Məhkəmə qərarları › İş №1(005)-254/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-254/2023

23.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-254/2023 23.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Arbitrium” Vəkil Bürosunun vəkili X14 Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi(mülki iddiaçı) - Nümayəndə iştirakları ilə, xx.xx.1993-cü ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta ixtisas təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Astara rayonu, Ojakəran kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərərvurmaya səbəb olmuş yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 24 noyabr 2022-ci il tarixdə saat 21:22 radələrində “B1, B, C1, C” kateqoriyalı, “BD” seriyalı BD801563 nömrəli sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi Şahid məxsus texniki cəhətdən saz vəziyyətdə olan, qara rəngli “Toyota Prius” markalı, **- DK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi ilə saatda 20-30 km/surətlə hərəkət edib sola dönmə əməliyyatı edərək Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsinə daxil olan zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yolayrıcında sağa və sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara, habelə hərəkət hissəsini velosiped zolağı (yolu) ilə keçməkdə olan velosipedçiyə yol verməli olduğu halda, qanunun tələbinə əməl etməyərək, ünvan 1 ünvanında yerləşən “Baku Electronics” mağazasının yaxınlığında idarə etdiyi avtomobilin qabaq sol fara hissəsi ilə hərəkətdə olduğu yolu sağdan sola doğru adi yerişlə keçmək istəyən piyada X12 vuraraq sonuncuya ağır dərəcəli serebral koma ilə müşayiət olunan qapalı kəllə - beyin travması, baş beyin toxumasının əzilməsi, subdural və epidural hematoma (treponasiya əməliyyatından sonrakı vəziyyət), sağ tərəfli gicgah sümüyünün sınığı kimi dərəcəsinə görə həyat üçün həhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarət yetirməklə yolnəqliyyat hadisəsi törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs (mülki cavabdeh)Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Astara rayonu, Ojakəran kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerə işləmir. Maddi imkanı zəif olduğu üçün 2022-ci ilin may ayından işləmək məqsədi ilə Bakı şəhərinə gələrək icarəyə “Toyota Prius” markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobili götürüb “Bolt” və “Uber” taksi şirkətinə qoşulub taksi kimi fəaliyyət göstərmişdir. “Toyota Prius” markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün İbadət adlı şəxs onun adına etibarnamə vermişdir. O da həmin avtomobili etibarnamə və BD801563 seriyalı, B1,B,C1,C kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etmişdir. 24 noyabr 2022-ci il tarixdə saat 21:22 radələrində idarə etdiyi “Toyota Prius” markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospektində köməkçi yola daxil olaraq Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsinə daxil olmuşdur. Bundan sonra A.Neymətulla küçəsi ilə üzü Təbriz küçəsi istiqamətində saatda 40-50 km/saat sürətlə hərəkət etmiş və işıqforun qırmızı işığı yanmasına görə avtomobili saxlamışdır. Hərəkətdə olduğu yolda işıqforun yaşıl işığı yandığı üçün idarə etdiyi “Toyota Prius” markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobili hərəkətə gətirib saatda 20-30 km/saat sürətlə soldan birinci zolaqla sol tərəfə, yəni Təbriz küçəsində doğru hərəkətinə davam etmişdir. Həmin vaxt o, sol tərəfdən gələn avtomobillərə baxaraq hərəkətini davam etdirən zaman anidən idarə etdiyi avtomobilin qarşısına adının sonradan Ümüd Əhmədov olduğunu öyrəndiyi piyada çıxmışdır. Həmin vaxt piyada hərəkətdə olduğu yolu sol tərəfdən sağ tərəfə keçmək istəmiş və sonuncu ilə aralarında təxmin 2-3 metr məsafə olmuşdur. O, bunu görüb tez əyləcə bassa da hadisə qaçılmaz olmuş və idarə etdiyi avtomobilin qabaq sol fara hissəsi ilə piyadanı vurmuşdur. Zərbənin təsirindən Ümüd idarə etdiyi avtomobilin qabaq sol hissədən alın şüşəsinə dəyərək yerə düşmüşdür. O, tez avtomobili saxlayıb yerə düşərək sonuncunun səhhəti ilə maraqlanmışdır. Bundan sonra hadisə yerinə Təcili tibbi yardım avtomobili gələrək Ümüdi xəstəxanaya aparmışdır. O isə hadisə yerində qalaraq polis əməkdaşlarının gəlməsini gözləmişdir və polis və polis əməkdaşları gəldikdən sonra o, hadisə barədə məlumat vermişdir. Sonra xəstəxanaya gedib Ümüdin səhhəti ilə maraqlanan zaman ona məlum olmuşdur ki, sonuncu almış olduğu xəsarətlə bağlı başından əməliyyat edilmişdir. O, idarə etdiyi avtomobillə vurub xəsarət yetirdiyi X12 əvvəllər tanımamış, sonuncu ilə heç bir ədavəti olmamışdır. Ümüdin müalicəsi ilə əlaqədar cəmi 3.800 manat xərc çəkib. Sonda Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, hadisəni qəsdən törətməməsini, məhkəmədən bunların nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında zərəçəkmiş şəxsin qanuni nümayəndəsi(mülki iddiaçı) qismində tanınaraq dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. X15 onun doğma oğludur. Ümüd xx.xx.2006-cı ildə doğulmuşdur. Ümüd idmanın güləş növü ilə məşğul olmuşdur. 24 noyabr 2022-ci il tarixdə saat 22 radələrində polis əməkdaşları onunla əlaqə saxlayaraq oğlu X10 Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yolu keçmək istəyən zaman avtomobil vurduğunu və X19 aparıldığı barədə məlumat vermişlər. Bundan sonra o, xəstəxanaya getmişdir. Bundan sonra oğlu X21 Mərkəzdən çıxarıb “Medra Hospital”a aparmışdır. Orda Ümüd baş vermiş yol nəqliyyat hadisəsi zamanı almış olduğu xəsarətlə əlaqədar olaraq baş nahiyəsindən əməliyyat olunmuşdur. Daha sonra ona məlum olmuşdur ki, oğlu Ümüdi avtomobillə vuran şəxs Təqsirləndirilən şəxsdur. O, xəstəxanada olan zaman ona məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius” markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi ilə üzü Təbriz küçəsi istiqamətində hərəkədə olan zaman yolu keçmək istəyən piyada oğlu Ümüd Əhmədovu vurmuşdur. Ümüd həmin xəstəxanada müalicə aldıqdan sonra xx.xx.2023-cü il tarixdə sonuncunu xəstəxanadan çıxarıb yaşadıqları ünvana aparmışlar. Ev şəraitində Ümüdin müalicəsi davam etdirilmişdir. Ümüd yataq şəraitində olmuş, danışa, hərəkət edə bilməmişdir. Öz fikrini hərəkətlə də olsa başa sala bilməmişdir. Yol nəqliyyat hadisə törətmiş Təqsirləndirilən şəxs və sonuncunun ailə üzvləri oğlunun səhhəti ilə maraqlanmamışlar. Oğlu Ümüdin əvvəl ev şəraitində, hazırda xəstəxanada müalicəsi davam etdirilir. 150.000 manatdan çox xərcləri çıxıb. Təqsirləndirilən şəxs cəmi 3800 manat xərc çəkib, hazırda şikayətçidir. İbtidai istintaq zamanı zərəçəkmiş şəxsin qanuni nümayəndəsi Nümayəndə mülki iddia ərizəsi verərək bildirmişdir ki, zərər çəkmiş şəxs qismində tanınmış oğlu X11 almış olduğu xəsarətlərlə bağlı olaraq cinayət prosesində iştirak edə bilməməsini, hadisədən sonra xəstəxanada yaşadığı ünvanda stasionar olaraq müalicə olduğu müddət ərzində onlara 50.000 manat maddi və 50.000 manat mənəvi ziyan dəymişdir. Həmin məbləgin onların xeyrinə tutulmasını xahiş etmişdir. İşdə olan 27 mart 2023-cü il tarixli qərara əsasən zərəçəkmiş şəxsin qanuni nümayəndəsi Nümayəndə mülki iddiaçı qismində tanınmışdır. İşdə olan 31 mart 2023-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs mülki cavabdeh qismində tanınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləməsə də, özünə məxsus avtomobilləri “Bolt” və “Uber” taksi şirkətinə qoşaraq taksi fəaliyyəti ilə məşğul olmuşdur. O, şirkətə qoşulmuş avtomobillərə sürücü götürüb işlətmiş və sürücülərə həftəlik olaraq əmək haqqı vermişdir. Həmin avtomobillərdən biri də “Toyota Prius” markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobil olmuşdur. Həmin avtomobil qeydiyyat şəhadətnaməsi ilə tanışı X1 adına olsa da, avtomobil ona məxsusdur. O, həmin avtomobilin pulunu ödəyərək almışdır. Buna görə də, Ramil İsmayılov “Toyota Prius” markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə onun adına baş etibarnamə vermişdir ki, avtomobili öz adına keçirə bilsin. “Toyota Prius” markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobildə sürücü kimi Təqsirləndirilən şəxs işləmişdir. Avtomobili idarə edə bilməsi üçün Həkimin adına sürüş üçün etibarnamə vermişdir. Həkim də etibarnamə əsasında “Toyota Prius” markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək taksi fəaliyyəti ilə məşğul olmuşdur. Daha sonra ona məlum olmuşdur ki, Hakim ona məxsus “Toyota Prius” markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olan zaman xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində hərəkətdə olan zaman keçən piyadanı vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. Yol nəqliyyat hadisəsi zamanı avtomobilin maddi ziyan dəysə də, Hakim tərəfindən həmin ziyan aradan qaldırılmış və avtomobil təmir edilərək ona təhvil verilmişdir. O, avtomobili Hakimə verdiyi kimi sonuncudan saz vəziyyətdə təhvil almışdır. Hakimə qarşı heç bir şikayət və tələbi olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli “Yol-nəqliyyat hadisəsi yerinə baxışı keçirilməsi haqqında” protokoldan görünür ki, yol nəqliyyat hadisəsi ünvan 1 ünvanında yerləşən “Baku Elektronics” mağazasının yaxınlığında baş vermişdir. xx.xx.2022-ci il tarixli 2/39151 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə Protokolu”ndan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə ayıq olmuşdur; “Təhlükəsiz şəhər” sisteminin ərazidə quraşdırılmış QİS6 nömrəli Təhlükəsiz Şəhər görüntü kameralarının vasitəsi ilə xx.xx.2022-ci il tarixdə saat 21:22-dan saat 21:25-dək olan müddətdə qeydə alınan video görüntülərin götürülməsi üçün sorğu verilmiş və sorğu əsasında təqdim olunmuş 1 ədəd DVD formatlı diskə baxış keçirilmişdir. Baxış zamanı xx.xx.2022-ci il tarixdə saat 21:22 radələrində “Toyota Prius” markalı avtomobilin Ağa Neymətulla küçəsində işıqforun qırmızı işiğında dayanması, hərəkətə başlamağa icazə verilən yaşıl işığı yandıqdan sonra digər avtomobillərlə birlikdə “Toyota Prius” markalı avtomobilin də hərəkət edərək sola dönmə işığını yandırıb digər avtomobillərin sırasında durması, daha sonra “Toyota Prius” markalı avtomobilin durduğu sıradan sola çıxaraq sürətini artırıb sağ tərəfində olan qara rəngli avtomobili ötüb keçərək sola dönüb Təbriz küçəsinə daxil olan zaman yolu sağdan sola doğru adi yerişlə keçmək istəyən piyadanı vurması, piyadanın avtomobilin alın şüşəsinə dəyərək qarşı hissəyə doğru düşməsi, ətrafda olan şəxslərin hadisə yerinə toplaşması və avtomobillərin hərəkətində sıxlıq yaranması müşahidə olunmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi ilə Təbriz küçəsi istiqamətində hərəkətdə olan qara rəngli “Toyota Prius” markalı avtomobilin, idarə etdiyi “Toyota Prius” markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobil olduğunu, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi ilə sola dönmə əməliyyatı edərək Təbriz küçəsinə daxil olub hərəkətinə davam edən zaman yolu keçmək istəyən piyadanı avtomobilin qabaq sol fara hissəsi ilə vurduğunu bildirmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin xx.xx.2022-ci il tarixli, 1344 saylı rəyində göstərilmişdir ki, X10 almış olduğu xəsarətlər - ağır dərəcəli serebral koma ilə müşayiət olunan qapalı kəllə - beyin travması, baş beyin toxumasının əzilməsi, subdural və epidural hematoma (treponasiya əməliyyatından sonrakı vəziyyət), sağ tərəfli gicgah sümüyünün sınığı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə, yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. Xəstənin hal - hazırda koma vəziyyətində olmasını nəzərə alaraq onun istintaq prosesində iştirak etməsi mümkün deyildir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin “Məhkəmə yolnəqliyyat hadisələri”nin ekspertizasının xx.xx.2022-ci il tarixli, 8/3571 saylı rəyindən görünür ki, istintaq tərəfindən verilmiş məlumatlara əsasən Toyota Prius markalı, 77DK861 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 128 manat təşkil edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X25 İdarəsindən alınmış 28 dekabr 2022-ci il tarixli sorğuya cavabdan görünür ki, xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə (xx.xx.2031-ci il tarixədək etibarlı olan) BD 801563 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən tərtib olunmuş 06 fevral 2023cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmayan şəxsdir; “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir; “Sübutların qiymətləndirilməsi haqqında” 04 aprel 2023-cü il tarixli qərardan görünür ki, “Toyota Prius” markalı **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və sahibinə qaytarılması nəzərə alınmış, işdə olan Təhlükəsizlik şəhər xidmətinin kamerasının hadisəni qeydə aldığı 01 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Baş Naziri tərəfindən verilmiş Azərbaycan Respublikası Medalının №İ-28065 saylı vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. İşdə olan Azərbaycan Respublikasının Prezidenti tərəfindən verilmiş Azərbaycan Respublikası Medalının №İ-19950 saylı vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “Fizulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. İşdə olan Azərbaycan Respublikasının Prezidenti tərəfindən verilmiş Azərbaycan Respublikası Medalının №İ-7031 saylı vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “Cəsur döyüşçü” medalı ilə təltif olunmuşdur. İşdə olan nikah haqqında şəhadətnamdən görünür ki, Təqsirləndirilən şəxs X9 ilə xx.xx.2015ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, xx.xx.2022cı ildə Astara rayonunda anadan olmuş X6, xx.xx.2018-ci ildə Astara rayonunda anadan olmuş X2, xx.xx.2015-ci ildə Astara rayonunda anadan olmuş X3 valideynləri Təqsirləndirilən şəxs və X5r. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin nümayəndəsi və şahid ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli Qərarının: 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yolnəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin; 17-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, konkret bir hadisədə yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması həm CM-in 263.1-1, 263.1-1-1, 263.1-1, 263.3, 263.1-1, 263.1-2, 263-1.3, 263-1.4, 351.1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş, həm də bu madələrdə nəzərdə tutulmamış (məsələn, şəxsin sağlamlığına yüngül zərər vurulması, yaxud da onun əmlakının zədələnməsi və ya məhv edilməsi) nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviri hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir. Belə hallarda yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlıqlarına fiziki, əmlaklarına isə maddi zərər vurulmuş bütün şəxslər zərər çəkmiş şəxs qismində tanınmalı və cinayət təqibi zamanı onların CPM-in 87-ci maddəsində nəzərdə tutulmuş hüquqları təmin edilməlidir. CM-in: 263.1-1-ci maddəsinə əsasən Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda, Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: cinayəti etiraf etməsi və əməlindən peşman olmasını; 2-ci Qarabag müharibəsi iştirakçısı olmasını himayəsində üç azyaşlı uşağının olmasını (əsas: iş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, xx.xx.2022-cı ildə Astara rayonunda anadan olmuş X6, xx.xx.2018-ci ildə Astara rayonunda anadan olmuş X2, xx.xx.2015-ci ildə Astara rayonunda anadan olmuş X3 valideynləri Təqsirləndirilən şəxs və X5r). İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan yüngülləşdirən hallara əsasən Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263.1-1-ci maddəsi ilə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli müəssisədə çəkməli (CM-56.1.1), cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut - “Təhlükəsizlik şəhər xidməti”nin kamera görüntüləri əks olunmuş 01 ədəd diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı (CPM-132), Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius” markalı **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1). CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Mülki iddia ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. CPM-in: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir; 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır; 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır; 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli nəticəsində zərərçəkmiş şəxs X10 almış olduğu xəsarətlər - ağır dərəcəli serebral koma ilə müşayiət olunan qapalı kəllə - beyin travması, baş beyin toxumasının əzilməsi, subdural və epidural hematoma (treponasiya əməliyyatından sonrakı vəziyyət), sağ tərəfli gicgah sümüyünün sınığı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə, yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. Xəstənin hal - hazırda koma vəziyyətində olmasını nəzərə alaraq onun istintaq və məhkəmə prosesində iştirak etməsi mümkün olmamışdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı zərərçəkmiş şəxsin qanuni nümayəndəsi tərəfindən verilmiş mülki iddianın maddi ziyan hissəsi işdə olan ödəniş qəbzləri nəzərə alınmaqla təmin edilməli, təqsirləndirilən şəxsdən vurulmuş maddi zərərə görə 50.000 maddi ziyan zərərçəkmiş şəxsin xeyrinə tutulmalıdır. Mülki iddianın mənəvi ziyanla bağlı hissəsinə dair məhkəmə qeyd edir ki: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Beləliklə, zərəçəkmiş şəxs (mülki iddiaçı) tərəfindən maddi ziyan və əldən çıxmış faydanı təsdiq edən sübutlar təqdim edilmədiyindən, mülki iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli qərarında qeyd olunur ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Qərarda həmçinin qeyd olunur ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Həmçinin məhkəmələr tərəfindən nəzərə alınmalıdır ki, şəxsin ölümü və ya sağlamlığına vurulmuş zərər təkcə qohumlarının deyil, həm də onun dostlarının, tanışlarının da mənəvi sarsıntı, məyusluq hisləri keçirməsinə səbəb ola bilər. Lakin məhkəmələr hüquq pozuntusu nəticəsində yaranan mənəvi zərərə görə şəxsin məsuliyyətini müəyyən edərkən güclü emosional hislərlə ağır mənəvi sarsıntı və iztirab hislərini fərqləndirməlidirlər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarının 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərarın 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və X8 haqqında” Konvensiyanın 41-ci maddəsinə, habelə digər normalarına əsaslanaraq mənəvi zərərin müəyyən edilməsinə dair müvafiq təcrübə formalaşdırmışdır. Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar). Avropa Məhkəməsi “Varnava və digərləri Türkiyəyə qarşı iş” üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyri-müəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Göründüyü kimi, “İnsan Hüquqlarının və X8 haqqında” Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə hesab edir ki, zərəçəkmiş şəxs X10 baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində sağlamlığına ağır xəsarət yetirilməsi ilə bağlı ona mənəvi ziyan dəyməsi, yuxarıda təsvir olunan hallar da nəzərə alınmaqla, danılmazdır. Bu baxımdan ona dəyən mənəvi ziyana görə cavabdehdən (təqsirləndirilən şəxsdən) pul tutulması tələbi əsaslıdır. Lakin, məhkəmə, mülki cavabdehin də əmlak vəziyyəti nəzərə alaraq tələb olunan mənəvi ziyan məbləğini ağlabatan və ədalətli hesab etmir. Bu baxımdan məhkəmə, mülki iddianın mənəvi ziyanla bağlı hissəsinin qismən təmin edilməsi qənaətinə gəlir. Məhkəmə mənəvi zərərin məbləgini 20.000 manat müəyyən edir və hesab edir ki, həmin məbləg təqsirləndirilən şəxsdən tutulub zərərçəkənə ödənilməlidir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, cinayət işi üzrə ibtidai istintaq zamanı Müdafiəçi iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri Arbitrium Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 8 (səkkiz) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - “Toyota Prius” markalı **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, KOD– 210005, VÖEN **********, m/h AZ41 NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. Mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs 50.000 (əlli min) manat maddi, 20.000 (iyirmi min) manat mənəvi zərər, cəmi 70.000 (yetmiş min) utulub zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Nümayəndə ödənilsin. Qalan hissədə mülki iddia təmin edilməsin. Bakı şəhəri Arbitrium Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq müddətində müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri Arbitrium Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar