Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-259/2022 21.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, xx.xx.2001-ci ildə Rusiya Federasiyası, Krasnoyarsk şəhərində anadan olmuş, subay, orta təhsilli, məhkum olunmamış, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan va ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs oğlu sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 14.01.2022-ci il taıixda saat 15 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçasi 5 ünvanında Zərərçəkmiş şəxs anası Şahid1 ilə bir yerdə olmalarını sübut etmək məqsədilə onları mobil telefon vasilasi ilə videoya çəkərkən Zərərçəkmiş şəxs ondan çəkilişi dayandırmağı tələb etməsinə məhəl qoymadığı üçün Zərərçəkmiş şəxs mobil telefonu onun əlindən alıb yerə çırpdığına görə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs baş və sifət nahiyyəsindən bir neçə dəfə yumruqla vuraraq ona sol göz ətrafının şişkinlik hematoması, göz, qapaqlarının daralması, gözün ağlı qişasına qan sızma xəsarətlərini yetirməklə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa Yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs oğlu ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, atası Əli işləri ilə əlaqədar Rusiya Federasiyasında yaşamışdır. O, bacısı Ləman və anası Mərziyə isə ünvan 4 ünvanında yaşamışlar. Bundan başqa həmin küçədə onların başqa bir evləri də olmuşdur. Əldəmir adlı şəxs də bir neçə ay həmin evdə kirayədə yaşamışdır. Həmçinin yaşadıqları evə də gəlib-getmişdir. Belə ki, evdə təmir işləri olduqda Əldəmir gəlib düzəltmişdir. O, anası Mərziyədən həmin şəxsin kim olduğunu soruşduqda anası dostu olduğunu, atası Əlinin də onu tanıdığını bildirmişdir. Atası da həmin şəxsi tanıdığını demişdir. Bundan sonra anası Əldəmirin köməkliyi ilə yaşadıqları evi satmış və onlar Zabrat qəsəbəsində yeni ev almışlar. Əldəmir həmin evdə də müəyyən təmir işlərinə köməklik etmişdir. Həmçinin 10-15 gün də onların evində qalmışdır. Sonradan isə anası il Əldəmirin arasında yaxın münasibət olduğunu hiss etmişdir. 04.12.2021-ci il tarixdə atası Əli Bakı şəhərinə gəlmişdir. O, bacısı Ləman ilə birlikdə atasına bu barədə bildirmişlər. Atası da boşanmaq üçün məhkəməyə müraciət etmişdir. Lakin anası Mərziyə atasından əvvəl artıq məhkəməyə müraciət etmişdir. 14.01.2022-ci il tarixdə saat 15 radələrində o, atası Əli ilə birlikdə Nərimanov metrostansiyasının çıxışında yerləşən "Rabitə Bank"-in yanından keçən zaman anası Mərziyənin Əldəmirin avtomobilində əyləşdiyini görmüşlər. Onlara yaxınlaşmışlar və anası Mərziyədən nə üçün Əldəmirin yanında olduğunu soruşmuşlar. Mərziyə və Əldəmir avtomobildən düşüb onların yanına gəlmişlər. Aralarında sözlə mübahisə yaranmışdır. Əldəmir onları nalayiq ifadələrlə təhqir etmişdir. O da anası Mərziyəni mobil telefonla videoya çəkmişdir. Həmin vaxt Əldəmir də çəklişə düşmüşdür. Əldəmir də bunu gördükdə mobil telefonu onun əlindən alıb yerə atıb sındırmış, atası da onun qolundan tutub saxladıqda bu zaman Əldəmir atasının sinə nahiyyəsindən yumruq zərbələri vurub onu kənarlaşdırmışdır. O da Əldəmirin atasının vurmasını görüb onun üzərinə getmiş və atasını müdafiə etmək üçün onun sifət nahiyyəsinə yumruq vurmuşdur. Əldəmir də ona yumruq vurmuşdur. Bundan sonra anası Mərziyə və ətrafda olan tanımadığı şəxslər onları aralaşdırmışlar. Sonra isə Əldəmirlə anası Mərziyə avtomobilə əyləşib oradan getmişlər. O da DİN-nin 102 xidmətinə zəng edib baş vermiş hadisə barəsində məlumat vermişdir. Həmçinin bacısı Ləmana da bu barədə məlumat vermişdir. Əlavə olaraq bildirmişdir ki, atası uzun müddətdir ürək damar xəstəliyindən əziyyət çəkdiyi üçün hadisə zamanı qorxu həyəcan hissi keçirmiş və halı pisləşmişdir. Buna görə 103 zəng xidmətinə zəng etmişlər və təcili yardım gəlmiş, daha sonra atasını 5 nömrəli xəstəxanaya aparmışlar. Orada atası 2 gün reanimasiyada təxminən 10 gün isə xəstəxanın Terapiya şöbəsində müalicə almışdır. Həmçinin bildirmişdir ki, atası Əli və o, 3 cü qrup əlildirlər. Göstərilənləri nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, özünə məxsus “Mersedes” markalı **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti göstərir. Şahid1 təxminən 5 ildir tanıyır. Belə ki, o, Mərziyənin evində kirayədə yaşamışdır. Onunla aralarında yalnız dostluq münasibəti olmuşdur. Tanıdığı gündən bu günədək onun bir çox sənəd məsələlərinin həllində kömək etmişdir. Mərziyənin həyat yoldaşı Əli də onu tanıyır. Lakin Əli ilə Mərziyənin aralarında münasibətləri yaxşı olmadığından onlar boşanmaq üçün məhkəməyə müraciət etmişlər və hal-hazırda da iş məhkəmədədir. 2021-ci ilin dekabr ayının əvvəllərində Şahid2 yaşadığı Rusiya Federasiyasından Azərbaycana gəlmişdir. Gəldiyi gündən müxtəlif bəhanələr gətirərək Mərziyə və onunla mübahisə edərək onunla Mərziyənin arasında qeyri-rəsmi münasibət olduğunu bildirmişdir. 14.01.2022-ci il tarixdə Şahid1 ilə birlikdə yeni aldığı Sabunçu rayonu, Zabrat 1 qəsəbəsində mənzilin sənədlərini düzəltmək üçün Əmlak Xidmətinə getməli olmuşlar. Həmin gün o, Nərimanov metrostansiyasının çıxışında olan “Şah Lahmacun” restoranının yanında öz avtomobili ilə dayanmışdır. Saat təxminən 15 radələrində Mərziyə gəlib onun avtomobilinə əyləşmişdir. O, avtomobili işə salıb getmək istədikdə Mərziyənin əri Şahid2 və oğlu Təqsirləndirilən şəxs ona yaxınlaşmışlar və onu nalayiq ifadələrlə söyüb təhqir etməyə başlamışlar. O, avtomobildən düşüb onların yanına getmişdir. Mərziyə də avtomobildən düşüb onların yanına gəlmişdir. Əli və Vəli onu Mərziyə ilə münasibəti olduğunu deyərək onu təhqir etmişlər. Buna görə aralarında sözlə mübahisə yaranmışdır. Onu da qeyd etmişdir ki, həmin vaxt Vəli əlində olan mobil telefon ilə onu videoya çəkmişdir. O, Vəliyə video çəkilişi dayandırmasını tələb etsə də Vəli onun iradına məhəl qoymayıb çəkilişi davam etdirmişdir. O da əsəbləşib Vəlinin əlindən mobil telefonu alaraq yerə tullamışdır. Bu zaman Əli onun qolundan tutmuşdur. O da əli ilə Əlinin sinəsindən itələmişdir. Daha sonra Vəli bir neçə dəfə onun baş və sifət nahiyyəsindən yumruqla vurmağa başlamışdır. Sonra Mərziyə və ətrafda olan tanımadığı şəxslər onları aralaşdırmışlar. Bundan sonra o, Mərziyə ilə birlikdə oradan getmişdir. Təqsirləndirilən barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirdi ki, 29 ildir Şahid2 ilə evlidir. Evliliklərindən 3 övladları dünyaya gəlmişdir. Onlar evləndikdən sonra Rusiya Federasiyasında yaşamışlar. 2008-ci ildən o, 3 övladı ilə birlikdə Azərbaycana gəlmiş, Əli isə Rusiya Federasiyasında qalmışdır. Həmin vaxtdan da Əli ilə aralarında problemlər yaranmışdır. 04.12.2021-ci il tarixdə əri Şahid2 Azərbaycana gəlmişdir, 13.12.2021-ci il tarixdə o, Əli ilə boşanmaq üçün məhkəməyə müraciət etmişdir. Əli də ondan sonra gedib boşanmaq üçün müraciət etmişdir. Hal-hazırda da məhkəmədə boşanma prosesi gedir. Zərərçəkmiş şəxs onların ailə tanışıdır, onun bəzi sənəd məsələlərində və ev işlərində ona köməklik etmişdir, hazırda da edir. Buna baxmayaraq övladları ona Əldəmirlə qeyri-rəsmi münasibəti olması barədə şər atmışlar. 14.01.2022-ci il tarixdə Əldəmirdən xahiş etmişdir ki, onu Əmlak Xidmətlərinə aparsın, o da həmişəki kimi razılaşmışdır. Onlar Nərimanov metrosu yaxınlığında görüşmüş, onun idarə etdiyi “Mercedes” markalı 10-XR 630 dövlət nömrə nişanlı avtomaşınına əyləşmişdir. Bu zaman əri Əli və kiçik oğlu Vəli Əldəmirə yaxınlaşmışlar. Onlar avtomobildən düşmüşlər. Bir qədər söhbət etdikdən sonra Əldəmir ilə Əli və Vəlinin arasında mübahisə başlamışdır. O, Əldəmirdən getmələrini xahiş etmişdir. Mübahisə zamanı Əli Əldəmirin ünvanına nalayiq sözlər işlətmişdir. Oğlu Vəli isə əlində olan mobil telefon ilə Əldəmiri videoya çəkmişdir. Əldəmir bir neçə dəfə Vəliyə onu çəkməməsini bildirmişdir. Lakin Vəli ona məhəl qoymayıb çəkilişə davam etmişdir. Əldəmir də əsəbləşib Vəlinin əlindən mobil telefonu alıb yerə atmışdır. Həmin vaxt Əli Əldəmirin qolundan vurmuşdur. Daha sonra isə oğlu Vəli Əldəmirin baş və sifət nahiyyəsindən bir neçə dəfə ardıcıl yumruq zərbələri vurmağa başlamışdır. Əldəmir də yumruq ataraq Əliyə qarşılıq vermişdir. Onların arasında dava başlamışdır. Bundan sonra ətrafada olan tanımadığı şəxslərlə birlikdə onları aralaşdırmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Şahid1 ilə 1993cü ildən ailə həyatı qurmuşdur. Evliliklərindən 3 övladları dünyaya gəlmişdir. Onlar uzun müddət Rusiya Federasiyasında yaşamışlar. 2008-ci ildən isə o, həyat yoldaşı Şahid1, oğlu Təqsirləndirilən şəxs və qızı Şahid3 ilə birlikdə Azərbaycan Respublikasına gəlmişlər. Daha sonra isə o, özü işləri ilə əlaqədar Rusiya Federasiyasına getmişdir. Lakin hər il gəlib getmişdir. 04.12.2021-ci il tarixdə o, Azərbaycan Respublikasına gəlmişdir. Həmin vaxt qızı Ləman ona həyat yoldaşı Mərziyənin Əldəmir adlı şəxslə qeyri rəsmi münasibətdə olduğunu demişdir. Qeyd etmişdir ki, Əldəmir bir neçə ay onun Nərimanov rayonu, Ə.Əliyev küçəsində yerləşən mənzilində kirayədə yaşamışdır. Tanışlıqları da oradan yaranmışdır. Onu da qeyd etmişdir ki, həmin evi kirayəyə həyat yoldaşı Mərziyə vermişdir, o, həmin vaxt Rusiya Federasiyasında olmuşdur. Mərziyə ilə Əldəmirin də münasibəti həmin vaxtdan yaranmışdır. O, Bakı şəhərinə gələn zaman Əldəmir ilə Mərziyənin arasında yaxın münasibət olmasını bildikdə dərhal məhkəməyə müraciət edərək boşanma barədə ərizə yazmaq qərarına gəlmişdir. Lakin həmin vaxt ona məlum olmuşdur ki, Mərziyə ondan əvvəl boşanma üçün məhkəməyə müraciət etmişdir. Hal-hazırda da məhkəmədə boşanma prosesi gedir. 14.01.2022 tarixində 15 radələrində o, oğlu Vəli ilə birlikdə Nərimanov metrostansiyasının çıxışında yerləşən "Rabitə Bank"-in yanından keçən zaman Mərziyənin Əldəmirin avtomobilində əyləşdiyini görmüşdür. Oğlu Vəli ilə birlikdə onlara yaxınlaşmışlar və o, Mərziyədən nə üçün Əldəmirin yanında olduğunu soruşmuşdur. Qeyd etmişdir ki, Mərziyə Əldəmir ilə heç bir münasibətinin olmadığını demişdi. Mərziyə və Əldəmir avtomobildən düşüb onların yanına gəlmişlər. Aralarında sözlə mübahisə yaranmışdır. Əldəmir onları nalayiq ifadələrlə təhqir etmişdir. Oğlu Vəli isə əlində mobil telefonla Əldəmiri videoya çəkmişdir. Əldəmir də bunu gördükdə mobil telefonu oğlunun əlindən alıb yerə atmışdır. O da Əldəmirin sağ qolundan tutmuşdur. Bu zaman Əldəmir onun sinə nahiyyəsindən vuraraq onu kənara itələmişdir. Oğlu ilə isə Əldəmirin onu vurmasını görüb onun üzərinə hücum etmişdir. Aralarında dava olmuşdur. Bundan sonra Mərziyə və ətrafda olan tanımadığı şəxslər onları aralaşdırmışlar. Sonra isə Əldəmirlə Mərziyə avtomobilə əyləşib oradan getmişlər. Vəli isə həmin vaxt DİN-nin 102 xidmətinə zəng edib baş vermiş hadisə barəsində məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, atası Əli işləri ilə əlaqədar Rusiya Federasiyasında yaşamışdır. O, qardaşı Vəli və anası Mərziyə isə ünvan 4 ünvanında yaşamışlar. Bundan başqa həmin küçədə onların başqa bir evləri də olmuşdur. Əldəmir adlı şəxs də bir neçə ay həmin evdə kirayədə yaşamışdır. Həmçinin yaşadıqları evə də gəlib-getmişdir. Belə ki, evdə təmir işləri olduqda Əldəmir gəlib düzəltmişdir. O, anası Mərziyədən həmin şəxsin kim olduğunu soruşduqda anası dostu olduğunu, atası Əlinin də onu tanıdığını bildirmişdir. Atası da həmin şəxsi tanıdığını demişdir. Bundan sonra anası Əldəmirin köməkliyi ilə yaşadıqları evi satmış və onlar Zabrat qəsəbəsində yeni ev almışlar. Əldəmir həmin evdə də müəyyən təmir işlərinə köməklik etmişdir. Həmçinin 10-15 gün də onların evində qalmışdır. Sonradan isə o, onların arasında yaxın münasibət olduğunu hiss etmişdir. 04.12.2021-ci il tarixdə atası Əli Bakı şəhərinə gəlmişdir. O, qardaşı Vəli ilə birlikdə atasına bu barədə bildirmişdir. Atası da boşanmaq üçün məhkəməyə müraciət etmişdir. Lakin anası Mərziyə atasından əvvəl artıq müraciət etmişdir. 14.01.2022-ci il tarixdə saat təxminən 16 radələrində işdə olan zaman Vəli ona zəng edib Nərimanov metro stansiyasının çıxışında anası Mərziyənin Əldəmirin avtomobilində görüb atası Əli ilə birlikdə onlara yaxınlaşdığını, aralarında dava olduğunu demişdir. Hazırda atası Əlinin özünü yaxşı hiss etmədiyini və xəstəxanaya apardığını bildirmişdir. O, dərhal 5 saylı şəhər xəstəxanasına getmişdir. Atası uzun müddətdir ürək damar xəstəliyindən əziyyət çəkdiyi üçün hadisə zaman qorxu həyəcan hissi keçirmiş və halı pisləşmişdir. Buna görə də atası 2 gün reanimasiyada təxminən 10 gün isə xəstəxanın Terapiya şöbəsində müalicə almışdır. Həmçinin bildirmişdir ki, atası Əli 3 cü qrup əlildir. Bundan başqa qardaşı Vəli də 3 cü qrup əlildir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 publik hüquqi şəxsin canlı şəxsin ekspertizası ilə bağlı 17.01.2022-ci il tarixli, 46 nömrəli rəyindən görünür ki, 1985-ci il təvəllüdlü vət. Zərərçəkmiş şəxs məhkəmə - tibbi ekspertizasına, ilk məlumata əsaslanaraq və qərarda qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlir. 1.Vət. Zərərçəkmiş şəxs məhkəmə - tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət - sol göz ətrafının şişkinli hematoması, göz qapaqlarının daralması, gözün ağlı qişasına qansızma küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 14.01.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir.
2. Vət. Zərərçəkmiş şəxs almış olduğu xəsarətin xarakterinə və yerləşdiyi nahiyəyə əsaslanaraq demək olar ki həmin xəsarəti şəxsin özü - özünə yetirə bilməsi inandırıcı deyildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 publik hüquqi şəxsin canlı şəxsin ekspertizası ilə bağlı 17.01.2022-ci il tarixli, 48 nömrəli rəyindən görünür ki, 2001-ci il təvəllüdlü vət. Təqsirləndirilən şəxs məhkəmə - tibbi ekspertizasına, ilk məlumata əsaslanaraq və qərarda qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlirəm: 1.Vət. Təqsirləndirilən şəxs məhkəmə - tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - sağ göz ətrafının, sağ yanağın, boynun ön səthinin, sağ kürəkaltı nahiyənin qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 14.01.202.2-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir.
2. Vət. Təqsirləndirilən şəxs almış olduğu xəsarətlərin xarakterinə və yerləşdiyi nahiyələrə əsaslanaraq demək olar ki, həmin xəsarətləri şəxsin özü - özünə yetirə bilməsi inandırıcı deyildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 publik hüquqi şəxsin canlı şəxsin ekspertizası ilə bağlı 28.01.2022-ci il tarixli, 56 nömrəli rəyindən görünür ki, 1959-cu il təvəllüdlü vət. Şahid2 məhkəmə - tibbi ekspertizasına, adına tərtib edilmiş xəstəlik tarixinə, ilk məlumata əsaslanaraq və qərarda qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlirəm:
1. Vət. Şahid2 Vəli oğlunun məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthində heç bir xəsarət aşkar edilmədi.
2. Vət. Şahid2 Vəli oğluna xəstəxanada qoyulan “Kəskin koronar sindirom. Ürəyin işemiya xəstəliyi” diaqnozu xəstəlik əlamətlərini daşıdığından onu xəsarət kimi qiymətləndirmək mümkün deyildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu məlumatın verilməsinə dair məlumatın verilməsi barədə arayışdan görünür ki, Təqsirləndirilən şəxs İİİ dərəcəli müddətsiz əlildir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 10 mart 2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu əvvəllər məhkum olunmamışdır; “Qətimkan tədbiri seçilməsi barədə” 22 fevral 20202-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Diskə baxış keçirmə haqqında 01 mart 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X2, Azərbaycan Respublikası CPM- 85, 51, 236-cı maddələrinə əsasən tərtib edirəm həmin protokolu ondan ki, icratında olan ********* saylı cinayət işi üzrə 01 ədəd CD diskə baxış keçirdi. Baxış keçirilən zaman müəyyən edildi ki, Zərərçəkmiş şəxs, Vəli Şahid2 və Şahid1 ilə söhbət edən zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əlində olan mobil telefon ilə video çəkdiyini görüb Təqsirləndirilən şəxs əlindən mobil telefonu götürərək yerə çırpır. Bu zaman Zamanov Zərərçəkmiş şəxs sağ qolundan tutmuş, Zərərçəkmiş şəxs onu əli ilə itələdikdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs baş və sifət nahiyyəsindən neçə dəfə yumruq zərbəsi vurmuşdur. Həmçinin Zərərçəkmiş şəxs da Təqsirləndirilən şəxs sifət nahiyyəsinə yumruq vurmuşdur. Bu zaman ətrafda olan şəxslər onları aralaşdırmışlar. Qeyd olunan disk 10.03.2022-ci il tarixli qərarla maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxs və şahid ifadələri, cinayət işi üzrə alınmış ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun əməli CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını; əməlindən peşman olmasını; 3-cü qrup əlil olmasını. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs oğluna cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdırılan halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs oğlu CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin olunmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344- 347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1.000 (min) manat məbləğində cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – hadisəyə dair video görüntünü əks etdirən 1 ədəd CD diski cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Hakim: Gültəkin Əsədova