ci il tarixdə törətmiş və həmin əməli törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yəni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur.». Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı 19 fevral 2021-ci il tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6.,), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan 37 ədəd «Wincestr Blue» markalı, 6 ədəd «X2» markalı, 6 ədəd «Magna Blue» markalı, 11 ədəd «Magna Silver» markalı, 28 ədəd «Magna Carbon» markalı, 18 ədəd «X13» markalı, 2 ədəd «X14» markalı, 4 ədəd «X10 Blend» markalı, 10 ədəd «Want Nano-White» markalı, 8 ədəd «X15» markalı, 20 ədəd «Want Line X» markalı, 4 ədəd «X16» markalı, 9 ədəd «X19» markalı, 2 ədəd «Argo Compact» markalı, 9 ədəd «X20» markalı, 8 ədəd «Prima Deluxe» markalı, 9 ədəd «Palmall» markalı, 16 ədəd «İmperial Classic» markalı, 9 ədəd «West Silver» markalı, 6 ədəd «Rotmans» markalı, 2 ədəd «LD Compact» markalı, 3 ədəd «Vikeroy S-Line» markalı, 12 ədəd «Vikeroy N- Seriev» markalı, 7 ədəd «Senate» markalı, 3 ədəd «X17» markalı, 1 ədəd «More» markalı siqaretlərin zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 60 (altmış) iş saatına görə 360 (üç yüz altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 19 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 37 ədəd «Wincestr Blue» markalı, 6 ədəd «X2» markalı, 6 ədəd «Magna Blue» markalı, 11 ədəd «Magna Silver» markalı, 28 ədəd «Magna Carbon» markalı, 18 ədəd «X13» markalı, 2 ədəd «X14» markalı, 4 ədəd «X10 Blend» markalı, 10 ədəd «Want Nano-White» markalı, 8 ədəd «X15» markalı, 20 ədəd «Want Line X» markalı, 4 ədəd «X16» markalı, 9 ədəd «X19» markalı, 2 ədəd «Argo Compact» markalı, 9 ədəd «X20» markalı, 8 ədəd «Prima Deluxe» markalı, 9 ədəd «Palmall» markalı, 16 ədəd «İmperial Classic» markalı, 9 ədəd «West Silver» markalı, 6 ədəd «Rotmans» markalı, 2 ədəd «LD Compact» markalı, 3 ədəd «Vikeroy S-Line» markalı, 12 ədəd «Vikeroy N- Seriev» markalı, 7 ədəd «Senate» markalı, 3 ədəd «X17» markalı, 1 ədəd «More» markalı siqaretlərin zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 50 (əlli) manat təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 60 (altmış) iş saatına görə 360 (üç yüz altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar