Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-254/2021 01.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1978-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, Abşeron rayonu, Masazır qəsəbəsi, “Yoncalıq” adlanan yeni məhəllədə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib saxlamaqla daşıyarkən 20 mart 2021-ci il tarixdə saat 19:50-də, Nərimanov RPİnin 17-ci PŞ-nin əməkdaşları tərəfindən ünvan 3 ünvanında “Sağlam Ailə” klinikasının qarşısında şübhəli şəxs qismində saxlanılıb, polis şöbəsinə gətirilərək üstünə baxış keçirilən zaman əynində olan gödəkcənin sağ döş cibində olan qara rəngli pul kisəsinin içərisində 03 ədəd bükümdə təmiz çəkiləri 0,249, 0,250 və 0,057 qram olan, cəmi 0,556 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Bundan başqa o, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin əldə edib saxlamaqla daşıyarkən 19 aprel 2021-ci il tarixdə saat 15:30-da Nərimanov RPİ-nin X2 əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi 3-10 ünvanın yaxınlığında şübhəli şəxs qismində saxlanılıb, polis şöbəsinə gətirilərək üstünə baxış keçirilən zaman əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibində olan qara rəngli pul qabının içərisində 01 ədəd kağız bükülüdə təmiz çəkisi 0,485 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və təmiz çəkisi 0,035 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 19 aprel 2021-ci il tarixdə, saat 15:00 radələrində Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi 3-10 saylı ünvanın yaxınlığında yerləşən məişət əşyalarının tullandığı yerin yanından keçərkən yerdə qara rəngli, üzərinin bir tərəfində pişik şəkili olan pul qabının olduğunu görüb götürmüşdür. Həmin pul qabını açdıqda içərisində adi kağız parçasına bükülmüş 01 (bir) ədəd bükülü, siqaretin ağ rəngli kağızına bükülmüş 01 (bir) ədəd bükülü, siqaretin gümüşü rəngli kağızına bükülmüş 01 (bir) ədəd bükülü, 01 (bir) ədəd şpris və 01 (bir) ədəd yarıdan yuxarı hissəsi sınmış boş şüşə flakon olduğunu görmüşdür. Adi kağız parçasına bükülmüş bükülünü açdıqda içərisində limon duzu, ağ rəngli siqaret kağızına bükülmüş bükülünü açdıqda içərisində narkotik vasitə heroin olduğunu və siqaretin gümüşü rəngli kağızına bükülümüş bükülünü açdıqda içərisində şüşə adı ilə tanınan metamfetamin olduğunu görüb əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur ki, ehtiyacı olduğu vaxtlarda özü istifadə etsin. Həmin pul qabının içərisində olan maddələrlə birlikdə cibinə qoyduqdan sonra həmin yerin yaxınlığında dayanmış, təxminən 20-25 dəqiqə keçəndən sonra ona tanımadığı mülkü geyimdə olan 2 nəfər yaxınlaşaraq özlərini təqdim edib Nərimanov RPİ-nin əməkdaşları olduqlarını bildirib adını, soyadını və hansı ünvanda yaşadığını xəbər almışlar. Üzərində narkotik vasitə olmasından və polis əməkdaşlarının onu tutacaqlarından narahat olaraq bəhanələrlə onlardan uzaqlaşmağa çalışmış, lakin həmin şəxslər onu saxlayıb Nərimanov RPİ-nə dəvət etmişlər. Nərimanov RPİ-də polis əməkdaşları bildirmişlər ki, üzərində narkotik maddə olmasında şübhələndiklərinə görə üzərində axtarış və götürmə aparacaqlar. Dəvət edilmiş vəkil gəldikdən sonra onun və polis əməkdaşlarının iştirakları ilə üzərində axtarış və götürmə aparmağa başlamazdan əvvəl təklif etmişlər ki, əgər üzərində saxlanılması və daşınması qanunla qadağan olunmuş əşya və ya maddə varsa könüllü olaraq təqdim etsin. O da 19 aprel 2021-ci il tarixdə, günorta vaxtları yaşadığı evin yaxınlığında yerdən tapdığı içərisində narkotik vasitələr olan bükülüləri, şprisi və yarıdan yuxarı hissəsi sınıq olan şüşə flakonu çıxararaq könüllü təqdim etmiş, bundan əlavə həmin şalvarının sol yan cibində olan 32 manat pulu, sol əlinin orta barmağında olan 01 ədəd gümüşü rəngli üzüyü və sol qolunda olan qol saatını da könüllü olaraq təqdim etmişdir. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 17-ci PŞ-də baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 20 mart 2021-ci il tarixdə saat 19:50-də şöbənin əməliyyat müvəkkili Şahid2 ilə inzibati ərazidə xidmətdə olduqları zaman Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi 3/19 ünvanda yerləşən «Sağlam Ailə» klinikasının qarşısında 1 nəfər şəxsin hərkətləri və davranışları ilə özünü şübhəli aparmasını müşahidə edib, həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onu 17-ci PŞ-nə dəvət edib, şöbədə onun xx.xx.1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olması müəyyən edilmiş və onun barəsində qanuni tədbirlər görülməsi üçün raport yazmışlar. Onun üzərinə baxış keçirilməsi və digər prosessual hərəkətlərin icra edilməsi 17-ci PŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı Samir İslamova tapşırılmışdır. Təhqiqatçı Təqsirləndirilən şəxs narkotiklərin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün üzərinə videoçəkiliş aparılmaqla baxış keçiriləcəyini bildirmiş və ona hüquq vəzifələrini izah edib, həmçinin onun hüquqlarının təmin edilməsi məqsədilə vəkil dəvət etmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirməzdən əvvəl təklif olunmuşdur ki, üzərində dövriyyəsi qadağan edilmiş maddələr və əşyalar varsa könüllü olaraq təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan gödəkcənin sağ döş cibindən qara rəngli pul qabını, onun içərisindəki siqaretin qırmızı-gümüşü rəngli bükümləri təqdim edib bildirdi ki, həmin bükümlərin içərisində olan maddə narkotik vasitə olan heroindir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin narkotik vasitəni Nəsimi rayonu, «Papanin» adlanan yerdə tanımadığı şəxsdən 30 manata almış və şəxsi istifadəsi üçün saxlamışdır. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkcənin sol döş cibindən 01 ədəd qara rəngli «Samsung» markalı mobil telefon, «Prima» markalı siqaret və alışqan aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən götürülmüş içərisində narkotik vasitə olan bükümlər qablaşdırılaraq möhürlənmiş və baxış keçirilməsi barədə tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Araşdırmanı aparan təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən götürülmüş içərisində narkotik vasitə olan bükümlərdə olan maddənin hansı növ narkotik vasitə olması və təmiz çəkisinin müəyyən edilməsi məqsədi ilə ekspertiza keçirilmişdir. Alınmış rəylə müəyyən olundu ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş üç ədəd bükümdə olan ümumi təmiz çəkisi 0,556 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməliyyat müvəkkili Şahid2 digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov RPİ-nin X3 baş əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, 19 aprel 2021-ci il tarixdə, saat 15:30 radələrində kiçik əməliyyat müvəkkili Şahid4 ilə xidməti zərurətlə əlaqədar ünvan 5 ünvanda olduqları zaman bir nəfər şəxsin hərəkətləri və davranışı ilə özünü şübhəli aparmasını müşayiət edib, həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra ona da özünü təqdim etməsini təklif edib, həmin şəxs də özü haqqında məlumat verərkən, eyni zamanda davranışları ilə, eləcə də verilən suallara qeyri müəyyən cavab verməsi ilə şübhələrini daha da artıraraq oradan qaçıb uzaqlaşmağa cəhd göstərmişdir. Həmin şəxsi saxlayaraq Nərimanov RPİ-nə gətirdikdən sonra onun şəxsiyyəti müəyyən olunaraq onun xx.xx.1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olması, onun narkotik vasitə və digər güclü təsiredici maddələrin istifadəsində şübhəli olmasını nəzərə alaraq barəsində müvafiq araşdırmanın aparılmasına göstəriş verilməsi üçün RPİ-nə rəhbərliyinə raport yazmışlar. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi və digər prosessual hərəkətlərin aparlıması RPİ-nin TŞ-nin baş təhqiqatçısı Rafiq Ağəliyevə tapşırılmışdır. Təqsirləndirilən şəxs hüquqlarının təmin edilməsi məqsədilə təhqiqatçı tərəfindən vəkil dəvət olunmuş və vəkil ona təqdim edildikdən sonra onun üzərinə videoçəkiliş aparılmaqla baxış keçiriləcəyi bildirilmişdir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qadağan edilmiş maddələr və əşyalar varsa könüllü olaraq təqdim etməsi təklif olunmuş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən qara rəngli, üzərinin bir tərəfində pişik şəkli olan pul qabını könüllü olaraq çıxarıb bildirmişdir ki, həmin pul qabının içərisində siqaret kağızlarıla bükülmüş narkotik vasitələr, şpris və şüşə flakon vardır. Daha sonra Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi pul qabını açıb içərisindən 01 ədəd adi kağız bükülünü, 01 ədəd siqaretin ağ kağız bükülüsünü, 01 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsünü çıxarıb bildirmişdir ki, adi kağız parçası bükülüsünün içərisində olan maddə limon duzu, siqaretin ağ rəngli kağız parçası bükülüsünün içərisində olan maddə heroin narkotik vasitə və gümüşü rəngli siqaret kağızı bükülüsünün içərisində olan maddə isə şüşə adı ilə tanınan metamfetamindir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi pul qabını içərisində olan 03 (üç) ədəd bükülüləri, 01 (bir) ədəd şprisi və 01 (bir) ədəd şüşə flakonla birlikdə həmin gün, təxminən saat 15:00 radələrində Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi 3-10 saylı ünvanın yaxınlığında məişət tullantıları atılan yerin yanında yerdən tapmış və içərisini açıb baxdıqda içərisində yuxarıda qeyd olunan bükülülər, 01 ədəd şpris və 01 ədəd şüşə flaleon olduğunu görüb gələcəkdə özünün istifadə etməsi üçün əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibinə qoyaraq özündə saxlamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sol yan cibindən müxtəlif əskinaslarla olmaqla ümumilikdə 32 (otuz iki) manat pulu, sol əlinin orta barmağında olan 01 ədəd gümüşü rəngli üzüyünü və sol qolunun biləyinə bağlamış, içərisində “Curren” yazısı olan 01 (bir) ədəd saatın, da könüllü olaraq təqdim etdi. Əlavə axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı bir əşya və ya maddə aşkar edilmədi. Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi maddələr iş üçün əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi götürülərək qablaşdırıldı və möhürləndi. Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi ümumilikdə 32 (otuz iki) manat pul, 01 ədəd gümüşü rəngli üzük və bir ədəd üzərində 01 (bir) ədəd saatı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olmadığı üçün onun özünə qaytarılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin kiçik inspektoru Şahid4 digər Şahid3 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin 12-13-cü vərəqələrində olan “Tutma haqqında” 19 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 aprel 2021-ci il tarixdə saat 16:15-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 18-20-ci vərəqələrində olan “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması barədə” 19 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı X11 Azərbaycan Respublikası CPM-nin 51, 86 və 246.2.1-ci maddələrinin tələblərini rəhbər tutaraq Nərimanov RPİ-nin NMB-i üzrə baş əməliyyat müvəkkili Şahid3, Nərimanov RPİ-nin 16-cı PB-nin CA üzrə kiçik inspektoru Şahid4 və vəkil X9 iştirakları ilə şübhəli şəxs qismində tutulmuş xx xxxxx 1978ci ildə Salyan rayonunda anadan olmuş Təqsirləndirilən şəxs üzərində Nərimanov RPİ-nin inzibati binasında xidməti otaqda şəxsi axtarış və götürmə aparıldı. Azərbaycan Respublikası CPM-nin 245.3-cü maddəsinin tələbinə əsasən iştirakçılara və şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs izah olundu ki, şəxsi axtarış və götürmə zamanı Nərimanov RPİ-nin NMB-i üzrə əməliyyat müvəkkili X10 tərəfindən “HONOR 20 PRO” modelli mobil telefonla çəkiliş aparılır. Şəxsi axtarış və götürmə başlamamışdan əvvəl 19 aprel 2021-ci il tarixdə saat 15:30 radələrində ünvan 6 ünvanın yaxınlığında Nərimanov RPİ-nin əməkdaşları tərəfindən özünü şübhəli aparması səbəbindən saxlanılaraq Nərimanov RPİ-nə gətirilmiş Təqsirləndirilən şəxs təklif edildi ki, üzərində dövriyyəsi qanunla qadağan olunmuş maddələr və əşyalar varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən qara rəngli, üzərinin bir tərəfində pişik şəkili olan pul qabını könüllü çıxarıb bildirdi ki, həmin pul qabının içərisində siqaret kağızlarına bükülmüş narkotik vasitələr, şpris və şüşə flakon var. Daha sonra Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi pul qabını açıb içərisindən adi kağız parçasına bükülmüş 01 (bir) ədəd bükülünü, siqaretin ağ rəngli kağız parçasına bükülmüş 01 (bir) ədəd bükülünü, siqaretin gümüşü rəngli kağız parçasına bükülmüş 01 (bir) ədəd bükülünü könüllü təqdim edərək bildirdi ki, adi kağız parçasına bükülmüş bükülünün içərisində limon duzu, siqaretin ağ rəngli kağız parçasına bükülmüş bükülünün içərisində narkotik vasitə heroin və siqaretin gümüşü rəngli kağız parçasına bükülmüş bükülünün içərisində şüşə adı ilə tanınan metamfetamin var. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, təqdim etdiyi pul qabının içərisində olan 03 (üç) ədəd bükülüləri, 01 (bir) ədəd şprisi və 01 (bir) ədəd şüşə flakonla birlikdə bu gün, təxminən saat 15:00 radələrində ünvan 8 ünvanın yaxınlığında məişət tullantıları atılan yerin yanında yerdən tapmış və içərisini açıb baxdıqda içərisində yuxarıda qeyd olunan bükülülər, 01 ədəd şpris və 01 ədəd şüşə flakon olduğunu görüb gələcəkdə özünün istifadə etməsi üçün əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibinə qoyaraq özündə saxlamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sol yan cibindən ümumilikdə 32 (otuz iki) manat pulunu, sol əlinin orta barmağında olan 01 ədəd gümüşü rəngli üzüyünü və sol qolunun biləyinə bağlamış, içərisində “Curren” yazısı olan 01 (bir) ədəd saatını da könüllü olaraq təqdim etdi. Əlavə axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı bir əşya və ya maddə aşkar edilmədi. Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi maddələr iş üçün əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi götürülərək istintaq tərəfindən qablaşdırıldı və DİN-nin 44 nömrəli möhürü ilə möhürləndi. Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi ümumilikdə 32 (otuz iki) manat pulu, sol əlinin orta barmağında olan 01 ədəd gümüşü rəngli üzüyü və sol qolunun biləyinə bağladığını, içərisində “Curren” yazısı olan 01 (bir) ədəd saatı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olmadığı üçün onun özünə qaytarılmışdır. Cinayət işinin 37-42-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 aprel 2021-ci il tarixli, 6/1540 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs: (imza) Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,485 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, bir ədəd bükümdə təmiz çəkisi 0,035 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, bir ədəd sınıq ampulanın içərisində narkotik vasitə heroinin izləri vardır. Bir ədəd 2ml-lik şprisin daxilində və bir ədəd ağ rəngli kağız kəsiyinin səthində narkotik vasitə, psixotrop maddələrə məxsus izlər aşkar edilmədi. Cinayət işinin 68-69-cu vərəqələrində olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 20 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 mart 2021-ci il tarixdə saat 20:30-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 73-74-cü vərəqələrində olan “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması barədə” 20 mart 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı X12, Azərbaycan Respublikası CPMnin 51, 86 və 246.2.1-ci maddələrinin tələblərini rəhbər tutaraq Nərimanov RPİ-nin 17-ci PŞ-nin baş əməliyyat müvəkkilləri Şahid1, əməliyyat müvəkili Şahid2 və vəkil X9 iştirakları ilə şübhəli şəxs qismində tutulmuş, xx.xx.1978-ci ildə Salyan rayonunda anadan olmuş Təqsirləndirilən şəxs, üzərində Nərimanov RPİ-nin 17-ci PŞ-nin inzibati binasında, xidməti otaqda şəxsi axtarış və götürmə aparıldı. Azərbaycan Respublikası CPM-nin 245.3-cü maddəsinin tələbinə əsasən iştirakçılara və şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs izah olundu ki, şəxsi axtarış və götürmə zamanı Nərimanov RPİ-nin inspektor-kriminalisti polis kapitanı Emil Yusubov tərəfindən “Panasonic” modelli video kamera ilə çəkiliş aparıldı. Təqsirləndirilən şəxs əynində olan yaşımtıl rəngli gödəkcənin sağ döş cibindən qara rəngli pul kisəsini və onun içərisində qırmızı-gümüşü rəngli siqaretin kağızına bükülmüş bükümləri təqdim etdi və həmin maddənin heroin narkotik maddəsi olduğunu bildirdi. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, o həmin narkotik vasitəni Nəsimi rayonu, Papanin adlanan ərazidən tanımadığı şəxsdən 30 manata almış və şəxsi istifadəsi üçün saxlamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi əl çantasına baxış keçirilən zaman içərisində spesifik iyə malik, yaşıl ot halında olan maddə olması müəyyən edildi. Bundan əlavə Təqsirləndirilən şəxs əynində olan yaşımtıl rəngli gödəkcənin sol döş cibindən 01 (bir) ədəd qara rəngli “Samsung” markalı mobil telefon, “Prima” markalı siqaret və göy rəngli alışqan aşkar olunaraq götürüldü. Əlavə axtarış və götürmə zamanı hər hansı bir əşya və ya maddə aşkar olunmadı. Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi maddə iş üçün əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi götürülərək istintaq tərəfindən qablaşdırılmış və DİN-nin 44 nömrəli möhürü ilə möhürlənmişdir. Cinayət işinin 86-89-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 mart 2021-ci il tarixli, 6/1138 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərilərində “...Şübhəli şəxs (imza) Hacıyev...” sözləri olan zərfdəki üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,249 qr., 0,250 qr., 0,057 qr., ümumi təmiz çəkisi 0,556 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırkanmış narkotik vasitə - heroindir. Cinayət işinin 115-116-cı vərəqələrində olan “Qətimkan tədbiri seçilməsi haqqında” 22 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Nərimanov RPİ-nin MSY-dən azad edilməsi və barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 125-127-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş 07.04.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Sonuncu dəfə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 27.07.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 07.12.2018-ci il tarixli qərarı ilə cəzanın çəkilməmiş 4 ay 18 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş, 25.04.2019-cu ildə cəzasını çəkib qurtardığından şöbənin qeydiyyatından çıxarılmışdır. Cinayət işinin 158-160-cı vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 21.04.2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlanılma müddətinin 03 ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 19 aprel 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin 171-ci vərəqində olan Sumqayıt “ASAN Xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş 14 iyul 2019-cu il tarixli, AZ-İV 314483 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, 24.06.2019-cu il təvəllüdlü X5 atası kimi Təqsirləndirilən şəxs, anası kimi X7 qeyd olunmuşdur. Cinayət işinin 172-173-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsinin Ambulator X1 dair 14.04.2021-ci il tarixli, 1084 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 174-182-ci vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” 27 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 0,249 qram, 0,250 qram və 0,057 qram çəkidə olmaqla cəmi 0,556 qram çəkidə narkotik vasitə heroin (ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,466 qram), həmçinin Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 0,485 qram çəkidə narkotik vasitə heroin (ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,435 qram), 0,035 qram çəkidə psixotrop maddə metamfetaminin (ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,020 qram), 01 ədəd 2 ml-lik şpris, və 01 ədəd qırıq ampulanın iş üçün müstəsna əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması və saxlanması üçün Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilməsi qərara alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi birinci epizod üzrə 0,556 qram və ikinci epizod üzrə 0,485 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdarlar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini və himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu (Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 27.07.2017-ci il tarixli hökmü) hazırki cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. Beləliklə də, Azərbaycan Respublikası CM-nın 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 2 il müddətinin axımı onun Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 07.12.2018-ci il tarixli qərarına əsasən azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 4 (dörd) ay 18 (on səkkiz) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi ilə bağlı müddətin bitdiyi gündən, yəni 25.04.2019-cu il tarixdən hesablanır. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini 20 mart 2021-ci il tarixdə törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yəni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur.». Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.3), cəza çəkməsinin əvvəli 19 aprel 2021-ci il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə heroin və psixotrop maddə metamfetamin, həmçinin 01 ədəd 2 ml-lik şpris, və 01 ədəd qırıq ampula hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 12 (on iki) iş saatına görə 72 (yetmiş iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 19 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 0,466 və 0,435 qram narkotik vasitə olan heroin, 0,020 qram psixotrop maddə olan metamfetamin, 01 ədəd 2 ml-lik şpris və 01 ədəd qırıq ampula hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci 163,64 (yüz altmış üç manat altmış dörd qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X4, KOD 254005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 12 (on iki) iş saatına görə 72 (yetmiş iki) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-254/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-254/2021
01.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver