Məhkəmə qərarları › İş №1(005)-258/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-258/2020

30.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-258/2020 30.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs Tofiq oğlunun, müdafiəçi Abşeron rayon Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1957-ci il tarixdə Neftçala rayonu, Qoltuq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Neftçala şəhəri, Məhəllə 3, ev 34-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 00:20 radələrində etibarnamə ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Mack” yük markalı **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 2 ünvanının qarşısına düşən yolu hərəkət hissəsində 5-10 km/saat sürətlə geriyə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 13cü hissəsinin tələblərini pozmuş, yəni nəqliyyat vasitəsini geriyə hərəkət etdirərkən bu manevr təhlükəsiz olmalı, hərəkətin digər iştirakçılarına maneə yaratmamalı və lazım gəldikdə, sürücü başqa şəxslərin köməyindən istifadə etməli kimi tələblərinə riayət etməyib, idarə etdiyi avtomobilin qabaq sağ təkəri ilə yolun hərəkət hissəsində idarə etdiyi avtomobilin sağ yan tərəfi ilə qarşıya doğru irəliləyən Zərərçəkmiş şəxs Tofık oğlunun sol ayağı üzərindən keçərək ehtiyatsızlıqdan ona sıxılma sindromu ilə müşayiət olunan sol baldır sümüklərinin orta-aşağı 1/3-nin qapalı, çəp, qəlpəli, yerdəyişmiş sınığı, sol ayaq darağı və daraqarxası sümüklərinin qapalı, yerdəyişmiş sınıq-çıxığı (oseosintez əməliyyatında sonrakı vəziyyət) kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirməklə yol hərəkəti qaydalarını pozmuşdur. Bununla da, Təqsirləndirilən şəxs öz hərəkəti ilə CM-in 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən və zərərçəkmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, heç bir psixatrik xəstəxanada qeydiyyatda deyildir. Ailəlidir, 3 övladı vardır. Təxminən 1 il “Mack” markalı **-LL-*** dövlət nömrə nişanlı yük avtomobilini icarə əsasında etibarnamə ilə idarə etmişdir. xx.xx.2020-ci il tarixdə saat təxminən 00:10 radələrində etibarnamə əsasında idarə etdiyi “Mack” markalı **-LL-*** dövlət nömrə nişanlı yük avtomobili ilə Nərimanov rayonu, H.Əliyev prospekti ilə sağdan ikinci zolaqla Babək prospekti istiqamətinə hərəkətdə olarkən “X10”nin yaxınlığında körpüyə çatmamış arxadan gələn “Opel Astra” minik markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobil sağdan ötmə əməliyyatını keçirən zaman idarə etdiyi yük avtomobilinə sürtülmüşdür. Bundan sonra o və “Opel Astra” minik markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü idarə etdikləri avtomobili yolun hərəkət hissəsində saxlamış və hər ikisi avtomobildən düşmüşdürlər. Onun idarə etdiyi “Mack” markalı 99-LL- 763 dövlət nömrə nişanlı yük avtomobilində heç bir zədə olmamışdır. Lakin “Opel Astra” minik markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə sol qapılarında və arxa qanad hissəsində cızıqlar yaranmışdır. Bundan sonra “Opel” markalı avtomobilin sürücüsü öz mobil telefonu ilə “DİN 102 Xidməti Zəng Mərkəzinə” zəng vuraraq hadisə barədə məlumat vermiş, təxminən 10 dəqiqə sonra hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları gəlmişdirlər. Onların idarə etdikləri avtomobillər yolun hərəkət hissəsində olduğu üçün polis əməkdaşları onlardan avtomobilləri arxaya verərək yolu boşaltmaqlarını xahiş etmişdirlər. Bundan sonra şəxsiyyəti ona istintaq vaxtı məlum Zərərçəkmiş şəxs Tofık oğlu öz avtomobilini arxaya verərək kənara çəkmişdir. O da, idarə etdiyi yük avtomobilinə əyləşmiş və avtomobili arxaya vermək istəyərkən anidən qışqırıq səsi eşitmiş və avtomobili dayandırmışdır. O, dərhal idarə etdiyi avtomobildən düşmüş və görmüşdür ki, yük avtomobilinin sağ sərnişin tərəfdən ön təkərinin arxa hissəsi Zərərçəkmiş şəxs sol ayağının üstünə çıxmış və Zərərçəkmiş şəxs xəsarət almışdır. Bundan sonra YPX-nin əməkdaşları Zərərçəkmiş şəxs onun öz avtomobilinə əyləşdirib dərhal xəstəxanaya aparmışdırlar. O, isə hadisə yerində dayanaraq polisin gəlməsini gözləmişdir. Təxminən 15 dəqiqə sonra hadisə yerinə Nərimanov RPİ-nin təhqiqatçısı gəlmiş və ilkin sənədləşdirmə aparmışdır. Zərərçəkmiş şəxs Tofık oğlu 1 saylı KTM- də müalicə alan zaman tez-tez gedib baş çəkmiş və xəstəxana xərclərini qarşılamışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, idarə etdiyi “Mack” markalı **-LL-*** dövlət nömrə nişanlı yük avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. O, piyadanı vuran zaman avtomobili təxminən 5-10 km/saat sürətlə idarə edirmiş. Hadisə zamanı idarə etdiyi Mack” markalı **-LL-*** dövlət nömrə nişanlı yük avtomobilində sərnişin və yük olmamışdır. İdarə etdiyi “Mack” markalı **-LL-*** dövlət nömrə nişanlı yük avtomobili arxaarxaya verərkən heç kəsin köməyindən istifadə etməmişdir. Lakin onun idarə etdiyi yük avtomobilinin arxasında Yol Patrul Xidmətinin əməkdaşları olduğu üçün o, onlara arxayın olub heç kəsdən heç nə soruşmadan arxaya vermək istəmişdir. Lakin bu zaman məlum hadisə baş vermişdir. Həmçinin onun idarə etdiyi avtomobili arxaya verərkən siqnal səsi verir. Həmin siqnalın təyinatı digər şəxslərə avtomobilin geriyə verilinəsi barədə xəbərdarlıq etməkdir. O, idarə etdiyi “Mack” markalı **-LL-*** dövlət nömrə nişanlı yük avtomobili arxa- arxaya kiminsə olmağını görməmişdir. Hazırda zərərçəkmiş şəxslə barışmış, ona dəymiş zərəri tamamilə ödəmişdir. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Hadisələrin təsadüfi axarı zəminində ilk dəfə cinayət törətməsini, zərərçəkmiş şəxslərə dəymiş maddi zərəri tam olaraq ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, avtomobil idarə edir və “BC” kateqoriyalı sürücülük vəsiqəsi vardır. “Opel Astra” minik markalı **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə əsasında idarə edir. xx.xx.2020-ci il tarixdə saat 00:10 “Opel Astra’’ minik markalı **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Nərimanov rayonu, Heydər Əliyev prospekti ilə metronun “Koroğlu” stansiyası istiqamətindən metronun “28 may” metrostansiyası istiqamətində sağ zolaq ilə hərəkət edib körpünün üzərinə çıxmaq istəyərkən orta zolaqda hərəkət edən “Mack” yük markalı **-LL-*** dövlət qeydiyyat nişanlı yük avtomobili onun idarə etdiyi avtomobili sıxmışdır. O, idarə etdiyi avtomobili mümkün qədər sağa çəksə də, heç bir nəticəsi olmamış və “Mack” yük markalı avtomobil onun idarə etdiyi avtomobilin sol qapılarını və arxa qanad hissəsini sürtərək zədələmişdir. Bundan sonra onların hər ikisi idarə etdikləri avtomobili yolun hərəkət hissəsində saxlayıb avtomobildən düşərək avtomobillərinə baxmışdırlar. “Mack” yük markalı avtomobildə heç bir zədə olmamışdır. O, “Mack” yük markalı avtomobilin sürücüsünə öz iradını bildirmiş və ondan ehtiyatlı olmasını xahiş etmişdir. Lakin “Mack” yük markalı avtomobilin sürücüsü, sonradan şəxsiyyəti ona məlum Təqsirləndirilən şəxs onunla kobud danışaraq hadisənin səbəbkarının onun olduğunu bildirmiş və onunla acıqlı danışmışdır, o, bundan sonra istifadəsində olan ***-***-**-** mobil nömrə ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102 Xidməti Zəng Mərkəzinə” zəng vuraraq hadisə barədə məlumat vermişdir. Bundan sonra hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları gəlmişdirlər. Onun və Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillər hadisə yerində yolun hərəkət hissəsində qaldığı üçün Yol Patrul Xidmətinin əməkdaşları onlardan avtomobilləri yolun hərəkət hissəsindən kənara çəkərək yolu boşaltmaqlarını xahiş etmişdirlər. O, bundan sonra idarə etdiyi avtomobilə əyləşib avtomobili arxaya verib yolun sol kənarında saxlamışdır. Bundan sonra ona Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 Xidməti Zəng Mərkəzindən zəng gəlmiş və zəng vuran şəxs ondan hadisə yerinə gələn Yol Patrul Xidməti əməkdaşının idarə etdiyi avtomobilin nömrəsini deməyini xahiş etmişdir. Yol Patrul Xidməti əməkdaşlarının avtomobili Təqsirləndirilən şəxs idarə etdiyi yük avtomobilin qarşısında olduğu o, həmin avtomobilin nömrəsinə baxmaq məqsədilə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin sağ tərəfindən keçən zaman Hüseynağa avtomobili geriyə verməyə başlamışdır. Bu zaman onun sol ayağı həmin avtomobilin qabaq sağ təkərinin altında qalmışdır. O, sol ayağından xəsarət aldığı üçün həmin nahiyyədə bərk ağrılar yaranmış və bu səbəbdən ucadan qışqırmışdır. Onun səsini eşidən Yol Patrul Xidmətinin əməkdaşları qışqıraraq Hüseynağadan avtomobili saxlamağını tələb etmişdirlər. Hüseynağa avtomobili saxlamışdır. Bundan sonra Yol Patrul Xidmətinin əməkdaşı onun idarə etdiyi “Opel Astra” minik markalı **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə onu 1 saylı X7 aparmışdır. O, orada əməliyyat olunmuş və bir müddət orada stasionar müalicə alaraq evə buraxılmışdır. Təqsirləndirilən şəxs idarə etdiyi “Mack” yük markalı **-TL-*** dövlət qeydiyyat nişanlı yük avtomobili geriyə hərəkət etdirərkən heç kəsin köməkliyindən istifadə etməmişdir. Hadisə zamanı Təqsirləndirilən şəxs idarə etdiyi “Mack" yük markalı **-LL-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini geriyə hərəkət etdirdiyini görmürmüş. Belə ki, o, Hüseynağanın idarə etdiyi avtomobilin qabaq hissəsinə çatan zaman o, idarə etdiyi avtomobili hərəkətə gətirib arxaya vermək istəmiş və bu zaman idarə etdiyi avtomobilin qabaq sağ təkəri onun sol ayağının üzərindən keçmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam olaraq ödənilmişdir. Hazırda onunla barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Cinayət işinin 69-71-ci vərəqələrində olan Şahid1 istintaq orqanına verdiyi ifadəsindən görünür ki, o, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X13 bilavasitə tabe olan Yol Patrul Xidməti Alayının inspekteru vəzifəsində işləyir, polis serjantıyam. xx.xx.2020- ci il tarixdə iş yoldaşım Şahid2 ilə **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayon ərazisində xidmətdə olarkən Nərimanov rayonu, H.Əliyev prospektinin Yusif Səfərov küçəsinə çıxışı istiqamətinin yaxınlığında 2 avtomobilin toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsinin olması barədə məlumat daxil olmuşdur. Onlar hadisə yerinin yanında olduqları üçün dərhal həmin yerə yaxınlaşmışdırlar. Hadisə yerinə yaxınlaşan zaman **-LL-*** dövlət qeydiyyat nişanlı “Mack” yük markalı avtomobilin və “Opel Astra'’ minik markalı, 99-UR-85S dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını görmüşdür. Hadisə yerinin yaxınlığında yelun hərəkət hissəsində yol xətləri yenidən rəngləndiyi üçün yolun bir hissəsi bağlanmışdır. Hacisəni törədən avtomobillər isə hadisə yerində yolun hərəkət hissəsində qaldığı üçün yolda tıxac yaranmağa başlanmışdır. Bu səbəbdən onlar avtomobillərin sürücülərindən avtomobilləri yolun hərəkət hissəsindən çəkərək yolu boşaltmaqları xahiş etmişdirlər. Bundan sonra “Opel Astra” minik markalı, **- UR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü idarə etdiyi avtomobili yolun sol tərəfinə çəkmişdir. O, **-LL-*** dövlət qeydiyyat nişanlı “Mack” yük markalı avtomobilin yolun hərəkət hissəsini boşaltması üçün yolda hərəkəti dayandırmışdır. Bu zaman anidən qışqırıq səsi gəlmişdir. O, “Mack” yük markalı avtomobil tərəfə baxan zaman görmüşdür ki, “Opel Astra” minik markalı sürücüsünün ayağı «Mack» yük markalı avtomobilin qabaq sağ təkərinin altında qalmışdır. “Opel Astra” minik markalı sürücüsü hadisə zamanı xəsarət aldığı üçün o, həmin sürücünün avtomobili ilə onu 1 saylı X7 aparmış, Elçin isə hadisə yerində qalmışdır. Şahid1 ifadəsində göstərmişdir ki, o, “Mack” markalı **-LL-*** dövlət nömrə nişanlı yük avtomobili idarə edən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə Zərərçəkmiş şəxs Tofık oğlunun ayağının üzərindən keçmə anının şahidi olmamışdır. Belə ki, o, həmin zaman Heydər Əliyev gələn avtomobillərin hərəkətini dayandırırmış ki, “Mack” markalı **-LL-*** dövlət nömrə nişanlı yük avtomobil yolun hərəkət hissəsini boşaltsın. “Mack” markalı **-LL-*** dövlət nömrə nişanlı yük avtomobili idarə edən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili geriyə verərkən digər şəxslərin köməyindən istifadə etmirmiş. Cinayət işinin 82-84-cü vərəqələrində olan Şahid2 istintaq orqanına verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin 1-ci vərəqəsində olan “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə CM-in 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir; Cinayət işinin 16-cı vərəqəsində olan “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi”nə dair xx.xx.2020-ci il tarixli 2/1461 nömrəli tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs hadisə törədərkən ayıq vəziyyətdə olmuş, onun tərəfindən alkoqol qəbulu əlamətləri aşkar edilməmişdir. Cinayət işinin 20-ci vərəqəsində olan ƏN –Vİİ 146599 nömrəli xx xxxxxx 2019-cu il tarixli etibarnamənin surətindən görünür ki, X1 “OPEL ASTRA” minik markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə və istifadə etməyi Zərərçəkmiş şəxs etibar etmişdir. Etibarnamə xx.xx.2020-ci il tarixədək qüvvədədir. Cinayət işinin 28-ci vərəqəsində olan AD 367662 nömrəli xx xxxxxx 2018-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, X1 “Mack” yük markalı **-TL-*** dövlət qeydiyyat nişanlı yük avtomobili X4 məxsusdur. Cinayət işinin 59-cu vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X8- İmtahan Şöbəsindən daxil olmuş xx.xx.2020-ci il tarixli 016-31949-1220 nömrəli məktubdan görünür ki, DİN-in Baş Dövlət X11 Qeydiyyat-imtahan İdarəsinin kompyuter uçot bazasının məlumatlarına əsasən xx.xx.1957-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdə AC 327285 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. Cinayət işinin 60-61-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X11 xx.xx.2020-ci il tarixli 31955-1220 saylı məktubundan görünür ki, X6 ona məxsus “Mack” yük markalı **-TL-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə və istifadə etməyi Təqsirləndirilən şəxs etibar etmişdir. Etibarnamə xx.xx.2024-cü il tarixədək qüvvədədir. Cinayət işinin 35-37-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9-Təcrübi və Tədris Birliyinin canlı şəxsin ekspertizası ilə bağlı xx.xx.2020-ci il tarixli 208 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər - Sıxılma sindromu ilə müşahidə olunan sol baldır sümüklərinin orta-aşağı 1/3-nın qapalı, çəp, qəlpəli, yerdəyişmiş sınığı, sol ayaq darağı və daraqarxası sümüklərin qapalı, yerdəyişmiş sınıq-çıxığı (osteosintez əməliyyatında sonrakı vəziyyət) küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Cinayət işinin 78-80-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin “Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası” ilə bağlı xx xxx 2019-cu il tarixli, 8/296 nömrəli rəyindən görünür ki, “Mack” markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində tədqiq olunan şəraitdə “Yol hərəkəti haqqında" Azərbcaycan Respublikasının Qanunun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş, onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış tədqiqatın dəyəri 100 (bir yüz) manat təşkil edir. Cinayət işinin 66-cı vərəqəsində olan “Maddi sübut kimi tanınma haqqında” xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Mack” markalı, **- LL-*** dövlət qeydiyyat nişanlı yük avtomobili cinayət törədilmə aləti olduğundan və iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması və saxlanıması üçün sahibinə qaytarılması qərara alınmışdır. Cinayət işinin 135-138-ci vərəqələrində olan “Qətimkan tədbirinin seçilməsi barədə” xx.xx.2020-ci il tarixli qərardan və həmin tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 119-120-ci vərəqələrində olan “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. Cinayət işinin 140-cı vərəqəsində olan Neftçala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində yazılı və şifahi şikayət daxil olmamışdır. Cinayət işinin 52-53-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİnin verdiyi cinayət işi üzrə yoxlamaya dair xx xxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, X2 əvvəllər məhkum olunmuşdur. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə AR CM-in 263.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay nəqliyyat vasitəsini idarətetmə hüququndan məhrum edilməklə 02 il islah işləri cəzasına məhkum edilmişdir. AR Milli Məclisinin xx.xx.2016-cı il tarixli amnistiya qərarı ilə azad olunmuşdur. Məhkəmə, toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığından və ona dəymiş ziyanı tam şəkildə ödədiyindən o, cinayət məsuliyyətindən azad edilməli, iş üzrə icraata xitam verilməli, eyni zamanda Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətləri olduğundan müvafiq materiallar Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə göndərilməlidir. Belə ki, CM-in 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır; 346.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında cinayət məsuliyyətindən azad etmə üçün əsasların olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə göstərilən halları, yəni zərərçəkmiş şəxslərə vurulmuş ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənildiyini, zərərçəkmiş şəxslə barışığın əldə edilməsini, habelə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq belə hesab edir ki, CM-in 263.1-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməli, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə olunası əmlak yoxdur. Məhkəmə, eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs əməlində olan inzibati xəta tərkibinin əlamətlərinə hüquqi qiymət verilməsi məqsədi ilə müvafiq materiallar qərar qanuni qüvvəsini aldıqdan sonra Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 43.1.2, 321, 321.2.1 və 384-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində vəsait Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin (Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Dövlət Xəzinadarlıq Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab AZE41 NABZ**********0000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************). Qərardan elan edildiyi gündən 20 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar