Məhkəmə qərarları › İş №1(005)-258/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-258/2024

26.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-258/2024 26.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 12:50 Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclas katibi Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1998-ci ildə Cəlilabad rayonu, Uzuntəpə kəndində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Bakı şəhəri Binəqədi rayonu 1 saylı Mənzil Kommunal Təsərrüfat Birliyində bağban işləyən, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Uzuntəpə kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam" növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Bakı şəhəri, Nərimanov rayonu Vaqif prospekti 103 ünvanında yerləşən “Dədə-Qorqud” parkında Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi üzrə qərəzli hərəkətlər etməklə, hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoyub, ümumi davranış qaydalarına saymamazlıq nümayiş etdirərək xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs yumruqla qəsdən çənə nahiyəsindən vuraraq ona sol çənə bucağının yerdəyişən sınığı, sağ dirsəyin sıyrığından ibarət, Azərbaycan Respublikası CM-in 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə xuliqanlıq etmişdir Təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri və digər iş materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, “Dədə-Qorqud" parkında olan skamyada oturduğu vaxt ondan bir qədər aralıda tanışı Əlimövsüm, Namiq və adının sonradan Zərərçəkmiş şəxs olduğunu öyrəndiyi şəxs voleybol oynamışdır. Həmin vaxt onun ayağına top dəymiş və o, topu ayağı ilə saxlamışdır. Onun topu ayağı ilə saxlamaqda məqsədi Əlimövsümlə zarafat etmək olmuşdur. Həmin vaxt Əlimövsümün yanında olan dostu Zərərçəkmiş şəxs ona əl işarəsi ilə topu atmağını bildirmişdir. O da, Əlimövsümü tanıdığı üçün onlara zarafat etmək məqsədi ilə Təvəkgülə topu verməyəcəyini bildirmişdir. Həmin vaxt Təvəkgül ona yaxınlaşaraq anasının ünvanına nalayiq ifadələr işlədib əli ilə sinəsindən arxaya doğru itələyərək topu ondan almaq istəmişdir. O, Təvəkgüldən nə üçün onun anasının ünvanına nalayiq ifadələr işlətdiyini soruşan zaman aralarında sözlə mübahisə baş vermişdir. Mübahisə zamanı Təvəkgülə Əlimövsümü tanıdığı üçün zaralat edərək topu verəyəcəyini bildirmişdir. Buna baxmayaraq Təvəkgül onunla yenə də kobud şəkildə danışmağa başlamışdır. Təvəkgülün onunla kobud formada danışdığına və anasının ünvanına nalayiq ifadələr işlətdiyinə görə əsəbiləşərək sağ əli ilə yumruqla Təvəkgiilün sol çənə nahiyəsindən bir dəfə zərbə ilə vurmuşdur. Zərbənin təsirindən Təvəkgül arxaya gedərək yerə yıxılmışdır. Buna baxmayaraq Təvəkgül həmin vaxt yerdən qalxaraq ona doğru gələn zaman tanışı Namiq araya girərək oradan uzaqlaşdırıb kənara çəkmişdir. O. Təvəkgüllə dalaşan zaman Davud və Nicatın da Əlimövsümlə dalaşmağa başlamışdır. Bundan sonra o, oradan çıxıb yaşadığı ünvana getmişdir. Bir qədər sonra isə onu Nərimanov RPİ-nə dəvət etmişlər. Hadisə zamanı o, heç bir xəsarət almamışdır. Dava-dalaş təxminən 3-4 dəqiqə davam etmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, onun xuliqanlıq etmək niyyəti olmamışdır, Əlmövsümlə zarafatı olduğu üçün topu özündə saxlamışdır. Zərərçəkmiş şəxs vurulmuş ziyanı ödəmişdir, onunla barışıq əldə etmişdir. Əməlindən peşman olmasını, atasının xəstə olmasını nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, o, Dövlət Universitetindən məzun olmuş, hazırda heç bir yerdə işləmir. Ailəsi Gəncə şəhərində yaşamasına baxmayaraq özü tək Bakı şəhəri, Nərimanov rayonunda kirayədə yaşamışdır. 24 aprel 2023-cü il tarixdə Bakı Dövlət Universitetində tələbə yoldaşları ilə Universitetdə futbol oynamışlar. Futbol qurtardıqdan sonra tələbə yoldaşı Əli ilə birlikdə Nərimanov rayonu, Vaqif prospektində yerləşən ‘'Dədə-Qorqud'' parkına gedib orada top oynamışlar. Bu zaman top ondan təxminən 5 metr aralı məsafəyə düşmüşdür. Həmin vaxt sonradan adını bildiyi Təqsirləndirilən şəxs topu ayağı ilə saxlamışdır. O, Nəcməddindən xahiş etmişdir ki, ona məxsus topu geri qaytarsın. Nəcməddin isə topu ona qaytarmamışdır. Nəcməddinin yanına yaxınlaşaraq yenidən topu qaytarmasını istəmişdir, lakin Nəcməddin anidən yumruqla onun sifət nahiyəsinin sol tərəfindən vurmuşdur. Zərbənin təsirindən o, yerə yıxılmışdır, həmin vaxt Nəcməddinin tanışları da onu vurmağa başlamışlar. Daha sonra Nəcməddin və yanında olanlar oradan çıxıb getmişlər. O, xəsarətlər aldığı üçün X3 müraciət etmişdir. Nəcməddin Əhmədov ona məxsus topu heç bir səbəb olmadan ona qaytarmadığı və topunu geri istədiyi üçün dava-dalaş baş vermişdir. Hadisə zamanı Nəcməddin Əhmədov onun ünvanına nalayiq söyüşlər söymüşdür. Özü heç bir söyüş söyməmişdir. O, çənə nahiyəsindən xəsarət almışdır. Buna görə əməliyyat keçirmişdir. Məhkəmənin sualına cavab olaraq zərərçəkmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, hazırda təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənilmişdir, onunla barışmışdır, şikayəti və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Bu barədə ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid4 bildirmişdir ki, Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsi üzrə 3-cü kurs tələbəsidir. Zərərçəkmiş şəxs da Bakı Dövlət Universitetində eyni fakultədə oxuduğu üçün onu tanıyır. Təqsirləndirilən şəxs "Dədə- Qorqud'’ parkında voleybol oynayan zaman tanış olmuş, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. 24 aprel 2023-cü il tarixdə saat 17 radəbrində tanışı Təvəkkül Əhmədovla birlikdə “Dədə-Qorqud” parkında ayaqla top oynayırmış. Nəcməddin və yanında olan şəxslər parkda olan skamyada oturmuşlar. O, Təvəkkül Əhmədovla top oynayan zaman top Nəcməddinə tərəf getmişdir. Həmin vaxt Nəcməddin ayağı ilə topu saxlamışdır. Təvəkgül əli ilə Nəcməddinə işarə edərək topu atmasını istəsə də, sonuncu topu atmamışdır. O, Nəciməddini tanıdığı üçün topu atmasını istəsə də, Nəcməddin yenə də topu atmamışdır. Buna görə Təvəkgül Nəcməddinə yaxınlaşıb topu istəsə də, Nəcməddin topu verməmişdir. Həmin vaxt Təvəkgül ilə Nəciməddinin aralarında sözlə mübahisə yaranmış və mübahisə zamanı sonuncular bir-biriləri ilə kobud şəkildə danışmağa başlamışlar. Həmin vaxt Nəcməddin yumruqla Təvəkgülün çənə nahiyəsindən bir dəfə zərbə ilə vurmuş və zərbənin təsirindən Təvəkkül arxaya gedərək yerə yıxılmışdır. O, Təvəkgül və Nəcməddinə yaxınlaşmaq istəyən zaman sonradan adının Nicat olduğunu öyrəndiyi şəxs onun üzərinə gələrək onu itələyən zaman aralarında dava-dalaş baş vermişdir. Hadisə zamanı Nəcməddinin Təvəkgülü yumruq zərbəsi ilə vurmasının şahidi olsa da, orada olan şəxslərin Təvəkgülü vurmasını şahidi olmamışdır. Hadisə zamanı o. xəsarət almamışdır. Məhkəmə iclasında özünün qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində ifadəsi alınmış yetkinlik yaşına çatmamış Şahid1 bildirdi ki, adətən Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən '‘Dədə-Qorqud" parkına gedərək orada quraşdılmış idman alətləri ilə idman etmişdir. 24 aprel 2023-cü il tarixdə saat 17 radələrində Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən "Dədə-Qorqud” parkına gedərək idman alətləri olan hissədə turnikdə çəkinməyə başlamışdır. İdman edən zaman anidən səs-küy, qışqırıq səsi gəldiyi üçün o, səs gələn tərəfə qaçmışdır. Həmin vaxt orada üzdən tanıdığı Nicat, Nəciməddin, Davud və tanımadığı bir neçə şəxsin toplaşdığını, eyni zamanda adının sonradan Təvvəkgül olduğunu öyrəndiyi şəxsin yerdə əlini çənəsinə tutaraq ayağa qalxdığını görmüşdür. Həmin vaxt o, Təvəkgülün əynində olan qara rəngli köynəyin cırıldığını və yerdən ayağa qalxdıqdan sonra çantasında olan digər köynəyini çıxarıb əynini dəyişdiyini görmüşdür. Hamı kimi o da, oradan uzaqlaşıb yaşadığı ünvana getmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 məhkəmə iclasında dindirilmiş digər şahidlərlə eyni məzmunlu ifadə verərək təqsirləndirilən və zərərçəkmiş şəxsin bildirdiklərini bir daha təsdiq etmişlər. Məhkəmədə tədqiq edilmiş olan “Baxış keçirilməsi haqqında” 16 may 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Dədə-Qorqud” parkında baş vermişdir. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X4 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 585 nömrəli rəydən ayın olur ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - çənənin sol bucaq nahiyəsinin yerdəyişən sınığı, sağ dirsək nahiyəsinin sıyrığı küt əşyanın (əşyaların) təsirindən törənib, müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X4 tərəfindən 18 avqust 2023-cü il tarixli T 671/2023 saylı təkrar rəyindən aydın olur ki, vətəndaş Zərərçəkmiş şəxs sol çənə bucağının yerdəyişən sınığı,sağ dirsəyin sıyrığı olmuşdur. Qeyd edilən xəsarətlər bərk əşyanın (əşyaların) təsirindən yaranmış, yumruq və təpiklə həmin nahiyələrə zərbə vurma nəticəsində xx.xx.2023-cü ildə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir, digər xəsarət isə sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlərin xarakteri və lokalizasiyası onların istər zərərçəkmişin özü tərəfindən, istərsə də boyu hündürlüyündən yıxılması zamanı əmələ gəlməsi inandırıcı deyil. Məhkəmədə tədqiq edilmiş DVD disk görüntüsündən aydın olur ki, “Dədə-Qorqud” parkında gölün ətrafında bir qrup şəxsin top oynadığı, daha sonradan mübahisə baş verdiyi müəyyən olunur. Məhkəmədə tədqiq edilmiş Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən aydın olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X2 tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli 1/3517 saylı məktuba əsasən Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X1 müraciət etməyib. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X4 tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli 10039 saylı məktuba əsasən Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X1 müraciət etməyib. Məhkəmədə tədqiq edilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən aydın olur ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam şəkildə ödənilmişdir, onunla barışmışdır, şikayət və tələbi yoxdur. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmin qərarının 4-cü bəndində qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bundan başqa həmin qərarın 5-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsüf edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə onda həmin şəxsin əməli cinayətlərin məcmuyu qaydasında həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsüf olunmalıdır. Cinayət işinin məhkəmədə baxılması zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs heç bir səbəb olmadan ictimai qaydanı kobud pozmuş və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlər etmiş, yəni Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Dədə-Qorqud” parkında Zərərçəkmiş şəxsla mübahisə etmiş, qəsdən yumruqla Zərərçəkmiş şəxs sifət nahiyəsindən vuraraq sonuncuya sağlamlığa az ağır zərər vurmaya aid xəsarət yetirərək xuliqanlıq etmişdir. Bununla da Təqsirləndirilən şəxs öz davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmiş, özünü ətrafdakılara qarşı qoymuş və hadisə yerinə toplaşmış şəxslərə münasibətdə laqeydliyini ifadə etməklə, cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik göstərmiş, əxlaq normalarını kobud surətdə pozmuşdur. Məhkəmə Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, birbiri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü və 221.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törədərək xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, ifadə olunan hərəkətlər etmiş və bununla da o həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs, səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ilk dəfə cinayət əməli törətməsini, ailəsinin yeganə gəlir mənbəyi olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Həmçinin Məhkəmə, CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamında göstərilmişdir ki, məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Sərəncamda məhkəmələrə tövsiyə olunmuşdur ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən Təqsirləndirilən şəxs CM-in 127.2.3 və 221.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, CM-nin 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Maddi sübut hesab olunan 01 (bir) ədəd təhlükəsiz şəhər kamerası sistemindən əldə edilmiş DVD disk cinayət işinin materiallarına əlavə edilməklə saxlanılmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Müdafiəçi məhkəmə istintaqı müddətində hüquqlarını müdafiə etmiş Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 77 (yetmiş yeddi) iş saatı üçün 462 (dörd yüz altmış iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü və 221.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə 02 (iki) il müddətinə, Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzalarını qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 2 (iki) il 03 (üç) ay müddətində azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Bakı Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut - 01 (bir) ədəd təhlükəsiz şəhər kamerası sistemindən əldə edilmiş DVD disk cinayət işinin materiallarında saxlanılsın. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 77 (yetmiş yeddi) iş saatı üçün 462 (dörd yüz altmış iki) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar