Məhkəmə qərarları › İş №1(005)-259/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-259/2024

10.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-259/2024 10.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi- “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi Nizam oğlunun, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. İttiham aktına əsasən Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgəsinin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs1 zabit qismində FHN-nə işə düzəltmək adı ilə yalandan vəd verib aldadaraq 20 yanvar 2023-cü il tarixdə, saat 15 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən «Baku Elektroniks» mağazasının qarşısında Zərərçəkmiş şəxs1 28.000 manat məbləğində pulu alıb ələ keçirməklə, Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgəsinin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə talama, yəni ələ keçirmə məqsədi ilə X3 qohumu X4 FHN-nə işə düzəltmək adı ilə yalandan vəd verib aldadaraq 07 fevral 2023-cü il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 66 saylı yaşayış binasının qarşısında Zülfi Həsənova məxsus 8.000 manat məbləğində pulunu Zərərçəkmiş şəxs1 alıb ələ keçirməklə, zərərçəkmiş şəxs Zülfi Həsənova xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgəsinin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə talama, yəni ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs4 oğlu X1 zabit qismində FHN-nə işə düzəltmək adı ilə yalandan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq Zərərçəkmiş şəxs4 12 yanvar 2023-cü il tarixdə ona məxsus sonu 64152683 nömrəsi ilə bitən «Leo-Bank» pul kartına 4.000 manat pul köçürməsinə nail olub cinayət əməlini davam etdirərək, 30 yanvar 2023-cü il tarixdə Ağstafa rayonunun, Körxəlfəli kəndində Zərərçəkmiş şəxs4 Zərərçəkmiş şəxs1 verərək göndərdiyi 9.000 manat pulu ələ keçirərək cinayət əməlini davam etdirib, 07 fevral 2023-cü il tarixdə ona məxsus sonu 64152683 nömrəsi ilə bitən «Leo-Bank» pul kartına 1.500 manat pul köçürməsinə nail olub cinayət əməlini davam etdirərək, 12 fevral 2023-cü il tarixdə Təbriz küçəsində 102 saylı ünvanda yerləşən Bakı şəhəri, Nərimanov rayonu, «Nərimanov» adına parkda Zərərçəkmiş şəxs4 5.000 manat pulunu alıb zərərçəkmiş Zərərçəkmiş şəxs4 ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə 19.500 manat məbləğində pulunu ələ keçirərək sonuncuya xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgəsinin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə talama, yəni ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 qohumu X2 FHN-nə işə düzəltmək adı ilə yalandan vəd verib aldadaraq 2023-cü ilin fevral ayının ortalarında, saat 14 radələrində Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən metronun «Həzi Aslanov» stansiyasının yaxınlığında Zərərçəkmiş şəxs3 4.700 manat məbləğində pulunu Zərərçəkmiş şəxs1 alıb ələ keçirməklə, Zərərçəkmiş şəxs3 qarşı dələduzluq etmişdir. Məhkəmə hazırlıq iclası zamanı Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi Nərimanov Rayon Məhkəməsinə aidiyyət qaydaları pozulmaqla verildiyindən baxılması üçün Bakı şəhər Xətai Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi cinayət işinin aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiklərini bildirmişlər. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirilərkən cinayət işinin baxılmasının Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə aid olmadığı müəyyən edilmişdir. Belə ki, yuxarıda qeyd olunanlardan göründüyü kimi, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla dələduzluq əməli törətməkdə təqsirləndirilir və o sonuncu əməli 2023-cü ilin fevral ayının ortalarında, saat 14 radələrində Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən metronun «Həzi Aslanov» stansiyasının yaxınlığında törətmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 74-cü maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Uzanan və ya davam edən cinayətlərin törədilməsi ilə bağlı cinayət işlərinin məhkəmə aidiyyəti aşağıdakılara əsasən müəyyənləşdirilir: uzanan cinayətin başa çatdığı yer onun törədildiyi yer hesab olunur; cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yer davam edən cinayətin başa çatdığı yer hesab olunur. Cinayətin törədildiyi yeri müəyyən etmək mümkün olmadıqda, cinayət işi həmin işin məhkəməyədək icraatının başa çatdığı yer üzrə fəaliyyət göstərən məhkəməyə aiddir. Həmin Məcəlləsinin 75.1-ci maddəsinə əsasən isə cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Beləliklə məhkəmə qeyd edir ki, ittihamda qeyd olunan sonuncu əməl Təqsirləndirilən şəxs tərəfindən Xətai rayonunun ərazisində törədildiyindən, hazırki cinayət işinə aidiyyəti üzrə həmin cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində, yəni Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmalıdır. Həmçinin iş materiallarına əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və hazırda cəza çəkir. Azərbaycan Respublikası CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Azərbaycan Respublikası CPM-nin 299.3.1-ci maddəsinə əsasən cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə məsələlərə baxılır. Azərbaycan Respublikası CPM-nin 300.1.4-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilir. Azərbaycan Respublikası CPM-nin 300.5-ci maddəsinə əsasən bu Məcəllənin 300.1.3, 300.1.6 və 300.1.7-ci maddələrində nəzərdə tutulmuş qərarlardan bu Məcəllənin 381, 383 və 384-cü maddələrinin müddəalarına uyğun olaraq apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Yuxarıda göstərilənləri və cinayət prosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə hesab edir ki, cinayət işinin aidiyyəti məhkəməyə göndərilməsi barədə məsələ CPM-nin 300.1.4-cü maddəsinin müddəalarına uyğun tənzimləndiyindən və CPMnin 300.5-ci maddəsinin təsiri altına düşmədiyindən hazırkı qərardan şikayət verilə bilməz. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasi CPM-nin 300.1.4-cü maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması və hazırda cəza çəkməsi nəzərə alınsın. Qərardan apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilməz. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar