Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-257/2024 24.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 11:00 Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Allahverdiyava Aytac İmamhüseyin qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhər X1 müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 (videokonfrans vasitəsi ilə) iştirakları ilə, xx xxxxx 1977-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli və 02 övladı olan, orta təhsilli, heç bir yerdə işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Ağdam rayonu, Quzanlı qəsəbəsində yaşayan barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(005)-257/2024 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti və etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən tanışları vasitəsi ilə şəxslərin pensiya və müavinətlərini bərpa edilməsini müəyyən məbləğdə pul müqabilində həll edə bilmək imkanının olmasına dair həqiqətə uyğun olmayan məlumat verib inandıraraq, 1500 manat pul qarşılığında Zərərçəkmiş şəxs1 dayandırılmış pensiyasının bərpa edilməsinə nail olacağına dair yalan vədlər verib, Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək, bu məqsədlə 15 fevral 2023-cü il tarixdə saat 12 radələrində ünvan 3 ünvanında yerləşən “Nərimanov istirahət parkı”ndakı çay evində sonuncu ilə görüşüb 1500 manat pul vəsaitini alıb, ələ keçirərək Zərərçəkmiş şəxs1 1500 (min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti və etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən tanışları vasitəsi ilə şəxslərin pensiya və müavinətlərini bərpa edilməsini müəyyən məbləğdə pul müqabilində həll edə bilmək imkanının olmasına dair həqiqətə uyğun olmayan məlumat verib inandıraraq, 1500 manat pul qarşılığında sonuncunun qohumu Kamran Yolçiyevin dayandırılmış pensiyasının bərpa edilməsinə nail olacağına dair yalan vədlər verib, Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək, bu məqsədlə 21 fevral 2023-cü il tarixdə saat 14 radələrində ünvan 3 ünvanında yerləşən “Nərimanov istirahət parkı”ndakı çay evində sonuncu ilə görüşüb 1500 manat pul vəsaitini alıb, ələ keçirərək Zərərçəkmiş şəxs2 1500 (min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bildiyini qeyd etmişdir. Həmçinin bildirmişdir ki, təxminən 15 fevral 2023-cü il tarixdə özünü Zərərçəkmiş şəxs2 kimi təqdim edən şəxs ona zəng edərək nömrəsini tanışı Könüldən aldığını və pensiya işi ilə bağlı onunla görüşmək istədiyini bildirmişdir. Həmin gün Musa ilə görüşmək üçün “Nərimanov” metrostansiyasının qarşısında görüşmüşlər. Musa, əmisi oğlu Kamran Yolçiyevin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən cəzaçəkmə müəssəsində nəzarətçi işlədiyini, 2010-cu ildə xəstəliyi ilə əlaqədar olaraq həmin müəssisədən pensiyaya çıxdığını, xəstəliyi ilə bağlı ödənilən pensiyanın dayandırıldığını bildirib pensiyanın bərpasında Kamrana köməklik etməyini istəmişdir. Həmin vaxt, Musanın dostu olan Zərərçəkmiş şəxs1 daxili işlər orqanları sıralarından xəstəliyi ilə əlaqədar olaraq pensiyaya çıxdığını, onun da pensiyasının dayandırıldığını bildirib pensiyanın bərpa edilməsində köməklik etməsini istəmişdir. O, isə həm Musanın qohumu olan Kamran Yolçiyevin, həm də Zərərçəkmiş şəxs1 pensiyalarının tanışları vasitəsi ilə hər birini 1500 manata olmaqla, ümumilikdə 3000 manata bərpa etdirə biləcəyini bildirmişdir. Həmin görüş zamanı Zərərçəkmiş şəxs1 pensiyasının bərpa olunması üçün ona 1500 manat pul vermişdir. Daha sonra isə Musa əmisi oğlu Kamran Yolçiyevin pensiyasının bərpa olunması üçün ona 1500 manat pul vermişdir. O, pulu Musadan aldıqdan sonra pensiyaların bərpa oluncağını, əks təqdirdə almış olduğu pulları qayataracağını bildirmişdir. Bundan sonra, Musadan və Ələkbərdən almış olduğu ümumilikdə 3000 manat pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Son olaraq təqsirləndirilən Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək zərərçəkmiş şəxslərlə barışdığını, vurulmuş ziyanın zərərçəkmiş şəxslərə tam ödədiyini, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın 25% miqdarında dövlət büdcəsinə ödəniş etdiyini bildirərək cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, uzun müddət əmisi oğlu X4 Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı şəhəri, Qaradağ rayonunda yerləşən cəzaçəkmə müəssisəsində nəzarətçi işləmiş və 2010-cu ildə xəstəliyi ilə əlaqədar olaraq həmin müəssisədən pensiyaya çıxmışdır. Bir neçə il bundan əvvəl Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əmisi oğlu Kamran Yolçiyevə xəstəliyi ilə bağlı ödənilən pensiya dayandırılmışdır. Əmisi oğlu Kamranın pensiyasının bərpası ilə bağlı tanışlarına danışmışdır. Dostu Fərhad ona, bir nəfər tanışının məhz bu işlə məşğul olduğunu bildirmişdir. Bir neçə gün sonra Fərhadla görüşüb Kamranın pensiya məsələsinin bərpasının mümkün olduğunu və bu işin müqabilində 1500 manat məbləğində pulun lazım olduğunu bildirmiş, bu barədə əmisi ilə danışmış və əmisi İlqar adlı şəxsə 1500 manat məbləğində pul verməsini xahiş etmiş və pensiyası bərpa olduqdan sonra hissə-hissə ona pulu qaytaracağını söz vermişdir. Bu barədə Zərərçəkmiş şəxs1 danışmış, oda onun da pensiyasının bərpa olunması məsələsini İlqarla danışmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxsla razılaşmışlar və dostu Ələkbər çayxanada İlqara 1500 manat məbləğində pul vermiş, oda 21 fevral 2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Nərimanov” istirahət parkının qarşısında Təqsirləndirilən şəxsla görüşmüş və 1500 manat məbləğində pulu İlqara vermişdir. Təqsirləndirilən şəxs vəd vermişdir ki, Kamranın və Zərərçəkmiş şəxs1 pensiyaları 2023-cü ilin may ayının sonuna kimi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bərpa ediləcəkdir. Həmin müddətədək əmisi oğlu Kamranın pensiyasının bərpa olunmadığını görüb Təqsirləndirilən şəxs pulunu tələb etmişdir. Lakin, Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək onu aldatmış və pulunu qaytarmamışdır. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tam şəkildə ödənilmiş, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Onunla barışmışdır. Bununla bağlı notarial qaydada təsdiq edilmiş ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasının vidokonfrans vasitəsilə iştirak edən Zərərçəkmiş şəxs1 ibtidai itintaqda vermiş olduğu ifadəsini təsdiq etdiyini, həmçinin təqsirləndirilən şəxslə barışdığını ona qarşı heç bir şikayəti və tələbi olmadığını, gələcəkdə də olmayacağını bildirmiş, bununla bağlı notarial qaydada təsdiq edilmiş ərizəsini məhkəməyə ünvanladığını qeyd etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasınna gəlməmiş və bu barədə heç bir məlumat verməmiş Şahid1 və Şahid2 ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş digər şahid X5 məhkəməyə ərizə ünvanlayaraq ibtidai istintaqda vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmədə tədqiq edilən Musayev X3 Rayon Polis İdrəsinin 18-ci Polis Şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ona qarşı dələduzluq etməsi faktı ilə bağlı şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmədə tədqiq edilən Yolçiyev X2 Rayon Polis İdrəsinin 18-ci Polis Şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ona qarşı dələduzluq etməsi faktı ilə bağlı şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmədə təqdid edilən Azərbaycan Respublikası Daxili İlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 1(033)-1/2015 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilərək 03 il, 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkəmədə təqdid edilən “Maddi ziyanın ödənilməsi” haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs2 Şəkərəm oğluna vurulmuş maddi ziyanın 1600 manat məbləğində pul vəsaitini geri almışdır. Məhkəmədə təqdid edilən xx.xx.2024-cü il tarixli Zərərçəkmiş şəxs2 Şəkərəm oğlu tərəfindən təqdim edilən ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 1500 manat məbləğində maddi ziyan, həmçinin əlavə xərcləri üçün 100 manat ona tam şəkildə ödənilmişdir. Məhkəmədə tədqiq edilən “Axtarışda olan şəxsin tutulması barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə könüllü şəkildə Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə gəlmişdir. Məhkəmədə tədqiq edilən təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq edilən “Sübutların qiymətləndirilməsi haqqında” 27 mart 2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahid ifadələri, həmçinin işdə olan digər hüquqi sənədlər əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmışdır. Məhkəmədə tədqiq olunan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli 1(005)-257/2024 saylı qərraından görünür ki, Təqsirləndirilən şəxs dəfələrə məhkəmənin çağırışlarına gəlməmiş və məhkəmə istintaqından yayınmışdır. Buna görə də barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmişdir və qərarın icrası Nərimanov Rayon Polis İdarəsinə tapşırılmışdır. Məhkəmədə tədqiq olunan xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Şöbəsi tərəfindən təqdim edilən məktubdan aydın olur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə polis əməkdaşları tərəfindən tutularaq, Nərimanov Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilmişdir. Məhkəmədə tədqiq edilən zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs Hüseyn oğlu tərəfindən ona vurulmuş maddi ziyan ödənilmişdir və ona qarşı heç bir şikayəti, tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Məhkəmədə tədqiq edilən zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs Hüseyn oğlu tərəfindən ona vurulmuş maddi ziyan ödənilmişdir, onunla barışmışdır və ona qarşı heç bir şikayəti, tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Məhkəmədə təqdid edilən Azərbaycan Beynəlxalq Bankı ASC-dən əldə edilmiş xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Hüseyn oğlu tərəfindən 750 manat məbləğində, yəni cinayət nəticəsində vurulmuş ziyanın 25% miqdarında dövlət büdcəsində ödəniş etmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini dinləyib, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 178.2.2-ci maddəsinə əsasən eyni əməlllər təkrar törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tamamilə ödəməsini, dövlət büdcəsinə cinayət nəticəsində vurulmuş ziyanının iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsi və işin digər hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə cinayət işinin icraatına xitam verilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər ilə barışmasını və zərərçəkmiş şəxslərə dəymiş ziyanı tamamilə ödəməsini və dövlət büdcəsinə cinayət nəticəsində vurulmuş ziyanının iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini və qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə cinayət işinin icraatına xitam verilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o dərhal məhkəmə iclas zalından azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 344-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs hökm elan edildikdən dərhal sonra məhkəmə iclas zalından azad edilsin. Qərardan elan edildiyi gündən 20 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №1(005)-257/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-257/2024
24.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver