Məhkəmə qərarları › İş №1(005)-26/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-26/2023

10.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-26/2023 10.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Orqanlarından xaric edilməsinə baxamayaraq, Zərərçəkmiş şəxs Daxili İşlər Orqanlarına yenidən bərpa etdirəcəyi adı ilə yalan vəd verib aldadaraq, 29 oktyabr 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Nigar Rəfibəyli küçəsində yerləşən DİN-nin binasının arxa hissəsində atası Şahid1 vasitəsi ilə 10.000 manat və 25 noyabr 2020-ci il tarixdə istintaqa məlum olmayan şəxsin vasitəsi ilə ünvan 3 ünvanında yerləşən parkın qarşısında 20.000 manat nağd pulunu vahid niyyətlə əhatə olunan qədlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda ümumilikdə 30.000 (otuz min) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Şahid2 ilə tikinti materiallarının alışısatışına görə sonuncunu tanımış və aralarında sonradan münasibətləri yaranmışdır. 2020ci ilin iyun ayında Orxan ondan 16000 manat dəyərində tikinti materialları sifariş vermiş və o da həmin tikinti materiallarını Orxanın yaşadığı Bərdə rayonuna göndərmişdir. Lakin, Orxan həmin tikinti materiallarına görə verəcəyi 16000 manat puldan 4500 manatını ona ödəsə də, qalan məbləği ödəməmiş və qalan 11500 manat pulu növbəti görəcəkləri işlər zamanı ödəyəcəyinə söz vermişdir, o da Orxana inanmış və etiraz etməmişdir. Sonradan isə ümumiyyətlə Orxanla aralarında olan şifahi razılaşmaya əsasən şərikli müxtəlif işlər görməli olmuşlar. 2020-ci ilin iyul ayında o, Qazax rayonunda və Masazır qəsəbəsində tikintisi aparılan tikintilərlə bağlı adını xatırlamadığı podrat şirkəti ilə razılaşaraq, hərəsinə 9800 manat dəyərində alçipan verməyə razılaşmış və həmin alçipanı o, Orxandan nisyə olaraq almış, pulunu podratçı şirkət ödədiyində verəcəyini bildirmişdir. Orxan da, razılaşaraq ona biri 9800 manat dəyərində olan 2 maşın alçipan göndərmiş və həmin alçipanı podratçı şirkət vasitəsi ilə qeyd etdiyi tikintilərə çatdırmışdır. Sonradan həmin alçipanın pulu podratçı şirkətin «Əmrahbank» bankında olan hesabına yatırsa da, bank bağlandığından həmin məbləğləri o, götürə bilməmiş və buna görə də, həmin alçipanların pulunu Orxana ödəyə bilməmişdir. Yalnız Orxana həmin alçipanın ümumi 19600 manat pulundan 3000 manatını öz pulundan göndərmiş, qalan pulu isə Orxanın ona verməli olduğu əvvəlki ticarətlərinə görə 11500 manatını çıxmışdır. Orxana isə qazanclarını çıxdıqdan sonra, qalan 4600 pulu isə borclu qalmışdır. Bundan sonra isə Orxan yenidən ondan təxminən 11000 manat dəyərində tikinti materialları istəmiş və o da Orxana həmin dəyərdə tikinti materiallarını göndərmişdir. Orxan həmin tikinti materiallarının pulunu 3 gün ərzində onun ona alçipan alarkən borclu qaldığı 4600 manat pulu çıxmaqla qalan pulu ona ödəyəcəyinə söz versə də, sonradan müxtəlif bəhanələrlə onun həmin pulu göndərməmişdir. Sonradan isə Orxan pulu ona ödəmədiyindən, onun həmin malları götürdüyü Kəyan adlı şəxs ondan pulu tələb etdiyindən, Orxandan o, materialları geri istəmişdir. Orxan həmin tikinti materiallarından 3800 manat dəyərində materialları əksik formada geri qaytarmış, lakin, 3800 manat dəyərində materialları özü istifadə etdiyini bildirmişdir. O isə məcbur olub həmin 3800 manat pulu Kəyana özü ödəmişdir. Düşünmüşdür ki, həmin pulu sonradan Orxanla öz aralarında ticarət zamanı həll edərlər. Buna baxmayaraq Orxan həmin pulu indiyə kimi ona geri verməmişdir. Bundan sonra, Orxan ona zəng vuraraq bir nəfər tanışı olduğunu və həmin şəxsin əvvəllər polis orqanlarında çalşıdığını, sonradan isə barəsində olan cinayət işi ilə əlaqədar DİO-dan çıxarıldığını, məhkəmədən bəraət aldığını və yenidən DİO-ya bərpa olunmaq istədiyini, bununla bağlı maraqlanmağını bildirmişdir. Həmin vaxt onun borcları olduğu üçün pula ehtiyacı olmuşdur. Buna görə də, Orxana etiraz etməmiş və maraqlanacağını demişdir. Bundan bir neçə gün sonra Orxana Sevindiyin DİO-ya bərpasına görə 10000 manat pul alzım olduğunu bildirmiş və bununla bağlı Orxan ona 10000 manat pul göndərmişdir. Həmin pulu Sevindik özü Bakı şəhərində atası Faiqlə görüşərək sonuncuya vermişdir. Çünki o, həmin vaxt özü Bakı şəhərində olmamışdır. Atası Faiq 10000 manat pulu ona verdikdən sonra həmin puldan 2000 manatını Orxana vermiş, qalan 8000 manat pulu isə digər borclarına vermişdir. Bundan sonra, o, Sevindiyini DİO-ya bərpası ilə maraqlanarkən məlum olmuşdu ki, Orxanın həmin tanışı yəni adı sonradan ona məlum olan Zərərçəkmiş şəxs barəsində məhkəmə tərəfindən hökm çıxarılmış və məhkum olunmuşdur. Buna görə də, sonuncunun DİO-ya bərpası mümkün olmamışdır. Lakin ona yenidən pul lazım olduğu üçün Orxanla əlaqə saxlayıb sonuncudan Sevindiyin işinin bir qədər çətin olduğunu, işin alınması üçün əlavə olaraq 20000 manat pul vermək lazım olduğunu bildirmişdir. Orxan Sevindiyə bu barədə bildirmiş və sonuncu razılıq verdikdən sonra Orxan tanımadığı şəxslə ona 20.000 manat pulu göndərmişdir. O da həmin puldan Orxanla aralarında olan alış verişlə bağlı borca görə 1500 manatını sonuncuya göndərmişdir. Qalan 18.500 manat pulu isə şəxsi işlərinə xərcləmişdir. Bundan sonra Orxan hər dəfə onunla əlaqə saxlayıb işlə maraqlanan zaman o, hər dəfə müxtəlif bəhanələr gətirib vaxtı uzatmağa başlamışdır. Bir müddət sonra isə Orxan işin düzəlmədiyini görüb Sevindiyin işə düzəlməsi ilə bağlı aldığı pulu geri qaytarmağını istəmişdir. O da Orxana pulu qaytara bilmədiyindən sonuncuya avtomobilini satmaq istədiyini, əgər almaq istəsə ona olan borcunu çıxdıqdan sonra, qalan pulu ödəməsini bildirmişdir. Orxan isə avtomobilin dəyərini aşağı qiymətə istədiyindən o, Orxana avtomobili satmağa razılaşmamışdır. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, vurulmuş ziyanın zərərçəkmiş şəxsə tam ödənildiyini, bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2020-ci ilin oktyabr ayından dostu Orxanın vasitəsi ilə tanımışdır. Elvin özünün Azərbaycan Respublikası Prezident Aparatında işlədiyini bildirmişdir. 2012-ci ildən DİO-da xidmətdə olmuş və Laçın rayon PŞdə inspektor kimi fəaliyyət göstərmiş, 2014-2017-ci illərdə isə Baş Dövlət Yol Polis İdarəsinin YPXA-da baş inspektor kimi xidmət göstərmişdir. 2017-ci ilin dekabr ayında barəsində olan cinayət işinin istintaqı ilə bağlı xidmətdən azad edilmiş və cəzaya məhkum edilmiş, 2018-ci ilin may ayında cəzadan azad edilmişdir. 2020-ci ilin noyabr ayında onun yenidən DİO-da xidmətə qayıtmaq fikri olduğu üçün Orxanla söhbəti zamanı sonuncu Təqsirləndirilən şəxs bu barədə müraciət etməyi təklif etmişdir. Belə olduqda Elvinə xidmətə qayıtmaqla bağlı fikirlərini bildirmişlər və Elvin həmin anda bu işdə heç bir problemin olmayacağını demişdir. Bundan sonra Elvin Orxanla telefonda danışmış və razılaşmışlar ki, əvvəlcədən işin görülməsi üçün Elvinə 10.000 manat pul veriləcəkdir, qalan 10.000 manatı isə o, formanı geyindikdən sonra Elvinə verməli imiş. 2020-ci ilin oktyabr ayının 29-da axşam saat 17 radələrində tanımadığı bir kişi ona zəng vurmuş və o, Bakı şəhərinə Daxili İşlər Nazirliyinin arxasındakı əraziyə getmişdir. Orada bir nəfər təxminən 65 yaşlı bir kişi ilə görüşmüş və birlikdə nazirliyin arxasında boşluq əraziyə keçmişlər. Orada o, məhkəmə hökmünün surətini və 10.000 manat pulu paketin içərisində həmin kişiyə vermiş və ayrıldıqda isə birbaşa yaşadığı Bərdə rayonuna qayıtmışdır. Bundan sonra Elvinlə əlaqə saxlamamışdır. Elvin özü Orxanla əlaqə saxlamışdır. Təxminən 2020-ci ilin noyabr ayının sonunda Orxan ona zəng vuraraq demişdir ki, Elvin ona zəng etmiş və demişdir ki, ya verdiyi 10.000 manat pulu geri qaytarmalıdır, ya da ki, əlavə 20.000 manat da pul lazımdır ki, işi həll etsin. Belə olduqda o, artıq xidmətə qayıtmağa qərarlı olduğu üçün məcbur olub əlavə borc pul tapıb 20.000 manat pul hazırlamışdır. 25 noyabr 2020-ci il tarixdə pulu götürüb Bakı şəhərinə gəlmişdir. Elvin ona əvvəlcədən demişdir ki, pulu Yasamal rayonunda yerləşən Asan xidmətin müdirinə verəcəkdir. Sonra isə Elvin ona zəng edib bildirmişdir ki, müdir gələ bilmir və bir nəfər şəxsi parkın qarşısına göndərəcək həmin şəxslə görüşüb pulu sonuncuya verməlidir. O da danışdıqları kimi Nərimanov rayonu, Nərimanov adına parkın qarşısına taksi avtomobili ilə getmişdir. Həmin avtomobildə videoreqistrator olduğu üçün taksi sürücüsünün icazəsi ilə pulun verilməsi prosesinin çəkilişi aparılmışdır. O, taksi ilə axşam radələrində parkın qarşısına getmiş, həmin vaxtı qara rəngli avtomobil də həmin əraziyə gəlmişdir. O, maşından düşüb yerdə həmin şəxslə görüşmüş və gətirdiyi 20.000 manat pulu ikilikdə həmin şəxsə vermişdir. Həmin şəxsi o, ilk dəfə idi ki, görmüşdür. Həmin şəxsə pulu verdikdən sonra əyləşib maşına getmiş və o da Elvinə zəng vurub bu barədə bildirmişdir. Sonra razılaşmışlar, səhəri günü Yasamal rayonunda Asan xidmətin qarşısında görüşünlər. O, səhəri günü Yasamal rayonunda Asan xidmətin qarşısında Elvinlə görüşdükdə sonuncu onu Asan xidmətdə olan tibbi müayinədən keçirmişdir. O, Elvindən bu barədə soruşduqda sonuncu ona demişdir ki, güya şəxsiyyət vəsiqəsində dəyişiklik aparılacaqdır və onun boyunun ölçüsündə dəyişiklik ediləcəkdir. O da bir söz demədən tibbi müayinədən keçmişdir. Asan xidmətdən çıxdıqda razılaşmışlar ki, səhəri günü Daxili İşlər Nazirliyinin Hospitalının qarşısında görüşsünlər və orada analiz verib tibbi müayinədən keçsin. O, səhəri günü Hospitalın qarşısına getmiş və bir neçə saat Elvini orada gözləmişdir. Günortadan sonra Elvin gələrək güya tədbirdə olduğunu bildirib ondan 54 manat da ödəniş üçün pulu orada alaraq, onu orada da tibbi müayinədən keçirmişdir. Bundan sonra o, qayıdıb yaşadığı Bərdə rayonuna getmiş və Elvinin ona vəd etdiyi müddəti gözləməyə başlamışdır. Lakin üstündən bir müddət keçdikdən sonra dostu Orxanın Elvinə çoxlu tikinti materialları verdiyini və pulunu ala bilmədiyini eşitmişdir. Belə olduqda dəfələrlə Elvinlə telefon əlaqəsi saxlasa da, Elvin onun telefon zənglərinə cavab verməmiş və bütün əlaqələrini kəsib pulunu ələ keçirmişdir. Sonda Zərərçəkmiş şəxs hazırda təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş maddi ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2020-ci ilin iyun ayından tanımışdır. Elvin tikinti şirkətləri ilə işlədiyini ona bildirmişdir. Həmin dövrdə Elvinin əlində təxminən 5000 manat dəyərində elektrik naqilləri olduğu üçün həmin naqilləri sonuncudan alıb satmışdır. Elvin şirkətlərlə işlədiyini bildirib həmin elektrik naqillərini barter etdiyini bildirmiş və o da satıb pulunu Elvinin özünə ödəmişdir. Bundan sonra aralarında normal münasibət yaranmış və birlikdə çörək kəsmişlər. Həmin ərəfədə Elvin ondan əvvəlcə 3000 manat, aradan on gün keçmiş əlavə 4000 manat pul borc istəmişdir. O da aralarında yaranmış münasibətə görə həmin pulu Elvinə vermişdir. Elvin ondan həmin pulu bir həftə ərzində qaytaracağını vəd etsə də, qaytarmamışdır. 2020-ci ilin iyul ayında Elvin ona alçipanla bağlı müraciət etmişdir. O da Elvinə bir maşın alçipan verməyə razılaşmışdır. Həmin alçipanı 8 manata yerli satış nöqtəsindən götürüb öz xeyri üzərinə qoyub 8,40 manata Elvinə satmalı olmuş və Elvuin də həmin malı tikinti aparılan binaya verməli olmuşdur. O da Dərnəgüldən tanışından bir maşın, yəni 11.000 manat dəyərində alçipanı götürüb Elvinə vermişdir. Elvin də malı aparıb tikintiyə verdikdən bir ay sonra pulu ona ödəməli olmuşdur. Lakin bir ayın tamamına bir həftə qalmış Elvin yenidən tikintiyə verməsi üçün əlavə bir maşın da alçipan istəmişdir. Elvinə birinci götürdüyü malın pulunu ödəmədiyi halda əlavə alçipan istəməsinə görə irad bildirmişdir. Lakin Elvin onu inandırmışdır ki, ayın axırında maşınını satmalı olsa belə malın pulunu bağlayacaqdır. Elvinin sözlərinə inanıb 2020-ci ilin avqust ayının əvvəlində yenidən Dərnəgüldəki tanışından 11.000 manat dəyərində alçipan götürüb vermişdir. Avqust ayının sonunda Elvin ondan Ağstafada sosial evlərin tikintisi üçün 9000 manat dəyərində alçipan və aksesuarlarını istəmiş və mal aparılıb yerinə çatdıqdan sonra pulunu bağlayacağını demişdir. O da razılaşmış və Elvin qabaqcadan malın pulunun 4000 manatını ödəmişdir. O da yaşadığı Bərdə rayonunda ambardan malı götürüb Ağstafaya göndərmişdir. Lakin mal gedib yerinə çatsa da, Elvin vəd etdiyi pulu ona verməmiş, bəhanə edib malı verdiyi yerdə onun pulunu vermədiyini demişdir. Bundan sonra iki ay ərzində Elvin ondan hissə-hissə borc adı ilə 4000 manat pul almışdır. O da Elvinin səmimiyyətinə inanıb həmin pulları sonuncunun kart hesabına göndərmişdir. 2020-ci ilin oktyabr ayında Elvin malın pulunu ödəyə bilmədiyi üçün təklif etmişdir ki, özünün şirkəti vardır və həmin şirkətində olan iki ədəd Şadman yük avtomobilinin birini satmaq istəyir. O da razılaşıb demişdir ki, həmin maşını satıb borcları bağlayar. Söhbət əsnasında Elvin vergiyə 2000 manat pul borcu olduğunu və həmçinin avtomobil ilə bağlı əlavə 1500 manat da vergiyə pul borcu olduğunu demişdir. O da avtomobili əldə etmək üçün yaşadığı Bərdə rayonundan Elvinin kartına ümumilikdə 3500 manat pulu köçürtmüşdür. Lakin Elvin həmin Şadman yük maşınını da ona verməyib əlavə 14 gün də müddət almışdır. Bu minvalla o, dəfələrlə Bakı şəhərinə gəlib Elvinlə görüşsə də, Elvin hər dəfə ona müxtəlif bəhanələr gətirib inandırmağa çalışmışdır ki, güya onun pulunu ödəyəcəkdir. 2020-ci ilin noyabr ayında gecə təxminən saat 01 radələrində ona zəng vuraraq avtomobili ilə adam vurduğunu və vurduğu şəxsin də şikayətçi olduğunu deyib xahiş etmişdir ki, həmin şəxsi razı salması üçün 2000 manat pul lazımdır. O da Elvinin düşdüyü vəziyyəti başa düşüb həmin günü səhər radələrində kart hesabından 2000 manat pulu Elvinin kart hesabına köçürtmüşdür. Elvin ona söhbət əsnasında Prezident Aparatında işlədiyini bildirib ona vəsiqə göstərmişdir. O, əvvəlcə Elvinin sözlərinə inanıb vəsiqəsnə baxmamışdır. Sonradan bilmişdir ki, X2 deyil, Prezident Hakimiyyəti daxili məsələlər komitəsində işləməsi barədə vəsiqə əldə etmişdir. Söhbət əsnasında Elvin ona olan borclarını bağlaması üçün idarə etdiyi Porşe markalı maşını satmaq istədiyini demişdir. O da qərara gəlmişdir ki, Elvinin satmaq istədiyi maşını götürüb borcun bir hissəsini ödəsin. Bu minvalla Elvin ondan 1500 manat pul istəmişdir ki, maşının banka olan kredit borcunu bağlasın. Elvin maşını 25.000 dollara qiymətləndirmiş, Elvinin həmin ərəfədə olan borcu ümumilikdə həmin dəyər etdiyi üçün razı olmuşdur ki, Elvinin lizinqdə olan avtomobilini götürüb borcun bir hissəsini bağlasın və maşının lizinqə qalan 10.000 ABŞ dolları borcu isə özü ödəyib sonradan Elvindən həmin pulu alsın. Bu minvalla Bakı şəhərinə maşın üçün gəldikdə əlavə 1500 manat pul da Elvinə vermiş, Elvinlə maşın barədə söhbəti 2021-ci ilin fevral ayında baş vermişdir. Elvin ondan həmin ərəfəyədək ümumilikdə 45.500 manat pulu ələ keçirtmişdir. 94.000 manat puldan 45.500 manat hissəsi ona məxsus pullardır, qalan pulun 4500 manat hissəsi xalası oğlu X3 məxsus puldur. Elvin xalası oğlu Rəşaddan iki ədəd ümumi dəyəri 4500 manat olan mobil telefon götürmüşdür. Pulun 14.000 manat hissəsi ümumi tanışı X1 məxsusdur, Elvin tanışı Rüstəmdən iki dəfəyə 14.000 manat pulunu ələ keçirmişdir. Qalan 30.000 manat pul isə ümumi tanışları Zərərçəkmiş şəxs məxsus olmuşdur. Elvin tanışları Sevindiki Baş Dövlət Yol Polisi İdarəsinə işə düzəldəcəyinə söz vermiş və əvvəlcə 10.000 manat, sonra isə 20.000 manat pulunu ələ keçirmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid1 ifadələri ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 32-34-cü vərəqələrində olan “CD diskə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs təqdim etdiyi 1 ədəd DVD formatlı diskə Zərərçəkmiş şəxs, Şahid2 və Təqsirləndirilən şəxs iştirakları ilə baxış keçirilən zaman 01 ədəd “WhatsApp Video” adlı, 01 ədəd “WhatsApp Video 1 adlı”, 01 ədəd “WhatsApp Video 2” adlı video fayllar aşkar olunmuşdur. 01 ədəd “WhatsApp Video” adlı video görüntüyə baxış keçirilən zaman qara rəngli avtomobillə Zərərçəkmiş şəxs işə düzəlməsi ilə bağlı 20.000 manat pulu Elvin Şükürovun göndərmiş olduğu şəxsə verməsi öz təsdiqini tapmışdır. 01 ədəd “WhatsApp Video 1” adlı video fayla baxış keçirilən zaman aşağıdakı məzmunda səs yazısının olması aşkar edilmişdir: K1 - verərdim özünə ki, yəni özündə görərdin. Yəni o deyir qarda bu çox qəliz işdir, onda hərif dəyişilir, mən sənin dediyin şeyi verirəm da mən ona dedim. Mən onun MTN-nin vaxtından bilirəm. K2 - mən buna deyim da bax belə bir iş olacaq, yəni heç kim bilməsin, bu şəkildə olacaq iş K1 - yoxe, heç ona istəyirsən özü sabah gəlsin razı olsa sabahlarım özləri başa salacaqlar, onan görüşməyə sorğu suala o nöqteyi nəzərdən sorğu onu görmək istəyiblər, yoxsa o adamın bura gəlməyə vacib deyil, onun sənədləri birdə o haqqı nədirsə onu istəyələr, gördülər komissiyadan həkimdən keçəndə onun indi bura gəlməyinə heç bir mənası yoxdur. Onu bir dənə bu şeyləri izaha etməyə görə çağırılar ki, qardaş burda bax sənin şəxsiyyət vəsiqəndə dəyişiləcək, orda dəyişiklik baş verəcək, orda hərif dəyişəcək, yəni bu asanlıqla olmur. And oldun allah Orxan, yeri göyü yaradana and olsun sən düşündüyü kimi pul ver get əmrini gözlə polisə düzəl elə bir şey yoxdur. k2- başa düşdüm K1 - yeri göyü xəlq eliyən allaha sən düşündüyün şeydən bir iyirmi dəfə artıqçəti birşeydir. K2- başa düşdüm qardaşım allah köməyin olsun K1 - pasportu dəyişilir, hamısı dəyişilir, bunu da tək oğlumun canına sənin başını uca tutmağa eliyirəm, əgər mən orada xeyir güdürəmsə məndən şərəfsiz adam yoxdur. Üçüncü “WhatsApp Video 2” adlı video fayla baxış keçirilən zaman aşağıdakı məzmunda səs yazısının olması aşkar edildi: Q1 - alo Q2- alo Q1 - salam Orxan Q2-salam necəsiz? Q1 - sağol sən nətərsən Q2-allah razı olsun Qİ-Alo Q2- noldu Faiq əmi dünən söz verdin axşam Q1 - dünən deməmişəm bu günlərim demişəm deyəcəm, dedim sabah yox bürüsü gün danışanda. Dünən oğlan mənə zəng eləməli idi günə eləmədi. Axşamda mən səni yığdım sən nədirsə götürmədin, bilmirəm sən məni yığmışdın yoxsa yox Q2- yığmışdım, dünən nə yaxşı məni yığmışdız ki məni, pul hazır idi. Q1 - yox, hə allaha and olsun hazır olacaq a kişi, pul düzəldir, onu düzəldirəm mən, a kişi bundan böyük heç bir şey yoxdur, bu dəqiqə mənim bir nömrəli qoyduğum odu ki, onu həll edəm pul götürəcəm, onu düzəldirəm. Prostu zəng elədim ki, ona.. Q2- Əmi, mən daha sizi yola verməkdən bezdim mən Ql - a bilirəm allah sənin köməyin olsun. Q2- yoxe sənin oğlun hardadı, bax Elvin hardadı indi, niyə çıxmır ortaya Ql - Niyə çıxmasın ki Q2- X8-Bakıda Q2- Niyə bir çıxmır, niyə bir demir ki, ay Orxan sənə bu boyda ziyan vurmuşam, bir 80.000 denən sənə vurmuşam, 14.000 Rüstəm hamısı qalxıb üstümə. Q1 - bilirəm başına dönüm bilirəm, allah sənin Q2- hanı Elvin, bir dəfə çıxmayıbe ortaya. Q1 - Elvindi da, o günləri dedim gələcək sənin yanına həziyə, yadmdadı Q2- aha Q1 - sən dedin ki neynirəm Elvini mənim yanıma göndərirsən Q2- Mən neynirəmi ki, hansı üzlə gəlir, mənim qabağıma çıxmasın o, mənim yanıma nəyə gəlir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs səs yazılarda “K1” nömrəsi ilə işarələnmiş səsin ona məxsus olduğunu, “Q1” nömrəsi ilə işarələnmiş səsin atası Şahid1, “K2” və “Q2” ilə işarələnmiş səsin Şahid2 məxsus olduğunu bildirmişdir. Həmçinin Zərərçəkmiş şəxs səs yazılarda “K1” nömrəsi ilə işarələnmiş səsin Təqsirləndirilən şəxs, “Q1” nömrəsi ilə işarələnmiş səsin Şahid1, “K2” və “Q2” ilə işarələnmiş səsin Şahid2 məxsus olduğunu, həmin səs yazılarda Təqsirləndirilən şəxs onu işə düzəltməklə bağlı Şahid2 ilə danışıqlar aparmasını, eyni zamanda video görüntünün işə düzəlməyi ilə bağlı Təqsirləndirilən şəxs göndərdiyi şəxsə 20.000 manat pul verməsinin görüntüsü olduğunu bildirmişdir. Cinayət işinin 39-cı vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 44-46-cı vərəqələrində olan “CD diskə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Şahid2 iştirakı ilə Zərərçəkmiş şəxs təqdim etdiyi 01 ədəd DVD formatlı diskə baxış keçirilmişdir. Baxış zamanı aşağıdakılar müəyyən edildi: Bir ədəd DVD formatlı disk xidməti otaqda olan «HP» markalı kompyuter vasitəsi ilə açıldıqda 01 ədəd “WhatsApp Video” adlı, 01 ədəd “WhatsApp Video 1 adlı”, 01 ədəd “WhatsApp Video 2” adlı video fayl aşkar olundu. İlk olaraq “WhatsApp Video” adlı video görüntü açıldıqda ekranda video registrator vasitəsi ilə hərəkətdə olan avtomobildən çəkilmiş görüntülər vardır. Görüntüyə baxış zamanı çəkiliş aparılan avtomobili hərəkətdə olduğu yolun sağ kənarında qəza işıqlarını yandırmış qara rəngli avtomobilin arxa hissəsində saxlaması, bu zaman qəza işıqlarını yandırmış qara rəngli avtomobilin yanında olan şəxsin irəli gələrək Zərərçəkmiş şəxs yaxınlaşıb Zərərçəkmiş şəxs nə isə aldıqdan sonra gəldikləri qara rəngli avtomobilə əyləşib çıxıb getməsi müşahid olundu. İkinci “WhatsApp Video 1” adlı video fayla baxış keçirilən zaman aşağıdakı məzmunda səs yazının olması aşkar edildi: K1 - verərdim özünə ki, yəni özündə görərdin. Yəni o deyir qarda bu çox qəliz işdir, onda hərif dəyişilir, mən sənin dediyin şeyi verirəm da mən ona dedim. Mən onun MTN-nin vaxtından bilirəm. K2 - mən buna deyim da bax belə bir iş olacaq, yəni heç kim bilməsin, bu şəkildə olacaq iş K1 - yoxe, heç ona istəyirsən özü sabah gəlsin razı olsa sabahlarım özləri başa salacaqlar, onan görüşməyə sorğu suala o nöqteyi nəzərdən sorğu onu görmək istəyiblər, gördülər komissiyadan həkimdən keçəndə onun indi bura gəlməyinə heç bir mənası yoxdur. Onu bir dənə bu şeyləri izaha etməyə görə çağırılar ki, qardaş burda bax sənin şəxsiyyət vəsiqəndə dəyişiləcək, orda dəyişiklik baş verəcək, orda hərif dəyişəcək, yəni bu asanlıqla olmur. And oldun allah Orxan, göyü yaradana and olsun sən düşündüyü kimi pul ver get əmrini gözlə polisə 1 elə bir şey yoxdur. K2 - başa düşdüm K1 - yeri göyü xəlq eliyən allaha sən düşündüyün şeydən bir iyirmi dəfə artıqçəti birşeydir. k2 - başa düşdüm qardaşım allah köməyin olsun K1- pasportu dəyişilir, hamısı dəyişilir, bunu da tək oğlumun canına sənin başını uca tutmağa eliyirəm, əgər mən orada xeyir güdürəmsə məndən şərəfsiz adam yoxdur. Üçüncü “WhatsApp Video 2” adlı video fayla baxış keçirilən zaman aşağıdakı məzmunda səs yazının olması aşkar edildi: Q1 - alo Q2- alo Q1-salam Orxan Q2-salam necəsiz? Q1-sağol sən nətərsən Q2-allah razı olsun Qİ-Alo Q2- noldu Faiq əmi dünən söz verdin axşam Q1- dünən deməmişəm bu günlərim demişəm deyəcəm, dedim sabah yox bürüsü gün danışanda. Dünən oğlan mənə zəng eləməli idi günə eləmədi. Axşamda səni yığdım sən nədisə götürmədin, bilmirəm sən məni yığmışdın yoxsa yox Q2- yığmışdım, dünən nə yaxşı məni yığmışdız ki məni, pul hazır idi. Q1- yox, hə allaha and olsun hazır olacaq a kişi, pul düzəldir, onu düzəldirəm, a kişi bundan böyük heç bir şey yoxdur, bu dəqiqə mənim bir nömrəli qoyduğum odu ki, onu həll edəm pul götürəcəm, onu düzəldirəm. Prostu zəng elədim ki, ona.. Q2- Əmi, mən daha sizi yola verməkdən bezdim mən Ql- a bilirəm allah sənin köməyin olsun. Q2- yoxe sənin oğlun hardadı, bax, Elvin hardadı indi, niyə çıxmır ortaya Ql- Niyə çıxmasın ki Q2- X8- Bakıda Q2- Niyə bir çıxmır, niyə bir demir ki, ay Orxan sənə bu boyda ziyan vurmuşam, bir 80.000 denən sənə vurmuşam, 14.000 Rüstəm hamısı qalxıb üstümə. Ql- bilirəm başına dönüm bilirəm, allah sənin Q2- hanı Elvin, bir dəfə çıxmayıbe ortaya. Q1 - Elvindi da, o günləri dedim gələcək sənin yanına həziyə, yadındadı Q2- aha Q1 - sən dedin ki neynirəm Elvini mənim yanıma göndərirsən Q2- Mən neynirəmi ki, hansı üzlə gəlir, mənim qabağıma çıxmasın o, mənim yanıma nəyə gəlir. Eyni zamanda Şahid2 səs yazılarda “Kİ” nömrəsi ilə işarələnmiş səsin Təqsirləndirilən şəxs, “Q1” nömrəsi ilə işarələnmiş səsin Şahid1, “K2” və “Q2” ilə işarələnmiş səsin ona məxsus olduğunu, həmin səs yazılarda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs işə düzəltməklə bağlı onunla danışıqlar aparmasını, eyni zamanda Təqsirləndirilən şəxs vermiş olduğu pulları istədiyini, video görüntünün Zərərçəkmiş şəxs işə düzəlməyi ilə bağlı Təqsirləndirilən şəxs göndərdiyi şəxsə 20.000 manat pul verməsinin görüntüsü olduğunu bildirmişdir. Cinayət işinin 119-120-ci vərəqələrində olan “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə” 27 dekabr 2021-ci tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 127-ci vərəqində olan 3 saylı “ASAN xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, AZ-İİİ seriyalı 885831 nömrəli “Doğum haqqında şəhadətnamə”dən görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X4 atası Təqsirləndirilən şəxsdur. Cinayət işinin 168-183-cü vərəqələrində olan “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs tərəfindən yazılmış xx.xx.2020-ci il tarixli sənədin surətinin maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi, iş üzrə Zərərçəkmiş şəxs təqdim etdiyi 01 ədəd “DVD” formatlı diskin maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(005)-304/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilərək “həbs” qətimkan tədbirinin seçilməsi, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edildikdə dərhal tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına etap olunması qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2023-cü il tarixli, 3-16- 17/40/2-1936/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Nərimanov RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2023-cü il tarixdə saxlanılması üçün 3 saylı istintaq təcridxanasına gətirilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəyən ziyan Təqsirləndirilən şəxs tərəfindən tamailə ödənilib, heç bir şikayəti yoxdur və gələcəkdə də olmayacaqdır. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən peşmançılıq çəkməsini, himayəsində bir azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanın tam ödənilməsini və sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı 19 (on doqquz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut – 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, maddi sübutlara dair həmçinin qeyd edir ki, “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarda iş üzrə Təqsirləndirilən şəxs tərəfindən yazılmış xx.xx.2020-ci il tarixli sənədin surətinin maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi göstərilsə də, cinayət işinin materialları nəzərdən keçirilərkən sözügedən əlyazma sənədin iş materiallarında olmadığı məlum olmuşdur. Bu səbəbdən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən yazılmış xx.xx.2020-ci il tarixli sənədin surəti iş materiallarında olmadığından və məhkəmə tərəfindən tədqiq edilmədiyindən sübut kimi qəbul edilə bilməz. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 65 (altmış beş) iş saatına görə 390 (üç yüz doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “A.İ.M” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı 19 (on doqquz) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından (01 ay 08 gün) çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 10 (on) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. İş üzrə maddi sübut – 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 65 (altmış beş) iş saatına görə 390 (üç yüz doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “A.İ.M” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar