Məhkəmə qərarları › İş №1(005)-26/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-26/2022

11.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-26/2022 11.01.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X4 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1976-cı ildə Ermənistan Respublikasının Vedi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Azərbaycan Respublikası Uşu Federasiyasında müəllim işləyən, Naxçıvan MR-nın Qaraçuq kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03.12.2021-ci il tarixli hökmü ilə həbs qətimkan tədbiri seçilmiş və hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla təkrar olaraq dələduzluq cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 dövlət orqanlarında yüksək vəzifəli tanışlarının olmasını bildirib onun oğlu Şahid Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsinə işə qəbul etdirəcəyini yalandan vəd verib inandırmaqla aldadaraq 2019-cu ilin iyun ayının əvvəllərində ünvan 3 ünvanında yerləşən Nərimanov parkında 2.500 manat pulu ələ keçirib Zərərçəkmiş şəxs1 2.500 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə daxili işlər orqanlarında çalışan yüksək vəzifəli tanışlarının olmasını bildirib Zərərçəkmiş şəxs2 oğlu X2 Bakı şəhərində olan polis idarələrinin birinə yol patrul xidməti əməkdaşı vəzifəsinə düzəldəcəyini yalandan vəd verib inandırmaqla aldadaraq 2019-cu ilin iyun ayının 10-da ünvan 3 ünvanında yerləşən Nərimanov parkında xeyli miqdarda 23.000 manat pulu ələ keçirib Zərərçəkmiş şəxs2 xeyli miqdarda 23.000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildiyini qeyd edib ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Uşu Federasiyasında müəllim işləyir, həmçinin Beynəlxalq Uşu Federasiyasının Beynəlxalq dərəcəli hakimdir. O, Zərərçəkmiş şəxs1 oğlu Şahid təxminən 15 ildir tanıyır. Tural onun işlədiyi 250 saylı orta məktəbin idman zalının yaxınlığında ticarətlə məşğul olurdu, orada olduqları zaman hərdən görüşüb söhbət edirdilər. Təxminən 2019-cu ilin iyun ayının əvvəllərində Şahidlə danışarkən ona bildirmişdir ki. 2.500 manat pul müqabilində onu Fövqəladə Hallar Nazirliyində Yanğından Mühafizə İdarəsinə işə qəbul etdirə bilər. Şahid onun təklifi ilə razılaşmış, təxminən 2019-cu ilin iyun ayının ortalarında Teymur Əliyev və onun atası Zərərçəkmiş şəxs1lə görüşüb 2.500 manat pulu ondan alıb onlara iki ay müddətində Şahid FHN-də Yanğından Mühafizə İdarəsinə işə qəbul etdirəcəyinə söz vermişdir. Bu hadisədən təxminən 5-10 gün keçəndən sonra Şahidlə görüşdüyü zaman o, demişdir ki, Oğuz rayonunda polis şöbəsində onun dostunun işi var. Şahid bildirmişdir ki, 1.000 manat pul versə dostunun işini qurtarar. Şahid də ona 1.000 manat pul vermiş və daha sonra birlikdə Oğuz rayonuna getmişlər. Orada Şahid dostunun işi alınmadığı üçün 1.000 manat pulu Şahid özünə qaytarmışdır. Bir neçə gündən sonra Şahidlə danışarkən Cəlilabad rayonunda yaşayan adını xatırlamadığı dostunun yol polisinə işə qəbul olunmaq istədiyini bildirmiş, ona demişdir ki, 23.000 manat pul müqabilində dostunu yol polisinə işə qəbul etdirə bilər. Aralarında olan bu danışıqdan 2-3 gün sonra Şahidlə görüşərək 23.000 manat pulu ona məxsus avtomobildə alıb sayaraq götürmüş, bir neçə ay müddətində dostunu yol polisinə işə qəbul etdirəcəyini bildirmişdir. Lakin həmin ərəfədə tanıdığı şəxslərə təxminən 27.000 min manat borcu olduğu üçün Şahid aldadaraq ondan aldığı pullarla borclarını ödəmişdir. Bir neçə ay keçəndən sonra Şahid zəng edib işlərin nə yerdə olduğunu xəbər aldıqda hər dəfə ona səbirli olmasını, işlərin düzələcəyini deyib arxayın etmişdir. Hazırda zərərçəkmiş şəxslərə vurduğu ziyanı tam olaraq ödəmişdir, zərərçəkmiş şəxslər onunla barışmışlar və onların şikayət və tələbləri yoxdur. Məhkəmə iclasına dəvət edilməsinə baxmayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəmədə iştirak etməmişdir. Tərəflərin razılığı ilə məhkəmə istintaqında onun ibtidai istintaqda vermiş olduğu ifadəsi elan olunmuşdur. İbtidai istintaq zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 vermiş olduğu ifadədən aydın olur ki, o, Təqsirləndirilən şəxs təxminən 2019-cu ilin əvvəllərindən oğlu Şahid vasitəsi ilə tanımışdır. 2019-ci ilin iyun ayının əvvəlində oğlu Şahid ona demişdir ki, tanıdığı idman müəllimi işləyən Təqsirləndirilən şəxs ona bildirib ki, 2500 manat pul müqabilində onu Fövqəladə Hallar Nazirliyinə işə qəbul etdirə bilər. Bununla əlaqədar oğlu Turalın tanışı Aqil ilə birlikdə Təqsirləndirilən şəxsla təxminən 2019-cu ilin əvvəllərində yaşadığı ünvan 6 ünvanında görüşmüş, həmin vaxt Teymur bildirmişdir ki, 2500 manat pul müqabilində oğlu Turalı FHN-də Yanğından Mühafizə İdarəsinə işə qəbul etdirəcək. Teymura inanıb təxminən 2019-cu ilin aprel ayının sonlarında Bakı şəhəri, Nərimanov rayonu, metronun Nərimanov stansiyası yaxınlığında yerləşən istirahət parkında onunla görüşərək oğlu Turalın yanında 2.500 manat pulu Təqsirləndirilən şəxs vermiş. Təqsirləndirilən şəxs 2.500 manat pulu alanda bildirmişdir ki, 2 ay müddətində oğlu Tural işə çıxacaq. 2019-cu ilin iyun ayında Şahid demişdir ki, Təqsirləndirilən şəxs ona deyib ki, Cəlilabad rayonunda yaşayan dostu X2 23.000 manat pul müqabilində Azərbaycan Respublikasının DİN-nin DYPİ-nə işə qəbul etdirəcək. Bu məzmunda danışıqdan 1-2 gün keçmiş Şəhadət Quliyevin atası Zərərçəkmiş şəxs2 onları metronun Nərimanov stansiyası yaxınlığında yerləşən parka dəvət etdiyi üçün oraya gəlmiş və əvvəlcədən danışılmış razılığa əsasən Təqsirləndirilən şəxs da həmin parka gəlmişdir. Parkın kənarında keçən avtomobil yolunda o, Zərərçəkmiş şəxs2 və öz oğlu Şahidlə birlikdə avtomobildə Teymurla görüşmüş. Teymur bir daha əmin etmişdir ki, 23.000 manat pul müqabilində Zərərçəkmiş şəxs2 oğlu Şəhadət Quliyevi 2 ay müddətinə Azərbaycan Respublikasının DİN-nin DYPİ-nə işə qəbul etdirəcək. Zərərçəkmiş şəxs2 də avtomobilin salonunda 23.000 manat pulu sayıb ona vermiş, o da öz növbəsində pulu sayıb Teymura vermişdir. Lakin Teymur söz verdiyi vaxtda nə oğlu Şahid, nədəki Zərərçəkmiş şəxs2 oğlu Şəhadət Quliyevi işə qəbul etdirməyərək hər dəfə müxtəlif bəhanələrlə vaxtı uzatmağa başlamış, sonda Təqsirləndirilən şəxs tərəfindən aldadılaraq pullarının ələ keçirildiyini başa düşüb ondan almış olduğu pulları geri qaytarmasını tələb etmişlər, lakin Təqsirləndirilən şəxs hər dəfə onlarla danışan zaman qısa vaxt ərzində almış olduğu pulları geri qaytaracağını bildirsə də, sonda qaytarmamışdır. Odur ki. məcbur olub onun barəsində şikayət etmişdir. Məhkəmə iclasına dəvət edilməsinə baxmayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkəmədə iştirak etməmişdir. Tərəflərin razılığı ilə məhkəmə istintaqında onun ibtidai istintaqda vermiş olduğu ifadəsi elan olunmuşdur. İbtidai istintaq zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 vermiş olduğu ifadədən aydın olur ki, o, təxminən 10 ildir ki, Bakı şəhəri, Qaradağ rayonunda yerləşən "xxxx" bazarında qadın ziyafət donlarının satışı ilə məşğul olur. Şahid təxminən 7-8 ildir ki tanıyır. Tural onun işlədiyi "xxxx" bazarında ondan mal alaraq Nizami rayonunda yerləşən 4 nömrəli MMC bazarında həmin malları satmışdır. Tural təxminən həftədə bir dəfə bazara gəlib mal götürmüşdür. Təxminən may-iyun aylarında Tural bir neçə həftə bazara gəlməmiş, təxminən 1 ay sonra Tural mal almağa gəlmiş, ondan nə üçün bir neçə həftədir ki, mal almağa gəlmədiyini soruşduqda o, ticarətlə vidalaşaraq tanışı idman müəllimi olan həmin vaxtlar Azərbaycan Respublikası Daxili İşlər Nazirinin müavini Vilayət Eyvazovun dostu olduğunu bildirən Teymur adlı şəxsin vasitəsi ilə FHN-nə aylıq 1200 manat maaş verilən işə düzələcəyini bildirmişdir. Turaldan həmin Teymur adlı şəxsin DİN-nin müavini Vilayət Eyvazovla necə dost olduğunu soruşduqda o, həmin Teymur adlı şəxsin ona dediyinə görə Vilayət Eyvazovun onunla çox yaxın münasibətdə olduğunu hətta ona silah hədiyyə etdiyini bildirdiyini demişdir. Onda Turala oğlunu DYP-nə işə düzəltmək istədiyini, bunun üçün Teymur adlı şəxslə tanış edə biləcəyini soruşduqda o, yanında mobil telefonla həmin Teymur adlı şəxsin mobil nömrəsinə zəng edərək ona yaxın tanışının oğlunu DYP-nə işə düzəltmək istədiyini, onu həmin vəzifəyə işə düzəldə bilib-bilməyəcəyini soruşduqda həmin Teymur adlı şəxs Turaldan işə düzələnin yaşını, boyunu soruşmuş, onda Tural telefonu ona vermiş və o, Teymurun suallarını cavablandırmışdır. Telefon danışığı zamanı Teymur oğlu Şəhadətin boyunu və yaşını soruşmuş, 2-3 günə bu barədə Turala xəbər edəcəyini bildirmişdir. Təxminən 2-3 gün sonra Tural zəng edərək bildirmişdir ki, Teymur adlı şəxs oğlu Şəhadəti DYP-nə işə düzəltməklə bağlı Neftçilər metro stansiyası yaxınlığında görüşmək istəyir, Tural cavan olduğu üçün onun atasının da həmin söhbətdə olmasını istədiyini, bunun üçün onların yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən evlərində görüşməyi təklif etmişdir. Tural onun bu təklifi ilə razılaşaraq öz avtomaşını ilə gedib Teymuru götürüb gətirəcəyini, ona isə onların yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən evlərinə getməyini bildirmişdir. O, Turalın yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən evlərinə getmiş, bir az sonra Tural həmin Teymur adlı şəxslə birlikdə gəlmişdir. Həmin vaxt Teymur adlı şəxs bildirmişdir ki, «sənin oğlunun işini ağsaqqalla danışmışam ağsaqqal bu işi kadrların rəisi Əflatun müəllimə tapşırıb, 30.000 manata sənin işini həll edəcəyəm. 1 həftəyə oğlunun şəxsiyyət vəsiqəsinin surətini, atestatını və 30.000 manat pulu çatdır». Teymura oğlu Şəhadətin İqtisad Universitetinin tələbəsi olduğunu, Atestatı Universitetdən götürdükdə onu Universitetdən xaric edəcəklərini, əgər oğlunu DYP-nə dəqiq işə düzələcəksə atestatı universitetdən götürə biləcəyini dedikdə o, bu işlərin onun üçün xırda iş olduğunu, narahat olmamağını bildirmişdir. Təxminən 2-3 gün sonra oğlu Şəhadətin oxuduğu İqtisad Universitetində kəsrləri olduğu üçün və Universitetdə təhsil ödənişli oxuduğu üçün illik ödənişlə birlikdə 4500 manat Universitetə pul ödəmiş, sonra da atestatını götürmüşdür. Təxminən 4-5 gündən sonra Turalın mobil nömrəsinə zəng edərək bildirmişdir ki, oğlunun təhsil haqqı üçün Universitetə 4500 manat pul ödədiyini, buna görə də 26.000 manat pul düzəldə bildiyini, Teymur adlı şəxslə danışmasını, əgər razıdırsa oğlunun DYP-nə işə düzəldiyi gün qalan 4.000 manatı da verəcəyini bildirmişdir. Təxminən 10-15 dəqiqə sonra Tural zəng edərək Teymur adlı şəxslə telefonla danışdığını, Teymurun onun təklifi ilə razı olduğunu, sabah axşam üstü Nərimanov adına parkda görüşüb 26.000 manatı ona verməyini bildirmişdir. 2019-cu ilin iyun ayının təxminən 10-15 tarixlərində saat təxminən 20-21 radələrində Turala məxsus olan avtomaşınla Tural, Turalın atası Ənvər ilə Nərimanov parkının yanına gəlmişlər. Həmin vaxt Teymur parkın yanında onları gözləyən maşına əyləşmiş. Turalın və atası Ənvərin yanında 26.000 manat pulu və qeyd edilən sənədləri Teymura vermiş, lakin Teymur həmin puldan 3.000 manatını Turala qaytarıb bildirmişdir ki, 1 həftəyə oğlu X3 keçiriləcək, həmin 3.000 manat pul orada bir nəfər şəxsə verilməlidir. 23.000 manatı isə həmin gün müəllimə çatdıracağını bildirmişdir. Həmin vaxt Teymur bu işlə bağlı nə sualı olarsa istifadəsində olan ***-***-**-** nömrəli mobil nömrəsi ilə əlaqə saxlamağını bildirmiş, təxminən 1 həftə sonra Turalın mobil telefonun zəng edərək Teymur 1 həftəyə oğlu X1 keçəcəyini bildirmişdi, nə xəbər olduğunu soruşmuş, təxminən 5-10 dəqiqə sonra Tural zəng edərək Teymurla telefonla danışdığını, Teymur ona tibbi komissiyanın 15 günə olacağını, narahat olmamasını ona bildirdiyini demişdir. Təxminən 10 gün sonra Teymur zəng edərək Tural və Ənvəri narahat etməməyini və nə sualı olsa onunla əlaqə saxlamağını, narahat olmamağını bildirmişdir. Bu minvalla dəfələrlə Teymurun mobil telefonuna zəng edib danışdıqda o, hər dəfə işin yaxın günlərdə düzələcəyini bildirsə də, 2-3 ay keçməsinə baxmayaraq işi düzəltməmiş, bundan sonrada Teymurun mobil nömrəsinə dəfələrlə zəng etməyinə baxmayaraq nömrəsinə zəng çatmamış və Turalın yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən evlərinə getmiş, orada Tural və atası Ənvərə onları etibarlı adam kimi tanıyıb pulu həmin Teymur adlı şəxsə verdiyini bildirdikdə Tural və atası Ənvər həmin Teymurun onların da 2500 manat pulunu aldadaraq ələ keçirdiyini bildirmişlər. Tural və atası həmin 26.000 manat pulun 20.000 manatını 1 ay müddətinə qaytaracaqlarını, qalan 6.000 manatını isə sonra verəcəklərini bildirmişlər. Təxminən 1 ay sonra Tural 20.000 manat pul vermiş, Turaldan Teymura verdiyi Şəhadətin sənədlərini soruşduqda Tural onun da sənədlərinin Teymurda olduğunu, Teymurun yoxa çıxdığını bildirmişdir. Bir neçə gün sonra Tural zəng edərək bildirmişdir ki, oğlunun sənədləri Teymurun dostu Seyid Xalid adlı şəxsin avtomaşınından tapılıb, belə olan halda fikirləşmişlər ki, pul da həmin Seyid Xalid adlı şəxsdədir, buna görə həmin şəxsdən sənədlərlə birlikdə pulu da qaytarmasını bildirdikdə, həmin şəxs puldan xəbəri olmadığını, sənədləri özünə məxsus avtomaşının arxa qapısının cibindən tapdığını, əgər sənədləri götürməsələr, «Həzi Aslanov» metro stansiyası yaxınlığında makler işləyən Teymurun əmisi Qədir adlı şəxsə verəcəyini bildirmişdir. Təxminən 2-3 gün sonra Tural ilə birlikdə «Həzi Aslanov» metro stansiyası yaxınlığında makler işləyən Teymurun əmisi Qədir adlı şəxsdən oğlunun sənədlərini götürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs təxminən 2019-cu ilin may ayından tanıyır. Onunla tanışlığı təsadüfən olmuş və normal ünsiyyət qurmuşlar. Təqsirləndirilən şəxs onunla danışan zaman həmişə çox yüksək vəzifələrdə işləyən şəxslərlə yaxın əlaqələri olduğunu bildirmişdir. Həmin bu danışıq zamanı onların yanında Maarif Əsədov da olmuşdur. Bir dəfə danışıq zamanı Təqsirləndirilən şəxs ona təklif etdi ki, 2.500 manat pul müqabilində onu Fövqəladə Hallar Nazirliyinə işə qəbul etdirəcək. O da onun təklifi ilə razılaşmış və bu barədə atasına Zərərçəkmiş şəxs1 bildirmişdir. Atası ona demişdir ki, əgər dəqiq düzəldə bilərsə versinlər. O, Təqsirləndirilən şəxs bildirmişdir ki, əgər doğrudan da onu 2.500 manat pul müqabilində işə qəbul etdirə bilərsə ona 2.500 manat pul verəcək. O da çox yüksək vəzifələrdə işləyən şəxslərin adlarını çəkərək onlarla yaxın əlaqələri olduğunu və 2.500 manat pul müqabilində onu FHN-nə işə qəbul etdirə bilər. O, bir daha bu barədə atasına məlumat vermişdir və 2019-cu ilin iyun ayında Bakı şəhəri, Nərimanov rayonu, metronun Nərimanov stansiyası yaxınlığında yerləşən istirahət parkında Təqsirləndirilən şəxsla görüşmüşlər. Atası onun yanında 2.500 manat pulu, hərbi biletini, şəxsiyyət vəsiqəsini, attestatını və yaşadığı yerdən arayışı Təqsirləndirilən şəxs vermişlər. Təqsirləndirilən şəxs 2.500 manat pulu alıb sayaraq cibinə qoyub bildirmişdir ki, 2 ay müddətində o, işə çıxacaq. Ondan sonra o, Teymurla əlaqə saxlayanda o deyirdi ki, «hər şey qaydasındadır, narahat olma», bununla da onu arxaynlaşdırırdı. Bundan təxminən 20-25 gün keçəndən sonra o, Binə ticarət mərkəzindən qadın donu almağa getmişdir və orada neçə illərdir ona nisyə mal verən Zərərçəkmiş şəxs2 mağazasına daxil olmuşdir. Zərərçəkmiş şəxs2 ondan xəbər aldı ki, niyə çoxdandır ondan don almır. O da ona demişdir ki, tanıdığı bir şəxs var o onu FHN-nin X5 vəzifəsinə 1.200 manat maaşı olan işə düzəldir. Ona görə də ticarətlə vidalaşır. Təxminən 2019-cu ilin iyun və ya iyul ayında Zərərçəkmiş şəxs2, o, atası Zərərçəkmiş şəxs1lə birlikdə Nərimanov istirahət parkında Təqsirləndirilən şəxsla görüşmüşlər. Teymur Zərərçəkmiş şəxs2lə danışıb ona demişdir ki, oğlunun yaşadığı yerdən arayış, attestat, hərbi biletini və şəxsiyyət vəsiqəsini və 30.000 manat pulu ona verdiyi təqdirdə oğlunu Bakı şəhəri, DYPİ-də işə qəbul etdirəcək. Bir neçə gündən sonra Zərərçəkmiş şəxs2 ona zəng edib sənədləri və pulu hazırladığını deyib Təqsirləndirilən şəxsla görüşmək istədiyini bildirdi. Daha sonra onlar Nərimanov istirahət parkında görüşmüşlər, görüş zamanı Zərərçəkmiş şəxs2 oğluna aid sənədləri və 26.000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Ondan sonra Təqsirləndirilən şəxs ondan gizlənməyə başladı. Zərərçəkmiş şəxs2 də tez-tez ona zəng vurub, işin nə yerdə olduğunu soruşurdu. O da hər dəfə Teymura zəng vuranda Gəncə şəhərində olduğunu yaxın günlərdə Bakı şəhərinə gələcəyini və işlərini həll edəcəyini bildirirdi. Təxminən bir ay ərzində onu axtarmış, yaşadığı evinə getmiş, lakin tapa bilməmişdir. Təqsirləndirilən şəxs dostlarına müraciət edərək bildirmişdir ki, ona məlumat versinlər ki, onları aldadıb pullarını ələ keçirdiyinə görə atası ondan şikayət edəcək. Bir gün keçməmiş Amil adında olan bir nəfər şəxs ona zəng edib demişdir ki, o Teymurun ata əvəzidir, Teymurdan şikayət etməsinlər, o onların pulunu qaytaracaq. O da Amil adlı şəxsə demişdir ki, görüşüb aydınlaşdırsınlar. Amil də yanında olan, adını bilmədiyi bir nəfərlə onların evlərinə gəldi. O, bir daha bildirdi ki, Teymurun ata əvəzidir, ondan şikayət etməsinlər, özü Qaraçuxur qəsəbəsində yerləşən torpaq sahəsini satıb onların pulunu ödəyəcək, dedi ki, “Siz məni tanıyın.” Bundan sonra Amil adlı şəxs atası ilə onu Qaraçuxur qəsəbəsinə aparıb orada onlara 4 ha torpaq sahəsini göstərib həmin sahənin ona məxsus olduğunu, təcili satıb onların pulunu ödəyəcəyini bildirdi. O, torpaq sahəsinin yaxınlığında yaşayan qonşuların qapılarını döyərək Amil adlı şəxsin onlara göstərdiyi torpaq sahəsinin kimə məxsus olduğunu öyrənmişdir. Onlar da dedilər ki, adını bilmirlər, yaşlı bir kişiyə məxsusdur. Onlar 3 ay gözləmişlər, lakin Amil adlı şəxs pullarını ödəməmişdir, sonda isə demişdir ki, onlara pul verməyəcək, «hara şikayət edə bilərsənsə, şikayət elə». O, ona demişdir ki, sən də onları aldatdın. O da ona demişdir ki, eybi yoxdur, onlar şikayət edərlər. Təqsirləndirilən şəxs həm onların sənədlərini alıb, həm də pulunu. O, da Təqsirləndirilən şəxsla danışıb sənədlərini qaytaracağına, ancaq pulun qaytarılmasının onluq olmadığını demişdir. Təxminən 2-3 gün keçəndən sonra Xalid adında olan bir nəfər ona zəng edib Təqsirləndirilən şəxs dostu olduğunu və Zərərçəkmiş şəxs2 oğlunun sənədlərinin onun avtomobilində qaldığını dedi. Daha sonra onlar Aqilə məxsus sənədləri Teymurun qohumu olan Qədir adlı şəxsdən götürmüşlər İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 16 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə 18 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Məhəmməd Tağıyevin 18.02.2021-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, həmçinin Təqsirləndirilən şəxs Nərimanov RPİ-nin MSYdən dərhal azad edilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” 18 fevral 2021-ci il tarixli qərardan və həmin tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 05.04.2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs AR.CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair başlanmış ********* saylı cinayət işi 23.12.2020-ci il tarixdə Xətai rayon məhkəməsinə göndərilib. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03.12.2021-ci il tarixli, 1(011)-115/2021 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 1 (bir) ay 27 (iyirmi yeddi) gün həbsdə saxlanıldığı müddət təyin edilmiş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 2 (iki) il 1 (bir) ay 3 (üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 09 oktyabr 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 notarial qaydada təsdiq olunmuş 08.06.2021ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi və mənəvi ziyan tam ödənilmiş, onunla barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 notarial qaydada təsdiq olunmuş 10.06.2021ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi və mənəvi ziyan tam ödənilmiş, onunla barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxslərin və şahidin ifadələri, habelə istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirməklə təkrar törədildikdə – dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci, 58.1-ci və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, törətmiş olduğu cinayət nəticəsində vurmuş olduğu ziyanı tam ödəməsini, törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə əməlləri 2019-cu ilin iyun ayında, yəni Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03.12.2021-ci il tarixli hökmü çıxarılmamışdan əvvəl törətmişdir. Ona görə də Təqsirləndirilən şəxs barəsində cəza Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən təyin edilməlidir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 16.02.2021-ci il tarixdən 18.02.2021-ci il tarixədək tutulduğu cəmi 02 gün müddət azadlıqdan məhrum etmə növündə cəzasının müddətinə hesablanmalıdır. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs barəsində hazırki iş üzrə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli və onun barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03.12.2021-ci il tarixli hökmü ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03.12.2021-ci il tarixli hökmünə əsasən cəza çəkmə müddətinin əvvəli müəyyən edilmiş 09.10.2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 saata görə 180 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03.12.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş 02 il 01 ay 03 gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16.02.2021-ci il tarixdən 18.02.2021-ci il tarixədək tutulduğu cəmi 02 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə hesablanaraq onun üzərində qəti olaraq 02 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 09 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03.12.2021-ci il tarixli hökmü ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 saata görə 180 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar