Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-257/2021 17.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X8 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş hüquqi şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Zərərçəkmiş şəxs, Müdafiəçi – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun X4, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs Niymət oğlunun iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, işləməyən, əvvəllər məhkum olunmamış, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Niymət oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Niymət oğlu tamah niyyəti ilə özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə X5 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 149 ünvanında yerləşən "Bank Respublika” Açıq Səhmdar Cəmiyyətinin Azadlıq filialından 10.000 manat məbləğində kredit götürmək üçün şəxsiyyəti istintaqa məlum olmayan Orxan adlı şəxs tərəfindən 3000 manat pulun müqabilində hazırlanmış qanunsuz olaraq hüquq verən rəsmi sənəd hesab edilən Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmaları barədə şəxsi vəsiqəni, "xxxx" ASC-nə aid digər rəsmi sənədi - əmək haqqının ödəniş kartı üzrə çıxarışı Emil Mirzəyev “MN” seriyalı ******* saylı və ona zamin durmuş Təqsirləndirilən şəxs Niymət oğlu ”MN” seriyalı ******* saylı bilə-bilə saxla şəxsi vəsiqələri və digər rəsmi sənəd hesab olunan "xxxx" ASC-nə aid əmək haqqının ödəniş kartı üzrə ********** və ********** saylı saxta çıxarışları 11 iyun 2019-cu il tarixdə, saat 17 radələrində Bakı şəhəri Nərimanov rayonu Azadlıq prospekti 149 ünvanında yerləşən "xxxx" ASC-nin “Azadlıq” filalında aparıcı mütəxəssis Şahid təqdim edib aldatmaqla, 01İCASA191620006 nömrəli kredit müqaviləsi bağlamış, daha sonra həmin bankdan 10.000 manat məbləğimlə kreditə pul götürmüş və bununla da o, bilə-bilə saxta sənədlərdən istifadə elməklə aldatma və etibardan sui-istifadə etməklə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qeyd olunan məbləğdə, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Niymət oğlu Azərbaycan Respublikası CM-nin 320.2, 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Niymət oğlu ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, bir nəfər şəxsə 3700 manat borcu olmuşdur. Həmin pulu maddi vəziyyəti ilə bağlı ödəməkdə çətinlik çəkmişdir. O, 2019-cu ilin əvvəllərində Bakı şəhərinə gəlmiş və fəhləlik etmişdir. Bundan sonra o, 2019cu ilin əvvəllərində Neftçilər metrosu yaxınlığında kafedə olarkən, təsadüfən orada 30-35 yaşlarında Orxan adlı şəxslə tanış olmuşdur. 2019-cu ilin aprel ayının əvvəllərində o, Orxanla söhbət edərkən ona maddi vəziyyətinin ağır olduğunu və bir nəfər şəxsə borcunun olmasını bildirmişdir. Orxan onu dinlədikdən sonra, hərbi vəsiqə ilə “Respublika” bankdan 10.000 manat məbləğində kreditə pul götürülməsində köməklik edə biləcəyini demişdir. 11 iyun 2019-cu il tarixdə Orxan ilə o, “Nərimanov” parkında görüşmüş və əvvəllər tanımadığı X5 ilə Orxan onu tanış etmiş, orada Orxan ona Emil Mirzəyevin adına “Bank Respublikadan” 10000 manat məbləğində kreditə pul götürüləcəyini və həmin kreditə görə o, Emil Mirzəyevə zamin duracağını demişdir. Götürülən pulun 3500 manatı ona, 3500 manatını Emil Mirzəyevə, 3000 manat pul isə Orxanın özünə çatacağını onlara bildirmişdir. O, etiraz etməmiş və razılaşmışdır. Söhbət zamanı kreditin ödənişlərini birgə ödəyəcəkləri ilə bağlı razılığa gəlmişlər. Bundan sonra birlikdə Bank Respublikanın Azadlıq filialına gəlmişlər və Bankın qarşısında Orxan ona MKR arayışını və şəxsiyyət vəsiqəsinin əslini ona qaytarmışdır. Orxan ona və Emilə saxta hərbi şəxsi vəsiqə və Kapital Bankdan əmək haqqının ödənişlərinə dair çıxarışlar vermiş və sənədlərin qaydasında olduğunu, artıq hərbiçi olmalarını və Kapital Bankdan güya əmək haqqı almalarını bildirmişdir. Banka daxil olduqdan sonra Emil özündə olan saxta hərbi vəsiqəni, əmək haqqına dair çıxarış sənədlərini bankın işçisinə təqdim etmişdir. Kreditin məbləği 12000 manat istənilsə də, lakin 10.000 manat rəsmiləşdirilmişdir. Sonra o, şəxsiyyət vəsiqəsini, saxta hərbi vəsiqəsini və əmək haqqına dair çıxarışı bankın işçisinə təqdim etmişdir. Sonra onlara bankın işçisi gedib saat 17 radələrində banka gəlmələrini, ona kimi sənədləşməni hazırlayacağını demişdir. Saat 17 radələrində Emil bankla əlaqə saxlamış və o, Emil ilə birlikdə banka daxil olmuşdur. Sonra o və Emil bank sənədlərini imzalamış, daha sonra Emil kassaya yaxınlaşmış, kassir 10.000 manat məbləğində pulu sayıb Emilə vermiş və Emil pulu götürüb birlikdə küçəyə çıxmışlar, bir qədər bankdan uzaqlaşmışlar və kənarda pulu üçü arasında bölmüşlər. Emil ona 5000 manat pul vermiş, özünə də 5000 manat götürmüş, sonra 5000 manat puldan 1500 manat Orxana vermiş, Emildə 1500 manat özünə düşən paydan Orxana vermişdir. Sonra Orxan ondan saxta hərbi vəsiqəni geri almışdır. Təxminən ay yarım sonra Emil ilə zəngləşmiş, kreditin ödənişi ilə bağlı maraqlanmışdır. O, ödəməyə pulunun olmadığını bildirmişdir. 3 ay sonra yenə Emil ilə zəngləşmiş, lakin Emil heç nə ödəmədiyini bildirmişdir. Bankdan kredit götürəndən 3 ay sonra ödəniş edilmədiyi üçün bankdan ona zəng gəlmiş və onu banka dəvət etmişlər. Amma Emil gəlməmişdir. Bankda onunla sorğu sual edilmiş və o, imkanının olmadığından ödəniş edə bilmədiyini demişdir. Ondan hərbçi olub-olmadığını soruşduqda o, hərbçi olmadığını və heç vaxt hərbi xidmət keçmədiyini bildirmişdir. Orada o, özünün şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Bankın işçisi ona aid hərbi vəsiqənin surətini və Emilə aid hərbiçi şəxsi vəsiqənin surətini göstərmişlər. O, bankın işçisinə bu hərbi vəsiqənin ona heç bir aidiyyəti olmadığını, həmin sənədlərin saxta olduğunu bildirmişdir. Onlar bankdan kredit götürmək məqsədi ilə saxta hərbi vəsiqələr təqdim etmişlər. Hazırda banka hissə-hissə 6200 manat pul ödəmişdir. O, əməlimdən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2015-ci ilin dekabr ayından hazırkı vaxtadək "xxxx"ASC-nin Hüquq Departamentində aparıcı hüquqşünas vəzifəsində çalışdığını bildirmişdir. X1 və onun zamini Təqsirləndirilən şəxs Niymət oğluna kredit veriləndən sonra həmin şəxslər tərəfindən ödənişlər aparılmamışdır. Belə olduqda, kreditin verilməsi ilə bağlı daxili araşdırma aparılmışdır. X1 və onun zamini Təqsirləndirilən şəxs Niymət oğlu banka dəvət olunmuşlar. Təqsirləndirilən şəxs bankın baş ofisinə gələrək, bildirmişlər ki, ona pul lazım olduğuna görə borca pul axtarmışlar, bir tanışı vasitəsi ilə tanımadığı şəxs Təqsirləndirilən şəxs bankdan kredit pul götürə biləcəyinə köməklik göstərəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs adına Müdafiə Nazirliyinin hərbi hissəsində işləməsi barədə hərbi vəsiqə və Kapital Bankdan əmək haqqı hesabatından çıxarış hazırlanmış və Təqsirləndirilən şəxs təqdim edilmişdir. Təqsirləndirilən şəxs tanımadığı Emil Mirzəyevlə götürüləcək kreditdə zamin olacağını bildirilmişdir. Təqsirləndirilən şəxs bankdan götürüləcək 10.000 manat kreditdən onun payına düşən 5000 manatdan 2500 manatı sənədləri düzəldən şəxsə verəcəyi barədə razılığa gəldiklərini demişdir. Bundan sonra, tanımadığı Emil Mirzəyevlə birlikdə Bank Respublikanın Nərimanov rayonu Azadlıq filialına daxil olmuşlar və Emil Mirzəyev adına hazırlanmış eyni sənədləri filialda təqdim edərək 10.000 manat kreditə pul götürmüşdür. Təqsirləndirilən şəxs bildirdiyinə görə danışdıqları kimi onun payına düşən 5000 manatdan 2500 manatı sənədləri hazırlayan şəxsə vermişdir. Təqsirləndirilən şəxs üzərinə düşən 5000 manatı ödəməyə söz vermiş və ilkin olaraq 200 manat pul ödəmiş, lakin sonradan ödənişdən imtina etmişdir. Sonda "xxxx" ASC-nin nümayəndəsi əlavə olaraq banka vurulmuş 10000 manat maddi zərərdən 6200 manat məbləğin Təqsirləndirilən şəxs Niymət oğlu tərəfindən ödənildiyini və bu halın nəzərə alınaraq ona təyin ediləcək cəzanın növünü və həddini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 05.11.2018-ci ildən 02.03.2020-ci ilə kimi Bank Respublikanın Azadlıq filialında kredit mütəxəssisi işləmişdir. X1 və onun zamini Təqsirləndirilən şəxs Niymət oğlunu əvvəllər tanımamış, onlarla onun hər hansı bir münasibəti olmamışdır. X3 bankda kredit verən zaman tanımış. Emil Mirzəyevin bankdan kreditə pul götürməsini onun tərəfindən sənədləşdirildiyini bildirmişdir, Belə ki, 11 iyun 2019-cu ildə o, Emil Mirzəyev və onun zamini Təqsirləndirilən şəxs ona təqdim etdiyi şəxsiyyət vəsiqəsi, hərbi xidməti vəsiqəsinin əslini və əmək haqqı hesabından çıxarışın əslini götürməklə müqavilə bağlamış, 10000 manat kredit vermişdir. Emil Mirzəyev bankdan kredit götürərkən ev tikintisi üçün pul götürdüyünü bildirmişdir. Sonra o, şəxsiyyət vəsiqəsini və hərbi şəxsi vəsiqələrin əsillərini onların özlərinə qaytarmışdır. Onların sənədlərində hər hansı bir saxtakarlıq aşkar etməmişdir. Bundan sonra, o, kreditin verilməsinə dair müvafiq bank sənədlərini tərtib etmiş, həmin sənədlərlə onları tanış etmişdir. Həmin sənədlərə uyğun olaraq Emil Mirzəyev bankdan 10.000 manat məbləğində nağd şəkildə kredit pulu götürmüşdür. Bir müddətdən sonra ona müştəri Emil Mirzəyev tərəfindən kredit borcunu ödəməməsi, hərbiçi olmmadıqları, saxta hərbi bileti ilə onu aldadaraq bankdan kreditə pul götürməyə nail olmaları məlum olmuşdur. Bu barədə bankın hüquq şöbəsi araşdırma aparmış və Emil Mirzəyevin və onun zamini Təqsirləndirilən şəxs saxtakarlıqları aşkar edilmiş və Bank Respublika tərəfindən müvafiq qaydada tədbir görülməsi üçün polisə müraciət edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 30 dekabr 2020-ci il tarixli qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə cinayət işi başlanmışdır; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 15 yanvar 2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Niymət oğlunun əvvəllər məhkum olunmasına dair əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur; İttiham elan etmək üçün şübhəli şəxsin tutulması və barəsində axtarış elan edillməsi barədə 01 fevral 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Niymət oğluna ittiham elan etmək üçün şübhəli şəxs qismində tutulması və barəsində axtarış elan edilməsi qərara alınmışdır; Axtarışda olan şəxsin tutulmasına dair 17 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Niymət oğlu keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 17 fevral 2021-ci il tarixdə ünvan 4 ünvanda saxlanılaraq Nərimanov RPİ 16-cı PB-nə gətirilmişdir; Cinayət işi üzrə əməlin tövsif edilməsi barədə 19 fevral 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl AR CM-nin 320.1 və 320.2-ci maddələrindən həmin Məcəllənin 320.2, 178.2.1 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir; Təqsirləndirilən şəxs qismində cəlb edilmə barədə 19 fevral 2021-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Niymət oğlu təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona AR CM-nin 320.2, 178.2.1 və 178.2.4-cü maddələri ilə ittiham elan edilmişdir; AZ-İİİ№ 073320 və AZ-İİİ№ 341172 doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs Niymət oğlunun himayəsində 02.03.2013-cü il təvəllüdlü X9 və X6 olmaqla iki azyaşlı övladı vardır; Qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında 19 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Niymət oğlu barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, dərhal saxlanıldığı Nərimanov Rayon Polis İdarəsinin MSY-dən azad edilmişdir; CD diskinə köçürülmüş video görüntüyə baxış keçirilməsi haqqında 19 fevral 2021-ci il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, 11 iyun 2019-cu il tarixdə, saat 14:59 dəqiqədən başlayaraq saat 18:02-yə qədər bankın müştəriləri tərəfindən kassadan müxtəlif məbləğlərdə bağd pulların alındığı görsənir, lakin Təqsirləndirilən şəxs Niymət oğlu həmin müştərilərin içərisində tanışı X3 tanıya bilmədiyini bildirmişdir; Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən yerilmiş 24.02.2021-ci il tarixli məktubundan görünür ki, MN-nin Şəxsi Heyət Baş İdarəsində aparılan uçot sənədlərinə əsasən, X2 və Təqsirləndirilən şəxs Niymət oğlunun Azərbaycan Ordusunda zabit və gizir (nıiçman) qismində xidmət keçmələri barədə məlumat yoxdur. MN0065743 və MN0076985 nömrəli “Zabitin şəxsi vəsiqəsi” blankları heç bir zabitə verilməmişdir və hal-hazırda X11 saxlanılır; AR MN-nin 01 mart 2021 -ci il tarixli 20/1387 saylı məktubundan görünür ki, MN-nin Təşkilat-Səfərbərlik İdarəsində aparılan uçot sənədlərinə əsasən 07 noyabr 1991 -ci il təvəllüdlü X2 və xx xxxxxx 1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Niymət oğlunun Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərhi xidmət hərbi qulluqçusu qismində xidmət keçmələri barədə məlumat yoxdur; Azərbaycan Respublikası SN-nin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxs tərəfindən verilmiş 10 mart 2021-ci il tarixli 672 saylı psixiatrik ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs Niymət oğlu ona ittiham edilən cinayət əməlini törədən zaman hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçilməmişdir. T.N. Məmmədov təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk eslmək və onları idarə etmək iqtidarında olmuşdur. Odur ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə göm anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda da hər hansı bir psixi patologiyadan əziyyət çəkinir. Onda hər hansı xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllığın və sair psixi xəstəliyin əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyəti qənaətbəxş səviyyədə olduğuna görə həmin şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə edə bilmək iqtidarındadır. Təqsirləndirilən şəxs Niymət oğlu təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk elmək və onları idarə etmək iqtidarında olmuş və onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs Niymət oğlu hər hansı bir psixi patologiyadan əziyyət çəkmədiyinə görə onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22-ci maddəsinin təsiri altına düşmür; Cinayət işindən başqa cinayət işinin ayrılması haqqında 14 aprel 2021-ci il tarixli qərara əsasən ********* nömrəli cinayət işindən ayrıca icraata AR CM-nin 178.2.1, 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə X5 və şəxsiyyəti istintaqa məlum olmayan şəxs barəsində başqa cinayət işi ayrılmışdır; Təqsirləndirilən şəxs Niymət oğlunun ifadəsinin hadisə yerində yoxlanılması protokolundan görünür ki. Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayonu Azadlıq prospekti 149 ünvanında yerləşən "xxxx" ASC-nin Azadlıq filalının inzibati binasını göstərərək, 11 iyun 2019-cu il tarixdə tamşə X5 ilə birlikdə həmin banka saxta hərbi vəsiqələri və ödəniş üzrə çıxarışları təqdim edərək 10.000 manat məbləğində nağd kreditə pul götürdüyünü bildirmişdir. İfadənin hadisə yerində yoxlanılması zamanı fotoşəkil çəkilmiş və protokola əlavə edilmişdir; Sübutların qiymətləndirilməsi haqqında 21 aprel 2021-ci il tarixli qərardan görünür ki, iş üzrə "xxxx" ASC-nin tərəfindən X5 və Təqsirləndirilən şəxs Niymət oğlunun Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu qismində xidmət keçmələri barədə istintaqa təqdim edilmiş saxta şəxsi vəsiqələr, X2 adına ********** saylı və Təqsirləndirilən şəxs Niymət oğlunun adına ********** saylı "xxxx" ASC-nə aid əmək haqqının ödəniş kartı üzrə saxta çıxarışlar X5 ilə "xxxx" ASC arasında bağlanmış kredit müqaviləsinin surəti, Təqsirləndirilən şəxs Niymət oğlu ilə "xxxx" ASC arasında bağlanmış zaminlik müqaviləsinin surəti, X5 və Təqsirləndirilən şəxs Niymət oğlunun şəxsiyyət vəsiqəsinin surətləri, kassa məxaric orderinin surəti və ödəniş cədvəli cinayətin predmeti olduğundan və iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmılşdır; Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-257/2021 saylı, 22 iyun 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Niymət oğlu barəsində axtarış elan edilmiş, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmiş və barəsində həbs qətimkan tədbiri seçilmişdir; Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi 16-cı polis bölməsinin 06 avqust 2021-ci il tarixli, ***-**** nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Niymət oğlu 06 avqust 2021-ci il tarixdə saxlanılaraq 09 avqust 2021-ci il tarixdə ƏN-nin PX-nin 3 saylı İstintaq Təcridxanasına etap olunması üçün Nərimanov RPİ-nin MSY-nə təhvil verilmişdir; "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi tərəfindən təqdim edilmiş və həmin bankın idarə heyətinin sədr müavini tərəfindən imzalanmış və bankı möhürü ilə təsdiq edilmiş məktubdan görünür ki, "xxxx" ASC-yə vurulmuş 10000 (on min) manat maddi zərərdən 6200 (altı min iki yüz) manat pul vəsaiti Təqsirləndirilən şəxs Niymət oğlu tərəfindən banka ödənilmiş və zərərçəkmiş şəxs tərəf təqsirləndirilən şəxsin cəzalandırılması məsələsini məhkəmənin mülahizəsinə buraxır; Təqsirləndirilən şəxs Niymət oğlunun müdafiəçisi X10 ilə 17.09.2021-ci il tarixdə məhkəməyə birgə vermiş olduqları ərizədən görünür ki, AR CM-nin 178.2.1, 178.2.4 və 320.2-ci maddələri ilə istintaqı aparılan cinayət işi üzrə özünü təqsirli bilir, lakin 320.2-ci maddə üzrə cinayət işi üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Niymət oğlu tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, zərər çəkmiş hüquqi şəxsin nümayəndəsinin, habelə şahidin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Odur ki, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının, eksertiza rəylərinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs Niymət oğlunun ittiham edildiyi əməllərin törədilməsi və baş vermiş cinayətlərdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4 və 320.2-ci maddələri ilə düzgün olaraq tövsif olunmuşdur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə əmlakı ələ keçirmə (əmlaka olan hüququ əldə etmə) cinayəti hər hansı hüquq verən və vəzifədən azad edən saxta sənədlərdən istifadə edilməklə törədildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu üzrə CM-nin 178 və 320.2-ci maddələri ilə tövsif edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsinə əsasən Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Niymət oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4 və 320.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs Niymət oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə törətmiş olduğu əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməsə də, Təqsirləndirilən şəxs Niymət oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə törətmiş olduğu cinayətə görə cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyindən o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə törətmiş olduğu cinayətə görə cinayət məsuliyyətindən azad edilməlidirlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs Niymət oğlunun təqsirli olduğu müəyyən edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinin mənası baxımından böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.3-cü maddəsinə əsasən cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. Hazırki ittihamdan görünür ki, Təqsirləndirilən şəxs Niymət oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirləndirildiyi cinayət əməlini 11 iyun 2019-cu il tarixdə törətmişdir. Məhkəmə baxışı zamanı müdafiə tərəfi həmin cinayət üzrə cinayət təqibinə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməsi səbəbindən xitam verilməsi barədə razılıq vermişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü madəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Niymət oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirilmiş, lakin həmin cinayətə münasibətdə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3cü maddəsinə əsasən təqibinə xitam verilməli və o, həmin maddə ilə cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrinə münasibətdə isə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Niymət oğlunun həmin maddələrlə təqsirli olması iş materialları ilə tam sübuta yetirilmişdir və ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. "xxxx" ASC-nin nümayəndəsi tərəfindən təqdim edilmiş yuxarıda qeyd olunmuş məktubdan görünür ki, banka vurulmuş 10.000 manatdan maddi zərərin yarıdan çox hissəsi, yəni 6200 manat məbləğ Təqsirləndirilən şəxs Niymət oğlu tərəfindən ödənilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Niymət oğlunun törətdiyi cinayət əməllərini etiraf edərək səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində 2 azyaşlı uşağının olmasını, zərər çəkmiş şəxsə dəymiş zərərin qismən ödənilməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Niymət oğlunun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Niymət oğluna cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmadığı, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır və bu baxımdan təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs Niymət oğlunun cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəmüvafiq hesab edir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Niymət oğlunun 17.02.2021-ci il tarixdən 19.02.2021-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 02 gün müddət, o cümlədən, 06.08.2021-ci il tarixdən 17.09.2021-ci il tarixədək həbsdə saxlanıldığı 01 ay 11 gün müddət, cəmi 01 ay 13 gün müddət bir günə iki gün hesabı ilə ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs Niymət oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs Niymət oğlunun barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilməli, onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X2 adına ********** saylı və Təqsirləndirilən şəxs Niymət oğlunun adına ********** saylı "xxxx" ASC-yə aid əmək haqqının ödəniş kartı üzrə saxta çıxarışlar, o cümlədən, X5 ilə "xxxx" ASC arasında bağlanmış kredit müqaviləsinin surəti, Təqsirləndirilən şəxs Niymət oğlu ilə "xxxx" ASC arasında bağlanmış zaminlik müqaviləsinin surəti, X5 və Təqsirləndirilən şəxs oğlunun şəxsiyyət vəsiqəsinin surətləri, kassa məxaric orderinin surəti və ödəniş cədvəli iş materiallarında saxlanılmalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Niymət oğlunun Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Niymət oğluna göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X7 məhkəmədə iştirak etdiyi 15 (on beş) saat üçün cəmi 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Niymət oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və həmin maddə ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Niymət oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Niymət oğlunun 17.02.2021-ci il tarixdən 19.02.2021-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 02 gün müddət, o cümlədən, 06.08.2021-ci il tarixdən 17.09.2021-ci il tarixədək həbsdə saxlanıldığı 01 ay 11 gün müddət, cəmi 01 ay 13 gün müddət bir günə iki gün hesabı ilə ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə hesablanmaqla üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay 04 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Niymət oğlunun üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şəki rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs Niymət oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs Niymət oğluna təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəki Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs Niymət oğlunun barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin, onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. İş üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X2 adına ********** saylı və Təqsirləndirilən şəxs Niymət oğlunun adına ********** saylı "xxxx" ASC-yə aid əmək haqqının ödəniş kartı üzrə saxta çıxarışlar, o cümlədən, X5 ilə "xxxx" ASC arasında bağlanmış kredit müqaviləsinin surəti, Təqsirləndirilən şəxs Niymət oğlu ilə "xxxx" ASC arasında bağlanmış zaminlik müqaviləsinin surəti, X5 və Təqsirləndirilən şəxs oğlunun şəxsiyyət vəsiqəsinin surətləri, kassa məxaric orderinin surəti və ödəniş cədvəli iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Niymət oğluna göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X7 məhkəmədə iştirak etdiyi 15 (on beş) saat üçün cəmi 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-257/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-257/2021
17.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver