Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-253/2022 05.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı Xalıq oğlunun, müdafiəçi “Yusifbəyli və Partntorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs hüquqi varisi X6 iştirakları ilə xx xxxx 1962-ci ildə Qubadlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2anında yaşamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 2019-cu ilin oktyabr ayının əvvəllərində X7 tanışı Zərərçəkmiş şəxs məxsus İvane Cavaxişvili adına Tibilisi Dövlət Universitetinin 2015-ci il tarixli, TSU 135678 saylı həkim somotoloq bakalavr diplomunu tanış və əlaqələrinin vasitəsi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyində nostrifikasiya (tanıtma) etdirəcəyinə dair yalandan vəd verib aldatmaqla, ondan ünvan 3 ünvanında yerləşən metronun yaxınlığında 5.500 manat, bir neçə gün sonra isə ünvan 4 ünvanında yerləşən Tofiq Bəhramov adına Respublika stadionunun ön giriş qapısının qarşısında 6.500 manat, ümumilikdə 12.000 manat nağd pulu vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb ələ keçirmiş, lakin vədinə əməl elməyərək Zərərçəkmiş şəxs qeyd olunan məbləğdə, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, X8 2019-cu ildən etibarən tanımışdır. Onunla Şahid vasitəsi ilə tanış olmuşdur. Müseyib ona Cavanşirin yaxın bir adamın xarici diplomunun tanıtmağı və təsdiqlədirmək istəyini bildirmişdir. O, bu işi yaxın tanışları vasitəsi ilə bunu edə biləcəyini bildirmişdir. Bundan sonra, Cavanşir ilə onu Müseyib 02 oktyabr 2019-cu ildə tanış etmiş və onlar söhbət etmişlər. Cavanşir həmin diplomun tanınmasını istədiyini bildirmişdir. O, ona həmin diplomun tanınması üçün 11.000 manata başa gələcəyini bildirmiş və bu söhbətdən təxminən 2 gün sonra Cavanşir və Müseyiblə Nizami rayonu, Q.Qarayev prospektində yerləşən metronun yaxınlığında görüşmüş və orada o, ona 6000 manat pul və X16 Respublikasında Tibb Unverisitetini bitirməsinə dair diplomu, həmin şəxsin şəxsiyyət vəqsiqəsinin surətini vermişdir. Bundan sonra, təxminən 2 gün keçmiş ikinci dələ o, Cavanşir və Müseyib ilə Gənclikdə yerləşən Tofiq Bəhramov adına respublika stadionunun qarşısında görüşmüş və Cavanşirdən 5000 manat məbləğində pul almış və ona təxminən bir ay ərzində həmin diplomu təsdiqlədirəcəyinə söz vermişdir. Bundan sonra o, 2019-cu ilin noyabr ayında Diplomların təsdiqi xidmət servisinə həmin sənədləri göstərmiş və 100 manat məbləğində həmin servisə pul ödəmişdir. Lakin, həmin sənədlərdə müəyyən uyğunsuzluq olduğundan onun tanınması mümkün olmamış və Cavanşirdən aldığı 11.000 manat pulu şəxsi ehtiyaclarına sərf etmək qərarına gəlmişdir. Həmin müddət bitdiyindən Cavanşir ondan pulu geri istəmiş və onlar görüşdükdən sonra o, ona məsələni həll edəcəyini bildirmişdir. Lakin, onun həmin vaxtı çox məbləğdə tanışlarına pul borcu olduğuna görə pulu Cavanşirə qaytara bilməmişdir. Cavanşir ona pulu vermiş şəxsin ondan pulunu geri istədiyini bildirmiş və o, həmin şəxsin pulunu qaytarmaq üçün kimdənsə faizə pul götürüb pulu həmin şəxsə qaytardığını bildirmişdir. Cavanşir ondan 11.000 manat əvəzinə 15000 manat pulu ona qaytarmalı olduğunu bildirmiş və o, məcburiyyət qarşısında qalıb Cavanşirə öz xətti ilə iltizam-qəbz yazmışdır. Həmin iltizam qəbzdə o, Təqsirləndirilən şəxs 2019-cu ilin oktyabr ayında diplomun tanınması üçün 15.000 (on beş min) manat pul aldığını, 15 fevral 2020-ci il tarixdən gec olmayaraq onun 15000 (on beş min) manat pulunu qaytaracağını qeyd etmişdir. Həmin qəbz-iltizam onun tərəfindən imzalanmış və bu qəbz-iltizamı yazarkən iştirak edən şəxslər X9, Şahid və X11 imzaları ilə təsdiqləmişlər və o, həmin qəbz-iltizamı Cavanşirə vermişdir. O, diplomun təsdiqi ilə bağlı heç bir vəzifəli şəxsə müraciət etməmiş, o sadəcə olaraq dost-tanışların vasitəsi ilə həmin diplomu təsdiq etdirəcəyini Cavanşirə bildirmiş, lakin cəhdləri alınmamışdır. Lakin həmin müddətdə o, Cavanşirə pulu ödəyə bilmədiyi üçün Cavanşir ondan polisə şikayət etmişdir. 22 sentyabr 2020-ci il tarixdə o, Cavanşir Kazımovdan almış olduğu 11.000 manat pulu ona 23 sentyabrda qaytaracağına dair yazılı iltizam vermişdir. Lakin qeyd olunan məbləğdə pulu maddi imkanı olmadığına görə qaytara bilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, 2015-ci ildə X2 sotomotoloji fakültəsini bitirmişdir. 2019-cu ilədək o, diplomu Təhsil Nazirliyində təsdiq etmək üçün çalışmış və müəyyən səbəblərdən diplomun tanıdılması mümkün olmamışdır. Həmin ərəfədə hazırda xatırlamadığı bir nəfər şəxsə bu barədə danışsa da həmin şəxs ona məsələni həll edə biləcəyini bildirmişdir. Təxminən söhbətdən bir neçə gün sonra 2019-cu ilin sentyabr-oktyabr aylarında onunla Nərimanov parkının aşağı hissəsində görüşmüş və həmin şəxs ona bu məsələnin 12.000 manata həll olunacağını bildirmişdir. O, həmin şəxslə razılaşaraq, diplomun surətini və şəxsiyyət vəsiqəsinin surətini ona vermişdir. Həmin şəxs ona təxminən 2 ay ərzində diplomu təsdiqlətdirəcəyinə söz vermişdir. Lakin həmin müddətə diplomun təsdiqi məsələsi öz həllini tapmadığı üçün o, həmin şəxsdən pulunu geri tələb etmişdir. Təxminən bir müddət sonra həmin şəxs ondan almış olduğu 12.000 manat pulu və sənədlərin surətlərini ona qaytarmışdır. Ona heç bir maddi ziyan dəyməmiş və heç kimə qarşı iddiası və tələbi yoxdur. O, X8, Təqsirləndirilən şəxs tanımamış və onlara diplomumun təsdiqi ilə bağlı heç vaxtı müraciət etməmişdir. Sonda zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs şikayətçi olmadığını bildirdi. Məhkəmə iclasında mülki iddiaçı qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs təxminən 2019-cu ildə tanımışdır. 2019-cu ilin sentyabr-oktyabr aylarında bir nəfər hazırda xatırlamadığı şəxs ona sonradan adının Zərərçəkmiş şəxs olan şəxsin X3 bitirdiyini, alı təhsil haqqında diplomunun Təhsil Nazirliyində təsdiqlətdirmək istədiyini bildirmişdir. O, həmin şəxsə bununla bağlı maraqlanıb bildirəcəyini demişdir. Bununla bağlı o, tanışı Müseyibə bildirmiş və o, ona bu işi Təqsirləndirilən şəxs həll edə biləcəyini söyİəmişdir. Müseyib bu işi həll edəcək tanışının olmasını, həmin şəxsin Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Onlar xx.xx.2019-cu il tarixdə Nərimanov parkında Şahmuradla görüşmüş, bu barədə söhbət etmişlər. Şahmurad işin alınması üçün 12000 manat ondan pul istəmişdir. O, Şahmuradla razılaşmışdır. Bundan sonra, o, həmin məsələni ondan xahiş etmiş şəxslə görüşmüş və həmin şəxs ona 12.000 manat pul vermişdir. Təxminən 1-2 gün sonra Şahmuradla zəngləşib Nizami rayonu Qara Qarayev küçəsində yerləşən metronun yaxınlığında Müseyibin iştirakı ilə 5.500 manat pulu, diplomun surətini və şəxsiyyət vəsiqəsinin surəti ilə birlikdə vermişdir. Qalan pulu isə diplomu təsdiqlədikdə Şahmurada verəcəkmiş. Şahmurad ona sənədi 1 ay ərzində təsdiqlədirəcəyinə vəd vermişdir. Bir neçə gündən sonra Şahmurad qalan pulu ondan istəmiş və artıq işin həll olunmaq üzrə olduğunu bildirmişdir. O, Şahmurada inanmış, T.Bəhramov adına Respublika stadionunun ön giriş qapısının qarşısında görüşmüş və Şahmurada Müseyibin iştirakı ilə 6.500 manat pulu vermişdir. Cəmi 12000 manat pulu Müseyibin iştirakı ilə Şahmurada vermişdir. Müseyib Şahmurada cavabdeh olmasını qeyd etmişdir. Şahmurad 1 ay ərzində həmin diplomun təsdiq ediləcəyini bildirmişdir. Lakin, sonradan Şahmurad telefon zənglərinə cavab verməmişdir. O, bu barədə Müseyibə bildirdikdə, Müseyib də Şahmuradla danışacağını bildirmişdir. Şahmurad hazırki dövrə qədər onun pulunu qaytarmaqdan imtina etmişdir. Sonra ondan həmin şəxs pulunu geri tələb etməyə başlamış və o, məcbur olub bir nəfər şəxsdən faizə 12.000 manat məbləğində pul almış və pulu həmin şəxsə qaytarmışdır. Beləliklə faizlə bərabər ona 15000 manat maddi ziyan dəymişdir. Sonra o, Şahmuradla görüşmüş və ona bu barədə bildirmiş və Şahmurad ona şahidlərin iştirakı ilə faizlə bərabər 15.000 manat pul verəcəyini demiş və tanışları Ələsgərov İsmayılın, Müseyibin və Nəsibov Muradın iştirakı ilə qəbziltizam yazıb vermişdir. Şahmurad onun etibarından sui-istifadə etməklə onu aldadaraq dələduzluq etmişdir. O, da məcbur olub bu barədə polisə müraciət etmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Cinayət işinin 54-55-ci vərəqələrində olan Şahid istintaq orqanına verdiyi ifadəsindən görünür ki, o, X8 2019-cu ildən tanımışdır. O, onunla ortaq tanışı X15 vasitəsi ilə tanış olmuşdur. Münasibətləri yaxşı olmuş, hər hansı düşmənçiliyi və ədavəti olmamışdır. 2019cu ilin sentyabr ayının sonu oktyabr ayininin ilk günlərində Cavanşirlə görüşüb söhbət edərkən Cavanşir ona bir nəfər şəxsin Gürcüstan Respublikası ali təhsil haqqında diplomunun olmasını, həmin diplomun Təhsil Nazirliyində təsdiq etdirməyin lazım olduğunu bildirmişdir. O, da ona belə bir işi görəcək dostunun olmasını bildirmiş, Cavanşir və Təqsirləndirilən şəxs tanış etmişdir. Sonradan aralarında onlar söhbət etmişlər. Lakin, dəqiq xatırlamadığı vaxtda təxminən 2019-cu ilin oktyabr ayında Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində dəqiq xatırlamadığı ünvanda təxminən metronun yanında o, Cavanşir və Şahmurad ilə görüşmüş, Cavanşir Şahmurada 5.500 manat məbləğində pulu vermişdir. Qalan pulu isə işi düzəldəndən sonra verəcəyini bildirmişdir. O, maraqlandıqda Şahmurad ona Cavanşirin qohumunun diplomunu təsdiqlədəcəyini, lakin kimin vasitəsi ilə necə edəcəyi barədə heç nə deməmişdir. Şahmurad və Cavanşirdən eşitdiyinə görə diplomu təsdiqlətmək üçün ümumilikdə 12000 manata razılaşmışlar. Bundan sonra Gənclikdə həmin ərəfədə görüşmüş və Cavanşir Şahmurada 2-ci dəfə 6500 manat pul vermişdir. Daha doğrusu o, onlarla görüşə gələnədək artıq Cavanşir 6500 manatı Şahmurada vermişdir. Şahmuradın Cavanşirə verdiyi iltizam yazılarkən o, da iştirak etmişdir. Şahmuradın verdiyi iltizamda “Təqsirləndirilən şəxs tərəfindən tərtib edilmiş yazılı iltizam-qəbzə baxmış, həmin iltizamda “mən, Təqsirləndirilən şəxs 2019-cu ilin oktyabr ayında diplom tanınması üçün 15000(on beş min) manat pul almışam. Söz verirəm ki, 15 fevral 2020-ci il tarixdən gec olmayaraq onun 15000 (on beş min) manatını qaytaracam. İmza Təqsirləndirilən şəxs) olduğunu görmüşdür. Həmin iltizamda X10 0344309, Şahid 17297835, X20 imzası” qeyd edilmişdir. Şahmurada heç bir təziq edilmədən o, könüllü olaraq bu iltizamı yazmış, Cavanşirin ona vaxt verməsini istəməsi məqsədi ilə yazıldığını bildirmişdir. Bildiyinə görə Cavanşir 15.000 ona görə yazdırmışdır ki, Cavanşir ziyana düşmüş və cəmi ondan 12.500 deyil, 15.000 ödəməsini istəmişdir. Belə ki, bildiyinə görə Cavanşir kimdənsə almış olduğu 12.000 manat pulu faizə kimdənsə götürərək həmin şəxsə qaytarmış və bu səbəbdən 12.000 manat əvəzinə 15000 manat pul yəni faizləri ilə birlikdə Şahmuraddan istəmişdir. Şahmurad da razılıq verərək belə bir qəbz yazmışdır. Sonra məlum olmuşdur ki, Şahmurad onu və Cavanşiridə aldatmış, əldə etdiyi pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Həmin puldan ona heç bir məbləğdə pul verilməmişdir. O, Şahmurada inandığı üçün onu Cavanşirlə tanış etmişdir. Onun Cavanşirin xahişini həll etməkdən başqa heç bir niyyəti olmamışdır. Cinayət işinin 9-cu vərəqində olan Təqsirləndirilən şəxs tərəfindən tərtib edilmiş yazılı iltizam-qəbzdən görünür ki, Təqsirləndirilən şəxs oğlu 2019-cu ilin oktyabr ayında diplom tanınması üçün 15000 (on beş min) pul almışdır. Söz verir ki, 15 fevral 2020-ci il tarixdən gec olmayaraq onun 15000 (on beş min) manatını qaytaracaq. İltizam-qəbzdə Təqsirləndirilən şəxs, X1, Şahid və X4 imzaları qeyd edilmişdir. Cinayət işinin 71-72-ci vərəqələrində olan “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi X13, Azərbaycan Respublikası CPM-nin 51, 85, 87, 260 və 261-ci maddələrinə əsasən həmin protokolu ondan ötrü tərtib etmişdir ki, ********* saylı cinayət işi üzrə istintaq gedişində zərərçəkmiş şəxs qismində dindirilmiş X5 ifadəsini yerində yoxlamışdır. İfadənin yerində yoxlanılması zamanı X12 tanışının xarici ölkələrdən birində alınmış Universitet diplomunu təsdiqlətdirmək üçün ünvan 6 ünvanda yerləşən T.Bəhramov adına Respublika stadionunun qarşısında əvvəldən tanıdığı Təqsirləndirilən şəxs 2019-cu ilin oktyabr ayının əvvəllərində yəni sonuncu dəfə 6500 manat pul verdiyini bildirmişdir. Lakin sonuncu nə vədə əməl etmiş, nədə pulu qaytarmamışdır. Cinayət işinin 90-cı vərəqində olan “Axtarışda olan şəxsin tutulması barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində tutulmuş və Nərimanov Rayon Polis İdarəsini Müvəqqəti Saxlama Yerinə təhvil verilmişdir. Cinayət işinin 160-161-ci vərəqələrində olan “Qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında” 19 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi və onun saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. Cinayət işinin 170-179-cu vərəqələrində olan “Sübutların qiymətləndirilməsi barədə” 22 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs X7 vermiş olduğu iltizam-qəbz və Zərərçəkmiş şəxs adına olan ali təhsil haqqında diplomun surəti sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Cinayət işinin 203-204-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Dəymiş ziyan tam ödənilmiuşdir. Qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş 7 saylı Bakı “Asan Xidmət” mərkəzinin Qeydiyyat Şöbəsi tərəfindən 25 iyul 2022-ci il tarixdə verilmiş AZ İİ seriyalı, 285942 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, Təqsirləndirilən şəxs 07 iyul 2022-ci il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 16 nömrə ilə qeyd edilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs hüquqi varisi X14 tərəfindən xx.xx.2022ci il tarixdə yazılmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Bu səbəbdən də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair 1(005)-253/2022 saylı cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir; 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmədə işə baxılarkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra, yəni 07 iyul 2022-ci il tarixdə ölmüş və məhkəmədə sonuncunun arvadı X14 təqsirləndirilən şəxsin hüququ varisi qismində tanındıqdan sonra məhkəmədən Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətmiş Təqsirləndirilən şəxs iş üzrə yekun qərar qəbul edilənədək öldüyünü, cinayət-prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs barəsində cinayət işinin icraatına bəraətverici əsas olmadan xitam verilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut olan iltizam-qəbz və Zərərçəkmiş şəxs adına olan diplomun surəti cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə xüsusi müsadirə olunası əmlak yoxdur. Mülki iddiaya gəldikdə məhkəmə qeyd edir ki, mülki iddiaçı X12 mülki iddia verərək, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs 12.000 (on iki min) manat alınaraq onun xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə X5 mülki iddiası baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə görə cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 93.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişi zamanı haqqında verilmiş iddia ilə əlaqədar təqsirləndirilən şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi nəticəsində vurulmuş maddi ziyana görə qanunla üzərinə maddi məsuliyyət qoyula biləcək şəxs mülki cavabdeh qismində tanınır. Azərbaycan Respublikası CPM-nin 179.1 və 179.2-ci maddələrinə əsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar həmin Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası CPM-nin 100.5-ci maddəsinə görə zərər çəkmiş şəxsin, mülki iddiaçının, şübhəli və ya təqsirləndirilən şəxsin, habelə mülki cavabdehin cinayətprosessual fəaliyyət qabiliyyəti cinayət prosesi üzrə icraat həyata keçirildiyi an üçün müəyyən edilir. Həmin Məcəllənin 100.10-cu maddəsinə əsasən mülki cavabdeh fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə onun cinayət prosesində iştirakına xitam verilir, ona qarşı verilmiş iddia isə cinayət prosesi daxilində baxılmamış saxlanılır. Həmçinin Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə görə ölmüş şəxsin Azərbaycan Respublikası MPM-nin 48 və 49-cu maddələri ilə təsbit olunmuş mülki-prosessual hüquq qabiliyyəti və mülki prosessual fəaliyyət qabiliyyəti mövcud deyildir. Buna görə də məhkəmə hesab edir ki, ölmüş və bununla da fəaliyyət qabiliyyəti olmayan təqsirləndirilən şəxsin məhkəmə tərəfindən mülki iddia üzrə tərəf kimi qəbul edilməsi və ya mülki iddiaya mahiyyəti üzrə baxılması qeyri-mümkündür. Azərbaycan Respublikası CPM-nin 180.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs öldüyündən və buna görə də mülki-prosessual hüquq və fəaliyyət qabiliyyəti mövcud olmadığından X12 tərəfindən verilmiş iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək müdafiəçinin hesabatında qeyd edilmiş məbləğin ağlabatan olmaması qənaətinə gəlir. Belə ki, məhkəmədə müəyyən edildi ki, Müdafiəçi 30 mart 2022-ci il – 05 sentyabr 2022-ci il tarixlərdə keçirilmiş 12 məhkəmə iclaslarında iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə Təqsirləndirilən şəxs müdafiəsi üçün 40 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 (qırx) iş saatına görə 240 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 39.1.5, 43.3-1, 321, 347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan iltizam-qəbz və Zərərçəkmiş şəxs adına olan diplomun surəti cinayət işinin materiallarında saxlanılsın. X5 təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs 12.000 (on iki min) manat alınaraq onun xeyrinə ödənilməsi barədə iddia ərizəsi baxılmamış saxlansın. X7 izah edilsin ki, onun tərəfindən verilmiş və məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia, mülki mühakimə icraatı qaydasında verilə bilər. “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 40 (qırx) iş saatına görə 240 (iki yüz qırx) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə qərar qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-253/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-253/2022
05.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver