Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-26/2020 07.08.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, məhkəmə iclas katibi Hüseynov Elçin Rövşən oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət İtiihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmayan, işləməyən, ünvan 1 mənzil 29 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında faktiki yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs naməlum vaxtda və şəraitdə, istintaqa məlum olmayan mənbədən, qanunsuz olaraq, bir ədəd soyuq silah hesab edilən, kəsicideşici xassəyə malik, zavod üsulu ilə hazırlanmış, ümumi təyinatlı qatlanan ov bıçağını əldə edib üzərində gəzdirmiş, xx xxx 2019-cu il tarixdə saat 23:00 radələrində ünvan 3 ünvanında yerləşən “Land Rover” şirkətinin ofisinin qarşısında olarkən həmin ünvanın yaxınlığında baş vermiş, lakin onunla əlaqəsi olmayan xuliqanlıq hadisəsi ilə bağlı hadisə yerinə gələn Nərimanov RPİ-nin PPXB-nün əməkdaşları tərəfindən xuliqanlıq hadisəsində iştirak etməsi ilə bağlı şübhəli bilinərək Nərimanov RPİ-nin inzibati binasına gətirildikdən sonra könüllü olaraq əynində olan göy rəngli cins şalvarın sol yan cibindən həmin bıçağı çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə ittiham olunaraq məhkəməyə verilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 2017-ci ildən başlayaraq Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsində yerləşən “Ellips” gecə klubunda mühafizəçi işləmiş, 2019-cu ilin aprel ayında isə işdən çıxmışdır. İşdən çıxdıqdan sonra tez-tez həmin gecə klubuna gedərək klubun mühafizə xidmətinin rəisi Kənan Kərimovla görüşüb işə bərpa olunmaq istədiyini bildirirmiş. Növbəti dəfə xx xxx 2019-cu il tarixdə saat təxminən 22 radələrində o, yenə də işə bərpa olunmaqla bağlı Kənan Kərimovla söhbət etmək üçün “Ellips” gecə klubuna getmişdir. O, kluba çatıb Kənan Kərimovun işdə olmadığını öyrənmiş, onun gəlməsini gözləmək qərarına gəlmiş və bu məqsədlə təxminən 1 saat klubda qalmışdır. Saat təxminən 23 radələrində o, Kənan Kərimovun kluba gəlməməsini görüb geri qayıtmağa başlamışdır. O, “Ellips” gecə klubundan çıxdıqdan sonra həmin klubun yaxınlığında yerləşən “Land Rover” şirkətinə məxsus ofisin qarşısından keçərkən yerdə «İPhone» markalı mobil telefonun olmasını və həmin telefona zəng gəlməsini görmüşdür. Həmin mobil telefonu əlinə götürmüş və adı “Əkrəm M” kimi qeyd olunmuş zəng edən şəxsə cavab vermişdir. Həmin şəxs ona, itmiş mobil telefonun sahibinin tanışı olduğunu bildirmiş və harada olmasını soruşmuşdur. O, olduğu yer barədə məlumat verdikdən sonra həmin şəxs ondan, orada gözləməyini xahiş etmiş və mobil telefonun sahibinin yaxınlaşıb telefonu götürəcəyini bildirmişdir. Bu vaxt ona bir nəfər polis əməkdaşı yaxınlaşmış, həmin yerdə dayanmağının səbəbini soruşmuş, az müddət əvvəl həmin yerin yaxınlığında xuliqanlıq hadisəsinin baş verməsini bildirmiş və həmin hadisə ilə nə kimi əlaqəsinin olmasını soruşmuşdur. O, həmin polis əməkdaşına, yerdən mobil telefon tapmasını və sahibinə təhvil vermək üçün orada gözlədiyini bildirmişdir. Lakin həmin polis əməkdaşı onun sözlərinə inanmayaraq onu Nərimanov rayon polis idarəsinə dəvət etmiş və özünün idarə etdiyi avtomobillə onu Nərimanov rayon polis idarəsinə gətirmişdir. Onlar polis idarəsinin inzibati binasına daxil olan kimi onu gətirən polis əməkdaşları ondan, üzərində hər hansı bir qanunsuz əşyanın olub-olmamasını soruşmuşlar. Həmin vaxt o, əynində olan şalvarının sol yan cibində olan bir ədəd qatlanan bıçağı çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin bıçağı 2019-cu ilin əvvəllərində Səbail rayonu ərazisində yerləşən “Xəqani” ticarət mərkəzindəki suvenir mağazalarının birindən 12 manata almış və mühafizəçi işlədiyi üçün özünü müdafiə etmək məqsədi ilə üzərində gəzdirmişdir. Saxlanıldığı ilk gündən polis əməkdaşlarına bildirmişdir ki bıçağı suvenir mağazasından almışdır. Həmin bıçağın soyuq silah hesab edilmədiyi həm ekspert rəylərində göstərilmiş, həmçinin də rəyi verən ekspertlər məhkəmədə bunu təsdiq etmişlər. Bunları nəzərə alaraq Təqsirləndirilən şəxs verilən ittiham üzrə heç bir təqsiri olmadığından, barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə xidmətdə olduğu zaman saat 23 radələrində Nərimanov rayonu, X14 küçəsində yerləşən “Bu Qala” restoranının qarşısında PPX və YPX əməkdaşlarının və maşınlarının toplaşdığını və tanımadığı şəxslərin kənara qaçdığını görmüşdür. Polis əməkdaşları həmin şəxsləri tutaraq maşınlara əyləşdirirdilər. O, isə nə baş verdiyini öyrənmək üçün polis əməkdaşlarına yaxınlaşmışdır. Həmin vaxt polis əməkdaşları ona dedilər ki, bir neçə dəqiqə əvvəl burada xuliqanlıq hadisəsi baş verib və odlu silahdan havaya atəş açılıb. Həmin vaxt o, hadisə yerinin yaxınlığında bir nəfər şəxsin özünü şübhəli apardığını, sakitcə hadisə yerindən uzaqlaşmaq istədiyini görüb həmin şəxsə yaxınlaşmışdır. O, həmin şəxsə yaxınlaşıb özünü təqdim edərək, ondan da özünü təqdim etməsini, şəxsiyyəti barədə məlumat verməsini, həmin yerdə dayanma səbəbini soruşmuşdur. Həmçinin bildirmişdir ki, bir az əvvəl yaxınlıqda bir necə şəxsin dava dalaş edib, odlu silahla havaya atəş açmışdır. Həmçinin həmin hadisədə iştirak edib etməməsini və hadisəni görüb görməməsini soruşmuşdur. Həmin şəxs hadisədə iştirak etmədiyini bildirsə də hadisəni gördüyünü bildirdi və itən mobil telefon tapdığını dedi. O, da həmin şəxsin özünü şübhəli apardığını, suallara düzgün cavab vermədiyini, həmin şəxsin idmançı görünüşlü olduğunu görmüş və hadisədə iştirakında şübhəli olması qənaətinə gəlib həmin şəxsi onunla birlikdə polis idarəsinə getməyi təklif etmişdir. Daha sonra həmin şəxsi Nərimanov RPİ-nin 17-ci PŞ-nə aparmışlar. Lakin həmin şəxsi o, aparmamış və hansı avtomobil ilə getdiyini xatırlamamışdır. Ancaq o, özü də digər polis əməkdaşları ilə birlikdə öz avtomobili ilə polis idarəsinə getmişdir. Polis idarəsində həmin şəxsin adının Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş və üzərinə baxış keçirilən zaman üzərindən bir ədəd bıçaq aşkar edilərək götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs polis idarəsinə gətirən avtopatrulun sürücüsünün əməkdaşı raportla idarə rəhbərliyinə müraciət edərək həmin şəxsi polis idarəsinə təhvil vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx xxx 2019-cu il tarixdə saat 23 radələrində o, Nərimanov RPİ-nin PPXB-nün polis nəfəri Şahid1la birlikdə gecə növbəsində xidmətdə olduğu zaman efir vasitəsi ilə onlara məlumat verilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsində yerləşən «Bu Qala» restoranın qarşısında bir qrup şəxs odlu silahdan atəş açaraq xuliqanlıq edilmişdir. Bununla əlaqədar onlar dərhal xidməti avtomaşınla qeyd edilən ünvana gəlmişlər. Onlar hadisə yerinə gələrkən hadisədə iştirak edən çoxlu sayda tanımadığı şəxslərin müxtəlif istiqamətlərə qaçmalarını, hadisə yerində Nərimanov RPİ-nin PPX və YPX avtomaşınlarının olmasını, polis əməkdaşlarının hadisədə iştirak etməkdə şübhəli bilinən və hadisə yerindən qaçmağa cəhb edən şəxsləri tutaraq xidməti avtomaşınlara əyləşdirib Nərimanov rayon polis idarəsinə aparmalarını görmüşlər. Həmin vaxt hadisə baş verən ərazinin Nərimanov RPİ-nin 17-ci polis şöbəsinin əməliyyat müvəkkili Şahid3 bir nəfər vətəndaşla onlara yaxınlaşmış, həmin vətəndaşın hadisədə iştirak etməsindən şübhələndiyini bildirmiş və həmin vətəndaşı xidməti avtomobillə Nərimanov RPİ-nə aparmaqlarını xahiş etmişdir. Bundan sonra onlar Şahid3 təqdim etdiyi vətəndaşı, yəni Təqsirləndirilən şəxs xidməti avtomobilə əyləşdirib Nərimanov RPİ-nə gətirmişlər. Şahid3 özü də şəxsi avtomobili ilə onlarla birlikdə polis idarəsinə gəlmişdir. Yolda olarkən onlar həmin vətəndaşdan anket məlumatlarını hadisə ilə bağlı nə kimi əlaqəsinin olmasını və ümumiyyətlə orada nə baş verməsini soruşmuşlar. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onlara, əvvəllər hadisə baş verən ərazidə yerləşən “Elips” klubunda işləməsini, həmin gün də yenidən kluba işə düzəlmək üçün həmin yerə gəlməsini, geri qayıdan zaman yerdən bir ədəd «İPhone» markalı mobil telefon tapmasını, həmin mobil telefonu sahibinə qaytarmaq üçün orada dayanıb gözləməsini, bu zaman ona yaxınlaşan polis əməkdaşının ondan şübhələnməsini, lakin orada baş verən hadisə ilə heç bir əlaqəsinin olmadığını bildirmişdir. Nərimanov rayon polis idarəsinə çatdıqdan sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd qatlanan cib bıçağını, digər cibindən isə «İPhone» markalı mobil telefonu çıxarıb bizə təqdim etdi, mobil telefonu hadisə yerindən tapmasını, bıçağın isə özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra onlar Nərimanov RPİ-nin rəhbərliyin adına raport yazaraq Təqsirləndirilən şəxs, eləcə də təqdim etdiyi bıçağı və mobil telefonu Nərimanov RPİ-nin NH-nə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx xxx 2019-cu il tarixdə saat 23 radələrində mən Nərimanov RPİ-nin PPXB-nün polis nəfəri Şahid1la birlikdə gecə növbəsində xidmətdə olduğu zaman efir vasitəsi ilə onlara məlumat verilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsində yerləşən «Bu Qala» restoranın qarşısında bir qrup şəxs odlu silahdan atəş açaraq xuliqanlıq edilmişdir. Bununla əlaqədar onlar dərhal xidməti avtomaşınla qeyd edilən ünvana gəlmişlər. Onlar hadisə yerinə gələrkən hadisədə iştirak edən çoxlu sayda tanımadığı şəxslərin müxtəlif istiqamətlərə qaçmalarını, hadisə yerində Nərimanov RPİ-nin PPX və YPX avtomaşınlarının olmasını, polis əməkdaşlarının hadisədə iştirak etməkdə şübhəli bilinən və hadisə yerindən qaçmağa cəhb edən şəxsləri tutaraq xidməti avtomaşınlara əyləşdirib Nərimanov rayon polis idarəsinə aparmalarını gördük. Həmin vaxt hadisə baş verən ərazinin Nərimanov RPİ-nin 17-ci polis şöbəsinin əməliyyat müvəkkili Şahid3 bir nəfər vətəndaşla onlara yaxınlaşmışdır, həmin vətəndaşın hadisədə iştirak etməsindən şübhələndiyini bildirmişdir və həmin vətəndaşı xidməti avtomobillə Nərimanov RPİ-nə aparmaqlarını xahiş etmişdir. Bundan sonra onlar Şahid3 təqdim etdiyi vətəndaşı xidməti avtomobilə əyləşdirib Nərimanov RPİ-nə gətirmişlər. Şahid3 özü də şəxsi avtomobili ilə onlarla birlikdə polis idarəsinə gəlmişdir. Yolda olarkən onlar həmin vətəndaşdan anket məlumatlarını hadisə ilə bağlı nə kimi əlaqəsinin olmasını və ümumiyyətlə orada nə baş verməsini soruşmuşlar. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onlara, əvvəllər hadisə baş verən ərazidə yerləşən “Elips” klubunda işləməsini, həmin gün də yenidən kluba işə düzəlmək üçün həmin yerə gəlməsini, geri qayıdan zaman yerdən bir ədəd «İPhone» markalı mobil telefon tapmasını, həmin mobil telefonu sahibinə qaytarmaq üçün orada dayanıb gözləməsini, bu zaman ona yaxınlaşan polis əməkdaşının ondan şübhələnməsini, lakin orada baş verən hadisə ilə heç bir əlaqəsinin olmadığını bildirmişdir. Onlar Nərimanov rayon polis idarəsinə çatdıqdan sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd qatlanan cib bıçağını, digər cibindən isə «İPhone» markalı mobil telefonu çıxarıb onlara təqdim etmişlər, mobil telefonu hadisə yerindən tapmasını, bıçağın isə özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra onlar Nərimanov RPİ-nin rəhbərliyin adına raport yazaraq Təqsirləndirilən şəxs, eləcə də təqdim etdiyi bıçağı və mobil telefonu Nərimanov RPİ-nin NH-nə təhvil vermişlər. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bıçağın soyuq silah olubolmamasını, müəyyənləşdirməkdən ötrü ibtidai istintaq zamanı kompleks məhkəməkriminalistik ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və X6 həvalə edilmişdir. Birliyin xx.xx.2019-cu il tarixli, 226-MTKŞ/2019 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs məxsus bıçaq zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı qatlanan ov bıçağıdır və kəsici-deşici xassəyə malik soyuq silahdır. (iş vər.: 131-141). Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bıçağın üzərində qan ləkəsinin olub-olmamasını müəyyən etmək məqsədi ilə ibtidai istintaq zamanı təyin edilərək keçirilmiş məhkəmə-bioloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və X3 xx.xx.2019-cu il tarixli 334/2019-MTBŞ saylı rəyində göstərilmişdir ki, bıçağın üzərində qan ləkəsi aşkar edilməmişdir. (iş vər.: 142-145). İş üzrə maddi sübut hesab edilən, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bıçağa məhkəmə istintaqı zamanı baxış keçirildikdən sonra müdafiə tərəfinin vəsatəti əsasında məhkəmənin xx.xx.2019-cu il tarixli qərarı əsasında əlavə məhkəmə trasoloji ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. MEM-min xx xxxxxx 2019-cu il tarixli 30272 nömrəli rəyində qeyd olunur: bıçağın tiyəsi bozumtul rəngli olmaqla metaldan hazırlanmışdır, bir tərəfi küt, digər tərəfi kəsici, ucu batıcı xassəyə malikdir, hər iki üzünün olmaqla kəsici tərəfinin başdan-başa, küt tərəfinin isə ucundan başlayaraq, təxminən orta hissəsinədək səthinə qara rəngli boya çəkilmişdir, kəsici tərəfi hər iki üzdən itilənmişdir. Tiyənin ucu küt tərəfin maili-düzxətt, kəsici tərəfin qövsvari formada bir-birinə doğru istiqamətlənərək birləşməsi nəticəsində əmələ gəlmişdir və orta xəttdən aşağıda yerləşir. Tiyənin küt tərəfi daban hissəsindən başlayaraq 23 mm uzunluqda dalğavari (mişərvari) işlənmişdir və həmin tərəfdə üzərində 17,2x4,7 mm ölçülərə malik olan bir ədəd ovalvari formalı dəlik vardır. Tiyənin sol üzündə “U.S.A. Columbia" yazıları - zavod işarələri həkk edilmişdir. Tiyənin orta xəttdən uzunluğu 90 mm, orta hissədə eni - 20,5 mm, maksimal qalınlığı – 2,1 mm-dir. Dəstəyin əsası səthi qara rəngli metaldandr və tiyənin davamı deyildir. Dəstəyin sol üzünə üzərində dairəvi və açıq bucaq formalı bozumtul-parıltılı rəngli metaldan bəzəklər olan qara rəngli metal materialdan hazırlanmış üzlük qoyulub iki ədəd metal vintlərlə bərkidilmişdir. Dəstəyin sol üzündə müvafiq olaraq, tiyəni açıb-bağlamaq və fiksə etmək üçün nəzərdə tutulan iki ədəd metal düyməcik vardır. Dəstəyin uzunluğu -117 mm, orta hissədə eni - 24 mm, orta hissədə qalınlığı - 10 mm-dir. Bıçağın tiyəsinin möhkəmliyini müəyyən etmək üçün bıçaq “Mark-10” markalı rəqəmli dinomometr və “MESURgauge” proqram vasitəsi ilə yoxlanıldıqda onun üzərində deformasiya əlaməti müşahidə edilmişdir. Tədqiq edilən bıçağın yuxarıda göstərilən zavod işarələrinə, ölçülərinə, konstruktiv əlamətlərinə, hazırlanma üsulunun xüsusiyyətlərinə, xüsusi ədəbiyyatda göstərilən texniki məlumatlara əsasən belə müəyyən olur ki, həmin bıçaq zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı turist bıçağıdır, soyuq silahın təsnifat kriteriyalarına o, cümlədən konstruksiyasına görə məlumat ƏN MEM-nin Elmi Şurası tərəfindən təsdiq edilmiş, o, cümlədən ekspert təcrübəsinin ümumiləşdirilməsinə əsaslanan yerli və xarici elmi-metodiki xarakterli xüsusi ədəbiyyatlarda göstərilmişdir. Tədqiqat zamanı istifadə edilmiş xüsusi ədəbiyyat 1.C.Ahmet “Soyuq silahın kriminalistik ekspertizaı” Bakı, 2008; 2. Soyuq silahların katoloqu, Bakı 2008; 3. Тихонов Е.Н. «Криминалистичечкая экспертиза холодного оружия» Барнаул, 1987; 4. А.С.Подшибякин «Холодное оружие» Москва, 2010 və s. Tədqiqatın nəticəsi: Tədqiqata təqdim edilmiş bir ədəd zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat məişət təyinatlı turist bıçağıdır, soyuq silahın təsnifat kriteriyalarına, o, cümlədən konstruksiyasına görə soyuq silah hesab edilmir. (iş vər.: 272-276). Qeyd edilən ekspertiza tədqiqatını aparmış Ədliyyə Nazirliyi Məhkəmə X1 və trasoloji ekspertizalar şöbəsinin böyük eksperti ədliyyə müşaviri X5 dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə iclasında dindirilərkən bildirmişdir ki, məhkəmənin xx.xx.2019-cu il tarixli qərarı əsasında tərəfindən bir ədəd bıçağın soyuq silahın tədqiqi ekspertizası keçirilmiş və 30272 saylı rəy verilmişdir. Ekspertiza ona təqdim olunmuş maddi sübut və cinayət işinin materialları əsasında keçirilmişdir. Tədqiqat zamanı müəyyən edilmişdir ki, həmin bıçaq qatlanan konstruksiyaya malik olmaqla tiyə və dəstək hissəsindən ibarətdir, ümumi uzunluğu 207 mm-dir. Həmin bıçağı təbii və süni işıq altında tədqiq edərkən müəyyən oldu ki, onun tiyəsi bozumtul rəngli olmaqla metaldan hazırlanmışdır, bir tərəfi küt, digər tərəfi kəsici, ucu batıcı xassəyə malikdir, hər iki üzünün olmaqla kəsici tərəfinin başdan-başa, küt tərəfinin isə ucundan başlayaraq, təxminən orta hissəsinədək səthinə qara rəngli boya çəkilmişdir, kəsici tərəfi hər iki üzdən itilənmişdir. Tiyənin ucu küt tərəfin maili-düzxətt, kəsici tərəfin qövsvari formada bir-birinə doğru istiqamətlənərək birləşməsi nəticəsində əmələ gəlmişdir və orta xəttdən aşağıda yerləşir. Tiyənin küt tərəfi daban hissəsindən başlayaraq 23 mm uzunluqda dalğavari [mişərvai) işlənmişdir və həmin tərəfdə üzərində 17,2x4,7 mm ölçülərə malik olan bir ədəd ovalvari formalı dəlik vardır. Tiyənin sol üzündə “U.S.A. Columbia" yazıları - zavod işarələri həkk edilmişdir. Tiyənin orta xəttdən uzunluğu 90 mm; orta hissədə eni - 20,5 mm, maksimal qalınlığı - 2.1 mm-dir. Dəstəyin əsası səthi qara rəngli metaldandr vətiyənin davamı deyildir. Dəstəyin sol üzünə üzərində dairəvi və açıq bucaq formalı bozumtul-parıltılı rəngli metaldan bəzəklər olan qara rəngli metal materialdan hazırlanmşüzlük qoyulub iki ədəd metal vintlərlə bərkidilmişdir. Dəstəyin sol üzündə müvafiq olaraq, tiyəni açıb-bağlamaq və fiksə etmək üçün nəzərdə tutulan iki ədəd metal düyməcik vardır. Dəstəyin uzunluğu -117 mm. orta hissədə eni - 24 mm, orta hissədə qalınlığı - 10 mm-dir. Kəsici-deşici xassəyə malik olan əşyanın soyuq silah hesab edilməsi üçün bir neçə göstəricilərin məcmu halda mövcudluğu vacibdir. Yəni, bıçağın tiyəsinin uzunluğu 90 mm-dən, qalınlığı 2,5 mm-dən artıq olmalı, bıçağın uc hissəsi orta xəttən aşağıda olmamalı, həmçinin dəstək əldə rahat olmalı, məhdudlaşdırıcı olmalı, zərbə zamanı əldə stabil qalmalı, sürüşməməli. Hazırki bıçaq isə qövs frmasındadır, zərbə zamanı qatlanma riski vardır. Lakin rəydə qeyd etdiyim rəqəmlərdən görünür ki, tədqiq etdiyim bıçaq həmin normalara uyğun deyil. Həmin bıçağın soyuq silah olmamasını və tiyəsinin möhkəmliyini müəyyən etmək üçün bıçaq “Mark-10” markalı rəqəmli dinometr və “MESURgauge” proqramı vasitəsi ilə yoxlanıldı. Həmin texniki vasitələrdə bıçaq yoxlandıqda bıçağın üzərində deformasiya əlamətləri yarandı və müşahidə edildi. Qeyd etdiyim xüsusatlar və texniki proqramlar vasitəsi ilə müşahidələr belə nəticəyə gətirir ki, həmin bıçaq soyuq silah hesab edilmir və həmin bıçaq təsərrüfatməişət təyinatlı turist bıçağıdır. Verilmiş suallara cavab olaraq X5 bildirmişdir ki, bıçağın tiyəsinin qalınlığı 2,1 mm-dir. Lakin ədəbiyyatlarda və ümumi ekspert təcrübələrində bıçağın soyuq silah hesab edilməsi üçün qalınlıq 2,5 mm-dən çox olması qəbul edilmişdir. - Bıçaq hərtərəfli yoxlanılmış, bundan əlavə onun texniki xüsusatları, onun görünüşü, ölçüləri və hazırlanma üsulları da araşdırılmışdır. Dəstəyi sürüşkəndir və hər hansı zərbədə bıçaq sürüşüb əldən düşə bilər. Hətta dəstəkdən tutub zərbə endirdikdə bıçağın tiyəsinin əyilib şəxsin öz əlini kəsmə ehtimalının olması da müəyyən edilmişdir. İfadəsində qeyd etdiyi kimi, bıçağın zərbəyə davamlılığı bıçaq “Mark-10” markalı rəqəmli dinometr və “MESURgauge” proqramı vasitəsi ilə yoxlanılmışdır. Onu da bildirmişdir ki, tədqiq edilən bıçaq artıq az bir təyziqə tab gətirmiş və sınma ehtimalı vardır. Bıçaq sınmasın deyə, daha artıq çəkinin bıçağa təsirini yoxlamamışdır. Tədqiqat apararkən, rəydə qeyd etdiyi ədəbiyyatlardan istifadə etmişdir. Ekspert rəylərinin arasında yaranmış ziddiyyətləri aydınlaşdırmaq məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və X8 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 226-MTKŞ/2019 saylı ekspert rəyi üzrə tədqiqatı aparmış həmin birliyin sabiq eksperti dövlət ittihamçısının vəsatəti əsasında məhkəmədə dindirilmişdir. X10 ifadə verərkən bildirmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarı əsasında tərəfindən dörd ədəd bıçağın və 1 ədəd predmetin soyuq silahın tədqiqi ekspertizası keçirilmiş və 226- MTKŞ/2019 saylı rəy verilmişdir. Ekspertiza ona təqdim olunmuş maddi sübut və cinayət işinin materialları əsasında keçirilmişdir. Tədqiqat zamanı müəyyən edilmişdir ki, həmin bıçağın ümumi ölçüləri 230x50 mm-dir, qatlanan konstruksiyaya malik olmaqla tiyə və dəstək hissəsindən ibarətdir, ümumi uzunluğu 211 mm-dir. Bozumtul-gümüşü rəngli metaldan hazırlanmış, kəsici və küp kənarının bir səthinə qara rəngl boya çəkilmiş, maqnit yaxınlaşdırdıqda özünə tərəf çəkir. Tiyənin sol üzündə “U.S.A. Columbia" yazıları - zavod işarələri həkk edilmişdir.Tiyənin orta xəttdən uzunluğu 95 mm; orta hissədə eni - 17 mm, ortada 20 mm, ucunda 1 mm və qalınlığı – 07 mm-dən 2 mm-yə qədərdir. Tiyənin kəsici kənarı 60 mm məsafədə düzxətli davam edir və sonra sivri formada yuxarı qalxaraq digər kənarla birləşir. Tiyənin ülgüc kənarı hər iki tərəfdən itilənmişdir və itilənmə hündürlüyü 22 olmaqla kafi itilikdədir. Dəstəyin əsası səthi qara rəngli metaldandr və tiyənin davamı deyildir. Dəstəyin sol üzünə üzərində dairəvi və açıq bucaq formalı bozumtul-parıltılı rəngli metaldan bəzəklər olan qara rəngli metal materialdan hazırlanmş üzlük qoyulub iki ədəd metal vintlərlə bərkidilmişdir. Dəstəyin sol üzündə müvafiq olaraq, tiyəni açıb-bağlamaq və fiksə etmək üçün nəzərdə tutulan iki ədəd metal düyməcik vardır. Dəstəyin uzunluğu -116 mm, eni əsasında - 20 mm, orta hissədə qalınlığı - 19 mm, sərbəst kənarına yaxın sahədə 10 mm və qalınlığı 13 mm-dir. Dəstəyin yuxarı kənarı 104 mm məsafədə xaricə qövsvaridir, aşağı kənarı 55 mm uzunluqda dalğavari başlayır, 30 mm məsafədə pazvari davam edir və sonda 10 mm məsafədə çəp formada aşağıya doğru enərək sərbəst kənarla birləşir. Dəstəyin kənarı 24x25 mm ölçülü, itibucaqlı üçbucaq şəkillidir. Təqdim olunmuş bıçağın ölçüsü, forma və kontruktiv xüsusiyyətləri, hazırlanma materialları və qaydası və tiyənin üzərində olan yazıların həkk olunma qaydasına görə bıçaq zavod üsulu ilə hazırlanmışdır. Təqdim olunmuş bıçağın tiyəsinin bərkliyi yaylı dinamometr vasitəsi ilə dartılmış qüvvəsi 5 kq olmaqla yoxladıqda, qalınlığı 25 mm olan quru taxta parçası üzərinə müxtəlif hündürlükdən və artan qüvvə ilə eksperimental zərbələr endirdikdə, tiyənin üzərində sınma, əyilmə, deformasiya əlamətləri aşkar edilmədi. Bıçağın dəstəyi əldə rahat tutulur və bu zaman ələ xəsarət yetirilmir. Təqdim edilmiş bıçaqla E.N.Tixonovun “Soyuq silahların kriminalistik ekspertizası” adlı ədəbiyyatındakı sənaye və kustar üsulu ilə hazırlanmış, tiyəli soyuq silahların, ov bıçaqları, təsərrüfat-məişət və xüsusi təyinatlı bıçaqların əlamətləri arasında müqayisəli tədqiqat aparıldı. Məlum oldu ki, forma və konstruktiv xüsusiyyətlərinə görə, təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı qatlanan ov bıçağıdır və kəsici-deşici xassəyə malik soyuq silahdır. Verilmiş suallara cavab olaraq X10 bildirmişdir ki, bıçaq qatlanan kontruksiyaya malikdir və ümumi uzunluğu 211 mm-dir. Bıçaq hərtərəfli yoxlanılmışdır, ilk əvvəl texniki xüsusiyyətləri ilə yoxlanılmış, sonradan rəydə olduğu kimi digər xüsusiyyətləri araşdırılmışdır. Həmin bıçaqda eksperimental yoxlanışda əyilmə, sınma müşahidə olunmadı, şəxsə tərəf zərbə endirdikdə yara kanalını dərinləşdirə bilər. Dəstəkdən tutduqda heç bir sürüşkənlik hiss olunmamış, əldə tutulması rahat olmuşdur. İfadəsində qeyd etdiyi kimi, bıçağın zərbəyə davamlılığı bıçaq “Mark-10” markalı rəqəmli dinometr və “MESURgauge” proqramı vasitəsi ilə yoxlanılmışdır. Onu da bildirmişdir ki, tədqiq edilən bıçaqda heç bir əyilmə, sınma və deformasiya hiss olunmamış. Həmin bıcaqdan taxta üzərinə dəfələrlə zərbələr endirilmişdir. Tədqiqat apararkən, rəydə qeyd etdiyi ədəbiyyatlardan istifadə etmişdir. Həmin ədəbiyyatda tiyənin qalınlığı 2mm-dən 2.5 mm-ə qədər olması qeyd olunmuşdur. Hətta bıçaq üzərində qeyd olunmuş “Columbia USA” yazısı ilə bağlı araşdırmada aparılmışdır. Araşdırma nəticəsində həmin bıçağın ov təyinatlı olması qərarına gəlinmişdir. Məhkəmə istintaqı zamanı dövlət ittihamçısının vəsatəti əsasında məhkəmənin xx.xx.2020-ci il tarixli qərarı əsasında təkrar komisyon məhkəmə trasoloji ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2020-ci il tarixli 3662 nömrəli ekspert rəyindən görünür ki, təqdim edilmiş bir ədəd tiyəsinin uzunluğu 90 mm, qalınlığı 2,1 mm olan məhdudlaşdırıcısı və barmaqaltı oyuqları, o cümlədən xüsusi elmi ədəbiyyatlara - soyuq silaha aid sair əlamətlərin məcmusuna malik olmayan qatlanan bıçaq təsərrüfat təyinatlı turist bıçağıdır soyuq silah hesab edilmir. Tədqiqat prosesində 1) C.Ahmet “Soyuq silahın kriminalistik ekspertızası” Bakı, 2008., 2) ƏN MEM-nin Elmi Şurasının xx.xx.2009-cu il tarixli qərarı ilə nəşr olunmuş “Soyuq silahların kataloqu 1-ci bölmə. Qatlanan bıçaqlar Bakı 2009 3) Тихонов Е.Н. «Криминалистичечкая экспертиза холодного оружия» Барнаул, 1987; 4. А.С.Подшибякин «Холодное оружие» Москва, 2010 adlı xüsusi ədəbiyyatlardan istifadə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertizası və Patoloji anatomiya ETT birliyinin Məhkəmə tibbi-krıminalistika şöbəsi tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli 226-MTKŞ/2019 №-li rəyində təqdim edilmiş bıçağın tiyəsinin ölçüləri barədə, o cümlədən, bıçağın konstruktiv əlamətlərinin, təyinatının, xüsusi ədəbiyyatda göstərilən texniki məlumatların və aparılmlş eksperimentlərin nəticələrin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 30272 saylı rəyində olan məlumatlarla fərqlərin olması həmin rəylər arasında ziddiyət yaranmasına səbəb olmuşdur. Tədqiqata təqdim edilmiş bıçağın tiyəsinin sərtliyinin yoxlanılması zamanı tədqiqat prosesi videoçəkiliş vasitəsilə qeydə alınmışdır və həmin görüntü “DVD” tipli diskə köçürülərək rəyə əlavə edilmişdir. (iş vər.: 320). Dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə iclasında Ədliyyə Nazirliyi Məhkəmə X1 və trasoloji ekspertizalar şöbəsinin rəis müavini İİ dərəcəli ekspert, ədliyyə müşaviri X7 ifadə verərkən bildirmişdir ki, məhkəmənin xx.xx.2020-ci il tarixli qərarı əsasında tərəfindən bir ədəd bıçağın soyuq silahın tədqiqi ekspertizası keçirilmiş və 3662 saylı rəy verilmişdir. Ekspertiza ona təqdim olunmuş maddi sübut və cinayət işinin materialları əsasında keçirilmişdir. Həmin bıçağı təbii və süni işıq altında tədqiq edərkən müəyyən oldu ki, onun tiyəsi bozumtul rəngli olmaqla metaldan hazırlanmışdır, bir tərəfi küt, digər tərəfi kəsici, ucu deşici xassəyə malikdir, hər iki üzünə - kəsici tərəfinə başdanbaşa, küt tərəfinin isə ucundan başlayaraq, təxminən orta hissəsinədək səthinə qara rəngli boya çəkilmişdir konstruktiv xüsusiyyətlərinə əsasən ümumi təyinatlı ov bıçaqların tiyələrinin səthlərinin boyalanmasına yol verilmir, kəsici tərəfi hər iki üzdən itilənmişdir. Tiyənin ucu küt tərəfin maili-düzxətt, kəsici terefn qövsvari formada bir-birinə doğru istiqamətlənərək birləşməsi nəticəsində əmələ gəlmişdir və orta xəttdən aşağıda yerləşir. Buda onu göstərir ki, zərbə gücü bıçağın ucuna doğru tam yönəlmir. Tiyənin küt tərəfi daban hissəsindən başlayaraq dalğavari (mişarvari) işlənmişdir və həmin tərəfdə üzərində 17,2x4,7 olan bir ədəd ovalvan formalı dəlik vardır. Tiyənin sol üzündə “U.S.A. Columbia” yazıları - zavod işarələri həkk edilmişdir və bayraq şəkili təsvir edilmişdir. Tiyənin orta xəttdən uzunluğu - 90 mm, orta hissədə eni - 20,5 mm, maksimal qalınlığı - 2,1 mm-dir. Ümumi təyinatlı ov bıçaqların tiyəsinin minimal ölçü hədləri: uzunluğu 90 mm-dən, qalınlığı 2,6 mm-dən az olmamalıdır. Dəstəyin əsası səthi qara rəngli metaldandır və tiyənin davamı deyildir. Dəstəyin sol üzünə üzərində müxtəlif formalı bozumtul-parıltılı rəngli metaldan bəzəklər olan qara rəngli metal materialdan hazırlanmış üzlük iki ədəd metal vintlərlə bərkidilmişdir, sağ üzünə isə kəmərə keçirmək üçün metal asılqan birləşdirilmişdir. Dəstəyin sol üzündə müvafiq olaraq, tiyəni açıb-bağlamaq və fiksə etmək üçün nəzərdə tutulan iki ədəd metal düyməcik vardır. Dəstəyin üzərində məhdudlaşdırıcı rolunu oynayan çıxıntılar və barmaqaltı oyuqlar mövcud deyil, bu da onu göatərir ki, həmin bıçaq zərbə vurarkən ələ xəsarət yetirmək təhlükəsinə malikdir. Dəstəyin uzunluğu 117 mm, orta hissədə eni - 24 mm, orta hissədə qalınlığı -10 mm-dir. Bıçağın tiyəsinin sərtliyi “Mark-10 markalı rəqəmli dinomometr vaitəsilə yoxlanıldıqda onun üzərində deformasiya əlaməti müşahidə edildi. Belə ki, tədqiqata təqdim edilmiş bıçaq yaylı dinomometrə yerləşdirərək fiksə edilmişdir və bu vəziyyətdə yerlə tiyə arasında məsafə ölçülmüşdür və 212 mm təşkil etmişdir. Tədqiqatı davam edərək bıçağa 4 kg ağırlıq tətbiq edərək bu vəziyyətdə yerlə tiyə arasında məsafə ölçülmüşdür və 206 mm təşkil etmişdir. Göründüyü kimi, tiyəyə 4 kg ağırlıq tətbiq etdikdə 5 mm-dən çox deformasiyaya uğrayır. Bundan artıq ağırlığın tətbiq edilməsi zamanı tiyənin qırılması təhlükəsini yaratdığımdan tədqiqat dayandırılmışdır. Bundan sonra bıçağın üzərndən tətbiq edilən ağırlıq sıfırlanaraq yerlə tiyə arasında məsafə ölçülmüşdür və 209 mm təşkil etmişdir, buda onu göstərir ki, tiyə üzərində 3 mm qalıq deformasiya əlamətləri müşahidə edilir. Həmin tədqiqat prosesi videoçəkiliş vasitəsilə qeydə alınaraq DVD-yə köçürülərək rəyə əlavə edilmişdir. Tədqiq edilən bıçağın yuxarıda göstərilən zavod işarələrinə, ölçülərinə, konstruktiv əlamətlərinə, xüsusi ədəbiyyatda göstərilən texniki məlumatlara və eksperimentin nəticələrinə əsasən belə rəyə gəlmək olar ki, həmin bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı turist bıçağıdır, soyuq silahın təsnifat kriteriyalarına, o cümlədən konstruksiyasına görə soyuq silah hesab edilmir. Tədqiqat prosesində 1) C.Ahmet “Soyuq silahın kriminalistik ekspertizası” Bakı 2008., 2) ƏN MEMnin Elmi Şurasının xx.xx.2009-cu il tarixili qərarı ilə nəşr olunmuş “Soyuq silahların kataloqu 1-ci bölmə. Qatlanan bıçaqlar ” Bakı 2009”, 3)А.С.Подшибякин «Холодное оружие» Москва, 2010 və 3)Е.Н.Тихонов “Криминалистическая экспертиза холодного оружия. Барнаул 1983” adlı xüsusi ədəbiyyatlardan istifadə edilmişdir. İş materiallarında olan ekspert rəylərinin arasındakı ziddiyyət ondan irəli gəlir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertizası və Patotoji anatomiya ETT birliyinin Məhkəmə tibbi-kriminalistika şöbəsinin ekspert-krıminalisti Seymur Əşrəfli tərəfindən verilmiş rəydə tiyənin orta xətt üzrə uzunluğu 95 mm göstərilmişdir, lakin tədqiqata təqdim edilmiş bıçağın tiyəsinin orta xətt üzrə uzunluğu 90 mm təşkil edir. Həmçinin həmin rəydə bıçağın maksimum qalınlığı 2 mm qədər olması və E.N.Tixonovun “Soyuq silahların kriminalistik ekspertizası ” adlı ədəbiyyatdakı sənayə və kustar üsulu ilə hazırlanmış, tiyəli soyuq ov bıçaqları, təsərrüfat - məişət və xüsusi təyinatlı bıçaqların əlamətlərin arasında müqayisə tədqiqatının aparılması qeyd edilərək, təqdim edilmiş bıçağın forma və konstruktiv xüsusiyyətlərinə görə zavod üsulu ilə istehsal olunmuş, kəsici-deşıci xassəyə malik, ümumi təyinatlı qatlanan ov bıçağı olması və soyuq silah hesab edilməsi göstərilmişdir. Lakin həmin ədəbiyyatın 123-cü səhifəsində qatlanan ov bıçaqlarının tiyəsinin uzunluğu 110-125 mm, qalınlığının isə 2,8-3 mm olması göstərilmişdir. Ümumiyyətlə hər bir soyuq silah hesab edilən predmet aşağıdakı əlamətlər məcmusuna malik olmalıdır: ümumi əlaməti - onun hücum və müdafiə təyinatlı olması; xüsusi əlamətləri: yetirildiyi anda həyat üçün təhlükəli bədən xəsarəti yetirmək üçün xüsusi olaraq hazırlanmış, birbaşa istehsalat və və ya təsərrüfat-məişət təyinatının olmaması; predmetin konstruksiyası, ölçüləri və materialı bu cür xəsarətlərin yetirilməsini təmin etməlidir; məhvetmə üsuluna (təsiretmə prinsipinə ) görə deşici, kəsici, çapıcı, vurucu- əzici və ya kombinə edilmiş alət olması. Soyuq silahlar onu xarakterizə edən əlamətlər məcmusuna malik olmalıdır. Ekspert məhz həmin məcmunu aşkar etməli, əlamətləri ətraflı təsvir etməklə əhəmiyyətini rəydə qeyd etməlidir. Predmetin soyuq silah hesab edilməsi üçün onun xüsusi əlamətlərin kompleks halda mövcudluğu müəyyənləşdirilməlidir. Tiyənin bərkliyi və istifadə edən şəxsin əlini zədələməkdən qoruyan dəstəyin (məhdudlaşdırıcının) olması bu kompleksə daxil olan tövsifedici əlamətlərdəndir. Bütün bunları nəzərə alaraq ekspert komissiyası belə bir nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertizası və Patoloji anatomiya ETT birliyinin Məhkəmə tibbi-kriminalistika şöbəsi tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli 226-MTKŞ/2019 №li rəyində təqdim edilmiş bıçağın tiyəsinin ölçüləri barədə məlumatlar, o cümlədən bıçağın konstruktiv əlamətlərinin, təyinatnın, xüsusi ədəbiyyatda göstərilən texniki məlumatların və eksperimentlərin nəticələri haqqında məlumatlarla Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 30272 saylı rəydə olan məlumatlar arasında fərqlərin olması həmin rəylər arasında ziddiyyət yaranmasına səbəb olmuşdur. Verilmiş suallara cavab olaraq X7 bildirmişdir ki, ekspert istər ümumi təyinatlı ov silahı olan predmeti, istərsə də digər təyinatlı predmeti tədqiq edərkən ilk əvvəl hər təyinata uyğun olan bütün əlamətləri müəyyən etməlidir. Hər predmetin özünə məxsus əlamətləri var ki, bu əlamətlər, konstruktiv quruluş, ədəbiyyatlarda göstərilmiş xüsusi əlamətlər əsasında həmin predmetin soyuq silah olub-olmaması müəyyən edilir. İstintaq zamanı keçirilmiş ekspertiza zamanı AR-nın Səhiyyı Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və Pataloji Anatomiya” Elmi- Təcrübi və Tədris Birliyi tərəfindən predmet tədqiq olunarkən onun xüsusatları tam araşdırılmamış, orada onun əlamətləri aşkar olunmayıb və bununla da verilmiş rəy ziddiyət təşkil edir.Ədəbiyyatlarda qeyd olunmuş bir norma vardır ki, ümumi təyinatlı ov silahlarında boya olmur. Tədqiqata təqdim olunmuş predmetin üzərində isə zavod üsulu ilə çəkilmiş boya vardır. Soyuq silaha xas olan əlamət kimi bıçağın ucu orta xətti ilə bir səviyyədə olmalıdır. Zərbə anında zərbənin gücü tam mərkəzə yönəlməlidir. Hazırki predmetə nəzər yetirilsə bıçağın uc hissəsi mərkəzdən aşağıda yerləşir. Bu xüsusat da predmetin soyuq silah hesab edilməməsi üçün əsasdır. Tədqiq etdikləri bıçağın tiyəsinin qalınlığı 2.1 mm-dir. Predmet ədəbiyyatlarda göstərildiyi kimi tiyəsinin qalınlığı 2.5 mm və ya ondan çox olduğu halda soyuq silah hesab edilə bilər. Tədqiq etdikləri predmetlə harasa vurduqda onun sürüşməsi qaçılmazdır. Rəydə qeyd etdiyi kimi, tədqiq olunan predmetin üzərində əl oyuqları və məhdudlaşdırıcı yoxdur. Qeyd etdiyi xüsusiyyət ona dəlalət edir ki, predmet soyuq silah deyildir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sənədlərdən müəyyən edilir: Nərimanov RPİ-nin PPXB-nin polis nəfərləri Şahid2 və Şahid1 ilə birlikdə xx.xx.2019cu il tarixdə saat 23:15 radələrində efir vasitəsi ilə A.M.Cümə küçəsində münaqişə olması barədə məlumat almış və dərhal hadisə yerinə getmişlər. Hadisə yerində şübhəli bilinən bir nəfər şəxsi şübhəli bilinməsi səbəbindən Nərimanov RPİ-nə təhvil vermişlər. (iş vər.: 09). Faktla bağlı Nərimanov rayon prokurorunun müavini Zeynal Usubov qərarı ilə xx xxx 2019-cu il tarixdə Azərbaycan Respublikası CM-nın 221.3, 228.1 və 315.1-ci maddələri ilə cinayət işi başlanmışdır. (iş vər.: 07) Təqsirləndirilən şəxs xx xxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (iş vər.: 15). xx xxx 2019-cu il tarixdə ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3, 228.1 və 315.1-ci maddələrindən həmin məcəllənin 221.2.1, 221.3, 228.1, 228.4 və 315.2-ci maddələrinə tövsif edilmişdir. (iş vər.: 38-39). xx xxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 221.3-cü maddələri təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (iş vər.: 40-41). Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 3 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxx 2019-cu il traixdən hesablanmışdır. (iş vər.: 60-62). Nərimanov Rayon Prokuroru baş ədliyyə müşaviri Vüqar Əliyev xx xxxx 2019-cu il tarixli cinayət işi üzrə əmələ hissəvi xitam verilməsi, əməlin tövsif edilməsi, həbs qətimkan tədbirinin təqibinə xitam verilməsi və başqa qətimkan tədbirinin seçilməsi haqqında xx xxxx 2019-cu il tarixli qərarı ilə təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3 və 228.4-cü maddələri elan edilmiş xx.xx.2019-cu il tarixli qərarda CM-nin 221.3-cü maddəsinə hissəvi xitam verilmiş, həmin Məcəllənin 228.4-cü maddəsi əsaslı olduğundan öz qüvvəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbirinin təqibinə xitam verilmişdir. Təqdirləndirilən şəxs Təqsirləndirilən şəxs saxlanıldığı ƏN PX 3 saylı İstintaq Təcridxanasından azad edilmişdir. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Qərar icra edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilməsi qərara göndərilmişdir. (iş vər.: 123-125). Müstəntiqin qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4 maddəsi ilə yeni məzmunlu ittiham elan edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (iş vər.: 126). Sübutların qiymətləndirilməsi barədə müstəntiqin xx.xx.2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs məxsus olan soyuq silah hesab edilən ümumi təyinatlı qatlanan ov bıçağı və «Azercell MMC»-dən 17760 nömrəli xx.xx.2019-cu il tarixli məktubla daxil olmuş 01 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmışdır. (iş vər.: 166-171). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir. (iş vər.: 89-90). Beləliklə məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının, ekspert rəylərinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibinin mövcudluğu məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamış onun tərəfindən həmin cinayət əməlinin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası CM-nın 228.4-cü maddəsinə görə, Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla, üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. İibtidai istintaq orqanı Təqsirləndirilən şəxs elan etmiş olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulan ittihamın əsasını Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertizası və Patoloji anatomiya ETT birliyinin Məhkəmə tibbi-kriminalistika şöbəsi tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli 226-MTKŞ/2019 №li rəyi təşkil etmişdir. Lakin, yuxarıda qeyd edildiyi kimi, Təqsirləndirilən şəxs üzərindən xx xxx 2019-cu il tarixdə aşkar edilmiş bıçağın soyuq silah hesab edilməməsi məhkəmə istintaqı zamanı təyin edilmiş əlavə məhkəmə trasoloji və təkrar-komisyon məhkəmə trasoloji ekspertizaları üzrə ekspert rəylərində öz əksini tapmışdır. Eyni zamanda hər bir rəyi vermiş ekspertlər məjkəmə iclasında dindirilmiş, rəylərin arasında olan ziddiyətin nədən irəli gəlməsi aydınlaşdırılmış və bu xüsusatlar Ədliyyə Nazirliyi Məhkəmə X1 və trasoloji ekspertizalar şöbəsinin rəis müavini İİ dərəcəli ekspert, ədliyyə müşaviri X7 tərəfindən məhkəmədə ətraflı və konkret olaraq izah edilmişdir. Bununla yanaşı məhkəmə onuda qeyd etmək istəyir ki, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 23-cü maddəsinə əsasən, Məhkəmə ekspertizası fəaliyyəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının məhkəmə ekspertiza idarələri tərəfindən həyata keçirilir. Məhkəmə ekspertizası idarələri məhkəmə ekspertizasının aparılması üzrə fəaliyyətini ekspert təcrübəsinin ümumiləşdirilməsi, ekspertlərin peşəkar hazırlığı və onların ixtisaslaşdırılması, o cümlədən ekspert praktikasının vahid elmi-metodik üsullarla öyrənilməsi əsasında həyata keçirirlər. Bununla yanaşı, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 yanvar tarixli 252 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxx 2011-ci il № 505 Fərmanında qeyd olunur: “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 yanvar tarixli 252 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 31; 2001, № 6, maddə 415; 2006, № 12, maddə 1034; 2007, № 3, maddə 224) 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin: “2. Müəyyən edilsin ki, həmin Qanunun 23-cü maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini məhkəmə-tibb (məhkəmə-psixiatriya) ekspertizası sahəsində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir, məhkəmə ekspertizasının digər sahələrində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, ilkin və əlavə məhkəmə-daktiloskopik və məhkəmə-ballistik ekspertizaları sahəsində isə həmçinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir. İş materiallarından göründüyü kimi isə, ibtidai istintaq orqanı soyuq silahın tədqiqi ekspertizasının keçirilməsini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə deyil, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertizası və Patoloji anatomiya ETT birliyinə həvalə etmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, hazırki ittihamla bağlı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibi mövcud deyildir. "V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" x xxxxxxxx 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CM-in 14.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Azərbaycan Respublikası CPM-nin: 21.1-ci maddəsinin tələbinə görə, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır.21.2-ci maddəsində nəzərdə tutulur ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə görə, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquqi düşüncəsi ilə həll edirlər. 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 42-ci maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılması üçün bir neçə hallar mövcuddur ki, həmin hallardan da ən azı birinin mövcud olması bəraət hökmü çıxarılması üçün əsasdır. 42.1.2-ci maddəsinə əsasən, əməldə cinayət tərkibi olmadıqda bəraət hökmü çıxarılır. 42.2.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda məhkəmə bəraət hökmü çıxarır. 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. 124.1-ci maddəsinə görə, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olubolmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. 134.1-ci maddəsinə əsasən, istintaq hərəkətlərinin və məhkəmə iclasının protokolları cinayət prosesini həyata keçirən orqanın cinayət təqibi üçün əhəmiyyət kəsb edən halların bilavasitə qavranılmasını təsdiq edən və bu Məcəlləyə uyğun yazılı formada tərtib edilmiş sənədlərdir. 134.2-ci maddəsinin 134.2.11 və 134.2.13 bəndlərinə görə, cinayət prosesini həyata keçirən orqan tərəfindən bu Məcəlləyə müvafiq tərtib edilmiş aşağıdakı istintaq hərəkətlərinin protokolları sübut kimi istifadə oluna bilər: dindirmə, üzləşdirmə və ifadəni yerində yoxlama; istintaq eksperimenti. 138.2-ci maddələrinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi - cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. 349.5.1-ci maddəsinə əsasən, məhkəmə yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. 350.1-ci maddəsinə əsasən, məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Cinayət qanunvericiliyinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İttihamın sübut olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. X12 Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə vurğulamışdır ki, hakim sübutların qəbul edilənliyini müəyyənləşdirməyə görə cavabdehlik daşıyır. Hakim bu məsələdə İnsan Hüquqları X2 presedent hüququna uyğun olan tərzdə Cinayət Prosessual Məcəlləsinə istinad etməlidir. Məhkəmə bir sıra qərarlarında qeyd etmişdir ki, «əsaslı şübhə yeri qoymayan» sübut standartları sübutların qiymətləndirilməsi zamanı bütün işlərə tətbiq edilən ümumi prinsipdir. Sübutlar kifayət qədər güclü, aydın və uzlaşdırılmış nəticələrin, yaxud faktlara əsaslanan analoji təkzib edilməz ehtimalların birgə mövcudluğundan irəli gələ bilər. Qaneedici və inandırıcı sübutları təqdim etmək məsələsində sübutetmə yükü ittiham orqanının üzərinə düşür. Hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. İnsan Hüquqlarının və X4 X2 6-cı maddəsinin 2-ci bəndində göstərilir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair" xx xxx 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Ədalətli məhkəmə araşdırması hüququ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, «ədalət mühakiməsi mahiyyət etibarilə ədalət anlayışına cavab verməli və hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir» («Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 420.3-cü maddəsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxx 2002-ci il tarixli qərarı). Bu baxımdan məhkəmə hesab edir ki, təqsirliliyi sübuta yetirilmədikdə şəxslərə bəraət verilməsi ədaləti bərqərar etmiş olur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında vurğulanır: “Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər.” “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li Qərarının 2-ci bəndində qeyd olunur ki, izah edilsin ki, məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə təhqiq olunan sübutlara əsaslana bilər. Qanunun məzmununa görə, məhkəmə öz nəticələrini şərh edərkən, iş üzrə toplanılan, lakin məhkəmə iclasında təhqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Müttəhimin, zərərçəkmişin, şahidlərin təhqiqat, ibtidai istintaq və ya başqa məhkəmə iclasında verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisəli şəkildə təqiq edilmiş olsun. BMT Baş Məclisinin xx xxxxxx 1948-ci il tarixli 217A (İİİ) nömrəli Qətnaməsi ilə qəbul və bəyan edilmiş İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 3-cü maddəsinə əsasən hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var. Həmin Bəyannamənin 7-ci maddəsinə görə, bütün insanlar qanun qarşısında bərabərdirlər və qanun tərəfindən bərabər müdafiə hüququna malikdirlər. Bütün insanlar bu Bəyannaməni pozan hər hansı ayrı-seçkilikdən və belə ayrı-seçkiliyə hər hansı cəhddən eyni dərəcədə müdafiə olunma hüququna malikdirlər. Həmin Bəyannamənin 8-ci maddəsinə görə, hər bir şəxs Konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Həmin Bəyannamənin 9-cu maddəsinə görə, heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz. 11-ci maddəsinin birinci hissəsinə görə cinayət törətməkdə ittiham olunan hər bir şəxs ona müdafiə üçün bütün imkanların təmin olunduğu açıq məhkəmə istintaqında günahı qanuni şəkildə sübut olunanadək günahsız hesab edilmək hüququna malikdir. X12 Avropa Məhkəməsi "Hüseyn və başqaları Azərbaycana qarşı" iş üzrə xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edir ki, “ədalətli və çəkişmə xarakterli məhkəmə araşdırması anlayışı prinsipcə onu nəzərdə tutur ki, başqa cür qərara gəlmək üçün əsaslı səbəblər yoxdursa, məhkəmə ittiham tərəfinin təqdim etdiyi, şahidin məhkəməyə qədər dindirmə protokolunda qeydə alınmış ifadəsindən daha çox, məhkəmə iclasında verdiyi ifadəyə əhəmiyyət verməlidir. Digər səbəblərlə yanaşı, bunun səbəbi ondan ibarətdir ki, məhkəməyə qədər dindirmə ilk növbədə ittiham tərəfinin məhkəmədə öz mövqeyini müdafiə etmək məqsədi ilə məhkəmə araşdırması üçün məlumat toplaması prosesidir. Məhkəmə tərəfindən həyata keçirilən məhkəmə araşdırmasının vəzifəsi isə faktiki olaraq təqdim edilmiş bütün sübutların ədalətli qiymətləndirilməsindən sonra təqsirləndirilən şəxsin təqsiri məsələsini dəlillərin məhkəmədə birbaşa yoxlanılması əsasında müəyyən etməkdir.” X12 Avropa Məhkəməsi "Qasımov Azərbaycana qarşı" iş üzrə xx xxxxxx 2016-cı il tarixli Qərarında qeyd edir ki, “Bu nəticə yox vasitə öhdəliyidir. Dövlət orqanları hadisə ilə bağlı sübutıları toplamaq üçün ağlabatan addımlar atmalıdırlar. Hansı üsuldan istifadə edilməsindən asılı olmayaraq dövlət orqanları onların diqqətinə çatdırılan məsələ barədə öz təşəbbüsləri ilə tədbirlər görməlidirlər. Bundan əlavə təcrübədə cavabdehliyin təmin edilməsi üçün istintaq və onun nəticləri üzərində kifayət qədər içtimai nəzarət elementi olmalıdır”. Beləliklə məhkəmə iş üzrə toplanmış, məhkəmə iclaslarında tədqiq edilmiş sübutları bir daha təhlil edib, məhkəmə istintaqının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən verilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə nəzərdə tutulan ittiham üzrə, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığından ona hazırki ittiham üzrə bəraət verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd təsərrüfat təyinatlı qatlanan turist bıçağı hökm qanuni qüvvəsini aldıqdan sonra sahibinə qaytarılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərcləri 202 (iki yüz iki) manat dəyərində ekspertiza tədqiqatlarının dəyəri dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Belə ki, CPM-nın aşağıda qeyd olunan maddələrinə əsasən: 197.1. Məhkəmə məsrəfləri aşağıdakılardan ibarətdir: 197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ. 197.2. Bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6—197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 42.1.2, 42.2.2, 344-350, 352-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Cinayət işi üzrə verilən ittihamla bağlı Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığına görə, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd təsərrüfat təyinatlı qatlanan turist bıçağı hökm qanuni qüvvəsini aldıqdan sonra sahibinə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk iş materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri 202 (iki yüz iki) manat dəyərində ekspertiza tədqiqatlarının dəyəri dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Dövlət Xəzinadarlıq Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab AZE41 NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************). Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun Bakı şəhəri “xxxxxxxxxxxx” ASC-in 1 saylı Nəsimi Rayon filialındakı (hesablaşma hesabı AZ41AİİB********************, Filialın kodu 200112, VÖEN: **********) hesablaşma hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim Samir Məmmədov
Məhkəmə qərarları › İş №1(005)-26/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-26/2020
07.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver