Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-255/2024 15.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1971-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq 01 ədəd БH-2755 nömrəli, zavod üsulu ilə 1966-cı ildə SSRİ dövlətində istehsal olunmuş 7,62 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı odlu yivli silah olan “Kalaşnikov” markalı, AKMS modelli avtomatı və 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, 30 ədəd 7.62x39 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan darağı əldə edib üzərində saxlamaqla daşımış, Nərimanov RPİ-nin 16-cı PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 14 yanvar 2024cü il tarixdə saat 15:15-də ünvan 2 ünvanında saxlanılıb, ünvan 3ərimanov RPİ-nin 16-cı PŞ-nin binasına gətirilərək həmin tarixdə orada üzərinə müdafiəçinin iştirakı və video çəkilişlə keçirilmiş şəxsi axtarış və götürmə zamanı əlində olan hərbi səhra çantasının içərisindən 01 ədəd БH-2755 nömrəli, zavod üsulu ilə 1966-cı ildə SSRİ dövlətində istehsal olunmuş 7,62 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı odlu yivli silah olan “Kalaşnikov” markalı, AKMS modelli avtomat və 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, 30 ədəd 7.62x39 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan daraq aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, ev 9A ünvanda qeydiyyatda olsa da, həmin evi ailəsinə verib çıxmışdır. Bakı şəhərində daimi yaşayış yeri olmadığına görə müxtəlif ünvanlarda gündəlik yaşayaraq günəmuzd fəhlə kimi işləmişdir. xx.xx.2024-cü il tarixdə saat 13 radələrində ailə üzvləri ilə görüşmək məqsədi ilə Binəqədi qəsəbəsinə getmiş və ailə üzvləri ilə görüşdükdən sonra hərbi səhra çantasının içərisinə şəxsi geyim əşyalarını yığıb oradan rəhmətə getmiş valideynlərini ziyarət etmək məqsədi ilə Binəqədi kənd qəbrstanlığına getmişdir. Orada olan gölün kənarındakı kolluğun kənarından keçən zaman kolluqda atılmış vəziyyətdə bükülünü görmüşdür. Həmin bükülü onun diqqətini cəlb etdiyi üçün yaxınlaşaraq həmin bükülünü götürüb açan zaman içərisində 01 ədəd avtomat silah və patron sandıqçasının olmasını aşkar etmişdir. O, tapdığı silahı və sandıqçanı satmaq məqsədi olduğu üçün götürüb əl çantasından paltarlarına bükərək əvvəllər fəhləlik etdiyi, tamamlanmamış tikililər olan Nərimanov rayonu, Yaşar Hüseynov küçəsi 9B ünvana aparıb orada əl çantasını gizlətmişdir. Silahı satacağı tanımadığı şəxslə xx.xx.2024-cü il tarixdə saat 15 radələrində görüşməyi razılaşdığı üçün çantasını gizlətdiyi həmin əraziyə gedib oradan götürərək silahı satacağı şəxsi gözləyərkən, mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib ondan adını, soyadını, harada yaşadığını soruşmuşlar. O, anket məlumatlılarını polis əməkdaşlarına bildirmiş və polis əməkdaşları onu Nərimanov RPİ-nin 16-cı polis şöbəsinə dəvət etmişlər. O da heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində qanunsuz olaraq silah gəzdirməkdə şübhəli olduğunu və üzərinə şəxsi axtarış keçiriləcəyi ona bildirilmişdir. Ona müdafiəçi təqdim olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt ona üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməyini bildirmişlər. O da əlindəki hərbi səhra çantasını masanın üzərinə qoyaraq içərisində olan sellofan torbadan şəxsi əşyalarını, digər sellofan torbadan 1 ədəd qara rəngli papaqlı plaş gödəkcəni, 01 ədəd qara rəngli cins şalvara bükülmüş, nişangah hissəsi və lülə borusu qara rəngli plaş material olan papaqla və çantanın kəmər ilə bağlanmış Kalaşnikov avtomat silahı, qara rəngli koftaya bükülmüş Kalaşnikov avtomatına aid patron sandıqçasını və digər şəxsi əşyalarını təqdim etmişdir. Polis əməkdaşları üzərindən aşkar olunaraq götürülmüş silahı haradan aldığını soruşanda, o, həmin silahı xx.xx.2024-cü il tarixdə Binəqədi kənd qəbrstanlığında gölün kənarından tapdığını bildirmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilsə də, üzərindən başqa heç bir şey aşkar olunmamışdır. Üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd “Kalaşnikov” markalı avtomat və 01 ədəd daraq polis əməkdaşları tərəfindən qablaşdırılmış, möhürlənmiş, qablaşmanın üzəri o və iştirakçılar tərəfindən imzalanmışdır. Sonra bu barədə protokol tərtib olunmuş və protokolun düzgünlüyü tərəfindən imzalanmışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 16-cı PŞ-nin sahə inspektoru Şahid2 ifadəsində göstərmişdir ki, 14 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə etməsi barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə Şahid1 tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Buna görə də ondan, Nərimanov RPİ-nin 16-cı PŞ-nin əməliyyat müvəkkilləri Şahid3 və Şahid1 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra o, Fərid və Elmirlə birlikdə məlumat əsasında saat 15:15 radələrində ünvan 6 ünvanının qarşısına getmişlər. Həmin vaxt onlar xarici görkəm əlamətlərinə görə Rüfətin əlamətləri ilə üst-üstə düşən və əlində hərbi səhra çantası olan bir nəfər şəxsin orada olmasını, onları görən kimi özünü şübhəli apardığını görmüşlər. Buna görə də, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Rüfətə qanunsuz olaraq odlu silah gəzdirməkdə şübhəli olduğunu bildirib sonuncunu saxlayaraq Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinə dəvət etmişlər. Rüfət də buna etiraz etmədikdən sonra Polis Şöbəsinə aparıb barəsində araşdırma aparılması üçün təhqiqatçıya təhvil vermişlər. Təhqiqatçı da Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə sonuncunu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı Rüfətə üzərində qeyri qanuni maddə və ya əşya varsa təqdim etməsi təklif edilmişdir. Rüfət də masanın üzərinə qoyduğu hərbi səhra çantasının içərisindən «POLO» yazısı olan sellofan torbadan geyim əşyalarını, digər «POLO» sellofan torbadan 1 ədəd qara rəngli papaqlı plaş gödəkcəni, 01 ədəd qara rənglı cins şalvara bükülmüş, nişangah hissəsi və lülə borusu qara rəngli plaş material olan papaqla və çantanın kəməri ilə bağlanmış, qundağı və dəstəyi taxtadan, korpusu qara rəngli metaldan olan Kalaşnikov avtomat silahı, qara rəngli koftaya bükülmüş Kalaşnikov avtomatına aid patron sandıqçasını, çantanın yan cibindən digər şəxsi əşyalarını təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı sonuncunun üzərindən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş silahı xx.xx.2024-cü il tarixdə Binəqədi kənd qəbrstanlığında gölün kənarından tapdığını bildirmişdir. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Rüfətin üzərindən aşkar olunmuş 01 ədəd “Kalaşnikov” markalı avtomat və 01 ədəd daraq qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Rüfət tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Nərimanov RPİ-nin 16-cı PŞnin əməliyyat müvəkkilləri Şahid1 və Şahid3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iclasında istintaqa verdikləri ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş şahidlər Şahid1 və Şahid3 ifadələri ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 27-28-cu vərəqələrində olan “Cinayet törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 14 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 35-36-cu vərəqələrində olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 14 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Nərimanov RPİ 16-cı PŞ-nin baş təhqiqatçısı X2 həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Azərbaycan Respublikası CPM-nin 51 və 246.2.1-ci maddələrinin tələbinə əsasən Təqsirləndirilən şəxs üzərinə axtarış və baxış keçirilmişdir. Müəyyən olunmuşdur: Vətəndaş Təqsirləndirilən şəxs əlindəki hərbi səhra çantasına baxış keçirilərkən çantadan «POLO» selofan torbadan 02 dəst yataq üzlükləri naxışlı selofan torbadan təzə alınmış 04 cüt corablar, üzərində «Berrak» yazılmış 02 ədəd alt qışa tuman, üzərində «Berrak» yazılmış 02 ədəd «futbolka», 01 dəst isti alt geyim, digər «POLO» selofan torbadan 1 ədəd qara rəngli papaqlı plaş gödəkçə, 01 ədəd qara rəngli cins şalvara bükülmüş, nişangah hissəsi və lülə borusu qara rəngli plaş material olan papaqla və çantanın kəmərilə bağlanmış, qundağı və dəstəyi taxtadan, korpusu qara rəngli metaldan, üzərində 1966-cı il yazılmış БH 2755 nömrəli Kalaşnikov avtomat silahı, qara rəngli koftaya bükülmüş Kalaşnikov avtomatına aid ola biləcək patron sandıqçası-darağı, çantanın yan cibindən üzərində «Bazarstore» yazılmış selofan torbada «10+4 Gilİette» üzqırxan, 01 ədəd head&shoulders saç yuyucusu, 04 ədəd «Protex» sabunları, çantanın digər cibində qara rəngli, köhnə kişi ayaqqabısı aşkar olunmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs bildirdi ki, təqdim etdiyi 01 ədəd avtomatı və sandıqçasını xx.xx.2024-cü il tarixdə saat 13 radələrində Binəqədi kənd qəbrstanlığından göl tərəfdən olan girişi ərazisindən tapıb hərbi səhra çantasında olan şəxsi əşyaları ilə birlikdə Nərimanov rayonu, Yaşar Hüseynov küçəsi 9B ünvanın ərazisindəki yarımtikilidə gizlətmiş, bu gün, yəni xx.xx.2024-cü il tarixdə saat 15 radələrində həmin əl çantasını götürüb avtomatı satacağı şəxsi orada gözləyərkən həmin ünvanda polis əməkdaşları tərəfindən saxlanılmışdır. Aşkar olunmuş avtomat, 01 ədəd sandıqçası ilə birlikdə iştirakçıların və Təqsirləndirilən şəxs iştirakı ilə qablaşdırıldı, 218 nömrəli möhürlə möhürləndi. Cinayət işinin 46-49-cu vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 24/107 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd БH-2755 №-li silah, 7,62 m kalibrli olmaqla, zavod üsulu ilə 1966-cı ildə keçmiş SSRİ dövlətində istehsal olunmuş Kalaşnikov konstruksiyalı AKMS modelli avtomatdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalbli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidir-darağıdır, döyüş sursatı hesab edilmir, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Cinayət işinin 90-94-cü vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-49/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, təqdimatın təmin edilməsi, Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinədək həbs qətimkan tədbirinin seçilməsi, həbsetmənin əvvəlinin 14 yanvar 2024cü il tarixində, saat 15:15-dən hesablanması qərara alınmışdır. Cinayət işinin 101-102-ci vərəqələrində olan “Maddi sübut kimi tanıma haqqında” 05 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd БH-2755 №-li, 7,62 m kalibrli, 1966-cı ildə keçmiş SSRİ dövlətində istehsal olunmuş Kalaşnikov konstruksiyalı AKMS modelli avtomatın maddi sübut kimi tanınması və saxlanış üçün Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin 105-107-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Sonuncu dəfə o, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinin 108-114-cü vərəqələrində olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-275/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmundən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 1 (bir) il 6 (altı) ay muddətə azadliqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində cəkməklə təyin edilmiş cəzanın əvvəlinin 10 fevral 2022-ci il tarixindən hesablanmaqla həbsdə saxlama müddətinin ona təyin olunmuş cəza müddətinə daxil edilməsi hökm edilmişdir. Cinayət işinin 139-147-ci vərəqələrində olan “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 02 aprel 2024-cü il tarixli qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd БH-2755 №-li, 7,62 m kalibrli, 1966-cı ildə keçmiş SSRİ dövlətində istehsal olunmuş Kalaşnikov konstruksiyalı AKMS modelli avtomatın və 01 ədəd 30 ədəd 7.62x39 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş darağın maddi sübut kimi tanınması və saxlanış üçün Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilməsi, iş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı diskin sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut kimi tanınması və istintaq materiallarına əlavə edilməsi qərara alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsindən başqa mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə- iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 21 iyun 2010-cu il tarixli qərarında göstərilmişdir ki, «odlu silah» anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750-İİQ nömrəli Qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan «Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı» Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən «odlu silah» dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. Əntiq odlu silahlar və onların modelləri daxili qanunvericiliyə müvafiq olaraq müəyyən edilir. Lakin 1899-cu ildən sonra istehsal olunan odlu silahlar heç bir halda əntiq silahlara aid edilmir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanunu və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkərlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-nin 228-ci maddəsi çıxış edir.». “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1, 3, 5 və 6-ci bəndlərinə əsasən silah — canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir; mülki silah — özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır; döyüş sursatı- müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır. soyuq silah — konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır. Həmin Qanunun 3-cü maddəsinin İİ hissəsinin 1, 2 və 5-ci bəndlərinə əsasən xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında bu Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi; ictimai yerlərdə örtüksüz silahın gəzdirilməsi;xəncərlərin, beybutların, ov bıçaqlarının, əliçliklərinin, toppuzların, nunçakların, gürzlərin, beşbarmaqların və başqa zərbə-dağıdıcı təsirli əşyaların (idman alətləri istisna edilməklə) dövriyyəsi qadağandır. Həmin Qanunun 21-ci maddəsinin İİİ hissəsinə əsasən, mülki silah sahibi aşağıdakı vəzifələri yerinə yetirməlidir: 1) bu Qanunun tələblərinə əsasən əldə edilmiş silahı qeydiyyatdan keçirməli; 2) bu Qanunun tələblərinə əsasən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi silahın təyinatı üzrə istifadə edilməsi və daşınması qaydalarına əməl etməli. Nəhayət, «bu Qanunun müddəalarını pozmaqla odlu silahın, döyüş sursatının və soyuq silahın istehsalını, gətirilməsini, aparılmasını, idxalını, ixracını, satışını, əldə edilməsini, başqasına verilməsini, kolleksiya edilməsini, sərgisinin keçirilməsini, saxlanılmasını, gəzdirilməsini, daşınmasını, göndərilməsini, istifadə edilməsini, götürülməsini və ya məhv edilməsini həyata keçirən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar (Qanunun 24-cü maddəsi). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu (Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-275/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə) hazırkı cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. Beləliklə də, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 2 (iki) il müddətinin axımı onun cəzadan azad edildiyi gündən, yəni 10 avqust 2023-cü il tarixdən hesablanır. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməlini 14 yanvar 2024-cü il tarixində törətmiş və həmin əməli törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yəni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur.». Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.3), cəzaçəkmə müddətinin əvvəli 14 yanvar 2024-cü il tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6.,), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə maddi sübut olan və Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd БH-2755 №-li, 7,62 m kalibrli, 1966-cı ildə keçmiş SSRİ dövlətində istehsal olunmuş Kalaşnikov konstruksiyalı AKMS modelli avtomat və 01 ədəd 30 ədəd 7.62x39 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş darağ hökm qanun qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. İş üzrə maddi sübut olan - baxış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 14 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd БH-2755 №-li, 7,62 m kalibrli, 1966-cı ildə keçmiş SSRİ dövlətində istehsal olunmuş Kalaşnikov konstruksiyalı AKMS modelli avtomat və 01 ədəd 30 ədəd 7.62x39 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş darağ hökm qanun qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə maddi sübut olan - baxış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-255/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-255/2024
15.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver