Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-259/2025 05.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Xüsusi ittihamçı X6, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X4 iştirakları ilə, X8 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X10 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X6 X8 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə xüsusi ittiham qaydasında cinayət təqibinə başlanılmasını və ona həmin maddədə nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsinə dair məhkəməyə xüsusi ittiham qaydasında şikayəti daxil olmuşdur. Xüsusi ittiham qaydasında şikayət ərizəsində xüsusi ittihamçı X10 şikayətində göstərmişdir ki, 15 yanvar 1956-cı il tarixdə Quba rayon, Digah kəndində anadan olmuş, 3 Ali təhsil almışdır. Almaniyanın Maqdeburq şəhərində hərbi xidmətdə olmuş və Ali təhsilli ehtiyyatda olan zabitdir. Hərbi xidmətdən sonra Moskvada, sonralar Azərbaycanda vəzifələrdə, dövlət işlərində, icra aparatında dövlət qulluğunda işləmişdir. YAP-ın fəal üzvlərindəndir. Harada olsa da, harada işləsə də daima müsbət xarekterizə olunur. Ailəlidir, həyat yoldaşı xarici dil müəlliməsidir, 4 övlad böyütmüşdür, hamısı ali təhsillidir, vəzifələrdə işləyirlər. Quba rayonu Digah kəndində yaşayan, xx.xx.1962-ci il təvəllüdlü, heç bir yerdə işləməyən, orta təhsilli X8, neçə illərdir ki, şəxsi zəmində əsassız yerə onunla ədavət aparır və ona qarşı müxtəlif iddialarla çıxış edir. Həmin qərəzin davamı olaraq Bircəgül Əsədova onu nüfuzdan salmaq məqsədilə Real TV-nin “Problem” verilişinin əməkdaşlarına müraciət edib, yaşadıqları kəndə dəvət etmiş, xx.xx.2025-ci il tarixində Quba rayonunun, Digah kəndində ictimai yerdə real TV-nin “Problem” verlişinin apardığı çəkiliş zamanı barəsində, Bircəgül Əsədovanın dedikləri əsasında aşağıdakı ifadələri bildirmişdir:
1. Şahin Əhmədxanovdan şikayətçi təkcə Əsədova Bircəgül ana deyilmiş, Digah kəndinin tən yarısı onun əlindən dad eləyir.
2. Şahin müəllim, bütün kənd camaatı sizdən şikayətçidir.
3. Kənddə bir yox, bir neçə nəfərin əlindən dad etdiyi və çəkiliş zamanı bizi mübahisəli torpaq sahəsinə qədər dəvət edən bu şəxsin adı Şahin Əhmədxanovdur.
4. Qubanın Digah kəndində sakinlər arasında yaşanan torpaq davaları ilə el-aləmə nam salan Şahin bəy haqqında bir azdan danışacam.
5. 23 sol torpaq sahəsi dörd tərəfdən çəpərlənib və giriş-çıxış məhdudlaşıb. X15 bütün bu proseslərin qonşusu Şahin kişi tərəfindən edildiyini bildirir. Hətta bildirir ki, dəfələrlə Şahin Əhmədxanov ona torpağını satmağını təklif edib. O isə guya bu bu təkli ilə qəti razılaşmayıb. Göz yaşları içində torpağına baxan Bircəgül Əsədova üç ildən artıqdır ki sənədli-sübutlu mülkiyyətində olan torpağına addım ata bilmir.
6. Əsədova Bircəgül deyir ki, X22 mənim torpağıma göz dikib, torpağımda mağazalar tikmək istəyir, üç ildir ki, məni torpağıma həsrət qoyub. Mənə qarşı “Sən haram tikəni yeməyə vərdişsən", “gözü doymur torpaqdan" və s. şərəf və ləyaqətimi alçaldan ifadələri işlədir. X8 bununla kifayətlənməyib, Digah kəndində onun və digər şəxslərin torpaq sahələrini, bələdiyyə üzvləri X14, X7 və digər qürum əməkdaşları ilə birlikdə saxta sənədlər hazırlayaraq ələ keçirməyimi bildirir. X1 dediklərinin böhtan olması aşağıda qeyd olunanlarla tam təsdiq olunur: X4 iddia etdiyi və onun tərəfindən tikanlı məftillərlə hasara alınan torpaq sahəsi bələdiyyə mülkiyyətində olan həyətyanı torpaq sahəsi olub, alqı- satqı müqaviləsi ilə X3 adına rəsmiləşdirilmişdir, xx.xx.2020- ci il tarixli, **********17 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən X5 mülkiyyətindədir. X4 torpaq sahəsi isə kənd təsərrüfatı təyinatlı pay torpağı olmaqla bu sahədən 80 m məsafədə yerləşib. X8 həmin torpaq sahəsini xx.xx.2021-ci il tarixində X2, torpaq sahəsinə X11 çıxarış almışdır, (müqavilə və çıxarış şikayətə əlavə olunur) Hal-hazırda X4 iddia etdiyi ərazidə heç bir torpaq sahəsi yoxdur. X8 2021 -ci ildə gizlincə, Həbibxan Əhmədxanova məxsus torpaq sahəsini zəbt edərək, tikanlı məftillərlə hasarlamışdır. Bu barədə məhkəməyə müraciətimizdən sonra Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi ilə X4 zəbt etdiyi torpaq sahəsindən çıxarılması, çəkdiyi məftil hasarın onun tərəfindən sökülməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş, icraya yönəldilmişdir (Məhkəmənin qətnaməsi, Quba rayon İcra və Probasiya Şöbəsinin icra sənədi, Əsədova Bircəgülün icra şöbəsiııdəki izahatı əlavə olunur). İcra və Probasiya Şöbəsində verdiyi izahatında X8 iddia etdiyi torpaqla bağlı hüquqi əsasının olmadığını yazmışdır. Göründüyü kimi X8 iddia etdiyi torpaq sahəsinin ona məxsus olmadığını bildiyi, həmin torpaq sahəsini zıbt edərək məftillə hasara aldığını etiraf etdiyi halda ona məxsus torpaq sahəsini zəbt etməyini, torpaq sahəsini tikanlı məftillərlə hasara almağını onu torpaq sahəsinə həsrət qoymağını, kənd əhalisinin yarısının onun əlindən dad etdiyi, bütün kənd camaatının ondan şikayətçi olduğu, Digah kəndində sakinlər arasında yaranan torpaq davalarının səbəbkarı olmağını, saxta sənədlərlə çıxarış almağını, haram tikə yeməyə vərdiş etməyi barədə üstünə böhtan və şər ataraq yalan məlumatlar yaymışdır. X4 belə məlumat yaymaqda məqsədi heç də mövqeyi, dövlət qulluqçusu olduğunu nəzərə alıb, bilə-bilə onu nüfuzdan salınaq, ictimaiyyət arasında barəsində pis fikir yaratmaq, şərəf və ləyaqətini alçaltmaqdır. X8 onu nüfuzdan salmağı qarşısına məqsəd qoyub. Bircəgül Əsədova onun rayonda məsul vəzifələrdə işlədiyini, rayon ictiamaiyyəti arasında tanındığını, belə bir məlumatın yayılmasının ona mənəvi cəhətdən ağır təsir edəcəyini yaxşı dərk etdiyindən barəsində bilə-bilə belə bir ləkələyici məlumatları yaymışdır. Bircəgül Əsədova torpaq sahəsi olmaya-olmaya, mülkiyyətimdə olan torpağın ətrafına dəmir məftilləri özü çəkdiyi halda yalandan göz yaşları axıdaraq, həmin sahənin guya onun tərəfindən hasarlanması, onu, mövcud olmayan torpağına buraxmamağı barədə böhtam xarekterli fikir yaratmaq istəyir. X4 bildirdiklərinin böhtan və yalan olduğu Digah-Xucbala bələdiyyəsinin sədri Əflatun Şirinovun dedikləri ilə də təsdiq olunur. Bələdiyyə sədri bildirir ki, torpaq sahəsi Şahin Əhmədxanova məxsusdur, orada Əsədova Bircəgiilün sənədi olmaya- olmaya həmin yerə iddia edir ki, yer mənimdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi X8 verilişdə bildirdiklərinin yalan olduğunu biləbilə onun şərəf və ləyaqətimi ləkələyən, onu nüfuzdan salan məlumatları kütləvi informasiya vasitəsində yaymışdır. O, bununla Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsində nəzərdə tutulan əməli törətmişdir. Qeyd olunan əməlin məhz onun tərəfindən törədilməsi şikayətə əlavə olunan Real TV-ııin ‘‘Problem'' verilişinin video diskində, sənədlərlə (məhkəmə qətnaməsi, müqavilə, çıxarış və s) öz təsdiqini tapır. Odur ki, Əsədova Bircəgül tskəndər qızı barəsində Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsilə təqsirli bilinərək, həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza tətbiq edilməklə ittiham hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Xüsusi ittihamçı X10 məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X8 xüsusi ittiham qaydasında şikayəti qəbul etməyərək onun icraata qəbul edilməsindən imtina barədə qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 88.4.1ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. 293.3-cü maddəsinə görə böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası; Azərbaycan Respublikası CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 299.3.1 və 299.3.3-cü maddələrinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə və xüsusi ittiham qaydasında şikayətin məzmununun Məcəllənin 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılır. Həmin Məcəllənin 301.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticəsində xüsusi ittiham qaydasında şikayətin materialında məhkəmə baxışının qeyrimümkünlüyünə səbəb olan hallar olmadıqda və xüsusi ittiham qaydasında şikayətin prosessual formasına riayət edildikdə məhkəmə baxışı təyin edilir. Həmin Məcəllənin 302.1-ci maddəsinə görə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında 1) şikayət həmin məhkəməyə aid olmadıqda; 2) şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 3) şikayətin məzmunu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 4) cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 5) barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 6) cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 7) şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 8) şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədiyi hallarında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2-ci maddəsinə görə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlardan birini qəbul edir: 1)şikayət həmin məhkəməyə aid olmadığı müəyyən edildiyi halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; 2)barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduğu halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə; 3)şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildiyi; şikayətin məzmunu Məcəllənin 293.3.1-293.3.7cimaddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadığı; cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi; cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadığı; şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyi; şikayəti vermiş şəxs şikayətindən imtina etməsi və təqsirləndirilən şəxslə barışması və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədiyi hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. Məhkəmənin hazırlıq iclasında müəyyən edilməli olan məsələlərlə bağlı məhkəmə qeyd edir ki, işin məhkəmə aidiyyətinin müəyyən edilməsi məhkəmənin hazırlıq iclasında hər bir halda baxılmalı olan məsələ olmaqla yanaşı, həmin məhkəməyə aid olmaması müəyyənləşdirildiyi təqdirdə məhkəmə baxışının təyin edilməsini qeyri-mümkün edən hallardan biridir. Tədqiq edilmiş materiallarından da aydın olur ki, əməldə cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olması öz təsdiqini tapmır. Belə ki, şikayətdən müəyyən olunur ki, tərəflər arasında olan mübahisə torpaq mübahisəsi olmaqla, mülki xarakterlidir. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli Qərarının 2 və 3-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Məhkəmələrin diqqətinə çatdırılsın ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 147, 148, 165.1 və 166.1-cı maddələri ilə xüsusi ittiham qaydasında şikayətlər əsasında işlərə baxılarkən bütün hallarda Konstitusiyanın 30-cu maddəsində (əqli mülkiyyət hüququ), 32-ci maddəsinin İİ və İİİ hissələrində (şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ), 46 (şərəf və ləyaqətin müdafiəsi hüququ), 47 (fikir və söz azadlığı), 50-ci (məlumat azadlığı) maddələrində, Konvensiyanın 8 (şəxsi həyata və ailə həyatına hörmət hüququ) və 10- cu (fikri ifadə etmək azadlığı) maddələrində təsbit edilmiş hüquq və azadlıqların pozulub-pozulmaması araşdırılmalı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra Avropa Məhkəməsi) ifadə azadlığına dair presedent hüququndan geniş istifadə olunmalıdır. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli Qərarının 4-cü bəndində məhkəmələr nəzərə almalıdırlar ki, Avropa Məhkəməsinin presedent hüququnda demokratik sistemin davamlılığı baxımından söz azadlığının əhəmiyyətinə xüsusi diqqət yetirilir. Bununla belə, o da nəzərə alınmalıdır ki, fıkri ifadə etmək azadlığı Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən digər şəxslərin nüfuzu və hüquqlarının müdafıəsi üçün məhdudiyyətlərə məruz qala bilər. Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, ifadə azadlığına hər hansı məhdudiyyətin “zəruriliyi” əsaslı qaydada müəyyən edilməlidir. İlk növbədə məhkəmələr məhdudiyyətin tətbiqi üçün “ciddi ictimai tələbatın” mövcud olub-olmadığını müəyyən etməlidirlər; bu halda onların müəyyən mülahizə hüdudları vardır. Mətbuat ilə bağlı işlərdə məhkəmələrin malik olduğu mülahizə hüdudları demokratik cəmiyyətin azad mətbuatı təmin etmək və qorumaq marağı ilə müəyyən edilir. Eynilə, Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən məhdudiyyətin qanuni məqsədə mütənasib olub-olmamasının müəyyən edilməsində bu maraq daha ağır çəkiyə malikdir (bax, Fressoz və Ruar Fransaya qarşı (BP), § 45). Avropa Məhkəməsi həmçinin bildirmişdir ki, mətbuatın demokratik cəmiyyətdə oynadığı “gözətçi” rolu xüsusi əhəmiyyət kəsb edən amildir (bax, X12rşı, 27 mart 1996-cı il, § 39). Onun vəzifəsi öz məsuliyyət və öhdəliklərinə uyğun qaydada siyasi məsələlər və ümumi maraq kəsb edən digər məsələlər barədə məlumat və fikirləri yaymaqdan ibarətdir (bax, başqa bir çox mənbələrlə yanaşı, De Haes və Gijsels Belçikaya qarşı, § 37 və Kolombani və digərləri Fransaya qarşı, § 55). Lakin mətbuat müəyyən hədləri, xüsusilə başqalarının nüfuz və hüquqlarına aid olan hədləri aşmamalıdır. Həmçinin nəzərə alınmalıdır ki, məqbul olan tənqidin hüdudları fərdi şəxslə müqayisədə ictimai xadim, o cümlədən siyasətçi ilə bağlı daha genişdir. Birincidən fərqli olaraq ictimai və ya siyasi xadim sözlərinin və hərəkətlərinin jurnalistlər və ümumiyyətlə ictimaiyyət tərəfindən yoxlanılmasına qaçılmaz olaraq və bilə-bilə açıq edir və buna görə o, daha böyük dərəcədə dözümlülük nümayiş etdirməlidir (bax, Lingens Avstriyaya qarşı, § 42). CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu biləbilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Göründüyü kimi, qanunvericiliyin tələblərinə əsasən xüsusi ittiham qaydasında şikayətdə cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi, onun mənbəyi və hansı sübut ilə təsdiq edildiyi göstərilməlidir. Məhkəmə qeyd edir ki, xüsusi ittiham qaydasında şikayət o zaman əsaslı hesab edilir ki, şikayətdə istinad olunan əməlin həqiqətdə baş vermiş olduğu, bu əməlin cinayət tərkibinin əlamətlərini özündə əks etdirdiyi, habelə həmin əməlin barəsində şikayət verilən şəxs tərəfindən törədildiyi müvafiq sübutlarla əsaslandırılsın. Ona görə də şikayətdə istinad edilmiş sübutlar şikayətçinin dəlillərini təsdiqləmədiyindən, əsassız hesab edilməli və CPM-in 300.1.3-cü maddəsinə əsasən icraata qəbul edilməkdən imtina edilməlidir. CPM-in: Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda və 302.1.7-ci maddəsinə əsasən isə şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir; 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilənlərə əsasən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
X8 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X10 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Gültəkin Əsədova