Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-256/2021 14.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1985-ci il tarixdə Qazax rayonu Poylu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qazax rayon Poylu Ərazi dairəsi Poylu kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Ceyranbatan Kömürata qəsəbəsində nömrəsiz evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 26.02.2020-ci il tarixdə ünvan 1 ünvanında yerləşən “Kapital Banka” aid bankomatdan Zərərçəkmiş şəxs məxsus, “Paşa Siğorta” tərəfindən verilmiş 1100 0000 0074 3002 saylı plastik kartdan yəni, elektron məlumat daşıyıcısından istifadə etməklə həmin kart hesabından 1500 manat pul vəsaitini çıxarıb gizli yolla talayaraq Zərərçəkmiş şəxs 1500 manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə verilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs təxminən 3 il bundan əvvəl tanımışdır. Belə ki, onunla səyyar ətir satışı ilə məşğul olmuşdur. Təxminən 2 il əvvəl Binəqədi Balaxanı yolunda Zərərçəkmiş şəxs ilə bir yerdə etibarnamə ilə idarə etdiyi “Opel” markalı avtomobillə gedərkən yol nəqliyyat hadisəsi baş vermişdir, həmin hadisədə o və Zərərçəkmiş şəxs xəsarət almışlar. Bu səbəbdən “Paşa Siğorta” ayrıayrılıqda kart hesabı açıb həmin karta Zərərçəkmiş şəxs 1500 manat, ona isə 750 manat ödənilməsini təmin etmişdir. O, özünə aid olan kartı “Paşa Sığorta”nın Baş ofisindən götürmüş, 750 manatı bankamat vasitəsi ilə ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərlərdə çıxarıb xərcləmişdir. Zərərçəkmiş şəxs isə ondan xahiş etmişdir ki, sığorta kartını götürməmişdir və onu “Paşa Sığorta”nın Baş ofisinə aparsın. O da Afaqı həmin ofisə etibarnamə ilə idarə etdiyi “Tofaş” markalı dövlət qeydiyyat nömrəsini xatırlamadığı avtomobillə aparmış, orada Afaq həmin kartı götürmüş və onlar orada kartı yoxladıqları zaman 1500 manat pulun karta köçürülmədiyini görmüşlər. Afaq həmin kartı özünə aid əşyalarla birlikdə onun idarə etdiyi avtomobilin içərisinə qoymuşdur. Həmin vaxt Afaqın kartı səhvən avtomobildə qalmışdır. Bu ona sonradan məlum olmuşdur. Belə ki, o Afaqın kartını öz kartı bilib avtomobildən götürmüş, sonra Nərimanov rayonu, Ak.Həsən Əliyev küçəsi 82-də “Kapital Bank”a aid bankomatda kartı yoxlayan zaman hesabda 1500 manat pul olduğunu görmüşdür. Həmin vaxt ona məlum olmuşdur ki, kart Afaqın kartıdır. Lakin ona pul lazım olduğundan həmin pulun hamısını, yəni 1500 manat pulu kartdan çıxartmışdır. Daha sonra həmin kartı Zərərçəkmiş şəxs demədən avtomobilə qoymuş və ondan sonra bir neçə dəfə Zərərçəkmiş şəxs bankomat görən zaman ona “avtomobili saxla görüm hesabıma pul yüklənibmi?” demişdir. O da avtomobili saxlamış və Afaq kartı yoxlayıb yüklənmədiyini bildirmişdir. Sonradan Afaq bu barədə polisə məlumat vermişdir. O da Afaqla telefonla danışıb ona şikayət etməməsini, pulunu qaytaracağını bildirmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxsə vurulmuş zərəri tam ödədiyini və sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını qeyd edərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 30.06.2019-cu il tarixdə avtomobil qəzası keçirmişdir. Qəzadan sonra “Paşa Sığorta” tərəfindən ona 1500 manat pul verilməli olduğu üçün o, 18.02.2020-ci il tarixdə iş yoldaşı Səbuhi ilə birlikdə Səbail rayonunda yerləşən “Sahil Plaza”da “Paşa Sığorta”nın baş ofisinə getmişdir. Orada ona “Paşa Sığorta” tərəfindən plastik kart verilmiş və həmin pulun 1 həftə ərzində “Kapital Banka” köçürüləcəyi bildirilmişdir. Qeyd etmişdir ki, həmin vaxt Səbuhi kartı bankomata salıb aktivləşdirmək üçün kartı ona verməsini demişdir. O, aktivləşdirməni edə bilmədiyi üçün kartı Səbuhiyə vermişdir. Səbuhi də yaxınlıqda olan bankomata kartı daxil edib aktivləşdirmiş, daha sonra ona gətirib vermişdir. O, həmin vaxt kənarda dayanmışdır. Bir həftə ərzində və bir həftə tamam olduqda o həmin plastik kartı “Kapital Bank”a məxsus bankomatda yoxlamış, lakin balansda pul olmamışdır. Qeyd etmişdir ki, həmin vaxt mövcud karantin vəziyyəti ilə əlaqədar ona sistemdə problem olduğu bildirilmiş və o da pulun köçmədiyini düşünmüşdür. Bundan sonra 2020-ci ilin may ayında o “Paşa Sığorta” ilə əlaqə saxladıqda ona 25.02.2020-ci il tarixdə pulun onun hesabına yükləndiyi, 26.02.2020-ci il tarixdə isə pulun kartdan çıxarıldığı bildirilmişdir. O da bununla bağlı “Kapital Banka” müraciət etmişdir. Oradan ona çıxarışla bağlı sənəd verilmişdir. Həmin sənəddə pulun 25.02.2020-ci il tarixdə onun kartına köçürüldüyü və 26.02.2020-ci il tarixdə isə Gənclik metro stansiyasının yaxınlığında yerləşən “Kapital Banka” məxsus bankomatdan çıxarıldığı qeyd edilmişdir. Sonda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş maddi zayanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin 8-10-cu vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” 10 iyun 2020-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 16-cı PB-nın təhqiqatçısı X4, Azərbaycan Respublikası CPM-nin 236-cı maddəsinin tələblərini rəhbər tutub hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilərkən müəyyən olunmuşdur ki, hadisə yeri ünvan 2 ünvanda yerləşən “Kapital Bank”a məxsus bankomatdır. Sözü gedən banka məxsus bankomat asfalt örtüklü piyada yolunun kənarında yerləşir. Bankomatın arxa tərəfində 3 mərtəbədən ibarət olan “Kapital Bank”ın “Gənclik” filialı vardır. Bankomatın üzlük hissəsi qırmızı rənglidir. Bankomatın arxa hissəsində yerləşən “Kapital Bank”ın filialı ağ rəngli alkopan material ilə üzlənmişdir. Bankomatın sağ və sol tərəfində 5 mərtəbəli yaşayış binası və icarə obyektləri vardır. Bankomatın qarşısında 1 tərəfli asfalt örtüklü avtomobil yolu və avtomobil tuneli vardır. Hadisə yerinin foto şəkilləri çəkilərək tərtib edilmiş protokola əlavə edilmişdir. Cinayət işinin 36-cı vərəqində olan “Təqdim olunmuş diskə baxış keçirilməsi haqqında” 15 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİnin İŞ-nin müstəntiqi X2 Azərbaycan Respublikası CPM-nin 85, 51, 236-cı maddələrinə əsasən həmin protokolu tərtib etmişdir ondan ötrü ki, icraatında olan HK-507 saylı material üzrə Zərərçəkmiş şəxs təqdim etdiyi diskə baxış keçirmişdir. Baxış keçirilən zaman müəyyən edilmişdir ki, CD diskin içərisində olan səs yazılarında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə telefon danışığı zamanı pulu götürdüyünü təsdiq etmiş və tezliklə geri qaytaracağını bildirmişdir. Təqdim edilən diskə baxış xidməti otaqda gündüz vaxtı keçirilmiş, protokolun doğruluğu imza ilə təsdiq olunmuşdur. Cinayət işinin 54-55-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş 28.03.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. O, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 03.04.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 1500 manat cərimə cəzasına məhkum edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs Ağstafa Rayon Məhkəməsinin 10.03.2020-ci il tarixli qərarı ilə cəzası 260 saat ictimai işlər cəzası ilə əvəz edilmiş, 31.08.2020-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. Cinayət işinin a-c vərəqələrində olan Ağstafa Rayon Məhkəməsinin 10.03.2020-ci il tarixli, 7(015)-10/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 03.04.2018-ci il tarixli, 1(001)-28/2018 nömrəli hökmü ilə təyin edilmiş cərimə cəzasının ödənilməmiş qalan 1390 manatlıq hissəsinin 260 saat ictimai işlər cəzası ilə əvəz edilməsi qərara alınmışdır. Cinayət işinin 65-ci vərəqində olan “Axtarışda olan şəxsin tutulmasına dair” 17 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 16-cı PB-nin CA üzrə baş əməliyyat müvəkkili X5 həmin protokolu tərtib etmişdir PB-nin CA üzrə əməliyyat müvəkkili X1 iştirakı ilə ondan ötrü ki, axtarışda olan Təqsirləndirilən şəxs keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Abşeron rayonu, Ceyranbatan qəsəbəsində saxlanılaraq Nərimanov RPİ-nin 16-cı PB-nə gətirilmişdir. Cinayət işinin 76-cı vərəqində olan 17 aprel 2021-ci il tarixli “Tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 98-100-cü vərəqələrində olan “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və qətimkan tədbirinin seçilməsi barədə” 19 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 102-104-cü vərəqələrində olan “İfadənin yerində yoxlanılması və götürülməsi haqqında” 19 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi X2, Azərbaycan Respublikası CPM-nin 260 və 261-ci maddələrinə əsasən həmin protokolu tərtib etmişdir ondan ötrü ki, icraatında olan ********* saylı cinayət işi üzrə istintaq gedişində Təqsirləndirilən şəxs ifadəsində dediklərini yerində göstərmiş və müəyyən olunmuşdur ki, o, 26.02.2020-ci il tarixdə ünvan 3 ünvanında yerləşən “Kapital Bank”a məxsus bankomatdan tanışı Zərərçəkmiş şəxs məxsus “Paşa Sığorta” tərəfindən verilmiş 1100 0000 0074 3002 saylı plastik kartı daxil edərək içərisində olan 1500 manat pulu çıxartmışdır. Fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Cinayət işinin 110-113-cu vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” 27 aprel 2021-ci il tarixli qərardan görünür ki, 01 ədəd CD diskin sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs 14.07.2021-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışlar. Ona vurulmuş zərər tam ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışdığını, vurulmuş zayanın tam ödənildiyini və sonuncunun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Belə ki, o əvvəllər məhkum olunsa da, onun məhkumluğu ödənilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə maddi sübut olan 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-256/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-256/2021
14.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver