Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-256/2023 30.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs oglu və onun müdafiəçisi – Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, 08 okyabr 1964-cü il tarixdə Ermənistan Masis rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Binəqədi rayonu, X9 qəsəbəsi, Binəqədi şossesi, ev 55 D saylı ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oglunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 01 sentyabr 2022-ci il tarixdə saat 14:55 radələrində “B C D” kateqoriyalı AD 034717 seriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi "xxxx" ASC-yə məxsus “Lada Vesta” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti istiqamətindən Bakı şəhəri, Nərimanov rayonu, Əhməd bəy Ağaoğlu küçəsi ilə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi istiqamətinə doğru hərəkət edib Ə.Ağaoğlu küçəsi ilə Təbriz küçəsinin kəsişməsində 15 km/saat sürətlə sola dönərək hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən yolayrıcında sağa və ya sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara yol verməli olduğu halda, həmin tələblərə riayət etməyib yolun hərəkət istiqamətinə nəzərən sağ tərəfindən sol tərəfinə doğru keçmək istəyən piyada Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin ön sol hissəsi ilə ehtiyatsızlıqdan vuraraq ona sağ almacıq sümüyünün yerdəyişmiş sınığı ilə müşayiət olunan sağ almacıq nahiyəsinin şişkinliyi və qançırı, başın yumşaq toxumalarının və sol bud-çanaq oynağının əzilməsi xəsarətləri ilə müşayiət edilən və dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid bədən xəsarətləri yetirməklə yo] nəqliyyat hadisəsi törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, oğlu Fəhminə məxsus **-PD-*** dövlət qeydiyyat nişanlı “Lada Vesta” markalı minik avtomobilini etibarnamə ilə arada taksi kimi idarə edir. 01 sentyabr 2022-ci il tarixi saat 14:30-15:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ə.Ağaoğlu küçəsi ilə Təbriz küçəsinin kəsişdiyi yerdən yəni Xətai prospektindən Ə.Ağaoğlu küçəsinə keçib Təbriz küçəsinin keçidindəki işiqforun qırmızı işığında dayanaraq yaşıl işıq yandıqdan sonra sola hərəkət üçün avtomobilin sola dönmə işığını yandıraraq “Gənclik” metrosu istiqamətinə hərəkətə başlayıb Təbriz küçəsi sol istiqamətinə dönmək üçün qarşıdan gələn avtomobil axınına yol verib sola dönmə əməliyyatını edən zaman sürücü tərəfdən sol qabaq yan güzgüsünə bərk zərblə dəymiş və bu səbəbdən güzgü qatdalanmışdır. O, avtomobili dərhal kənara verib saxlamış və düşüb piyadalar üçün nəzərdə tutulan piyada keçidinə baxdığı zamaıı görmüşdür ki, asfaltın üzərində qadın yıxılmış vəziyyətdədir. Bundan sonra, o, başa düşmüşdür ki, həmin tanımadığı qadını idarə etdiyi avtomobillə vurmuşdur. O, həmin qadına yaxınlaşaraq ətrafdakı şəxslərin köməkliyi ilə aldığı zərbə nəticəsində aldığı xəsarətlərin müayinə olunması səbəbindən idarə etdiyi 99-PD- 926 dövlət qeydiyyat nişanlı “Lada Vesta” markalı minik avtomobilin arxa sağ oturacağına əyləşdirib dərhal xəstəxanaya aparmışdır. İlk olaraq həmin qadını ünvan 2 ünvanında yerləşən “1 saylı Şəhər Klinik Xəstəxanası ”na aparmışdır. Sonradan isə avtomobili ilə vurduğu piyada qadını ünvan 3 ünvanında yerləşən “Avrasiya Hospitalı”na gətirmiş, orada onu müayinə və KT etmişlər. Bundan əlavə, 03 sentyabr 2022-ci il tarixdə həmin qadının ünvan 4 ünvanında yerləşən “X6”na getmişlər, orada müayinə olunmuş və həkim tərəfindən yazılan reseptdəki dərmanları 7 günlük müalicə alınması üçün tərəfindən alınmışdır. Əlavə olaraq qeyd etmişdir ki, o, avtomobil ilə sola əməliyyat keçirmək istədiyi vaxt piyadalar üçün nəzərdə tutulan zolaq ilə hərəkətdə olan şəxsi görməmişdir. O, həmçinin bildirmişdir ki, heç vaxt spirtli içki qəbul edib sükan arxasına oturmamış, hadisə vaxtı spirtli içki təsiri altında olmamışdır. Hazırda zərərçəkmiş şəxsə dəymiş maddi zərəri tam olaraq ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 01 sentyabr 2022-ci il tarixi saat 14:55 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ə.Ağaoğlu küçəsi ilə Təbriz küçəsinin kəsişdiyi yerdən işi ilə əlaqədar olaraq “Rahat” marketdə getmək üçün sol tərəfmə baxaraq avtomobilin hərəkət etmədiyinə əmin olub piyadalar üçün nəzərdə tutulan zolaq ilə iti addımlarla yolun əks istiqamətinə keçərəkən ani olaraq sol ayaq nahiyəsindən bərk zərbə dəymişdir. Ona dəyən zərbənin təsirindən yıxılaraq sağ üz nahiyəsi ilə yerə yıxılmışdır. Həmin zərbə nəticəsində yıxıldıqdan sonra yerdə olarkən bilmişdir ki, onu boz rəngli “Lada” markalı minik avtomobili qəfil vurmuşdur. Aldığı zərbə nəticəsində o, ayağında və üzündə baş vermiş kəskin ağrılar səbəbindən həmin onu qəfil vurmuş “Lada” markalı minik avtomobilinin sürücüsü ətrafdakı tanımadığı şəxslərin köməkliyi ilə onu həmin avtomobilin arxa sağ oturacağına əyləşdirərək dərhal xəstəxanaya aparmışlar. İlk olaraq həmin şəxs onu ünvan 2 ünvanında yerləşən “1 saylı Şəhər Klinik Xəstəxanası’na, sonradan isə ünvan 3 ünvanında yerləşən “Avrasiya Hospital’ına gedərək oradan onu müayinə edərək KT etmişlər. Bundan əlavə, 03 sentyabr 2022-ci ıl tarixdə həmin qadının ünvan 4 ünvanında yerləşən “X6”na getmişlər, orada müayinə olunmuş və həkim tərəfindən yazılan reseptdəki dərmanlan 30 günlük müalicəsinin 7 günlük dərmanım həmin sürücü tərəfindən alınmışdır. Piyadalar üçün nəzərdə tutulan zolaq ilə keçmək istədiyi vaxt avtomobiiin hərəkətdə olmasını görməmişdir. Hadisə zamanı tək olmuş,həmin vaxt orada tanımadığı şəxslər olmuşdur. Təqsirləndirilən şəxs ona dəymiş zərəri tamamilə ödəmişdir, Təqsirləndirilən şəxs qarşı şikayəti, iddiası və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında xx.xx.2022-ci il tarixli, 2/29152 nömrəli aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə törədərkən ayıq vəziyyətdə olmuş, alkoqol qəbulu əlamətləri aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 X7 xx.xx.2022-ci il tarixli, 944 №-li rəyindən görünür ki, X3 almış olduğu xəsarətlər - sağ almacıq sümüyünün yerdəyişmiş sınığı ilə müşayiət olunan sağ almacıq nahiyəsinin şişkinliyi və qançırı, büzdüm fəqərəsinin çıxığı, başın yumşaq toxumalarının və sol bud-çanaq oynağının əzilməsi küt əşyanın təsirindən törənib, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi mümkündür və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nərimanov RPİ-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdə B,C,D kateqoriyalı AD 034717 seriya/nömrəli sürücülük vəsiqəsi verilmişdir. Həmin sürücülük vasiqəsi xx.xx.2024-cü il tarixədək etibarlıdır. İstintaq zamanı baş vermiş hadisənin DİN-in “Qırmızı işıq” sisteminin müşahidə kamerasında qeydə alınmış videogörüntüsünü özündə əks etdirən 01 ədəd DVD diskə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, videogörüntüdə ünvan 5 ünvanının qarşısı, hər iki istiqamət üzrə hərəkət zolaqları 03 dəqiqə ərzində videodiskə köçürülmüşdür. Görüntünün 00.05-ci dəqiqəsində piyada bir nəfər şəxs Təbriz küçəsi istiqamətindən qarşıdakı yol istiqamətinə yolun hərəkət zolağında sağdan sola doğru yolu keçmək üçün hərəkətə başlayır. Görünütünün 00.11-ci dəqiqəsində piyada yolu keçmək istəyərkən həmin piyada zolağın sonuncu zolaqlarının ağ xəttin üzərində olarkən avtomobil yolunun soldan sağa doğru 1-ci hərəkət zolağı ilə hərəkətdə olan boz rəngli avtomobil piyadanı avtomobilin sağ ön hissəsi ilə vuraraq yolun piyada hərəkət zolağının soldan sağa hərəkət zolağının qarşısına atır. Bundan sonra avtomobil dayanır. Sürücü avtomobildən enərək vurulmuş piyadaya doğru yaxınlaşır. Yerdə uzanmış vəziyyətdə olan piyadaya əyilərək baxdıqdan sonra öz avtomobilinə yaxınlaşır. Piyadanın ətrafına şəxslər toplaşır. Onların köməkliyi ilə piyadanı piyada üçün nəzərə tutulmuş hərəkət zolağının qarşısından həmin boz rəngli avtomabilə daşıyaraq qoyurlar. Avtomobillərin sıxlığı görünür. Cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən, baş vermiş yol-nəqliyyat hadisəsini özündə əks etdirən 01 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. İş üzrə təyin edilmiş təkrar məhkəmə-tibbi ekspertizasının 03 mart 2023-cü il tarixli 933 saylı rəyinə əsasən müəyyən edilmişdir ki. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - sağ almacıq sümüyünün yerdəyişmiş sınığı ilə müşayiət olunan sağ almacıq nahiyəsinin şişkinliyi və qançırı, başın yumşaq toxumalarının və sol bud-çanaq oynağının əzilməsi bərk küt əşya(lar)nm təsirindən törənib, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı əmələ gəlməsi mümkündür və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş üzrə təyin edilmiş məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2022-ci il tarixli 8/3213 nömrəli rəyində göstərilmişdir ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, Lada Vesta markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində '‘Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 75- ci maddəsinin 1ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 25 mart 2023-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. “Qətimkan tədbiri seçilməsi haqqında” 25 mart 2023-cü il tarixli qərardan və eyni tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, zərərçəkənlə tam barışıq əldə etdiyinə görə barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəyən zərər ödənilmişdir, iş üzrə icraata xitam verilməsinə etiraz etmir. Məhkəmə toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulan əməlin törətməsi tam sübuta yetirilir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığından o, cinayət məsuliyyətindən azad edilməli, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.1.2-ci maddəsinin tələbinə müvafiq olaraq bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır; 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır; 346.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında cinayət məsuliyyətindən azad etmə üçün əsasların olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə göstərilən halları, yəni Təqsirləndirilən şəxs ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs arasında barışığın əldə edilməsini, habelə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq belə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən Təqsirləndirilən şəxs barəsində başlanılmış cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ləğv edilməlidir. Ekspertiza tədqiqatının dəyəri 85,0 manat təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Cinayət işi üzrə maddi sübut – 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 35 (otuz beş) iş saatına görə 210 (iki yüz on) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 43.1.2, 321, 321.2.1 və 384-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Cinayət işi üzrə maddi sübut – 01 ədəd CD disk cinayətinin materiallarında saxlanılsın. Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 35 (otuz beş) iş saatına görə 210 (iki yüz on) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Qərardan elan edildiyi gündən 20 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-256/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-256/2023
30.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver