Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-26/2025 20.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 11:30 Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclasının katibi Aytac İmamhüseyn qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhər X1 Müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, tərcüməçi X2 iştirakları ilə, xx.xx.2001-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq 25 yanvar 2024-cü il tarixdə axşam saatlarında, Bakı şəhəri, Suraxanı rayonu, Türkan qəsəbəsində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 189 manata, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil olan 01 ədəd bükümdə təmiz çəkisi 0,809 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,385 qram, 0,343 qram, 0,769 qram və 0,355 qram olmaqla ümumi təmiz çəkiləri 1,852 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində saxlayaraq ünvan 2 ünvanın qarşısına daşımış, 26 yanvar 2024-cü il tarixdə, saat 18:00 radələrində Bakı şəhəri Nərimanov RPl-nin NBM-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən ünvanda saxlanılaraq, Bakı şəhəri Nərimanov rayonu, H.Məmmədov küçəsi-7 ünvanında yerləşən Nərimonov RPİ-nin inzibati binasına dəvət edilmiş və orada 26 yanvar 2024-cü il tarixdə saat 19:15də üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki tünd göy rəngli şalvarının sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd bükümdə təmiz çəkisi 0,809 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,385 qram, 0,343 qram, 0,769 qram və 0,355 qram olmaqla ümumi təmiz çəkiləri 1,852qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək, götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübut və digər iş materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmə iclasında dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2024-cü ilin yanvar ayınadək, yəni tutulan günədək kuriyer işləmişdir. Nərimanov Rayon ərazisində yerləşən “X12”-nın dönər evinin filialında işləyən tanışının yanına nahar etmək üçün getmişdir. Həmin vaxt, polis əməkdaşları tərəfindən 26 yanvar 2024-cü il tarixdə saat 16 radələrində saxlanıldığını taksidən düşərkən altı-yeddi nəfər ona yaxınlaşıb, tutmuşlar və dizi üstə qoyaraq qollarına qandal taxmışlar. Bundan sonra onu avtomobilə əyləşdirib, polis idarəsinə aparmışlar. Polis İdarəsində ona qarşı təzyiqlər olunduğunu və elektroşok aləti tətbiq etdiklərini bildirmişdir. Həmçinin onu ayağının altından vurmuşlar. Yeriyə bilmədiyini söyləmişdir. Bundan sonra atasına tutulmağı barədə məlumat verilməsini istəsə də onlar razılaşmadılar və narkotik vasitəni üzərinə götürməyi, sənədə imza etməyi, ondan sonra atana xəbər verəcəklərini bildirdilər. 6-7 saat döyüldükdən sonra məcburi qaydada narkotik vasitəni üzərinə götürməyə razılaşmışdır. Polis İdarəsində xidməti otaqların birində gecə saat 1-2 radələrində üzərinə baxış keçirildiyini söyləmişdir. Ona hüquqi yardım göstərilməsi üçün dəvət edilmiş vəkil iştirak etmişdir, təhqiqatçı tərəfindən hüquq və vəzifələri ona izah edilərək, üzərində cinayət xarakterli hər hansı bir əşya varsa könüllü təqdim etməsi elan olunduqdan sonra videoçəkilişlə üzərinə şəxsi axtarış və götürmə hərəkəti həyata keçirilmişdir. Həmin vaxt əynində olan şalvarının sağ yan cibində olan bükümləri çıxarıb masanın üzərinə qoyaraq, təqdim edərək, bükümlərin birində metamfetamin və 4 ədədində isə heroin olduğunu demişdir. Daha sonra protokol iştirakçılar tərəfindən imzalanmışdır. Sonra onu müvəqqəti saxlama yerinə apardılar, daha sonra isə prokurorun qəbulunda olmuşdur. Oradan isə sərbəst buraxılmışdır. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, üzərində heç bir narkotik vasitə olmamışdır, əvvəllər narkotik vasitə istifadə etmişdir, lakin narkomaniyadan asılılığı yoxdur. Narkotik vasitələrin satışı ilə heç vaxt məşğul olmamışdır. ***-***-**-** saylı telefon nömrəsinin özünün istifadəsində olduğunu qeyd etmişdir. Telefonda olan yazışmalardan məlumatı yoxdur, dostları telefondan istifadə ediblər, amma yazdıqları barədə maraqlanmamışdır. Məhkəmə iclasında konkret sms yazışmalarla bağlı suallara cavab olaraq bildirmişdir ki, “kuriyer işləyir içmək üçün kola sifariş ediblər yəyqin onu soruşublar”, “telefon adətən ortada olurdu bütün kuriyerlər bəzən götürüb mesajlar yazırdılar”, “Mənə Efo deyə müraciət edirdilər” kimi cavablar vermişdir. Həmçinin bildirmişdir ki, cinayət işinin materialları ilə tanış olmamış, sonda bilmişdir ki, narkotik vasitələrin satışı ilə bağlı təqsirləndirilir. İbtidai istintaq orqanında vəkilini gec gördüyünü, müdafiəçi ilə təmin olunmadığını və tərcüməçi dəvət edilmədiyini söyləmişdir. Cinayət işində olan əl yazısının öznə aid olub-olmaması ilə bağlı söyləmişdir ki, əl yazısı və imzaları özünə məxsusdur. Azad olunarkən ona həkimə getməməyi, heç kimə zəng etməməyi bildirdilər, əks təqdirdə valideyni ilə hədə-qorxu gəlmişlər. Məhkəməyəqədər müddət ərzində heç bir orqana şikayət etmədiyini bildirmiş və barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid Bakı şəhəri, Nərimanov Rayon Polis İdarəsinin NMB-nin rəisi Şahid1 ifadəsində göstərmişdir ki, 26 yanvar 2024-cü il tarixdə, saat təxminən 18:00 radələrində Nərimanov RPİ-nin NMB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 ilə birlikdə xidməti işləri ilə əlaqədar ünvan 5 ünvanın yaxınlığında xidmət apardıqları zaman, bir kişinin hərəkətləri onlarda şübhə yaratdığına görə ona yaxınlaşıb, xidməti vəsiqələrini göstərərək özlərini təqdim etmişlər. Həmin şəxs qaçmaq istədikdə özünü itirərək üzü üstə yerə yıxılmışdır. Ayağa durub yenidən qaçmaq istədikdə onu tutub saxlamışlar, onun yenidən qaçmaq ehtimalı olduğunu nəzərə alaraq xüsusi vasitə (əl-qol bağlayıcı) istifadə edib onu özləri ilə Nərimanov RPİ-nə aparmışlar. Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru Tuqay Mehtiyev tərəfindən onların iştirakı ilə xidməti otağında vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs əynində olan şalvarının cibindən mobil telefon, təxminən 05 ədəd büküm təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bükmlərin “şüşə” və “kakos” deyilən narkotik vasitə olduğunu bildirmişdir. Həmin bükümlər ayrı-ayrı zərflərə qoyularaq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmənin suallarına cavab olaraq şahid bildirmişdir ki, Təqsirləndirilən şəxs Ağa Neymətulla küçəsində “Nənəmin təndiri” adlı obyektin yaxınlığında saxlanılmışdır. Şübhəli olduğu üçün yaxınlaşmışlar, lakin qaçmağa çalışdığından, yerə yıxılmışdır. Tərəflərindən heç bir təzyiq göstərilmədiyini, lakin yayınmağa çalışdığı üçün xüsusi vasitə ilə zərərsizləşdirilib və qolları bağlanıldığını bildirmişdir. Üzərinə baxış keçirilərkən vəkil iştirak etmişdir və azərbaycan dilində danışmışdır. Həmin vaxt etirafedici izahat vermişdir. Məhkəmədə dindirilmiş Şahid2 iş üzrə digər Şahid1 ilə eyni məzmunlu ifadə verərək qeyd olunan faktları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsində əməliyyat müvəkkili X4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxs və vəkili polis orqanına yaxınlaşaraq əşyalarının idarədə olub-olmaması ilə maraqlanmışdır. Bu zaman əməliyyatçı otağında saxlanılmış əşyaları onlara göstərmiş və özlərinin olduqlarını təsdiq etmişlər. Buna görə də həmin əşyaları Təqsirləndirilən şəxs təqdim etmişdir. Məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, əşyaların olduğu otaq əməliyyatçıların iş otağıdır. Şahid1 da həmin otaqda olmuşdur. Bəzən keçirilən əməliyyat zamanı şəxs saxlanıldığı vaxt üzərindən əşyalar düşür, bu zaman otaqda saxlanılır ki, yaxınlarına təqdim edilsin. Təqsirləndirilən şəxs saxlanılması zamanı iştirak etmədiyini, onun fiziki təzyiqə məruz qalması barədə məlumatı olmadığını söyləmişdir. Məhkəmə iclasında dindirilmiş vəkil X7 bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Üzərindən uzun müddət keçdiyi üçün tarixi tam xatırlamadığı vaxtda 2024-cü ilin qış aylarında təhqiqatçı tərəfindən əlaqə saxlanılaraq idarəyə gəlməsi bildirilmiş və idarəyə gəldikdən sonra təhqiqatçının otağında Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Özü tərəfindən üzərində olan bükümlər təqdim edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzündə zədə gördüyünü və üzündəki zədənin nə ilə bağlı olduğu və polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalıb-qalmamasının tərəfindən dəqiqləşdirildiyini söyləmişdir. Lakin Təqsirləndirilən şəxs hər hansı təzyiqə məruz qalmadığını bildirmişdir. Zədənin əvvəlcədən olduğunu söyləmişdir Məhkəmədə verilmiş suallara cavab olaraq bildirilmişdir ki, ***-***-**-** saylı telefon nömrəsi özünün istifadəsindədir və telefon nömrəsinin anten dairəsinin hansı ünvanı göstərməsindən asılı olmayaraq, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən idarədə olduğunu söyləmişdir. Məhkəmədə tədqiq olunan "Şəxsi axtarış və götürmə aparılması haqqında” 26 yanvar 2024-cü il tarixli protokoldan və işə əlavə edilmiş DVD diskə baxış keçirilərkən aydın olmuşur ki, Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edildi. Vətəndaş Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli şalvarının sağ yan cibindən 05 ədəd bükümü çıxarıb masanın üzərinə qoydu və daha sonra sol yan cibində 1 manat əskinazım, 4098-5844-6898-2333 nömrəli “Leobank” kartını və 01 ədəd göy rəngli Redmi Note 11 markalı mobil telefonunu çıxarıb masanın üzərinə qoydu. Sonra vətəndaş Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildi, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanıldı: ilk öncə onun geyindiyi köynəyinin qollarına və ətrafına baxıldı, lakin hər hansı bir əşya aşkar edilmədi. Sonra geyindiyi tünd göy rəngli şalvarının sol, sağ yan, arxa ciblərinə, həmçinin ətrafına baxıldı, lakin hər hansı bir əşya aşkar edilmədi. Daha sonra isə Təqsirləndirilən şəxs ayaqqablarını çıxarması tələb olundu və o, ayaqqablarını çıxarıb silkələdi və heç bir əşya aşkar edilmədi. Bundan sonra ondan üst-başını səliqəyə salması tələb edildi. Təqsirləndirilən şəxsdan təqdim etdiyi 05 ədəd büküm barədə məlumat verməsi bildirildi. Təqsirləndirilən şəxs 04 bükümdə olan maddənin narkotik vasitə “kakos” olmasını və 01 ədəd bükümdə olan maddənin narkotik vasitə”şüşə” olmasını, həmin bükümləri 7-8 gün bundan öncə Sabunçu rayonunda yerləşən 271 saylı tam orta məktəbin həyətində idman etdiyi zaman yerdən tapdığını bildirmişdir. Bundan sonra iştirakçılara 04 ədəd bükümdə içərisində qəhvəyi rəngli narkotik maddəyə bənzər maddə və 01 ədəd bükümdə içərisində dənəvari kiristal şəkili narkotik maddəyə bənzər maddə ekspertiza tədqiqatına göndərilməsi üçün zərflərə qoyularaq qablaşdırılaraq möhürlənmişdir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların Məhkəmə fiziki-kimyəvi eskpertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/707 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 44” möhür əksi, “Şübhəli şəxs:.... Təqsirləndirilən şəxs...” və s.ad, soyad, imzalar olan 02 ədəd zərfdən birində 01 ədəd bükümdə təmiz çəkisi 0,809qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Digər zərfdəki 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,385 qram; 0,343 qram; 0,768 qram; 0,355 qram; ümumi təmiz çəkiləri 1,852 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir; 04 bükümdəki heroin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edir. Məhkmədə tədqiq olunan Azərbaycan Respublika Narkoloji X10 şəxsi Ambulator Məcburi-Narkoloji Tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli, 1539 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkmədə tədqiq olunan və məhkəmə qərarı ilə keçirilmiş Azərbaycan Respublika Narkoloji X10 şəxsi X6-Narkoloji Tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli, 6945 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən (F19x2) opioidlərin və psixostimulyatorların qəbulu diaqnozu ilə 5 il ərzində qeydiyyatdadır. Lakin hal-hazırda davamlı remissiya vəziyyətindədir, müayinə zamanı narkamaniya xəstəliyinə xas olan xarakterik əlamətlərin itməsi ilə əlaqədar abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq narkomaniyadan məcburi müalicəyə zərurət yoxdur. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat sorğu kartotekasından aydın olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə tədqiq olunan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs 26 yanvar 2025-ci il tarixdə saat 18:00-da şübhəli şəxs qismində saxlanılmışdır. Məhkəmədə tədqiq olunan “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi” barədə 28 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq olunan “CD diskə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, "xxxx" MMC-dən götürülmüş, üzərində “nar” və ********* yazılmış 01 ədəd “CD” diskinə baxış keçirilən zaman təqsirləndirilən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı telefon nömrəsindəki mesajlarla təqsirləndirilən Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olduğu təsdiqini tapmışdır. Məhkəmədə tədqiq edilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***- ***-**-** saylı telefon nömrəsindəki çıxarışlar öyrənilərkən ***-***-**-** saylı telefon nömrəsindən xx.xx.2023-cü il tarixdə “Ay nura mənəm səmra borca vermir allah haqqı cetde dir yox dir sene göre yarıları açmalıyam gör neynirsen cetdir yox ancaq yarı”,xx.xx.2023-cü il tarixdə “nəsə lazımdır indiden denen sonra olmayacaq”, xx.xx.2023-cü il tarixdə “Men evde razinde teze durdum yuxudan pul var tema dalinnan getmeye?”, “Məndə hələ yoxdur pul qaqa olan kimi deyecem hell el eliyeriy”, “Qaqa qız deyir ki, gəlib cixmadin getdi konuma konumdan qayidanda görüwer deyir” xx.xx.2023-cü il tarixdə “Qaqa sen gözdə heç ne yazma qoy men götürücümde onnan qılıxlıyıb temamızı alax da yoxsa bele acılıyanda hecne olmuyacax biraz sebr eleyeyde qaqa mennen dan” “iwir yoxa cixmayib verecey deyir bugun sen sebr ele”, “ Deyir ki denen Anara yoxa çıxmamıwam mennen daniwir bugün temas”, xx.xx.2023-cü il tarixdə “Menem Efo”, xx.xx.2023-cü il tarixdə “amma men oglan seni lomkada qoymadim dedim komeyliy eliyerem senin”, “lomkada olma deye ne deyibsen Komeyliy elemiwem bacardigim” kimi mesajlar göndərilmişdir. Həmçinin məhkəmədə tədqiq edilmiş çıxarışda təqsirləndirilən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı telefon nömrəsinə xx.xx.2023-cü il tarixdə “Ay mati senallah 10 luq kola alinar gelım goturum oralarda cekib ise cxacam sorada elave gotrecem”, xx.xx.2023-cü il tarixdə “haqqı haram xowun olsun men o pulu canım agrısada 5 qatni iwdedim indide gedrem temami bawqasindan alim vezyetden cxacam vallah men hecne uduzmuram sen uduzdunmenim kimi gorum kim sene xeyr verecek ne bade mene ygasan ya yazasan yetimin risqini yeyeni allah belasin versun”, xx.xx.2023-cü il tarixdə “Efo menem semra tez siqaret al gel Allaha and olsun sennen qurtaracam” xx.xx.2023-cü il tarixdə “q.1 saat oldu konum atmadimi”, “Aya noldu konum, bu evden cixmagin derdinden deyir lomkada kola dalindan gedir ozunu kolaya satmaga yeni...”, xx.xx.2023-cü il tarixdə xx.xx.2024-cü il tarixdə “Efo 10 manatdx tema lazımdı cvb ver qaqa” kimi mesajlar daxil olmuşdur. Məhkəmədə tədqiq edilən xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan aydın olur ki, Təqsirləndirilən şəxs polis idarəsinə dəvət edilən zaman polis əməkdaşları tərəfindən şiddət və təzyiqlərə məruz qalması barədə material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmədə tədqiq olunan məhkəmənin soğusu əsasında Azərbaycan Respublikası Daxili İşlər Naziliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli məktubla təqdim edilmiş təqdim edilmiş Müvəqqəti saxlama yerlərinin daxili intizam qaydalarına uyğun olaraq tərtib olunmuş “Tibbi Müayinənin keçirilməsi və tibbi yardım göstərilməsi ilə bağlı kitab”dan çıxarışda aydın olur ki, Təqsirləndirilən şəxs dodağında qızartı, sıyrıqlar, iki biləyində və boynunda sıyrıqlar aşkar edilmişdir. Çıxarışa əlavə edilmiş Aktdan görünür ki, Təqsirləndirilən şəxs sıyrıqları tutulmamışdan əvvəl alması barədə qeyd yazaraq imzalamışdır. Məhkəmədə tədqiq olunan "xxxx" MMC-dən götürülmüş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçisinin ***-***-**-** saylı telefon nömrəsinin anten dairəsindən müəyyən edilmişdir ki, qeyd olunan telefon nömrəsinə edilmiş zənglər əsasında aşkar edilmiş anten məlumatıdır və 00:00 radələri ünvan 6 ünvanını göstərmişdir. Məhkəmədə tədqiq olunan və cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs azərbaycan dilində sərbəst yazıb-oxumağı bacardığını və tərcüməçiyə ehtiyacı olmadığını bildirmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 15 aprel 2024-cü il tarixli qərarın 5-ci bəndində aydın olur ki, iş üzrə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” 01 ədəd DVD disk və "xxxx" MMC-dən götürülmüş 01 ədəd disk sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. “Redmi Note 11” markalı ***-***-**-** nömrəli mobil telefonun Nərimanov Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanması nəzərə alınmışdır. Həmin Qərarın 6-cı bəndində təqsirləndirilən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və maddi sübut kimi tanınmış 4 ədəd bükümdə ümumi çəkisi 1,852 qram olan, ekspert rəyindən sonra qalıq çəkisi 1,702 qram qalmış narkotik vasitə heroin və 1 ədəd bükümdə təmiz çəkisi 0,809 qram olan ekspert rəyindən sonra qalıq çəkisi 0,759 qram qalmış psixotrop maddə metamfetamin saxlanılmasından ötrü Nərimanov Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 8-ci bəndində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya 10 Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Həmin Qərarın 9-cu bəndində CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, birbiri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində hər hansı narkotik vasitənin olmadığını, polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qaldığından etirafedici ifadələrə verdiyini, özünü ona verilmiş ittihamda təqsirli bilmədiyini göstərsə də, məhkəmə onun həmin dəlillərini özünümüdafiə xarakterli dəlillər kimi qiymətləndirərək əsassız hesab edir. Belə ki, cinayət işinin materiallarından, eləcə də məhkəmədə dinlənilən şahid ifadələrindən və üzərinə baxış keçirilərkən aparılmış video çəkilişdən aydın olur ki, saxlanıldığı gündən Təqsirləndirilən şəxs üz nahiyəsində olan xəsarətlər, istər müdafiəçisi tərəfindən, istərsə də müvəqqəti saxlama yerində olarkən araşdırılmış, lakin Təqsirləndirilən şəxs üzərindəki sıyrıqların əvvəlcədən olmasını bildirmişdir. Bundan başqa cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 26 yanvar 2024-cü il tarixdə saxlanılaraq şübhəli şəxsi qismində tutulmuş və 28 iyun 2024-cü il tarixdə barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilməklə azad edilmişdir. Məhkəmə hesab edir ki, əgər həqiqətən də təqsirləndirilən şəxsə polis şöbəsində fiziki zor tətbiq edilərək özünü təqsirli bilmədiyi təqdirdə qorxduğundan müvafiq narkotik vasitənin ona aid olduğunu bildirmişdirsə, onun polis idarəsinin müvəqqəti saxlama yerindən azad edildiyi vaxtdan bu barədə müvafiq dövlət orqanlarına müraciət etmək, ona göstərilmiş təzyiqlər və məruz qaldığı qanunsuzluqlar barədə məlumat vermək imkanı olmuşdur. Lakin, Təqsirləndirilən şəxs hər hansı səlahiyyətli dövlət orqanına bu məzmunda şikayəti və ya digər müraciəti müəyyən edilməmişdir. Yalnız məhkəmə iclasında bu barədə bildirmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs qorxduğu və ailəsi ilə təhdid edildiyi üçün polis əməkdaşları tərəfindən qanunsuz təzyiqlərə məruz qalmasını, polis əməkdaşlarından qorxduğu üçün heç bir orqana şikayət etmədiyini və etirafedici ifadələr verdiyini qeyd etsə də cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli təqsirlədirilən şəxsin dindirilməsi protokolunda təqsirləndirilən Təqsirləndirilən şəxs “Özümü təqsirli bilmirəm” deyə sərbəst şəkildə əl yazısı ilə qeyd yazmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Bununla yanaşı, təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiə hüququnun pozulması və azərbaycan dilini bilməməsi və tərcüməçi dəvət edilməməsi ilə bağlı ifadəsi məhkəmə tərəfindən əsassız hesab edilərək məsuliyyətdən yayınmaq məqsədi daşıması kimi qiymətləndirilir. Belə ki, məhkəmənin hazırlıq iclası zamanı, eləcə də məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında doğulmuşdur, doğulduğu gündən Azərbaycan Respublikasında yaşamışdır, rus dilində orta məktəbi oxuması ilə bağlı ibtidai istintaq orqanında xx.xx.2024-cü il tarixli kompüter yazısı ilə yazılmış ərizəsində, eləcə də xx.xx.2024-cü il tarixli əl yazısı ilə yazılmış ərizədə tərcüməçidən imtina etmişdir. Bundan başqa cinayət işi üzrə tərtib edilmiş protokollarda əl yazısı ilə qeydlər yazmış və imzalamışdır. Məhkəmə istintaqı zamanı da həmin qeydlərin və imzaların özünə məxsus olduğunu təsdiq etmişdir. Həmçinin məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman çəkilmiş video görüntüdə Təqsirləndirilən şəxs azərbaycan dilində danışması və müdafiəçisinin orada olması və ona məxsus telefonda olan sms yazışmalarının yalnız azərbaycan dilində aparılması müəyyən olunmuşdur. Bununla yanaşı müdafiə hüququnun pozulmasına münasibətdə məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd olunan ifadəsi də məsuliyyətdən boyun qaçırmaq məqsədi daşıyır, belə ki, ibtidai istintaq zamanı iştirak etmiş vəkil məhkəmə iclasına dəvət edildiyi zaman Təqsirləndirilən şəxs vəkilin üzərinə baxış keçirilərkən orada olduğunu özü də təsdiq etmiş, cinayət işinin materiallarında da olan istintaq hərəkətləri protokollarında vəkilin iştirakı əks olunmuşdur. Bundan başqa məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs təkidlə narkotik vasitələrin satışı ilə məşğul olmadığını üzərində narkotik vasitə olmadığını bildirsə də, iş materiallarında olan təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil nömrəyə daxil olan və həmin nömrədən göndərilmiş SMS mətnləri səsləndirilərək təqsirləndirilən şəxsdən həmin nömrənin ona məxsus olub-olmaması, yazan şəxslərin onun tanışlarının olubolmamasına dair sual ünvanlandıqda o, ***-***-**-** mobil nömrənin ona məxsus olduğunu, ona yazan və özünün yazdığı şəxslərin tanımadıqlarını, həmin SMS-ləri iş yoldaşlarının da yazdığını bildirsə də, SMS-lərin mətnlərindən açıq-aydın ayrı-ayrı şəxslərin ondan pul müqabilində narkotik vasitələri istəməsinin səbəbi soruşulduqda və sms-lərin gecə saatlarında yazılması ilə bağlı bildirdikdə isə Təqsirləndirilən şəxs susaraq suala cavab verə bilməmiş və ya “məlumatım yoxdur” cavabını vermişdir. Bununla yanaşı, yuxarıda sadalanan SMS yazışmalarında “Efo” kimi müraciət edildiyini təsdiq etmiş, həmçinin “kuriyer işləyir içmək üçün kola sifariş ediblər yəyqin onu soruşublar”, “telefon adətən ortada olurdu bütün kuriyerlər bəzən götürüb mesajlar yazırdılar” kimi cavablar verməklə suallardan yayınmışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs narkotik və psixotrop maddələrin satışı ilə məşğul olması və hazırki iş üzrə üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin də (həmin maddələrin bükümlərdə olması nəzərə alınmaqla) satış məqsədi ilə əldə etməsi işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsinə tənqidi yanaşaraq həmin narkotik vasitəni satış məqsədilə əldə etməməsinə, saxlamamasına, daşımamasına və satmamasına dair ifadəsini özünümüdafiə xarakterli ifadələr kimi qiymətləndirir, həmin ifadənin onun tərəfindən məsuliyyətdən boyun qaçırmaq məqsədi ilə verilməsi qənaətinə gəlir. Məhkəmə qeyd edir ki, müdafiə tərəfin mövqeyi nəinki iş materialları ilə öz təsdiqini tapmır, əksinə məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil nömrəyə daxil olan və həmin nömrədən göndərilmiş SMS yazışmaları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı, Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, CM-nin 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzası azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün (26-28 yanvar 2024-cü il) ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublika Narkoloji X10 şəxsi X6-Narkoloji Tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli, 6945 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı olmaması nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, onun cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının və cəzanın digər məqsədlərinə nail olunmasının mümkün olmaması nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün (26-28 yanvar 2024-cü il) müddətlər ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı hökmün elan edildiyi vaxtdan hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, məcburi müalicəyə ehtiyacı olmaması nəzərə alınmalıdır. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Cinayət işində maddi sübut kimi götürülərək Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş 1,702 qram qalmış narkotik vasitə heroin və 0,759 qram qalmış psixotrop maddə metamfetamin məhv edilməlidir. Cinayət işinə əlavə edilmiş 04 ədəd DVD disk cinayət işinə əlavə edilərək saxlanmalıdır. İş üzrə maddi sübut – Təqsirləndirilən şəxs istifadəsində olmuş “Redmi Note 11” markalı ***-***-**-** nömrəli mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsin ailə üzvlərinə qaytarılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Qeyd olunanlara əsasən və CPM-nin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün (26-28 yanvar 2024-cü il) ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il, 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökm elan edildiyi vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə iclas zalından dərhal həbs olunsun. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılsın. İş üzrə maddi sübut - Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş 1,702 qram qalmış narkotik vasitə heroin və 0,759 qram qalmış psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş video görüntünün köçürüldüyü 1 ədəd DVD formatlı disk, "xxxx" MMC, "Azərcell” MMC və "xxxx" MMC-dən götürülmüş 03 ədəd CD cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut – Təqsirləndirilən şəxs istifadəsində olmuş “Redmi Note 11” markalı ***-***-**-** nömrəli mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsin ailə üzvlərinə qaytarılsın. Ekspertiza tədqiqatının dəyəri 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №1(005)-26/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-26/2025
20.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver